JaZZeri group ---INFO
"JaZZeri" qrupu
Qrup 2007-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
şagirdləri (Mehran və Etibar) tərəfindən yaranmışdır.
Yaranmaya səbəb onların jazz musiqisinə olan həvəsindən irəli gəlir.
Onlar ilk addımlarını elə bu məktəbdə, 4 aprel 2008-ci ildə "Jazz+Mugham" adlı konsert proqramı ilə başlamışlar.
Məktəb daxilində olduğuna görə zal daha geniş tamaşaçıya malik deyildi.
Amma konsert çox uğurlu keçdi.
Həmin heyyət: pianoçular-Etibar və Tural, zərb alətləri-Mehran, gitara-Georgi, bass gitara-Toğrul.
Əlavə köməkçi alətlər və digər ifaçılar da çıxış etmişdi.
Konsertə qədərki vaxtda qrup "Ritm Caz" adı ilə çıxışlar edirdi.
Sonradan qrupun heyyətində bir çox dəyişikliklər oldu.
Adı isə "jAzzeri" ilə əvəz olundu. Yarı heyyət bir neçə tədbirlərdə,
konsertlərdə çıxış etmişdir.
***
2008-ci il 29-30 iyul tarixində Bakı Caz Mərkəzində "Gənc Musiqiçilərin CaZ festivalı" keçirildi. Təbii ki,
məktəbimizin "JaZZeri" qrupu da iştirakçı qismində idi. İki musiqi nömrəsi ifa edildi.
Heyyət: Pianoda-Etibar, drums-Mehran, bass-Toğrul və Niyaz.
Çox uğurlu çıxışlar oldu. Qrupun drums ifaçısı Mehran bütün konsert boyu hər qrupu müşayət etdi.
Bu da onun öz yaşıdları arasında ən fərqli və gözəl ifaçı olduğuna görə seçildi.
Bütün mətbuat orqanları qrupdan müsahibələr aldı, haqqında informasiya verildi.
Azərbaycan Dövlət Televiziyası bütün konserti lentə aldı.
Festivaldan sonra qiymətli hədiyyələr də verildi. Biz öz qrupumuzla fəxr edirik...
***
2008-ci il oktyabr ayına nəzərdə tutulan konsert proqramı üzərində işlər gedir.
Konsertin dəqiq vaxtını vurulan afişalardan biləcəksiniz.
Hal-hazırda qrup öz məşqlərini davam edir. Daha yüksək uğurlarına inanır.
......................................................
Admin: EDY FrOM www.bulbul.here.ws
e_d_y@box.az
e_d_y@mail.ru
......................
Maker: Etibar
В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу
Чтобы их читать, Вам нужно вступить в группу