Все игры
Обсуждения
Сортировать: по обновлениям | по дате | по рейтингу Отображать записи: Полный текст | Заголовки

Hec bilirdinizmi...

» ABŞ - da 3 Peru və 9 Paris adını daşıyan şəhər var.
» Toqo dövlətində qadına xoş söz deyən kişi mütləq onunla evlənməlidir.
» Alimlər "İncil" də cəhənnəm mövzusunda olan sitatları müqayisə edərək belə qənaətə gəliblər ki, cəhənnəmin hərarəti 718 selsidir.
» Bir kişi həyatının ortalama 3350 saatını üz qırxmağa sərf edir.
» Hər il 120 min qadın və gənc qız Qərbi Avropa ölkələrinə satılır.
» ABŞ və İngiltərə erkən yaş dövründə hamiləliyə görə dünyada birinci yeri tutur.
» Çində 44 milyon qadın itkin düşmüş hesab edilir.
» Braziliyada ------ qadınların sayı Braziliya ordusunun sayından çoxdur.
» 1 ildə 13.2 milyon amerikalı estetik əməliyyat keçirir.
» Hindistanda 44 milyon uşaq işçi var.
» Dünyanın ən çox pul qazanan idmançısı qolfçu Tiger Vudz ildə 78 milyon dollar pul qazanır. Bu isə saniyədə 148 dollar deməkdir.
» Avtomobillər dəqiqədə 2 insan öldürür.
» Keniyada hər bir ailənin əldə etdiyi qazancın üç də bir hissəsi rüşvətə xərclənir.
» Dünyada qanunsuz narkotik maddələrinin dövriyyəsindən olan qazanc 400 milyard dollar təşkil edir.
» Dünyanın üçdə birində müharibə vəziyyəti hökm sürür.
» Neft ehtiyyatları 2040-cı ildə tükənə bilər.
» İntihar nəticəsində ölənlərin sayı silahlı münaqişələrdə ölənlərin sayından daha çoxdur.
» Hal-Hazırda Dünyanın Ən Hündür Binaları Çində və Tayvandadır.
» İnsan İldə Ən Azı 1460 Yuxu Görür.
» Ömrümüzün 1/3`i Sadəcə Yatmaqla Keçir.
» Hal-Hazırda Təyyarə Ən Təhlükəsiz Nəqliyyat Vasitəsi Sayılır. Beləki Dünyada İl Ərzində Digər Nəqliyyət Vasitələri İlə Müqayisədə Ən Az Qəzanı Təyyarələr Edir.

» AzerCellin 1 günlük gəliri 1 000 000 manatdır.

» İntransın 1 günlük gəliri 10 000 manatdır.

» Dünyada sadəcə Azərbaycanda bir yola ən az 6 dəfə asvalt çəkilir

» Dünyanln ən cazibədar qızları İspan qızları, oğlanları isə İtaliya oğlanlarıdır.

» Dünyada Qeyri səlis nəzəriyyənin banisi və yaxınlaşdıqın zaman açılan qapıların yaradıcısı Azərbaycanlı Lütfüzadədir.

» Dünya əslində yuvarlaq deyil.

» Azərbaycanda 65% qız, 35% kişilərdir

Метки: maraq dairesi

Size eser yaziram..


Bir gün öləcəyik. Basdıracaqlar. Bir neçə gün anacaqlar, sonra qalan malı böləcəklər; hətta razı qalmayıb dalınca bir söyəcəklərdə

Corab kimi sevgili dəyişənlər, hər yeni sevgidə "təmiz səhifə açıram" deyənlərədi sözüm: Sizin dəftərinizin neçə ortası var?

İnsana kəpənək bir dəfə qonar; əldən buraxsan başqa şansın olmayacaq. Çünki sabah həmin kəpənək ölmüş olacaq

Dostluq çinara bənzəyir. “Meyvəsi olmasa da kölgəsi var”

Nöqtə qoyduqdan sonra “bəlkə” demək ümid deyil; çarəsizlikdi

Həyatda heç vaxt bir insana tam güvənmə, Çünki heç kim sənə tamamilə güvənmir

Sən onun dediklərinə cavab verməyi belə özünə rəva bilməzsən, amma O səni susdurduğunu düşünəcək. Həyat bax budu

Xoşbəxt olmaq istətirsənsə; insanlara, əşyalara deyil, bir məqsədə bağlan

Sevməyi yox, tənhalığı öyrən. Çünki ən çox ona ehtiyacın olacaq

Bir kəpənək tutarsan, əlini açıb baxmaq istəsən uçub gedəcəq, əgər sıxsan öləcək. Bax səni sevmək buna bənzəyir

Eşq deyilən bir şey yoxdu, sadəcə hiss etdiyimiz həyacan var... bunu da özümüzə Eşq kimi sırıyırıq

Başqa planetlərdə həyat olub olmadığı ilə maraqlanırıq, guya ki bu planetdə düz əmməli yaşamağı bacarırıq

Heç kimə kədərimi göstərmirəm. Gündüzlər gülüb, gecələr isə tək ağlayıram

Ve sonda: başa düşdüm ki, başa düşməkdə azlıq edir

Maraqli ve menali 4-5 cumle ..


1. Tərk edib gedən bir gün geri dönmək istəsə icazə verin dönsün...və kimi itirdiyini dərk etsin.

2. Həyatı göz yaşlarınla sevindirməkdənsə qəhqəhələrinlə cəzalandır.

3. Unutma...yaşadığın bu günün təkrarı olmayacaq.

4. Hər şeyi bilmən önəmli deyil. Önəmli olan həddini bilməndir.

5. Bilin ki, inam qazanmaq üçün illər lazımdır.İnamı itirmək üçün isə sadəcə bir saniyə.



6. Yaxşılıq edə bildiyi halda bunu etməyən bir insan böyük günah işləmiş olur.

7. Vərəqə toxunan qələm kibritdən daha çox yandıra bilər.

8. İtirlmiş günlərin ən pisi bir dəfə də olsun gülmədiyiniz günlərdir.

9. Qonşunu sev, amma bağça divarını uçurma.

10. Müharibənin yaxşısı, sülhün pisi olmur.



11. Siz özünüzə inanın, başqaları da sizə inanacaqdır.

12. Sizə yol göstəriləndə bir şeyi unutmayın ki, o yolu tək getməlisiniz.

13. Ümüdünü itirmiş olanın başqa itirəcək heç bir şeyi yoxdur.

14. Verilməsi ən asan şey nəsihət, alınması ən çətin şey ibrətdir.

15. Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.



16. Yaşadığımız hər an öz haqqını istəyər.

17. Zamanında bir addım atmayan insan sonradan 100 addım atmaq məcburiyyətində qalacaq.

18. Ağıllı adam ağlını işlədər. Daha ağıllı adam başqalarının da ağlından istifadə edər.

19. Başqasından üstün olmamız önəmli deyil. Əsas önəmli olan dünənki halımızdan üstün olmamızdır.

20. Dürüst insan hər zaman, ağıllı insan isə zamanında doğrunu söyləyər.



21. Gələcəyi satın ala biləcək tək şey bu gündür.

22. Yaxşılığa gücün çatmırsa, pislik də etmə.

23. Yaxşılığı ancaq yaxşılar başa düşər, pisliyi isə hər kəs.

24. Pis xəbərlərin qanadları var, yaxşı xəbərlərin ayaqları belə yoxdur.

25. Yanıldığını əsla qəbul etməyənlər ən çox yanılanlardır.



26. “Savaş istəyirik!” Ən birinci öldürüldü bunu deyən...

27. Kimin deyil, nəyin doğru olduğu önəmlidir.

28. İnsanlara ən böyük yaxşılıq ağıllarından istifadə etməyi öyrətməkdir.

29. Düşünməmizi öldürən ən böyük düşmənimiz kiməsə alışmağımızdır.

30. Özünü bil...!!!

Метки: like

ALLAHIN RAZILIQI


Quran əxlaqından uzaq yaşayan insanların xoşbəxt olamamalarının və bir cür çıxış yolu bulamamalarının bir səbəbi də yalnız insanların razılığını qazanmaq üçün yaşamalarıdır. Bir insan bütün doğrularını, səhvlərini və həyatını insanların dəyər mühakimələrinə görə belirliyorsa, insanlar üçün yaşayır deməkdir.
Allahın razılığını hədəfləmələri
İnsanlar üçün yaşamaq isə, böyük bir zorluktur. Çünki hər insanın bəyənisini fərqli ölçülər üzərinə qurulmuşdur. Bir insanın ətrafında yüzlərlə insan olduğu düşünüləcək olsa, bunların hər birini məmnun etmək üçün ayrı səy xərcləmək lazım olacaq. Birinin məmnun olduğu bir rəftardan bir başqası məmnun olmayacaq. Bu isə, "insanlar üçün yaşayan" kəslərin, "minlərlə fərqli tələbi eyni anda" qarşılaması deməkdir. Bu da qeyri-mümkün olduğuna görə, həmin adam çətinlikli bir həyat sürmək məcburiyyətində qalacaq.

Allah iman gətirməyənlərin bu çətinliklərinə Quranda belə bir nümunə verməkdədir:

"Allah (şərik qoşanlar üçün) bir nümunə verdi: Özü haqqında uyğunlaşmasız və dolanışıqsız olan, sahibləri də çox ortaklı olan (kölə) bir adam ilə yalnız bir adama təslim olmuş bir adam. Bu ikisinin vəziyyəti bir olarmı? Həmd, Allahındır. Xeyr onların çoxu bilmirlər. "(Zumər surəsi, 29)

Uca Rəbbimiz, insanı və bütün digər aktivləri yaradandır. İnsanın necə bir yaşantıyla xoşbəxt ola biləcəyini də yalnız Allah bilər. Bu nöqtədə insana kömək edə biləcək tək bir yol var; Allahın sonsuz ağlına və məlumatına təslim olmaq və Allahın razılığını diləyərək yaşamaq

Dərin, Güclü Bir İman Necə əld&

Dərin, Güclü Bir İman Necə əldə edilir?
Dərin bir iman ancaq;
Allaha hər an şərtsiz bağlı qalmaqla, Heç bir şərt və şəraitdə Rəbbimizin beğenmeyeceği bir davranış sergilememekle,
Allahın yaratdığı qədəri, Ondan gələn hər şeyi həmişə gözəl və xeyirli görməklə,
Dünyanın müvəqqəti nəfslərinə, saxta zövqlərinə, şeytanın aldadıcı vədlərini aldanmamakla və bunlar qarşısında bir an belə tərəddüdə düşmemekle edilə bilən.
Bu istiqamətdə bir ömür sürmək, əlbəttə, çox zadəgan bir seçimdir. Önünə çıxan variantlarda həmişə Allahın razılığını seçim etmək, hər şərtdə Allaha yönəlib yalnız Ona rəğbət etmək, ancaq Allaha candan bağlı, Allahı qəlbən sevən saleh möminlərin göstərdiyi zadəgan və gözəl davranışdır. Allah Quranda Müsəlmanları yalnız Ona rəğbət etməyə belə çağırmaqdadır:
"Bu halda risaləti təbliğ zaman, dayanmadan (dua və dünya işlərindən) azad-davam et. Və yalnız Rəbbinə rəğbət et. "(İnşirah Surəsi, 7-8)
Dərin bir imana qovuşmaq üçün profilə səy çox gözəl bir ibadətdir. Bu qiymətli səy müsəlmanın bütün həyatını əhatə edir. Gönülden Allaha yönələn bir müsəlman;
Gözünü açdığı andan etibarən Allaha yaxınlaşma istəyini və səyini göstərməyə başlayır. Oyanar oyanmaz Allaha özünə can verdiyi üçün və yenidən oyanmağı nəsib etdiyi üçün şükr edər.
Gün ərzində həm özü həm digər müsəlman qardaşları üçün Allaha könüldən dua edər.
Allahın əmr etdiyi gözəl əxlaqın yer üzündə yayılması üçün cəsur bir qətiyyətlə heç qorxmadan və yorulmadan işləyir.
Gözəl əxlaqını Allahın izni ilə gün boyu qoruyar, nəfsinə ağır gələn bir mövzuda nəfsinə qapılmaz və Allahın razılığına uyğun davranışı sərgilər.
Hər an Allaha sadiq qalır.
Dayanmadan Allahı xatırlayar, Onun ne'mətlərini düşünər və anlatır.

Heyat neleri oyretdi...



Yaradıcılığın ən böyük zənginlik olduğunu...

Ağır ağır, yavaş yavaş, həzm edə - edə yaşamaq lazım olduğunu...

İnsanın təməl vəzifəsinin, xoşbəxt yaşamağı öyrənmək olduğunu...

Hədəfin deyil, yolun əhəmiyyətli olduğunu...

Yemək yeməyin, doymaqdan daha əhəmiyyətli olduğunu...

Arzulamağın əldə etməkdən daha əhəmiyyətli olduğunu...

Tək həqiqətin yaşanılan an olduğunu...

Eyni pəncərədən baxmağın deyil, o pəncərədən eyni şeyi görməyin əhəmiyyətli olduğunu...

Hər şeyin amma hər şeyin bir əvəzi olduğunu...

Ən pis duyğunun peşmanlıq olduğunu

Eşqin, arzulamağ, amma qovuşa bilməmək olduğunu...

Dünyada bu günə qədər deyilmiş bütün "Səni sevirəm"lərin onda doqquzunun yalan olduğunu

Eşqdə qadınların mərhəmətsiz olduğunu...

Qadınların eşq üçün fəda etməyəcəkləri heç bir şeyin olmadığını...

Eşq mövzusunda, hər kəsin mütləq bir yerdə yalan danışdığını...

İtirilən bir qadının bir daha əsla əldə edilə bilməyəcəyini...

Qadınların əsla dəyişdirilə bilməyəcəyini...

Ən uca duyğunun analıq olduğunu...

Ana ola bildikləri üçün qadınların kişilərdən daha şanslı olduqlarını...

Gözəl bir qadından daha gözəl, daha seyr ediləsi, daha qiymətli bir şeyin təbiətdə mövcud olmadığını...

Pulun deyil, gözəlliyin hər qapını açdığını...

Hər şeyin boş olduğu" həqiətinii hər kəsin bildiyini ancaq, çox az adamın qavraya bildiyini...

Hər şeyin bir oyundan ibarət olduğunu...

İnsanların ən çox, hörmət edilməyə ehtiyacı olduğunu, ancaq ən az səyi də bunun üçün göstərdiklərini...

Pis olmanın asand, yaxşı olmanın çox çətin olduğunu...

Öyrənməkdən çox, öyrətməyi sevdiyimizi...

Метки: Oyretdi...

Mehriban Heyatimiz

Hamam
Kishinin hamamda 6 eshyasi olur : dish mecunu, dish firchasi, uz qirxma kremi, ulguc, sabunu ve desmali. Qadinin ise hamamda olan eshyalarinin orta sayi 437-dir. Kishiler hemin eshyalarin choxunun adini bele bilmir.
Dostlar
Qizlar oz refiqelerigilde olarkan butun geceni danishmaqla kechirirler. Oglanlar oz dostlarigilde qaldiqda ise gece texminen 20-30 soz ishledirler ki onlardan da choxu beledi: "Ishigi sondur", "Pive tapdin?", "Bu gozelcheye bax!!!"
Evden_chixmaq
Ne vaxt ki, kishi deyir artiq evden chixmaga hazirdi, demeli o heqiqeten de chixmaga hazirdi. Ne vaxt ki, qadin deyir artiq evden chixmaga hazirdi, bu o demekdirki o kosmetikasini indice qurtarib ve artiq sirgalarini axtarir.
Ovladlar
Qadin oz ushaqlari haqda her sheyi bilir. Qadin ushaginin sevdiyi filmi, ushagi uchun dish hekiminin ne teyin etdiyini, sevdiyi idman sahesini, romantik heyatindaki hadiseleri, sevimli yemeyini, onun gizli arzularini ve s. bilir. Kishi ise evde yashayanlari dumanli shekilde xatirlayir.
Pishikler
Qadinlar pishikleri sevir. Kishiler deyir ki onlarda pishikleri sevir. Amma qadinin gozunden yayinan kimi pishiye var gucuyle tepik ilishdirirler. Sonra onun bashini sigallayirlar.
Paltar_deyishmek
Qadin her bir ishe muxtelif paltarlar geyir.Qadin dukana gedende, gulleri sulayanda, kitab oxuyanda paltarini deyishecek. Kishi ise, eger qadin bunu ondan teleb etse ancaq toy ve defn merasimine getmek uchun paltarini deyishecek.
Guzgu
Kishiler lovgadi, onlar ozlerine baxmaq uchun guzguden istifade edecekler. Qadinlar ise guluncdu, onlar parildayan her bir sheyden: qashiqdan, magaza shushelerinden, avtomovilin penceresinden ozlerine baxmaq uchun istifade edecekler.
Camashirxana
Qadin iki-uch gunden bir paltarlari camashir edir. Kishi butun paltarlari chirklenene kimi geyecek, hetta 8 il evvel emeliyyat olunan zaman geydiyi altligi da geyinecek. Gorende ki daha geymeye paltar yoxdu, o zaman chirkli koyneyi tersine cevirib o uzune geyecek ve chirkli paltarlari nehayet ki camashirxanaya aparacaq.
Yetkinlik
Qadinlar kishilere nisbeten daha tez yetginleshirler. Ekser 17 yashli qizlarin choxu ozlerini boyukler kimi apara biler. Ekser 17 yashli oglanlar ise helede futbol shekilleri toplayir ve ya dersden sonra playstation klublarina qachirlar.
Telefon
Kishi telefona bir elaqe vasitesi kimi baxir. Onlar telefondan bir birine qisa mesajlar gondermek uchun istifade edir. Qadin oz refiqesi gilde 2 hefte qala biler, eve qayitdigi gun ise yene hemin refiqesi ile telefonda 3 saata qeder danishacaq.
Bitkiler
Tetilde olan qadin kishiden onun bitkilerini sulamasini xaish edir. Kishi bitkileri sulayir. Qadin 5-6 gunden sonra eve qayidir ve butun bitkileri mehv olmush gorur. Hech kim bilmir ki bu neden bele olur.

Метки: Qadin_kishi

Beli bura cennetdir



Gənc bundan sonra sevinclə əəlaaa!!! -dedi.
Mənə bir az su verəbilərsiiz? Çox susadım.
Qadın cavab verdi: Əlbətdə, içəri daxil olun. İçəridə istədiyiniz qədər su tapa bilərsiniz
Beləcə Gənc itinə çevrilib:, Gəl dostum, içəri giririk" deyərək qapıya getdi.
Amma qadın onu birdən dayandırdı: "Bağışlayın, heyvanları içəri buraxmırıq.
Bundan sonra Gənc bir an dayandı, düşündü və geri dönüb itiylə birlikdə gəldikləri yolun tam tərs istiqamətində yollarına davam etdilər.
Bir müddət keçdikdən sonra özlərini bu dəfə tozlu palçıqlı bir yolda tapdılar və yolun sonunda qarşılarına ferma girişini xatırladan bir qapıyla cırıq paltarlı bir qoca çıxdı.
Gənc soruşdu: Bağışlayın. Mənə bir az su verənilərsiiiz??
Qoca içəri gəl dedi. Qapıdan girdikden sonra sağ tərəfdə bir bulaq var.
Gənc soruşdu: Bəs yoldaşım da mənimlə gələ biləər?
Qoca: Əlbətdə. -ded. Bulağın yanında it üçün də su içəcək bir yer var..
Gənc qapıdan girdi. Bir az yeridikdən sonra sağ tərəfdə bulağı tapdı. Gənc və yoldaşı sudan doyunca içdi.
Nəhayət adam geri gedərək girişdə gözləyən qocadan soruşdu: Su üçün çox təşəkkür edirəm. Bəs bura haradı?
Qoca: Bura Cənnətdi -dedi.
Bunu eşidən adam qışqırdı: Necə ola biləəər?
Bir az əvvəl möhtəşəm bir yerə getdik və oranın da Cənnət olduğunu söylədilər.
Qoca sakitcə dedi: Ora Cəhənnəmdi oğul.
Bundan sonra gənc Qocadan soruşdu:
Yaxşı, amma orda sizin adınızı istifadə edərək insanları aldadırlar deyə heç hirslənmirsiz.??
Qoca gülümsəyib: Yox oğul, hirslənmirik. Çünki onlar öz mənfəəti üçün ən yaxşı yoldaşlarını yarı yolda buraxanları Cənnətdən uzaq tuturlar.


Dostluq ipini həm gücləndirərək həm də ondan güc alaraq yaşamağı bacara biliriksə, Dostu hər zaman yanımızda hiss etməyi bacarırıqsa deməli xoşbəxt insanlarıq...

Метки: Cennet

Bele alindi...Cekirem


>
Bir insan çəkirəm. Ancaq bilmirəm hardan başlıyım. Dərdli olsun yoxsa dərdiz? Ölü olsun yoxsa diri? Necə olsun?

Mən rəssam deyiləm əsərlər yaradam. Heç çəkməyə əlimdə yoxdu. Mən gözümlə, ağlımla çəkəcəm. Çəkəcəm mən o adamı. Ona ad belə verməyəcəm. Qoy o adsız olsun. Adı elə Adsız olsun. Dərdi, qəmi az olsun.


Birinci başından başlayıram. Kənarlarını elə bərk çəkməliyəm ki, çıxmasın çölə. Ona görə qələmin ucunu biraz möhkəm basıram kağıza.Qalın qəliblər qururam. İçini bərk-bərk doldururam. Ancaq o doldurduğum şeylərin tərkibində nələr olduğunu bilmirəm. Çəkdikdən sonra rəngləyəcəm axı. Onsuzda hər şey o rəngin altında qalacaq. Heç o tərkibin nə olduğunu öyrənmək belə lazım deyil. Çünki üstü örtüləcək, yox olub gedəcək.

Bədən hissəsinə keçdim. Çiynini geniş elədim ki, çoxlu ulduzlar yığa bilsin deyə. Sinəsini düzənliklər kimi böyük elədim ki, o ulduzlar çoxaldığında ardını sinəsində reallaşdırsın və əlbət də ki, başqa medalları da olacaq onları da asa bilsin deyə. Axı o yaşayacaq. Yaşamaq bir savaşdı. Hər qalib gəldiyində medal asacaq çiyinlərinə, sinəsinə. Məğlub olduğundasa itirəcək.

Orqanlarından hər şeyi enən çəkdim. Biri xaric.O xaric olan onu ürəyidi. Ürəyinin sadəcə rəngini dəyişdim qırmızı əvəzinə qara elədim. Axı o da insandı mükəmməl ola bilməz.

Qolları. Qollarının birini qısa birinisə uzun elədim. Qoy o uzun əliylə hər hansısa bir şeyə sahib olduğunda onu tuta bilsin. Onu bərk-bər tutub özünə tərəf çəksin. Buraxmasın. Özünü qoruya bilsin düşnənlərindən.
Qısa əlidə onun işinə yarıyacaq. Uzun əli uzaqlarda savaşdığında qısa əli də onun yan yörəsini qoruyacaq. Çünki uzqlarda nə qədər düşməni varsa Adsızın, yan-yörəsindədə bir o qədər düşmanı olacaq.

Aayaqları. Ayaqlarını normal çəkdim. Ancaq yenədə düzəliş verməyi unutmadım təbii ki. Sol ayağını sağ ayağından qısa elədim. Bir ayağı yerdə olduğunda o birisi göydə olsun deyə. Bir ayağı dünyaya digərisi isə Allaha yaxın olsun deyə.

Insan nedir?


"İnsan insandır!" deyib keçə bilmirik çünki hər kəs insanı insan olaraq görmür.
Dəyişik peşələrə görə insan tərifi də dəyişir.

Məsələn siyasətçilər üçün bir insan "bir səs" mənasını verir. Ondan daha kənarda bir mənası yox. Yalnız "bir səs."
Seçkilərdə qutuya girəcək tək bir səs.
***
Ticarət mütəxəssisi üçün insan "bir alıcı" demək.
İnsanoğlunun ruhu və bədəni, qayğıları, ağrıları, sevincləri onu maraqlandırmır.
O yalnız "bir alıcı."
***
Dinlər baxımından o "bir qul."
Totalitar rejimlər üçün "sürüdən biri."
Həkimlərin çoxu üçün insan "bir xəstə," "bir hadisə."
Hakimlər və prokurorlar içinsə "şübhəli ya da şahid."
***
Məzar qazıcıları üçün o bir "meyid."
Televiziyaçılar üçün "reyting vahidi."
Jurnalistlər üçün "bir xəbər."
Futbol komandaları üçün "bir tərəfdar."
***
Fahişələr üçün hər insan "bir müştəri."
Futbolçular üçün "topa vuran bir cihaz."
Stilistlər üçün geydiriləcək "bir bədən."
Mafiya üçün "vurulacaq bir gövdə."
***
Halbuki insan bunların heç biri deyil.İnsan bunların hamısından daha mənalı, daha kompleks, daha kənar bir şey. Amma bu qavrayış humanizmin qabaqda olduğu dövrlər üçün etibarlı.İnsanı bir tək xüsusiyyətinə sadələşdirmədən onu tamamilə anlamağa çalışmaq, tarix boyunca sənətin bir nömrəli funksiyası oldu.Amma o da cəmiyyətdən yavaş yavaş qovulur.Bu səbəbdən düşünən insanlar nə olduqlarına özləri qərar vermək məcburiyyətində..........Bəs siz nə düşünürsüz? (maraqlıdı şəxsən mənə)

Метки: INSAN

Adini ozununuz qoyun


İnsan hər kəsdən qaça bilər, özündən başqa. Sonunda aynaya baxması mütləq lazımdır.

Bir qadının gücü qarşısındakını heyrətləndirəcək qədər böyükdür. Yetər ki, istəsin.


Özünə gəl! Altı-üstü bir insansan, hamısı bu qədər. Vazkeçilməz sanma özünü, torpağın altı özünü vazkeçilməz sananlarla doludur.

O hər şeyi bilən Google-yə də sənin mənə dönəcəyin günü sordum.“Heç bir nəticə tapılmadı” yazıldı.Onda bir daha anladım səhifəmizin qapandığını.

Səbr et, üzülmə, sevməyən burax getsin. Niyə ağlayırsan? Dua et Rəbbin səni tərk etməsin. O səni tərk edərsə, bax əslində o zaman bitərsən.
Gözlərimdən yaşlar axır yanaqlarıma, yanaqlarımdan ürəyimə..Ordakı səni boğmağa gəlir, iznini almadan izini silməyə…

Çox gülən insana çox həssas davranın.Çünkü, qırılarsa bir yerlərdə təş başına ağlar o…

Sənə sadəcə göz yaşlarımı haram etsəm Cənnət ancaq xəyalın olar.

Üsyan etmirəm, heç həddim də deyil. Amma bəzən ürəyimi küçələrə atıb qaçmağım gəlir…

Məni yarı yolda buraxdığını sanan dostlarım, inandıqlarım, sözüm sizədir:-YOLUN SONUNDA SİZİ GÖZLƏYİRƏM.

İnsanlara nə qədər dəyər verirsənsə o qədər başına çıxırlar.. Hələ verdiyini dəyəri bir də bəlli etsən….

Gedərkən elə getməlisən ki, ayrılığının qürurundan yer titrəməli!
Bir qadın “problem yoxdur” deyirsə problem var.
Bir qadın “problem var” deyirsə böyük bir problem var.
Bir qadın “heç də gülməli deyildi” deyirsə əsla gülmə!

“Tam unutmuşam” dediyin anda baxarsan ki, yolda dilənçi belə söz atır sənə: “Allah sevdiyinə qovuşdursun.”

Dönüşündə gözüm yox, mənim ağlım gedişində qaldı.

Метки: noname

Izah et ...



Ölməyi izah et yaşamağı bilməyənə....

Könül gözüylə görməyi izah et gördüyünü zənn edənlərə..

Ya da kor olmağı izah et hər şeyi görübdə acı çəkənlərə;

Ürəyi paslanmışa sevməyi izah et...

Ağlamanı qürur sayana gözyaşındakı zadəganlığı izah et...

Azadlığı izah et həbsdəkinə....

Quşları belə ovlayana vicdanı izah et....

Həyatın gözəl rənglərini izah et qarasnı məna bilənə...

Afrikada ki körpələri izah et offff çəkməyi bilməyənə...

Sonsuzluğu izah et sərhədləri olanlara....

Qaçmağı izah et getməyə üşənənə...

Mənaları çoxaldıb boğmağı izah et həyatının mənasının olmadığını düşünənə...

Savabı izah et günahkara....

Savabın bir azda dadını izah et ot kimi yaşayana

Sözlərin gücünü izah et susmağı məharət sayana...

Ağaca quşları izah et, kimlərə ev sahibliyi etdiyini bilsin...

Güvənməyi izah et insana, dost axtarışını buraxıb bəzilərinə dost ola bilsin....

Qürurun nə qədər yüksək bir təpə olduğunu və çıxdıqca nə qədər alçalacağını izah et...

Aldadana gerçəkdə aldatdığının özü olduğunu izah et, izah et ki öz özünü bıçaqladiğını fərq etsin...

Gülü xatırlatsın deyə tikanı izah et, bəlkə də tikanı xatırlatsın deyə gülü ...

Əlbət biryerlərdə səni anlayan mütləq birinin olduğunu izah et, səhv başa düşüldüyünü zənn edənə...

Метки: Izah

Bir heftenin tarixi.



Bir gün Günəşin doğulduğu andan, sabahısı gün doğulacağı zamana qədər keçən müddətdir. Bir ay isə Ayın eyni mərhələsinin səmada təkrar göründüyü zamana qədər keçən müddətdir. Çox qədim zamanlarda bu zaman vahidləri insanların həyatlarını davam etdirmələri, işlərini təşkil edə bilmələri üçün kafi idi.
Zamanla bir gündən uzun, bir aydan da qısa bir zaman vahidinə ehtiyac duyuldu. Babillilər 7 gündəlik həftəni zaman vahidi olaraq istifadə etməyə başladılar. Sonralar Yunanlılar, Çinlilər və Misirlilər 10 günlük, Romalılar isə 8 günlük həftəni istifadə etməyə çalışdılar.
Bir həftə olaraq qəbul edilən yeddi günlük müddətin qaynağı tam olaraq bilinmir. Ən qüvvətli tezis bu müddətin Ayın mərhələlərindən qaynaqlandığına söykənir. Ayın dörd mərhələsinin (yeni ay, ilk dörd, bütöv ay, son dörd) müddətlərinə ən yaxın olan tam gün sayı yeddidir.
Ancaq bu təbii və astronomik təməldən başqa astrolojik bir inanışın da, ta Babillilər zamanından etibarən, yeddi günün bir həftə olaraq seçilməsində rol oynadığı irəli sürülür. İlk çağlarda bilinən beş planet ilə Günəş və Ayın cəminin yeddi olması bu ədədə sirrli və uğurlu bir ədəd olaraq baxılmasına səbəb olmuşdur.
Daha sonraları dinlərdə göylərin yeddi qat oluşuna inanış, musiqidəki 7 not və təbiətdəki əsas rəng saylarının da yeddi olması bu ədədin sirrini yaxşıca artırmışdır. Təqvimdə yeddi günlük həftənin rəsmiyyət qazanması isə miladdan sonra 327 ilində Roma İmperatoru I. Constantinusun çıxardığı bir əmrlə olmuşdur.
Tövratın yaradılış (yaratma) anlayışına görə Tanrı kainatı 6 gündə yaratmış, yeddinci gündə də (şənbə) istirahət etmişdir. Xristianlar həftəni Tövratdakı şəkliylə qəbul etdilər, yalnız Hz. İsanın diriliş xatirəsinə yeddinci günü deyil də birinci günü, yəni bazarı 'Tanrı Günü' olaraq qəbul etdilər.
İslam dininin doğuşundan sonra da yenə yeddi günlük həftə mənimsəndi. Ancaq Hz. Məhəmmnədin möminləri məsciddə yığıb, namaz qıldığı, xütbədə dövlət və gündəlik işləriylə əlaqədar şərhlər etdiyi altıncı gün (cümə) istirahət etmə günü olaraq qəbul edildi.
1792-ci ildə Fransa təqvim quruluşunu dəyişdirərək 10 günü bir həftə qəbul etdi, amma icra edə bilmədi. Rusiya 1929-da 5 günlük həftə tətbiqinə keçdi, sonra bir həftəni 6 günə çıxardı və sonunda razılığa gələrək 1940-da 7 günlük həftə geri döndü. Bunuda öyrəndik

Метки: Hefte

Avropa


<<1 gün biri 1 xristiyanı
görür ve bunu müselman edim-savab qazanım niyyeti ile buna yaxınlaşır: "gel müselman ol" deyir. O da: "axı siz namaz qılırsınız, men qılmıram" deyende buna "ne olsun, men de qılmıram" deyir. Sonra "axı siz oruc tutursunuz, men tutmruam deyir". O da "Orucdur da tutmazsan eşi, men de tutmuram deyir". Xristiyan: "Men içki içirem axı, siz içmirsiniz" deyir. O da "Eşi men de arada görürsen içirem, gel müselman ol, bayramlarda zadda birge vurarıq " deyir. Xristiyan: "Onda men müselman imişem ki, deyir".>>

Ehtimal ki, zahiren sualimin dine bir dexli yoxdur amma kokunde bu aidiyyat dayanib Ezizlerim
1. Sizce AVROPA etalondur?
2. Avropanin beyendikleri yaxshi, beyenmedikleri pisdir?
3. Sizce Avropa diger dovletlerin inkshaf elemesini, xususen de muselmanlar yashayan dovletlerin guclenmesini istiyir?
4. SIZ AVROPANI HARDAN TANIYIRSIZ? KINOLARDAN? KONFRANSLARDAN? YOXSA HARDAN?

Метки: Bax bele

Heyat nedir?


Heyat deyerken siz ne basa dusursuz? Belke menim kimi coxunuzu da bu sual maraqlandirir... Heyat bize ne ucun verilib? Yasamaq?! Yaxsi,bes ne ucun yasayiriq-calisiriq,vurusuruq,aglayiriq,guluruk,nese elde etmek isteyirik,amma sonda bize qalan ne olur? Ve bir gun gelir-yuxuydaymisiz kimi oyaniriq(yeni oluruk)...Burda esas meqsed nedir?

Метки: heyat

8 Mart



8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi K.Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınmışdır. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilmişdir. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhs bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı.O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunmuşdur.Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü kimi qeyd olunur.

Mamedov: Bütün ana və bacıları 8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edirəm.

Метки: Qadinlar bayrami

Gozel Heyat


Bir gün çox varlı bir ailəyə malik olan ata kasıb insanların yaşayışını balaca oğluna göstərmək məqsədi ilə şəhərdən kənarda, qısa bir səfərə çıxır.
Onlar bir neçə günlərini cox kasıb bir ailənin fermasında keçirirlər və oğlan onların yaşayışını diqqətlə seyr edir.
Bunlar səfərdən qayıdarkən ata oğlundan soruşur: Hə oğlum səfər necə idi?
Çox gözəl idi, ata.
O kasıb ailənin necə çətinliklə yaşadığını gördün? Ata soruşdu.
Hə lap yaxşı gördüm, oğul cavab verdi.
Onda de görüm bu səfərdən sən nə öyrəndin? Ata soruşdu.
Oğul çəkinmədən cavab verdi:
Mən gördüm ki bizim bir itimiz var ancaq onların dörd.
Bizim həyətimizdə hovuz var, ancaq onlar sonu olmayan bir çay qırağında yaşayırlar.
Bizim həyət sadəcə fənərlərlə bəzənib, lakin onlar göydəki ulduzlara malikdirlər.
Biz yaşamaq üçün torpağın yalnız bir hissəsində ev tikmişik, ancaq onlar sahələrə malikdirlər.
Bizim xidmətçilərimiz var ancaq onlar başqalarına xidmət edirlər.
Biz ərzaqlarımızı alırıq ancaq onlar öz qidalarını yetişdirirlər.
Biz bizi qorumaq üçün evimizi hasara almışıq lakin onlar onları qoruyan dostlara malikdirlər.
Oğlanın atası bir söz demədən, sadəcə oğluna təəccüblə baxırdı.
Ata sənə təşəkkür edirəm ki sən mənə bizim necə kasıb olduğumuzu vaxtında sübut etdin.
Çünki, onlar nə qədər çətinliklərlə yaşasalar da, onların həyatı bizimkindən daha gözəl və daha mənalıdır.

Bəs siz həyatın gözəlliyini nədə görürsünüz?

Метки: Gozel Heyat nedir...

Her bir muselmanin bilmesi vacibdir

Bunları öyrənməyə həqiqətən dəyər...

S-1) Allah neçədir?
C-1) Allah birdir.

S-2) Bir olduğuna dəlilin nədir?
C-2) İxlas surəsinin ilk ayəs(n)i kəriməsidir.

S-3) Bunun mənası nədir?
C-3) "De ki: O Allahdır, bir təkdir.

S-4) Allahın varlığına ağıllı dəlilin nədir?
C-4) Bu aləmin varlığı və aləmdəki nizam və intizamın davamıdır.

S-5) Sən Müsəlmansanmı?
C-5) Əlhəmdülillah Müsəlmanam.

S-6) Müsəlman demənin mənası nədir?
C-6) Allahı bir bilmək. Qurani Kərimi və Hz. Məhəmməd Əfəndimizi (səv) təsdiq etməkdir.

S-7) Nə zamandan bəri Müsəlmansan?
C-7) "Galu Bəla" zamanından bəri Müsəlmanam.

S-8) "Galu Bəla" zamanı nəyə deyərlər?
C-8) Cənabı Haqq ruhlarımızı yaratdığı zaman bunlara xitab olaraq "Ələsti birabbiküm" yəni (Mən sizin Rəbbiniz Deyiləmmi) deyə soruşdu. Onlarda "Bəla" (Bəli Rəbbimizsən) dedilər. O zamandan bəri Müsəlmanam, deməkdir.

S-9) Rəbbin kimdir?
C-9) Rəbbim Allahdır.

S-10) Səni kim yaratdı?
C-10) ALLAH (cc) yaratdı.

S-11) Sən kimin qulusan?
C-11) Allahın quluyam.

S-12) Hansı dindənsən?
C-12) İslam dinindənəm.

S-13) Kitabımızın adı nədir?
C-13) Qurani Kərimdir.

S-14) Qiblən haradır?
C-14) Kəbəs(n)i Böyüyədir.

S-15) Kimin nəsilindənsən?
C-15) Hz. Adəm Əleyhissalamın nəsilindənəm.

S-16) Kimin millətindənsən?
C-16) Hz. İbrahim Əleyhissalamın millətindənəm.

S-17) Kimin ümmətindənsən?
C-17) Hz. Məhəmməd (Sallallahu əleyhi və Sellem)ın ümmətindənəm.

S-18) Peyğəmbərimiz neçənci ildə harada doğulmuşdur?
C-18) Rebiülevvel ayının on ikisi bazar ertəsi günü 571 tarixində, Məkkədə doğulmuşdur.

S-19) Peyğəmbərimizin neçə adı vardır?
C-19) Gözəl adları çoxdur. Lakin dördünü bilmək lazımdır və bunlardır: Məhəmməd, Mustafa, Əhməd, Mahmud (ə.s.)

S-20) Peyğəmbərimizin ən çox istifadə edilən adı nədir?
C-20) Həzrəti Məhəmməd Mustafa (s.ə.v.)

S-21) Peyğəmbərimizin atasının adı nədir?
C-21) Abdullahdır.

S-22) Anasının adı nədir?
C-22) Aminədir.

S-23) Süd anasının adı nədir?
C-23) Halıma Xatundur.

S-24) Peyğəmbərimizin ilk yoldaşının adı nədir?
C-24) Hz. Xədicədir.

S-25) Peygamberimizin Hz. Xədicədən neçə uşağı olmuşdur və adları nədir?
C-25) (Kişilər) Abdullah - Noyabr (Qızlar) Zeynəb - Rukiye - Ümmü Gülsüm - Fatmadır.

S-26) Peyğəmbərimiz neçənci ildə və neçə yaşında Peyğəmbər olmuşdur?
C-26) 610 ilində peyğəmbər olmuşdur. Peyğəmbərimiz 40 yaşında ikən peyğəmbər olmuşdur.

S-27) Peyğəmbərimiz Məkkədən Mədinəyə neçə tarixində hicrət etmişdir?
C-27) 622 tarixində hicrət etmişdir. Hicrət biz Müsəlmanlar tərəfindən tarix başlanğıcıdır.

S-28) Peyğəmbər Əfəndimiz (s.ə.v.) hansı tarixdə vəfat etmişdir?
C-28) Rebiülevvel ayının on ikisində 632 tarixində vəfat etdi.

S-29) İlk insan və ilk peyğəmbər kimdir?
C-29) İlk insan və ilk peyğəmbər Hz. Adəm (a.s.)dır.

S-30) Allah tərəfindən məxluqata göndərilən Peyğəmbərlərin sayı neçədir?
C-30) Peyğəmbərimizdən edilən bir rəvayətə görə yüz iyirmi dörd min, digər bir rəvayətə görə, iki yüz iyirmi dörd mindir.

S-31) Qurani Kərimdə adı keçən Peyğəmbərlərin sayı neçədir. Adlarını söyləyərsinizmi?
C-31) 25dir. Sayaram: Adəm, İdris, Nuh, Hud, Saleh, İshak, İbrahim, İsmayıl, Şua'yb, Lut, Yaqub, Yusuf, Musa, Harun, Davud, Süleyman, Eyyüb, Zul'kifl, İlyas, Ələsə, Zəkəriyyə, Yunus, Yəhya, İsa və Məhəmməd Əleyhissalamdır. Uzeyir, Loğman və Zül'karneyn'in adları da Quranı Kərimdə keçməkdədir. Bu kəslərin peyğəmbərmi, yoxsa Vəlimi olduğunda ixtilaf vardır. Bunlar da peyğəmbər qəbul edilsə Quranı Kərimdə adı keçən peyğəmbərlər 28 olar.

S-32) Dörd böyük kitab hansılarıdır və hansı Peyğəmbərlərə enmişdir?
C-32) Tövrat- Musa Əleyhissalama, Zəbur-Davud Əleyhissalama, İncil- İsa Əleyhissalama, Qurani Kərim-Peyğəmbərimiz Məhəmməd Mustafa (s.ə.v.) enmişdir.

S-33) Suhuf nə deməkdir? Neçə dənədir və hansı peyğəmbərlərə verilmişdir?
C-33) Cənabı Haqqın, dörd kitabdan başqa Cəbrayıl (ə.s) vasitəsiylə bəzi peyğəmbərlərə göndərdiyi əmrlərə suhuf deyilir ki, yüz dənədir.
Adəm (ə.s.) 10, Şit (ə.s.) 50, İdris (ə.s.) 30, İbrahim (ə.s.) 10 suhuf verilmişdir.

S-34) İlk enən surə hansıdır?
C-34) Ələq surəsi ilk 5 ayəsidir.

S-35) İlk Müsəlmanlar kimlərdir?
C-35) Hz. Xədicə, Hz. Əli, Hz. Zeyd Min Hərisə, Hz. Əbu Bəkir

S-36) Məzhəb neçədir və nələrdir?
C-36) İkidir; etiqadda məzhəb, əməldə məzhəb.

S-37) Etiqadda məzhəb imamları kimlərdir?
C-37) İmam Əbu Məhəmməd Maturidi və İmam Əbul-Hasenil-Eş'ari Həzrətləridir.

S-38) Əməldə məzhəb neçədir və nələrdir?
C-38) Dörddür; Hənəfi, Şafis(n)i, Maliki, Hənbəli məzhəbləridir.

S-39) İtitadde məzhəbin nədir?
C-39) Əhli Sünnə vəl Camaat məzhəbidir.

S-40) Əməldə məzhəbin nədir?
C-40) Hənəfi məzhəbidir.

S-41) Bizim etiqadda məzhəbimizin imamı kimdir?
C-41) İmam Əbu Mensur Məhəmməd Maturidi Həzrətləridir.

S-42) Bizim əməldə məzhəbimizin imamı kimdir?
C-42) Bizim məzhəbimizin qurucusu İmamı Əzəm Əbu Hənifədir.

S-43) İbadətlə taətlə canlandırmağa xüsusilə qiymət verdiyimiz gecələrə nə deyilir?
C-43) Şam deyilir.

S-44) Neçə dənə şam vardır?
C-44) Beş dənə şam vardır: 1- Qədr Gecəsi, 2- Mövlud Şamı, 3- Regaib Şamı, 4- Mirac Şamı, 5- Bəraət Şamı

S-45) Otuz iki fərzi sayarsınızmı?
C-45) Sayaram: 6 İmanın şərti, 5 İslamın şərti, 12 Namazın fərzi, 4 Dəstəmazın fərzi, 3 Qüslün fərzi, 2 Təyəmmümün fərzi, cəmi 32 edər.

S-46) İmanın şərti nələrdir?
C-46) Allahın varlığına, birliyinə, Mələklərinə, Peyğəmbərlərinə, Axirət Gününə, Qədərə, xeyr və şərin yaradıcısının Allah olduğuna inanmaqdır.

S-47) İslamın şərti nələrdir?
C-47) Beşdir: 1- Kəlmeyi-şəhadət gətirmək, 2- Oruc tutmaq, 3- Namaz qılmaq, 4- Zəkat vermək, 5- Həccə getmək.

S-48) Dəstəmazın fərzi neçədir?
C-48) Dörddür: 1- Yüzünü tük bitimindən qulaq yumşağından, çənə altına qədər yumaq, 2- Qolları dirsəklərlə birlikdə yumaq, 3- Başın dörddə birini sığal etmək, 4- Ayaqları topuqlarıyla birlikdə yumaq.

S-49) Qüslün fərzi neçədir?
C-49) Üçdür: 1- Bol su ilə ağızı yumaq, 2- Bol su ilə burnu yumaq, 3- Heç quru yer/yeyər qalmamaq şərti ilə bütün bədəni yumaq.

S-50) Təyəmmümün fərzi neçədir?
C-50) İkidir: 1- Niyyət. Təyəmmümə niyyət etmək, 2- Əllərini iki dəfə torpağa vurub birincidə yüzünü, ikincidə qollarını sığal etmək, silmək.

S-51) Namazın fərzi neçədir?
C-51) Altısı içində, altısı xaricində olmaq üzrə 12dir.

S-52) Xaricindəkilər nələrdir?
C-52) Hadesten təharət, Necasetten təharət, Setri övrət, Gələcəyi qiblə, Vaxt, Niyyət.

S-53) İçindəkilər nələrdir?
C-53) İftitah təkbiri, Kıyam, Qiraət, Ruku, Sücud, Kades(n)i ahirede teşehhüd miqdarı oturmaq.

S-54) Bir gündə qneçə vaxt namaz qılınar?
C-54) Səhər, günorta, ilkindi, axşam, şam olmaq üzrə beş vaxt namaz qılınar.

S-55) Nəsə öyrənə bildinizmi?
C-55) ..........................(dərin fikirlərinizi gözləyirəm əzizlərim)

Метки: Islam

I Bildiklerimiz ve bilmediklerimiz I



En yuksek shelale Venesuelada yerleshen Anhel shelalesidir(1024m).
En boyuk magara Nyu-Meksikada Karlsbeq maragarasidir.
En boyuk dag Himalay daglarindaki Everest zirvesindir.
En boyuk sehra Afrikadaki Boyuk Sehradir.
En boyuk ada Qrenlandiyadir.
En isti yer Liviyanin El-Eziziye erazisidir.
En boyuk yanardag Indoneziyadaki Tamboradir.
En soyuq yer Antarktidanin Vostok-2 (-89,2) noqtesi sayilir.
En chox ehali Chinde yashayir.
En boyuk (erazisine gore) olke Rusiyadir.
En uzun chay Afrikadaki Nil chayidir.
En kichik dovlet Vatikandir.
En chox ehali yashayan sheher Tokiodur.
En boyuk gol Xezerdir.
Cenubdaki en ucqar torpaq parchasi Antarktidanin Cenub qutbudur.
En uzun avtomobil yolu tuneli Isvechrenin St.Qothard tunelidir.
En chox danishilan dil Chin dilidir.
En uzun demir yolu tuneli Yaponiyanin Seikan tunelidir.
En chox dovletle serhedi olan olke Chindir (15 dovlet).
Deniz seviyyesinden en yuksek yashayish menteqesi Chindeki Vebjuandir.
En uzun kanal Panama kanalidir.
Deniz seviyyesinin en ashagida yerleshen yashayish menteqesi Kaliforniyadaki Kalipatria menteqesidir.
En uzun korpu Yaponiyanin Akashi korpusudur.
En boyuk serhed xetti ABSh ve Kanada arasindadir.
Shimaldaki en ucqar yashayish menteqesi Noevechin Nyu Alesond menteqesidir.
Cenubda en ucqar yashayish menteqesi Chilinin Puerto Uilyams menteqesidir.
Insan yashamayan ada Atlantik okeaninda yerleshen Tristan de Kunya adasidir.
En boyuk okean Sakit okeandir.
Shimaldaki en ucqar torpaq parchasi Qrenlandiya etrafinda yerleshen Islet of Odaaqdir.
En boyuk deniz Araliq denizidir.
En derin gol Baykal goludur.
..............................................
Sizde Ən maraqli bildiklərinizi yazın ki, ən azından nə isə öyrənə bilək !!!

Метки: EN

Heyatdan musahibe...

Menden müsahibe almaq isteyirsen?

...deye menden soruşdu Heyat
Zamanın varmı deye?soruşdum
Gülümsedi ve menim sonsuza qeder zamanım var dedi
Ne suallar var üreyinde? İnsanlar seni en çox ne ile teeccüblendirir? deye soruşdum.Heyat başladı izah etmeye:
Uşaqlıqdan darıxıb, böyümek üçün telesirler, sonra yene uşaq olmağın hesretini çekirler. Pul qazanmaq üçün sağlamlıqlarını itirirler, sonra sağlamlıqlarını qazanmaq üçün pullarını xercleyirler. Sabah haqqında düşünmekden bugünkü heyatalarını unudurlar. Sonra da ne bugünü ne sabahı yaşaya bilirler.Heyatlarını gözel qurmaq üçün tehsil alırlar amma heyat ustası olmağı bacarmırlar. Belelikle heç vaxt ölmeyecekmiş kimi yaşayırlar, heç yaşamamış kimi ölürler.
Heyat elimi tutdu möhkem-möhkem.. Bir müddet sessiz qaldıq, heç ne danışmadıq. Sonra derin bir nefes aldım. Ona, insanların neleri öyrenmeyi istediklerini soruşdum.Heyat cavabladı:
Heç kimi seni sevmeye mecbur ede bilmeyeceyini, ede bileceyin tek şeyin seni sevmelerine izn vermelerini,onları azad buraxmaq lazım oldugunu anlamalarını isteyerdim. Bagışlamagı bacarmagın ,bagışlayaraq öyrenile bileceyini derk etmelerini isterdim.Başqalarıyla özlerini müqayise etmemeyi öyrenmelerini isterdim.iki insanın eyni şeye baxıb ferqli şeyleri göre bileceyini anlamalarını isterdim
Zengin insanın en çox şeye sahib olan deyil, en az şeye ehtiyac duyan insan oldugunu öyrenmelerini isterdim. Bir mehriban üreyi derinden yaralamanın bir anda oldugunu; amma sagaltmagın çox uzun zaman aldıgını öyrenmelerini isterdim. Heyata müsbet baxmagın heyat sevgisini defelerle artırdıgını öyrenmelerini isterdim..
Heyat derin bir nefes aldı. Heyatın nefesi sözlere çevrildi.Söylediklerimi üreyine qeyd et dedi.
Söylediyi cümleni üreyime qeyd etmişdim..
Başqalarını bagışlamaq yeterli deyil, özünü de bagışlamagı öyren
üreyim quş kimi yüngülleşmişdi. Sonuncu sualımı verdim ona:Hayat menden ne isteyirsen? dedim yavaşca...
Bütün otagı ag bir işıq örtmüşdü ve Heyat cavabladı:
Senin özün olmagını isteyirem, yoxsa başqası olardın. Sene bu gün ehtiyacım oldugunu bil, yoxsa bu gün menimle olmazdın. öz benzersizliyini ve evezsizliyini bil çünki men özümü tekrar etmeyecek qeder yaradıcı ve zenginem ve heqiqeten TEK qiymetli olanam. Deyerimi bil ay MAMEDOV....deyerek qapini sakitce bagladim.

Метки: heyat

Sevgi ...

Sevilmek nedir?


Necə vəziyyətdə olmağından asılı olmayaraq onun sevimli baxışlarını hiss edirsən...

Əgər heyranedicisənsə-onun qürurunu duyursan,əgər zəif haldasansa-qayğısını və səni bütün bəlalardan qorumaq arzusunu.

Başa düşürsən ki bu həmişə belə olacaq:yağışlı havada çətirin,sevincli günlərində fərəhinin onun da gözlərində bərq vurması,göz yaşların dayanmazsa həmişə başını qoyacaq bir çiynin olmasını bütün qəlbinlə duyacaqsan.

Bilirsən ki,nəyi isə istəsən səninçün edəcək və buna görə də heç nə istəməyəcəksən.

Əksinə olanlar üçün minnətdar olacaqsan...hər şey üçün!



Sevmək nədir?

Hər dəfə onun addım səslərini,ya səsini eşidəndə donub qalırsan.Yox,yox,səhv dedim,nəinki eşidəndə,hətta onun haqda nəsə deyiləndə belə ürəyin titrəyir.Gah qızarırsan,gah əsəbləşirsən.Gah ağlayırsan,gah da səbəbsiz gülürsən.

Onun sevincini onunla birlikdə hiss edirsən,hətta uzaqda olsa belə.Onun ağrılarını duyursan yanında olmasa belə və sevinirsən ki,bu ağrıları azaltmaqda ona yardımçı ola bilirsən.

Başa düşürsən ki,o bəlkə də ən yaxşı deyil,amma sənə ondan başqa heç kim lazım deyil.

Və var olduğu üçün minnətdar olursan...hər şey üçün!



Sevmək ya sevilmək nədir?

Bu ətirli çay ya qəhvədir.Vacib deyil kim kimə təqdim edəcək bunu,əsas odur ki,sən bunu özün kimi hiss edəcəksən.

Gülümsəyəcəksən,bilirsən axı ona yalnız sən lazımsan.

Özünü tapacaqsan,özünü taparaq onda əriyəcəksən,ona qarışacaqsan.Dünyaya baxanda da yalnız ikinizə məxsus bir dünya görəcəksən........xoşbəxtliyin olacaq...ikinizin bir xoşbəxtliyi!



Sevmək ya sevilmək-hansı yaxşıdır?

Метки: Sevmek ya sevilmek...

...gore pesman olmayaq

Bir saat

Ata hər gün olduğu kimi bu gündə işdən evə gec və yorğun gəlir. Beş yaşlı oğlu atanı qapının qarşısında səbirsizliklə gözləyirdi.
Oğul:"Salam Ata ! Sənə 1 sual verə bilərəm ?"
Ata: "Əlbəttə!"
Oğul:"Ata sən işdə 1 saat ərzində nə qədər pul qazanırsan?"
Ata:"Bunu sən soruşmamalısan. Heç vaxt atana belə sual vermə" deyə sərt cavab verir.
Ogul başını aşağı salaraq sakitcə deyir:"Ata sadəcə nə qədər pul qazandığını bilmək istədim."
Ata :"Çox bilmək istəyirsənsə saatına 20$ qazanıram."
Usaq utanaraq: "Ata olar mənə 10$ borc verəsən?"
Ata qaşlarını çataraq cavab verir :"Əgər 1 oyuncaq almaq üçün atandan pul istəyirdinsə bu axmaq sualı verməyədə bilərdin. İndi isə get otağına və yat !"
Uşaq 1 söz demədən yataq otağına gedir və qapını astaca örtür. Ata bir neçə saatdan sonra sakitləşərək " Bəlkə doğrudan da oğluma pul lazım idi. Axı o məndən tez tez pul istəmir. Gərək onu belə kobudlamazdım": düşünərək oğlunun otağına üz tutur.
Ata qapını sakitcə döyərək "Oğlum yatmısan?": deyə soruşur.
"Xeyir ata yatmamışam": deyə usaq cavab verir.
Ata otağa daxil olub cibindən 10$ çıxarıb oğluna uzadır.
Usaq pulu ğötürərək sevincək halda "Ata sağ ol!" deyərək qışqırır. Sonra yastığının altından əzilmiş digər xırda pulları çıxardıb saymağa başlayır.
Bunu görən ata 1 az təəccübli bir az da acıqlı halda soruşur:
"Sənin pulun vardısa niyə yenidən atandan pul istədin. O pullara nə alacaqsan?"
Uşaq seving dolu körpə baxışları ilə atasına baxaraq cavab verir:
"Ata mənim pulum kifayət qedər deyildi. Indi isə kifayət qədər pulum var. Al bu 20$. Mən sənin 1 saatını almaq istəyirəm. Ata xahiş edirəm sabah işdən evə 1 saat tez gəl və bizimlə nahar et ." ....Bəzən həyatda ətrafımızdakı işlərə o qədər aludə oluruq ki ailəmizlə birlikdə yetərincə vaxt keçirə bilmirik. Gəlin illər sonra, bu gün ailıəmizlə istədiyimiz qədər vaxt keçrmədiyimizə görə peşman olmayaq.

Метки: bir saat

Aforizleri oyrenmeye deyer mence...

MÜHARİBƏ-QƏLƏBƏ-MƏĞLUBİYYƏT HAQQINDA

1. Məğlubiyyətin oyatmadığı insan heç vaxt qalib gələ bilməz!
2. Qalib xatirələrlə, məğlub intiqam hissi ilə yaşayır!
3. Məğlub etdiyin rəqibi düşmənə çevirmək qələbəni əldən verməkdir!
4. Qələbə yalnız güclülərə yox, həm də səbrli və bacarıqlı olanlara qismət olur!
5. Revanşa cəhd etməyən ikiqat məğlubdur!
6. Çox nəhəng qələbələrin ağırlığı bə’zən qalibləri məhv edir!
7. Öz-özünə qalib gəlməyi bacaran başqasına məğlub olmaz!
8. Döyüşə gedəndə məğlubiyyət haqqında düşünmə, məğlub olandan sonra isə yadından çıxarma!
9. Məğlubiyyət qaçılmaz olanda yalnız axmaqlar ondan qaçmağa cəhd edər!
10. Məğlubiyyəti döyüşə-döyüşə qəbul etmək - yarımçıq qələbədir!
11. Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!
12. Hansı ad altında başlanmasından asılı olmayaraq son nəticədə müharibə sadəcə insan qırğınıdır!
13. Sülh vaxtı adam öldürmək cinayət, müharibə vaxtı qəhrəmanlıq sayılır!
14. Heyvanlar müharibə etməyi bacrasaydılar ilk müharibələri insanlara qarşı olardı!
15. Güc nisbətdən bilinir. Qarışqa çox kiçik olsa da, bədən nisbətinə görə fildən güclüdür!
16. Güc həqiqətə qalib gələ bilər, amma onu diz çökdürə bilməz!
17. Bəladan qaçmağa gecikəndə onu qarşılamağa tələsməliyik!
18. İgid insan təhlükədən qoxrmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır!
19. Cəsur xalqlar məvh olur, amma kölə olmur!
20. Ağılsız igid həmişə hiyləgər qorxaqa məğlub olur!
21. Müharibələr zorla başlayır ağılla qutarır!
22. Müharibəni axmaqlar başlayır, igidlər davam edir, ağıllılar qurtarır!
23. Sülhün dəyəri onun əhəmiyyətindədir!
24. Qəhrəmanlıq yegənə insani hərəkətdir ki, onu məşq etmək mümkün deyil!
25. İnsanın həqiqi gücü biləyində yox, diləyindədir!
26. Düşməni yaxından tanımaq insanı qələbəyə yaxınlaşdırır!
--------------------------------------------------------------
ELM-BİLİK-DÜŞÜNCƏ-HİKMƏT-HƏQİQƏT HAQQINDA

1. Bizim bildiklərimiz haqqında bilmədiklərimiz, bilmədiklərimiz haqqına bildiklərimizdən qat-qat çoxdur!
2. Hikmət ilahinin öz nurundan insanlara verdiyi paydır!
3. Bilik asan danışılan, yaxşı gizlədilən, paylaşdıqca çoxalan sərvətdir!
4. Elmə ağalıq etməsən, təbiətə köləlik etməli olacaqsan!
5. Axtardığını tapmaq, itirdiyini tapmaqdan daha çox sevinc gətitir!
6. Bilik öyrədənlə, bilik öyrədənin ittifaqı ilahi ittifaqdır!
7. Düşməni dost etmək istəyirsənsə onun elminin artmasnın qayğısına qal!
8. Heyvanlar arasında vuruşmaq aclıqdan, insanla arasında vuruşmaq cəhalətdən yaranır!
9. İnsan elmdən nə qədər ac olsa, qarnı bir o qədər tox olar!
10. İnsanı ağlı, heyvanı bədəni idarə edir!
11. Atanın öz övladına buraxa bilməyəcəyi yeganə şey ağıldır!
12. Elm elə sərvətdir ki, o heç vaxt sahibinə məxsus olmur!
13. Düşüncədə hərəkətli, hərəkətdə təmkinli ol!
14. Bizim düşüncələrimiz tovuz quşu kimi rəngbərəng və cazibədardır və bütün təhlükə də buradan doğur!
15. Düşünmək idarə etməkdən çətin işdir. Ona görə də hökmdarlar heç vaxt öz əvəzinə idarə etməyi kiməsə həvalə etmir, amma bir qayda olaraq, öz əvəzinə düşünməyi həvəslə başqalarına tapşırır!
16. Düşünə-düşünə hərəkət et, hərəkət edə-edə düşün!
17. Düşüncələrin nəhgləri yox, əməllərin nəhəgliyi insanı tarixə salır!
18. Düşüncələrdə insan öz-özü ilə, əməllərində başqaları ilə təmasda olur!
19. Dəlilər də düşünür, sadəcə ağıllılardan fərqli olaraq rabitəsiz və qırıq-qırıq!
20. Uşaqlar müstəqil düşünə bilmədikləri üçün hər addımında sual verir, axmaqlar isə səhv düşündükləri üçün heç vaxt sual vermir!
21. Düzgün sual doğru cavaba stimul verir!
22. Həyat böyük bir sualdır, yaşamaq onun cavabı!
23. Sən dostundan ağıllı olunca, dostun səndən ağıllı olsa daha etibarlıdır!
24. Elm öyrənmək, bilik qazanmaq qədər ağıllı insana nəşə verən ikinci bir məşğuliyyət yoxdur!
25. Düşünmək – dənizin dibindən inci axtarmaqdır. Müdrik fikirlər isə bu incilərin özüdür!
26. Alimlərin hakimiyyətə yox, hakimiyyətin alimlərə ehtiyacı var!
27. İnsanın həyatda rast gəldiyi ilk alim yerimək və danışmaq öyərndiyi öz anasıdır!
28. Nadan alimlə dost olmaqdan, alim isə nadan dostunu ağıllandırmaqdan həzz alır!
29. Öz axmaqlığını artıq başa düşən insan artıq axmaq deyil!
30. Ağıllı kişinin nadan qadınla evlənməsi gözəl qadının çirkin kişiyə ərə getməsi kimidir!
31. Alimlər danışmağa vaxt, nadanlar danmışmağa söz tapmırlar!
32. Bütün insanlar şəraitə uyğunlaşır, yalnız dahilər şəraiti özlərinə uyğunlaşdırmağa cəhd edirlər!
---------------------------------------------------------------
HİSS VƏ HƏYACANLAR HAQQIDA

1. Yaşamaq yeganə əzabdır ki, insan ondan doymur!
2. Əzab ilahi sınaqdır, bütün peyğəmbərlər əzabdan keçdikdən sonra peyğəmbərliyə çatıb!
3. Zəhmət tənbəl üçün əzab, əməkçi üçün həzdir!
4. Həyatdan zövq ala bilməyənə ölümdən zövq almaq qalır!
5. İnsan yalnız qazananda yox, bə’zən itirəndə də sevinir!
6. Zəhmətkeş adamın əli özünə ucaltdığı abidədir!
7. Sevinc də kədər kimi insanı məhv edə bilər!
8. Gözü ağlayanın dodaqlarının gülməsi xeyirxahlıq əlamətidir!
9. Hər bir xoşbəxtlik bədbəxtliyə, hər bir bədbəxtlik isə xoşbəxtliyə aparır!
10. Sevinc bahar mehi kimi, kədər qışın çovğunu kimidir, həm də hər ikisi gəldi gedərdir!
11. Kədərli anlarda sevinci yaxın buraxmayan adam, müttəfiqin imtina edən döyüşçü kimidir!
12. Qüssəli adam buludlu hava kimidir, yağıb yağmayacağı bəlli olmaz!
13. Sevincinin bir hissəsini gizlətməyi bacarmayan hörmətinin hamısını itirə bilər!
14. Varlının pulu, kasıbın arzusu çox olar!
15. Arzu ilə ağıl tərs mütanasibdir. Ağıl artıqca arzu azalır!
16. Hər bir insan yalnız özü üçün, sevənlər isə həm də sevdikləri üçün arzulayırlar!
17. Arzu şərab kimidir, çox olduqca insanı sərxoç edib reallıqdan qoparır!
18. Böyük arzular insanı öz gözündə, böyük əməllər başqalarının gözündə böyük göstərir!
19. Sonuncu xoşbəxtlik əvvəlki bədbəxtliklə qonşudur!
20. Biz həyatda üç şeyə heyfslənirik: yaxşı adamın ölümünə, pis adamın varlanmasına, gücsüzün qalib gəlməsinə. Amma bu üç hal Allahın ədalətindən xəbər verir. Belə ki, yaxşı adamların ölümünü pislərə göstərir ki, hətta yaxşılar da ölür, pis adama var-dövlət ona görə verilir ki, pisliyinə kasıbçılıqla bərayət qazanmasın, gücsüzə ona görə qələbə qismət edir ki, güclülər qudurmasın!
21. Zövq həzzə, həzz sevincə, sevinc-nəşəyə aparır. Eyni ilə qüssə kədərə, kədər əzaba, əzab-iztiraba sürükləyir. İstər xoş, istər bəd hisslər sonunda bizi ölümə aparır.. ÖLÜM BÜTÜN HİSSLƏRİN ƏN YÜKSƏK ZİVƏSİNDƏ BİZİ GÖZLƏYİR!
---------------------------------------------------------------
MAARİF-TƏHSİL HAQQINDA

1. Yaxşı kitabların vərəqləri həmişə pis vəziyyətdə olur!
2. Lüzumsuz kitab yoxdur, oxumağıma lüzum olmayan kitablar var!
3. Hər bir şəxsin həyatı ayrıca bir kitabdır, müəllifi də oxucusu da özüdür!
4. Bütün tiranlar hər şeydən əvvəl kitablara qarşı müharibə elan ediblər!
5. Yazılmamış kitablar oxunmayan kitablardan daha maraqlıdır!
6. Yalanın pulla könüllü alındığı yeganə şey -mətbuatdır!
7. İnternet –kitab, qəzet, kino və rabitənin sintezidir!
8. İnternet insanları əyləndirmək və insanlarla əylənmək üçün eyni dərəcədə əlverişlidir!
9. İnternet insanlar arasında dil qədər mühüm ünsiyyət vasitəsidir!
10. İnternet təmas kompleksi olanlar üçün bir nemətdir!
11. Qəzet bir yalanı eyni zamanda milyonlarla demək imkanıdır!
12. Müasir dövrdə bütün müharibələr qəzetlərdə başlayır və qəzetlərdə də qurtarır!
13. Bitərəf jurnalistlər partizan müharibəsi aparan döyüşçülərdir!
14. Həyatda insanın dörd müəllimi olur - valideynləri, müəllimləri, şəxsi təcrübələri və təbiət. Onlardan biri körpəlikdə, biri uşaqlıqda, biri gənclikdə, biri də qocalıqda müəllimlik edir!
15. Özü öyrənən tələbə müəlliminə kömək edir!
16. Yaxşı şagirdlər müəllimlərə övladlarından yaxın olur!
17. Öyrədərkən özü öyrənməyən əsl müəllim deyil!
18. Bəzi sullar cavablardan çox öyrədir!
19. Müəllimlər özlərinin yox, şagirdlərinin qabiliyyəti ilə fəxr edirlər!
20. Təcrübə nəzəriyyə qədər çətin, düşüncə qədər asan deyil!
21. Təcrübənin acı nəticələri, nəzəriyyələrin şirin vədindən xeyirlidir!
22. Təcrübəsiz bilikdənsə, biliksiz təcrübə daha xeyirlidir!
23. Təhsil verəndə dost kimi, tərbiyə verəndə düşmən kimi olmaq lazımdır!
24. Təhsilsiz tərbiyə nadanlığa, tərbiyısiz təhsil axmaqlığa xidmət edir!
25. Tələbələrin pozğunluğu müəllimlərin, müəllimlərin pozğunluğu cəmiyyətin günahıdır!
26. Valideynlərimiz bizə həyat verib, müəllimlər isə ondan necə istifadə etməyi öyrədir!
27. Maarif işığı sönmüş cəmiyyəti, günəş də qaranlıqdan çıxara bilməz!
28. Düzgün düşünmək düzgün yaşamağın əsasıdır!
29. Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: “Beşikdən qəbrədək elm öyrənin!”
---------------------------------------------------------------
KİŞİ-QADIN-SEVGİ HAQQINDA

1. Çox gözəl kişi anormal qadın kimidir!
2. Zəriflik qadında yaraşıq, kişidə eybəcərlik!
3. Göz yaşı qadının ən güclü silahıdır!
4. Kişiyə tabe olan qadın onun hökmdarına çevrilir!
5. Əksər kişilərin xoşladığı məşğuliyyət qadınlar haqqında söhbətdir!
6. Kişini hünəri, qadını əri qoruyar!
7. Kişilər sevəndə düşünə, düşünəndə sevə bilmirlər!
8. Kişilərə elə gəlirki qadınlar müxtəlif olur, qadınlara elə gəlirki, bütün kişilər eyni cürdür!
9. Yalnız sevilən qadınlar və bütün analar gözəl olurlar!
10. Qadın yeniyetməliyində gözəl, gəncliyində işgüzar, qocalığında vəfalı olsa yaxşıdır!
11. Orduların silahla məğlub edə bilmədiklərini çox vaxt qadınlar göz yaşlarıyla diz çökdürür!
12. Bəzək qadını, qadın isə dünyanı gözəlləşdirir!
13. Bütün müharibələr ərazi əldə etmək üçün, ərazilər sərvət toplamaq üçün, sərvət isə qadınlara sərf etmək üçün yığılır!
14. Sevgi insanverilmiş bir fürsətdir: ağıllılar onunla xoşbəxt, ağılsızlar bədbəxt olur!
15. Sevənlər bir-birində özlərini gördüklərindən qüsur tapmırlar!
16. Varlılar çox vaxt sevə, kasıblar isə sevdiklərinə çata bilmirlər!
17. Sevgi ilə nifrət bir medalın iki üzüdür!
18. Sevənlər arasında ilahi sevgi o qədər nadirdir ki, bəşəriyyət min illər ərzində bir - iki nağıl uydura bilib!
19. İnsanlar ilk sevirəm kəlməsini demək üçün illərlə düşünür, sonra isə sevirəm kəlməsini təkrarlamağa vaxt sərf etnək istəmir!
20. “Sevirəm” kəlməsi sevgi “cinayətinin” etirafıdır!
21. Qadının məhəbbəti gözündə, kişinin məhəbbəti dilindədir!
22. Sevgi yeganə haldır ki, insan keyfiyyələrindən ağıl ən sonunda qiymətləndirilir!
23. Bizim hər bir məhəbbətimiz Allaha olan məhəbbətdən doğulmuşdur!

Метки: Aforizmler

Men sevgimi bele payladim, bes siz?

color="007136">Dostumgildə divanda oturub meyvə yeyirdim,yenə dostum oğlu öz suallarına qərq etmişdi məni.Bəlkə də ona görə dünyada bütün sualların cavabları məndədir deyə bir düşüncə vardı.Hər şeyi Elvin emi bilir deyə.Bu dəfə mənə belə bir sual verdi:

-Emi,sən allahı sevirsən?

Dedim,hə.

-Emi,sən Vətəni sevirsən?

Dedim,hə.

-Emi,sən ananı sevirsən?

Dedim,hə.

-Emi,sən arvadını sevəcəksən?
Dedim,hə.
-Emi,sən uşaqlarını sevəcəksən?
Dedim,hə.
-Bütün bunları necə sevirsən,-dedi.
Hz.Əlinin həyatını oxuyarkən rast gəlmişdim belə bir suala.Bəlkə də o da burdan oxumuşdu,amma suala da o tipdə cavab verməyi düşündüm.
-Allahı ruhumla sevirəm,- dedim.
Bu vücud mənə əmanətdir.Bu dünya üçün,yeni həyatı seçmək üçün dedim.Ruhumsa əbədiyyən allaha məxsusdur dedim.Ona görə Allahı ruhumla sevirəm dedim.
-Bəs ananı?
-Anamı ağlımla sevirəm.Anlayıram ki,məni onun qədər kimsə sevə bilməz,kimsənin onun qədər üzərimdə əziyyəti ola bilməz.Anlayıram ki,mən ona ömrüm boyu borcluyam.Ona görə də onu hər yanı ilə əvəzolunmaz olduğunu anlayaraq aglımla sevirəm.

-Bəs həyat yoldaşını???

-Onu ürəyimlə sevəcəyəm.Qoy ürəyim hər guppultusunda onu mənə xatırlatsın.Onun mənimlə olduğunu mənə desin.içimdə dolaşan qanım onun həyatımın hər yerində mənimlə olduğunu xatırlatsın.

-Bəs uşaqlarını??

-Uşaqlarımı nəfsimlə sevəcəyəm.Nəfsimə hakim olacağam.Lazım gəlsə boğazımdan kəsəcəyəm,qürurumdan keçəcəyəm,onlar üçün yaşayıb onlar üçün əziyyət çəkəcəyəm.Nə harama əl uzatmayacağam ki,uşaqlarım haram yeməsin.Nə də harama baxmayacağam ki,uşaqlarım xəyanətsiz böyüsün.Bir sözlə nəfsimlə sevəcəyəm onları.

-Emi,bəs Vətəni necə sevirsən?

-Vətəni vicdanımla sevirəm.Dünyanın harasında oluramsa olum bütün dünya möcüzələrini də görsəm,ən gözəl yerlərdə də olsam hər zaman deyəcəyəm ki,ən gözəl yer mənim Vətənimdir.Çünki vicdanım hər zaman fəxr edəcək ki,o bu qürurlu ölkənin vətəndaşıdır.Vicdanı olan hər kəs Vətənini sevəcək!

...dostumun oğlunu bilmirəm,o balacadır bəlkə də anlamadı, amma ümid edirəm siz anladınız...

Mən sevgimi belə payladım, bəs siz?

Метки: Bes siz?

Azad vetenim olmasini istedim...



Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!


Mən bütün dünyanın qədim tarixə sahib, türk soyunun bir qolu olan və böyük tarixi mədəniyyətə sahib olan Azərbaycanı tanımasını istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən işğal olunmuş 20% torpaqlarımızın azad olunmasını, 1 milyon qaçqınlarımızın öz torpaqlarına qayıtmasını istəyirəm. Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən ermənilərin yaşadığı torpaqların, Gürcüstandakı Borçalı mahalının, İranda ki, Cənubi Azərbaycan torpaqlarının qədim Azərbaycan torpaqları olduğunu bütün dünyaya demək istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən Türkiyənin ermənilərlə sərhədlərini açıb, onlarla iqtisad və ticari əlaqələrin qurulmamasını, din qardaşı olan İranın ermənilərə yardım etməməsini istəyirəm. Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən alver üçün, qazanmaq üçün, işsizlik əlindən Rusiyaya alverə gedənlərin orda yox öz vətənlərində öz sevdiklərinin yaninda gözəl yaşamasını istəyirəm. Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!


Xaricə oxumaq üçün gedən sonra oranın mədəniyyətini götürən və daha sonra Azərbaycanı bəyənməyənlərə bura bizim vətəndir demək istəyirəm. Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən bütün dünyaya muğamın, seygahın, Sarı gəlin mahnısının, tarın, sazın bizim xalq musiqi alətimiz olduğunu, demək istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən dünyaya, Türklərin nə dərəcədə qüdrətli millət olduğunu, Azərbaycanın nə dərəcədə suveren, qonaqpərvər xalq olduğunu demək istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən bizi dünyada biyabır edən shou biznesin əxlaqsız qadın və kişilərinin efirlərdən yığışdırılmasını istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən saxta dindarların İslamın adına ləkə gətirməməsini, rüşvət şotuna Həccə gedilməməsini istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən bütün dünya Azərbaycanlılarına səslənmək, onları daim həmrəy olmağa səsləmək istəyirəm!Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Метки: Vetenim...

Yeni il Azerbaycanda ...


Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var.Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu. >> Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanına əsasən Yuli təqviminə keçilmişdir. Həmin fərmana görə yanvarın 1-i - İsa peyğəmbərin təvəllüd günü ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır.

1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir.

2006-cı ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur <<.

Метки: yeni il

Oyrenmeye deyer!!!

1- Indoneziyada bazarlıq zamanı satıcı pulu yerə atarsa bu son qiymet demekdir.
2- Panamada əgər sizin gozəliyiniz varsa sizə 20% endirim eləyərlər.
3- Hec bir kagız parcası 7 dəfədən artıq büküle bilmir.
4- Atların insanlardan 18 ədəd daha cox sümüyü var.
5- Bir qarısqa öz agırlıgının 50 qatını qaldıra biler.
6- Pişiklər ultrason seslerini eşide bilirlər.
7- Bu günə qədər bilinən ən ağır büyrək daşının çəkisi 1.36 kq- dır.
8- Dünyanın ən böyük şəkər istehsalçısı Kubadır.
9- Dünyanın ən tez böyüyən bitkisi bambu, bir gündə təxminən 90 sm.
10- Bir insanın üzünü xatırlamaq üçün insan beyninin sag tərəfi işlədilir.
11- Rusiyanın dördə biri meşəliklə ötrtülüdür.
12- Sag əlini işlədən insanlar sol əlini işlədən insanlara nisbətən 9 il daha cox yasayır.
13- Sehirli söz olan Abrakadabra ilk olaraq o vaxt insanların temperaturunu düşürmək üçün istifadə olunub.
14- Uran planeti adi gözlə görünən yeganə planetdir.
15- Zebralar ağ üzərində qara xəttlərdir.
16- Zürafələr üzə bilməzlər, üzsələr belə boğularlar.
17- Günəş dünyadan 330,330 dəfə böyükdür.
18- Hawaii əlifbasında sadəcə 12 hərf var.
19- Insan beyinin otra agırlıgı 1.3 kq -dır.
20- Norveçin şimalanda 14 həftə gecə- gündüz günəşli keçir.
21)Qəlbimiz gündə 100000 dəfə döyünür.
22)Qarışqanın iy hiss etmə qabiliyyəti bir itinki qədərdir.
23)Bu günə qədər tapılmış ən ağır böyrək daşı 1.36 kq-dır.
24)Bu günə qədər görülmüş ən böyük dalğa Yaponiyanın İşigaki adasında 85 m. yüksəklikdə olmuşdur.
25)Bu günə qədər görülmuş ən böyük buz dağı 200 mil uzunluğu və 60 mil enindədir
26)Eyfel qülləsinə çıxana qədər 1792 pilləkan qət etməlisən.
27)Asqırdiğımız zaman qəlbimiz də daxil olmaqla bütün bədən üzvlərimiz bir anlıq durur.
28)Tarantulalar 2 il yeməsiz yaşaya bilirlər.
29)Zürafələrin 35 sm. uzunluрunda qara rəngli dili var.
30)Zürafələrin səs telləri yoxdur.

Метки: oyrenmeye deyer

Allahim, seni sevirem!!!

Dedim: Çox yalnızam.
Dedin: ... فَإِنِّي قَرِيبٌ Mən ki sənə çox yaxınam. Bəqərə-186

Dedim: Bəli bilirəm sən mənə yaxınsan, amma mən səndən uzağam, kaş k,i mən də sənə yaxın ola bilsəydim.
Dedin: وَاذْكُر رَّبَّكَ فِي نَفْسِكَ تَضَرُّعاً وَخِيفَةً وَ دُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالآصَالِ
Rəbbini səhər axşam, yüksək olmayan bir səslə, öz-özünə, ürpərtiylə, yalvara-yalvara və için-için zikr et. Ə'raf-205

Dedim: Buda sənin köməyini istər.
Dedin: أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ ALLAHın sizi bağışlamasını istəməzsinizmi? Nur-22

Dedim: Təbii ki, məni bağışlamağını çox istəyərəm.
Dedin: وَاسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ(Eədirsə)Rəbbinizdən bağışlanma diləyin, sonra ONA tövbə edin. Həqiqətən mənim rəbbim, əsirgəyəndir, sevəndir. Hud-90

Dedim: Çox günahkarım, bu qədər günahla mən nə edərəm?
Dedin:أَلَمْ يَعْلَمُواْ أَنَّ اللّهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ ALLAHın, qullarının tövbəsini qəbul edəcəyini və ALLAHın tövbəni çox qəbul edən və çox əsirgəyən olduğunu hələ bilməzlərmi? Tövbə-104.

Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm gəlmir.
Dedin: اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ (2) غَافِرِ الذَّنبِ وَقَابِلِ التَّوْبِِ ALLAH əziz və biləndir, o günahları bağışlayan və qullarının tövbəsini qəbul edəndir. Ğafir-2/3.

Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedin: إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًاALLAH bütün günahları bağışlayandır. Zumər-53.

Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedin: وَ مَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُALLAHdan başqa günahları bağışlayan yoxdur. Əli İmran-135.

Dedim: Nə qədər gözəlsən ALLAHım! Bilmirəm bu sözlərin qarşısında nə üçün ürəyim yerinə sığmır və əriməyə başlayıram, səni çox sevirəm.
Dedin: إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَ يُحِبُّ الْمُتَطَهِّرِينَ Şübhəsiz k,i ALLAH tövbə edənləri və təmizlənənləri sevər.
Birdən "İlahım və Rəbbim mənim səndən başqa kimim var?- dedim.
Sən də أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ
"ALLAH quluna çatmazmı?" (Zumər-36) dedin.

Dedim: Sən ki, məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər yaxşısan, mən nə edə bilərəm?
Dedin: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا (41) وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا (42) هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا
Ey inananlar! ALLAHı çox zikr edin. Və ONU səhər-axşam zikr edin. Sizi qaranlıqlardan işıqlığa çıxarmaq üçün üzərinizə rəhmətini göndərən Odur. Mələkləri də sizə istiğfar edər. ALLAH, möminlərə qarşı çox mərhəmətlidir. Ahzap-41/43.

Öz özümə dedim: ALLAHım səni çox sevirəm.

Метки: Bes siz?

Bes siz ne bilirsiz?

Bilirsinizmi dünyadakı canlıların sayından 6 milyard dəfə çox balıq var.

Bilirsinizmi ki, dəniz ulduzları akulanı da tutub yeyə bilirlər.

Bilirsinizmi, Azərbaycanэn müstəqilliyini ilk tanıyan dövlət Pakistan olub.

Bilirsinizmi Yalniz Balinalar ve insanlar lezzet xatirine mehebetle meshgul olurlar.

Bilirsinizmi, dünyada ən uzun ömürlü İslam dövləti Şirvanşahlar olmuşdur.

Dunyanin en bahali qayganaginin dadina Nyu-Yorkun Norma restoraninda baxmaq olar. Onun adi Zillion Dollar Lobster Frittata, qiymeti ise 770,47 avrodur

Argentina ve Peruda barmaqla gicgahi burmaq jesti "Men fikirleshirem" menasini verir. Diger olkelerde ise bu jest "sefeh" anlamini dashiyir.

Amerika shtatindan 23-nun okeana chixishi var.

Toqo dovletinde qadina xosh soz deyen kishi mutleq ona evlenmelidir.

Livan Yaxin Sherqde erazisinde sehra olmayan yegane dovletdir.

On (10) deqiqe erzinde tufandan ayrilan enerji dunyanin butun nuve silahlarindan ayrilan enerjiye beraberdir.

Dunyanin 70 % - i su ile ortulmusdur, lakin suyun yalniz 1 % - i icmek ucun yararlidir.

Deyilene gore, Igilteredeki Vindzor qesrinde ruhlar dolasir. Defelerle kral ailesi onlari gorub. Hetta sahzade Marqaret I karli ve I Yelizavetani gormusdur.

Her kes terefinden taninan meshur Mersedes Benz avtomobil markasinin ilk adi bu markanin yaradicisinin - Daymler
Bensin adi ile adlandirilir. Sonradan bu avtomobil markasinin adinin Daymler Bens yox, Mersedes Bens(Benz) olmasi Daymler Bensin qizi - Mersedesin adi ile elaqedar idi.

Bir ilan 3 il yata bilir.

Bal xarab olmayan yegane qidadir.

Uzum mikrodalga peçinde partlayir.

Insan ilde en az 1460 yuxu gorur.

Qarishqa iki hefte su altinda yashaya bilir.

Insanin chanaq sumuyu betondan daha mohkemdir.

Insan bir gunde 28-33 min litr hava, 500-700 litr oksigen, 2 kiloqram yemek qebul edir.

Cazibe quvvesinin olmadigi sheraitde sham alovu kure sheklinde olur.

Deyerli dashlarin choxu bir neche elementden ibaretdir. Sadece brilyant tamamen karbondan teshkil olunmushdur.

Bir kiloqlam limonda bir kiloqram chiyelekden daha chox sheker var.

Bir kishi heyatinin ortalama 3350 saatini uzunu qirxmaga serf edir.

Çox maraqlidir insan gözüaçıq asqira bilmez bu sadece mümkün deyil...

Dünyada ilk defe Aptek Bağdad şeherinde texminen eramızdan 1000 il evvel açılıb.

Метки: Bilmelisen

IKI DOVLET TANIDIM..._



İki dövlət tanıdım...

Biri kiminsə torpaqlarında məskən salan
Biri digər ölkələrə öz torpaqlarını məskan salmağa verən


İki dövlət tanıdım...
Birinin Andranik kimi vətəndaşının qulaqlarını kesirlər...
Birinin vətəndaşı isə onun vətəninə söz deyənin başını kəsir...

İki dövlət tanıdım...
Birinin amansız, vəhşi, terrorist övladı var.
Birinin isə Ramil Səfərov, Çingiz Mustafayev kimi oğulları var.

İki dövlət tanıdım...
Biri vətənimizdə ADNA kimi terror aktları törədir..
Birinin vətəndaşı digər ölkənin torpağında hamını ayaq üstə durub bizim Himni dinləməyə, Bayrağımızın dalğalanmasına məcbur edir.

İki dövlət tanıdım...
Birinə Puşkin ti trus, ti vor, ti armeni deyir
Birinə Aristotel Kaspi sahillərinə fərqli mədəniyyətə sahib bir dövlət var deyir..

İki dövlət tanıdım...
Biri hər ölkədə ona buna yaltaqlanır
Biri daim başını dik tutur

İki dövlət tanıdım...
Biri vəhşicəsinə digərinin 20% torpaqlarını işğal edir.
Biri isə vaxtı ilə ermenilərə, İrana, Gürcüstana öz torpaqlarında yer verib

İki dövlət tanıdım...
Biri dünyaya saxta soyqırımın varlığını ispat edir
Biri var olan Xocalı soyqırımını dünyaya tanıda bilmir.

İki dövlət tanıdım...

Biri Türkiyəyə qardaşıq deyib sərhədlərin açılmasını istəyir
Biri Türkiyəylə qardaş olduğu halda futbol oyununda bizim bayrağımızın buraxılmasını istəyir

İki dövlət tanıdım...
Biri dinsiz, imansiz, şərəfsiz millətdir.
Biri müsəlman olan qonaqpərvər millətdir.


İki dövlət tanıdım...
Birinin musiqi medeniyyəti olmadan onun bunun musiqisinə bizimdir deyir.
Biri Tara, Saza, Muğama, Seygaha məxsus qədim mədəniyyətə sahibdir.


İki dövlət tanıdım...
Biri Türkiyədə ən gözəl yerlərdə dincəlir
Birinin isə 1 milyon qaçqını var

İki dövlət tanıdım...

Biri heç bir tarixi olmasada özünə tarix yazan
Biri tarixlər boyu adını tarixə yazdıran

Метки: Yawa Azerbaycan

Insan nece yaranib? Belke deyesiz

Insan nece yaranib? bu ayelere diqqet yetirsek her ayede ferqli sheyler yazilib. Bes heqiqeten insan neden yaranib? Nufte? Torpaq? Palchıq? Qan laxtasi? Su?

1. Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi Nehl suresi 4 cü aye
2. Biz insanı quru və qoxumuş qara palçıqdan yaratdıq! Hıcr Suresi 26 ci aye
3. Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu. Ali İmran 59 cu aye
4. Sudan insan yaradan, ona qan qohumları və sonradan qohum olanları bəxş edən Odur. Rəbbin hər şeyə Qadirdir Furqan suresi 54 cü aye
5. O, insanı qan laxtasından yaratdı. Elaq suresi 2 ci aye
6. O, süzülüb tökülən bir mayedən yaradılmışdır. Tarıq suresi 6

Метки: INSAN

Azerbaycanda Tehsil !!!

Azərbaycanda təhsil səviyyəsi mənim fikrimcə çox zəifdir! Gəlin təhsilimizə biganə yanaşmayaq! Təhsil hər bir ölkənin dayağıdır! İctimai fikrin düzgün formalaşmasının,mədəniyyətin yaranmasının və ən sonda gözəl yaşamağın yolu TƏHSİLDİR!Təhsil - elm , bilik, savad. Nə qədər ölkəmizdə savadlı insan var, ancaq, ondan da çox savadsızlardır. Buna səbəb bir çox amillərdir. Tənbəllik, məsuliyyətsizlik, imakanın və şəraitin olmaması, digəri isə təhsilin düzgün səviyyədə olmamamsı, kitab,dərslik, müəllim kadrlarının çatışmamazlığı. Bu yolda valideynin də rolu böyükdür. Qeyd etdiyim kimi, digər amil də məsuliyyətsizlik, buna barmaq arası baxmaqır.İnsanın gərək ən birinci növbədə özünün buna marağı və istəyi olsun, fikriləşmək lazımdır ki, mən kim olmaq istəyirəm, avara yoxsa adlı sanlı,ali savadlı bir insan. İstəməyəndən sonra öldür, təhsil onun üçün maraqlı deyil. Sadəcə ölkəmizdə buna baxış düzgün deyildir. Bir çox ailələrdə qızı 9 cu sinifdən çıxarıb, ərə verirlər, oğul isə fəhlə işləyir, bazarda, dükanda, orda burda işləyir. Ya da, pul verib qiyməti yazdıracam, neynirəm oxuyum, onsuz da diplomu pulla alıram da. Digər tərəfdən baxanda, Ali məktəblərdə dərslikərin az sektorunda rusca olması, nəyə görəsə kitab çap eləmək istmirlər. Hamı bilir müəllim - tələbə arasında olan " hörməti", müəllimlər yaxşı maaş alsa tələbədən rüşvət almaz, tələbə də başını aşağı salıb dərsini oxuyar. Qiyməti pulla düzəltməyə arxayın olmaz, təhsil güclü olsa, güclü ixtisasçılarımız da olar.bu barədə danışaq nədi bizim təhsildə problem nə çatmır yazın bəlkə bir nəticəyə gəldik.

Метки: Tehsilimiz ne seviyyededi?

Men fexr edirem ki AZERBAYCANLIYAM



Ey Vətənimin Vətəndaşı!


1)Necə Ölmək İstərdin Bir Varlı İş Adamı Kimi Yoxsa Bir Şəhid Kimi ?

2)Ya Qan Tökək Torpaqları Qaytaraq Yada erməni Zibilləri İlə Əl Sıxıb Sülh Bağlayaq. Əgər Bu Fikir Xalqın Səsinə Buraxılarsa.. Sən Hansı Fikri Dəstəkləyərdin ?

3)Bu Gün Millətini Döyüşə Hazırlıqlı Görə Bilirsənmi ? Özün Hazırsanmı ?

4)Olan Oldu Keçən Keçdi Yoxsa.... Ya Qarabağ Ya Ölüm. Əslində Bunlardan Hansıdır Bizim Şuarımız ?

5)20% Torpaqları İşğal Altında Olan Millət , Vətən Azad Sayıla Bilərmi ?

6)Gənclər Arasında Vətənpərvərlik Hissi Varmı ? Və Bu Neçə % Təşqil Edir ?

7)Bir Gün Yaşda Səndən Kiçik Biri Deyərsə Vətənin Tarixindən Danış İlk Öncə Nədən başlardın Söhbətə ?

8)Sən Heç Vətən Bayrağını Öpdünmü ? Vəya Qərib Bir Yerdə Dalğalanan Vətəninin Bağrağını Gördükdə Nə Hisslər Keçirdin ?

9)Vətən Bu Gün Vətəndaşlara Arxalana Bilərmi ?

10)Mən Fəxr Edirəmki Mən Azərbaycanlıyam ! Bəs Sən ?

В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу