Yaver Hasan
was last seen 17 December at 23:43
Москва, Россия
*** Sinəmdə könül qan olur, ey şux, Sənsiz, Dünya mənə zindan olur, ey şux, Sənsiz.
Unsubscribe from irrelevant news
To unsubscribe from another user's news, click the settings icon in this post and select the necessary option.
Все
Guestbook
More
Yaver Hasan
wrote
yesterday at 23:12
с телефона
status.html
***
yıxıldım
gəl üstümdən keç
qoy mən sənə körpü olum
gələcək üçün
yıxıldım
gəl üstümdən keç
qoy mən sənə körpü olum
gələcək üçün
Yaver Hasan
added a post
user-post.html
***
Qar yağır gecənin qaranlığına,
dənəcik-dənəcik ağarır gecə.
Titrəyir tavansız mənzil içində,
özünə bir həmdəm çağırır gecə.
Nə ulduzlar dinir, nə Ay dillənir,
qapanıb özünə gecə hıçqırır.
Yerdə mən bilirəm, Göydə Bir Allah, –
bu gecə bu gecə necə hıçqırır.
Sözüm güzgülərdə rəsm ola bilsə,
Sözümü verərdim mən by gecəyə.
Özümü yandırıb sağ qala bilsəm,
közümü verərdim mən bu gecəyə.
Gecə gözlərimə baxır, özümdən
həmını, hər şeyi uzaqlayıram.
Açıb qollarımı əzizim kimi
gecənin boynunu qucaqlayıram.
Qar yağır gecənin qaranlığına,
dənəcik-dənəcik ağarır gecə.
Titrəyir tavansız mənzil içində,
özünə bir həmdəm çağırır gecə.
Nə ulduzlar dinir, nə Ay dillənir,
qapanıb özünə gecə hıçqırır.
Yerdə mən bilirəm, Göydə Bir Allah, –
bu gecə bu gecə necə hıçqırır.
Sözüm güzgülərdə rəsm ola bilsə,
Sözümü verərdim mən by gecəyə.
Özümü yandırıb sağ qala bilsəm,
közümü verərdim mən bu gecəyə.
Gecə gözlərimə baxır, özümdən
həmını, hər şeyi uzaqlayıram.
Açıb qollarımı əzizim kimi
gecənin boynunu qucaqlayıram.
Yaver Hasan
wrote
Tuesday at 23:50
с телефона
status.html
***
havada qanad izləri var
uçub gedib bu dünyadan
xoşbəxtlik quşu
havada qanad izləri var
uçub gedib bu dünyadan
xoşbəxtlik quşu
Yaver Hasan
added a post
user-post.html
***
Deyəsən, Söz ilən aram soyuyur,
zəmanə qoynuna çəkir məni də;
Qoşub qəm kotanı dərd öküzünə
içimdən şumlayır, əkir məni də.
Mən dedim ayrılıq yəqin ləngiyər,
tez gəldi, qoymadı ağrım səngiyə.
Günümü bükdüyü o göy əsgiyə
həyat indi durub bükür məni də.
Ürəyim bir odda yüz dəfə yanıb,
başım bir ömürdə çox şeylər qanıb.
Yerində olmayan bir heykəl sanıb
bu dünya meydandan sökür məni də.
Xoş günü itirib ömrün payızı,
ayrılıq bitirib ömrün payızı.
Qara yel gətirib ömrün payızı,
budur, yarpaq-yarpaq tökür məni də.
Deyəsən, Söz ilən aram soyuyur,
zəmanə qoynuna çəkir məni də;
Qoşub qəm kotanı dərd öküzünə
içimdən şumlayır, əkir məni də.
Mən dedim ayrılıq yəqin ləngiyər,
tez gəldi, qoymadı ağrım səngiyə.
Günümü bükdüyü o göy əsgiyə
həyat indi durub bükür məni də.
Ürəyim bir odda yüz dəfə yanıb,
başım bir ömürdə çox şeylər qanıb.
Yerində olmayan bir heykəl sanıb
bu dünya meydandan sökür məni də.
Xoş günü itirib ömrün payızı,
ayrılıq bitirib ömrün payızı.
Qara yel gətirib ömrün payızı,
budur, yarpaq-yarpaq tökür məni də.
Yaver Hasan
wrote
Monday at 23:57
с телефона
status.html
***
Nə mən sənə dənizəm,
nə sən mənə gəmisən,
üzün məndən dönməzdi,
yazılsaydın Baxtıma.
Sən mənim itirdiyim
qara qəpik kimisən,
durum səni axtarım?..
Heyfim gəlir vaxtıma...
Nə mən sənə dənizəm,
nə sən mənə gəmisən,
üzün məndən dönməzdi,
yazılsaydın Baxtıma.
Sən mənim itirdiyim
qara qəpik kimisən,
durum səni axtarım?..
Heyfim gəlir vaxtıma...
Yaver Hasan
wrote
Monday at 23:44
с телефона
status.html
***
yata bilsəydim
bəlkə də yuxu görərdim
yuxu görsəydim
yəqin ki yozardım gördüyüm yuxunu
darıxmazdım
hə
hər şey
mən istədiyim kimi olsaydı
bu misraları yazmazdım
şeir ən çox
həsrət meyvəsidi
ayrılıq barıdı
tək-tək hallarda
ruh sevincidi
əksər hallarda
ürək ağrılarıdı
yata bilsəydim
bəlkə də yuxu görərdim
yuxu görsəydim
yəqin ki yozardım gördüyüm yuxunu
darıxmazdım
hə
hər şey
mən istədiyim kimi olsaydı
bu misraları yazmazdım
şeir ən çox
həsrət meyvəsidi
ayrılıq barıdı
tək-tək hallarda
ruh sevincidi
əksər hallarda
ürək ağrılarıdı
Yaver Hasan
wrote
Monday at 0:20
с телефона
status.html
***
Mən mürəkkəb sadəyəm,
anlaşılan deyiləm,
ürək deyil,
sinəmdə
məhəbbətdi döyünən.
Atdığım hər addımı
ölçüb-biçib atmıram,
həyatımı yatıram,
ölümümü yatmıram.
Mən mürəkkəb sadəyəm,
anlaşılan deyiləm,
ürək deyil,
sinəmdə
məhəbbətdi döyünən.
Atdığım hər addımı
ölçüb-biçib atmıram,
həyatımı yatıram,
ölümümü yatmıram.
Yaver Hasan
wrote
Sunday at 23:29
с телефона
status.html
FA’ilAtün fə’ilAtün fə’ilAtün fə’lün
(Rəməl)
***
Saqi, dur doldur o qan olmuşu, bağrım yandı,
Uçdu Yar kuyinə könlüm quşu, bağrım yandı.
Yaz gedib, yay sovuşub, ömrü sönübdür payızın,
Qapı ağzındadır ömrün qışı, bağrım yandı.
Alqışım var hamıya, qoy hamı xoşbəxt olsun,
Məni süst etdi kimin qarğışı? – bağrım yandı.
Ömrümün getmişi getdikdə mənə dağ çəkdi,
Qılmadı çarə mənə qalmışı, bağrım yandı.
Dinlə Yavər Həsəni, badəni tez ver, saqi,
Şumladı bağrımı dərdin xışı, bağrım yandı.
(Rəməl)
***
Saqi, dur doldur o qan olmuşu, bağrım yandı,
Uçdu Yar kuyinə könlüm quşu, bağrım yandı.
Yaz gedib, yay sovuşub, ömrü sönübdür payızın,
Qapı ağzındadır ömrün qışı, bağrım yandı.
Alqışım var hamıya, qoy hamı xoşbəxt olsun,
Məni süst etdi kimin qarğışı? – bağrım yandı.
Ömrümün getmişi getdikdə mənə dağ çəkdi,
Qılmadı çarə mənə qalmışı, bağrım yandı.
Dinlə Yavər Həsəni, badəni tez ver, saqi,
Şumladı bağrımı dərdin xışı, bağrım yandı.
Yaver Hasan
wrote
Sunday at 21:04
с телефона
status.html
***
Qar kəsib, indi yağış
dekabrı yuyub sərir,
qəriblik şahə qalxıb
üstümə qanad gərir.
Həyətdə yağış döyür
gecənin kürəyinə,
otaqda kədər seli
güc gəlir ürəyimə.
Qar kəsib, indi yağış
dekabrı yuyub sərir,
qəriblik şahə qalxıb
üstümə qanad gərir.
Həyətdə yağış döyür
gecənin kürəyinə,
otaqda kədər seli
güc gəlir ürəyimə.
Yaver Hasan
wrote
Sunday at 21:02
с телефона
status.html
***
Bu dünyanın o dünyadan
fərqi nədir? – bilən varmı?
Bu dünyada ölən çoxdu,
o dünyada ölən varmı?
Gedirik, köçüb gedirik,
qəm gülü açıb gedirik.
Yalandan qaçıb gedirik,
həqiqətdən gələn varmı?
Qürub vaxtı, dan vaxtı var,
hər kəsin bir xan vaxtı var.
Hər qəlbin bir şan vaxtı var,
axıracan gülən varmı?
Mən Məndə bir xalqın cəmi,
buludlar gözümün nəmi.
Ürəyini mənim kimi
Araz çayı bölən varmı?
Bu dünyanın o dünyadan
fərqi nədir? – bilən varmı?
Bu dünyada ölən çoxdu,
o dünyada ölən varmı?
Gedirik, köçüb gedirik,
qəm gülü açıb gedirik.
Yalandan qaçıb gedirik,
həqiqətdən gələn varmı?
Qürub vaxtı, dan vaxtı var,
hər kəsin bir xan vaxtı var.
Hər qəlbin bir şan vaxtı var,
axıracan gülən varmı?
Mən Məndə bir xalqın cəmi,
buludlar gözümün nəmi.
Ürəyini mənim kimi
Araz çayı bölən varmı?
Yaver Hasan
added a photo
photo-add-collage.html
***
Başım qarışıqdı, Dost,
dekabr yağır üstümə
yağış-yağış, qar-qar.
Külək-külək
tökür yarpaqlarımı dekabr.
Xəzəllərimi yandırıb
otururam qırağında.
Ayaz gecələrdə
Ruhundan bir xəbər
bilim deyə,
baxa bilmirəm Göyə,
ulduzlar duz dənələri kimi
səpilir yarama.
Hər dərdə bir dəva var,
ayrılıq dərdinə
dəva yox amma.
Səndən sonra bu dünya
insan bədənləriylə dolu
bir boşluqdu mənimçün,
ürək açmağa bir kəs,
işığında yeriməyə
bir Səs yox.
Ürəyimə yeddi yerdən
qıfıl vurmuşam,
bu şəhər meşəsində
sakini hörümçək olan
bir tənha
koma kimi durmuşam.
Başım qarışıqdı, Dost,
özümü yandırmışam, more…
Başım qarışıqdı, Dost,
dekabr yağır üstümə
yağış-yağış, qar-qar.
Külək-külək
tökür yarpaqlarımı dekabr.
Xəzəllərimi yandırıb
otururam qırağında.
Ayaz gecələrdə
Ruhundan bir xəbər
bilim deyə,
baxa bilmirəm Göyə,
ulduzlar duz dənələri kimi
səpilir yarama.
Hər dərdə bir dəva var,
ayrılıq dərdinə
dəva yox amma.
Səndən sonra bu dünya
insan bədənləriylə dolu
bir boşluqdu mənimçün,
ürək açmağa bir kəs,
işığında yeriməyə
bir Səs yox.
Ürəyimə yeddi yerdən
qıfıl vurmuşam,
bu şəhər meşəsində
sakini hörümçək olan
bir tənha
koma kimi durmuşam.
Başım qarışıqdı, Dost,
özümü yandırmışam, more…
Yaver Hasan
wrote
12 December at 23:53
с телефона
status.html
***
Gözlərimi qırpıram,
baxıram ki, gün keçib,
bu gün dünəndən mənə
baxır, ay Adəm oğlu.
Vaxtı tutub saxlaya
bilmirəm,
balıq kimi
Vaxt əlimdən sürüşüb
çıxır, ay Adəm oğlu.
Gözlərimi qırpıram,
baxıram ki, gün keçib,
bu gün dünəndən mənə
baxır, ay Adəm oğlu.
Vaxtı tutub saxlaya
bilmirəm,
balıq kimi
Vaxt əlimdən sürüşüb
çıxır, ay Adəm oğlu.
Yaver Hasan
wrote
12 December at 23:27
с телефона
status.html
***
Adını ürəyimə
Eşq ilə həkk etmişəm,
surətini çəkmişəm
aynasına gözümün.
Gözlərin aydın olsun,
Sən məni fəth eylədin,
min il də ömür sürəm,
ola bilməm özümün.
Adını ürəyimə
Eşq ilə həkk etmişəm,
surətini çəkmişəm
aynasına gözümün.
Gözlərin aydın olsun,
Sən məni fəth eylədin,
min il də ömür sürəm,
ola bilməm özümün.
Yaver Hasan
wrote
11 December at 23:29
с телефона
status.html
***
Səni düşünürəm,
dərdim dağ olur,
dərdimə nə dərman,
nə dəva gəlir.
Qapı da bağlıdı,
pəncərələr də,
bəs hardan
başıma bu hava gəlir?
Səni düşünürəm,
dərdim dağ olur,
dərdimə nə dərman,
nə dəva gəlir.
Qapı da bağlıdı,
pəncərələr də,
bəs hardan
başıma bu hava gəlir?
Yaver Hasan
wrote
10 December at 23:58
с телефона
status.html
***
Neyləsən də,
xəyalım,
fikrim gözlərindəki
o ulduzlu səmada,
o mavi dənizdədi.
Mən binəva neyləyim?..
Özümü aparıram,
azdırıram uzaqda,
qayıdıb görürəm ki,
Sizin məhlənizdədi.
Neyləsən də,
xəyalım,
fikrim gözlərindəki
o ulduzlu səmada,
o mavi dənizdədi.
Mən binəva neyləyim?..
Özümü aparıram,
azdırıram uzaqda,
qayıdıb görürəm ki,
Sizin məhlənizdədi.
Yaver Hasan
wrote
10 December at 23:36
с телефона
status.html
***
Sinəm şan-şan olub
hicr oxlarından,
nalə-nalə
qalxıb neyə gedirən.
Yaşadım,
qədrimin bilmədin, zalım,
salamat qal,
mən ölməyə gedirəm.
Sinəm şan-şan olub
hicr oxlarından,
nalə-nalə
qalxıb neyə gedirən.
Yaşadım,
qədrimin bilmədin, zalım,
salamat qal,
mən ölməyə gedirəm.
Yaver Hasan
wrote
10 December at 22:00
с телефона
status.html
***
Kimlər şeytan nökəridi
qupquru,
təkəbbürdən
mənə yaxın
gəlməzlər.
Mən alovdan
su çəkərəm dupduru,
mən sudan od çıxardaram,
bilməzlər.
Kimlər şeytan nökəridi
qupquru,
təkəbbürdən
mənə yaxın
gəlməzlər.
Mən alovdan
su çəkərəm dupduru,
mən sudan od çıxardaram,
bilməzlər.
Yaver Hasan
wrote
9 December at 22:28
с телефона
status.html
FA’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün
(Rəməl)
***
Mən bu əhvalımı köksüz simə bənzətməliyəm,
Vəsli yox sevgimizi tilsimə bənzətməliyəm.
Bənzərin yoxsa bu aləmlər arasında Sənin,
Səni mən, sevgili canan, kimə bənzətməliyəm?
Bir məhəbbətdə sədaqət və səadət yox isə,
Onu bir qəsri yıxan boş himə bənzətməliyəm.
Surəti-Yarımı qan ağlayaraq rəsm eləyir,
Hansı bir güzgünü mən çeşmimə bənzətməliyəm?
Eşqim, ey Yavər Həsən, dupdurudur, bənzətsəm,
Bülbülün göz yaşını Eşqimə bənzətməliyəm.
(Rəməl)
***
Mən bu əhvalımı köksüz simə bənzətməliyəm,
Vəsli yox sevgimizi tilsimə bənzətməliyəm.
Bənzərin yoxsa bu aləmlər arasında Sənin,
Səni mən, sevgili canan, kimə bənzətməliyəm?
Bir məhəbbətdə sədaqət və səadət yox isə,
Onu bir qəsri yıxan boş himə bənzətməliyəm.
Surəti-Yarımı qan ağlayaraq rəsm eləyir,
Hansı bir güzgünü mən çeşmimə bənzətməliyəm?
Eşqim, ey Yavər Həsən, dupdurudur, bənzətsəm,
Bülbülün göz yaşını Eşqimə bənzətməliyəm.
Yaver Hasan
added a post
user-post.html
***
Nəyi nəyə vurdum, sıfıra çıxdı,
sıfırdan başlayam gərək hər şeyi.
İlahi, Sən Özün mənə qüvvə ver,
necə başlayıram görək hər şeyi.
Sinəm şan-şan olub dönübdür neyə,
ahım burum-burum yüksəlir Göyə.
Baş üstdən aşağı baxır hər şeyə,
özünə dərd edir ürək hər şeyi.
Gözütox, könlütox oldum binadan,
bir nəzər istədim bir şux sonadan.
Çox şey istəmədim mən bu fənadan,
tutmadım könlümə dilək hər şeyi.
Cütlərin cütüyəm, təklərin təki,
Sənə məhəbbətdir ürəyimdəki,
İlahi, qoy doğru yazsın bu iki
çiynimdəki bir cüt mələk hər şeyi.
Nəyi nəyə vurdum, sıfıra çıxdı,
sıfırdan başlayam gərək hər şeyi.
İlahi, Sən Özün mənə qüvvə ver,
necə başlayıram görək hər şeyi.
Sinəm şan-şan olub dönübdür neyə,
ahım burum-burum yüksəlir Göyə.
Baş üstdən aşağı baxır hər şeyə,
özünə dərd edir ürək hər şeyi.
Gözütox, könlütox oldum binadan,
bir nəzər istədim bir şux sonadan.
Çox şey istəmədim mən bu fənadan,
tutmadım könlümə dilək hər şeyi.
Cütlərin cütüyəm, təklərin təki,
Sənə məhəbbətdir ürəyimdəki,
İlahi, qoy doğru yazsın bu iki
çiynimdəki bir cüt mələk hər şeyi.
Yaver Hasan
added a post
user-post.html
***
Yazın əvvəlinə bənzəyir bir az
dekabr ayının bu ilıq günü.
Qoymur payızımı bahar yaşayım
bu qara sevdanın ayrılıq günü.
Könlümün gülünə xal salır kədər,
gözümə rəng olur bağrımın qanı.
Mənə Ay gətirmir günün qürubu,
mənə Günəş vermir səhərin danı.
Ömrün o tayında qalan məhəbbət
ömrün bu tayına qəhər göndərir;
İlan zəhərindən bal çəkir mənə,
zəqqum ağacından bəhər göndərir.
Bilmirəm bu ömrün bu qərib yolu
aparıb hayanda itirər məni.
Bilirəm, torpaqda qoymaz çürüyəm,
Rəbbim Göy üzünə götürər məni.
Yazın əvvəlinə bənzəyir bir az
dekabr ayının bu ilıq günü.
Qoymur payızımı bahar yaşayım
bu qara sevdanın ayrılıq günü.
Könlümün gülünə xal salır kədər,
gözümə rəng olur bağrımın qanı.
Mənə Ay gətirmir günün qürubu,
mənə Günəş vermir səhərin danı.
Ömrün o tayında qalan məhəbbət
ömrün bu tayına qəhər göndərir;
İlan zəhərindən bal çəkir mənə,
zəqqum ağacından bəhər göndərir.
Bilmirəm bu ömrün bu qərib yolu
aparıb hayanda itirər məni.
Bilirəm, torpaqda qoymaz çürüyəm,
Rəbbim Göy üzünə götürər məni.
Uploading
Error loading page. Retry in 15 seconds.
Error loading page. Retry in 5 seconds.
Error loading page. Retry in 5 seconds.
С горячим приветом!
от
Katherine
Pierce
С любовью и нежностью
от
Katherine
Pierce
Чудесный подарок
от
Katherine
Pierce
Ты звезда!
от
Katherine
Pierce
Ты звезда!
от
Katherine
Pierce
Ты звезда!
от
Katherine
Pierce
Мужской клуб
7 332 854
Мy Games. Все об играх в Моем Мире
10 011 484
Other people named Yaver Hasan in My World