Unsubscribe from irrelevant news
To unsubscribe from another user's news, click the settings icon in this post and select the necessary option.
Все
Guestbook
More
Elsever Ehliqurbet
added a photo
photo-add-collage.html
Ey könül, sevmәyi öyrәn, düşәrik hörmәtdәn
Nә çıxar, yoxsa vәfasızlar edәn minnәtdәn?
Leylinin eşqinә sәhradә gәda oldu Qeyss
Şeyx-Sә'nanı isә saldı Xumar rәğbәtdәn.
Neçә mәrd oğlanı diz üstә qoyan sevdadır
Neçә aşiqlәri mәhz öldürüb ol hәsrәtdәn.
Qәlbә әlbәttә, vәfasız demәk olmaz, ey dil
Çün vәfa әhlidir ibrәt götürәn dәhşәtdәn
Sevgisiz dözmәyirik cünki, cahan zülmәtdi
Yenә sevda bizә rövşәn görünür zülmәtdәn
Gәl, könül, eşqә müqәddәs de, gözәl mәbәdi
Bizlәrә bәxş olunub çünki uca Qüdrәtdәn.
Elsevәr, sev yenә, Rәbbin sevәni tәrk etmә,
Tutma dost İblisi, Adәm tәk edәr cәnnәtdәn

Şair, sәn atan düz sözәdә daşdı deyirlәr
Çün yoxsula qul, varlıya tikbaşdı deyirlәr
Adәt belәdir, susma, niyabәt qalar ismin
Gәl xoş sifәt olsan yenә әyyaşdı deyirlәr
Dövlәtliyә pul mandat olur, sәhvidә düzdü
Yoxsul bir adam sәhv elәsә çaşdı deyirlәr
Dövlәtli içәr gündә, demәk keyf elәyәndi
Bir damla içәn yoxsula alkaşdı deyirlәr
İblisdә nә tәqsir, hәlә insan özü divdir
İblis özü bu işlәrә çaşbaşdı deyirlәr.
Sәhv işlәri sәn söylәmә aşgarә, döyәrlәr.
Kim sәhvә yumur göz ona sirdaşdı deyirlәr
Ey Elsevәr, ibrәt elә, dünyadә kimin var?
Sәn çöldә ikәn çoxları qardaşdı deyirlәr

Hardasan söylə mənə yar, sənə çox ehtiyacım var!
Məni öldürdü bu zinhar, sənə çox ehtiyacım var.
Babi-məsdudə düşüb can yoluvu gözləyir hər an,
Gəl yetiş sevgili-canan; sənə çox ehtiyacım var
Ürəyim sevgi məzarı, daha görməz bu baharı
Gəl yetiş yad elə barı, sənə çox ehtiyacım var
Eşqi-naməmdə olan dən, tökülən yaşdı gözümdən
Nə gəlir özgə əlimdən?,-sənə çox ehtiyacım var
Gəldə gör halimi ceyran, qoyma eşq mülkünü viran
Etmə nolar məni peşman sənə çox ehtiyacım var
Daha əldən gedirəm gəl, sənə israr edirəm, gəl
Allaha and verirəm gəl, sənə çox ehtiyacım var!...

subscribed to the group
2 January 2015 at 15:13
community-join.html
Elsever Ehliqurbet
added a photo
photo-add-collage.html
Məf’Ulü məfA’İlün məf’Ulü məfA’İlün
Dah-dahda dadah-dahdah dah-dahda dadah-dahdah
Min şam ilə ram olmaz pərvanələrim çoxbur
Yazsam bir ömür bitməz əfsanələrim çoxdur
Ömrüm, mənə möhlət ver bir çarə yazım eşqə
Çox qəlbə yatan təcnis meyxanələrim çoxdur
Meyxoş eləyən sözlər min badəyə sığmazsa
Mən xəlq eləyim icsin peymanələrim çoxdur
Ağzında gözəl dişlər dürdanə olan dilbər,
Gülməz nə də fəxr etməz dürdanələrim çoxdur
Getdin gözəlim neynim ürfanə deyil səbrin
Mən təşnə olan deyləm ürfanələrim çoxdur
Sən Elsevərin dərdin mərdanə çəkən olsan,
Görməzdi gözüm nöqsan mərdanələrim çoxdur

added a post
user-post.html
Elsever Ehliqurbet
Gözümün nuri sanırdım səni, nur keçdi daha
Yıxdırıbdır məni rüzgar, demə dur, keçdi daha
Bir nəfəsdən yıxılan kart evidir, boşdu xəyal
İri daşdan təməlin qoy, yenə qur, keçdi daha
Heç nə olmazdı bu dünyadə, nə var biz elədik
Demə bir işdi, bu dünyadə olur, keçdi daha
Bülbülün naləsi bir güldü, bunu hami bilir
Gəl ki sən söyləmə hər ildə solur, keçdi daha
Fəsli bir gül kimi canan mənə rəhm eyləmədi
Nə edim?-indi baxıb çeşmi dolur, keçdi daha..
Hər yolun, bir sonu var, hardə desən əvvəlidi
Yenidən başla, keçən bir yuxudur, keçdi daha...

Uploading
Error loading page. Retry in 15 seconds.
Error loading page. Retry in 5 seconds.
Error loading page. Retry in 5 seconds.
Other people named Elsever Ehliqurbet in My World