Все игры
Обсуждения
Сортировать: по обновлениям | по дате | по рейтингу Отображать записи: Полный текст | Заголовки

FAYDALI MƏLUMAT




Salamlar. Getdikcə ürək xəstəlikləri ilə
olan insanların sayı çoxalır. Həm mualicə, həm də profilaktik olaraq sizə
aşağıda təqdim etdiyim reseptdən istifadə etmək olar, çox faydalıdır. Qeyd etməliyəm
ki, bu reseptdən həm də sağlam insanlar faydalana bilər, bununla siz öz sehhetinizi
(ürək xəstəliklərdən) siğortalamış olarsınız. Bunun üçün sizə lazım olanlar
bunlardır: ərik qurusu, qurudulmuş qara qavalı, göz ləpəsi və bal. Bunların
hamısı eyni miqdarda olmalıdir, məsələn: hərəsindən 200g., (həmçinin bal da).
Hamısını ət maşınından keçirib, üstündən bal töküb, yaxşıca qarışdırırsınız. Hər
gün, 3-4 xörək qaşığı qəbul etsəniz (məsələn: çay içərkən)  yetərli olar.  

BƏZİ KİŞİLƏRİ NARAHAT...




Salam ələykum. Bir çoxları
siqaretdən azad olmaq istəsədə, buna nail ola bilmir. Bunun iki səbəbi var:
biri iradənin olmaması, digeri isə düzgün yanaşmamaqdır (yəni, düz üsuldan istifadə
etməməsindən). Burada, siqaretdən əmələ gələn xəstəliklərin bir qismini qeyd
etmək istəyirəm. 1-ci siqaret ömürdən 5 dəqiqə kəsir, 100 gündən sonra asılılıq
yaranır, 365 gündən sonra diş erpi, 10 ildən sonra mədə xorası (mədə yarası),
20 ildən sonra impotensiya, 30 ildən sonra xərçəng xəstəliyi əmələ gəlir. Siqareti
tərk etməyin iki yolu var: təbii və tibbi. Seçim sizə buraxılır, lakin mən sizə
təbii üsuldan istifadə etməyi tövsiyə edirəm. Təbii üsul isə belədir: Günəbaxan
tumlarından çırtlamaq və ya şüşə konfetlərdən sormaq. Əgər tibbi üsul haqda öyrənmək
istəsəniz, mənə şəxsi yazın.



AZERBAYCANLI?

Bildiyiniz kimi,Azerbaycan bir cografi addir ve Azerbaycanli dedikde Azerbaycanda yasayan her bir shexs nezerde tutulur ve buna ermeni de daxildi,fars da,rus da.Sizce biz TURK oldugumuza gore millet olaraq adimiz Azerbaycanli olmalidi yoxsa TURK(ve ya Azerbaycan TURKu).Bele ki,xalqimiza esaret dovrunde cox adlar qoyulub(tatar,muselman),yalniz ADR dovrunde Eli Bey Huseyinzade,Memmed Emin Resulzade kimi dogrudan da esl millet ve Vetenperverler terefinden xalqimiza turk kimliyi qaytarildi.Ancaq sovetler dovrunde (1937-ci ilde)bize TURK kimliyimizi unutdurmaq ucun Azerbaycanli adini qoydular.Sizce bu gun,musteqilliyimizi berpa etdikden sonra yeniden millet olaraq Azerbaycan TURKu adlanmamaliyiqmi?

настроение: Задумчивое
хочется: жить
слушаю: мугам

Без заголовка


AZƏRBAYCAN MƏDƏNİYYƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT






Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi,
maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi
mədəniyyəti ilə haqlı olaraq fəxr edir.


Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl
təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir
göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı
ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə
vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam
təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin
təbiəti kimi rəngarəng, dolğun və zəngindir.



Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən
birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq
sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət
növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə
qədər böyük bir sahəni əhatə edir.



Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövgü, bir sözlə
milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə
büruzə verəcəkdi. Əbəs yerə olmayaraq indi dünyanın ən zəngin
muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri
ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr,
Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun,
Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada
Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ
ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək
olar.




Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş
istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var.
Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə
edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır.
Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir
tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq
bacarığından məlumat verən qiymətli mənbədir.



Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət
nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə
tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət
şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə
misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir.




Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki,
onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların
adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış
ola bilərik.




Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz
əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və
onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü
büruzə verir.



Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün
əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və
biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim
sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və
Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik
heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid möhür-barmaqçıllar
o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir.
Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə
müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır.
E.ə. III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək
şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması
azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə
malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.



Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət
əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ
qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.




Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at
fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə
bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən
aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul
salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalq sənətinin
bir qolu olan xalça sənətinin də nə qədər qədim tarixə malik olduğunu
göstərir.



Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palas və xalça qalıqları aşkar edilmişdir.



Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda
xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I
minilliyin əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın
inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya
tarixçiləri məlumat vermişlər.



Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində
(Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar
bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu
dünyanın məşhur muzeylərində mühafizə olunur.




Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən
qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü
ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün
başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən
şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə
malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış
qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər
xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin
digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan
təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri -
piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi
çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.



Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı,
xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir.
Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin
Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri,
Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının
divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.




Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların
təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim
dövrlərdən musiqiyə olan marağından xəbər verir.



Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur.



Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə
zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu
ənənələri nəsldən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq
musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük
xidmətləri olmuşdur.



Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.



Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar
təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü BMT-nin ixtisaslaşmış olan
təşkilatı YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs
siyahısına daxil etmişdir.



Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir.
Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki,
muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani,
Füzuli, Nəsimi kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar. Milli
poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə
yanaşı, onun poetik formaları olan gəraylı, divani, qoşma, təcnis
aşıqların sevimli formalarıdır.




Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya
mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun,
N.Vəzirovun, M.S.Ordubadinin, Q.Zakirin, M.Ə.Sabirin,
C.Məmmədquluzadənin, M.P.Vaqifin, M.V.Vidadinin və bir çox başqa şair
və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik
əhəmiyyətini itirməmişdir.



Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də
teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın
fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə
bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq
teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı
realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq
teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar)
təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq
teatrı əhəmiyyətli rol oynamışdır.



Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi
M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə
qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından
başlanır.



Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının reperturı bu gün daha
genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün
Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında,
Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və
digər teatrlarda seyr etmək mümkündür.



Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən
kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə
çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan kinematoqrafiya
tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini və yeni həyat
üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə zəngin təcrübə
toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ
və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün
saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.



Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun
və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin
müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə
malik olmasını sübut edir. Azərbaycanın mədəniyyət və incəsənət
xadimləri milli mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində
daim səy göstəriblər və qismən də olsa buna nail olublar. Azərbaycan
muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil
edilməsi, görkəmli kino ustası, kinodramaturq və kinorejiisor
R.İbrahimbəyovun "Oskar" mükafatına layiq görülməsi və ümumiyyətlə,
müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və
toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması buna
əyani sübutdur.




Без заголовка


Azərbaycan Respublikasının səkkiz milyonluq əhalisinin (2001) gündəlik
ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.
Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq
azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi
Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə
yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq,
bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar
bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda
Azərbaycan dilində danışan 30 milyondan çox adam yaşayır.

Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub,
həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan
türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk
dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili
iltisaqi (aqlütinativ)* dillər qrupuna daxildir. Bu qrupa daxil olan
bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən
fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan
müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə
söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik)
şəkilçilər vasitəsilə ifadə olunur.

Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki Azərbaycan
ərazisində eramızdan əvvəl görünməyə başlamış, birinci minilliyin
əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə bu
torpağın qədim sakinləri olmuşlar. Türk mənşəli Azərbaycan dilinin və
həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi
ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir
proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı,
habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi
də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini
bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi
mədəni-mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər.

Без заголовка


Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir.
Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə
edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və
Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi
- Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta
əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin
məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr),
Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab
(XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi
mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış,
Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.


İlk yazılı ədəbi abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanında musiqi
ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif
musiqi alətlərinin adlarının çəkilməsi müsiqimizin qədimliyinə əyani
sübutdur.

Без заголовка


XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində
Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin
əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının
sintezini yaratdı. Bu da Şərq aə Qərb mədəniyyətlərinin fəal qarşılıqlı
təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında
qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının
deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu,
muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni
janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov
Füzulinin "Leyli və Məcnun" poemasına və xalq musiqi janrlarına (muğam,
mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi
tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.










Üzeyir Hacıbəyov


Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır.
Sosial məişət mövzulu musiqi komediyalarında ("Ər və arvad", 1910; "O
olmasın, bu olsun", 1911; "Arşın mal alan", 1913) bəstəkar xalq
mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun "Arşın mal alan"
musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş
şöhrət qazanmışdır. Əsər ingilis, alman, çin, ərəb, fars, polyak,
ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş,
Moskva, İstambul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin,
Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın
səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır
(1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı
illərdə Sovet Azərbaycanında). Baş rolun ifaçısı müğənni Rəşid
Behbudova (1915-1989) bu əsər dünya şöhrəti gətirmişdir. SSRİ-nin xalq
artisti R.Behbudov xalq və bəstəkar mahnılarının, F.Əmirovun "Sevil"
operasından Balaş rolunun əvəzsiz ifaçısı idi. O, həm də "Mahnı"
teatrının yaradıcısı və rəhbəri olmuşdur.



Hacıbəyovun digər məşhur operettası "O olmasın bu olsun" 1919-cu ildə
Yaltada, ikinci dəfə 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında
ekranlaşdırılmışdır.



XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi
səciyyələnir. Bu illərdə yeni ifaçılıq kollektivləri, simfonik orkestr
(1920, hazırda Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik Orkestri),
xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (1931), rəqs
ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında
cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili
Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı evi
(1939), Azərbaycan Dövlət Konservatoriyası yanında Azərbaycan Xalq
Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi
kabineti (1931) təşkil edildi.

Без заголовка


Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi
keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun
illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır,
təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.


Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz
siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış
səhifələrindən biridir.



1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay
müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi
torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu
milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa
bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə
Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı
Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.



İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan
ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil
etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "erməni
vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular.
Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz
torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi
qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu
uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət
qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına
yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və
ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm
tərkib hissəsini təşkil edirdi.

В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу