“ Əhli-beyt ”kimlərə deyilir
“Əhli-beyt” sözü lüğətdə “ev əhli” mə`nası verməsinə baxmayaraq, istilahi mə`nada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli (ə), Fatimə (ə.s), Həsən (ə), Hüseyn (ə) və imam Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini nümunə olaraq əziz oxucuların nəzərinə çatdırırıq…
1– Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Əlinin oğlu Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi…
“Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin.” (“Əhzab” surəsi, 33)
“Səhihi-Müslüm”, 4-cü cild, səh.1885, 2424-cü hədis;
“Təfsiri-Təbəri”, 12-ci cild, səh.6, 22-ci hissə.
“Əl-Müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.159, 4707-ci hədis;
“Əs-sünənul-kubra”, 2-ci cild, səh.212, 2858-ci hədis.
2– Amir ibni Sə`d ibni Əbi Vəqqas öz atasından nəql edir ki, vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu (Həsən və Hüseyni) əbasının altına çəkib dedi… “Pərvərdigara, bunlar mənim Əhli-beytimdir.”
“Səhihi-Müslüm”, 4-cü cild, səh.1871, 32-ci hədis;
“Müsnədi ibni Hənbəl”, 1-ci cild, səh.391 1608-ci hədis;
“Əs-sünənül-kubra”, 7-ci cild, səh.101, 13392-ci hədis;
“Sünəni Termezi”, 5-ci cild, səh.225, 2999-cu hədis;
“Əl-Müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.163, 4719-cu hədis.
3– İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibni Xəttabdan belə nəql edir… Peyğəmbərin belə buyurduğunu eşitdim… Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Qur`an və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir… Mən -ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? –deyə soruşdum. Həzrət buyurdu… “Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır.”
“Kifayətül-əsər”, səh.91, “Təfsiri-burhan”, 1-ci cild, səh.9
4– İbni Abbas “Büruc” surəsinin birinci ayəsi barəsində deyir… Peyğəmbər (s.ə.v.v) buyurdu… “Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir.”
“Yənabiul-məvəddət”, 3-cü cild, səh.253, 59-cu hədis.

Üc sual
Cavan oğlan öz suallarına cavab verə biləcək adam tapmağa çalışırdı. Çoxları ilə görüşdü,lakin heç kim cavab verə bilmədi.Bir gün o,oxunmuş müsəlmana rast gəldi və ona həmin sualları verdi.
1.Allah var? Əgər varsa,onu mənə göstər (təsvir elə)!
2.Tale nədir?
3.İblis oddan yaranıb,bəs nəyə görə o,cəhənnəmə vasil olacaq,orda hər şey odun içindədir,axı o, ağrı hiss etməyəcək?Nəyə görə Allah bunu fikirləşməyib?
Birdən oxunmuş ona güclü bir sillə vurur.
Cavan oğlan çaşqınlıq içində soruşur:
- Sən nəyə görə mənə hirsləndin?
Oxunmuş cavab verir:
- Mən hirslənmədim,sənin suallarına cavab verdim!
- Necə yəni?
- Mən səni vurandan sonra sən nə hiss etdin?
- Əlbətdə mən ağrı hiss elədim!
- Deməli sən ağrının olduğuna inanırsan?
- Bəli!
- Onda onu mənə göstər (təsvir elə).
- Mən bacarmıram.
- Bu, sənin birinci sualının cavabı idi...İndi de görüm,sən dünən yuxuda mənim
səni vuracağımı görmüşdün?
- Yox.
- Sən nə vaxtsa fikirləşmisən ki, mən səni bu gün vura bilərdim?
- Yox.
- Bu taledi... Mənim sənə sillə vurduğum əlim nə ilə örtülüb?
- Dəri ilə!
- Bəs sənin üzün?
- O da dəri ilə!
- Bəs səni ağrıdırdı?
- Bəli,çox!
- Bu da sənin üçüncü sualının cavabı!
Bəs siz həmin ruhaninin yerində olsaydınız bu suallara necə cavab verərdiniz?
Bir saatlıq dost...
Çətin bir iş günü idi.Uşaq xəstəxanası çox sıx işləyirdi və yaralılar çox idi.Artıq günün yorğunluğu keçmiş,mən də otağıma gedib çay içməyə tələsirdim.Üst-başım çirkli saçlarım dağınıq idi.Güzgüyə baxanda özümü tanıya bilmədim.Tibb bacısının otağında telefon zəng çalırdı.Oturduğum yerdən yorğun bir halda ayağa qalxıb dəstəyi götürdüm.Telefondakı səs təcili tibbi yardımda yaralıların gəldiyini və aralarında çoxlu uşaqların da olduğunu dedi.Bütün yorğunluğuma baxmayaraq özümü pilləkanlara atdım.Təcili kömək etməyə başladım.Növbətçi həkimin səsi ortalığı qarışdırmışdı-"Nə edək?Buraxaq ölsünmü bu insanlar?Gəlmək məcburiyyətindəsiniz!"kimi sözlər deyən növbətçi həkim cərrahla telefonda danışırdı.Beyin cərrahı isə çox vacib bir dəvət aldığını və ora mütləq getməli olduğunu deyirdi.
Söhbət belə uzandıqca mən liftə minib təcili xəstələrin yanına qaçdım.Yaralı insanlar insanı dəhşətə gətirirdi.Hər kəs onlara kömək etməyə çalışırdı.Yaralılara kömək etdikdən sonra gözüm birdən birə onlarla yaralının içində olan 15-17yaşlarında bir gənc gördüm.Onun halı çox pis olsa da yanında heç kim yox idi.Gərəkli tədbirlər görülmüş,lakin beyin cərrahı gəlmədiyinə görə heç nə edə bilmirdik.Onunla danışmağa başladım,mənə diqqətlə qulaq asır,dediklərimi başa düşür,lakin cavab verə bilmirdi.Həyatının son anlarını yaşadığını bilirdim amma əlimdən heç nə gəlmirdi.Yanında oturdum,əlimi bərk-bərk tutmuşdu.Gözlərindən demək istədikləri oxunulurdu.Əlimi buraxma deyən gözlərindən yaşlar axırdı...Əyilib yanağından öpdüm."Səni tək qoymayacam,qorxma"dedim.Heç tanımadığım və daha əvvəl görmədiyim insana belə bir yaxınlıq hiss edirdim.Həm təkliyindən,həm də beyin zədəsindən çox əziyyət çəkirdi...
Onunla nə qədər vaxt keçirdiyimi xatırlamıram.O artıq aramızda deyildi...Mənsə bir dəvəti onlarla insanın həyatından vacib sayıb gəlməyən cərrahı günahlandırır,ona lənət yağdırırdım.
Birdənn cərrah gəlib çıxdı...amma iş işdən keçmişdi artıq...Cərrah xəstənin,daha doğrusu ölmüş gəncin üzərindən parçanı qaldırmağımı istədi.Parçanı qaldıran anda cərrah heç bir şey demədən yerə yıxıldı.Nə baş verdiyini heç kim başa düşmədi.Getdiyi dəvətdəmi çox içmişdi...?Bəlkə ürək sarsıntısı keçirdi...?Bunları düşünərkən digər həkimlər müdaxilə etdilər...Ölən o gəncin atası dəvəti yaralıların canıntan əhəmiyyətli bilib köməyə gəlməyən cərrah idi...Oğluna kömək etmək üçün artıq çox gec idi...O oğlunun qədrini bilmədi...Amma mən o bir saatlıq dostumu heç vaxt unutmayacam...

Gənc və onun imanlı ürəyi
Təzə-təzə imana gələn, ibadət edən gənc bir gün ürəyinin təlaş içərisində olduğunu görərək deyir:
-Niyə bu qədər təlaşlısan? Bunun səbəbi nədir?
-Mən təzə imana gəlmişəm, hidayət olunduqdan sonra azğınlığa düşməkdən qorxuram!-dedi ürək.
-Ya Bari! Ruhum Sənin əlindədir, bədənim Sənə əmanətdir, yoxluqda tərk etmə məni, qaranlıqda buraxma məni, çirkinliyə daldırma məni, gözəl et hər halımı. - deyə gənc dua etməyə başladı.
Bunu eşidən ürək növbəti sıxıntısının da bu cür dua ilə keçəcəyinə inanaraq dedi:
-Mən çox cahil olmuşam, indi də imana gec gəldiyim üçün çox peşmanam. Qorxuram ki, Allah etdiyim günahları bağışlamaz və məni Öz dərgahında qəbul etməz. Bunu düşündükcə çox sıxılıram, qorxuram.
-Ya Ğaffar! Gizli peşmanlıqlarımı bilən Sənsən, göz yaşlarıma dəyər verən Sənsən, amma bilirəm ki, rəhmət dənizlərini bulandıra bilməz günahlarım. Rəhmətinlə bağışla məni.
Ürək bunu eşidərək çox sevindi və növbəti duanı özü dedi:
-Ya Xaliq! Sən "Ol" deyərkən hər şey olur, ol de ki, olum, yaratdıqlarının arasında qalım. Haqqıyla əxlaqlı olum. Sən yaratdın deyə gözəl olum və həmişə belə gözəl qalım.
Bundan sonra ürək şox sevinir. Allaha gecə və gündüz zikr edərək dua edir, yalnızca Ona sığınır. Gənc də ürəyinin rahatlıq tapdığını görür və o da iman dolu ürəyilə Allaha ibadət edir.
Allahım...
Dedim: Çox tənhayam.
Dedin: Mən ki sənə çox yaxınam. (Bəqərə,186)
Dedim: Bəli bilirəm Sən mənə yaxınsan, amma mən Səndən uzağam, kaş ki mən də Sənə yaxın ola bilsə idim.
Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et. (Əraf, 205)
Dedim: Bu da Sənin köməyini istəyər.
Dedin: Allahın sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)
Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedin: ِ(Elə isə) Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (Hud, 90)
Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?
Dedin: Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə, 104)
Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
Dedin: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. (Ğafir, 3)
Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedin: Allah bütün günahları bağışlayandır. (Zumər, 53)
Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedin: Axı günahları Allahdan başqa kim bağışlaya bilər? (Ali-İmran, 135)
Dedim: Nə qədər gözəlsən, Allahım! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim-içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.
Dedin: Şübhəsiz ki, Allah tövbə edənləri və təmizlənənləri sevir.
Birdən: "İlahım və Rəbbim, mənim Səndən başqa kimim var", -dedim.
Sən də: "Allah Öz bəndəsinə kifayət deyilmi?" (Zumər, 36) dedin.
Dedim: Sən ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?
Dedin: Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah möminlərə rəhm edəndir! (Əhzab, 41-43)
Öz-özümə dedim: Allahım, Səni çox sevirəm.

Sevin ki evin yandı
Bir balıqçı ailəsi ilə bilikdə dəniz sahilində yaşayırdı. Bir gün o, dostları ilə birlikdə balıq ovuna dənizə çıxır. Bir neçə gün keçir, onlar açıq dənizdə azırlar. Hansı yönə istiqamət alırdılarsa, yenə də sahilə yol tapa bilmirdilər. Balıqçılar nə edəcəklərini bilməyərək ümidlərini itirmişdilər. Elə bu vaxt balıqçının evində anidən yanğın baş verir. Balıqçının biçarə arvadı uşaqları sinəsinə sıxıb haray salır. Qadın qışqıra-qışqıra bu sözləri təkrar edir: "Ay Allah! Axı mən ailəmin, evimin-eşiyimin salamat olmasını Səndən istəyirdim, dua edirdim! Mən artıq necə Sənə ümid, arxayın ola bilərəm?" Qadın Allahdan inciyir, artıq dua etməməyi qərara alır. Bu vaxt möcüzə baş verir! Balıqçının evi yananda yanğının alovu çox yüksəkliklərə ucalır. Gəmidəkilər alovu görüb yanğın olan tərəfə üzürlər. Bir azdan onlar doğma sahillərə yetişirlər. Balıqçılar doğmaları ilə qucaqlaşıb, sevincdən nə edəcəklərini bilmirdilər. Ölümlə üz-üzə gəldiyi halda bu yanğın onların həyatlarını xilas etdi. Təkcə balıqçı öz ailəsini qəm içində görür. Arvadı hər şeyi ona danışır. Balıqçı gülümsəyərək qadına deyir: "Allaha şükür et! Sənin yanına sağ-salamat gəlməyimin səbəbi evimizin yanması oldu! Biz bundan da yaxşı ev tikə bilərik, ancaq məni heç kim dirildə bilməz! Allahım! Sənə şükürlər olsun! Nəyin xeyrimizə, nəyin ziyanımıza olmasını yalnız Sən bilirsən!..." Qadın ərini qucaqlayıb, Allah qarşısında tövbə etdi və əvvəlkindən də çox Allaha şükür və dua etməyə başladı...
Alicənab şəxs
Əbdürrəhman ibni Ovf rəvayət edir ki, Ömərin xilafət vaxtında bir gecə Mədinənin küçələrinin birindən Ömərlə bidlikdə keçirdik. Evlərin birində işıq yanırdı. Ömər soruşdu ki, bu kimin evidir? Dedim:Üməyyə ibni Rəbiənin. Ömərlə birlikdə divarın üstündən həyətə girib evə daxil olduq. Gördük ki, Üməyyə öz dostları ilə birlikdə şərab içirlər. Ömər onları hədələyib dedi ki, siz Allahın haram etdiyi şərabı içib günah edirsiz. Üməyyə dedi ki, ey Ömər, biz şərab içərək 1 günah edirik, ammasən 4 günah etmisən:
1-Bizim işimizi, halımızı axtarmısan, yoxlamısan. Allah-təala isə buyurur ki, bir-birinin işini, eybini axtarmayın. (Hücürat surəsi, 12-ci ayə).
2-Qapıdan gəlməmisən, divarın üstündənhəyətə düşmüsən. Halbuki, Allah-təala buyurub ki, evlərə onların qapısından daxil olun. (Bəqərə surəsi, 189-cu ayə).
3-Buraya ev sahibindən icazəsi gəlmisən, həlbuki, Allah buyurur ki, öz evlərinizdən qeyri evlərə daxil olmayın. (Nur surəsi, 27-ci ayə).
4-Bizə salam vermədin; Allah isə həmən ayədə buyurur ki, ev əhlinə elan edin və salam verin.
Bunları eşidən Ömər utanır və peşman halda evdən çıxır.
Kasıb və varlı
Bir ailəli kasıb ruzi əldə etmək üçün evdən çıxdı. Bilmirdi hara getsin. Təsadüfən yolu məscidə düşdü. Moizə edən alim məclisi coşduraraq insanları salavat göndərməyə həvəsləndirirdi. Kasıb kişi orada dayandı və moizə edənin sözlərinə qulaq asmağa başladı.
O, deyirdi ki, salavat göndərməkdə səhlənkarlıq etməyin! Əgər varlı şəxs salavat desə Allah Təala onun malına bərəkət verər. Əgər kasıb səlavat desə, Allah Təala onun ruzisini asimandan göndərər.
Kasıb məclisdən xaric olaraq yol gedə-gedə salavat göndərməyə başladı: " Allahummə səlli əla Mühəmmədin və ali Muhəmməd."
Üç gün bu hadisədən keçdi. O, hələ də salavat göndərirdi. Yolu bir xarabalığa düşdü. Ayağı bir daşa dəydi. O, daşı qaldırdı və gördü ki, altında qızılla dolu bir bağlama var. Öz-özünə dedi: -Mənim ruzimin vədəsi asimandandır. Mən yerin ruzisini istəmirəm.
Daşı yerə qoydu. Evə qayıdaraq əhvalatı yoldaşına danışdı. Kasıb kişinin yəhudi bir qonşusu vardı. Əhvalatı danışarkən damda dayanıb onun sözlərinə qulaq asırdı. Bunu eşidən kimi özünü xarabalığa çatdırdı və bağlamanı evinə gətirdi. Onu açdıqda gördü ki, içi ilan və əqrəblə doludur. Ailəsinə dedi: -Bizim bu müselman qonşumuz bizim düşmənlərimizdir. Mən damda olanda o, bu sözləri danışırdı ki, mən tamaha düşüm gedib o şeyi evə gətirdim, ilan və əqrəblər bizi sancsın! İndi ki, belə oldu mən bunu dama qaldırıb onların başlarına tökəcəyəm, qoy həlak olsunlar. Bizim üçün zərər istəyirdilər qoy öz başlarına gəlsin. O, dama qalxaraq gördü ki, kasıb kişi yoldaşı ilə mübahisə edir.
həyat yoldaşı deyir: -Ay kişi, heç rəvadırmı ki, sən bu qədər var dövlət tapasan və onu götürməyəsən, biz də bu kasıbçılıqda qalaq?
Kasıb kişi dedi: -Mən ümüd edirəmki, Allah bizim ruzimizi asimandan nazil edəcək.
Elə bu vaxt yəhudi kişi bağlamanın ağzını açaraq, içindəkini onların başına tökdü. Kasıb kişi gördü ki, damdan səs gəlir. Başını qaldiranda evə qızıl yağdığını gördü. Səsləndi: -Ay arvad, bax göydən qızıl tökülür.
Tez salavat göndərməyə başladı və qızılları topladı. Yəhudi gördü ki, bağlamadan qızıl səsi gəlir. Onu qaldırıb içinə baxdıqda ilan və əqrəb gördü. Yenidən onu aşağı əyərək qalanını da tökdü. yəhudi anladı ki, bu qeybi sirlərdəndir. Xatırladı ki, bu hadisə Musa(ə)-nın zamanında baş vermiş əhvalat kimidir. Nil suyu Qutbilər üçün qan, Sibtilər üçün su olmuşduş. Yəhudi o anda kasıb kişini evinə dəvət elədi və onun vastəsilə müsəlman oldu

Mənim balam
İki qadın bir uşaq üstündə dava edir və hər biri onun öz övladı olduğunu iddia edir. Bu münaqişəni imam Əli(ə) həll edəsi olur. İmam qadınları çağırıb onlara öyüd-nəsihət verir. Lakin heç bir faydası olmur. Əli(ə) bunu gördükdə bir mişar gətirməyi əmr edir. Mişarı gətirirlər. İmam Əli(ə) deyir: "Uşağı iki yerə bölmək istəyirəm ki, hər birinizə yarısı düşsün." Bu sözü eşitdikdə, iki qadından biri heç bir şey olmamış kimi sakitcə dayanır. Lakin digəri fəryad edib deyir: "Əgər uşağı iki yerə bölmək əmrini verirsənsə, onda mən öz haqqımdan keçirəm. Əziz balamın öldürülməsinə heç vaxt razı olmaram." Bu zaman Əli(ə) deyir: "Bu uşaq səninkidir. Əgər onun uşağı olsaydı, o da balasına rəhm edib, bu işə razı olmazdı." Yalan danışan qadın günahını boynuna alır və öz sözlərini təkzib edir.
Dilənçi qız
Bir gün, kiçik bir qız uşağı, küçənin qırağında oturmuş, yeyəcək bir şey, pul ya da ala biləcəyi bir şey üçün dilənirdi. Əynində yırıq-yırtıq, üzü-gözü kir içində və pərişan bir haldaydı.
Qız dilənərkən, küçədən gənc, canlı və yaxşı görünüşlü bir adam keçdi. Qızı gözü almışdı amma bildirməmək üçün dönüb ikinci dəfə baxmadı. Böyük və lüks evinə, xoşbəxt və rahat ailəsinin yanına gəldiyində, çox gözəl hazırlanmış axşam süfrəsi onu gözləyirdi. Lakin az sonra düşüncələri təkrar o kasıb qıza ilişdi. Duyğuları bir şeylərə etiraz edirdi. Sonra asan yolu seçdi və etirazlarını Allaha yönəltdi. Belə vəziyyətlərin var olmasına icazə verdiyi üçün?
Və içindən belə bir cümləylə şikayətləndi:
"-Belə bir şeyin olmasına necə icazə verirsən? Niyə o kiçik qıza kömək üçün bir şeylər etmirsən Allahım?"
Sonra ruhunun dərinliklərindən gələn bir cavab eşitdi:
"-Etdim. Səni yaratdım!"

Bir gəncin imanı
Mədinə şəhərinin ətrafında bir yeniyetmə dayısı ilə yaşayırdı. Həftədə bir dəfə gənc oğlan Mədinədən çörək alırdı. Bir gün çörək alıb kəndinə qyıdanda, o, çoxlu insan görür və öyrənir ki, onlar İslam Peyğəmbərini(s.e.s) dinləməyə gəliblər. Bir gün o da Məhəmməd adlı bu şəxsə qulaq asmağa gəlir. Gənc İslam Peyğəmbərinə diqqət kəsilir. Bu insana qulaq asmamaq mümkün deyildi! Oğlan evdə dayısına deyir: "Dayı, çörəyi həftədə iki dəfə alaram. Qoy təzəsini yeyək". Peyğəmbərin sözləri oğlanın fikrindən çıxmırdı. Oğlan yenə də dayısına deyir: "Dayı, gəl mən çörəyi həftədə 3 dəfə alım". Dayısı hər şeyi başa düşür! Oğlan açıq etiraf edir: "Mən İslam Peyğəmbərinə qulaq asmaq şərəfinə nail oldum və bu mənim çox xoşuma gəldi". Dayısı əsəbindən bilmir nə etsin: "Bir də ora getsən, səni atanın qoyduğu mirasdan məhrum edəcəyəm!" Oğlan isə deyir: "Heç nə istəmirəm!Neynirsən, tez elə,çünki Peyğəmbərin yanına gecikirəm." Dayısı onun əlindən hər şeyi alır, hətta paltarını da. Oğlan tələsik Mədinəyə qaçır. Sevimli Peyğəmbərimiz bilirdi ki, oğlan hər şeyini atıb buraya gəlib. Həzrət onu yanına çağıranda oğlan onun üstünə atılıb bərk qucaqlayır. Nəticədə, gənc müsəlman olur və Allaha belə dua edir: "Allahım, elə et ki, son nəfəsimə qədər Peyğəmbərin yanında olum və elə et ki, öz canımı Sənin uğrunda fəda etməyə hazır olum!" Elə həmin dönəmdə müharibə baş verir və oğlan şəhid olub Allah ilə qovuşur.
İnsan və dünya
Gözəl bir bazar səhəri idi... Yuxudan təzə oyanan ata bazar günün keyfi ilə sevincək əlinə qazeti alıb, bütün günü evdə oturub dincələcəyəm deyə düşünürdü. Tam bunları düşündüyü zaman otağa oğlu girir və nə vaxt kinoteatra gedəcəyini atasından soruşur. Ata oğluna söz vermişdi ki, bu bazar onu kinoya aparacaq... Ata heç bir şey deməyib, necə kinoya getməməyi düşünürdü. Birdən ağlına çox maraqlı fikir gəlir. Oxuduğu qəzetə baxanda onun bir səhifəsində iri dünya xəritəsi tapır. Bu zaman onu xırda-xırda hissələrə bölərək, oğluna deyir: "Əgər bu xəritəni yenə əvvəlki halına sala bilsən səni kinoya aparacam." Ata bunu deyərkən tam əmin idi ki, oğlu o xəritəni yığa bilməyəcək. Nəinki oğlu, hətta, dünyanın ən bilikli coğrafiaşünasını da gətirsən yenidən o xəritəni yığa bilməz. Ancaq möcüzə... Oğlu 15 dəqiqədən sonra otağa girir və atasına xəritəni yığdığını deyir. Bu zaman oğlunun sözlərinə inanmayan ata öz gözləri ilə görmək istəyir və o biri otağa geçərkən gözlərinə inanmır. Xəritə eynilə əvvəlki kimi idi, sanki onları hissələrə ayırmamışdı. Bunu görən ata şok bir vəziyyətdə oğlundan bu xəritəni necə yığdığını soruşur. Cavabında oğul deyir: "Mənə verdiyin xəritənin arxasında bir insan şəkli var idi. İNSANI DÜZƏLTDİYİM ZAMAN DÜNYA ÖZ-ÖZLÜYÜNDƏN ARTIQ DÜZƏLMİŞ OLDU..."
Dəfn etdiyiniz adam mənəm
Bir gün bir adam yol ilə gedirdi... Birdən 3 kişi və bir qadının bir cənazə tabutu apardığını gördü. Tez qadının yerini alaraq məzar başına getdilər. Ora çatanda həmin kişi qadından soruşdu:
-Rəhmətlik sənin nəyindir?
-Oğlumdur,-deyə qadın cavab verir.
-Bəs sizin qonşunuz yoxdurmu?-soruşdu.
-Var, ancaq cənazəyə gəlmədilər, dedi.
-Qüsuru nədi idi ki bu gəncin?
-Biz çox kasıb insanlarıq, oğlumda daim sakitcə öz işi ilə məşğul olardı... Ona heç kim qiymət vermirdi...
Bunu eşidən kişi çox pis olur. Bəlli idi ki, kasıblıqdan oğlan bütün günü iş axtarır, bir iş tapdıqda isə onun fəhləlik və ya süpürgəçilik olmağına baxmırdı, namusla işləyirdi. Ona görə hər halı ilə imkanlı qonşulardan heç kim onu basdırmaq üçün gəlməmişdi. Kişi qadının halına çox acıyır. Onu evinə kimi yola salır, yiyəcək alır və qadına çoxlu pul verərək ordan ayrılır. Gecə yatarkən yuxuda bir nurani oğlanı görür. Oğlanın üzündən o qədər nur yağırdı ki, onun üzünü görmək kişiyə mümkün olmurdu. Ay kimi parlayan gənc ona öz təşəkkürünü bildirdi. Bu zaman kişi yuxuda onun kim olduğunu soruşanda, "Mən bügün dəfnetdiyiniz o adamam", dedi. "İnsanlar məni özlərinə yaraşdırmadılar və mənim cənazəmə gəlmədilər. Ancaq Allah-Təala mənə rəhmət etdi", dedi. "Sənin də mənim ixtiyar anama kömək etdiyin üçün burada çoxlu dua edəcəm." Gənc yenə də ona təşəkkürünü bildirib ayrıldı. Beləcə kişi yuxudan oyandıqdan sonra baş verənləri və yuxuya çox qiymət verərək, tez-tez həmin ananın evinə gedir və əlindən gələn köməyi edirdi...

İmam Həzrəti Əli (s.ə.v.s.)
İmam Həzrəti Əli (s.ə.v.s.)
Adı: Əli
Məşhur ləqəbi: Əmirəl-möminin
Künyəsi: Əbülhəsən
Atası: Əbutalib
Anası: Fatimə binti Əsəd (ə)
Anadan olma tarixi: On il besətdən əvvəl, Rəcəb ayının on üçü.
Anadan olduğu yer: Kəbə evi
Xilafət etdiyi müddət: Hicri 36-cı ildən 40-cı ilə qədər (4 il, 9 ay hüdudunda)
İmamlıq müddəti: 30 il
Şəhadət tarixi: 40-cı hicri ili, Ramazan ayının 21-də, 63 yaşında.
Şəhadət yeri: Kufə şəhəri (o, həzrət hicrətin 40-cı ilində Ramazan ayının 19-da Kufə məscidində İbni-Mülcəmin qılıncı ilə yaralanmış və Ramazanın 21-də şəhid olmuşdur)
Müqəddəs məzarı: Nəcəfi-Əşrəfdə.
O, həzrətin həyatını 4 dövrə bölürlər:
1-Uşaqlıq çağları (10 il)
2-Peyğəmbər(s)ın yanında olduğu illər. (23 il)
3-Xilafətdən kənarda qaldığı illər. (təqribən 25 il)
4-Xilafət müddəti (4 il 9 ay)
Əmirəl-mömindən 40 hədis
1. Kim öz nəfsini tanısa, Rəbbini tanıyar.
2. Allah-təala Hz. Məhəməd(s)ı göndərdi ki: bəndələrini, insanlara pərəstiş etməkdən qurtarıb Allahın bəndəçiliyinə gətirsin; bəndələrin əhd-peymanından çıxarıb, Allahın əhd-peymanına gətirsin; bəndələrinin itaətindən çıxarıb Allahın itaətinə gətirsin; bəndələrin hakimiyyət və vilayətindən çıxarıb, Allahın vilayət və hakimiyyətinə daxil etsin.
3. Quranla ünsiyyət tapan bir şəxs ondan ayrılanda onun bir xüsusiyyəti azalar, hidayəti çoxalar. Bilin ki, Quranla birgə olan yoxsul və yazıq (biçarə) olmaz, Quranla olmazdan əvvəl isə heç kim varlı olmaz.
4. Bir qövmün işlərindən razı qalan şəxs o işdə dəxalət edib iştirak edən bir şəxs kimidir. Batil işdə iştirak edən bir kəs iki günah iş görür: birincisi batil işdə iştirak etməsi, ikincisi o işə razı olması.
5. O həzrətdən iman haqqından soruşdular. Buyurdu: İman 4 dirək üstündə durur: 1-dözüm, 2-yaqin, 3-ədalət, 4-cihad. Dğzüm 4 növdür: iştiyaq, qorxu, parhizkarlıq və intizar. Cənnətə aşiq olan şəxs nəfsinin diləklərindən vaz keçər. Cəhənnəmdən qorxan isə, haramdan çəkinər. Dünyadan şakinən pəhrizkar dünya müsibətlərini heçə sayar. Ölümə hazır olan isə xeyirli işlərə tələsər. "Cihad" da 4 növdür; Yaxşılığa əmr etmək, pis işlərdən çəkindirmək, döyüş cəbhələrində sədaqətli və düzgün olmaq, fasiq və pis insanlarla düşmənçilik etmək. Yaxşılığa əmr edən bir şəxs, möminlərin arxasını möhkəmləndirər. Pisliklərdən çəkindirən şəxs isə kafirlərin burunlarını yerə sürtər. Döyüş cəbhələrində sadiq və düzgün olanlar, öz vəzifələrini yerinə yetirər, hər kəs fasiq və pis insanlarla düşmənçilik etsə və Allaha xatir qəzəblənsə, Allah da ona xatir qəzəblənər və qiyamət onu razı edər.
6. Cihad həqiqətən cənnət qapılarından biridir. Allaha o qapını öz məxsus dostlarının üzünə açmışdır. Cihad pəhrizkarlıq paltarı. Allahın ona geyindirdiyi möhkəm yaraq, etimadlı qalxandır. Cihada rəğbət göstərməyib, onu tərk edən adama Allah zillət paltarı geyindirər.
7. Doğrudan da fitnələr nəfsani həvəslərə və Allahın kitabına zidd olan hökümətlərin büdət olaraq çıxardıqları qanunlara uymaq və bir qrupun haqqın xilafına olaraq bu qanunları himayə etməsi ilə başlayar. əgər batil haqdan təmamilə ayrılsaydı, haqq haqq axtaranlara gizli qalmazdı. əgər haqq batilə qarışdırılmaqdan qurtulsaydı, ona düşmən olanların dilinə düşməzdi. Lakin bir az haqdan. Bir az batildən götürüb, bir-birinə qarışdırırlar. Buna görə də şeytan öz dostlərına hakim olur və məhz Allahın mərhəmətinə şamil olanlar nicat tapırlar.
8. Allah dini şəxslərin vasitəsilə yox, əksinə, haqqın nişanələri ilə tapınar. Belə isə, haqqı tanı, (haqqı tanısan) haqq sahibini də tanıyarsan.
9. Qətiyyən başqasının bəndəsi olma! Çünki Allah səni azad yaratmışdır.
10. Yaxşılığa əmr etmək və pislikdən çəkindirmək nə acali yaxınlaşdırar, nə də ruzini azaldar, əksinə, əcrə əzəmət bəxş edib mükafatı çoxaldar. Yaxşılığa əmr etməkdən və pisliklərdən çəkindirməkdən də dəyərli iş zalım hakimin qarşısında ədalətdən danışmaqdır.
11. Yaxşı və yumşaq davranışla islah olamyan adamı yaxşı cəzalar islah edər.
12. dünyada 2 adam belimi sındırmışdır: 1-Günahkar dilli adam, 2-Ürəyini zülmət bürümüş abid. Birincisi dili ilə fasiqliyini gizlədir, ikincisi isə (quru) ibadəti ilə nadanlığını gizlədir. Fasiq alimlərdən nə nadan abidlərdən qorxun! Aldananları bunlar aldadır. Mən həzrəti-Peyğəmbərdən eşitmişəm ki, deyirdi: Ey Əli, mənim ümmətimin həlakəti yalnız şirin dilli münafiq və iki üzlərin əli ilə ola bilər.
13. Heç vaxt yaxşı insanla pis insan sənin yanında bərabər olmasın! Çünki bu iş, yaxşıları (ehsan əhlini) yaxşılıq etməkdən soyudarş pis əməl sahiblərini isə pislik etməkdə təşviq edər.
14. İnsanlar dünyalarını abadlaşdırmaq üçün dinlərinə aid bir şeyi tərk etsələr, Allah onları ondan daha zərərli bir şeyə düçar edər.
15. Dünya, ürəyi kor adamın görə bildiyi son hüduddur ki, dünyadan başqa bir şey görməz. Aydın fitrət və bəsirətli adam isə, dərinliklərə nüfuz edən baxışlarla dünyaya baxır (və dünyanı qeyri-sabit və məhdud bilir) və bu dünyadan sonra daha sabir bir mənzilin olduğunu başa düşür. Buna görə də bəsirətli və dərin baxış sahibi bir şəxs həmişə köç etməyə hazırdır. Qəlbini zülmət bürümüş adam dünyada axirəti üçün azuqə yığar, anlamaz adam isə dünyada özü üçün mal toplayar.
16. İnsanlarla rəftarında özünü meyar götür. Özün üçün sevdiyini başqaları üçün də sev, sevmədiyini onlara da rəva bilmə. Heç kəsə zülm etmə, ona görə ki, özünə zülm olmağı istəmirsən. Başqaların sənə ehsan (yaxşılıq) etdiyini sevdiyin üçün, sən də başqalarına ehsan et. Başqalarında pis bildiklərini özündə də pis nil, xalqla davrandıqları kimi davransalar sevin, bilmədiyin bir şeyi demə, ümumiyyətlə bildiklərinin hamısını aşkara çıxarma, sənə deyiləcəyini sevmədiyin sözləri danışma.
17. Dostlarınız da, düşmənləriniz də 3 qrupdur: doatlarınız öz dostun, dostunun dostu və düşmənin düşməni. Düşmənlərin isə: öz düşməni, düşməninin dostu və dostunun düşmənidir.
18. Çox danışan adamın səhvi çox olar, səhvi çox olanın həyası az olar, həyası az olanın təqvası az olar, təqvası az olanın ürəyi ölər, ürəyi ölən adam isə cəhənnəmə daxil olar.
19. Danışanın kimliyi ilə yox, onun sözləri ilə maraqlan.
20. Xeyir və yaxşılığın hamısı 3 xislətdə qoplaşıb: 1-Baxış, 2-Sükut, 3-Danışıq. İbrət götürmək üçün olmayan hər bir baxış, unutqanlıq əlamətidir; təfəkkürlə olmayan hər bir baxış bir sükut qəflətdir və Allahın adı və yadı ilə olamayan hər bir danışıq bihudadır. Xoş o adamın halına ki, baxışı ibrət, sükutu təfəkkür, kəlamı (danışığı) Allahın sikri olsun, həmçinin günahları üçün ağlasın və camaat onun şərindən amanda qalsın.
21. Doğrudan da atanın övlad boynunda, övladın isə ata boynunda bir haqqı vardır. Atanın boynunda olan haqq övladına yaxşı ad qoymaq, yaxşı tərbiyə etmək və Quran öyrətməkdir. Övladın boynunda olan haqq isə Allahın məsiyətində olan işlərdən başqa bütün işlərdə ataya itaət etməkdir.
22. Dünya onunla sədaqətlə darananlar üçün doğruluq, ondan bilik əldə edənlər üçün sağlaçlıq və ondan əxz edənlər üçün zənginlik mənzilidir. Dünya Allah peyğəmbərlərinin məscidi, vəhyin nazil olduğu yer və Allah mələklərinin mehrabı, Allah övliyasının ticarət evidir. Dünyada Allahın cənnət və rəhmətini qazanan adam (bir halda ki, dünyadan öz ayrılığını elan etmiş, öz hicranı bildirmiş və öz ölümünü bəyan etmişdir), dünyanı pisləyərmi? Dünya öz sevincləri ilə onaları sevindirər və müsibətlərə maraqlandırar, dünya gah qorxudar, gah qoruyar, gah rəğbətləndirər, gah da şəkindirər. Ey dünyanı pisləyən (məzəmmət edən) şəxs, bir halda ki, özün onun hiylələrinə vurulmuşsan, dünya səni haçan aldadıb? Sənin atalarının bataqlıqlarda qalan yerlərini sənə göstərməkləmi? Yoxsa analarının torpaqlar altında çürüdüyünü göstərməklə? Xudbinliyini əzən və ibrətamiz hadisələr göstərib, öyrədən dünyanı təqsirkar bilmə, özünü təqsirkar bil və özünü danla.
23. Ey camat, sizin üçün, məni nigaran edən ən qorxulu şey 2 növdür: 1-Nəfsani həvəslərinizə itaət etməyiniz, 2-Uzun-yzadı arzularınız. Nəfsani həvəslərə itaət etmək insanı düz və haqq yoldan saxlayar, uzun-uzadı arzular isə axirəti unutdurar.
24. Batinini islah edən adamın zahirini Allah islah edər. Dini üçün işləyən adamın dünyasını Allah təmin edər. Özü ilə Allahının arasını islah edən adamın xalqla arasını Allah islah edər.
25. Qətiyyən bütün işin arvad-uşağın üçün çalışmaq olmasın, çünki, arvad-uşağın Allahın dostlarıdırlarsa, Allah dostlarını tək qoymaz; yox, əgər Allahın düşmənlədirlərsə, niyə Allahın düşmənləri üçün bu qədər çalışırsan?
26. Hər adamın dəyəri onun etdiyi yaxşılıqlardan asılıdır.
27. (Sənin) Üzünün suyu buz kimi donmuşdur. (Ondan-bundan) kömək istəmək onu əridib tpkər. Kimi yanında üzünün suyunu tökdüyünü düşün.
28. Adəm oğluna təkəbbür və qürurlanmaq yaraşarmı? Bir halda ki, onun əvvəli nütfə, axırı isə murdardır.
29. Sizə doğru və kamil bir fəqihin (din aliminin) kim olduğunu tanıtdırımmı? Düzgün bir fəqih insanların Allaha məsiyət etməsinə yol verməyən, onaları Allahın rəhmətindən məyus etməyən, onalrı Allahın gizli və gğrünməz əzabına qarşı əmin qılmayan, Quranı buraxıb, başqa şeylərə yönəlməyən adamdır. Şüursuz və dərrakəsiz ibadətdə xeyir, təfəkkürsüz elmdə dəyər, düşünüb anlamadan olan tilavətdə xeyir yoxdur.
30. Qeyrətli adam heç vaxt zina etməz.
31. Doğrudan da təqvalı adamlar həm dünyadakı nemətlərdən istifadə edər, həm də axirətdə veriləcək nemətləri qazanarlar, dünya əhlinin dünyasına şərik olarlar, halbuki, dünya əhli onların axirətində onanlarla şərik olmazlar.
32. İstər ciddi, istər zarafatyana yalanları tərk etməyən şəxs imanı dadmaz.
33. Dinini dünyanın tabeliçiliyinə gətirsən həm dinini, həm də dünyanı məhv etmiş, axirətdə isə ziyankarların cərgəsində olacaqsan; halbuki, dünyanı dinini tabeçiliyinə gərisən həm dinini qoruyarsan, həm də axirətini, axirətdə isə nicat tapanlardan olacaqsan.
34. Dünya bir ilan kimidir, yumuşaq və incə olduğuna baxmayaraq, öldürücü zəhəri var. Nadan biliksiz ona bel bağlayar, ağıllı və ayıq adam ondan çəkinər.
35. Ey ziyad oğlu Kumeyl, bu ürəklər qablar kimidir. Bunların ən yaxşısı tutumu geni. Olanıdır. Bu sözümü unutma. İnsanlar 3 növdürlər: 1-İlahi alimlər, 2-Qurtuluş naminə elm öyrənənlər, 3-Hər səsə uyan və həryelin əsdiyi tərəfə əsənlər, o adamlar ki, elmin nuru ilə işıqlanmamış və möhkəm bir dayağa arxalanmışlar (pənah aparmamışlar).
36. Sizlərə 5 şeyi sifariş edirəm ki, bunları əldə etmək üçün, yorğa dəvələrə minib (səfərə çıxıb), səhraları dolanasınız, (hər nə qədər zəhmət çəksəniz də) yeri var. O 5 şey aşağıdakılarından ibarətdir: 1-Allahdan başqasına ümid bağlamayın, 2-günahlarınızdan başqa bir şeydən qorxmayın, 3-Cavabını bilmədiyiniz bir söz soruşsalar, çəkinmədən "bilmirik", deyin, 4-Bilmədiyinizi öyrənməkdən utanmayın, 5-Hər bir işdə səbr və dözüm göstərin. Səbr və dözümlə imanın münasibəti, baş ilə bədən kimidir, başsız bədənin faydası olamdığı kimi, dözümsüz imanın da faydası yoxdur.
37. İnsanlarla elə gəl-get edin ki, özlsəniz ağlasınlar, dirildiyinizdə sizin vurğununuz olsunlar.
38. Camaatı bir əmələ çağıran və öz çağırışına əməl etməyən adam, yaysız kamanla ox atan adama bənzər.
39. Cənnət əməlsiz arzu ilə oyx, əməllə qazanılar.
40. Nə qədər çoxdur ibrət dərsləri və nə qədər də azdır ibrət götürənlər!

В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу