Сулейман Гусейнов,
24-05-2011 14:52
(ссылка)
BOLADI
Qoynundan dunyaya eyladim safar,
Corayin,suyunla oldum baxtavar.
Arzular baqinda gordum bar-bahar,
Ey barli-bahrali gozal Boladi,
A cimi bola di,cimi xosa di!
Gozaldir dovranin,xowdur amalin,
Cahana ziynatdir cahin,calalin.
Burda qanad acib wair xayalim,
Qowub neca weir,qazal,Boladi,
A cimi bola di,cimi xosa di!
Yawil cay kollarin hey baw-bawadir,
Goran heyran qalir,bir tamawadir,
Nafasin insani yuz il yawadir,
Uzun omurlara tamal Boladi,
A cimi bola di,cimi xosa di!
Cansiza can verir limon,naringi,
Dadsiza dad verir ziyad,lavangi.
Maqrursan,bawinda qeyrat calangi,
Qeyrati har weydan azal Boladi,
A cimi bola di,cimi xosa di!
Har qizin cicakdir,oqlun qahraman,
Onlarla oyunur yurd Azerbaycan.
Ewqinla doyunur urayim har an,
Dawina,tozuna qurban Suleyman,
Adin dildan-dila gazar, Boladi,
A cimi bola di,cimi xosa di!
Corayin,suyunla oldum baxtavar.
Arzular baqinda gordum bar-bahar,
Ey barli-bahrali gozal Boladi,
A cimi bola di,cimi xosa di!
Gozaldir dovranin,xowdur amalin,
Cahana ziynatdir cahin,calalin.
Burda qanad acib wair xayalim,
Qowub neca weir,qazal,Boladi,
A cimi bola di,cimi xosa di!
Yawil cay kollarin hey baw-bawadir,
Goran heyran qalir,bir tamawadir,
Nafasin insani yuz il yawadir,
Uzun omurlara tamal Boladi,
A cimi bola di,cimi xosa di!
Cansiza can verir limon,naringi,
Dadsiza dad verir ziyad,lavangi.
Maqrursan,bawinda qeyrat calangi,
Qeyrati har weydan azal Boladi,
A cimi bola di,cimi xosa di!
Har qizin cicakdir,oqlun qahraman,
Onlarla oyunur yurd Azerbaycan.
Ewqinla doyunur urayim har an,
Dawina,tozuna qurban Suleyman,
Adin dildan-dila gazar, Boladi,
A cimi bola di,cimi xosa di!
Илтимас Гейдаров,
31-10-2010 12:56
(ссылка)
BOLADI KENDINE HESR OLUNMUS KLIP!!
Метки: Азербайджан, азери, BOLADI TARIXI, LENKERAN, talish
Seyran Aliyev,
09-03-2012 12:14
(ссылка)
Güles üzre Respublika aciq turnirinde shagirdlerimiz
7 Mart
2011-ci ilde Lenkeran seherinde kecirilmis Güles üzre Respublika aciq turnirinde
Boladi kend 1 sayli orta mektebimizin 4 sagirdi moteber yerler qazanmisdir.
Cavadov Mirrehim - I Yer. Qizil medal
Rzayev Vüsal -III Yer
Cavadzade Mirhüseyn -III Yer
Aqayev Eltay - III-Yer
İdmancilarimizin mesqcisi Elmir Cavadovu tebrik
edirik.
Hamisina yeni-yeni uqurlar arzulayiram.
Илтимас Гейдаров,
24-05-2010 19:57
(ссылка)
kendlimiz Mageramali ismayilovun yeni mahnisi talis dilinde
настроение: xosuna gelirmi
Seyran Aliyev,
19-04-2011 10:48
(ссылка)
Boladi MM Qerergahi
Azərbaycan Respublikası
Lənkəran ŞİHB-nın Boladi kənd inzibati ərazi dairəsində nümayəndəliyi
ƏMR №___
Boladi kəndi. 05 yanvar 2011-ci il.
Boladi kənd icra nümayəndəliyində Mülki Müdafiənin
təşkil olunması haqqında.
Azərbaycan Raspublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998- ci il tarixli 193-saylı Qərarının tələblərinə uyğun olaraq işçilərin və əhalinin fövqəladə hadisələrdən mühafizəyə və fəaliyyətə hazırlanması məqsədi ilə Boladi kənd icra nümayəndəliyində Mülki Müdafiə təşkil olunsun.
I.Boladi kənd icra nümayəndəliyində MM-tədbirlərinin vaxtaşırı yerinə yetirilməsi üçün aşağıdakı tərkibdə qərargah yaradılsın:
MM-qərargahının rəisi: Hüseynov Nizami Məsi o.-i.n. müavini
Qərargah rəisinin müavini: İbadov Xətail Əyyub o.bələdiyyə üzvü
Qərargahın üzvləri:
1.Əliyev Seyran Heydər o.-1 saylı orta məktəb müəllim
2.Cavadov Əbülfət Nuru o.icra nümayəndəliyinin mühasibi
3.İsmayılov Fikrət Nüsrət o.-bələdiyyə üzvü
4.Hüseynov Rəşid Ağaxan o.-bələdiyyə üzvü
II.Fövqəladə hallarda xilsetmə və digər təxirəsalınmaz işləri vaxtında və səmərəli aparmaq,Mülki Müdafiə tədbirlərinin kompleks həlli məqsədi ilə aşağıdakı tərkibdə MM-qüvvələri yaradılsın.
-Yanğından müdafiə manqası – 1/5
-Xilasetmə manqası – 1/5
-Rabitə manqası – 1/5
-Sanitar manqsı -1/5
Lənkəran ŞİHB-nın Boladi kənd
İƏD-də icra nümayəndəsi İ.R.Mehtiyev.

19-01-2012 11:40
(ссылка)
Kendimizde ADSL Syretli internet !!
HORMETLI HEMYERLILERIMIZ !! KENDIMIZE YANVAR AYINDAN BASHLAYARAG ADSL SURETLI INTERNET GURASHDIRILMAGA BASHLAYIB !! BUTUN ARZU EDENLERI GISA MUDDETE BOLADI KEND AZTELEKOM FILALI YUKSEK SEVIYYEDE TEMIN ETMEYE HAZIDIR....ARZU EDENLER BUYURSUNLAR !!!
Сулейман Гусейнов,
05-06-2011 10:14
(ссылка)
KANDIM ("BIR HAZIN NAQMA" KITABIMDAN)
NA VAXTDIR SANINLA GORUWMURUK BIZ,
SEVINCI,KADARI BOLUWMURUK BIZ,
KUSMUSAN DEYIRLAR,GALIB CATIB SOZ,
KUSNA,AQRIN ALIM,A DOQMA KANDIM!
QAYQILAR ALIBDIR MANI QOYNUNA,
QAYIDA BILMIRAM TEZ-TEZ YANINA,
BALAN TAK SARILIB SANIN BOYNUNA,
RAHAT NAFAS ALAM,A DOQMA KANDIM!
UWAQLIQ XATIRAM CAY KOLLARINDA,
IZIMSA YAWAYIR DAW YOLLARINDA.
QOY BIR DA MACNUN TAK DOLAYLARINDA,
GAZIM AYAQYALIN,A DOQMA KANDIM!
HAR OQLUN QAHRAMAN,QIZIN QEYRATLI,
HAR QARIW TORPAQIN GOZAL,HEYRATLI,
YAWIL ZAMILARIN BARLI,NEMATLI,
NA XOWDUR CALALIN,A DOQMA KANDIM!
DARDLARA DARMANDIR ATIRLI CAYIN,
GOZALDIR PAYIZIN,GOZALDIR YAYIN,
SANDAKI QUDRATIN HANSINI SAYIM,
QUDRATIM,KAMALIM,A DOQMA KANDIM!
ADINA BOLADI DEYIB BABALAR,
BOLADI-VARLI KAND,BU MANASI VAR.
TAPILMAZ SANIN TAK DOVLATLI DIYAR,
DOVLATIM,HAM VARIM,A DOQMA KANDIM!
SANIN HASRATINLA AQARIR BAWIM,
OLANDA QOYSALAR MANA BAWDAWI,
SANIN TORPAQINDAN BIR QIRIQ DAWI,
NURLANAR MAZARIM,A DOQMA KANDIM!
SANI VASF ETMAKDAN DOYMUR URAYIM,
DINC,RAHAT OLMAQA QOYMUR URAYIM,
MANA SAN VERMISAN DUZU,CORAYI,
QOY OLSUN HALALIM,A DOQMA KANDIM!
MAN KI,BIR OCAQAM,YANIB SONARM,
YAWAYIB YANINA YENA DONARAM,
OLSAM,QUCAQINDA INAN,OLARAM,
SANSAN SON MAKANIM,A DOQMA KANDIM,
MANIM QIBLAGAHIM,MANIM BOLADIM!
SEVINCI,KADARI BOLUWMURUK BIZ,
KUSMUSAN DEYIRLAR,GALIB CATIB SOZ,
KUSNA,AQRIN ALIM,A DOQMA KANDIM!
QAYQILAR ALIBDIR MANI QOYNUNA,
QAYIDA BILMIRAM TEZ-TEZ YANINA,
BALAN TAK SARILIB SANIN BOYNUNA,
RAHAT NAFAS ALAM,A DOQMA KANDIM!
UWAQLIQ XATIRAM CAY KOLLARINDA,
IZIMSA YAWAYIR DAW YOLLARINDA.
QOY BIR DA MACNUN TAK DOLAYLARINDA,
GAZIM AYAQYALIN,A DOQMA KANDIM!
HAR OQLUN QAHRAMAN,QIZIN QEYRATLI,
HAR QARIW TORPAQIN GOZAL,HEYRATLI,
YAWIL ZAMILARIN BARLI,NEMATLI,
NA XOWDUR CALALIN,A DOQMA KANDIM!
DARDLARA DARMANDIR ATIRLI CAYIN,
GOZALDIR PAYIZIN,GOZALDIR YAYIN,
SANDAKI QUDRATIN HANSINI SAYIM,
QUDRATIM,KAMALIM,A DOQMA KANDIM!
ADINA BOLADI DEYIB BABALAR,
BOLADI-VARLI KAND,BU MANASI VAR.
TAPILMAZ SANIN TAK DOVLATLI DIYAR,
DOVLATIM,HAM VARIM,A DOQMA KANDIM!
SANIN HASRATINLA AQARIR BAWIM,
OLANDA QOYSALAR MANA BAWDAWI,
SANIN TORPAQINDAN BIR QIRIQ DAWI,
NURLANAR MAZARIM,A DOQMA KANDIM!
SANI VASF ETMAKDAN DOYMUR URAYIM,
DINC,RAHAT OLMAQA QOYMUR URAYIM,
MANA SAN VERMISAN DUZU,CORAYI,
QOY OLSUN HALALIM,A DOQMA KANDIM!
MAN KI,BIR OCAQAM,YANIB SONARM,
YAWAYIB YANINA YENA DONARAM,
OLSAM,QUCAQINDA INAN,OLARAM,
SANSAN SON MAKANIM,A DOQMA KANDIM,
MANIM QIBLAGAHIM,MANIM BOLADIM!
Seyran Aliyev,
15-10-2011 09:52
(ссылка)
Без заголовка
Bu gun Boladi 1 sayli tam orta mektebinde İmeclik keçirildi. İmeclikde qurumuş aqaclar kesildi, yeni aqaclar ekildi. Mektebin baqinda seliqe sahman yaradildi.
Илтимас Гейдаров,
05-11-2010 09:52
(ссылка)
ТАЛЫШ ТОРПАГЫ!!
Метки: talish, LENKERAN, Азербайджан, азери, KLIP BOLADI, мы всегда рядом, BOLADI TARIXI
Seyran Aliyev,
10-02-2011 14:55
(ссылка)
Boladi kendinin merkezi kucesi temir olunur
Boladi kendinin merkezi kuceleri temir olunur. Bele ki , kendin merkezi kucelerine coxlu qrabil tokulmushdur ve hal hazirda tokulen qrabillerle yaranmish golmeceleri doldururlar. Kuceler Boladi belediyesi hesabina temir olunur. qeyd edim ki, bu yaxinlarda kendimizin Kachoqa mehellesinin kucelerinde xeyriyyechi imkanlilar terefinden de bu cur temir ishleri aparilmishdi.
Seyran Aliyev,
21-08-2011 21:10
(ссылка)
Boladiden xeberler
Boladi kendinde qaz chekilisi yeniden start goturub. Bele ki, kende coxlu sayda qaz borulari getirilmisdir. Asfalt boyunca cekilmis borular yere basdirilir. Hemcinin bir nece ara kuchelerdede bu isler davam edir
Seyran Aliyev,
19-02-2011 15:18
(ссылка)
Boladi mektebinden xeberler
Boladi kend 1 sayli tam orta mektebinde Shahmat derneyi fealiyyete bashlamisdir. Dernekde ishtirak etmek isteyenler Ashur muellime muraciet ede bilerler
настроение: Внимательное
Метки: Boladi mektebinden xeberler
Elshan VAQIFOGLU,
06-04-2010 21:14
(ссылка)
Без заголовка
Boladı - Azərbaycanın Lənkəran rayonunda kənd.
[redaktə / تحریر] Tarixi
Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da , amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Ərazisinə və əhalisinin sayına görə Lənkaranda ən iri kəndlərindən hesab olunur. Rayon mərkəzindən 19 kilometr şimal-qərbdə, Bakı-Astara şose və dəmir yolundan 3 kilometr aralı, Boladi çayının sahilində yerləşir. Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da , amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər .Bu, qədim yunan coğrafiyaşünası , tarixçi Strabonun “Coğrafiya” kitabında qeyd olunur. Müəllif öz əsərində Lənkaranın bir çox yaşayış məntəqələri sırasında Boladinin də adını çəkir. Mərhum tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə bu ərazidə yerləşən “Qarağac” ocağının 800 ildən çox yaşı olduğunu yazmışdır. “ Alman alimi və səyyahı A.Olri 1616-cı ildə müxtəlif səfirliklərə və muzeylərə təqdim etdiyi hesabat və gündəliklərdə Boladinin adını çəkmişdir. Rus səyyahı və diplomatı Artemey Suxanov “Rəştdən Qızlağaca qədər və Gilan vilayətinin sonuna kimi ” kitabında yazmışdır: “ 1638-ci ilin fevralın 7-də Ləngərgünana gəldik... Qızılağaca gedərkən fevralın 11-də dörd dərin çaydan keçdik. Bunlar Kasiende, Noabine, Cil və Buladi çayları idi.” Oxuculara məlumat üçün bildirmək istəyirik ki, Cil və Boladi öz adlarını bu günədək qoruyub saxlamışdırsa da, Kasiende və Noabine çaylarına müasir xəritələrdə təsadüf edilmir. Talış-Muğan mədəniyyətinin bir qolu Lənkəran düzənliyində yerləşmişdir. Boladi kəndi də bu düzənlikdə yerləşir. Azərbaycan EA Tarix İnstitutunun ekspediya dəstəsi 1984-cü ildə Lənkəran bölgəsində tədqiqat işləri apararkən müəyyən edilmişdir ki, bu ərazidə hələ çox qədim zamanlardan öz təbii coğrafi şəraitinə görə ibtidai insanların yaşaması üçün əlverişli olmuşdur. Arxeoloji qazıntılar zamanı kəndin seyidoba yaşayış məhəlləsində, Boladi çayının sağ və sol sahilində qədim insanların istifadə etdikləri əl çapacaqları, tunc bıçaq, ox, nizə, xəncər, qılınc, saxsı qabları və s. əşyalar tapılmışdır. Alimlər sübuta yetirmişlər ki, kəndin ərazisində hələ eramızdan əvvəl II minillikdə insanlar məskunlaşmış, ibtidai əmək alətlərindən istifadə etmişlər. Boladi kəndinin tarixi keçmişindən təsadüfi söhbət açmadıq. Mütərəqqi görüşlü adamlar, qəbilə başçıları, din xadimləri tərəqqini, nicat yolunu təhsil və elmdə görürdülər. Təhsil inqilaba qədər fərdi xarakter daşımış, mollaxana və mədrəsələr fəaliyyət göstərmişdir. Nəcəfül-Əşrəfdə, Məsmeyi-Qumda, Xorasanda və digər dini mərkəzlərdə təhsil almış axund və mollalar burada dərs demiş, ərəb və fars dillərində yazıb oxumağı öyrətmişlər. Mollaxana və mədrəsələrdə dərs deyənlər arasında axund Mirməhərrəm Dadaşov, molla Kərim, molla Rəhman, oğlu axund Məhəmmədhüseyn Adıgözəlov, axund Həmid Rzayev, axund Ağaxan Hüseynov və başqalarının adı bu gün də yaşlı nəslin dilindən düşmür. Sən demə, qəzanın bir çox yaşayış məntəqələrində olduğu kimi, Boladi kəndində də elmə və təhsilə tarixən maraq olub. İnqilaba qədər kəndin molloba məhəlləsindəki məsciddə mədrəsə fəaliyyət göstərmişdir. Nəcəfül – Əşrəfdə, Məsmeyi – Qumda, Xorasanda və digər dini mərkəzlərində təhsil almış axund və mollalar burada dərs demiş, uşaqlara ərəb və fars dillərində yazıb – oxumağı öyrətmişlər.1920 – ci ildə Kor mollanın dərs dediyi mədrəsədə 12 uşağın, o cümlədən 4 qızın oxuduğunu söyləyənlər vardır. Kərbalayı Həmid Rzayev axundluq etdiyi molloba məscidindəki mədrəsədə dərs demişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Boladi kəndində yeni tipli məktəbin açılmasına təşəbbüs göstərilmişdir. 1921-ci ildə təşkil olunmuş savad kursua evdar qadınlar da cəlb edilmişlər. Bu dövrdə kəndin ayrı – ayrı məhəllələrində savad kursları təşkil olunmuş, burada oxuyanlara “Zərbəçi maarifçinin kitabçası” vəsiqəsi verilmişdir. Fəaliyyət göstərdiyi 1922-ci ildə məktəbə 20 nəfər cəlb olunmuşdur. Onların arasında Musaxan Ağayev, Əliabbas Rzayev, Əsgər Qəniyev, Kərəm Rzayev, Ağababa Nəsirov, İslam Əhmədov, Güllaba Quliyev və başqaları olmuşlar. Qonşu Separadi , Zövlə , Sağlaser , Cil , Vilvan və digər kəndlərdən də məktəbə təhsil almağa gəlirdilər. Lənkəran qəzasında , o cümlədən Boladi kəndində 8 - 12 yaşlı uşaqların tamamilə məktəbə cəlb etdirmək günün ən vacib məsələsinə çevrilmişdir. Professor Z. Budaqova yazır ki, 1929-cu ildən latın əlifbasına keçən talışlar ibtidai hazırliq siniflərində, həmçinin texnikumların birinci və ikinci kurslarında öz ana dillərində oxumuşlar.M.Nəsirli və Ş.Mürsəlovun 1929-cu ildə çap olunmuş “ Səvodin bibən ” ( Savadlı olun – red. ) talış dili dərsliyindən Boladi kənd məktəbində “ Əlifba ” kimi istifadə edilmişdir. Savadsızlığa qarşı aparılan mübarizə öz səmərəsini vermişdir. Məktəblərin ayrı-ayrı məhəllələrdə pərakəndə halda fəaliyyət göstərməsi kənd ziyalılarını az narahat etmirdi.Təşəbbüs rayon rəhbərliyi tərəfindən razılıqla qarşılanmış və 1937-ci ilin noyabr ayında kənddə ikimərtəbəli , 20 sinif otağından ibarət , orta təhsil verən yeni məktəb binası istifadəyə verilmişdir.Məktəbin tikintisində kolxozun sədri Əbdül Kəlbiyevin xidmətləri vardır. Məktəbin ilk müdiri Böyükağa Talışxanovdur. O, 1922 – 1928 –ci illərdə məktəbə rəhbərlik etmişdir.Yaqub Axundov ( 1928-1931), Abdulla Quliyev ( 1932-1937), Məmməd Kərimov ( 1937-1941 , 1950-1978 ), Möhsün Dadaşov ( 1941-1943), Abdulla İbadov ( 1943-1944 ),Şükür Hüseynov ( 1944-1949), Vəliağa Əligülov ( 1978-1982), Həmid Hüseynov ( 1983-19930, Ramazan Quliyev ( 1993-cü ildən ) müxtəlif illərdə məktəbin direktoru işləmişlər. Bu təhsil ocağı 1922-1934-cü illərdə ibtidai, 1934-1938-ci illərdə əsas məktəb kimi fəaliyyət göstərmiş, 1938-ci ildə orta məktəbə çevrilmişdir.Bu dövrdə məktəbin direktoru Məmməd Kərimov, dərs hissə müdiri Ağa Quliyev olmuşdur.Əli Nəzərov tarix , Oruc Əliyev ədəbiyyat, Yevdakiya Serafimovna rus dili,Şirəli Babazadə coğrafiya, Tağı Dadaşov kimya, Xudaqulu Kəlbiyev hesab fənnindən dərs deyirdilər.Hümmət Nəhmətov sinif müəllimi idi. Ayrı-ayrı məhəllələrdə olan ibtidai məktəblər 1948-ci ildə kəndin mərkəzindəki orta məktəblə birləşdirilmişdir. 50-ci illərin əvvələrində kənd orta məktəbində ədəbiyyatı Gülağa Paşayev ,Həmzə Səfərov, riyaziyyatı Rəhim Cavadov, fizikanı Həmid Hüseynov, kimyanı Mirzə İbadov, İngilis dilini Adil Axundov, Bahadir Şərifov , biologiyanı Yusif Rəsulov , Cabir Tahirov , rus dilini Nina , Alla və Nadejda , coğrafiyanı Şəfiqə Axundova , tarixi Zakir Axundov tədris edir, Teyyubə Axundova , Fəxri Heydərova , Bəhriyyə Abdullayeva , Rumiyyə Dadaşova ibtidai siniflərdə dərs deyirdilər. Boladi kəndində ilk ali təhsilli müəllim Məmməd Kərimov olmuşdur. O, coğrafiya fənnindən dərs demişdir. Bu gün Azərbaycan təhsilində qlobal dəyişikliklər, yeniləşmə prosesi gedir.Demək müstəqil Azərbaycanın gələcəyi ,milli mütəqilliyimizin taleyi təhsilə qayğıdan ,gələcək nəslin necə öyrədilməsindən, daha doğrusu ,təhsilimizin uğurlarından cox şey asılıdır.Bu gün təhsil sisteminin başlıca vəzifəsi dərin, hərtərəfli biliyə ,bacarığa , praktik vərdişlərə , yüksək mədəniyyətə , mütərəqqi dünyagörüşə malik şəxsiyyət yetişdirməkdən ibarətdir. Məktəb qarşısında duran başlıca vəzifəsi “ 2000-2006-ci illərdə Azərbaycan Respublikasının Təhsil Sistemində Tərbiyə İşinin İnkişaf Proqramı ” nda öz əksini tapmışdir. Boladi məktəbi öz ənənəsi olan ümumtəhsil ocaqlarımızdandır və Lənkəranın məktəb tarixində özünəməxsus yer tutur. Xüsusilə 70-ci illərdən başlayaraq rayonun digər məktəblərində olduğu kimi, burada da məktəbin texniki və elmi-metodiki vasitələrlə təminatı yaxşılaşmışdır. Məktəbin həmin illərdə kabinet sisteminə keçməsi şagirdlərin bilik səviyyəsinin və dünyagörüşünün artmasında , texniki və əyani vəsaitlərdən istifadə etmək sahəsində müəyyən bacarıq və vərdişlərə yiyələnməsində rol oynamışdır.Təsadüfi deyildir ki, o vaxtlar məktəbin fizika və kimya müəllimlərinin iş təcrübəsi respublika məktəblərində yayılmışdı.Qabaqcıl təcrübənin ümumiləşdirillib yayılması sdahəsində az iş görülməmişdi. Belələrinin əməyi o dövrün hökümət təltiflərilə qeyd edilmişdir. Fizika müəllimi Əliməmməd Ağayevin Respublikanın Əməkdar müəllimi adına layiq görülməsi təkcə məktəb kollrktivinə deyil , həm də rayon təhsilinə verilən qiymət idi. Bütün bunlar müəllim əməyinə , müəllim şəxsiyyətinə sonsuz etiramın və qayğının təzahürüdür. Əgər 1970-ci ildə məktəbdə 1017 şagird oxuyurdusa , 2005-cü idə onların sayı 1283 nəfər olmuşdur. 1970-ci ildə məktəbdə 16 ali təhsilli müəllim vardı. İndi isə 70 ali təhsilli müəllim dərs deyir. Hamısı da elmin sirlərinə vaxtı ilə bu məktəbdə yiyələnmişdir. Son 30 ildə məktəbdə dərs deyən müəllimlərin sayı 3 dəfədən çox artmışdır. Boladi kəndində ilk məktəbin fəaliyyətə başladığı gündən 80 il keçir. Məktəb 1992-ci ildən I saylı məktəb kimi fəaliyyət göstərir.Həmin ilin oktyabr ayında məktəbə arabağ döyüşlərinin qəhrəmanı Nahir Axundovun adı verilmişdir. Ötən 80 il ərzində məktəbi 5400-dən çox şagird bitirmişdir. 1980-cı ildən yeni tipli üç mərtəbəli məktəb istifadəyə verildi. Boladi kəndində 1968-ci ildə ikinci bir məktəb açılmışdır.Bu təhsil ocağı 1992-ci ildə orta məktəbə çevrilmişdir.Onun ilk direktoru Vəliağa Əligülov olmuşdur.1971-2000-ci illərdə isə məktəbə Respublikanın Əmakdar təbliğatçısı Nuru Cavadov rəhbərlik etmişdir. Ənvərpaşa Nəsirov isə 2000-ci ildən məktəbin direktoru işləyir. Kənddəki 2 saylı orta məktəbdə 419 şagird təhsil alır, bunun 210 nəfəri qızdır. Şagirdlərin təlim-tərbiyəsi ilə 30 müəllim məşğuldur. Burada da təhsil islahatları uğurla həyata keçirilir. “ Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında ” ölkə Prezidentinin 13 iyun 2000-ci il tarixli sərancamı qarşıya mühüm vəzifələr qoymuşdur.Təhsilin inkişafına yönəldilən bu tarixi sənəd Boladi məktəbində də proqram sənədinə çevrilmişdir.
[redaktə / تحریر] Mədəniyyəti
[redaktə / تحریر] Coğrafiyası və iqlimi
Ərazisinə və əhalisinin sayına görə Lənkaranda ən iri kəndlərindən hesab olunur. Rayon mərkəzindən 19 kilometr şimal-qərbdə, Bakı-Astara şose və dəmir yolundan 3 kilometr aralı, Boladi çayının sahilində yerləşir.
[redaktə / تحریر] Əhalisi
[redaktə / تحریر] İqtisadiyyatı
[redaktə / تحریر] Şəkilləri
[redaktə / تحریر] Xarici keçidlər
• http://www.boladimektebi.na...
[redaktə / تحریر] Mənbə

Метки: BOLADI TARIXI
Seyran Aliyev,
19-02-2011 15:18
(ссылка)
Sizinle Qurur duyuruq
http://e-qanun.az/files/fra... Yazdiqim bu linke baxin.
AZERBAYCAN RESPUBLİKASi PREZiDENTİNiN FERMANİDİR BU .
Bu siyahide iki nefer Boladi kendinin ogludur.
Mehdiyev Altay Ramazan oqlu - general-mayor ve Hashimov Elshen Qiyas oqlu

Метки: İnsan qurur duyur
Илтимас Гейдаров,
12-08-2010 20:48
(ссылка)
Mubariz Bilesuvarli! AZERBAYGANIN GEHREMAN OVLADI!
Метки: LENKERAN, BOLADI TARIXI, KLIP BOLADI, азери, Азербайджан
Seyran Aliyev,
19-04-2011 10:52
(ссылка)
Mekteb musabiqeleri
ELAN
Məktəbimizdə H.Əliyevin ildönümünə həsr olunmuş “H.Əliyev
Azərbaycanın memarıdır” mövzusunda inşa, rəsm və şer müsabiqəsi, həmçinin idman yarışları keçirilir.
Müsabiqəlarin və idman yarışlarının şərtləri aşağıdakılardır:
İnşa müsabiqəsi:
1.Təqdim olunan inşaların həcmi V-VIII sinif şagirdləri üçün 1,5-3 səhi-
fə,IX-XI sinif şagirdləri üçün 4 səhifədən çox müəyyən olunur.İnşalar
12 vərəq dəftərdə səliqə ilə yazılmalı və 29 aprel 2011-ci ilə kimi Yalçın Heydərliyə təqdim olunmalıdır.
Şer müsabiqəsi:
1.Məktəbin hər bir şagirdi şer müsabiqəsində iştirak edə bilər.
2.Təqdim olunan şerlər mövzuya aid olmalıdlır.
3.Yazılen şerlərin həcmi məhdudlaşdırılmır.
4.Təqdim olunan şerlər səliqə ilə yazılmalı, şagirdin adı və soyadı,
atasının adı , oxuduğu sinif göstərilməli və 29 aprel 2011-ci ildən gec olmayaraq Ağa Əhmədova təqdim olunmalıdır.
Rəsm müsabiqəsi:
1.Təqdim olunan rəsm əsərləri rəsmxətt vərəqində çəkilməli və bükülməməlidir.
2.Rəsmlər karandaş, flamaster və ya quaşla çəkilə bilər.
3. Rəsmlər 29 aprel 2011-ci ildən gec olmayaraq Hacıbala Miriyevə təqdim olunmalıdır.
İdman yarışları
1. İdman yarişları futbol, voleybol, yüngül atletika (100 m və 200m məsafəyə estafet qaçışı) kəndirdartma (komandalar arasında)və marafon yürüşündən ibarət olacaq.
2. İştirak etmək istəyən komandalar sifarioş ərizəsini 4 aprel 2011-ci ilə kimi İ.Cabbarova təqdim etsinlər
Qeyd:
1.Müsabiqələrdə qalib gələnlər mükafatlandırılacaqlar.
3. İdman yarışlarında ümumi hesabda qalib gələn komandaya kubok təqdim olunacaq.
4. Bütün qaliblərə mükafatların təqdimat mərasimi 6 may 2011-ci ildə H.Əliyevin ildönümünə həsr olunmuş xatirə gecəsində keçiriləcəkdir.
5. Bütün məsələlər üzrə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini , həmçinin təşkilat komissiyasının sədri E.Bayramova müraciət edə bilərsiniz.

12-06-2011 16:48
(ссылка)
Mərhum Fəxrəddin Bagırovun heyatindan...
Fəxrəddin Əyyub oğlu Bagırov
Lənkəran rayonunun pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Ömrünün 38 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş , uzun müddət Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Lənkəran şəhər komitəsinə rəhbərlik etmiş Fəxrəddin Əyyub oğlu Bağırov 60 yaşında vəfat etmişdir.
F.Bağırov 24 fevral 1951-ci ildə Lənkəran rayonuun Boladi kəndində anadan olmuşdur. 1958-ci ildə Lənkəran rayonu Boladi kənd orta məktəbin birinci sinfinə qəbul olunmuş, 1968-ci ildə həmin məktəbi bitirərək tam orta təhsil haqqında kamal attestatı almışdır. Bir il “Nizami” sovxozunda fəhlə işləmiş, sonra idmana və müəllim peşəsinə həvəs onu Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistutuna gətirmişdir. 1973-cü ildə institutu müvəffəqiyyətlə bitirərək, Lənkəran rayon Nərimanabad qəsəbə orta məktəbinə bədən tərbiyəsi müəllimi təyin olunmuşdur 1974-cü ildə hərbi xidmətə çağrılan F.Bağırov 1975-ci ildə ordu sıralarından təxris olunaraq, işlədiyi məktəbə qayıtmışdır. 1978-ci ildən Boladi kənd orta məktəbdə, həmçinin Boladi kənd 8-illik məktəbdə işləməyə başlamışdır. 1980-cı ildən ömrünün sonunadək Lənkəran rayonu Boladi kəndi 1 saylı tam orta məktəbdə çalışmışdır. Biliyi, insanlara olan münasibəti və xeyrixahlığı ilə seçilən Fəxrəddin müəllim 1984-cü ildə Lənkəran rayonu Boladi kəndi 1 saylı orta məktəbin həmkarlar təşkilatınin sədri seçilmişdir. İşgüzarlığı, ictimayi-siyasi tədbirlərin təşkilində və həyata keçirilməsində fəallığı yuxarı təşkilatların da diqqətindən yayınmamışdır. Lənkəran ŞTŞ bacarıqlı müəllim və gözəl təşkilatçı olan F.Bağırovun xidmətlərini yüksək qiymətləndirərək 1991-ci ildə onu Moskva Əmək və Sosial Münasibətlər Akademiyasına göndərmişdir.
90-cı illərin əvvələrində respublikamızdakı çox gərgin iqtisadi-siyasi duruma baxmayaraq F.Bağırov bütün çətinliklərə sinə gərmiş, öz təhsilini davam etdirərək, 1995-ci ildə Akademiyanı müvəffəqiyyətlə bitirmişdir. Siyasi münasibətlərin son həddə çatdığı, özbaşınalıqların tüğyan etdiyi , ulu öndərimiz H.Əliyevin təqib olunduğu bir dövrdə ümumxalq liderinə sədaqətini Yeni Azərbaycan Partiyasına daxil olmaqla sübut edən F.Bağırov ömrünün sonunadək ulu öndərin ideyalarına sadiq qalmışdır.
2000-ci ildə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Lənkəran Şəhər komitəsinin sədri seçilən F.Bağırov 10 il bu çətin və şərəfli vəzifədə çalışmış, təhsil işçilərinin huquqlarının ləyaqətli müdafiəçisi kimi fəaliyyət göstərmişdir. Rayonun siyasi həyatında da fəal iştirak edən Fəxrəddin müəllim uzuin müddət _______ saylı Dairə Seçici komissiyasina rəhbərlik etmiş, seçkilərin şəffaf və ədalətli keçməsi üçün bütün imkanlardan istifadə etmişdir.
Gərgin iş qrafikinə baxmayaraq F.Bağırov müəllimlik peşəsinə də sadiq qalmış, gənc nəslin tərbiyəsinə çox böyük qayğı ilə yanaşmışdır. Təsadüfi deyildir ki, bu gün onunla çiyin-çiyinə fəaliyyət göstərən, son anadək onun diqqət və qayğısını öz üzərində hiss edən idman müəllimlərinin yetişməsində Fəxrəddin müəllimində böyük payı və zəhməti vardır.
Dörd övlad, iki oğul və iki qız böyüdüb tərbiyə etmişdir. F.Bağırov həm də qayğıkeş və tələbkar ailə başçısı idi. Övladlarını vətənə məhəbbət ruhunda tərbiyə edirdi. Qızları atalarının yolu ilə getmiş, oğlanları isə zabit peşəsinə yiyələnərək vətəni düşməndən qorumağa qərar vermişlər.
Səmimi , təvazökar və xeyirxah insan, bacarıqlı təşkilatçı və təcrübəli pedaqoq, dövlətə və dövlətçiliyə son dərəcə sadiq olan Fəxrəddin Əyyub oğlu Bağırovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

Fizuli Ismaylov,
27-01-2014 00:25
(ссылка)
TƏKLİF
BU KİTABDA NƏYİ GÖRMƏK İSTƏRDİNİZ VƏ KİMLƏR HAQDA DAHA ƏTRAFLI OXUMAQ BOLADİNİ SEVƏNLƏR ÜÇÜN XOŞ OLARDI SİZİN MƏLUMATLKARINIZ HƏMÇİNİN HAKİMİYYET.AZ SAYTINDA-XƏBƏR PORTALINDA YERLƏŞDİRİLƏCƏKDİR
Seyran Aliyev,
21-08-2011 21:14
(ссылка)
Merkezi daire asfaltlanib
Boladi kendinin merkezindeki daire asfaltlanib. Indi o daire esl urek acandir.
Seyran Aliyev,
19-04-2011 09:28
(ссылка)
Boladide mulki mudafiye quvveleri yaradildi
Azərbaycan Respulikası
Lənkəran ŞİHB-nın Boladi kənd inzibati ərazi dairəsində icra nümayəndəliyi.
ƏMR
№___ 05 yanvar 2011-ci il
Mülki Müdafiə qüvvələrinin yaradılması haqqında.
Fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz
işlərin aparılması və MM-tədbirlərinin kompleks həlli məqsədi
ilə Boladi kənd icra nümayəndəliyində aşağıdakı MM-qüvvələri
yaradılsın.
1.Yanğından mühafizə manqası: 1/5
Manqa komandiri: Həsənov Elman Şamil o.-bələdiyyə üzvü
2.Xilasetmə manqası - 1/5
Manqa komandiri: Rəcəbov Ənsar -bələdiyyə üzvü
3.Rabitə manqası – 1/5
Manqa komandiri:Mehtiyev Ramazan Rauf o.-poçt müdürü
4.Sanitar manqa – 1/5
Manqa komandiri: Səfərov Asəf H.o.-Boladi kənd həkim
məntəqəsinin həkimi
5.MM-qüvvələrinin şəxsi heyəti işçilərdən təşkil olunsun.
6.Manqa komandirləri təsdiq etdiyim ştatlar üzrə öz manqaları-
nın şəxsi heyəti ilə tanış olsunlar.
7.Öz vəzifə borclarını öyrənsinlər və yerinə yetirsinlər,manqa-
larını daim hazır vəziyyətdə saxlasınlar.
8.Əmrin aidiyyatı üzrə şəxslərə çatdırılması icra nümayəndəsinin
müavininə tapşırılsın.
9.Əmrin icrasına nəzarəti özümdə saxlayıram.
Lənkəran ŞİHB-nın Boladi kənd
inzibati ərazi dairəsində nümayəndəsi: İ.R.Mehtiyev

21-08-2011 21:24
(ссылка)
Ali mektebe daxil olanlar
Bu il Boladi 1 sayli mektebden 32 sagird ali mektebe sened vermishdir. Bunlardan 30 neferi qebul imtahaninda ishtirak etmishdir. mende olan melumatlara gore Ali mektebe daxil olanlar :
1.Huseynzade Mirbakir Nizami Az Tibb universiteti Herbi Hekim (380 bal)
2.Sadiqzade Rufane Mazahir Az Pedaqoji Inistutu -Filologiya
3.Nesirov Mehemmed HaciVale Az Memerliq ve Inshaat Universiteti
4.Seferov F'hmin Israfil Az Texniki Universiteti (Palitexnik) (odenisli)
5.Q'dirov Shener Ilqar odenisli
6. Cavadov Emin Elman Lenkeran Dovlet Universiteti odenisli
7.Recebov Saribala Ensar Herbi
8.R'c'bova Gunay Rahim
Genc telebeleri urekden tebrik edirem. lap telebelik illerim ucun burnumun ucu goynedi....

18-05-2010 21:21
(ссылка)
Boladi KEND SAKINI MAGERRAM ISMAYILOVUN BESDELEDIYI MUSIGILER
В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу