Все игры
Запись
Это спам

Гянджа - любимый город


Qəssab Comərd... Çoxlarınız, bəlkə də, ilk dəfədir bu ismi duyursunuz. Amma çox tanımalı və tanıyarkən çox təsirli insandır. VII əsrdə qədim Gəncə ərazisində yaşamışdır. Gerçək ismi nə yazıq ki, bəlli deyil. Qəssablıq etmiş, igid birisi olduğu üçün Comərd ləqəbini almışdır. Tarixi bilgilərdə göstərilir ki, Comərd Həzrət Əlinin (ə) zamanında yaşamış və ona xüsusi bir məhəbbəti olmuşdur. Hələ atəşpərəstliyin geniş yayıldığı o dövrdə İslam dinini ilk qəbul edənlərdən olmuş və dinini gizli saxlamağa məcbur qalmışdır. Çox doğruçu, dürüst olması ilə seçilmişdir. Onun haqqında deyilir ki, Qəssab Comərd heç vaxt tərəzidən istifadə etməmiş, əti kəsərkən “Ya Əli!” deyib əti kəsmiş və heç kəs də onun çəkisindən narazı qalmamışdır. Hətta xalq arasında belə bir inanc da var ki, Həzrət Əli (ə) Azərbaycana gələrkən onun qonağı da olmuşdur. Ölümündən sonra xeyirsevər insanlar XIII əsrdə onun məzarı üzərində türbə tikmiş və məscid ucaltmışlar. Təəssüflər olsun ki, XX əsrin 60-cı illərində məqbərənin yaxınlığında tikilən Ət Kombinatına istilik xəttinin çəkilməsi üçün beton dirəklərin basdırılması bəhanəsi ilə, bu uca insanın məzarı üzərində tikilən abidə vəhşicəsinə dağıdıldı. Halbuki, bu xətti bir qədər məqbərədən kənardan da çəkmək olardı. Bununla insanların dininə, imanına, kimliyinə təcavüz olundu. Şükürlər olsun ki, sonralar türbənin yeri tapılmış və 2004-cü ildə tarixi memarlıq üslubuna uyğun olaraq bərpa olunmuşdur. Ən əsası isə, insanlar öz sevdiyi, dillərində və qəlblərində daim yaşatdıqları, dualarında hər vaxt xatırladıqları bir şəxsin məzarını yenidən ziyarət etmək xoşbəxtliyinə nail olmuşlar.

Нравится

Вы не можете комментировать, т.к. не авторизованы.