Все игры
Обсуждения
Сортировать: по обновлениям | по дате | по рейтингу Отображать записи: Полный текст | Заголовки

Adini ozununuz qoyun


İnsan hər kəsdən qaça bilər, özündən başqa. Sonunda aynaya baxması mütləq lazımdır.

Bir qadının gücü qarşısındakını heyrətləndirəcək qədər böyükdür. Yetər ki, istəsin.


Özünə gəl! Altı-üstü bir insansan, hamısı bu qədər. Vazkeçilməz sanma özünü, torpağın altı özünü vazkeçilməz sananlarla doludur.

O hər şeyi bilən Google-yə də sənin mənə dönəcəyin günü sordum.“Heç bir nəticə tapılmadı” yazıldı.Onda bir daha anladım səhifəmizin qapandığını.

Səbr et, üzülmə, sevməyən burax getsin. Niyə ağlayırsan? Dua et Rəbbin səni tərk etməsin. O səni tərk edərsə, bax əslində o zaman bitərsən.
Gözlərimdən yaşlar axır yanaqlarıma, yanaqlarımdan ürəyimə..Ordakı səni boğmağa gəlir, iznini almadan izini silməyə…

Çox gülən insana çox həssas davranın.Çünkü, qırılarsa bir yerlərdə təş başına ağlar o…

Sənə sadəcə göz yaşlarımı haram etsəm Cənnət ancaq xəyalın olar.

Üsyan etmirəm, heç həddim də deyil. Amma bəzən ürəyimi küçələrə atıb qaçmağım gəlir…

Məni yarı yolda buraxdığını sanan dostlarım, inandıqlarım, sözüm sizədir:-YOLUN SONUNDA SİZİ GÖZLƏYİRƏM.

İnsanlara nə qədər dəyər verirsənsə o qədər başına çıxırlar.. Hələ verdiyini dəyəri bir də bəlli etsən….

Gedərkən elə getməlisən ki, ayrılığının qürurundan yer titrəməli!
Bir qadın “problem yoxdur” deyirsə problem var.
Bir qadın “problem var” deyirsə böyük bir problem var.
Bir qadın “heç də gülməli deyildi” deyirsə əsla gülmə!

“Tam unutmuşam” dediyin anda baxarsan ki, yolda dilənçi belə söz atır sənə: “Allah sevdiyinə qovuşdursun.”

Dönüşündə gözüm yox, mənim ağlım gedişində qaldı.

Метки: noname

Oyrenmeye deyer!!!

1- Indoneziyada bazarlıq zamanı satıcı pulu yerə atarsa bu son qiymet demekdir.
2- Panamada əgər sizin gozəliyiniz varsa sizə 20% endirim eləyərlər.
3- Hec bir kagız parcası 7 dəfədən artıq büküle bilmir.
4- Atların insanlardan 18 ədəd daha cox sümüyü var.
5- Bir qarısqa öz agırlıgının 50 qatını qaldıra biler.
6- Pişiklər ultrason seslerini eşide bilirlər.
7- Bu günə qədər bilinən ən ağır büyrək daşının çəkisi 1.36 kq- dır.
8- Dünyanın ən böyük şəkər istehsalçısı Kubadır.
9- Dünyanın ən tez böyüyən bitkisi bambu, bir gündə təxminən 90 sm.
10- Bir insanın üzünü xatırlamaq üçün insan beyninin sag tərəfi işlədilir.
11- Rusiyanın dördə biri meşəliklə ötrtülüdür.
12- Sag əlini işlədən insanlar sol əlini işlədən insanlara nisbətən 9 il daha cox yasayır.
13- Sehirli söz olan Abrakadabra ilk olaraq o vaxt insanların temperaturunu düşürmək üçün istifadə olunub.
14- Uran planeti adi gözlə görünən yeganə planetdir.
15- Zebralar ağ üzərində qara xəttlərdir.
16- Zürafələr üzə bilməzlər, üzsələr belə boğularlar.
17- Günəş dünyadan 330,330 dəfə böyükdür.
18- Hawaii əlifbasında sadəcə 12 hərf var.
19- Insan beyinin otra agırlıgı 1.3 kq -dır.
20- Norveçin şimalanda 14 həftə gecə- gündüz günəşli keçir.
21)Qəlbimiz gündə 100000 dəfə döyünür.
22)Qarışqanın iy hiss etmə qabiliyyəti bir itinki qədərdir.
23)Bu günə qədər tapılmış ən ağır böyrək daşı 1.36 kq-dır.
24)Bu günə qədər görülmüş ən böyük dalğa Yaponiyanın İşigaki adasında 85 m. yüksəklikdə olmuşdur.
25)Bu günə qədər görülmuş ən böyük buz dağı 200 mil uzunluğu və 60 mil enindədir
26)Eyfel qülləsinə çıxana qədər 1792 pilləkan qət etməlisən.
27)Asqırdiğımız zaman qəlbimiz də daxil olmaqla bütün bədən üzvlərimiz bir anlıq durur.
28)Tarantulalar 2 il yeməsiz yaşaya bilirlər.
29)Zürafələrin 35 sm. uzunluрunda qara rəngli dili var.
30)Zürafələrin səs telləri yoxdur.

Метки: oyrenmeye deyer

Aforizleri oyrenmeye deyer mence...

MÜHARİBƏ-QƏLƏBƏ-MƏĞLUBİYYƏT HAQQINDA

1. Məğlubiyyətin oyatmadığı insan heç vaxt qalib gələ bilməz!
2. Qalib xatirələrlə, məğlub intiqam hissi ilə yaşayır!
3. Məğlub etdiyin rəqibi düşmənə çevirmək qələbəni əldən verməkdir!
4. Qələbə yalnız güclülərə yox, həm də səbrli və bacarıqlı olanlara qismət olur!
5. Revanşa cəhd etməyən ikiqat məğlubdur!
6. Çox nəhəng qələbələrin ağırlığı bə’zən qalibləri məhv edir!
7. Öz-özünə qalib gəlməyi bacaran başqasına məğlub olmaz!
8. Döyüşə gedəndə məğlubiyyət haqqında düşünmə, məğlub olandan sonra isə yadından çıxarma!
9. Məğlubiyyət qaçılmaz olanda yalnız axmaqlar ondan qaçmağa cəhd edər!
10. Məğlubiyyəti döyüşə-döyüşə qəbul etmək - yarımçıq qələbədir!
11. Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!
12. Hansı ad altında başlanmasından asılı olmayaraq son nəticədə müharibə sadəcə insan qırğınıdır!
13. Sülh vaxtı adam öldürmək cinayət, müharibə vaxtı qəhrəmanlıq sayılır!
14. Heyvanlar müharibə etməyi bacrasaydılar ilk müharibələri insanlara qarşı olardı!
15. Güc nisbətdən bilinir. Qarışqa çox kiçik olsa da, bədən nisbətinə görə fildən güclüdür!
16. Güc həqiqətə qalib gələ bilər, amma onu diz çökdürə bilməz!
17. Bəladan qaçmağa gecikəndə onu qarşılamağa tələsməliyik!
18. İgid insan təhlükədən qoxrmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır!
19. Cəsur xalqlar məvh olur, amma kölə olmur!
20. Ağılsız igid həmişə hiyləgər qorxaqa məğlub olur!
21. Müharibələr zorla başlayır ağılla qutarır!
22. Müharibəni axmaqlar başlayır, igidlər davam edir, ağıllılar qurtarır!
23. Sülhün dəyəri onun əhəmiyyətindədir!
24. Qəhrəmanlıq yegənə insani hərəkətdir ki, onu məşq etmək mümkün deyil!
25. İnsanın həqiqi gücü biləyində yox, diləyindədir!
26. Düşməni yaxından tanımaq insanı qələbəyə yaxınlaşdırır!
--------------------------------------------------------------
ELM-BİLİK-DÜŞÜNCƏ-HİKMƏT-HƏQİQƏT HAQQINDA

1. Bizim bildiklərimiz haqqında bilmədiklərimiz, bilmədiklərimiz haqqına bildiklərimizdən qat-qat çoxdur!
2. Hikmət ilahinin öz nurundan insanlara verdiyi paydır!
3. Bilik asan danışılan, yaxşı gizlədilən, paylaşdıqca çoxalan sərvətdir!
4. Elmə ağalıq etməsən, təbiətə köləlik etməli olacaqsan!
5. Axtardığını tapmaq, itirdiyini tapmaqdan daha çox sevinc gətitir!
6. Bilik öyrədənlə, bilik öyrədənin ittifaqı ilahi ittifaqdır!
7. Düşməni dost etmək istəyirsənsə onun elminin artmasnın qayğısına qal!
8. Heyvanlar arasında vuruşmaq aclıqdan, insanla arasında vuruşmaq cəhalətdən yaranır!
9. İnsan elmdən nə qədər ac olsa, qarnı bir o qədər tox olar!
10. İnsanı ağlı, heyvanı bədəni idarə edir!
11. Atanın öz övladına buraxa bilməyəcəyi yeganə şey ağıldır!
12. Elm elə sərvətdir ki, o heç vaxt sahibinə məxsus olmur!
13. Düşüncədə hərəkətli, hərəkətdə təmkinli ol!
14. Bizim düşüncələrimiz tovuz quşu kimi rəngbərəng və cazibədardır və bütün təhlükə də buradan doğur!
15. Düşünmək idarə etməkdən çətin işdir. Ona görə də hökmdarlar heç vaxt öz əvəzinə idarə etməyi kiməsə həvalə etmir, amma bir qayda olaraq, öz əvəzinə düşünməyi həvəslə başqalarına tapşırır!
16. Düşünə-düşünə hərəkət et, hərəkət edə-edə düşün!
17. Düşüncələrin nəhgləri yox, əməllərin nəhəgliyi insanı tarixə salır!
18. Düşüncələrdə insan öz-özü ilə, əməllərində başqaları ilə təmasda olur!
19. Dəlilər də düşünür, sadəcə ağıllılardan fərqli olaraq rabitəsiz və qırıq-qırıq!
20. Uşaqlar müstəqil düşünə bilmədikləri üçün hər addımında sual verir, axmaqlar isə səhv düşündükləri üçün heç vaxt sual vermir!
21. Düzgün sual doğru cavaba stimul verir!
22. Həyat böyük bir sualdır, yaşamaq onun cavabı!
23. Sən dostundan ağıllı olunca, dostun səndən ağıllı olsa daha etibarlıdır!
24. Elm öyrənmək, bilik qazanmaq qədər ağıllı insana nəşə verən ikinci bir məşğuliyyət yoxdur!
25. Düşünmək – dənizin dibindən inci axtarmaqdır. Müdrik fikirlər isə bu incilərin özüdür!
26. Alimlərin hakimiyyətə yox, hakimiyyətin alimlərə ehtiyacı var!
27. İnsanın həyatda rast gəldiyi ilk alim yerimək və danışmaq öyərndiyi öz anasıdır!
28. Nadan alimlə dost olmaqdan, alim isə nadan dostunu ağıllandırmaqdan həzz alır!
29. Öz axmaqlığını artıq başa düşən insan artıq axmaq deyil!
30. Ağıllı kişinin nadan qadınla evlənməsi gözəl qadının çirkin kişiyə ərə getməsi kimidir!
31. Alimlər danışmağa vaxt, nadanlar danmışmağa söz tapmırlar!
32. Bütün insanlar şəraitə uyğunlaşır, yalnız dahilər şəraiti özlərinə uyğunlaşdırmağa cəhd edirlər!
---------------------------------------------------------------
HİSS VƏ HƏYACANLAR HAQQIDA

1. Yaşamaq yeganə əzabdır ki, insan ondan doymur!
2. Əzab ilahi sınaqdır, bütün peyğəmbərlər əzabdan keçdikdən sonra peyğəmbərliyə çatıb!
3. Zəhmət tənbəl üçün əzab, əməkçi üçün həzdir!
4. Həyatdan zövq ala bilməyənə ölümdən zövq almaq qalır!
5. İnsan yalnız qazananda yox, bə’zən itirəndə də sevinir!
6. Zəhmətkeş adamın əli özünə ucaltdığı abidədir!
7. Sevinc də kədər kimi insanı məhv edə bilər!
8. Gözü ağlayanın dodaqlarının gülməsi xeyirxahlıq əlamətidir!
9. Hər bir xoşbəxtlik bədbəxtliyə, hər bir bədbəxtlik isə xoşbəxtliyə aparır!
10. Sevinc bahar mehi kimi, kədər qışın çovğunu kimidir, həm də hər ikisi gəldi gedərdir!
11. Kədərli anlarda sevinci yaxın buraxmayan adam, müttəfiqin imtina edən döyüşçü kimidir!
12. Qüssəli adam buludlu hava kimidir, yağıb yağmayacağı bəlli olmaz!
13. Sevincinin bir hissəsini gizlətməyi bacarmayan hörmətinin hamısını itirə bilər!
14. Varlının pulu, kasıbın arzusu çox olar!
15. Arzu ilə ağıl tərs mütanasibdir. Ağıl artıqca arzu azalır!
16. Hər bir insan yalnız özü üçün, sevənlər isə həm də sevdikləri üçün arzulayırlar!
17. Arzu şərab kimidir, çox olduqca insanı sərxoç edib reallıqdan qoparır!
18. Böyük arzular insanı öz gözündə, böyük əməllər başqalarının gözündə böyük göstərir!
19. Sonuncu xoşbəxtlik əvvəlki bədbəxtliklə qonşudur!
20. Biz həyatda üç şeyə heyfslənirik: yaxşı adamın ölümünə, pis adamın varlanmasına, gücsüzün qalib gəlməsinə. Amma bu üç hal Allahın ədalətindən xəbər verir. Belə ki, yaxşı adamların ölümünü pislərə göstərir ki, hətta yaxşılar da ölür, pis adama var-dövlət ona görə verilir ki, pisliyinə kasıbçılıqla bərayət qazanmasın, gücsüzə ona görə qələbə qismət edir ki, güclülər qudurmasın!
21. Zövq həzzə, həzz sevincə, sevinc-nəşəyə aparır. Eyni ilə qüssə kədərə, kədər əzaba, əzab-iztiraba sürükləyir. İstər xoş, istər bəd hisslər sonunda bizi ölümə aparır.. ÖLÜM BÜTÜN HİSSLƏRİN ƏN YÜKSƏK ZİVƏSİNDƏ BİZİ GÖZLƏYİR!
---------------------------------------------------------------
MAARİF-TƏHSİL HAQQINDA

1. Yaxşı kitabların vərəqləri həmişə pis vəziyyətdə olur!
2. Lüzumsuz kitab yoxdur, oxumağıma lüzum olmayan kitablar var!
3. Hər bir şəxsin həyatı ayrıca bir kitabdır, müəllifi də oxucusu da özüdür!
4. Bütün tiranlar hər şeydən əvvəl kitablara qarşı müharibə elan ediblər!
5. Yazılmamış kitablar oxunmayan kitablardan daha maraqlıdır!
6. Yalanın pulla könüllü alındığı yeganə şey -mətbuatdır!
7. İnternet –kitab, qəzet, kino və rabitənin sintezidir!
8. İnternet insanları əyləndirmək və insanlarla əylənmək üçün eyni dərəcədə əlverişlidir!
9. İnternet insanlar arasında dil qədər mühüm ünsiyyət vasitəsidir!
10. İnternet təmas kompleksi olanlar üçün bir nemətdir!
11. Qəzet bir yalanı eyni zamanda milyonlarla demək imkanıdır!
12. Müasir dövrdə bütün müharibələr qəzetlərdə başlayır və qəzetlərdə də qurtarır!
13. Bitərəf jurnalistlər partizan müharibəsi aparan döyüşçülərdir!
14. Həyatda insanın dörd müəllimi olur - valideynləri, müəllimləri, şəxsi təcrübələri və təbiət. Onlardan biri körpəlikdə, biri uşaqlıqda, biri gənclikdə, biri də qocalıqda müəllimlik edir!
15. Özü öyrənən tələbə müəlliminə kömək edir!
16. Yaxşı şagirdlər müəllimlərə övladlarından yaxın olur!
17. Öyrədərkən özü öyrənməyən əsl müəllim deyil!
18. Bəzi sullar cavablardan çox öyrədir!
19. Müəllimlər özlərinin yox, şagirdlərinin qabiliyyəti ilə fəxr edirlər!
20. Təcrübə nəzəriyyə qədər çətin, düşüncə qədər asan deyil!
21. Təcrübənin acı nəticələri, nəzəriyyələrin şirin vədindən xeyirlidir!
22. Təcrübəsiz bilikdənsə, biliksiz təcrübə daha xeyirlidir!
23. Təhsil verəndə dost kimi, tərbiyə verəndə düşmən kimi olmaq lazımdır!
24. Təhsilsiz tərbiyə nadanlığa, tərbiyısiz təhsil axmaqlığa xidmət edir!
25. Tələbələrin pozğunluğu müəllimlərin, müəllimlərin pozğunluğu cəmiyyətin günahıdır!
26. Valideynlərimiz bizə həyat verib, müəllimlər isə ondan necə istifadə etməyi öyrədir!
27. Maarif işığı sönmüş cəmiyyəti, günəş də qaranlıqdan çıxara bilməz!
28. Düzgün düşünmək düzgün yaşamağın əsasıdır!
29. Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: “Beşikdən qəbrədək elm öyrənin!”
---------------------------------------------------------------
KİŞİ-QADIN-SEVGİ HAQQINDA

1. Çox gözəl kişi anormal qadın kimidir!
2. Zəriflik qadında yaraşıq, kişidə eybəcərlik!
3. Göz yaşı qadının ən güclü silahıdır!
4. Kişiyə tabe olan qadın onun hökmdarına çevrilir!
5. Əksər kişilərin xoşladığı məşğuliyyət qadınlar haqqında söhbətdir!
6. Kişini hünəri, qadını əri qoruyar!
7. Kişilər sevəndə düşünə, düşünəndə sevə bilmirlər!
8. Kişilərə elə gəlirki qadınlar müxtəlif olur, qadınlara elə gəlirki, bütün kişilər eyni cürdür!
9. Yalnız sevilən qadınlar və bütün analar gözəl olurlar!
10. Qadın yeniyetməliyində gözəl, gəncliyində işgüzar, qocalığında vəfalı olsa yaxşıdır!
11. Orduların silahla məğlub edə bilmədiklərini çox vaxt qadınlar göz yaşlarıyla diz çökdürür!
12. Bəzək qadını, qadın isə dünyanı gözəlləşdirir!
13. Bütün müharibələr ərazi əldə etmək üçün, ərazilər sərvət toplamaq üçün, sərvət isə qadınlara sərf etmək üçün yığılır!
14. Sevgi insanverilmiş bir fürsətdir: ağıllılar onunla xoşbəxt, ağılsızlar bədbəxt olur!
15. Sevənlər bir-birində özlərini gördüklərindən qüsur tapmırlar!
16. Varlılar çox vaxt sevə, kasıblar isə sevdiklərinə çata bilmirlər!
17. Sevgi ilə nifrət bir medalın iki üzüdür!
18. Sevənlər arasında ilahi sevgi o qədər nadirdir ki, bəşəriyyət min illər ərzində bir - iki nağıl uydura bilib!
19. İnsanlar ilk sevirəm kəlməsini demək üçün illərlə düşünür, sonra isə sevirəm kəlməsini təkrarlamağa vaxt sərf etnək istəmir!
20. “Sevirəm” kəlməsi sevgi “cinayətinin” etirafıdır!
21. Qadının məhəbbəti gözündə, kişinin məhəbbəti dilindədir!
22. Sevgi yeganə haldır ki, insan keyfiyyələrindən ağıl ən sonunda qiymətləndirilir!
23. Bizim hər bir məhəbbətimiz Allaha olan məhəbbətdən doğulmuşdur!

Метки: Aforizmler

Yeni il Azerbaycanda ...


Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var.Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu. >> Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanına əsasən Yuli təqviminə keçilmişdir. Həmin fərmana görə yanvarın 1-i - İsa peyğəmbərin təvəllüd günü ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır.

1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir.

2006-cı ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur <<.

Метки: yeni il

...gore pesman olmayaq

Bir saat

Ata hər gün olduğu kimi bu gündə işdən evə gec və yorğun gəlir. Beş yaşlı oğlu atanı qapının qarşısında səbirsizliklə gözləyirdi.
Oğul:"Salam Ata ! Sənə 1 sual verə bilərəm ?"
Ata: "Əlbəttə!"
Oğul:"Ata sən işdə 1 saat ərzində nə qədər pul qazanırsan?"
Ata:"Bunu sən soruşmamalısan. Heç vaxt atana belə sual vermə" deyə sərt cavab verir.
Ogul başını aşağı salaraq sakitcə deyir:"Ata sadəcə nə qədər pul qazandığını bilmək istədim."
Ata :"Çox bilmək istəyirsənsə saatına 20$ qazanıram."
Usaq utanaraq: "Ata olar mənə 10$ borc verəsən?"
Ata qaşlarını çataraq cavab verir :"Əgər 1 oyuncaq almaq üçün atandan pul istəyirdinsə bu axmaq sualı verməyədə bilərdin. İndi isə get otağına və yat !"
Uşaq 1 söz demədən yataq otağına gedir və qapını astaca örtür. Ata bir neçə saatdan sonra sakitləşərək " Bəlkə doğrudan da oğluma pul lazım idi. Axı o məndən tez tez pul istəmir. Gərək onu belə kobudlamazdım": düşünərək oğlunun otağına üz tutur.
Ata qapını sakitcə döyərək "Oğlum yatmısan?": deyə soruşur.
"Xeyir ata yatmamışam": deyə usaq cavab verir.
Ata otağa daxil olub cibindən 10$ çıxarıb oğluna uzadır.
Usaq pulu ğötürərək sevincək halda "Ata sağ ol!" deyərək qışqırır. Sonra yastığının altından əzilmiş digər xırda pulları çıxardıb saymağa başlayır.
Bunu görən ata 1 az təəccübli bir az da acıqlı halda soruşur:
"Sənin pulun vardısa niyə yenidən atandan pul istədin. O pullara nə alacaqsan?"
Uşaq seving dolu körpə baxışları ilə atasına baxaraq cavab verir:
"Ata mənim pulum kifayət qedər deyildi. Indi isə kifayət qədər pulum var. Al bu 20$. Mən sənin 1 saatını almaq istəyirəm. Ata xahiş edirəm sabah işdən evə 1 saat tez gəl və bizimlə nahar et ." ....Bəzən həyatda ətrafımızdakı işlərə o qədər aludə oluruq ki ailəmizlə birlikdə yetərincə vaxt keçirə bilmirik. Gəlin illər sonra, bu gün ailıəmizlə istədiyimiz qədər vaxt keçrmədiyimizə görə peşman olmayaq.

Метки: bir saat

Heyatdan musahibe...

Menden müsahibe almaq isteyirsen?

...deye menden soruşdu Heyat
Zamanın varmı deye?soruşdum
Gülümsedi ve menim sonsuza qeder zamanım var dedi
Ne suallar var üreyinde? İnsanlar seni en çox ne ile teeccüblendirir? deye soruşdum.Heyat başladı izah etmeye:
Uşaqlıqdan darıxıb, böyümek üçün telesirler, sonra yene uşaq olmağın hesretini çekirler. Pul qazanmaq üçün sağlamlıqlarını itirirler, sonra sağlamlıqlarını qazanmaq üçün pullarını xercleyirler. Sabah haqqında düşünmekden bugünkü heyatalarını unudurlar. Sonra da ne bugünü ne sabahı yaşaya bilirler.Heyatlarını gözel qurmaq üçün tehsil alırlar amma heyat ustası olmağı bacarmırlar. Belelikle heç vaxt ölmeyecekmiş kimi yaşayırlar, heç yaşamamış kimi ölürler.
Heyat elimi tutdu möhkem-möhkem.. Bir müddet sessiz qaldıq, heç ne danışmadıq. Sonra derin bir nefes aldım. Ona, insanların neleri öyrenmeyi istediklerini soruşdum.Heyat cavabladı:
Heç kimi seni sevmeye mecbur ede bilmeyeceyini, ede bileceyin tek şeyin seni sevmelerine izn vermelerini,onları azad buraxmaq lazım oldugunu anlamalarını isteyerdim. Bagışlamagı bacarmagın ,bagışlayaraq öyrenile bileceyini derk etmelerini isterdim.Başqalarıyla özlerini müqayise etmemeyi öyrenmelerini isterdim.iki insanın eyni şeye baxıb ferqli şeyleri göre bileceyini anlamalarını isterdim
Zengin insanın en çox şeye sahib olan deyil, en az şeye ehtiyac duyan insan oldugunu öyrenmelerini isterdim. Bir mehriban üreyi derinden yaralamanın bir anda oldugunu; amma sagaltmagın çox uzun zaman aldıgını öyrenmelerini isterdim. Heyata müsbet baxmagın heyat sevgisini defelerle artırdıgını öyrenmelerini isterdim..
Heyat derin bir nefes aldı. Heyatın nefesi sözlere çevrildi.Söylediklerimi üreyine qeyd et dedi.
Söylediyi cümleni üreyime qeyd etmişdim..
Başqalarını bagışlamaq yeterli deyil, özünü de bagışlamagı öyren
üreyim quş kimi yüngülleşmişdi. Sonuncu sualımı verdim ona:Hayat menden ne isteyirsen? dedim yavaşca...
Bütün otagı ag bir işıq örtmüşdü ve Heyat cavabladı:
Senin özün olmagını isteyirem, yoxsa başqası olardın. Sene bu gün ehtiyacım oldugunu bil, yoxsa bu gün menimle olmazdın. öz benzersizliyini ve evezsizliyini bil çünki men özümü tekrar etmeyecek qeder yaradıcı ve zenginem ve heqiqeten TEK qiymetli olanam. Deyerimi bil ay MAMEDOV....deyerek qapini sakitce bagladim.

Метки: heyat

Zaman bagishla...



Qapım döyüldü...Kimdi?
Zaman...
Qapını açdım. Ayaqqablarını belə çıxartmadan otağıma daxil oldu. Otağımın qapısını sındırdı.
Niyə sındırdın?
Hər acı çəkdikdə otağına qapılıb qapını çırparaq bağladığın o qapının qulpu sınmalıdı ki sən daha bir daha o qapı arxasında özünü dustaq hiss etməyəsən.
Otağımı darmadağın etdi. Yastığımı pəncərədən aşağı atdı. Bəs bu gecə başımı nəyə qoyub yatacam?
Özünü boğurdun yadındadı? Ağlamağını heç kim eşitməsin deyə yastıqla başına sıxıb özünü boğurdun. Indi yenə bu gecə ağla eşitsinlər səsini...!!! Ağla ağlaya biləcəksənmi? Yastığa sığınma. Özündən, güvənindən bərk-bərk tut...!!!
Kompyuterimi yandırıb ən sevdiyim mahnıları sildi. Silmə bəs mənim zövqüm?
Sənin zövqün daxilindi lakin onlar sənin xatirələrin və sənin hər dinlədikdə şeytan əməlinlə aldanaraq xəyallara, mənasız puç olmuş arzuları yaşamağa imkan yaradır.
Pəncərəmin şüşəsini sındırdı...Şüşədə son çəkdiyim şəkil kədərli bir insan sıması idi...Çilik-çilik olub ayaqlarıma tökülüb qanatdı.
Niyə incidirsən?
Şüşənin o biri üzündən səni sevən səni deyil o kədərli ,eybəcər insan rəsmi simasını görür indi bax həyata və o səni görsün.
Daha nəyim qaldı ki? Hər şeyimi cırıb ,qırıb,silib atdın...Deyərək yerdə oturdum...
Zaman stolumun üzərindəki qələmi qarşıma atdı və dedi yaz: indi mənim gəlişimdən yaz...
Mənim necə insafsız və necə acı olduğumdan yaz.
Hər şeyi zaman etdi yaz...!!! Sonra dön ətrafına bax mənmi etdim bunları ya sən...?!
Ətrafıma baxdıqda artıq mənə keçmişimi xatırladacaq bir şey görmədim...
Həqiqətən günahlandırdığım zaman elə acımı sanki göylərə uçurtdu.
Bəs bu acını gətirən kim idi?-söylədim...
Kimdi? soruşmadan qapını açdığın kəs...!!!
Zaman artıq qapıya doğru yaxınlaşırdı. Arxası ilə qaçaraq “Gunahkar Menem” söylədim.

E.Mamedov

Метки: Zaman

Maraqli ve menali 4-5 cumle ..


1. Tərk edib gedən bir gün geri dönmək istəsə icazə verin dönsün...və kimi itirdiyini dərk etsin.

2. Həyatı göz yaşlarınla sevindirməkdənsə qəhqəhələrinlə cəzalandır.

3. Unutma...yaşadığın bu günün təkrarı olmayacaq.

4. Hər şeyi bilmən önəmli deyil. Önəmli olan həddini bilməndir.

5. Bilin ki, inam qazanmaq üçün illər lazımdır.İnamı itirmək üçün isə sadəcə bir saniyə.



6. Yaxşılıq edə bildiyi halda bunu etməyən bir insan böyük günah işləmiş olur.

7. Vərəqə toxunan qələm kibritdən daha çox yandıra bilər.

8. İtirlmiş günlərin ən pisi bir dəfə də olsun gülmədiyiniz günlərdir.

9. Qonşunu sev, amma bağça divarını uçurma.

10. Müharibənin yaxşısı, sülhün pisi olmur.



11. Siz özünüzə inanın, başqaları da sizə inanacaqdır.

12. Sizə yol göstəriləndə bir şeyi unutmayın ki, o yolu tək getməlisiniz.

13. Ümüdünü itirmiş olanın başqa itirəcək heç bir şeyi yoxdur.

14. Verilməsi ən asan şey nəsihət, alınması ən çətin şey ibrətdir.

15. Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.



16. Yaşadığımız hər an öz haqqını istəyər.

17. Zamanında bir addım atmayan insan sonradan 100 addım atmaq məcburiyyətində qalacaq.

18. Ağıllı adam ağlını işlədər. Daha ağıllı adam başqalarının da ağlından istifadə edər.

19. Başqasından üstün olmamız önəmli deyil. Əsas önəmli olan dünənki halımızdan üstün olmamızdır.

20. Dürüst insan hər zaman, ağıllı insan isə zamanında doğrunu söyləyər.



21. Gələcəyi satın ala biləcək tək şey bu gündür.

22. Yaxşılığa gücün çatmırsa, pislik də etmə.

23. Yaxşılığı ancaq yaxşılar başa düşər, pisliyi isə hər kəs.

24. Pis xəbərlərin qanadları var, yaxşı xəbərlərin ayaqları belə yoxdur.

25. Yanıldığını əsla qəbul etməyənlər ən çox yanılanlardır.



26. “Savaş istəyirik!” Ən birinci öldürüldü bunu deyən...

27. Kimin deyil, nəyin doğru olduğu önəmlidir.

28. İnsanlara ən böyük yaxşılıq ağıllarından istifadə etməyi öyrətməkdir.

29. Düşünməmizi öldürən ən böyük düşmənimiz kiməsə alışmağımızdır.

30. Özünü bil...!!!

Метки: like

Azad vetenim olmasini istedim...



Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!


Mən bütün dünyanın qədim tarixə sahib, türk soyunun bir qolu olan və böyük tarixi mədəniyyətə sahib olan Azərbaycanı tanımasını istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən işğal olunmuş 20% torpaqlarımızın azad olunmasını, 1 milyon qaçqınlarımızın öz torpaqlarına qayıtmasını istəyirəm. Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən ermənilərin yaşadığı torpaqların, Gürcüstandakı Borçalı mahalının, İranda ki, Cənubi Azərbaycan torpaqlarının qədim Azərbaycan torpaqları olduğunu bütün dünyaya demək istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən Türkiyənin ermənilərlə sərhədlərini açıb, onlarla iqtisad və ticari əlaqələrin qurulmamasını, din qardaşı olan İranın ermənilərə yardım etməməsini istəyirəm. Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən alver üçün, qazanmaq üçün, işsizlik əlindən Rusiyaya alverə gedənlərin orda yox öz vətənlərində öz sevdiklərinin yaninda gözəl yaşamasını istəyirəm. Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!


Xaricə oxumaq üçün gedən sonra oranın mədəniyyətini götürən və daha sonra Azərbaycanı bəyənməyənlərə bura bizim vətəndir demək istəyirəm. Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən bütün dünyaya muğamın, seygahın, Sarı gəlin mahnısının, tarın, sazın bizim xalq musiqi alətimiz olduğunu, demək istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən dünyaya, Türklərin nə dərəcədə qüdrətli millət olduğunu, Azərbaycanın nə dərəcədə suveren, qonaqpərvər xalq olduğunu demək istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən bizi dünyada biyabır edən shou biznesin əxlaqsız qadın və kişilərinin efirlərdən yığışdırılmasını istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən saxta dindarların İslamın adına ləkə gətirməməsini, rüşvət şotuna Həccə gedilməməsini istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Mən bütün dünya Azərbaycanlılarına səslənmək, onları daim həmrəy olmağa səsləmək istəyirəm!Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

Метки: Vetenim...

Xezer bog da onlari...


Yaxşı olacağına ümid edib gələcəyə saxlayıb da betər günə qoyduğum sabahlarım var – Xəzər, boğ da onları !

Dərdini içimdə gizləyib güclü görsənməyə çalışdığım zəifliklərim var – Xəzər, boğ da onları !

Hirsimi qəlbimdə saxlayıb gecələr yuxusuzluğuma səbəb kinlərim, kinlilərim var – Xəzər boğ da onları !

Hər sabah Günəşin üfüqdən parlayır,Hər gecə ay şəhərin qaranlıq küçələrinə işıq saçır. Zövq bəxş edir görüntün. Zövqümü korlayanlar var! – Xəzər, boğ da onları !

Hər gün min yorğunluqla başımı yastığa qoyduğumda beynimdəki min bir suallar mənə əziyyət verir. Əziyyətdən bezmişəm – Xəzər, boğ da onları !

Sənin içinə girib təmizlənmək üçün çirkinliklərini tökənlər kimi mənəviyyatımı bulandıranlar var. Mənəviyyatım saflığa çıxmaq istəyir. Çirkinlikləri uzaq tut- Xəzər, boğ da onları !

Misir fironlarını boğan Nilin varlığından Bakıdakı “firon”lar xəbərsizdi. Özlərini böyük sayanlar var – Xəzər, boğ da onları !

Hər həftə yanına gəlib dərinliklərinə zillədiyim baxışlarım var. İndi məhkumluqla baxırlar. Hissim məni unudub, gözüm daha ürəyimə baxmır. Baxışımın yönəldiyi nöqtələr canımı sıxır – Xəzər, boğ da onları !

Qaranlıqlar işıqlı sabaha ümiddir. Ümidimi əlimdən alan qaranlıq gecələrimin səbəbkarları var. Səbəb olmadan səbəbkar olanlara səbəbsiliklə cavab verməkdən bezmişəm – Xəzər, boğ da onları !

Ürək çox qəribə orqandır. Hiss edir, ağrıdır, rahatlıq verir, duyur. Ən əsası sevir. Sevgilərini nəfslərinə qurban edib xəyanətə əl atırlar – Xəzər, boğ da onları !

Hər dəfəsində qumlarını yalayan ləpələrinə toxunmaq xoşdur. Neçə dərdim, neçə göz yaşım var səndə. Ən yaxşı həm söhbətimsən. Susursan, susqunluğun özü nitqdir. Artıq bütün ağırlıqlardan qurtulmaq istəyirəm – Xəzər, boğ da onları !

Метки: Xezer

Her bir muselmanin bilmesi vacibdir

Bunları öyrənməyə həqiqətən dəyər...

S-1) Allah neçədir?
C-1) Allah birdir.

S-2) Bir olduğuna dəlilin nədir?
C-2) İxlas surəsinin ilk ayəs(n)i kəriməsidir.

S-3) Bunun mənası nədir?
C-3) "De ki: O Allahdır, bir təkdir.

S-4) Allahın varlığına ağıllı dəlilin nədir?
C-4) Bu aləmin varlığı və aləmdəki nizam və intizamın davamıdır.

S-5) Sən Müsəlmansanmı?
C-5) Əlhəmdülillah Müsəlmanam.

S-6) Müsəlman demənin mənası nədir?
C-6) Allahı bir bilmək. Qurani Kərimi və Hz. Məhəmməd Əfəndimizi (səv) təsdiq etməkdir.

S-7) Nə zamandan bəri Müsəlmansan?
C-7) "Galu Bəla" zamanından bəri Müsəlmanam.

S-8) "Galu Bəla" zamanı nəyə deyərlər?
C-8) Cənabı Haqq ruhlarımızı yaratdığı zaman bunlara xitab olaraq "Ələsti birabbiküm" yəni (Mən sizin Rəbbiniz Deyiləmmi) deyə soruşdu. Onlarda "Bəla" (Bəli Rəbbimizsən) dedilər. O zamandan bəri Müsəlmanam, deməkdir.

S-9) Rəbbin kimdir?
C-9) Rəbbim Allahdır.

S-10) Səni kim yaratdı?
C-10) ALLAH (cc) yaratdı.

S-11) Sən kimin qulusan?
C-11) Allahın quluyam.

S-12) Hansı dindənsən?
C-12) İslam dinindənəm.

S-13) Kitabımızın adı nədir?
C-13) Qurani Kərimdir.

S-14) Qiblən haradır?
C-14) Kəbəs(n)i Böyüyədir.

S-15) Kimin nəsilindənsən?
C-15) Hz. Adəm Əleyhissalamın nəsilindənəm.

S-16) Kimin millətindənsən?
C-16) Hz. İbrahim Əleyhissalamın millətindənəm.

S-17) Kimin ümmətindənsən?
C-17) Hz. Məhəmməd (Sallallahu əleyhi və Sellem)ın ümmətindənəm.

S-18) Peyğəmbərimiz neçənci ildə harada doğulmuşdur?
C-18) Rebiülevvel ayının on ikisi bazar ertəsi günü 571 tarixində, Məkkədə doğulmuşdur.

S-19) Peyğəmbərimizin neçə adı vardır?
C-19) Gözəl adları çoxdur. Lakin dördünü bilmək lazımdır və bunlardır: Məhəmməd, Mustafa, Əhməd, Mahmud (ə.s.)

S-20) Peyğəmbərimizin ən çox istifadə edilən adı nədir?
C-20) Həzrəti Məhəmməd Mustafa (s.ə.v.)

S-21) Peyğəmbərimizin atasının adı nədir?
C-21) Abdullahdır.

S-22) Anasının adı nədir?
C-22) Aminədir.

S-23) Süd anasının adı nədir?
C-23) Halıma Xatundur.

S-24) Peyğəmbərimizin ilk yoldaşının adı nədir?
C-24) Hz. Xədicədir.

S-25) Peygamberimizin Hz. Xədicədən neçə uşağı olmuşdur və adları nədir?
C-25) (Kişilər) Abdullah - Noyabr (Qızlar) Zeynəb - Rukiye - Ümmü Gülsüm - Fatmadır.

S-26) Peyğəmbərimiz neçənci ildə və neçə yaşında Peyğəmbər olmuşdur?
C-26) 610 ilində peyğəmbər olmuşdur. Peyğəmbərimiz 40 yaşında ikən peyğəmbər olmuşdur.

S-27) Peyğəmbərimiz Məkkədən Mədinəyə neçə tarixində hicrət etmişdir?
C-27) 622 tarixində hicrət etmişdir. Hicrət biz Müsəlmanlar tərəfindən tarix başlanğıcıdır.

S-28) Peyğəmbər Əfəndimiz (s.ə.v.) hansı tarixdə vəfat etmişdir?
C-28) Rebiülevvel ayının on ikisində 632 tarixində vəfat etdi.

S-29) İlk insan və ilk peyğəmbər kimdir?
C-29) İlk insan və ilk peyğəmbər Hz. Adəm (a.s.)dır.

S-30) Allah tərəfindən məxluqata göndərilən Peyğəmbərlərin sayı neçədir?
C-30) Peyğəmbərimizdən edilən bir rəvayətə görə yüz iyirmi dörd min, digər bir rəvayətə görə, iki yüz iyirmi dörd mindir.

S-31) Qurani Kərimdə adı keçən Peyğəmbərlərin sayı neçədir. Adlarını söyləyərsinizmi?
C-31) 25dir. Sayaram: Adəm, İdris, Nuh, Hud, Saleh, İshak, İbrahim, İsmayıl, Şua'yb, Lut, Yaqub, Yusuf, Musa, Harun, Davud, Süleyman, Eyyüb, Zul'kifl, İlyas, Ələsə, Zəkəriyyə, Yunus, Yəhya, İsa və Məhəmməd Əleyhissalamdır. Uzeyir, Loğman və Zül'karneyn'in adları da Quranı Kərimdə keçməkdədir. Bu kəslərin peyğəmbərmi, yoxsa Vəlimi olduğunda ixtilaf vardır. Bunlar da peyğəmbər qəbul edilsə Quranı Kərimdə adı keçən peyğəmbərlər 28 olar.

S-32) Dörd böyük kitab hansılarıdır və hansı Peyğəmbərlərə enmişdir?
C-32) Tövrat- Musa Əleyhissalama, Zəbur-Davud Əleyhissalama, İncil- İsa Əleyhissalama, Qurani Kərim-Peyğəmbərimiz Məhəmməd Mustafa (s.ə.v.) enmişdir.

S-33) Suhuf nə deməkdir? Neçə dənədir və hansı peyğəmbərlərə verilmişdir?
C-33) Cənabı Haqqın, dörd kitabdan başqa Cəbrayıl (ə.s) vasitəsiylə bəzi peyğəmbərlərə göndərdiyi əmrlərə suhuf deyilir ki, yüz dənədir.
Adəm (ə.s.) 10, Şit (ə.s.) 50, İdris (ə.s.) 30, İbrahim (ə.s.) 10 suhuf verilmişdir.

S-34) İlk enən surə hansıdır?
C-34) Ələq surəsi ilk 5 ayəsidir.

S-35) İlk Müsəlmanlar kimlərdir?
C-35) Hz. Xədicə, Hz. Əli, Hz. Zeyd Min Hərisə, Hz. Əbu Bəkir

S-36) Məzhəb neçədir və nələrdir?
C-36) İkidir; etiqadda məzhəb, əməldə məzhəb.

S-37) Etiqadda məzhəb imamları kimlərdir?
C-37) İmam Əbu Məhəmməd Maturidi və İmam Əbul-Hasenil-Eş'ari Həzrətləridir.

S-38) Əməldə məzhəb neçədir və nələrdir?
C-38) Dörddür; Hənəfi, Şafis(n)i, Maliki, Hənbəli məzhəbləridir.

S-39) İtitadde məzhəbin nədir?
C-39) Əhli Sünnə vəl Camaat məzhəbidir.

S-40) Əməldə məzhəbin nədir?
C-40) Hənəfi məzhəbidir.

S-41) Bizim etiqadda məzhəbimizin imamı kimdir?
C-41) İmam Əbu Mensur Məhəmməd Maturidi Həzrətləridir.

S-42) Bizim əməldə məzhəbimizin imamı kimdir?
C-42) Bizim məzhəbimizin qurucusu İmamı Əzəm Əbu Hənifədir.

S-43) İbadətlə taətlə canlandırmağa xüsusilə qiymət verdiyimiz gecələrə nə deyilir?
C-43) Şam deyilir.

S-44) Neçə dənə şam vardır?
C-44) Beş dənə şam vardır: 1- Qədr Gecəsi, 2- Mövlud Şamı, 3- Regaib Şamı, 4- Mirac Şamı, 5- Bəraət Şamı

S-45) Otuz iki fərzi sayarsınızmı?
C-45) Sayaram: 6 İmanın şərti, 5 İslamın şərti, 12 Namazın fərzi, 4 Dəstəmazın fərzi, 3 Qüslün fərzi, 2 Təyəmmümün fərzi, cəmi 32 edər.

S-46) İmanın şərti nələrdir?
C-46) Allahın varlığına, birliyinə, Mələklərinə, Peyğəmbərlərinə, Axirət Gününə, Qədərə, xeyr və şərin yaradıcısının Allah olduğuna inanmaqdır.

S-47) İslamın şərti nələrdir?
C-47) Beşdir: 1- Kəlmeyi-şəhadət gətirmək, 2- Oruc tutmaq, 3- Namaz qılmaq, 4- Zəkat vermək, 5- Həccə getmək.

S-48) Dəstəmazın fərzi neçədir?
C-48) Dörddür: 1- Yüzünü tük bitimindən qulaq yumşağından, çənə altına qədər yumaq, 2- Qolları dirsəklərlə birlikdə yumaq, 3- Başın dörddə birini sığal etmək, 4- Ayaqları topuqlarıyla birlikdə yumaq.

S-49) Qüslün fərzi neçədir?
C-49) Üçdür: 1- Bol su ilə ağızı yumaq, 2- Bol su ilə burnu yumaq, 3- Heç quru yer/yeyər qalmamaq şərti ilə bütün bədəni yumaq.

S-50) Təyəmmümün fərzi neçədir?
C-50) İkidir: 1- Niyyət. Təyəmmümə niyyət etmək, 2- Əllərini iki dəfə torpağa vurub birincidə yüzünü, ikincidə qollarını sığal etmək, silmək.

S-51) Namazın fərzi neçədir?
C-51) Altısı içində, altısı xaricində olmaq üzrə 12dir.

S-52) Xaricindəkilər nələrdir?
C-52) Hadesten təharət, Necasetten təharət, Setri övrət, Gələcəyi qiblə, Vaxt, Niyyət.

S-53) İçindəkilər nələrdir?
C-53) İftitah təkbiri, Kıyam, Qiraət, Ruku, Sücud, Kades(n)i ahirede teşehhüd miqdarı oturmaq.

S-54) Bir gündə qneçə vaxt namaz qılınar?
C-54) Səhər, günorta, ilkindi, axşam, şam olmaq üzrə beş vaxt namaz qılınar.

S-55) Nəsə öyrənə bildinizmi?
C-55) ..........................(dərin fikirlərinizi gözləyirəm əzizlərim)

Метки: Islam

Ard-arda kecen iller


Keçən zaman üçün , aylar illəri, dəqiqələr saatları qovmuş deyərik. O zaman bunu daha da sadələşdirsək həftələr ayları, saniyələr dəqiqələri, dəqiqələr də saatları qovdu.
Heç düşündünüzmü?
Görəsən illərmi qovulmuş yoxsa bizlərmi illəri qovmuşuq?


3 yaşına kimi süddən təzə kəsilmiş uşaq, sonra oyuncaqları ilə oynayan qayğısız uşaq, sonra ibtidai təhsil, orta təhsil deyərkən məktəb yaşlarımız və yetkinlik, gənclik deyərkən orta yaş dövrümüz qovuldu. Çünki çoxumuz istəmədik o gözəl illərin keçməsini və həmişə də keçmişin həsrətini çəkərik.
İndi isə qovulmuş illərdən sonra tutacağımız illər var deyirəm öz özümə... Amma görəcəyim gələcək illər bəlkə keçmişdəki enerjimizi tapa bilməyəcəklər amma yenə də mən sınamaq istəyirəm.
Keçmişdə yaşanmış olan nə var nə yoxsa əslində gələcəyin təcrübəsidir, istiqamətləndiricisidir. Bəlkə daha az səhvlə, daha çox doğrumuz olacaq. Fürsət tapıb edə bilmədiyimiz şeylər üçün çalışıb həyata keçirəcəyik. Amma könülümüz həmişə qovulmuş illərimizdə olacaq təbii ki...
Nələr qaçmadı ki yaşanılan ömürdə.Belə baxıram da bir çox şey olub əslində...
Bəzən deyərikəhvalım korlandı deyə..
Daha nələr qaçmaz ki , qaçan şanslar, fürsətlər, sağlamlıq, bəzən iştah hətta ağlını itirənlər belə var...
O zaman nə vaxt çatacağını bilmədiyimiz illərin içinə gözəl günləri sığdırmaq lazımdır...
Təxirə saldığımız, zamanında fürsət və ya zaman tapa bilmədiyimiz, o zaman imkanlarımızın çatmadığı nə varsa , gücümüz çatdığınca bir yerlərdən başlamaq lazımdır.
Həyat bu işdə bir gizlənqaç oyununa bənzəyir.Yaxalanmaq ehtimalımız da var oyunun qaydalarına görə.Ona görə bacardığımız qədər tez davranmalıyıq.Əsasda səbrli və iradəli şəkildə.
Sağlamlıq, sevinc, xoşbəxtlik və sağlamlıq dolu günlər ümid edirəm hər birinizə. "Ümidlər isə əsla ölməz"
E.Mamedov

Метки: Ard-arda

Men sevgimi bele payladim, bes siz?

color="007136">Dostumgildə divanda oturub meyvə yeyirdim,yenə dostum oğlu öz suallarına qərq etmişdi məni.Bəlkə də ona görə dünyada bütün sualların cavabları məndədir deyə bir düşüncə vardı.Hər şeyi Elvin emi bilir deyə.Bu dəfə mənə belə bir sual verdi:

-Emi,sən allahı sevirsən?

Dedim,hə.

-Emi,sən Vətəni sevirsən?

Dedim,hə.

-Emi,sən ananı sevirsən?

Dedim,hə.

-Emi,sən arvadını sevəcəksən?
Dedim,hə.
-Emi,sən uşaqlarını sevəcəksən?
Dedim,hə.
-Bütün bunları necə sevirsən,-dedi.
Hz.Əlinin həyatını oxuyarkən rast gəlmişdim belə bir suala.Bəlkə də o da burdan oxumuşdu,amma suala da o tipdə cavab verməyi düşündüm.
-Allahı ruhumla sevirəm,- dedim.
Bu vücud mənə əmanətdir.Bu dünya üçün,yeni həyatı seçmək üçün dedim.Ruhumsa əbədiyyən allaha məxsusdur dedim.Ona görə Allahı ruhumla sevirəm dedim.
-Bəs ananı?
-Anamı ağlımla sevirəm.Anlayıram ki,məni onun qədər kimsə sevə bilməz,kimsənin onun qədər üzərimdə əziyyəti ola bilməz.Anlayıram ki,mən ona ömrüm boyu borcluyam.Ona görə də onu hər yanı ilə əvəzolunmaz olduğunu anlayaraq aglımla sevirəm.

-Bəs həyat yoldaşını???

-Onu ürəyimlə sevəcəyəm.Qoy ürəyim hər guppultusunda onu mənə xatırlatsın.Onun mənimlə olduğunu mənə desin.içimdə dolaşan qanım onun həyatımın hər yerində mənimlə olduğunu xatırlatsın.

-Bəs uşaqlarını??

-Uşaqlarımı nəfsimlə sevəcəyəm.Nəfsimə hakim olacağam.Lazım gəlsə boğazımdan kəsəcəyəm,qürurumdan keçəcəyəm,onlar üçün yaşayıb onlar üçün əziyyət çəkəcəyəm.Nə harama əl uzatmayacağam ki,uşaqlarım haram yeməsin.Nə də harama baxmayacağam ki,uşaqlarım xəyanətsiz böyüsün.Bir sözlə nəfsimlə sevəcəyəm onları.

-Emi,bəs Vətəni necə sevirsən?

-Vətəni vicdanımla sevirəm.Dünyanın harasında oluramsa olum bütün dünya möcüzələrini də görsəm,ən gözəl yerlərdə də olsam hər zaman deyəcəyəm ki,ən gözəl yer mənim Vətənimdir.Çünki vicdanım hər zaman fəxr edəcək ki,o bu qürurlu ölkənin vətəndaşıdır.Vicdanı olan hər kəs Vətənini sevəcək!

...dostumun oğlunu bilmirəm,o balacadır bəlkə də anlamadı, amma ümid edirəm siz anladınız...

Mən sevgimi belə payladım, bəs siz?

Метки: Bes siz?

Menimdir demeyin !!!


Sizə kiçik bir həyat dərsi vermək istəyərdim.
Gündəlik həyatda ən çox istifadə etdiyimiz sözlər vardər! MƏNİMDİR deyə...
Bu torpaqlar, bu maşın, bu vertu, bu qız, bu həyat, bu qızıl, bu sevinc, bu gözəllik və bu xoşbəxtlik MƏNİMDİR!
Bu həyatda hər zaman mənimdi deyə böyüdük amma mənimdir sözününü mənasını bilmədik.
Həyatda heç bir şey sizin deyil əzizlərim!

Dünyanın yarısına sahib olan İsgəndər özü ilə nə apara bildiki? oda hər şey mənimdir deyirdi. Oda bütün dünyaya mənimsən deyirdi. Amma öləndən sonra bir ovuc torpaq belə apara bilmədi.

Bu yazını yazmaqda məqsəd sizə mənim olmayanları anlatmaq deyil... əslində mənim olanları anlatmaqdır.
Kimsə öldükdən sonra özü ulə hecnə apara bilmir.
Bu gözəllik, bu maşın, bu qızıllar hamısı bu dünyada qalanlardır.

Siz əsl özünüzlə apara biləcəklərinizi düşünün. Günahlarınızı və yaxşılıqlarınızı!

Bu həyat boyu önəmli olan əldə etdiyin var-dövlət, şan-şöhrət deyil qazandığın hörmət, sevgi və insanlıqdır. Yaxşılıqlarındır! Pisliklərindir!
Daha bəsdir pul üçün çalışdınız!
Daha bəsdir ən bahalı maşınları, telefonları aldınız!
Daha bəsdir nə gözəl ev mənim olsun deyə rəqabət apardığınız!
Daha bəsdir ən gözəl paltarımla seçilim dediyiniz!
Daha bəsdir MSN-də 10-15 oğlanla danışdığınız!
Daha bəsdir sevdiyiniz qız(oğlan) üçün özünüzü öldürdüyünüz!
Daha bəsdir günahlara qərq olduğunuz!
İnanın bunlar sizə qalmayacaq!
Bu səbəbdən Həyatda heç nəyə mənimdir deməyin, Mənimlədir - Yanımdadır deyin!
Çünki özünüzlə apara biləcəyiniz tək şey günah və savablarınızdır!
O zaman niyə Mənimdir deyə biləcəyimiz şeylərə görə yaşamırıq?
Niyə özümüzlə apara biləcəyimiz şeyləri düşünüb onlara can atmırıq?

Метки: Menimdir demeyin !!!

Senin OGLUN-GARABAG


Salam ata! Necəsən? Təzə nəsə xəbər var?

Məni heç soruşma, elə əvvəlki vəziyyətimdəyəm. Mən tam ayrıldığımız bu 18 il ərzində dəfələrlə sənə yazmışam. Sənsiz necə yaşadığımı o qədər bildirmişəm ki?! Görünür ya məktbularımı almamısan, ya da oxumamısan. Bəlkə, elə belə yaxşıdır. Yoxsa, sən həyəcanla vicdan əzabı keçirərdin. Axı mən sənin oğlunam, ağır və xoşagəlməz hallar yaşamağını istəmirəm. Əslində işlərim normaldır, artıq normaldır. Məni təhvil verəndən bəri onların dillərində danışmağı öyrənmişəm. Indi ancaq o dildə danışıram. Əvvəl-əvvəl çətin idi. Baxmayaraq ki, ətrafımdakılar bu dilin doğma dilim olduğunu və onun beynimin dərinliklərində, genetikasında sementləşdiyinə inandırmağa çalışırdılar. Ancaq, ata, mən bilirəm ki, bu həqiqət deyil. Yadındadır, mənə müxtəlif dilləri öyrənməyi tapşırardın. O biri uşaqlarını da, pis alınsa belə xarici dillər öyrənməyə məcbur edərdin. Qonaqları incitməkdən qorxardın. Düzünə qalsa heç vaxt anlamamışam ki, niyə onlar yox, sən qorxurdın? Sanki sən onların qonağısan və dillərini öyrənməyə məcbursan. Amma bizdə nədənsə tərsinə idi. O zamandan bax, mən başqalarından nümunə götürdüm. Özündənrazı, lovğa saymasınlar deyənə, hamı ilə anladıqları dildə danışmağa cəhd edirdim.

Ata, elə fikirləşmə ki, ailədə həmişə, arzulanan, seçilən biri olduğunu bilməmişəm. Hətta mənim ən gözəl, ən sevimli, ən istedadlı və ən istəkli olduğumu deməsən belə. İndi tez-tez fikirləşirəm : bütün bunlar nəyimə gərəkdir, bununla nə edim, kimə göstərim? Cəlbediciliyimdən zərrələr də qalmasa, əvəzində qeyrətlə doluyam. Ata, axı bunlar nəyimə lazımdır, sənə deyirəm?! Bu qeyrətlə, cəsarətlə kimi qoxudacam, sənimi?

Bilirsən, ata, sənə demək istəmirdim, indi başqa adım var. Bağışla, onlar adımı dəyişib özlərinə uyğununu qoydular. İndi mənim adım – A... Yox, əşşi, yaxşısı budur ki, bu barədə yazmayım. Yəqin sən özünü pis hiss edərsən. Mənsə istəmirəm səni vacib işlərindən ayırıb əhvalını pozum. Ümümiyyətlə, bu məktubu yəqin səhv edib yazıram. Nahaq yerə yazmağa başladım. Nahaq yerə səni çoxsaylı problemlərindən ayırdım. Amma, ürəyim elə sıxılır ... Yan-yörəmdə köhnə heç nə yoxdur, hər yerdə onlardır. Həmişə görünüşümü dəyişməyə çalışırlar. Istəyirlər, onlara oxşayım. Üstümdə növbənöv çapıqlar, nişanələr qoyurlar ki, sonradan – baxın, görürsünüz, onda tədqiq edilməmiş qədim köklərimiz var!- desinlər. Ata, artıq əldən düşmüşəm. Müqavimət göstərməyə halım qalmayıb. Sakitcə bütün təhqirlərə dözür, öyrəşirəm. Miskin birinə çevrilirəm. Bilirsən, 18 il bütün köklərdən imtina üçün kifayət deyil, amma onların əvəzində yeni nəslin formalaşması üçün kifayətdir. Yəqin, nə vaxtsa görüşsək, məni tanımayacaqsan. Özbaşınalıq və haqsızlıq huşumda dərin izlər buraxıb. Bütün bunları isə, ata, heç vaxt, eşidirsən, heç vaxt sənə bağışlamayacam...

Axmaq sualıma görə üzrlü hesab et, amma bilmək istəyirəm - Sən məni geri almaq istəmirsən?

Sənin OĞLUN - QARABAĞ

Метки: QARABAG

Insanin en boyuk xeyanatkari DUSUNCESIDIR !

Xoşbəxt olmaq çətinmi? Nəfəs almaq bir xoşbəxtlik deyilmi? Dərhal, lazımlı xoşbəxtlik şərtlərinə nəzər yetirək

1- Əsla əsla deməyin!

2- Cümlənizin başlanğıcı ''amma'' və ''lakin'' olmasın!

3- ''Fərq etməz'' desəniz yalan danışmış olarsınız, hər şey fərq edər.

4- Heç bir cümlənizin hərəkəti ''mış, miş ''və ya ''lar, lər ''və ya ''mişlər, mışlar'' və ya ''larmış, lərmiş'' lə bitməsin. Bunlar sizin bilmədiyiniz və görmədiyiniz, başqasının izah etdiyi hərəkətlərdir və bunlara görə hərəkət etmək həm sizə həm qarşınızdakına zərər verər.

5- Başqasının yerinə düşünməyin!!

6- Başqasının yerinə qərar verməyin!!

7- Eqoistcə yaşayın... Onsuz da insan eqoistdir və özü üçün yaşar, əksinəni söyləyib və ya düşünüb özünüzü aldatmayın. Beləcə kim olduğunuzu və harada olduğunuzu bilərsiniz. Başqalarına daha az zərər vermiş olarsınız.

8- Müsbət düşüncə ilə yaxınlaşın mövzulara (edəcəyəm, bacaracağam kimi). Amma bu Pollyannaçılıq olmasın.

9- Heç bir zaman gerçək və doğrudan imtina etməyin!

10- Keçmişi mühakimə etməyin, bir şey qazana bilməzsiniz. Yalnız təcrübə olaraq faydalanın və bədbəxtsinizsə təkrar etməyin!

11- Özünüzə və ətrafınızdakılara güvənin, onları sevin!

12- Xoşbəxt olmaq və irəliləmək üçün yaşanan şeyləri təkrar yaşamayın, yaşanmışlardan faydalanın. (Atəşin əl yandırdığını öyrənmək üçün əlinizi atəşə soxmağa ehtiyac yoxdur, ətrafınıza baxmaq və oxumaq kifayətdir). Albert Eynşteyn ''Eyni şeyləri təkrar təkrar edib fərqli nəticələr əldə etməyi gözləmək axmaqlıqdır.'' deyər. Dünyanın ən ağıllı adamının sözlərinə qulaq asın.

13- Ümumiləşdirmə etməyin!

14- Siz hiss etdiyinizi yaşayın, varsan dünya bəyənməsin, siz bəyənirsinizsə kifayətdir.

15- Bir anı yaşamaq üçün illər xərcləmək müvəffəqiyyətsizlikdir. Müvəffəqiyyət, bir anda illəri yaşaya bilməkdir.

16- Mən həmişə verirəm, götürmürəm deməyin.Götürməyi bilməyən verməyi də bilməz. Verməyi bilmədiyinizdən o heç bir yerə getməz.
Götürməsini bilməyən verə bilməz, verməsini bilməyən götürə bilməz, ağlamasını bilməyən həqiqətən gülə bilməz, kədərlənməsini bilməyən sevinə bilməz. Hər şeyin tarazlığı vardır.

17- Və qərar verin, bu an sizin də yeni bir həyata başlama anınız olsun!!

Çoxmu çətin bunları tətbiq etmək, bunları yazın və tətbiq edin həyatınızın dəyişdiyini görəcəksiniz. Həyat çox gözəl, yaşamasını bilin...

Метки: deyish dusuncelerini

Sevgi nedir ve ne deyil?

Sevgi nədir?
Sevgi- ərköyündür... İllaki indi, bu an və dərhal istəyər...
Sevgi- qısqancdır... Sevdiyinə başqasının toxunmamasını istəyər...
Sevgi- darıxar... O yatarkən yandaki otaqda...
Sevgi- ümidsizdir... Üç gün keçib də axtarmadığında...
Sevgi- tənbəldir... Onun qoynunda, Onun qoxusuyla...
Sevgi- çaşqınlıqdır... Düymələrini belə tərs düymələtdirər...
Sevgi- şairdir... İçində ən mənasız cümlələr olsa da, ən gözəl şeir bir aşiqin şeiridir...
Sevgi- boşboğazdır... Ən olmayacaq olanı dedirdər...
Sevgi- dilsizdir... Adamı dəli edər...
Sevgi- riyaziyyatdır... "əvvəl o axtardı - yox mən axtardım" hesabınının arxasındadır...
Sevgi- metronomdur... Ritmik uyğunlaşması gətirər...
Sevgi- gübrədir... Səki daşının arasından çiçək verər...
Sevgi- agressivdir... Axtarılmadığında əsəbləşər...
Sevgi- inancdır... Sevgiylə bəslənər...
Sevgi- maraqdır... Yaxşımı? Xəstəmi? Harada? Nə etdi?
Sevgi- dərmandır... Heç başın ağrımaz yanında...
Sevgi- şübhəçidir... Telefonuəhatə dairəsindən xaric olduğunda...
Sevgi- qürurdur... Əsla axtarmaz dəli kimi darıxarkən belə...
Sevgi- nəfəsdir... Onsuz yaşanmaz...
Sevgi- sudur... Doya - doya içmədikcə susuzluğun həmişə yarım
qalar...
Sevgi- qiymətlidir... Pulla ölçülməz...
Sevgi nə deyil?
Sevgi- saqqız deyil... Şirini bitincə tüpürülməz...
Sevgi- böcək deyil... Qollarını, qıçlarını gəmirməz...
Sevgi- sıravi deyil... "növbədə olan gəlsin" deyil, çətin tapılandır, dəyəri zamanla aydın olandır...
Sevgi- günah deyil... Düşüncədir.
Sevgi- qonşu qapısı deyil... Həsrətdir...
Sevgi- ənənəvi deyil, yaradıcıdır... Təxəyyülün zənginliyinə görə dəyər qazanar.
Sevgi- gülməli deyil... Amma super əyləncəlidir...
Sevgi- çardaq deyil bostandır... Amma bostanlarda da qorxuluqlar çox olar...
Sevgi- sual deyil cavabdır... "Sevirsənmi" deməzsən, "sevirəm" deyərsən. Çünki kimsəyə özünü məcbur sevdirə bilməzsən...
Sevgi- son deyil başlanğıcdır... Bütün evlililiklərin bitmə səbəbi səhv inanışdır...
Sevgi- cahil deyil müasirdir... Kasıbı - varlısı, zadəganı-kəndlisi olmaz...
Sevgi- quyu deyil dənizdir... Üzdükcə üzmək istəyirsən. Yorular insan gün gəlir, yenə də istirahət etdiyi yer dar bir vedrə deyil ucsuz - bucaqsız sahildir...
Sevgi- səthi deyil, dərindir... Düşünər düşünər düşünər, düşünər düşünər düşünər… Dərin dedik ona görə...
İspanların bir dediyinə görə iki şəxsiyyətli sevgi "dəlilik" , üç şəxsiyyətli sevgi "ticarətdir"
Sevgi- tək şəxsiyyətlidir!...
Bu dəfə belə alındı Əzizlərim

Метки: sevgi ne deyil

Sevgi ...

Sevilmek nedir?


Necə vəziyyətdə olmağından asılı olmayaraq onun sevimli baxışlarını hiss edirsən...

Əgər heyranedicisənsə-onun qürurunu duyursan,əgər zəif haldasansa-qayğısını və səni bütün bəlalardan qorumaq arzusunu.

Başa düşürsən ki bu həmişə belə olacaq:yağışlı havada çətirin,sevincli günlərində fərəhinin onun da gözlərində bərq vurması,göz yaşların dayanmazsa həmişə başını qoyacaq bir çiynin olmasını bütün qəlbinlə duyacaqsan.

Bilirsən ki,nəyi isə istəsən səninçün edəcək və buna görə də heç nə istəməyəcəksən.

Əksinə olanlar üçün minnətdar olacaqsan...hər şey üçün!



Sevmək nədir?

Hər dəfə onun addım səslərini,ya səsini eşidəndə donub qalırsan.Yox,yox,səhv dedim,nəinki eşidəndə,hətta onun haqda nəsə deyiləndə belə ürəyin titrəyir.Gah qızarırsan,gah əsəbləşirsən.Gah ağlayırsan,gah da səbəbsiz gülürsən.

Onun sevincini onunla birlikdə hiss edirsən,hətta uzaqda olsa belə.Onun ağrılarını duyursan yanında olmasa belə və sevinirsən ki,bu ağrıları azaltmaqda ona yardımçı ola bilirsən.

Başa düşürsən ki,o bəlkə də ən yaxşı deyil,amma sənə ondan başqa heç kim lazım deyil.

Və var olduğu üçün minnətdar olursan...hər şey üçün!



Sevmək ya sevilmək nədir?

Bu ətirli çay ya qəhvədir.Vacib deyil kim kimə təqdim edəcək bunu,əsas odur ki,sən bunu özün kimi hiss edəcəksən.

Gülümsəyəcəksən,bilirsən axı ona yalnız sən lazımsan.

Özünü tapacaqsan,özünü taparaq onda əriyəcəksən,ona qarışacaqsan.Dünyaya baxanda da yalnız ikinizə məxsus bir dünya görəcəksən........xoşbəxtliyin olacaq...ikinizin bir xoşbəxtliyi!



Sevmək ya sevilmək-hansı yaxşıdır?

Метки: Sevmek ya sevilmek...

Kesilmis kagiz parcasi (II hisse)




Həyat bir əhvalata bənzər, əhəmiyyətli olan əsərin uzun olması deyil, yaxşı olmasıdır.

Həyatda bir məqsədi olmayan insanlar, bir çay üzərində axıb gedən saman zibillərinə bənzərlər; onlar getməzlər, ancaq suyun axışına qapılarlar.

Həyatdan qorxmayın; yaxşı və doğru bir şeylər etdiyiniz zaman həyat elə gözəl olur ki.

Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz.

Həkimlərin etdiyi ən böyük səhv ruhu düşünmədən yalnız bədəni müalicəyə təşəbbüs göstərmələridir.

Hər müvəffəqiyyət ilk başda bir xəyal idi. Ən böyük çinar bir budaqda, ən gözəl quş bir yumurtada gizlidir. Xəyallar da gerçəklərin toxumu və yumurtasıdır.

Hər bildiyini söyləmə, hər söylədiyini bil.

Hər qapını açmanın kəsə yolu açar axtarmaq deyil, açar adam ola bilməkdir.

Hər kitabxana bir həbsxananı bağlayar.

Hər münaqişənin təməlində birinin cahilliyi yatar.

Ey soyuq, hərəkətlən ki istilənəsin, sərtliyə alış ki yumuşalasan.

Fayda verməyən məlumat, xərclənməyən, heç kimə xeyiri toxunmayan xəzinə kimidir.

Gecikən ədalət, ədalətsizlikdir.

Hər kəs eyni şeyi düşünürsə, heç kimsə çox bir şey düşünmür deməkdir.

Gələcəyi satın ala biləcək tək şey, bu gündür.

Hər kəs evinin önünü süpürsə küçələr təmiz olar.

Gəncikən məlumat ağacını tikək ki, yaşlandığımız zaman kölgəsində sığınacaq bir yerimiz olsun.

Gedəcəyiniz yeri bilmirsinizsə, çatdığınız yerin əhəmiyyəti yoxdur.

Hər kəs insanlığı dəyişdirməyi düşünər. Amma kimsə əvvəl özünü dəyişdirməyi düşünməz.

Gözəl üz aynaya aşiqdir.

Метки: kagiz

Her kesin bir hekayesi var...

Doğum və ölüm arasındakı zamanı üç günlük ömür deyə adlandırarıq. Halbuki təqvimdən nə çox yarpaq düşər.
Yaxşı , bəs həyat?
Saat və dəqiqə əqrəbinin arxasında, deyildiyi qədər asanmı keçər. Xeyr dediyinizi duyuram sanki.
İzah et baxaq desələr haradan başlasam deyə düşünərəm. Ya da nə sən soruş, nə belə söyləyim deyə paradoksal cavab verdirər insana. Bəzən dərin dərin baxan gözlər ən uzun cavabı verər.Bax o zaman izah edən də dinləyən də susar.
Kimsi qələminin ucunda, kimisi sazının telində, kimisi düşüncələrində yaşayar. Yaza bilən şeirə, romana, bəstələyə bilən notlara, kimisi də yastığına tökər içini.
İnsanın dünyaya gəlişi , həyatındakıdaki müsbət və ya mənfi hadisələri və bomboş qalan nəticəsi onun həyat inşasından ibarətdir sanki.
Hər kəs öz əhvalatının baş qəhrəmanıdır. Keçmişinə dönük xarakterləri axtarmaz çünki həyat macərasına ana, ata və sıx bir qohumluq birliyindən ibarət olan hazır qüvvətlə çıxar. Pillələri çıxarkən fərqli xarakterlər girər həyatına. Oyun, həyat, iş, əsgərlik yoldaşı kimi.

Kimisnin əhvalatı bir məscid həyətində başlayar ya da bir uşaq evi qapısında, heyif ki adını tapan insan qoyar. Keçmişi itkin doğulanlar gələcəyi də itirmək istəməzlər. Nə də olsa oyuna əskik daşlarla başlamaq çətindir.
Həyatı oyanmaq, yemək yemək, ehtiyaclarını aradan qaldırmaq və yatmaq kimi görünsə də bu əhvalat heç də asan irəliləməz. Çünki əsən küləyin istiqamətinə görə axdığımız bir çay vardır.
Həyat; həmişə güllük gülüstanlıq keçməsə də, gülü görüb, iyləyə bildiyimizə şükr edə bilməliyik. Sevinclər, hüznlər, kədərlər yediyimiz tortun bir-birindən ayrılmayan qatları kimidir. Aradakıları sevsək də sevməsək də udmaq məcburiyyətində qala bilərik.
Ağrısıyla, şiriniylə, turşuyla bu dünya hamımızın, əhvalatlarımız da hamısı bizimdir. Arxamızda gözəl xatirələr və bizi xatırlayan dostlar buraxmaq diləyiylə...

Метки: hekaye

Beli bura cennetdir



Gənc bundan sonra sevinclə əəlaaa!!! -dedi.
Mənə bir az su verəbilərsiiz? Çox susadım.
Qadın cavab verdi: Əlbətdə, içəri daxil olun. İçəridə istədiyiniz qədər su tapa bilərsiniz
Beləcə Gənc itinə çevrilib:, Gəl dostum, içəri giririk" deyərək qapıya getdi.
Amma qadın onu birdən dayandırdı: "Bağışlayın, heyvanları içəri buraxmırıq.
Bundan sonra Gənc bir an dayandı, düşündü və geri dönüb itiylə birlikdə gəldikləri yolun tam tərs istiqamətində yollarına davam etdilər.
Bir müddət keçdikdən sonra özlərini bu dəfə tozlu palçıqlı bir yolda tapdılar və yolun sonunda qarşılarına ferma girişini xatırladan bir qapıyla cırıq paltarlı bir qoca çıxdı.
Gənc soruşdu: Bağışlayın. Mənə bir az su verənilərsiiiz??
Qoca içəri gəl dedi. Qapıdan girdikden sonra sağ tərəfdə bir bulaq var.
Gənc soruşdu: Bəs yoldaşım da mənimlə gələ biləər?
Qoca: Əlbətdə. -ded. Bulağın yanında it üçün də su içəcək bir yer var..
Gənc qapıdan girdi. Bir az yeridikdən sonra sağ tərəfdə bulağı tapdı. Gənc və yoldaşı sudan doyunca içdi.
Nəhayət adam geri gedərək girişdə gözləyən qocadan soruşdu: Su üçün çox təşəkkür edirəm. Bəs bura haradı?
Qoca: Bura Cənnətdi -dedi.
Bunu eşidən adam qışqırdı: Necə ola biləəər?
Bir az əvvəl möhtəşəm bir yerə getdik və oranın da Cənnət olduğunu söylədilər.
Qoca sakitcə dedi: Ora Cəhənnəmdi oğul.
Bundan sonra gənc Qocadan soruşdu:
Yaxşı, amma orda sizin adınızı istifadə edərək insanları aldadırlar deyə heç hirslənmirsiz.??
Qoca gülümsəyib: Yox oğul, hirslənmirik. Çünki onlar öz mənfəəti üçün ən yaxşı yoldaşlarını yarı yolda buraxanları Cənnətdən uzaq tuturlar.


Dostluq ipini həm gücləndirərək həm də ondan güc alaraq yaşamağı bacara biliriksə, Dostu hər zaman yanımızda hiss etməyi bacarırıqsa deməli xoşbəxt insanlarıq...

Метки: Cennet

Izah et ...



Ölməyi izah et yaşamağı bilməyənə....

Könül gözüylə görməyi izah et gördüyünü zənn edənlərə..

Ya da kor olmağı izah et hər şeyi görübdə acı çəkənlərə;

Ürəyi paslanmışa sevməyi izah et...

Ağlamanı qürur sayana gözyaşındakı zadəganlığı izah et...

Azadlığı izah et həbsdəkinə....

Quşları belə ovlayana vicdanı izah et....

Həyatın gözəl rənglərini izah et qarasnı məna bilənə...

Afrikada ki körpələri izah et offff çəkməyi bilməyənə...

Sonsuzluğu izah et sərhədləri olanlara....

Qaçmağı izah et getməyə üşənənə...

Mənaları çoxaldıb boğmağı izah et həyatının mənasının olmadığını düşünənə...

Savabı izah et günahkara....

Savabın bir azda dadını izah et ot kimi yaşayana

Sözlərin gücünü izah et susmağı məharət sayana...

Ağaca quşları izah et, kimlərə ev sahibliyi etdiyini bilsin...

Güvənməyi izah et insana, dost axtarışını buraxıb bəzilərinə dost ola bilsin....

Qürurun nə qədər yüksək bir təpə olduğunu və çıxdıqca nə qədər alçalacağını izah et...

Aldadana gerçəkdə aldatdığının özü olduğunu izah et, izah et ki öz özünü bıçaqladiğını fərq etsin...

Gülü xatırlatsın deyə tikanı izah et, bəlkə də tikanı xatırlatsın deyə gülü ...

Əlbət biryerlərdə səni anlayan mütləq birinin olduğunu izah et, səhv başa düşüldüyünü zənn edənə...

Метки: Izah

Olumden qorxmaqmi?



Ölüm insani bir duyğudur.Hər cümlənin sonunda nöqtə olduğu kimi insan həyatının da nöqtəsi,hətta nidası belə vardır-Ölüm.

Yaşadığını,var olduğununun fərqində olan və bir gün öləcəyini bilən tək varlıq insandır. Hər gün hətta hər dəqiqədə,saniyədə dünyada neçe min insan həyatını itirir.Tanımadıqlarımızın ölümü bizə o qədər də təsir etmir.

Yaxınlarımızı itirdikdə isə ölümün bizə yaxın olduğunu, ölmək qorxusu ilə,itirmək qorxusu ilə üz-üzə gəlirik.Göz yaşı tökdüyümüz anlarda belə,əslində öz ölümümüzə ağlayarıq.Bəs görəsən mən necə öləcəm?nə vaxt?hansı izlər qoyacam dünyada?kimin yaddaşında nə cür qalacam?tezmi unudulacam?...Bu elə bir həqiqətdir ki,istəsən də istəməsən də inanmalısan.Hər dəqiqə belə həyatımızdan gedir
Əsl qorxu ölümdür.Bu elə bir qorxudur ki,insanları düzgünlüyə çağırır.Namaza,tövbəyə,vaxt var ikən günahlardan uzaqlaşmağa çağırır.Belə bir söz var ki,ağır xəstə,həyatda tutunma şansı sıfıra bərabər olan amma hələ də canı üstündə olan insanlar “O dünyanı görüb gəldim” .Əslində belə bir şey həqiqətdir.İnsan narkoz altında olarkən dünyaya aid olmayan yuxular görür.Alimlərinin dediyinə görə narkoz altında olan insanın gördüyü yuxuda olduğu məkan dünyada yoxdur,bu məhs o biri dünyanın varlığıdır.Və bunda sonra onlar nəyin nə olduğunu dərk edirlər.Namaza,duaya,əsl müsəlman həyatına gəlirlər.
Məhs bu dünyada qorxu varsa o ölüm qorxusudur.

Hamımız bu dünyada qonağıq.Hər kəs atdığı addıma belə cavabdehdir.
Dünyaya gələrkən hər birimiz ağlamışıq.Görəsən dünyadan gedəndə arxamızca ağlayanlar olacaqmı?...

Метки: olumden qorxmaq

D&#601;rin, G&#252;cl&#252; Bir &#304;man Nec&#601; &#601;ld&

Dərin, Güclü Bir İman Necə əldə edilir?
Dərin bir iman ancaq;
Allaha hər an şərtsiz bağlı qalmaqla, Heç bir şərt və şəraitdə Rəbbimizin beğenmeyeceği bir davranış sergilememekle,
Allahın yaratdığı qədəri, Ondan gələn hər şeyi həmişə gözəl və xeyirli görməklə,
Dünyanın müvəqqəti nəfslərinə, saxta zövqlərinə, şeytanın aldadıcı vədlərini aldanmamakla və bunlar qarşısında bir an belə tərəddüdə düşmemekle edilə bilən.
Bu istiqamətdə bir ömür sürmək, əlbəttə, çox zadəgan bir seçimdir. Önünə çıxan variantlarda həmişə Allahın razılığını seçim etmək, hər şərtdə Allaha yönəlib yalnız Ona rəğbət etmək, ancaq Allaha candan bağlı, Allahı qəlbən sevən saleh möminlərin göstərdiyi zadəgan və gözəl davranışdır. Allah Quranda Müsəlmanları yalnız Ona rəğbət etməyə belə çağırmaqdadır:
"Bu halda risaləti təbliğ zaman, dayanmadan (dua və dünya işlərindən) azad-davam et. Və yalnız Rəbbinə rəğbət et. "(İnşirah Surəsi, 7-8)
Dərin bir imana qovuşmaq üçün profilə səy çox gözəl bir ibadətdir. Bu qiymətli səy müsəlmanın bütün həyatını əhatə edir. Gönülden Allaha yönələn bir müsəlman;
Gözünü açdığı andan etibarən Allaha yaxınlaşma istəyini və səyini göstərməyə başlayır. Oyanar oyanmaz Allaha özünə can verdiyi üçün və yenidən oyanmağı nəsib etdiyi üçün şükr edər.
Gün ərzində həm özü həm digər müsəlman qardaşları üçün Allaha könüldən dua edər.
Allahın əmr etdiyi gözəl əxlaqın yer üzündə yayılması üçün cəsur bir qətiyyətlə heç qorxmadan və yorulmadan işləyir.
Gözəl əxlaqını Allahın izni ilə gün boyu qoruyar, nəfsinə ağır gələn bir mövzuda nəfsinə qapılmaz və Allahın razılığına uyğun davranışı sərgilər.
Hər an Allaha sadiq qalır.
Dayanmadan Allahı xatırlayar, Onun ne'mətlərini düşünər və anlatır.

8 Mart



8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi K.Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınmışdır. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilmişdir. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhs bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı.O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunmuşdur.Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü kimi qeyd olunur.

Mamedov: Bütün ana və bacıları 8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edirəm.

Метки: Qadinlar bayrami

Ancaq Azerbaycanda!!! (Sebrim catmir daha...)

Ancaq Azerbaycanda dersin 20 deqiqesi Qefes shousuna, qalani eliyevlere hesr oluna biler. :

----------
Ancaq Azerbaycanda cox vaxt vicdandan, namusdan danishanin ozunde ne vicdan olur, ne de namus. :

----------
Ancaq Azerbaycanda corablari satmaq ucun ustune meshhur aktyor ve mugennilerin shekli vurulur. :

----------
Ancaq Azerbaycanda birinin evi ogurlandigi zaman yuz faiz taniyan adamdir deyirler. :

----------
Ancaq Azerbaycanda biri ishin duz getirmemesini seher qabagina cixan qara pishik ile eaqelendirir. :

----------
Ancaq Azerbaycanda biri Allah qoysa ifadesi ile umid edende bes qoymasa? deye sual verenler de tapilir. :

----------
Ancaq Azerbaycanda bir az pulu olana qillanmisan aa deyirler. :

----------
Ancaq Azerbaycanda bir aya kompyuter muellimi olmaq mumkundur. :

----------
Ancaq Azerbaycanda binalarin divarina bura zibil atanin atasina lenet sozleri yazilir. :

----------
Ancaq Azerbaycanda bezi magazalarin qapisinin uzerinde qapi metro kiim acilir ifadesi yazilir. :

----------
Ancaq Azerbaycanda bakiliyam deyene basib-baglama,indi bakili qalib? deyerler. :

----------
Ancaq Azerbaycanda atalar balalarinin qarshisinda xecalet cekirler. :

----------
Ancaq Azerbaycanda alim qessaba paxilliq edir. :

----------
Ancaq Azerbaycanda yeraz ve qiraz ifadesi var. :

----------
Ancaq Azerbaycanda taxtabash ve qushbala ifadeleri movcuddur. :

----------
Ancaq Azerbaycanda reqabet sozu paxilliq kimi basha dushulur. :

----------
Ancaq Azerbaycanda qushbaz liq seneti movcuddur. :

----------
Ancaq Azerbaycanda qarin adami fiqurni gosterir kimi ifade movcuddur. :

----------
Ancaq Azerbaycanda itlere yal yox pul atirlar

Метки: Azerbaycanim...

Yuxum...


Saat hardasa gece 4-5 olardı.Boyuk bir dagin zirvesindeyem.Etrafimda xeyli agaclar var.Birdem bir qisqirir sesi geldi.Hami qisqirmaga baslamisdi ki men hec ne anlamadigimi birinden sorusdum.Ne olub burada? Cavab gelmedi yene..deyesen bir terefde Azerbaycan bayragi goye qalxdi.Asagi dusub qacmaga basladim.Hami berkden Vetenim canim Azerbaycan deyirdi.Yerde bir qadin secde edirdi.. sukurler olsun sene bu gunleride bize qismet etdin deye… Beli onda anladim ki artiq Qarabagimizi almisiq.Bir agacin yaninda qirilmis budaq vardi oturdum uzerinde ve bunlari dedim: bir gun evimize qayidacagiq demishdim.Sukurler olsun sene… birden mobil telefonuma zeng geldi ki…oyandim.
Qeyd etmek isterdim ki yuxularimin 70%-i duz cixir.
Bir Azerbaycanli kimi bunu deyim: 2012 ci ilde QARABAGİ geri qaytaracagiq !

Метки: Canim Azerbaycan

Qelem_kagiz_heyat_...



Həyat - Sənin xəßərin oLmadan dünyaya gəlişindir ...
Həyat - səni hər şeydən üstün tutan bir vaLideynin , sənə qarşı oLan sonsuz sevgisidir ...
Həyat - iLk uğura imza ataraq , ağ sətirLər üzərinə ANA kəlməsi yazmağındır ...
Həyat - iLLər boyunca qazandıqLarınıın bir gün bəhrəsini görməkdiR ...
Həyat - gəLəcəyini qura biLməyin üçün , 1 peşə qazanmağındır ...
Həyat - ömür boyu unuda biLməyəcəyin iLk tanışlıqdır ...
Həyat - Səni xöşbəxt edəcək birini tanıya biLməkdir ... - sənə məxsus oLan birinə qovuşmağın üçün , o bir günü təyin etməkdir ...səni bir ömür boyu tərk etməcək birinə sahib oLmağındır...
Həyat - xəbərin oLmadan yarandığın bir dünyada ,xəbəri olmadan ßirini dünyaya gətirməkdir ...
Həyat - sən gözəL sandığın o həyatın pis üzünü görməkdir,
ən xoş anında ən sevdiyin birisini səndən xəbərsiz alıb aparır o gözəL sandığın həyat,sevə-sevə ßağLandığın o həyatın iç üzünü görməkdir ...
Həyat - ömründən ,səndən xəßərsiz keçən günlərin xatirələrini
həyatın bir küncündə xatırLamandır ...
Və nəhayət HəyaT - özünün belə xəbəri olmadan gəldiyin bir dünyadan , hər kəsin xəbəri ola-ola köçməkdir ..~!!!
BƏS SİZ?

Метки: Qelem

Mehriban Heyatimiz

Hamam
Kishinin hamamda 6 eshyasi olur : dish mecunu, dish firchasi, uz qirxma kremi, ulguc, sabunu ve desmali. Qadinin ise hamamda olan eshyalarinin orta sayi 437-dir. Kishiler hemin eshyalarin choxunun adini bele bilmir.
Dostlar
Qizlar oz refiqelerigilde olarkan butun geceni danishmaqla kechirirler. Oglanlar oz dostlarigilde qaldiqda ise gece texminen 20-30 soz ishledirler ki onlardan da choxu beledi: "Ishigi sondur", "Pive tapdin?", "Bu gozelcheye bax!!!"
Evden_chixmaq
Ne vaxt ki, kishi deyir artiq evden chixmaga hazirdi, demeli o heqiqeten de chixmaga hazirdi. Ne vaxt ki, qadin deyir artiq evden chixmaga hazirdi, bu o demekdirki o kosmetikasini indice qurtarib ve artiq sirgalarini axtarir.
Ovladlar
Qadin oz ushaqlari haqda her sheyi bilir. Qadin ushaginin sevdiyi filmi, ushagi uchun dish hekiminin ne teyin etdiyini, sevdiyi idman sahesini, romantik heyatindaki hadiseleri, sevimli yemeyini, onun gizli arzularini ve s. bilir. Kishi ise evde yashayanlari dumanli shekilde xatirlayir.
Pishikler
Qadinlar pishikleri sevir. Kishiler deyir ki onlarda pishikleri sevir. Amma qadinin gozunden yayinan kimi pishiye var gucuyle tepik ilishdirirler. Sonra onun bashini sigallayirlar.
Paltar_deyishmek
Qadin her bir ishe muxtelif paltarlar geyir.Qadin dukana gedende, gulleri sulayanda, kitab oxuyanda paltarini deyishecek. Kishi ise, eger qadin bunu ondan teleb etse ancaq toy ve defn merasimine getmek uchun paltarini deyishecek.
Guzgu
Kishiler lovgadi, onlar ozlerine baxmaq uchun guzguden istifade edecekler. Qadinlar ise guluncdu, onlar parildayan her bir sheyden: qashiqdan, magaza shushelerinden, avtomovilin penceresinden ozlerine baxmaq uchun istifade edecekler.
Camashirxana
Qadin iki-uch gunden bir paltarlari camashir edir. Kishi butun paltarlari chirklenene kimi geyecek, hetta 8 il evvel emeliyyat olunan zaman geydiyi altligi da geyinecek. Gorende ki daha geymeye paltar yoxdu, o zaman chirkli koyneyi tersine cevirib o uzune geyecek ve chirkli paltarlari nehayet ki camashirxanaya aparacaq.
Yetkinlik
Qadinlar kishilere nisbeten daha tez yetginleshirler. Ekser 17 yashli qizlarin choxu ozlerini boyukler kimi apara biler. Ekser 17 yashli oglanlar ise helede futbol shekilleri toplayir ve ya dersden sonra playstation klublarina qachirlar.
Telefon
Kishi telefona bir elaqe vasitesi kimi baxir. Onlar telefondan bir birine qisa mesajlar gondermek uchun istifade edir. Qadin oz refiqesi gilde 2 hefte qala biler, eve qayitdigi gun ise yene hemin refiqesi ile telefonda 3 saata qeder danishacaq.
Bitkiler
Tetilde olan qadin kishiden onun bitkilerini sulamasini xaish edir. Kishi bitkileri sulayir. Qadin 5-6 gunden sonra eve qayidir ve butun bitkileri mehv olmush gorur. Hech kim bilmir ki bu neden bele olur.

Метки: Qadin_kishi

Allahim, seni sevirem!!!

Dedim: Çox yalnızam.
Dedin: ... فَإِنِّي قَرِيبٌ Mən ki sənə çox yaxınam. Bəqərə-186

Dedim: Bəli bilirəm sən mənə yaxınsan, amma mən səndən uzağam, kaş k,i mən də sənə yaxın ola bilsəydim.
Dedin: وَاذْكُر رَّبَّكَ فِي نَفْسِكَ تَضَرُّعاً وَخِيفَةً وَ دُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالآصَالِ
Rəbbini səhər axşam, yüksək olmayan bir səslə, öz-özünə, ürpərtiylə, yalvara-yalvara və için-için zikr et. Ə'raf-205

Dedim: Buda sənin köməyini istər.
Dedin: أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ ALLAHın sizi bağışlamasını istəməzsinizmi? Nur-22

Dedim: Təbii ki, məni bağışlamağını çox istəyərəm.
Dedin: وَاسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ(Eədirsə)Rəbbinizdən bağışlanma diləyin, sonra ONA tövbə edin. Həqiqətən mənim rəbbim, əsirgəyəndir, sevəndir. Hud-90

Dedim: Çox günahkarım, bu qədər günahla mən nə edərəm?
Dedin:أَلَمْ يَعْلَمُواْ أَنَّ اللّهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ ALLAHın, qullarının tövbəsini qəbul edəcəyini və ALLAHın tövbəni çox qəbul edən və çox əsirgəyən olduğunu hələ bilməzlərmi? Tövbə-104.

Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm gəlmir.
Dedin: اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ (2) غَافِرِ الذَّنبِ وَقَابِلِ التَّوْبِِ ALLAH əziz və biləndir, o günahları bağışlayan və qullarının tövbəsini qəbul edəndir. Ğafir-2/3.

Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedin: إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًاALLAH bütün günahları bağışlayandır. Zumər-53.

Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedin: وَ مَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُALLAHdan başqa günahları bağışlayan yoxdur. Əli İmran-135.

Dedim: Nə qədər gözəlsən ALLAHım! Bilmirəm bu sözlərin qarşısında nə üçün ürəyim yerinə sığmır və əriməyə başlayıram, səni çox sevirəm.
Dedin: إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَ يُحِبُّ الْمُتَطَهِّرِينَ Şübhəsiz k,i ALLAH tövbə edənləri və təmizlənənləri sevər.
Birdən "İlahım və Rəbbim mənim səndən başqa kimim var?- dedim.
Sən də أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ
"ALLAH quluna çatmazmı?" (Zumər-36) dedin.

Dedim: Sən ki, məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər yaxşısan, mən nə edə bilərəm?
Dedin: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا (41) وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا (42) هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا
Ey inananlar! ALLAHı çox zikr edin. Və ONU səhər-axşam zikr edin. Sizi qaranlıqlardan işıqlığa çıxarmaq üçün üzərinizə rəhmətini göndərən Odur. Mələkləri də sizə istiğfar edər. ALLAH, möminlərə qarşı çox mərhəmətlidir. Ahzap-41/43.

Öz özümə dedim: ALLAHım səni çox sevirəm.

Метки: Bes siz?

Ana sevgisi


Bir gün bir mələyi cənnətdən dünyaya göndərirlər... Dünyadan bizə tükənməyən və ən gözə olanı gətir deyə.

Mələk bütün gün gəzdi düyanı, cənnətə qayıtmağa hazırlaşanda bir gül bağının üstündən uçurdu.
Həmin bağdaki, güllərin ətri onu cəlb edir. Bağa enir və Mən bu güllərdən cənnətə aparacağam deyir, bu güllər o qədər gözəl və ətirlidir ki, dünyada ən gözəl şey bu güllərdir deyə düşünür.

Gülləri götürüb qanad çalıb qalxanda elə bu an çəmənlərin içində bir körpə görür. Uşaq öz təbəssümü ilə anasının gözlərinə baxır.
Gözlərində ki qığılcım və üzündəki təbəssüm o qədər gözəldir ki, Mələk yox yoxxx bu çox gözəldir mən bu körpənidə cənnətə aparacağam deyir.

Körpənin yanına gələndə Anasının ona baxışlarını anasının ona olan sevgisini görür və dəhşətə gəlir.
yox yooxx Ananın körpəsinə olan sevgisi çiçəklərdən və körpənin təbəssümündəndə çox idi.
Mən ananıda cənnətə aparacağam deyir mələk.

Həm gülləri, həm körpəni həm də ananı götürüb gəlir cənnətə.
Cənnətin qapısına çatanda bir anlıq gətirdiklərinə baxmaq istəyir Mələk.

Görür, güllər solub, körpə isə daha gülmür, itib üzündəki sevinc, gözlərindəki nur.
amma Ananın körpəsinə olan sevinci bütün gözəllikləri ilə yerində idi. Onun sevgisi zərrə qədər azalmamış, tükənməz hisslər olaraq sevinc bəxş edirdi.

Bunu görən Mələk Ananı götürüb cənnətə girir və bütün mələkləri başına toplayıb deyir:

- Dünyada olan, heç vaxt tükənməyən və cənnət qədər gözəl olan tək şey ANANIN SEVGİSİDİR!

Əzizlərim bu yazını bir hekayə olaraq qəbul etməyin. O mələk elə bizik və hər gündə anamızın bizə olan tükənməz sevgisinin canlı şahidi oluruq...
Qucaqlayın onu bərk bərk sizə olan tükənməz sevgisinə görə...

Метки: ana sevgisi

Insanlar var ki ...


İnsanlar var ki,ayrılmağı bacarmır.Tanış olurlar,bağlanırlar,öyrəşirlər...

Və əldə saxlamağa çalışırlar.Zəng edir,sms yazır,görüşlərə can atırlar.Buraxmırlar ki,buraxmırlar.

Onlara elə gəlir ki,tanıdıqları bu insanla bərabər özlərindən də bir parça itirirlər.Deməkdənsə ki,oldu keçdi,davam etmək lazım bu həyatı.Və unutmaq.Rast gələn zaman gülümsəmək və ayrılan kimi yenə unutmaq.Axı gedənləri yadda saxlamaqla nə qazanırıq? Axı sənin olmayandan ikiəlli yapışmaq nəyə lazım?Hər şeydən əvvəl özünə əzab vermək nəyə lazım?Əzab çəkmək, onun sözlərini, hərəkətlərini xatırlamaq, gələcək haqda xam xəyallar qurmaq-heç vaxt olmayacaq bir gələcək haqda.


İnsanlar var ki əldə saxlaya bilmirlər....Ehtiyatsız hərəkət,mənasız bir söz...

Və sən onun gözlərində yaranan boşluğa şahid olursan.O sənə seçim haqqı verir-özün seç.Çağırmır,sənin üçün mübarizə aparmır.Zəng etmir,yada salmır,sənsiz necə çətin olduğunu danışmır.Sonra da gülümsəyərək görmək istədiyini bildirmir.Onunla bilmirsən ki sən ona vacibsən ya yox.O həm var ,həm də yoxdur.

Zəng etməsən o da zəng etməyəcək.Axtarmasan o da axtarmayacaq.Görüşməyə razıdır,sanki bunu da minnətlə edəcək.Axı sən nə istəyirsən?Yenə də əsassız fikirlərlə qarşılaşırsan.Və bu vacib fraza səni dəyərsiz edir -heç kiç heç kimə heç nə borclu deyil.Danış sənə nə lazımdır,bir az od yarat,bir az hərəkətə gəl.Eybi yox qoy sonradan o alov sönsün,amma indi heç olmasa səndən istilik hiss olunsun,darıxdırıcı biri olduğun kimi yox,qığılcımlarla yada qalarsan.


İnsanlar var nə istədiyini bilməyən...Elə bil ki yanındakı istədiyi adamdır,ona lazım olan...

Və elə bil ki,hər şey gözəldir.Baxışlar da,təbəssümlər də və hər sözdən xoşbəxtlik paylanır ətrafa.Bax hər şey uyğun gəlir.Amma yenə də nəsə düzgün deyil.Nə isə çatışmır.Bu hiss içəridən didir, parçalayır səni.Sağa baxırsan,sola baxırsan.Bu dəfə belə deyəcəm,mütləq qərarımı dəyişəcəm.Belə yaşamaq olmaz,o mən istəyən deyil.Mən tamam başqa şey istəyirdim.Dəyişəcəm həyatımı,hər şey mən istəyən kimi olacaq.Amma yenə də hər şey təkrarlanır.Yenə də nə isə elə deyil.

Ətrafımızda qəribə insanlar yaşayır...

Метки: Insanlar

07.06.1989

Addim addim geldim 22 ci bahara.

Uğursuzluqdan qorxurdum...
Amma öyrəndim ki, əsl uğursuzluq cəhd etməməkdir.
***
Uğurdan Qorxurdum...
O vaxta kimi bildim ki, uğur özünü sevmək üçün amillərdən biridir.
***
Etirazdan qorxurdum...
Özümdə inam yaradana qədər.
***
Ağrıdan qorxurdum...
O vaxta kimi ki, böyüməyin yolu olduğunu bildim.
***
Doğruluqdan qorxurdum...
Yalanda olan iyrəncliyi görənə qədər.
***
Həyatdan qorxurdum...
Onun gözəlliyini hiss edənə qədər.
***
Ölümdən qorxurdum...
Amma öyrəndim ki, ölüm son deyil, başlanğıcdır.
***
Alın yazımdan qorxurdum,
Amma öyrəndim ki, mən özüm öz həyatımı dəyişmək halındayam.
***
Nifrətdən qorxurdum...
Öyrənənə kimi ki, nifrət saymazlıqdan başqa heç nə deyil.
***
Məhəbbətdən qorxurdum...
Məhəbbət qəlbimə toxunana kimi.
***
Qocalmaqdan qorxurdum...
Hər gün dünya görüşümü artırdığımı dərk edənə qədər
***
Gələcəkdən qorxurdum...
O vaxta kimi ki, gördüm ki, həyat getdikcə gözəlləşir.
***
Dəyişiklikdən qorxurdum...
O vaxta kimi ki, bildim gözəl kəpənək uçana qədər hansı dəyişikliklərdən keçir...
***
...en boyuk arzum Qarabagimizi qaytarmaqdi.Inshallah bunun ohtesindende gelerik.

07 iyun 2011 “22” yaşım tamam oldu.

Метки: Ilk paylashim

Heyat neleri oyretdi...



Yaradıcılığın ən böyük zənginlik olduğunu...

Ağır ağır, yavaş yavaş, həzm edə - edə yaşamaq lazım olduğunu...

İnsanın təməl vəzifəsinin, xoşbəxt yaşamağı öyrənmək olduğunu...

Hədəfin deyil, yolun əhəmiyyətli olduğunu...

Yemək yeməyin, doymaqdan daha əhəmiyyətli olduğunu...

Arzulamağın əldə etməkdən daha əhəmiyyətli olduğunu...

Tək həqiqətin yaşanılan an olduğunu...

Eyni pəncərədən baxmağın deyil, o pəncərədən eyni şeyi görməyin əhəmiyyətli olduğunu...

Hər şeyin amma hər şeyin bir əvəzi olduğunu...

Ən pis duyğunun peşmanlıq olduğunu

Eşqin, arzulamağ, amma qovuşa bilməmək olduğunu...

Dünyada bu günə qədər deyilmiş bütün "Səni sevirəm"lərin onda doqquzunun yalan olduğunu

Eşqdə qadınların mərhəmətsiz olduğunu...

Qadınların eşq üçün fəda etməyəcəkləri heç bir şeyin olmadığını...

Eşq mövzusunda, hər kəsin mütləq bir yerdə yalan danışdığını...

İtirilən bir qadının bir daha əsla əldə edilə bilməyəcəyini...

Qadınların əsla dəyişdirilə bilməyəcəyini...

Ən uca duyğunun analıq olduğunu...

Ana ola bildikləri üçün qadınların kişilərdən daha şanslı olduqlarını...

Gözəl bir qadından daha gözəl, daha seyr ediləsi, daha qiymətli bir şeyin təbiətdə mövcud olmadığını...

Pulun deyil, gözəlliyin hər qapını açdığını...

Hər şeyin boş olduğu" həqiətinii hər kəsin bildiyini ancaq, çox az adamın qavraya bildiyini...

Hər şeyin bir oyundan ibarət olduğunu...

İnsanların ən çox, hörmət edilməyə ehtiyacı olduğunu, ancaq ən az səyi də bunun üçün göstərdiklərini...

Pis olmanın asand, yaxşı olmanın çox çətin olduğunu...

Öyrənməkdən çox, öyrətməyi sevdiyimizi...

Метки: Oyretdi...

В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу