Log in
Post

ДРЕВНЯЯ ЛИТЕРАТУРА АЗЕРБАЙДЖАНА


Like

You cannot comment as you are not authorized.


Директриса Гриффин      29-09-2009 21:36 (link)
Re: ДРЕВНЯЯ ЛИТЕРАТУРА АЗЕРБАЙДЖАНА
Очень люблю Низами - а больше всего "Хосров и Ширин" ...
Слава Господу Миров!      08-12-2010 18:17 (link)
Re: ДРЕВНЯЯ ЛИТЕРАТУРА АЗЕРБАЙДЖАНА


Qədim və orta əsrlər
AZƏRBAYCANININ GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ

Çingiz Qacar


İMADƏDDİN NƏSİMİ

Azərbaycan və bütövlükdə Şərq dünyasının dahi mütəfəkkir və şairi Seyid Əli Imadəddin Nəsimi 1370-ci ildə dünyaya gəlib. Doğum yeri Şirvandır. Bə'zi tədqiqatçılar onun Bakıdan olduğunu iddia edir, bə'ziləri isə Nəsiminin doğum yeri kimi Şirvanşahların paytaxtı Şamaxını göstərirlər.
Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da vardı. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şe'rlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı mə'lumdur. Islamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilir. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şe'r və musiqi məclisləri fəaliyyət göstərirdi, zəngin ictimai və şəxsi kitabxanalar da az deyildi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqaninin əmisi-alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa - Tibb Akademiyası da fəaliyyət göstərirdi. Şamaxıdan bütöv bir şair və alimlər pleyadası çıxmışdır ki, onların da arasında böyük sənətkar Əfzələddin Xaqanini xüsusi qeyd etmək lazım gəlir. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.
Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını gözəl mənimsəmiş, müsəlman və xristian ilahiyyatının əsaslarına bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şe'rlər yaza bilirdi. Onun azərbaycanca şe'rlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə secilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şe'ri nümunələri olan bayatılara cox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizamini, Fələ¬kini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Əvhədi Marağayini və başqalarını göstərə bilərik.
Nəsimi dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edib. Bə'zən şair şe'rlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur:

Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım
Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım...
Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım,
Xudavəndim, cahandarım, əmirim, bəyimü xanım.

Nəsimi Azərbaycan tarixinin ən ağır dövrlərində yaşayıb-yaratmışdır. Şairin vətəni cənubdan Əmir Teymurun, şimaldan isə monqol, Qızıl Orda xanı Toxtamışın qoşunları tərəfindən təcavüzə mə'ruz qalmışdı. Məhz bu şəraitdə XIV əsrin səksəninci illərində Azərbaycanda yeni dini-fəlsəfi tə'lim olan hürufilik yaranıb inkişaf tapmağa başlayır. Imadəddin Nəsimi həmin tə'limin ən parlaq və görkəmli təbliğatçılarından birinə çevrilir.
Hürufilik ərəb dilindəki "hüruf" (hərflər) sözündəndir. Bu tə'limin ardıcılları ərəb və fars əlifbalarındakı 28 və 32 hərfi ilahiləşdirir və təsdiq edirdilər ki, bunlar olmadan nə allahı, nə insanı, nə də əşyaları dərk etmək mümkün deyil. Əslində isə hürufizmin fəlsəfi və sosial məzmunu olduqca geniş və əhəmiyyətlidir.
Hürufiliyin banisi böyük Azərbaycai şairi və filosofu Fəzlüllah (Fəzl) Nəimi Təbrizi idi. Orta əsr müəlliflərinin əksər qismi belə bir yekdil fikir söyləyirlər ki, Fəzl özünün bu tə'liminin əsasını təqribən 1386-cı ildə Azərbaycanın paytaxtı Təbrizdə qoyub. Nəiminin həyatında hürufi hərəkatının mərkəzinə çevirdiyi Bakı şəhəri mühüm yer tutur. Onun əsas əsərləri, o cümlədən “Cavidannamə” (“Əbədiyyət haqda kitab”), “Cavidan-e Kəbir” (“Böyük əbədiyyət”), “Vəsiyyətnamə” kitabları Azərbaycanda, Bakıda yazılmışdı. Bunlardan başqa onun “Məhəbbətnamə”, “Ərşnamə” (“Taxt haqqında kitab”), “Iskəndərnamə” adlı əsərləri də olub. Nəimi burada əz tə'limini sür'ətlə təbliğ edir və çox keçmədən bu cərəyan bütün Azərbaycana, buradan da Yaxın Şərqin və Orta Asiyanın ölkələrinə yayılır. Nəimi hətta Teymuru da öz tərəfinə çəkmək istəyir, lakin tezliklə Teymur onu həbs edir və 1394-cü ildə Naxçıvan yaxınlığındakı Əlincə qalasında e'dam edirlər. Onun qəbri də oradadır. Lakin Fəzlüllah ömrünün sonunu irəlicədən körə bilmişdi və onun e'dam ərəfəsində yazdığı “Vəsiyyətnamə” əsəri həmfikirləri tərəfindən gələcək mübarizənin proqramı kimi qəbul edilir.
Nəiminin göstərişlərinə əməl edən hürufilər doğma yerləri tərk edərək, bütün Şərq ölkələrinə səpələnir və böyük mürşidin tə'limini yayırdılar. Nəsimi də Türkiyə, Suriya, Misir və başqa ərəb ölkələrində olub hürufi ideyala-rını təbliğ edirdi. Onun əsərlərindən mə'lum olur ki, şair Bakı, Bağdad, Bursa, Şamaxı, Hələb və başqa şəhərlərə səyahət etmişdir. Türkiyənin Bursa şəhərində o, Nizaminin “Xosrov və Şirin” poemasının ilk tərcüməcisi, Şeyxi təxəllüsü ilə tanınan şairlə, məşhur Bəktaşiyyə dərviş təriqətinin yaradıcısı və rəhbəri hacı Bəktaş Vəli ilə yaxınlaşır. Nəsimi Anadolu əhalisi arasında böyük rəğbət və sevgi qazanır.
Yaxın şərq ölkələrinə səfərləri zamanı şair tə'qiblərə, təzyiqlərə və hətta "aylarla qaranlıq zindanlarda əl-qolu qandallanmış halda" saxlanmaqla həbslərə də mə'ruz qalır. Ancaq bütün bunlar onu öz yolundan döndərmir. Filosof şairin alovlu şe'rləri geniş yayılır, bunların üzünü köçürərək əzbərləyir, bazar meydanlarında avazla oxuyurdular. Geniş yayılmış rəvayətə görə, şairin Suriyanın Hələb şəhərində e'dam olunmasına da elə məhz belə şeylər səbəb olmuşdur.
Deyirlər ki, şairin tələbələrindən olan bir kənc hürufi ustadın şe'rlərini başına yığılmış camaata oxuyurmuş. Onu tuturlar və Nəsimini xilas etmək naminə gənc şe'rləri özünün yazdığını bildirir. Onu dar aqacından asılmaqla e'dam cəzasına layiq görürlər. Bu zaman Nəsimi bazarda, yaxınlıqdakı pinəçi dükanında başmağını tikdirirmiş. Xəbər ona çatanda şair e'dam yerinə tələsir və özünü ələ verir. Onu əziyyətlə e'dam edirlər.
"Künüz-üz-zəhəb" adlı ərəb mənbəyində Nəsiminin 1447-ci ilə təsadüf edən e'damı barədə aşağıdakılar bildirilir: "Kafir Əli Nəsimi Yaşbəyin zamanında e'dam olundu. O vaxt bizim şeyx ibn xətib ən-Nasiri və ali qazi şeyx Izəddin Şəmsəddin ibn Əmin-üd-Dövlənin, ali qazi Fəthəddin əl-Maliki və ali qazi Şihabəddin əl-Hənbəlinin iştirakı ilə Əli əl-Nəsiminin işinə “Darül-ədl”də (“Ədliyyə sarayı”nda) baxıldı. O, bə'zi ağılsızları həqiqət yolundan sapdırmış və onlar da allahsızlıq və küfrdə onun tə'sirinə düşmüşdülər. Bu barədə şəhərin qazi və ilahiyyat xadimlərinə ibn əl-Şanqaş Əlxanədan adlı birisi mə'lumat vermişdi. Hakim ona dedi: “Əkər sən Nəsimi haqda söylədiklərini təsdiq eləyə bilsən, mən səni öldürmərəm.” Nəsimi kəlmeyi-şəhadətini söyləyib (bu, həm də yalnız həqiqəti söyləyəcəyinə and içmək mə'nasına gəlir), öz haqqında deyilənləri təkzib etdi. Bu vaxt şeyx Şihabəddin ibn Hilal içəri girdi. O, məclisdə özünün fəxri yerini tutandan sonra sözə başladı: “Nəsimi allahsızdır və hətta tövbə etsə belə e'dam olunmalıdır. Niyə e'dam etmirsiniz?” Əl-Maliki ondan soruşdu: “Sən fitvanı öz dəst-xəttinlə yazarsanmı?” Şeyx “yazaram”-dedi və fitvanı imzaladı. Ancaq o biri hakimlər onunla razılaşmadılar. Əl-Maliki dedi: Qazi və ruhanilər səninlə razılaşmırlar. Mən sənin fitvan əsasında bu insanı necə e'dam eləyə bilərəm?” Yaşbəy dedi: “Mən onu tanımıram. Sultan mənə göstəriş verib ki, onun işi ilə maraqlanım. Gözləyək görək sultan bu barədə nə deyir.” Bununla da məclis dağılır. Nəsimi zindanda qalır. Onun işi barədə sultan Müəyyədə xəbər çatır. O əmr verir ki, Nəsiminin dərisini soyub, cəsədini başqalarına da ibrət dərsi olmaqdan ötrü yeddi gün Hələbdə göz dağı eləsinlər, sonra qollarını və qıçlarını vurub Nəsiminin yoldan çıxardığı Əlibəy ibn Zülqədərə, onun qardaşı Nəsrəddinə və Osman Qarayoluğa göndərsinlər. Belə də edirlər. Bu adam kafir və gavur idi. Allah günahımdan keçsin, deyirlər, o həm də zərif şe'rlər yazırmış.”
Dəhşətli e'dam vaxtı Nəsiminin göstərdiyi dözüm və mərdlik xalq arasında bir çox rəvayətlər doğurmuşdur. Deyilənlərə görə, son nəfəsinə qədər öz sözündən dönməmiş və “Ənəlhəq” (“Mənəm həqq, Mənəm allah”) deməkdən çəkinməmişdir. Hətta bu vəziyyətində belə özündə kütbeyin cəlladları sancmaqdan ötrü güc tapmışdı. E'damda iştirak eləyən müsəlman ruhanilərindən biri deyib: “Bu adam iblisdən də pisdir, onun qanından hara bir damla düşsə, odda yandırılmalı, qılıncla kəsilib atılmalıdır”. Və elə həmin an Allahdan olan kimi şairin isti qanından bir damcı onun barmağına düşür. Bunu görən kütlə müftinin barmağının kəsilməsini tələb edir. O isə işi belə görəndə canını qurtarmaqdan ötrü Qur'ana istinad edir: “Mən bu sözü yandığımdan dedim, Qur'anda belə şey yoxdur." Bu sözü eşidən Nəsimi sonralar zərb-məsələ çevrilmiş məşhur beytini söyləyir:

Zahidin Bir Barmağın kəsszn, dönüb haqdan qaçar
Gör bu miskin aşiqı sərpa soyarlar, ağrımaz.

Başqa bir rəvayətə görə, Nəsiminin növbəti “Ənəlhəq” nidasından sonra ondan soruşurlar: “Sən necə allahsan ki, saralırsan?” Şair bu sözün də altında qalmır: Qafil,- deyir-sənin ağlın kəsmir ki, mən əbədiyyət səmasında doğan günəşəm. Günəş isə qürub edəndə rəngi saralır.”
Nəsimi hələbdə ailə qəbristanlığında dəfn olunmuşdur. Onun məzarı indiyə qədər müqəddəs sayılır. Buraya ziyarətə gələnlərə fəxri “Nəsimi” adı verilir.
Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə, Iran və Ermənistan xalqları arasında populyarlıq qazanır. Həllac Mənsurla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şe'rlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliğ etmək üstüidə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.
Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin tə'limini davam etdirirdi. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" “təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi Iran filosof-şairi Hüseyn Həllac Mənsurun tə'limi Nəsiminin ruhuna daha yaxın idi. Ilk dəfə məhz o demişdi ki, “Mən allaham!” Bu cür küfr sayılan fikirlərinə körə Həllac Mənsur daim tə'qiblərə mə'ruz qalmış və nəhayət, öz ömrünü dar ağacında başa vurmuşdu. Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi də Mənsura heyran kəsilmiş və öz əsərlərində onu tərənnüm etmişdi. Maraqlıdır ki, şair hürufi tə'limini qəbul etdikdən sonra da Həllaca vurğunluğundan qalmamışdı. Bu sözləri müəyyən mə'nada Nəsiminin uzun müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla əlaqədar olaraq, Zümrüd Quluzadə yazır: “Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-allah dayanır. Insan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya-həqiqətə çatdıra bilər.” Daha sonra oxuyuruq: “Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklikdə əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf, ağıl dayanmağa başlayır. Bu zamandan e'tibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdıqı tə'limin eynilə təkrarı deyil.”
Nəsimi yaradıcılığının ana xətti insanın allahla eyniləşdirilməsi və ilahiliyi ideyasından keçir. Nəsiminin bu düşüncələrini poetik tərzdə ifadə eləyən məşhur şe'r də fikrimizi sübut edir:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam.
Ərş ilə fərşü kafu nun məndə bulundu cümlə çun,
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sıcmazam.
Kövnü məkandır ayətim, zatınadır bidayətim,
Sən bu nişan ilə məni, bil ki, nişanə sığmazam.
Kimsə gümanu zənnilə olmadı həqqilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.
Surətə baxu mə'niyi surət içində tanı kim,
Çismilə can mənəm, vəli, çismilə çanə sığmazam.
Həm sədəfəm, həm inciyəm, həqirü sirat əsənciyəm,
Bunca qumaşü rəxtilə mən bu dükana sığmazam.
Gənci nihan mənəm, mən, uş, eyni-əyan mənəm, mən uş
Gövhəri-kan mənəm, mən uş, vəhrəvü kanə sığmazam.

Böyük şair və əzabkeş haqqında bu kiçik söhbətimizi xalq yazıçısı Mirzə Ibrahimovun sözləri ilə bitirmək istərdik: “Həqiqətən böyük bir sənətkar kimi, Nəsimi yalnız öz doğma ədəbiyyatının deyil, həm də Yaxın Şərqin digər xalqlarının da söz sənətindəki ən yaxşı ən'ənələri mənimsəyərək, keyfiyyətcə yeni poeziya nümunələri yaratmağa nail olmuşdur. Onun böyüklüyü bir də orasındadır ki, Nəsimi poetik sözü bir tərəfdən sosial və fəlsəfi mündəricə ilə, dikər bir tərəfdən isə yeni ifadə vasitələri ilə zənginləşdirmişdir. Onun poeziyası insanı tərənnüm edir, insana himn kimi səslənir. Şair böyük bədii sözün ali qüdrəti ilə insanın qiymətini qaldırmış, onun duyğu və düşüncə azadlıqını müdafiə etmişdir.” Şair təbiətin şah əsəri olan ali varlığı-insanı tərənnüm etdiyi üçündür ki, həmin ali insanın obrazı da oxucuların yaddaşına Azərbaycanın dahi oğlu Nəsiminin timsalında həkk olunur.

Слава Господу Миров!      08-12-2010 18:20 (link)
Mvlana Maraal vhdi
Aləmlərin Rəbbinə Esq olsun

Mövlana Marağalı Əvhədi

Azərbaycanlı filosof şair Mövlana Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn 1274-cü ildə keçmişdə Azərbaycanın paytaxtı olmuş Marağa şəhərində anadan olmuşdur. Bəzi mənbələrə görə lk zamanlar “Safi” təxəllüsü ilə yazmışdır. Təhsilini o zaman Yaxın Şərqin ən məhşur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır, ana dilindən başqa ərəb, fars dillərini, elmi-nücum, məntiq, təbiət elmlərini, fəlsəfəni, ilahiyyatı öyrənmişdir.
Müxtəlif mənbələrdə onun barədə deyilmişdir: övliya, xoşbatin, xoşsifət, allahpərəst, arif, şeyx, mövlana, mehriban, əxlaqlı, təmiz adam, fazil və kamil insan, təcəvvüf təriqəti başçısı, haqq yolun bələdçisi də s.
Ən dahi şairimiz Həzrəti Seyid İmadəddin Nəsimi Əvhədini çox sevmiş, əsərlərini tərcümə etmiş, yaxud onlara nəzirələr yazmışdır. Sədi Şirazi onu öz ustadi saymışdir.
Bə`ziləri Əvhədinin bir müddət İsfahanda yaşamasını və farsca yazmasını əsas tutaraq onu fars şairi kimi gələmə verməyə calışmışlar, lakin bu fikir səhv və gülüncdür. Birincisi, fars şairlərin çoxu ərəbcə yazmışlar ki, buna görə onlara ərəb demək olmaz. İkincisi, kecmişdə bir çox şairlər iki, yaxud üç dildə yazmışlar. Ücüncüsü, azəri şairlərinin əsərlərinin fars və ərəb dilində yazması dövrün tələbilə olmuşdur, bə`zən isə əsər sifarişlə yazılmışsa, sifarişçinin(əsasən hökmdarların) istəyi ilə. Bəzi bizə məlum olmayan səbəblər ola bilsin ki, gələcəkdə məlum olsun. Əsas məsələ dahilərimizin əsərlərindəki fikirlərdir.
Mövlana Əvhədinin bizə məlum olan əsərləri: tərcibənd, gəzəl, rübai, qitə və qəsidələrdən ibarət (ən azı 15000 beytlik) divan, 525 beytdən ibarət aşiqanə bir poema “Dəhnamə” ya “Məntiqül-üşşaq”, 1333-34cü ildə 60 yaşında yazdığı şah əsəri “Cami-Cəm” didaktik-fəlsəfi məsnəvisi (9142 beyt), şer divani 10000 beyt.
“Gami-Gam” məsnəvisi həyatın mənası və insanın özünü dərk etməsi, Rəbbimizin eşqinə çatması üçün ən kamil əsərdir və dünyada tayı-bərabəri yoxdur. “Gami-Gam”-in 1970-ci il nəşrinin ön sözünda görkəmli alimimiz M.Sultanov yazır: “Yeri gəldikcə Azərbaycan sözləri və məsəlləri ilə bəzənən bu əsərin şair tərəfindən “Cami-Cəm” adlandırılması təsadüfi deyildir. “Cami-Cəm” əfsanəvi İran padşahı Cəmşidin istənilən hər şeyi özündə əks edən camına işarədir. Şair demək istəmişdir ki, onun bu əsərində Cəmişidin camında olduğu kimi, hər məsələyə cavab tapmaq olar. Əvhədi özü əsərinin “Cami-Cəm” adlanmasını belə izah edir.

Adını “Cəmşidin camı” qoydum mən,
Varlığın əksini onda görərsən.
Hər kəs istəyirsə dünyanı görmək,
Könlü istəyəni burda görəcək.

....Təsadüfi deyildir ki, bu əsər, istər şairin öz vaxtında, istər sonrakı dövrlərdə geniş yayılmış, Şərq xalqları tərəfindən sevilə-sevilə oxunmuş və bir çox klassik şairlərin yaradıcılığına öz tə`sirini göstərmişdir.”
Mövlana Əvhədi “Cami-Cəm”in “BU KİTABIN MƏZMUNU HAQQINDA” bölməsində öz əsəri haqqında belə deyir:

Bu kitab övliya kitabıdır, bax!
Yaramaz şöhrətçin onu aparmaq.
Bu əlvan naxışlı kitabda olar.
Cənnət, cəhənnəmin yolu aşikar,
İlk günün, hazırın, son günün sözü,
Bir neçə beytilə yazıldı, düzü.
Yaxşının sifəti, yamanın üzü,
Oğrunun hiyləsi, tacirin sözü,
Bir söz artırmadan yazıldı bir–bir,
Tutulmaq bilməyən bir ay kimidir.
Xəyalın məhsulu deyil o, heyhat.
Onu gətirmişdir dünyaya həyat.
Nəfs üçün çox xeyir verər bu əsər,
Onu kim oxusa məqsədə yetər.
Adını “Cəmşidin camı” qoydum mən,
Varlığın əksini onda görərsən.
Əgər kim istəsə dünyanı görmək,
Könlü istəyəni burda görəcək.
Ordan bilərsən ki, o şah hardadır.
Mənzili, məkanı nə diyardadır.
Şahın düşmənləri sınırlar nədən?
Sərxoş niyə yatır, onu bilərsən.
Bu evə, qapıya kim tapdı açar?
Bu evdə olanı kim gördü aşkar?
Addan adlanana nə qədər yoldur?
Tilsimdən xəznəyə nə qədər olur?
Mütləqi nisbidən ayırd edərsən,
Dönüb əyri yoldan düzlə gedərsən.
Səni azdırmaqçün div tapmaz macal,
Həm atmaz quyuya paltarını hal.
Gizli hiylələrdən olarsan uzaq,
Olmazsan hənəfi qövmündən iraq.
Adamlıq nədədir o, deyər, inan,
Nədir, nə deməkdir insanlıq, insan.
Oyuncaq eləməz səni hər alçaq.
Kimsə deməz sənə azqın və axmaq.
Malın oğrulardan amanda olar,
Elm edər könlündən şübhəni kənar.
Açar gözlərini fikir qartalın,
Yer, göyü titrədər fikrin, xəyalın,
Sağına–soluna keçməz hər axmaq.
Sən yaxşı bilərsən yerini ancaq.
Sənin ibrət gözün açılar, bişək,
Başqa naxışları rədd edər ürək.
Sən əldə edərsən belə bir zəfər,
Onda Əvhədi da savaba yetər.
Görsən ki, yaramır məni əfv elə,
Allahdan xacəyə xoşbəxtlik dilə.

Mövlana Əvhədi 1338-ci ildə martın 8-də 65 yaşında Marağada dünyasını dəyişmişdir. Dahi şairin məqbərəsi(Cənubi Azərbaycannin Marağa şəhərində) haı-hazırda Pir Əvhədəddin adı ilə çox məhşur ziyarətgahdır. Onun məqbərəsini ziyarət etmək hamiya nəsib olmayan böyük xoşbəxtlikdir:

Bir rəngdə olsa da nurla can əgər,
Yenə bədənlə də yaxınlıq edər.
O şey ki, xalq onu ziyarət sayır,
O, bu nura doğru hey addımlayır.
Camaat bu nurdan görməsə əsər,
Sümüyün adını haradan çəkər!?
Candan ayrılsa da təmiz bir bədən,
Gen deyil allahın mərhəmətindən.
.......
Niyazla, yəqinlə əgər bir bədən
İllərlə din üçün çalışsa qəlbən,
O, olar ağılın bəndə fərmanı,
Düz çıxar ürəklə, canla peymanı.
Əgər o, gözlərdən olsa da pünhan,
Torpağı dünyaya qiblədir hər an.
Ruhu bilicidir, hazırdır müdam,
Hər kəsi kamına yetirər tamam.
Ölülər haqqında belə deyirsən,
Bəs niyə dirini heç gəzməyirsən,
İş gör rəhbər tutub arif sözünü,
İqrar et vasilin hər mö`cüzünü.
(Gami-Gam, QƏBRİLƏRİ ZİYARƏT ETMƏYİN MƏ`NASI)


Mövlana Əvhədinin baş daşı üzərində yazılmışdır: “ Bu qəbir böyük ağa, məşur alim, görkəmli natiq, insanların ən yaxşısı Hüseyin İsfahaninin oğlu, millətin övladı, rəhmətlik Əvhədəd-dinindir.738-ci ildə şəban ayının 15-də (08.03.1338 miladi) vəfat etmişdir.”
Şairin həyat və yaradıcılığını ən geniş tədqiq edən istedadlı alimimiz Qulamhyseyn Beqdeli “Əvhədinin həyat və yaradıcılığı” kitabıni yazmışdır.(Baki-1962). Bu məqalə yazılarkən əsasən o kitabdan istifadə olunmuşdur. Görkəmli alimlərimiz Qulamhyseyn Beqdeli və Xəlil Həmid oğlu Əvhədinin “Gami-Gam” əsərini farscadan azəri turkcəsinə tərcümə etmişıər ki, bununla xalqımıza misilsiz xidmət göstərmişlər. Bu tərcümə1970-ci ildə Azərbaycan Dövlət nəşriyatında 20000 tirajla kiril əlifbası ilə nəşr olunmuşdur. Sovet dovründa giddi senzura və ateizim şəraitində bu kitabin tərcüməsi va capı böyük qəhramanlıq kimi giymətləndirilməlidir. Mənim fikrimcə, kitabın ön sözünda görkəmli alimimiz M.Sultanovun aşağıdakı sözləri ədiblərin senzuranı aldatmaq üçun necə mahir fəndlərə əl atmaq məcburiyətində qaldıqlarını göstərir:
“Yaxın Şərq xalqları ədəbiyyatı, o cümlədən klassik Azərbaycan ədəbiyyatı nümayəndələri bir qayda olaraq öz poema və dastanlarını tovhid, nə`t, mənqəbət, mədh və sairə ilə başlayır, bu ən`ənəni yerinə yetirdikdən sonra, kitabın yazılması səbəblərini izah edir və sonra əsil mətləbə keçirlər. Buna görədir ki, bə`zən klassik irs nəşr edilərkən bugün üçün, demək ki, az əhəmiyyəti olan həmin müqəddimə ya tamamilə atılır ya da qismən ixtisar edilir. Bu isə yazılı abidələrin nəşri və şairin yaradıcılığını, onun dünyagörüşünü tədqiq nöqteyi-nəzərindən düzgün sayıla bilməz. Çünki bizim müasir oxucularımızın tələb və səviyyəsi o qədər yüksəlmişdir ki, onlardan orta əsr ədəbi irsinin bugün üçün zərərli olmyan məhdud cəhətlərini gizlətməyə heç bir ehtiyac yoxdur. Bu məsələ ilə əlaqədar olaraq biz Azərbaycanın 630 il bundan əvvəl yaşayıb yaratmış böyük filosof şairi Əvhədi Marağalının “Cami-Cəm” əsərinə də bu me`yarla yanaşmış və oxuculara təqdim edilən bu əsərdə də təsəvvüflə, orta əsr asketizmilə əlaqədar deyilmiş ifadələr olduğu kimi saxlanılmlşdır. Şübhəsiz ki, Əvhədinin bugün üçün hələ də qiymətini itirməmiş tamamilə mütərəqqi fikirləri vardır, ancaq onun bə`zən bu dünyanın faniliyi və axirətin əbədiliyi haqqında deddiyi sözlər, əlbəttə,düzgün fikir sayıla bilməz. “Cami-Cəm”də üç nöqtə (...) qoyulan yerlərdə yol verilmiş ixtisarlar isə orijinalda eyni fikrin uzun-uzadı təkrarı ilə əlaqədardır.”
Mənim fikrimcə axrıncı cümlədən aydın olur ki, senzura üç nöqtə (...) qoyulan yerləri cap etməyə icazə verməmişdir. Kitabda üç nöqtə (...) qoyulan yerlərdə yol verilmiş ixtisarlar təkrar nəşirlərdə mütləq tərcümə olunnub əlavə olunmalıdır.
Cami-cəm məsnəvisi 2004-cü ildə 1970 ci il nəşri əsasında 25000 tirajla kitabxanalara hədiyyə olunmaq üçün latın qrafikasıı ilə təkrar nəşr edilmişdir. Lakin əsər hələ də latın qrafiksı ilə sərbəst satış uçun nəşr olunmamışdır. Bu əsərin satış uçün latın grafikası ilə nəşrinə də çox böyuk ehtiyac vardır.
2008-ci ilda Bakıda Gami-Gam məsnəvisinin ilk audiokitab (mp3, 200Mb) variantı hazirlanmışdır. Maraqlananlar www.haqq.az saytından “Gami-Gəm” kitabını(azərıcə, latın qrafikası) MS Word formatında kompyuterlərinə yükləyə bilərlər.
Azərbaycanlı filosof şair Mövlana Marağalı Əvhədinin Bakı şəhərində heykəlinin qoyulması və prospektlərin birinə onun adının verilməsi vaxtı artiq çoxdan çatmışdır.

Rashad Davudoğlu
1cs@mail.ru
Bakı-2010
Назим Сумгаитский      08-12-2010 18:47 (link)
Re: ДРЕВНЯЯ ЛИТЕРАТУРА АЗЕРБАЙДЖАНА
Назим Сумгаитский      08-12-2010 18:51 (link)
Re: ДРЕВНЯЯ ЛИТЕРАТУРА АЗЕРБАЙДЖАНА