Ulkar Hamdullayeva,
27-08-2008 09:47
(ссылка)
PRoMete---KASIB YOLCHU.....

Vaxt var idi azadlıq arzusunda idim…
Azdalığı üstündə "usa" yazılmış papağı almaqda görürdüm. Yadımdadı üç ay ağlamışdım
bu papaqdan ötrü onda ailədə maddi vəziyyətimiz yaxşı deyildi. Anam isə sanki
"imkanımız var, amma sənə bu papağı almırıq" kimi aparmışdı özünü. Və mən onda
birinci dəfə özümün pul qazanmalı olduğumu dərk eləmişdim. Və qazanmağa da başladım.
Aliminium və butulka yığıb satdım bir həftə ərzində papağa lazım olan məbləği
topladım(3 məmməd). Amma papaq almadım pulu gətirib evə verdim. Artıq azad idim…
Vaxt var idi azadlıq arzusunda idim…
Papaq da az gəlmişdi. Sumqayıtda birinci dəfə kompüter kursları açılanda
(6-cı sinifdə oxuyurdum). Mən bu dəfə üç il ağlamalı oldum. Gözlərim zəif olduğu
üçün eynək taxırdım. Ona görə də ancaq 9-cu sinifdə məni kurslara getməyə qoydular…
Kompüter gözlərimə doğrudan da təsir etdi - üç ay ərzində gözümün fokusu düzəldi
və mən artıq uzağı yaxşı görürdüm… həm də azad idim!
Vaxt var idi azadlıq arzusunda idim…
Uşaqlıqdan atam məni "instituta girmək sənin birinci amalın olmalıdı" deyə böyütmüşdü.
11-ci sinifdə oxuyanda imtahana bir gün qalmış məni çağırıb dedi ki, girməsən də narahat
olma. Çünki bu da son deyil. İmtahan sabah idi. Mən gecə yata bilmədim – imtahana getdim,
imtahan verdim, axşam balları toplayanda 500 balı keçdiyim bəlli oldu. İmtahanın
nəticələri çıxanda isə atamın gözləri dolmuşdu…
Mən növbəti dəfə azad idim… həm də atamla birlikdə!
Vaxt var idi azadlıq arzusunda idim…
Evdən ayrılıb kirayə yaşamaqda, öz evimdə yaşamaqda görürdüm azadlığı. Və indi yaşayıram.
Amma yalnız bura köçəndən sonra dərk eləmişəm ki, bu vaxtacan seçdiyim hədəflər mənə kiçik
azadlıqlar bəxş eləsə də ən böyük azadlığıma hələ də çatmamışam…
Mən sadəcə bu yolda yol kənarında evlər tikərək gedirdim. Amma heç bir ev mənim mənimi
özündə qonaq edə biləcək qədər böyük deyildi.
Və mən artıq ev tikməmək qərarına gəlmişəm. Çünki tikdiyim evlərə mənim güclə sığışırsa
sizi ora necə yerləşdirəcəm?!.
Odur ki, mənə sadəcə bu yolda getmək belə bəs edər.
Kim istəyir gəlsin!
Mən AZADLIQ arzusundayam…
настроение: Внимательное
слушаю: H.O.S.T-DUSHUNCE....
Ulkar Hamdullayeva,
27-08-2008 09:34
(ссылка)
H.O.S.T ALLIANCE (PROLOQ-2007)----NECHE..

Her nagilin bir sonu sevincli seyfe,amma, men yene-yene-yene tenha
Neçə günəş gərəkdir, ürəyimi isitməkçün?
Neçə dəniz yuya bilər yaddaşımı və günahlarımı?
Neçə külək gərəkdir göz yaşlarımı qurutmaqçün?
Neçə mələk gərəkdir sənin gözəlliyini unutmaqçün?
Neçə sınıq saat gərəkdir bu zamanı saxlamaqçün?
Neçə bəyaz yastıq hönkürüb ürəkdən ağlamaqçün?
Neçə qanad gərəkdir çırpınıb uçum ulduzlara?
Neçə qıfıl gərəkdir ürəyi bir dəfəlik bağlamaqçün?
Neçə yağış gərəkdir qurumuş hər ağac çiçəklə dolsun?
Neçə bulud gərəkdir qar dizə kimi gecəylə dolsun?
Neçə məzar gərəkdir dolsun içinə bütün ümidlər?
Meyidlər rahat yatsın, deyin, neçə döşək gərəkdir?
Neçə vərəq gərəkdir, neçə qələm gərəkdir kağıza mürəkkəb
Həyat çox mürəkkəb, çətindir düzəltmək,
yaranı sağaltmaq,
kədəri azaltmaq,
əzabı qısaltmaq
dünyanı əksinə fırlatmaqçün neçə külək gərəkdir?!
Bize isti baxishlarla baxir sehne,sagaldiqca yara unuduldu sehvler,
Her nagilin bir sonu sevincli seyfe,amma, men yene-yene-yene tenha
Neçə əsgər lazımdır səngərlərimiz boş qalmasın deyə?
Neçə xəritə lazımdır bizə millət yolunu azmasın deyə?
Neçə kapsulada dərman ki yaralarımızı keyitsin bir neçə müddətlik?
Neçə fərman ki təbəssüm çöksün üzünə xalqımın bəlkə bir həftəlik?
Neçə demokratik uçuş gətirən təyyarələr neft dalıyca?
Neçə zolaqlı bayraq xilas edəcək bizi görəsən ən dar anda?
Neçə kilsədə məsciddən qorx qaç deyəcək dünya hələ bizlərə?
Neçə propoqanda basılar beyinlərə Hollywood dönəcək siyasətə.
Neçə irqdən insanlar qıracaq bir birini ancaq dəri rənginə görə?
Neçə cüt göz basdıracaq ümidlərini oğlu qızıyla bir qəbirə ?
Neçə vəhşiliyin şahidi insanlar dönəcək manyaklara?
Neçə nüvə silahının nüvələri sayı qədər ac insan batacaq səhrasında?
Neçə fitnə, neçə soyqırım, neçə ton qan, neçə min edam, neçə işqal...
Neçə zindan namus qoruyanına ömürlük həpslə elektrik stulları?
Neçə sərhəd ayırası məni məndən, H.O.S.T?!
Nəqarəti qaytarın!
Bize isti baxishlarla baxir sehne,sagaldiqca yara unuduldu sehvler,
Her nagilin bir sonu sevincli seyfe,amma, men yene-yene-yene tenha
Neçə xəyanət gərəkdir əsil sevginin qədrini bilmek uchun
настроение: Задумчивое
слушаю: H.O.S.T NECHE,,,,
Ulkar Hamdullayeva,
21-08-2008 11:17
(ссылка)
H.O.S.Tdan teze xeberler....

BU GUNLERDE ERRANT VE JAMAL ALI QRUPU TERK ETDILER....
ONDAN EVVEL DERVISH ILE FELON DE JURE TERK ETMISHDILER...
INDI H.O.S.Tda PROMETE,QARAQAN,AID VE FECK QALIBLAR......
SEBEB-SHEXSI PROBLEM VE IDEOLOJI SEBEBLER...
H.O.S.T DAGILMIR,TEKMILLERSHIR. KIM NECE ISTIYIR QEBUL ELESIN..
DAGILMAGA DOGRU DEYIL BU ADDIMLAR...
настроение: Грустное
слушаю: H.OS.T
___pRiNcEsS___ ......,
19-08-2008 21:14
(ссылка)
H.O.S.T-un en cox beyendiyiniz repi......

настроение: Веселое
слушаю: H.O.S.T-yene tek
Ulkar Hamdullayeva,
15-07-2008 12:16
(ссылка)
H.O.S.Tda neyi beyenirsiniz????
Вы слушаете H.O.S.T???
Ulkar Hamdullayeva,
06-07-2008 19:22
(ссылка)
Без заголовка
H.O.S.Tua qulaq asirsiniz???? H.O.S.Tda neyi beyenirsiz???
Без заголовка
я рад быть участникм такого сообщества!!! мне б хотелось чтоб участники этого сообщество принемали активное участие в развитие этого сообщества!!!!прошу каждого из вас писать интересное и замечательное о нашей стране!!!!!чтоб все смогли видеть как прекросна наша РОДИНА!!!!!!!!!!!!1
В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу
Чтобы их читать, Вам нужно вступить в группу