Все игры
Обсуждения
Сортировать: по обновлениям | по дате | по рейтингу Отображать записи: Полный текст | Заголовки

Əmirəl-möminin Əlinin (ə) ş&#60

“Quran evi” dərnəyi  mübarək Ramazan ayı ilə əlaqədar elan edir

Hörmətli dərnəyimizin üzvləri və Quransevərlər. Sizləri bu mübarək ayın feyzindən və bərəkətindən binəsib olmamağınızı,  cismi və ruhi mənəviyyatla bağlı oruc tutmağın sizlərə qismət olmasını Uca Yaradandan arrzu edirik

Dərnəyimiz, Ramazan ayından yeni layihəyə imza atmağı planlaşdırıb. Bu ay rəhmət və bərəkət ayı olduğundan dua və ibadətlə yanaşı elm və təhsili yaddan çıxarmayan dərnəyimiz sizləri yeni layihədə əməkdaşlığa çağırır. Dərnəyimiz, Ramazan ayında şəhadətə yetişmiş İmamımız, Əmirəl-möminin Əlinin (ə) şəninə “Elm qapısı” adlı elmi layihəyə start verir. Bu layihədə sizlər öz dəyərli məqalələrinizi bizimlə paylaşa bilərsiz. Dərnəyimizə Quran, tarix, əqaid, şəriət habelə günümüzün mənəvi və əxlaqi problemlərini ehtiva edən yazılar göndərə bilərsiniz. Ən əsası ölkənin dindar kütləsinin ümumi mənəvi ehtiyacından əlavə, hər birinizi maraqlandıran, zehninizdə qaranlıq qalan və həmişə mübahisə obyekti olan mövzularla əlaqədar suallar göndərə bilərsiniz. Biz bu suallar ətrafında tədqiqat işləri apararaq tam və dolğun şəkildə sizlərə göndərdiyiniz mövzular barədə araşdırmalar təqdim edəcək və adıçəkilən mövzuların debat və mühazirələr yolu ilə asan və tam şəkildə sizlərə təqdim edəcəyimizə cəhd göstərəcəyik.

Bu dərnək xüsusi bir dərnək olmadığı üçün, bütün Quransevərlərin doğma məkanı olduğuna görə, sizin də bu işdə cəhd göstərəcəyiniz ümidilə. Allaha əmanət olun. Allah öz rəhmət və bərəkətini xalqımızın üzərindən əskik etməsin. Amin!

“Quran Evi” dərnəyinin rəhbrliyi
 

В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу