Алиска Абросимова,
29-04-2009 19:24
(ссылка)
Baba Pünhan - nın Qarabağa aid qəzə

BABA PÜNHAN-QARABAĞ GETSƏ ƏGƏR
Məni udsun qara torpaq, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alcaq, Qarabağ getsə əgər.
Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,
Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.
Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,
Yetməz imdadına cildaq, Qarabağ getsə əgər.
Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.
Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.
Girəcək tayqulağın qəbrinə tuşçaldıracaq,
Deyəcək bizdədi arsaq, Qarabağ getsə əgər.
Qatılır gah vəhabiylə xristian bu isə,
Atmaq ücün təzə qarmaq, Qarabağ getsə əgər.
Belə şirli və müəmmalı gedişnən, Pünhan,
Ümid Allahadır ancaq, Qarabağ getsə əger.

MƏN QARABAĞÇÜN YAŞADIM!!!
Elə zənn eyləmə ki, tək yaşamaqçün yaşadım,
Mən elin dərdini gizlin daşımaqçün yaşadım.
Bir ürək dözmədi yüksəklərin alçaqlığına,
Ona güc verdi xuda dözməli dağcün yaşadım.
Gözümün qarəsi esk ilə töküldü varağa,
Varağım qarələnincə bu varağçün yaşadm.
Gələcək nəslə həqiqətləri çatdırmaq üçün,
Anadan olmayan onlarla uşaqçün yaşadım.İblisin son gününə xeyli marağım var
idi,
Allahın hökmü ilə böylə maraqçün yaşadım.
Mən demişdim kişi yox, ölkə papağnan doludur,
Bu mənə yer eledi, bax bu papaqcün yaşadım.
Bir Müqəddəs qonağın gəlməsin hiss etmə deyəm,
Elli dörd ildi dözüb sirli qonaqçün yaşadım.
Pünhanın bağın alıb zorla keçirtdin adına,
Sən bu bağçün yaşadın mən Qarabağçün yasadım.

AĞLA,TARIM!!!
Qoluna bağla qara, Qarabağa ağla tarım,
Naləmi qos qatara çək o dağa ağla tarım.
Bakıda hər gecə əyləncəli kef məclisinə,
Qarabağda necə sönmüş ocağa ağla tarım.
Nə qədər sən demə biganəsi varmış vətənin,
On beş ildir yerə girmiş papağa ağla tarım.
Necə gülçöhrə əsir oldu o məlun yağıya,
Səslə əsgərləri qaldır ayağa ağla tarım.
Türkün məzalarını əcnəbi xaricdə satır,
Bu böyük dərdə uzaqdan-uzaqa ağla tarım.
Xislətindən gələn arsızlıqa risxənd ilə gül,
Həsrətindən gözü dolmuş bulağa ağla tarım.
Bir elin dərdini bir tel çəkə bilməz bilirəm,
Qəmli tellər çəkən hər pir aşığa ağla tarım.
Pünhanın haqq sözü eldən-elə Pərvaz eləyir,
Qonmasa gərçi dodağdan-dodağa ağla tarım.
Qarabağ boy-boy!
Nə qədər mümkün olursa, Vətəni soy-soy-soy,
Qarabağ boy-boy-boy.
Qarabağ mooy-mooy.
Bilirəm ac canavarsan, yeginən doy-doy-doy,
Qarabağ boy-boy-boy.
Qarabağ mooy-mooy.
Qarabağ şapkasın aldın, nə gəzirsən baş açıq?
Qarabağdan qara çıx.
Kişilikdən danışanda başına qoy-qoy-qoy,
Qarabağ boy-boy-boy.
Qarabağ mooy-mooy.
«Qradın üstə çapırdım», mənə olmazdı çatan,
Kötüyüm Atropatan.
Dedi Xankəndinə sürmə «qrad»ı hoy-hoy-hoy.
Qarabağ boy-boy-boy.
Qarabağ mooy-mooy.
Qaragöz qızlarımız qaldı əsir oldu «ona»,
O da göndərdi Cona.
Bu da burda oxuyur ki, qaragöz boy-boy-boy
Qarabağ moy-moy-moy.
Qarabağ mooy-mooy.
Neçə yol erməni qırdım, yatıram türmədə mən,
Məni heç yoxdu görən.
Mənə xain dedi, alçaq kanavoy, voy-voy-voy
Qarabağ boy-boy-boy.
Qarabağ mooy-mooy.
Batıb ordun, gördüm, ordumuzun əsgərisən.
Bir sümük, bir dərisən,
İrəli, marş irəli, ağzını aç poy-poy-poy,
Qarabağ boy-boy-boy.
Qarabağ mooy-mooy.
Dubayı siğə edib Azərbaycan maralı,
Maral olmuş oralı.
Buna Məclis də yumub gözlərini, oy-oy-oy,
Qarabağ boy-boy-boy.
Qarabağ mooy-mooy.
Baba toy tutdu qələmnən kimə, Pünhan, bilirəm,
Onu pünhan güdürəm.
tutacaqdır o da bir gün Babaya toy-toy-toy.
Qarabağ boy-boy-boy,
Qarabağ mooy-mooy.
QARABAĞ ?
İki bağ əlli otaq - nəyimə gərəkdir Qarabağ.
Bura dərya, ora dağ - nəyimə gərəkdir Qarabağ.
Qıdı Kirvəm də mənimlə qapı bir qonşu düşüb,
Vururuq gündə araq - nəyimə gərəkdir Qarabağ.
Deyirəm, yaxşı ki, çox qurdalamırlar bu işi,
Dolanır arvad-uşaq - nəyimə gərəkdir Qarabağ.
Yekə dağlar ətəyindən tutan alçaq təpəyəm,
Təpədəndirsə maraq - nəyimə gərəkdir Qarabağ.
Onun hərbində də, sülhündə də şirlər görünür,
Qalanır sirli ocaq - nəyimə gərəkdir Qarabağ.
Demə, yüzlərlə "matağ"lar dolaşırmış Bakıda,
Bakıda varsa "matağ" - nəyimə gərəkdir Qarabağ.
Bu Baki əhli nə sadə, nə qonaqpərvər imiş?!
Oturub başda qonaq - nəyimə gərəkdir Qarabağ.
Binədə, Maştağada çox yeri zəbt eləmişəm,
Nə dinir dil, nə dodaq - nəyimə gərəkdir Qarabağ.
Kimisə atəşi kəsdi, kimi düşmən qulağın,
Xatası məndən uzaq - nəyimə gərəkdir Qarabağ.
O qədər səbr edirik ki, dığa həll etsin işin,
Sümüyə çatsa bıçaq - nəyimə gərəkdir Qarabağ.
Demə, Pünhan, Qarabağ bir də gərəkdir nəyimə,
Yaşıla, qırmızıya, göyümə gərəkdir Qarabağ.

В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу