Все игры
Обсуждения
Сортировать: по обновлениям | по дате | по рейтингу Отображать записи: Полный текст | Заголовки

Muellimlerin sekilleri

Usaqlar xahis edirem eger kimdese Siyasi Idaretmenin, Umumiyyetle akademiyanin muellimlerinden kimin sekli varsa gondersin de...Biz bu il 4-cu kursuq Venetkaya sekiller lazimdi..Bezileri var ama catismayanlar da var...
Evvelceden tesekkurler

En boyuk "menfi"

Sizce akademiyada en boyuk menfi nedir ? yeni ela bir misal ceke bilersiz ki

hm

hm

настроение: hm
хочется: hm
слушаю: hm

Метки: hm

Akademiyanin müellimleri haqqinda fikirlerimiz...

Buyurun akademiyada ders deyen muellimler haqqinda fikirlerimizi boluşek.. her biriniz fikirleri bizim ucun vacibdirç her halda bu muellimler ucun de maraqli olar... eger oxuyan olsa:))

''XOCALIYA EDALET-QARABAGA AZADLIQ''

EZIZ TELEBE DOSTLARIM!VETENDASH,''VETENIN DASHI'' OLMAQ ELE DE ASAN MESELE DEYIL.GELIN BU YOLDA IRELIYE DOGRU BIR ADDIM ATAQ,VETEN UCUN NEYSE EDEK.XANIM LEYLA ELIYEVANIN BASHLATDIGI ''XOCALIYA EDALET-QARABAGA AZADLIQ'' KAMPANIYASINA DESTEK OLAQ!BUNUN UCUN ''JUSTICEFORKHOJALY.ORG'' SAYTINI ZIYARET EDEK.HER BIRIMIZ INGILIS DILIN BILIRIK VE ORADAKI BEYANNAMENI IMZALAMAQ HEC KES UCUN PROBLEM OLMAYACAQ.BIR COXUMUZUN AILE UZVLERININ INTERNETDEN ISTIFADE EDE BILMEDIYINI NEZERE ALSAQ,ONLARI DA ORA ELAVE ETSENIZ DAHA YAXSHI OLAR.HAL-HAZIRDA BEYANNAMENI 115 TESHKILAT,120864 SHEXS IMZALAYIB(6 OKTYABR 03:35 OLAN FAKT)

VETEN MENE OGUL DESE NE DERDIM,
MAMIR OLUB QAYASINDA BITERDIM....
(M.ARAZ)

tehsil

TƏHSİL         Akademiyanın yaradılması dövlətin möhkəmlənməsi və elmi əsaslarla idarə edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
         Hər il DİA-nın Siyasi idarəetmə və İnzibati idarəetmə fakültələrinə test üsulu ilə təhsilin bakalavr pilləsinə 200 nəfər, magistratura pilləsinə 50 nəfər tələbə, Kadrların ixtisasartırması və yenidən ixtisaslaşması fakültəsinin əyani və qiyabi şöbələrinin müdavimləri sırasına respublikanın müxtəlif dövlət orqanlarında çalışan 75 nəfər gənc məmur qəbul olunur. Akademiyada həmçinin, müxtəlif istiqamətlər üzrə qısamüddətli kurslar da fəaliyyət göstərir. Bu kurslarda il ərzində 8 istiqamət üzrə 300 nəfər rəhbər işçi təhsil alır. Müdavimlər qarşısında müntəzəm olaraq Milli Akademiyanın, müxtəlif ali məktəblərin görkəmli alimləri və eləcə də dövlət və qeyri dövlət orqanlarında yüksək vəzifələrdə çalışan təcrübəli mütəxəssislər və  rəhbər işçilər çıxış edirlər.
         Tələbə həyatını canlandırmaq, tələbələri elmə və Akademiyanın ictimai həyatına fəal cəlb etmək üçün Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, həmçinin, əməkdaşların hüquqlarını qorumaq, məişətləri ilə bağlı məsələlərin həllinə kömək göstərmək məqsədilə Akademiya Həmkarlar Komitəsi və həmçinin Qadınlar şurası yaradılmışdır.
         Təhsillə yanaşı, Akademiyada professor-müəllim heyəti və tələbələr üçün müntəzəm olaraq rəngarəng tədbirlər keçirilir.
         Qısa zamanda beynəlxalq əlaqələr sahəsində də bir sıra addımlar atılmışdır. Akademiyada Fransa, Kanada, Türkiyə, o cümlədən, bəzi MDB ölkələrindəki analoji tədris müəssisələrinin  fəaliyyəti öyrənilir.
         Azərbaycan-Avropa layihəsinin tərkib hissəsi olaraq TEMPUS-TASİS proqramı üzrə Fransanın Qrenobl, Bordo Siyasi Elmlər İnstitutları və İspaniyanın Barselona Universiteti ilə birgə fəaliyyətə əsasən inzibati strukturların rəhbərləri və əməkdaşları təcrübə keçmək üçün bu ölkələrdə olmuşlar.
        Akademiya YUNESKO ilə əməkdaşlığa da mühüm əhəmiyyət verir. Belə ki, burada İnsan Hüquqları, Demokratiya və Sülh problemləri üzrə YUNESKO Mərkəzi fəaliyyət göstərir.
        Dövlət İdarəçilik Akademiyasında təhsil çoxpilləli sistem əsasında aparılır: tələbələr bakalavr pilləsi üzrə 4 il, magistr pilləsi üzrə 2 il təhsil alırlar. Həmçinin təhsildə Boloniya sisteminin tətbiqinə başlanılmışdır. Tələbələrin biliyinin qiymətləndirilməsi çoxballı sistemə əsaslanır. Bundan başqa DİA-da həmçinin, vətəndaşların qiyabi yolla ikinci ali təhsil almaları və ixtisaslarının artırılması  üçün də imkan yaradılmışdır.
         Mütəmadi olaraq Dövlət İdarəçilik Akademiyası Prezident Aparatı və ölkənin digər dövlət və qeyri dövlət strukturları ilə əməkdaşlıq edərək Azərbaycanın regionlarının icra hakimiyyəti nümayəndələri ilə müxtəlif mövzularda, o cümlədən idarəetmədə İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə seminarlar, dəyirmi masalar və treninqlər keçirir.
        Eyni zamanda müxtəlif xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, Prezident Aparatının və Milli Məclisin səlahiyyətli nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər və işgüzar görüşlər keçirilir.
Avropa və MDB ölkələrindəki uyğun strukturlarla Dövlət İdarəçilik Akademiyasının  qarşılıqlı əməkdaşlığı nəticəsində onların iş təcrübələri də öyrənilir.

REKTORUMUZ PROFESSOR SEYFEDDIN QENDILOV

Professor Seyfəddin Mirtağı oğlu Qəndilov Bakı Dövlət Universitetinin “Tarix” fakültəsini bitirmiş, aspiranturada təhsilini davam etdirmiş, namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmiş, professor adını almışdır. Müxtəlif illərdə ali məktəblərimizdə kafedra müdiri vəzifələrində çalışmışdır.
Professor S.Qəndilovun tədqiqatlarının nəticələri 400-ə qədər elmi əsərdə, bir çox monoqrafiya və dərsliklərdə əks olunmuşdur. Alimin rəhbərliyi altında 5 doktorluq, 30 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Professor S.Qəndilovun elmi-tədqiqatlarının mühüm bir istiqamətini Siyasi tarix elmi ilə yanaşı beynəlxalq həyat və xarici siyasət məsələlərinə dair problemlərin tədqiqi təşkil edir. O, bu sahədə də geniş fəaliyyət göstərərək xarici siyasət məsələlərinə dair çap olunmuş kitab və çoxsaylı elmi məqalələrin müəllifi olmaqla bərabər, həm də peşəkar və yüksək ixtisaslı siyasi icmalçı, politoloq kimi respublikada və onun hüdudlarından kənarda tanınmışdır.
Professor S.Qəndilovun səmərəli yaradıcı fəaliyyətinin çox vacib və əhəmiyyətli istiqamətlərindən birini də onun elmi-metodik işləri təşkil edir. Respublikada «Siyasi tarix» fənninin geniş işçi proqramı və ilk dərsliyinin hazırlanması da məhz onun adı ilə bağlıdır.
S.Qəndilov respublikada ali təhsilin təkmilləşdirilib elmi əsasda yenidən qurulması sahəsində görülən işlərdə də yaxından iştirak edir. Onun bilavasitə rəhbərliyi altında hələ 1995-ci ildə Təhsil Nazirliyinin işçi qrupu tərəfindən «Ali məktəblərdə humanitar elmlərin tədrisi və tədqiqinin təkmilləşdirilməsi konsepsiyası», 1997-ci ildə isə Nazirliyin ekspert qrupu tərəfindən «Humanitar elmlər üzrə ali təhsilin istiqamət və ixtisaslarına dair dövlət standartları» barədə sənədlər işlənib hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə prof. S.Qəndilov 1999-cu il fevralın 18-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, 2001-ci il oktyabrın 1-də isə Azərbaycan Respublikasının Dövlət qulluğunu idarəetmə Şurasının üzvü təyin edilmişdir.
Prof. S.Qəndilov dəfələrlə respublikanı mötəbər beynəlxalq konfrans və elmi simpoziumlarda təmsil etmiş, müxtəlif elmi problemlərə dair mühazirələrlə çıxış etmişdir.
Professor S.Qəndilovun təşkilatçılığı və rəhbərliyi altında respublikada kadr hazırlığı istiqamətində də mühüm işlər görülür.Bütün bunlarla yanaşı, prof. S.Qəndilov təcrübəli politoloq kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.

AKADEMİYA HAQQINDA

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 1999-cu ilin 3 yanvarında imzaladığı ilin ilk fərmanı respublikada dövlətçiliyin, elm və təhsilin inkişafı üçün çox əhəmiyyətli bir sənəd oldu. Həmin tarixdən ölkənin və dövlətçiliyin inkişafı və möhkəmlənməsi üçün zəruri sayılan yeni elm və təhsil ocağı yaradıldı. Bu təhsil ocağı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) adlandırıldı.
Respublikada dövlət idarəçiliyi sahəsində yeganə təhsil ocağı olan Akademiyanın adından da göründüyü kimi, vəzifəsi demokratik, müstəqil Azərbaycan dövləti üçün gənclərdən ibarət dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək mütəxəssis kadrlar hazırlamaq, həmçinin mövcud kadrların, dövlət məmurlarının ixtisasının artırılmasından ibarətdir.

В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу