black skorpio,
21-12-2008 10:38
(ссылка)
Qusarda təbii qazla bağlı vəziyyət g
İç Xəbər / 20.12.2008 12:04
Qusarda təbii qazla bağlı vəziyyət
gərginləşib
20 kəndə təbii qazın verilməsində yaranan problem əhalinin
narazılığına səbəb olub
Qusar rayonunda təbii qaz ilə bağlı kritik vəziyyət yaranıb. ANS PRESS-in
bölgə müxbirinin məlumatına görə, rayonda bu gün yenidən qar yağmağa başlayıb və
şaxtalı hava şəraiti hökm sürür. Rayonun 20-yə yaxın kəndində təbii qazın
verilməsi məhdudlaşdırılıb. Rayon qaz istismar idarəsindən verilən məlumata
görə, "Azəriqaz" ASC əvvəl rayona sutka ərzində 160 min kub metr qaz verirdi,
indi isə bu rəqəm 120 min kuba enib. Qusarın Bala Qusar, İmamqulukənd, Hil,
Aşağı Ləyər kimi kəndlərində əhali borclu abonentlərə görə onların qazının
kəsilməsindən narazıdırlar.
Qusar rayon icra başçısının birinci müavini Əlif
Məmmədov narazıçılığın aradan qaldırılması üçün tədbirlər görüldüyünü deyir./ANS
PRESS/

05-12-2008 14:57
(ссылка)
«Azərbaycanlıların deportasiyası I Pyotrd
«Azərbaycanlıların deportasiyası I Pyotrdan Putinədək davam etdirilib»

Bu
sözləri DAK rəhbəri Sabir Rüstəmxanlı soydaşlarımızın Ermənistandan
deportasiya edilməsinin 20-ci ildönümü ilə əlaqədar keçirilən
toplantıda deyib
Bu gün Atatürk Mədəniyyət Mərkəzində Beynəlxalq
Diaspora Mərkəzinin təşəbbüsü ilə yüz minlərlə azərbaycanlının
Ermənistandan deportasiya edilməsinin 20-ci ildönümü ilə əlaqədar
keçirilən toplantı olub.
Tədbirdə millət vəkili Fəzail
Ağamalı, Qərbi Azərbaycan ziyalılarından Qafar Çaxmaqlı, Çümşüd
Nuriyev, millət vəkili Gülər Əhmədova, Sabir Rüstəmxanlı və s. iştirak
edib. ANS PRESS-in məlumatına görə, tədbirdə çıxış edən Sabir
Rüstəmxanlı bildirib ki, azərbaycanlıların deportasiyaya məruz qalması
I Pyotrdan Putinədək davam etdirilib. Onun sözlərinə görə,
azərbaycanlıların soyqırıma məruz qalması dövlət səviyyəsində
araşdırılmır. «Neçə illərdir ki, Soyqrım muzeynin yaradılması ilə bağlı
dəfələrə müraciət etmişik, lakin özümüz deyib, özümüz eşidirik. Tarixçi
alim Sənubər Sarallının deportasiya ilə bağlı yazdığı kitab da yalnız
DAK-ın Azərbaycan nümayəndəliynin köməkliyi ilə 300 nüsxədə çap edilib.
Bəs, bu dövlət hara baxır? DAK-ın bu istiqamətdə görmək istədiyi işlərə
də imkan vermirlər». S.Rüstəmxanlı bildirib ki, Azərbaycanda soyqırımı
əhatə edən geniş araşdırma işlərinə ehtiyac var. «Ona görə də, bu
məsələ ilə əlaqədər mərkəz yardılmalıdır»./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

05-12-2008 14:51
(ссылка)
Без заголовка
İç Xəbər / 05.12.2008 13:34«Azərbaycanlıların deportasiyası I Pyotrdan Putinədək davam etdirilib»

04-12-2008 10:55
(ссылка)
Belarusun səfiri Xaçmazda olub
Belarusun səfiri Xaçmazda olub

Nikolay Paskeviç: «Belarus, Azərbaycandakı iqtisadi layihələrdə iştirakda maraqlıdır»
Bu
gün Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Xaçmaz rayonuna
səfər edib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, səfir Xaçmaz
rayon İcra Hakimiyyətində görüş keçirib. Rayon İcra Hakmimiyyətinin
başçısı Şəmsəddin Xanbabayev səfirə rayondakı inkişafla bağlı məlumat
verib. Səfir isə deyib ki, Belarusun Azərbaycandakı diplomatik
korpusunun fəaliyyət göstərdiyi üç il ərzində ölkədəki iqtisadi
layihələrdə iştirakda maraqlı olub. O, buna misal olaraq Gəncə
avtomobil zavodunun adını çəkib. Nikolya Paskeviç bildirib ki, Xaçmaza
səfər etmək məqsədi kənd təsərrüfatı mallarının satışı ilə maraqlanmaq,
həm Belarus, həm də Azərbaycan sahibkarlarının birgə fəaliyyəti üçün
yeni perspektivləri öyrənməkdən ibarətdir.
Nikolya Paskeviç Xaçmaz fermerlərinin bir qrupu ilə də görüşüb. /ANS PRESS/

30-11-2008 21:06
(ссылка)
Hərbiçilərin boks üzrə 52-ci Dü
Hərbiçilərin boks üzrə 52-ci Dünya Çempionatında altı bokçumuz qızıl medal qazanıb (Fotoreportaj) (Yenilənib)
Heydər Əliyev adına İdman-Konsert Kompleksində hərbiçilərin boks üzrə 52-ci Dünya Çempionatının final yarışları keçirilir
Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində hərbiçilərin boks üzrə 52-ci Dünya Çempionatının final yarışları keçirilir. Final yarışlarında 22 boksçu mübarizə aparıb. Finala çıxan 6 bokçumuz qızıl medala sahib çıxıb.
48 kq çəki dərəcəsində boksçumuz Ceyhun Əliyev Hindistan boksçusu Sink Paramjiti 6-4 hesabla məğlub edərək dünya çempionu adını qazanıb. 51 kq-da boksçumuz Rəhim Nəcəfov isə digər hindistanlı Sing Suranjoyu 15-4 hesabı ilə məğlub edərək dünya çempionu olub. 75 kq-da çıxış edən Rahib Bəylərov isə döyüş keçirmədən qalib adını qazanıb. Belə ki, onun rəqibi belaruslu Mixail Dauhaliavets zədəli olduğu üçün döyüşdən imtina edib və nəticədə R.Bəylərov texniki qələbə qazanıb.
57 kiloqram çəki dərəcəsində mübarizə aparan Elşən İsmayılov isə hindistanlı rəqibi Çote Lal Yadafı 11-2 hesabı ilə məğlub edərək dünya çempionu titulu qazanıb.
81 kq çəki dərəcəsində mübarizə aparan bokçumuz Elnur Qədirov özbəkistanlı rəqibi Şerzod Əbdürrəhimovu 12-9 hesabı ilə məğlub edərək dünya çempionu olub. 91 kq-da çıxış edən Elçin Əlizadə isə hindistanlı rəqibi Sinq Manpreeti 11-1 hesabı ilə məğlub edərək dünya çempionu adını qazanıb.
Beləliklə, Bakıda keçirilən hərbiçilərin boks üzrə 52-ci Dünya Çempionatında 11 bokçu ilə təmsil olunan Azərbaycan 6 qızıl, 1 bürün medal qazanaraq komanda hesabında dünya çempionu adını qazanıb.

30-11-2008 21:04
(ссылка)
Elnur Məmmədli Avropanın ən yaxş
Elnur Məmmədli Avropanın ən yaxşı cüdoçusudur
Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli 2008-ci il üçün Avropanın ən yaxşı cüdoçusu seçilib
Avropa Cüdo İttifaqının (EJU) Yunanıstanın paytaxtı Afinada keçirilən Konqresində müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. Zaman Online-nin xəbərinə görə, Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli 2008-ci il üçün Avropanın ən yaxşı cüdoçusu seçilib. Pekində keçirilən Yay Olimpiya Oyunlarında uğurla çıxış edən Elnur Məmmədli qarşılaşdığı 5 rəqibinin hamısına vaxtından əvvəl, ippon fəndi ilə qalib gəlib. Onun Pekində qızıl medal qazanması üçün təxminən 8 dəqiqə kifayət edib.
EJU-nun Konqresində aşağıdakı nominasiyaların qalibləri elan olunub:
Ən yaxşı kişi cüdoçu:Elnur Məmmədli (AZƏRBAYCAN)
Ən yaxşı qadın cüdoçu: Alina Dumitru (Rumıniya)
Ən yaxşı gənc cüdoçu: Teddi Riner (Fransa)
Ən yaxşı kata dueti: Yulian Surla/Aurelian Fleys (Rumıniya)
Ən yaxşı kişi məşqçi: Şota Xabarelli (Gürcüstan)
Ən yaxşı qadın məşqçi: Florin Berkan (Rumıniya)
Ən yaxşı komanda: Gürcüstan
Ən yaxşı təşkilatçı: Portuqaliya və Xorvatiya Cüdo Federasiyaları /ANS PRESS/

30-11-2008 21:03
(ссылка)
Hindistan və Pakistan arasında müharibə b
Hindistan və Pakistan arasında müharibə başlaya bilər
Mumbayda baş vermiş terror aksiyalarında rəsmi Dehlinin ittiham etdiyi Pakistan da, Hindistanın ardınca sərhəddə qoşun yeridir
Hindistanın Mumbay şəhərində baş vermiş terror aktları nəticəsində 22 xarici vətəndaşının öldüyü müəyyənləşib. Baş verənlərlə əlaqədar ölkənin daxili işlər naziri Şivrac Patil istefa ərizəsini Baş nazirə təqdim edib. Buna səbəb ölkə mətbuatının daxili işlər nazirliyini terror aktının və insan tələfatının qarşısını ala bilməməkdə ittiham etməsi olub. Bu arada Pakistan Hindistanda baş vermiş terror aktlarında əlinin olmasına dair iddiaları rədd edib. Hazırda iki ölkənin sərhəddinə silahlı qüvvələr yeridilir.

26-11-2008 22:49
(ссылка)
Xaçmaz rayonunda MTN ilə Rusiya Federal Təhl&#
Xaçmaz rayonunda MTN ilə Rusiya Federal Təhlükəsizlik Xidməti rəsmilərinin görüşü keçirilib
Qapalı keçən görüşdə antiterror, qaçaqmalçılığa qarşı mübarizədə əməkdaşlıq və əks-kəşfiyyat məsələləri müzakirə edilib
Xaçmazın Nabran-Müqtədir zonasındakı istirahət mərkəzlərindən birində bu gün Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə Rusiya Dövlət Federal Təhlükəsizlik Xidməti (FTX) rəsmilərinin birgə ənənəvi görüşü keçirilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qapalı keçirlən görüşdə Azərbaycan tərəfdən MTN-nin və Rusiya FTX-nin, Dağıstan Dövlət Təhlükəsizlik Xidmətinin, sərhədyanı rayonların milli təhlükəsizlik şöbələrinin rəisləri iştirak ediblər. Görüşün təfərrüatları açıqlanmır. Görüş çərçivəsində iki ölkənin xüsusi xidmət orqanlarının antiterror, əks kəşfiyyat məsələləri, qaçaqmalçılıqla və mütəşəkkil cinayətkar qruplaşmalara qarşı mübarizədə əməkdaşlıq məsələləri müzakirə edilib.
Növbəti il üçün birgə əməkdaşlıq barədə saziş imzalanıb./ANS PRESS/

02-09-2008 12:00
(ссылка)
XACMAZDA HER SEY DUZELIB, YOXSA......
Hormetli blog istirakcilari! 
Sizlerden xahisim, her kes oz fikrini desin. Xacmazda her sey duzelib mi? Yoxsa yene de problemler qalmaqdadir mi? Duzdur, son vaxtlar respublikamizin her yerinde oldugu kimi rayonumuzda da xeyli isler gorulur. Yeni-yeni parklar ve istirahet ocaqlari salinir. Idare ve teskilatlarin inzibati binalarinin gorunusunde de deyisiklikler edilir, yeni uzlukler vurulur. Hele maarifimizin qabaginda asilmis o mohtesem bayraqlarimizin dalgalanmagini gorende, inanin adamin lap ici acilir, ferexlenirsen.
Yaxsi butun bunlar ela. Goresen idare ve teskilatlarin strukturunda nece , bir irelileyis var mi? Sizleri qane edir mi onlarin isi? Inkisaf eden AZERBAYCAN ucun onlar hansi yerde durublar? tormozlayici yoxsa tekanverici???
Bax bu barede sizlere muraciet edirem ve her kes qoy oz fikrini desin!!!!

16-07-2008 22:44
(ссылка)
Gozel bir hekaye, Ulviyye xanimdan
İyl4

Ülviyyə Heydərova. Hekayə.

Xəzərin dostları
Yaradan «ol» deyəndən bəri yer üzünün dəniz məxluqları bir yerə toplaşmağa heç cür macal tapmırdı. Həsrətdən cana gələn Xəzər daha dözə bilməyib özünə yaxın dənizləri başına yığıb onlarla hal-əhval tutmaq, dərdləşmək istədi. Söz yox ki, Xəzərə tökülən çaylar ona dostlarından ara-sıra xəbərlər gətirərdi. Xəzər də təbriklərini, başsağlıqlarını balıqların köməyi ilə tez bir zamanda dost ünvanına göndərib onların sevinclərinə və yaxud da kədərlərinə şərik çıxardı. Balıqların bu çevikliyi Xəzərin keyfini yaman açırdı. Hər zaman onlara baxıb gürrələnər, Allaha yalvarardı ki, insanlara insaf payı verəndə xəsislik etməsin. Çünki sevimli balıqlarının nəslinin kəsilməsindən yaman qorxurdu. Düzdür, Xəzər hərdən ləpələrini qayalara çırparaq üsyan qopardar, etiraz dalğasını göylərə qardırar, lakin ona məhəl qoyulmadığını görəndə başını yenə yetim tək aşağı salmaqdan savay əlacı olmazdı.
Xəzərin ürəyi yaman dolmuşdu. Balıqlarını səfərbər edərək, dostlarına xəbər göndərib görüşmək istədiyini bəyan etdi. Könlündən okeanlar keçsə də sözü yerə düşəcəyindən ehtiyatlanıb fikrindən vaz keçdi. Axı, əzəldən okeanlar həmişə özündən kiçiklərə yuxarıdan aşağı baxıb. Bəlkə də əllərində ixtiyarları olsaydı dənizləri çoxdan özlərinə qatardılar. Hər halda Xəzər belə düşünürdü və ona görə də okeanlarla yaxınlıq etmək fikrindən həmişə uzaq olardı.
Xəzər dostlarınının sabit iş qrafikinin olmadığını gözəl bildiyindən görüş vaxtını gecə yarısına təyin etdi. Dostlar dəvəti alan kimi onu məmnuniyyətlə qəbul edib dünyanı yuxuya verəndən sonra Xəzərin hüzuruna yığışmağa başladılar.
Bax, budur! Baltik dənizi «Baltik» pivəsi içə-içə, Aralıqsa Qara dənizlə qol-qola girib gəlir, Qırmızı dəniz ayağını çəkə-çəkə, Aral isə nəfəsi kəsilə-kəsilə Xəzərin yanına təşrif buyurur. Ağ, Şimal dənizləri uzaqdan dostlarını görcək əl edib yüyürməyə başladılar. Xəzər onlara heyrətlə baxıb sevincindən kövrəldi. Ayrılıq nə yamanmış?!
Dostlar aylı gecədə Xəzəri dövrəyə aldılar. Aralınsa yerindən qalxmağa taqəti yox idi. Bunu görən Xəzər Arala təəccüblə:
- Aral, bu sənsən? Nə yaman zəifləmisən? Ayaq üstə qurumusan ki?
Aral ləhləyə-ləhləyə:
- Ay Xəzər, sən Allah suyundan ver içim… Ürəyim yanır… Of!!! Su üzünə həsrətəm…
Aralın bu halına bütün dənizlər kövrəldi. Hərəsi öz suyunu ondan əsirgəmədi. Aral suyu acgözlüklə içir, yazıq doymaq bilmirdi.
Xəzər dostlarının arasında Sarı dənizi görməyəndə təəccüblə soruşdu:
- Bəs, Sarı hanı? Axı, ona da xəbər göndərmişdim.
Elə bu vaxt Ziyad balığı tövşüyə-tövşüyə gəldi:
- Əlahəzrət, bizə indi çatdırdılar ki, Sarı dəniz gələ bilməyəcək. Deyir, yaman azarlamışam.
- Yəqin, sarılığa tutulub?! - Şimal dənizi soyuqqanlıqla dilləndi.
- Nə olar, eybi yox. Gələn dəfə gələr…- Xəzər Şimala tərs-tərs baxıb dilləndi.
- Nə olsun ki, mən də xəstəyəm də,- deyə Qırmızı dəniz özünü ortalığa atdı- Mənim də ayaqlarımı duz bağlayıb. Amma gəldim. Çünki… Xəzər, üzünə demək olmasın, sənə çox böyük hörmətim var… Xətrini yaman istəyirəm.
- Çox sağ ol, ay Qırmızı! Sən məni lap utandırdın. Bir azdan sənin kimi qızarmağa başlayacam- deyə, Xəzər başını aşağı saldı.
Ağ dəniz:
- Xəzər, tərifləmək olmasın, ay işığında yaman gözəl görünürsən. Ağ olsam da əlinə su tökməyə dəymərəm!
- Eh, ay Ağ, qaranlıqda elə görünürəm. Bir gün gəl, gündüz mənə tamaşa elə, ürəyin ağrıyar. Elə çirkinləşmişəm ki… Eh… yaşım artdıqca, dərdim də çoxalır… Siz özünüz necəsiniz? Xəbərlərinizi mənə çatdırırlar. Ancaq dilinizdən eşitmək pis olmazdı.
Qara dəniz:
- Mənəm də… adım Qara, özüm qarabəxt. Elə bil Allah qara taleyimi qabaqcadan bilibmiş ki, adımı da Qara qoyub. Nə olsun ki, təbiət gözəlliyini məndən əsirgəməyib. Amma o dar boğazımki var ha, əsrlər boyu başıma bəla olub. Nə qədər qan tökülərmiş üstümdə. Az qalmışdım qan dənizinə çevriləm. İnan, bu qırğınlardan elə bezmişdim. Allaha gileylənirdim ki, niyə bu boğazı mənə qismət etdin? İndi şükür Allaha, ara sakitləşib. Day müharibə-zad yoxdur. O qədər gəmilər qəbul edib yola salıram ki, fit səsləri qulağımı batırıb. Başımı qaşımağa macal yoxdur…
- Sən necəsən, ay Aralıq? Gözümə yorğun görünürsən?
- Nə başını ağrıdım ay qardaş, mənim də ömrümün yarısı Qara kimi müharibələrdə keçib. Ətrafıma o qədər ölkə cəmlənib ki, qalmışam aralırında. Neçə vaxtdır ki, ürək tərəfim yaman əziyyət verir. Bilmirəm, nə edim ki, oralara əmin- amanlıq gedib çıxsın… Şimal, sən bilən, sülhün yolunu kim kəsir?
Şimal dənizi bu sualdan özünü itirən kimi oldu. Başını göyə qaldırıb diqqəti özündən yayındırmağa başladı.
Aralıq yenə də sözə başladı:
- Bircə, ürək tərəfim sağalsaydı, dərdim olmazdı. Qalan yerlərimdə isə çoxlu kurortlarım var… Bilirsən, o kurort sahiblərinə nə qədər xeyir verirəm…Bəs nə? Amma di gəl, gəmi gəzintilərindən yamanca yoruluram. Ağırlıqları üstümə düşəndə qorxuram ki, müvazinətimi itirəm.
-Sən Allah, ay Aralıq, bir az ayıq ol! Yoxsa camaat qırılar- deyə Xəzər dostunu ehtiyatlı olmağa səslədi.
- Yorğun olsam da, həyatım pis keçmir. Atlantiklə necə deyərlər, can bir qəlbdəyəm. Elə gələndə ona dedim ki, Xəzər qonaq çağırıb yanına gedirəm. Sənə salam göndərdi.
- Sağ olsun! Minnətdaram… Sən də salamımı çatdır!
Xəzər Arala baxıb onun vəziyyətini görəndə öz dərdini bir anlığa unutdu. Aralın danışmağa taqəti yox idi. Sakitcə dayanıb zəif baxışlarla dənizlərə həsrətlə baxırdı. Lakin özünü güclə toplayıb Xəzərə:
- Nə yaxşı elədin… bizi bir yerə yığdın.
- Bilirdim ki, sizlərlə görüşmək çətin məsələdir, amma bu istəyimdən vaz keçə bilmirdim. Sağ olun ki, gəldiniz.
Nərmənazik Qırmızı Baltik dənizinə baxıb heyrətlə:
- Baltik, bu qədər pivə içmək olar? Qorxmursan ki, axırın pis qurtarar?
- Sən mənim dərdimi çəkmə, öz pulumnan almıram ki… Şərəfimə pivə çıxarırlar, mənə də pay göndərirlər. Yaxşısı budur, gəlin, Ağı dinləyək.
Ağ dəniz üzünü Xəzərə tutub:
- Xəzər, sənə təşəkkür edirəm ki, məni də unutmamısan. Bilirsiz, adım Ağdır, amma elə bilməyin ki, elə ağ günə çıxmışam. İçim özümü yandırır, çölüm özgəni.
- Nə qədər olmasa da, başımıza gətirilən faciələrin yarı faizini çəkməmisən, elə deyil, Xəzər?- deyə Qara dəniz sözə qarışdı.
Xəzər dərin ah çəkdi.
- Bilirəm, amma Allah məni yerləşdirəndə gətirib dünyanın başına çıxardıb. Ona görə də ilin yarısını soyuqdan donub buz oluram. İnan ki, o zaman ömrüm, həyatım da üşüyür. Günəş işığına həsrət qalıram… Bu sualtı gəmilər də lap bezdirib məni. Ay balam, adam nə qədər suyun altında qalar? Aylarla narahatçılığıma səbəb olurlar. Balıqlarım da ki, əllərindən lap bezara gəliblər…
- Eh, sən ilin yarısını donursan, ancaq mən ilin on iki ayını istidən boğuluram. Bir tərəfim Ərəbistan, bir tərəfim də Afrika. İndi görün, mən yazıq bu istidən nələr çəkirəm. Pörtüb qızazıram. Üstəlik də andıra qalmış bu duzlar əlimi-ayağımı yığıb. Elə buraya da güclə gəlib çıxmışam.
Baltik dənizi üzünə ciddi görkəm verib sözə başladı:
- Bayaqdan sizləri dinləyirəm, heç eşitmədim deyəsiniz ki, ömrüm boyu rifah içində olmuşam. Hamımızın taleyi bir-birinə oxşayır. Hər kəs öz məqsədi üçün bizi zor gücünə əldə edir, qayğımıza qalmaqlarından da ki, söz açmağa dəyməz. Bizə rahatlıq, dinclik vermirlər. Belədən belə, elədən elə hər cür gəmilər gedir. Düzdür, sərnişin gəmilərini görəndə ürəyim açılır, özümdə bir sakitlik tapıram. Amma elə ki, qara qüvvələrin gəmiləri keçir, onda fırtına qopartmaq istəyirəm… Nə edim, vicdanım qəbul etmir… Bilmirəm, dalğalarımı necə ovsunlayırlarsa, öz işlərini elə rahatca görürlər ki… Şimal, sən yaxşı bilərsən, bu gəmilərin axırı necə olacaq? Hər halda onları sən də görürsən.
Şimal kefini pozmadan, ciddi-ciddi:
- Bunu zaman göstərər!- Ancaq üzünü Xəzərə çevirəndə süni təbəssümlə:
- Bizi yığmısan başına, amma heç özündən danışmırsan?- Şimal heç özündən bəhs etmək istəmirdi.
- Eh.. bu başım yaranan gündən bəlalar içində olub. Elə hər kəsin gözü məndədir. Deyirlər, göl olasan, amma dəniz hünərliyində. Şükür ki, gözə gəlmirəm. Ancaq halımı soruşan yoxdur ki, ay Xəzər, əhvalın necədir? Elə bil dünyayla yerim səhv düşüb: mən onun üstündə olmaqdan, o mənim üstümdədir. Elə hey qanımı çəkirlər. Ən acısı da odur ki, nə mən, nə də balıqlarım bu zənginliyimdən heç xeyir götürməmişik. Mən çirklənirəm, yazıq balıqlarımsa zəhərlənir. Hər dəqiqə mənimlə salamlaşan qağayılar, indi elə bil tanımırlar… Tanımazlar də… Zəhərli balıqlar nəylərinə lazımdır? Hər gün sahilimdə insanlar dolaşır. Onda elə utanıram ki… Heç istəmirəm bu halıma baxsınlar. Daha gözəlliyimə baxıb şənimə mahnılar, şeirlər də qoşmurlar… Qoşsalar da, o da elə-belə, xala-xətrin qalmasın… Əvvəl bir dərdim vardı, indi olub iki. Qanımı çəkməkləri az deyil, hələ üstəlik parçalamaq da istəyirlər.
Qara dənizin gözləri doldu:
- Can qardaş, səni parçalamağa necə əlləri gəlir?
Qırmızı dəniz heyrətlə:
- Yaxşı, səni parçalasalar, bəs onda, balıqlarının halı necə olacaq?
Xəzər dərdli-dərdli:
- Bilirəm, parçalansam, bu yaxşı olmayacaq. Axırda bir gün balıqlarımı da başıma yığıb üsyan qaldıracam… Fırtına qoparacam!
Xəzər elə bunu demişdi ki, gülərüzlü Günəş başını qaldırıb salamlaşdı. Günəşin xoş rəftarı Xəzəri bir anlığa hər şeyi unutdurdu. Xəzər fikrindən ayılanda bir sağına, bir soluna baxdı. Dostları yox idi. Sanki bir göz qırpımında qeyb olmuşdular. Xəzər elə zənn etdi ki, okean onları oğurlayaraq özünə qatıb. Fikirləşdi ki, bəs onu niyə oğurlamayıb? Nədənsə, bu fərziyəsinə inanmadı. Gözlərini yumub var gücüylə qışqırmağa başladı:
- Qaaaraaa, Şiiiimaaaal, Aaaaaaraaalll… haaardaaasıııız?
Xəzər yalnız öz səsinin əks-sədasını eşitdi. Yenə dostlarını haraylamaq istəyirdi ki, birdən kiçik daş parçası ona atıldı. Qəfil səs Xəzəri şirin yuxusundan elədi. O, gözlərini açıb ətrafına baxdı. Buxtanı, uzaqdan isə neft buruqlarını gördü. Xəzər bulvara nəzər yetirəndə bir ananın oğlunu əlindən tutub ona baxdığını gördü. Uşaq bir də Xəzərə daş atanda onu yuxudan kimin oyatdığını anladı.
Yenə də Xəzərin həmişəki səhəri başlandı. Buruqlarda neftçilər ora-bura qaçır, yataqlar öz işini görür, balıqçılarsa torlarını səhmanlayıb balıqların gəlişini gözləyirlər…
11.03.2005.
Rustam Alkhasof,
04-07-2008 13:01
(ссылка)
ВСЕ ХУДАТСКИЕ ОБЪЕДИНЯЙТЕСЬ
salam Xudatlilara!!!
настроение: Боевое
ismail mamedov,
27-06-2008 22:00
(ссылка)
Без заголовка
Дорогие Хачмазцы-моя мечта видеть наш родной Хачмаз(каждый его угол)
без мусора и грязи-это в наших руках.Это нам необходимо

К Гусейнов,
27-06-2008 19:51
(ссылка)
ГЫмЫЛ гЫШлаг форевааа
обожаю хачмаз,ХУДАТ,НАБРАНЬ,С УДОВОЛЬСТВИЕМ ПОЗНАКОМИЛСЯ БЫ С ЛЮДЬМИ ИЗ гымыл гышлага и 2го ОТДЕЛЕНИЯ(2CI SHOBE) В хуДАТЕ.жДУ ВАШИХ КОМЕНТОВ,ХАЧМАЗ ЙЕК,
настроение: Спокойное
хочется: ХУДАТ сити
слушаю: РОК
black skorpio,
24-06-2008 01:56
(ссылка)
Xacmaz TV
16.11.07
Xaçmaz Regional Televiziyasının açılış mərasimi keçirilib Dünən, noyabr ayının 15-də Xaçmaz Regional Televiziyasının (RTV) açılış mərasimi keçirilib. Tədbiri açıq elan edən Xaçmaz RTV-nin prezidenti Rüstəm Əliyev televiziyanın Dağıstana qədər yayımlanacağını bildirib. Onun sözlərinə görə, televiziya ən müasir avadanlıqlarla təchiz edilib: "Yaxın bir ay ərzində bu avadanlıqları türkiyəli mütəxəssislər işlədəcək, həm də ondan istifadə qaydalarını televiziya əməkdaşlarına öyrədəcəklər". Tədbirdə çıxış edən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Xaçmaz RTV-nin Dağıstanda yayımlanmasını yüksək qiymətləndirərək, televiziyanın fəaliyyətində uğurlar arzulayıblar.

black skorpio,
24-06-2008 01:45
(ссылка)
Nabranda Neft var?

Yeni Neft yataqları - NABRANda
[.eXe.] October 25th, 2007 Quşlar
ZORRO qardaşın axırncı verdiyi xəbərə görə, Xaçmaz rayonunu, NABRAN qəsəbəsinin ərazisində tükənməz neft yataqları tapiblar.
Müstəqil ekspertlər tərəfindən yataq yoxlanılmışdır. Və onların rəyinə əsasən Azerbaycanın Neft ehtiyatlarının tükənmə müddəti 2300
ilə qədər uzandı. Yataqlardan Neftin çixarlmasi ilə NABRAN OİL neft şirkəti məşğuldur.
black skorpio,
24-06-2008 01:15
(ссылка)
Elillere menzil
Xaçmazda Qarabağ əlilləri və şəhid ailələri üçün 24 mənzilli ev tikilib
Yeni mənzillərə köçən imtiyazlı şəxslərə order və televizor hədiyyə edilib
Xaçmaz şəhərində Qarabağ əlilləri və şəhid ailələri üçün 24 mənzilli yaşayış evinin açılış mərasimi olub. Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, icra hakimiyyəti rəhbərliyi iştirak ediblər. Xaçmazın icra hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev yeni mənzillərə köçən imtiyazlı şəxslərə order və televizor bağışlayıb.
Respublika Qarabağ Əlilləri və Şəhid Ailələri Cəmiyyətinin sədri Mehdi Mehdiyev ölkədə bu qəbilli tədbirlərin davam etdiriləcəyini söyləyib. Onun sözlərinə görə, paytaxt Bakıda imtiyazlı ailələr üçün mənzil problemini həll etmək barədə hökümətin xüsusi planı var. Belə ki, gələn il Bakıda 81 mənzilli 9 mərtəbəli yaşayış evi tikiləcək. Aşağı mərtəbədə əlillər, yuxarı mərtəbələrdə isə şəhid ailələri yerləşdiriləcək.
Qeyd edək ki, Xaçmazda 224 şəhid, 183 Qarabağ əlili ailəsi var. Onların mənzil şəraitinin yaxşılaşdırılması üçün yaxın illərdə 24 mənzilli daha bir yaşayış binası tikiləcək. /ANS TV/
© 2008 Все права защищены. При использовании материалов веб-сайта ссылка на ANS-PRESS обязательна.

24-06-2008 01:09
(ссылка)
20 Yanvar sehidlerine
"20 YANVAR" UNUDULMAYACAQ 20 yanvar 2007 | Çap üçün versiya | Dosta yolla
"Qanlı Yanvar" Respublikamızın hər bölgəsində hüznlə yad edilməkdədir. Xaçmaz rayon şəhidlər xiyabani bu gün minlerle xacmazlının ziyarətgahina cevrildi. Azadliq yolunda canından kecen "20 Yanvar" şəhidlərimiz arasinda da, Xacmaz rayon sakini Adbullayev Zahid Abdulla oğludur. Kecən il şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün tikilen şəhidlər xiyabanında 204 şəhidin büstü qoyulmusdur. onlarin arasinda bir Milli Qəhreman və bir "20 Yanvar" şəhidinin büstü de vardır. Rayon icra hakimiyyeti başçısı Şəmsəddin Xanbabayev cənabları AZERFOTOYA verdiyi melumata göre Xaçmaz rayonu ümumilikdə 234 şəhid vermiş, onlardan biri "20 Yanvar" şəhidi, 218 Qarabag muharibəsi şəhidi və 1988 ci il Ermənistan SSRI-de bas verən zəlzələni aradan qaldırmaq üçün koməyə gedən vertalyonun ermənilər tərəfindən vurulması nəticəsində 15 Xaçmazli səhid olmusdur. Bu gün də rayon rəhbərliyi tərəfindən 100 AZN məbləgində 20 Yanvar şəhid ailəsinə yardim göstərilmishdir. Umumilikdə şəhid ailəleri rayon rəhberliyinin diqqətindədir. Onlar bizim bu günümüz üçün, azad, müstəqil yaşamağımız üçün şirin canlarından keçiblər. Onların ailələrinə xüsusi qayğı göstərmək hər birimizin borcudur.

AZƏRFOTO-Xaçmaz
black skorpio,
26-05-2008 20:44
(ссылка)
840 yerlik yeni məktəb binası
Xaçmazda 840 yerlik yeni məktəb binası istifadəyə verilib
Qarşıdakı 5 ildə rayon ərazisində 22 yeni məktəb binasının tikilib istifadəyə veriləcəyi planlaşdırılıb
Xaçmaz şəhərində dövlət vəsaiti hesabına 840 yerlik yeni məktəb binası istifadəyə verilib. Rayon təhsil şöbəsindən verilən məlumata görə, dərs ilinin yarısı olduğundan, 45 otaqdan ibarət 3 mərtəbəli yeni məktəb binasında hələlik 300 şagird təhsil alacaq.
Bununla Xaçmaz rayonunda məktəblərin ümumi sayı 122-yə çatıb. Yeni tədris ocağının açılış mərasimində qırmızı lent kəsildikdən sonra qonaqlar məktəbin şəraiti, sinif otaqları ilə tanış olublar. Xaçmaz təhsil şöbəsinin məlumatında bildirilir ki, qarşıdakı 5 il ərzində rayon ərazisində 22 yeni məktəb binasının tikilib istifadəyə veriləcəyi planlaşdırılıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Xaçmaz şəhərində dövlət vəsaiti hesabına 840 yerlik yeni məktəb binası istifadəyə verilib. Rayon təhsil şöbəsindən verilən məlumata görə, dərs ilinin yarısı olduğundan, 45 otaqdan ibarət 3 mərtəbəli yeni məktəb binasında hələlik 300 şagird təhsil alacaq.
Bununla Xaçmaz rayonunda məktəblərin ümumi sayı 122-yə çatıb. Yeni tədris ocağının açılış mərasimində qırmızı lent kəsildikdən sonra qonaqlar məktəbin şəraiti, sinif otaqları ilə tanış olublar. Xaçmaz təhsil şöbəsinin məlumatında bildirilir ki, qarşıdakı 5 il ərzində rayon ərazisində 22 yeni məktəb binasının tikilib istifadəyə veriləcəyi planlaşdırılıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
black skorpio,
26-05-2008 20:36
(ссылка)
Yergüc kəndinə qaz verilib
14 illik fasilədən sonra Xaçmazın Yergüc kəndinə qaz verilişi bərpa edilib
Kəndin 210 abonentinin bu gün qaz təchizatı bərpa edilib, sayğaclar qoşulub
Bu gün 14 illik fasilədən sonra Xaçmaz rayonunun Yergüc kəndinə qaz verilişi bərpa edilib. Bu barədə ANS PRESS-in bölgə müxbiri xəbər verib. Xaşmaz rayon qaz istismar idarəsinin rəisi Böyükağa Qurbanovun verdiyi məlumata görə, kəndin 210 abonentinin bu gün qaz təchizatı bərpa edilib, sayğaclar qoşulub. 60 ədəd sayğac "Azəriqaz" SC-dan verilsə də qalan sayğaclar rayonun daxili imkanları hesabına alınıb.
Açılış mərasimində iştirak edən Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, 93-cü ildən bəri rayonun bir sıra kəndlərinin qazla təminatı dayandırılsa da, artıq 6 kəndə ötən ildən başlayaraq qaz verilişi bərpa edilib. Bundan başqa daha beş kəndin qazla təchizatı bərpa ediləcək.
Yerli qaz istismar idarəsindən verilən məlumata görə isə Yergüc kəndində ümumilikdə 370 abonent var. Qaz verilişi bərpa edilən 210 abonent isə hələ 93-cü ilə qədər qazla təmin olunmuş ailələrdir. Digər abonentlərə isə hələ ki, qaz çəkilməyib. "Azəriqaz" SC bildirib ki, əgər yerli bələdiyyə digər abonentlərə də qaz kəmərləri çəksə, "Azəriqaz" SC həmin abonentlərə də qaz verməyə hazırdır. /ANS PRESS/

26-05-2008 20:29
(ссылка)
üç kənd qazla təmin edilib
15 illik fasilədən sonra Xaçmazın üç kəndi qazla təmin edilib
Rayonda ümumilikdə 490 abonent qazla təmin ediləcək
15 illik fasilədən sonra Xaçmazın üç kəndinə qaz verilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bunlar rayonun Müzəffəroba, Qoçaqlı, Hacıməmmədoba kəndləridir. Kəndlərə qazın verilməsi ilə bağlı keçirilən tədbirlə rayon icra hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti və sairə şəxslər iştirak edib. Rayon qaz idarəsindən bildirilib ki, rayonda ümumilikdə 490 abonent qazla təmin ediləcək. Kəndlərdəki evlər əhalinin öz hesabına sayğaçlaşdırılıb.
Qeyd edək ki, rayonda 150 kənd var. Bununla da Xaçmazda qazlaşdırılan kəndlərin sayı 20-yə çatıb./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

15 illik fasilədən sonra Xaçmazın üç kəndinə qaz verilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bunlar rayonun Müzəffəroba, Qoçaqlı, Hacıməmmədoba kəndləridir. Kəndlərə qazın verilməsi ilə bağlı keçirilən tədbirlə rayon icra hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti və sairə şəxslər iştirak edib. Rayon qaz idarəsindən bildirilib ki, rayonda ümumilikdə 490 abonent qazla təmin ediləcək. Kəndlərdəki evlər əhalinin öz hesabına sayğaçlaşdırılıb.
Qeyd edək ki, rayonda 150 kənd var. Bununla da Xaçmazda qazlaşdırılan kəndlərin sayı 20-yə çatıb./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
black skorpio,
26-05-2008 20:23
(ссылка)
Dərbənd görüşünün işt
Ənənəvi Dərbənd görüşünün iştirakçıları Xaçmaz rayonuna səfər ediblər
Qonaqlar Heydər Əliyev bağının, muzeyinin və büstünün açılış mərasimində iştirak ediblər
Heydər Əliyevin anadan olmasının 85 ildönümündə ənənəvi Dərbənd görüşünün iştirakçıları Xaçmaz rayonuna səfər ediblər. Dağıstan nümayəndə heyətinə parlamentin 1-ci müavini Nikolay Arçıyev, Azərbaycan tərəfinə isə vitse-spiker Ziyafət Əsgərov başçılıq edirdi. Qonaqlar Xudat şəhərində Heydər Əliyevin büstünü ziyarət edəndən sonra Xaçmazın Rusiya-Azərbaycan sərhədində yerləşən Yalama kəndində H.Əliyev bağının, muzeyinin və büstünün açılış mərasimində iştirak ediblər./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Heydər Əliyevin anadan olmasının 85 ildönümündə ənənəvi Dərbənd görüşünün iştirakçıları Xaçmaz rayonuna səfər ediblər. Dağıstan nümayəndə heyətinə parlamentin 1-ci müavini Nikolay Arçıyev, Azərbaycan tərəfinə isə vitse-spiker Ziyafət Əsgərov başçılıq edirdi. Qonaqlar Xudat şəhərində Heydər Əliyevin büstünü ziyarət edəndən sonra Xaçmazın Rusiya-Azərbaycan sərhədində yerləşən Yalama kəndində H.Əliyev bağının, muzeyinin və büstünün açılış mərasimində iştirak ediblər./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
black skorpio,
26-05-2008 20:19
(ссылка)
Sülh Korpusunun nümayəndəsi Xaçmazda
Amerika Sülh Korpusunun Azərbaycan üzrə nümayəndəsi Xaçmazda olub
Zoltan Szigeti rayonunun icra hakimyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüb
Bu gün Amerika Sülh Korpusunun Azərbaycan üzrə nümayəndəsi Zoltan Szigeti Xaçmaz rayonunda olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, o rayonun icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüb. Görüş tanışlıq xarakteri daşıyıb. İcra başçısının təhsil və səhiyyə məsələləri üzrə müavini Yetkin Mehmanovun ANS PRESS-ə verdiyi məlumata görə, görüşdə Sülh Korpusunun üzvləri üçün rayonda yaradılmış şəraitdən danışıb.
İcra başçısı ilə görüşdən sonra Zoltan Szigeti Xaçmazda uşaqlara ingilis dili öyrədən korpusun 4 əməkdaşı ilə görüşüb. Bundan sonra o rayonu tərk edib./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bu gün Amerika Sülh Korpusunun Azərbaycan üzrə nümayəndəsi Zoltan Szigeti Xaçmaz rayonunda olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, o rayonun icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüb. Görüş tanışlıq xarakteri daşıyıb. İcra başçısının təhsil və səhiyyə məsələləri üzrə müavini Yetkin Mehmanovun ANS PRESS-ə verdiyi məlumata görə, görüşdə Sülh Korpusunun üzvləri üçün rayonda yaradılmış şəraitdən danışıb.
İcra başçısı ilə görüşdən sonra Zoltan Szigeti Xaçmazda uşaqlara ingilis dili öyrədən korpusun 4 əməkdaşı ilə görüşüb. Bundan sonra o rayonu tərk edib./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу