Все игры
Обсуждения
Сортировать: по обновлениям | по дате | по рейтингу Отображать записи: Полный текст | Заголовки

Mehmanxanalar

Baki

ABŞERON
ABU ARENA
AF HOTEL & RESORT
AMBASSADOR
AMBIANCE
ARAZ
AUSTIN
AZCOT
BAKHCHASARAY
BALION
BOUTIQUE PALACE
CALIFORNIA
CASPIAN PALACE
CHINARLI
CITY MANSION
CITY WALLS
CRESCENT BEACH
DELFIN
DIPLOMAT
EAST LEGEND PANORAMA HOTEL
ELITE HOTEL
EXCELSIOR HOTEL BAKU
GRAND HOTEL EUROPE
GREEN GUEST HOUSE
HALE KAI
HILLSIDE
HOLIDAY INN
HORİZON
HYATT REGENCY
ICHERI SHEHER
IRSHAD
KARAT HOTEL & RESORT
KHAZAR GOLDEN BEACH HOTEL & RESORT
KICHIK GALA 98
MAIDEN TOWER 4 Guest House
MERIDIAN
METROPOL HOTEL
MONTENEGRO INN
MUSADO
NEAPOL
NOVU DOM
NUR 1
NUR 2
OASIS
OLD CITY INN
PARK HYATT BAKU
PARK INN
PREMIER
RADISSON SAS PLAZA
RESPUBLIKA
RESPUBLIKA LUX
RIGS HOME
SERIN
SHERLOK’S BEACH CAMPING
SHIKHOVO
SULTAN INN BOUTIK
THE INTERNATIONAL TOURIST CENTRE "GANJLIK"
THE LODGE
TOWN GATES
VELOTREK
YACHT CLUB

Gence

GƏNCƏ
KƏPƏZ

Naxçıvan

AZER
GANJLIK
GARTAL
GRAND_NAKHCHIVAN
KHAYAL
NAQŞI-CAHAN
UKRAINE

Qax

IMPROTEX

Şaxbuz

Şaxbuz

Şəki

KARVANSARAY
SHEKI

Şərur

AZIZ
GAGASH
SHARUR

Zaqatala

ISOIL
ZAGATALA

Lenkeran

QALA LANKARAN
QIZIL TAC
RELAKS

Masalli

Dashtvend

RASIM

Nabran qəsəbəsi

FARLEY
OBER LUX
SUN SET BEACH

Qaçrəş

AVAND

Vandam kəndi

DUYMA

Ağdaş

MUGAN

Şamaxı rayonu

SHAMAKHI OLYMPIC CENTRE

Xaçmaz rayonu

KHACHMAZ
SAMA
SAPTER CASPIAN



Konsert zallari ve teatrlar

Filarmoniya

Bakı

Azərbaycan Dövlət Filarmoniyası

Gəncə

F. Əmirov adına Gəncə Dövlət Filarmoniyası

Naxçıvan

Naxçıvan Dövlət Filarmoniyası

Opera Studiyası

Bakı

Şövkət Məmmədova adına Opera Studiyası

Kapellhaus

Bakı

Kapellhaus Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası

Saray

Bakı

Heydar Aliyev adına Sarayı

Teatr

Bakı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Azərbaycan Dövlət Gənclər Teatrı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Azərbaycan Milli Dövlət Dram Teatrı
Bakı Marionet Teatrı
Bələdiyyə Teatrı
İctimai Pantomima Teatrı
Kukla Teatrı
"Muğam" Azərbaycan Xalq Musiqisi Teatrı
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı
Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı
"ÜNS" Teatrı
Yux Teatrı

Gəncə

Gəncə Dövlət Dram Teatrı
Gəncə Dövlət Kukla Teatrı
Nizami adına Poeziya Teatrı
Zərdabi adına Dövlət Poeziya Teatrı

Mingəçevir

Mingəçevir Dövlət Dram Teatrı

Salyan

Səlyan Dövlət Kukla Teatrı

Şəki şəhəri

Şəki Dövlət Dram Teatrı
Şəki İctimai Teatrı

Sumqayıt

Ərəblinski adına Dövlət Musiqili Dram Teatrı

Lenkeran

Lənkəran Dövlət Dram Teatrı

Naxcivan

Naxcivan Dovlet Musiqili dram teatri

Sirk

Bakı

Bakı Dövlət Sirki

Zaqatala

Zaqatala şəhərində Xalq Kəndirbazlar Sirki

Konsert zalı

Bakı

Azərbaycan Dövlət Filarmoniyası yanında Kamera və Boru Orqan musiqisi Zalı
Bakı Caz Mərkəzi

Mədəniyyət Mərkəzi

Bakı

Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzi

İdman və Konsert Kompleksi

Bakı

İdman və Konsert Kompleksi

Nazirler Kabineti (terkibi

Rasi-zadə Artur Tahir oğlu – Baş nazir
Eyyubov Yaqub Abdulla oğlu - Baş nazirin birinci müavini
Əfəndiyev Elçin İlyas oğlu - Baş nazirin müavini
Həsənov Əli Şamil oğlu - Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Şərifov Abid Qoca oğlu - Baş nazirin müavini
Məmmədyarov Elmar Məhərrəm oğlu - Xarici işlər naziri
Usubov Ramil İdris oğlu - Daxili işlər naziri
Mahmudov Eldar Əhməd oğlu - Milli təhlükəsizlik naziri
Əbiyev Səfər Axundbala oğlu - Müdafiə naziri
Məmmədov Fikrət Fərrux oğlu - Ədliyyə naziri
Camalov Yavər Talıb oğlu - Müdafiə sənayesi naziri
Şərifov Samir Rauf oğlu - Maliyyə naziri
Məmmədov Fazil Əsəd oğlu - Vergilər naziri
Babayev Heydər Aydın oğlu - Iqtisadi inkişaf naziri
Heydərov Kəmaləddin Fəttah oğlu - Fövqəladə Hallar naziri
Ələkbərov Füzuli Həsən oğlu - Əmək və əhalinin sosial müdafiəsi naziri
Abasov İsmət Dursun oğlu - Kənd təsərrüfatı naziri
Qarayev Əbülfəz Mürsəl oğlu - Mədəniyyət və turizm naziri
Mərdanov Misir Cumayıl oğlu - Təhsil naziri
Şirəliyev Oqtay Kazım oğlu - Səhiyyə naziri
Abbasov Əli Məmməd oğlu - Rabitə və informasıya texnologiyalarlı naziri
Əliyev Natiq Ağaəmi oğlu - Sənaye və energetika naziri
Rəhimov Azad Arif oğlu - Gənclər və idman naziri
Bağırov Hüseynqulu Seyid oğlu - Ekologiya və təbii sərvətlər naziri
Məmmədov Ziya Ərzuman oğlu - Nəqliyyat naziri
Məmmədov Gündüz Qəzənfər oğlu - Azərbaycan Respublikasinin Prezidenti yaninda Qiymətli Kağizlar üzrə Dövlət Komitəsinin sədri
Əliyev Aydın Əli oğlu - Dövlət Gömrük Komitəsinin sədri
Məmmədov Qərib Şamil oğlu - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
- Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Hüseynova Hicran Kamran qizi - Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Vəliyev Arif Mikayıl oğlu - Dövlət Statistika Komitəsinin sədri
İbrahimov Nazim Hüseyn oğlu - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İşüzrə Dövlət Komitəsinin sədri
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Həsənov Ramiz Ayvaz oğlu - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru
Müslümov Səlim Yanvar oğlu - Dövlət Sosial Müdafiə Fondunun sədri
Xəlilov Bəhrəm - Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri
Səmədov Abutalıb Qəmbər oğlu - Respublika Müəllif Hüquqları Agentliyinin sədri
Mehdiyev İmran Əzim oğlu - Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru
Həsənov Kərəm Əvəz oğlu - Dövlət Əmlakinin Idarə Edilməsi Üzrə Dövlət Komitəsinin sədri
Qaraşov Arif Xanoğlan oğlu - Azərbaycan Respublikasinin Nazirlər Kabineti Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin rəisi

"Əsrin Müqaviləsi"

1994-cü il sentyabrın 20-də Bakıdakı "Gülüstan" sarayında öz müstəsna əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. "Əsrin müqaviləsi"ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.
"Əsrin müqaviləsi" imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis "Əsrin müqaviləsi"ni ratifikasiya etdi.
Prezident Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanma mərasimində söylədiyi nitq geniş mənatutumlu tarixi sənəd olub, təkcə siyasi maraqlar dilində deyil, həm də siyasi təhlil dilində danışmağa imkan verir. Bu nitqdə Azərbaycan dövlətinin başçısının niyyət və qərarlarını interpretasiya etmək üçün onun zəngin dil və dünyagörüşü imkanları ifadə edilmişdir.
Heydər Əliyev mərasimdə iştirak edənlərə bu böyük hadisənin tarixindən, böyük uğurlar və faydalı nəticələrlə zəngin olan Bakı neft sənayesinin tarixindən söhbət açdı. Onun nitqinin tezisləri bir neçə əsas müddəaya əsaslanırdı.
"Neft sənayesinin inkişafı ... Bakının, ümumiyyətlə, Azərbaycanın inkişafına böyük təkan vermişdir".
"1918-ci ildə... demokratik dövlət yaradıldı". "Bu dövlət xalqımıza məxsus olan sərvətlərdən onun rifahı üçün səylər göstərmişdir".
Sonra "sovet sosialist hakimiyyəti qurulmuşdur... Azərbaycan həmin quruluş şəraitində, Sovet İttifaqının tərkibində olmuşdur. Azərbaycanın ən böyük sərvəti olan neftdən Sovet İttifaqının mənafeyi naminə istifadə edilmişdir".
"1920-ci ildən başlayaraq, Azərbaycanın həyatında çox böyük dəyişikliklər baş vermişdir. Azərbaycanın iqtisadiyyatı inkişaf etdirilmiş, respublikada nəhəng sənaye potensialı yaradılmış, neft sənayemiz böyük tarixi yol keçmişdir".
"Mən bütün bu məlumatları qonaqlarımıza çatdırmağı, bunları Azərbaycan xalqına bir daha xatırlatmağı lazım bilirəm. Çünki bunların hamısı Azərbaycan xalqının fəxridir, şöhrətidir, xalqımızın, neftçilərimizin dünya iqtisadiyyatına göstərdikləri böyük xidmətlərdən xəbər verir". "Azərbaycan müstəqil respublika olmuşdur... Azərbaycanın həyatında yeni dövr başlanmışdır. Neft sənayemizin tarixində də şərti olaraq üçüncü mərhələnin bünövrəsi qoyulmuşdur... Biz yeni mərhələdə Azərbaycan Respublikasının iradəsini ifadə edərək, onun öz təbii sərvətlərindən istifadə etməsi üçün lazımi tədbirlər görürük".
"Azərbaycan iqtisadiyyatı ağır böhran içərisindədir. Neft sənayesində də böyük çətinliklər yaranmışdır. Bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib müqavilənin həyata keçirilməsinə çalışmalıdır".
"Əsrin müqaviləsi" tarixə Heydər Əliyevin Prezident hakimiyyəti siyasətində baza prioritetini – neft strategiyasını müəyyən etmiş ilk iri iqtisadi sənəd kimi düşmüşdür. Lakin "Əsrin müqaviləsi"nin əhəmiyyəti hələ o vaxt da təkcə gözlənilən merkantil səmərə ilə məhdudlaşmırdı. 1990-cı illərin əvvəlində Azərbaycan Heydər Əliyevin layihəsi əsasında fəlakətli vəziyyətdən çıxırdı. Layihə onun siyasətində həmişə olan və dilə gətirilməyən, ən uzaqgörən məsləkdaşlarının oxuya bildiyi mülahizələrin məcmusu idi. O illərdə Azərbaycan dövləti tarixi Azərbaycan dövlətçiliyinin varisi hüquqlarını həyata keçirməyə, təkcə özünün mövcud olduğu qısa zaman kəsiyi üçün deyil, Azərbaycan tarixinin bütün təcrübəsi üçün məsuliyyət daşımağa məhkum idi. Bu mənada "Əsrin müqaviləsi" ayrı-ayrı dövrlərin əlaqəliliyi ideyasını, Heydər Əliyev siyasətinin əsas məqsədinə - ictimai rifaha xidmət edən dəyərləri əks etdirən dünyagörüşü aktına çevrildi.
Heydər Əliyev ənənələrə hörmətlə yanaşırdı. O, antik dövrdən, Platondan və Aristoteldən üzü bəri gələn demokratik siyasətin klassik məbədini yaxşı təsəvvür edirdi. Belə siyasətin məqsədi ayrı-ayrı fərdlərin şəxsi azadlığını deyil, millətin rifahını təmin etməkdir.
"Əsrin müqaviləsi" labüd olaraq Azərbaycanda sosial tədbirlərin miqyasının dəyişməsinə doğru aparırdı: ölkəyə külli məbləğdə pul axını yaranması ilə əlaqədar millət hərc-mərclikdən və parçalanmaqdan xilas olmaq imkanı qazanırdı – Azərbaycan milləti dəqiq məzmuna malik həyati əhəmiyyətli vəzifələri yerinə yetirməli idi. Bu vəzifələrin mahiyyəti səmərəli modernləşdirmə həyata keçirməkdən ibarət idi, lakin bu zaman iki zəruri şərtə - müstəqilliyi qoruyub saxlamaq və millətin mənəvi-əxlaqi gücündən istifadə etmək şərtlərinə əməl olunmalı idi. "Əsrin müqaviləsi" məhz insanın təsərrüfatçılıq enerjisinin sərbəstləşməsi kimi başa düşülən bu cür modernləşmənin hərəkətverici qüvvəsinə çevrilməli idi. Lakin müvafiq proseslərə nəzarət edilməsi dövlətin səlahiyyətində qalırdı. Beləliklə, əlamətdar "müqavilə" sözü uzunmüddətli əməliyyat mənası kəsb etdi.
"Əsrin müqaviləsi"nin reallaşdırılması indi, neçə illər keçəndən sonra, çox düzgün olaraq Azərbaycan millətinin malik olduğu potensial qüvvə barədə düşünməyə vadar edir. Bu qüvvə adi gözlə görünməyən enerji ehtiyatlarından, millətin iradə gücündən və böyük amallara can atmasından asılıdır.

Menim dahi ovladlarim

Nizami Gəncəvi

Həyatı

Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində dogulmuş, bütün ömrü boyu orada yaşayıb-yaratmış və Gəncədə də vəfat etmişdir.

Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütailə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa Ərəb ve Fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astranomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1970-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

Nizami Gəncəvi yaradıcılığa lirik şerlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.

Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı «Xosrov və Şirin» poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «Leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına «Yeddi gözəl» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır.

Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.

Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Nizami Gəncəvinin Gəncədə dəfn olunduğu yerdə möhtəşəm məqbərəsi ucaldılmışdır.


Əsərləri
Nizami.İsgəndərnamə: İqbalnamə.- B.: Lider, 2004.- 254 s.
İsgəndərnamə: Şərəfnamə.
Yeddi gözəl.
Leyli və Məcnun.
Lirika.
Poemalar.
Sirlər xəzinəsi.
Xosrov və Şirin.



Mirzə Ələkbər Sabir

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 May-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.

Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur:
Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.

Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.

Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şerlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına göre, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şer dəftərini də cırıbmış.

Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şer yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şer dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.

Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.

1902-ci ildə baş vermiş dəhşətli zəlzələ şəhəri tar-mar etmişdi.Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi.

Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü,zarafatçıl, səmimi idi.

XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər.

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeri çap olunur. Bir qədər sonra isə o,"Həyat" qəzetində şer çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu.

Bu zamandan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şerlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.

1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şer yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət "İrşad" qəzetinin redaksiyasında korrektor işleyir və müəllimlik imtiyazı əldə etmə üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.

1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim sifətilə dərs deyir. Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər.

Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı "Ümid" məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu.Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin"ə də yazmaqda davam edir.

Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şer yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edir.

İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır. Axır günlərindən birində şair deyir:
İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!

"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər.



Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: "...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".

1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.

Nəsimi

Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi (1369, Şamaxı-1417, Hələb) - Azərbaycan şairi, mütəfəkkir. "İmaməddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. 10-cu əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseyninin sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğ edən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng səslənən "Nəsimi" təxəllüsünü qəbul etmişdir.

1394-cü ildə Nəimi edam edildikdən sonra onun "Vəsiyyətnamə"sinə əsasən Nəsimi Təbrizə, oradan da Anadoluya (Türkiyə) getmiş, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. Ömrünün son illərini Hələbdə (Suriya) yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur. Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. Nəsimi lirik şairdir. Yaradıcılığa aşiqanə şerlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur. O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləmişdir. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir.

Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Nəsimi Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. O, 3 dildə gözəl müləmmələr yazmışdır. Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Onun rübailəri, tüyuğları bədii quruluş və məzmunca oricinal və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, Həyat və Kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai , Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir.

Nəsimi yaradıcılığı 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına (türk, türkmən, özbək və s.) qüvvətli təsir göstərmişdir. Nəsimi əsərləri erməni əlifbası ilə köçürülmüş, Azərbaycan türkcəsində yazan erməni şair-aşıqlarına da təsir göstərmişdir. Şairin əsərləri əlyazma şəklində geniş yayılmışdır.Həmin əlyazma nüsxələri dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanılır. Şairin əsərlərin dönə-dönə çap edilmiş, haqqında tədqiqat əsərləri yazılmışdır. YUNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi dünya miqyasında qeyd olunmuş (1973), Azərbaycanda və Moskvada keçirilən yubiley təntənələrində dünyanın bir çox ölkəsindən gəlmiş nümayəndələr iştirak etmişdir. Bakı rayolnlarından birinə Nəsiminin adı verilmiş, Bakıda heykəli (heykəltaraşlar T.Məmmədov, İ.Zeynalov) ucaldılmışdır.Azərbaycan EA Dilçilik İnstitutu Nəsiminin adınadır.


Qanli goz ya6larim

20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir





Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.



Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.





Xocalı soyqırımı



1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.



Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.



Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.



Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:



uşaqlar - 63 nəfər;

qadınlar - 106 nəfər;

qocalar - 70 nəfər.



8 ailə tamamilə məhv edilmişdir.

25 uşaq hər iki valideynini itirmişdir.

130 uşaq valideynlərindən birini itirmişdir



487 nəfər yaralanmışdır, onlardan:



uşaqlar - 76 nəfər;



1275 nəfər əsir götürülmüşdür.

150 nəfər itkin düşmüşdür.

Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.



Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.



Xocalı - əsas hədəf



Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.



Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.



Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.



Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.



Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.



"Xocalı platsdarmının məhv edilməsi" sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.



Faciənin xronikası



Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.



Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.



Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.



Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.



Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.



Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.



Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.



Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:



Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.



Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.



Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.



Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.



Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.



İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.



Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.



Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.



İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.



Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.



R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.



"Memorial" hüquq-müdafiə mərkəzinin hesabatından:



Xocalı



1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Əhalinin bir hissəsi şəhəri tərk etmişdi, ancaq Xocalı İcra hakimiyyətinin başçısı E.Məmmədovun təkidli müraciətlərinə baxmayaraq dinc əhalinin tam evakuasiyası olunmamışdı.



1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.



Hücumun iştirakçıları



Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.



Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı



Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər.



Hücumun gedişatı



Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir.



Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir.



Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.



Əhalinin çıxması üçün azad dəhliz



Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur.



Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olmuşdur.



Şəhərdə qalmış əhalinin müqəddəratı



Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı.



Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.



Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti



Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu.



Xocalı sakinlərinin əmlakı



Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər.



Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.



Alınmış məlumatların qiymətləndirilməsi



Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarçı kütləvi zorakılıq törədilmişdir.



Azad dəhliz barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmamışdır.



Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz.



Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak etmişdir.



Memorial Hüquq-müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:



Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.



Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.



Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.



Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.



Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.



Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.19748-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir.



366-cı alay



Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır.



Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.



Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!



Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.



Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.



Bu faciədə həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Onlar hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.



Tarix unutmayacaqdır



Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.



Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.



Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.



Tarix heç nəyi unutmur.



31 Mart azərbaycanlıların soyqırımı günüdür



1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində "Böyük Ermənistan" xülyası ilə sərsəm olan, bu məqsədə çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür.



Tarixi arayış



Azərbaycan bəşəriyyətin ilkin mənbələrindən biri, zəngin və qədim tarixə malik olan ölkədir. Azərbaycan ərazisində Azıx mağarasında ilk insan məskənlərindən birinin və qədim daş dövrünə aid digər məskənlərin tapılması bunu əyani sübut edir.



Azərbaycan ərazisində dövlətçiliyin inkişafı uzun tarixə malikdir. Manna (e.ə. IX əsr), Midiya (e.ə. VI əsr), Atropatena və Albaniya (III-V əsrlər) dövlətlərinin yaranması və inkişafı, xristianlığın yayılması və V əsrdə alban əlifbasının yaranması, Ərəb Xilafətinin tərkibinə daxil edilməsi və islam dininin yayılması (VIII əsr), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətlərinin bir-birini əvəz etməsi bu tarixin qədim səhifələridir. Azərbaycanı əsarətə almaq üçün "parçala və hökm et" prinsipini əsas tutan ölkələrin rəqabəti nəticəsində XVIII əsrdə Azərbaycan ərazisində Bakı, Qarabağ, Quba, Şamaxı, Şəki, İrəvan, Naxçıvan xanlıqları yarandı. XVIII-XIX əsrlərdə İran, Türlkiyə və Rusiya arasında münasibətlərin kəskinləşməsi və Azərbaycan uğrunda aparılan çəkişmələr Azərbaycan xalqının taleyində faciəli iz qoymuşdur.



1721-ci ildə Rusiya imperatoru I Pyotr isveçlərlə Nişdat sülh müqaviləsi bağladıqdan sonra diqqətini Qafqaza, Xəzərətrafı ərazilərə yönəltdi. Nəticədə 1723-cü ildə Bakı zəbt edildi. Əsasən müsəlman olan əhalinin etiraz və müqavimətini görən I Pyotr öz məqsədlərinə nail olmaq üçün "nəyin bahasına olursa-olsun Gilanda, Mazandaranda, Bakıda və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini" vacib sayırdı. I Pyotrun əsasını qoyduğu bu siyasət sonralar digər Rusiya imperatorları tərəfindən də davam etdirilmişdir. 1768-ci ildə II Yekaterina ermənilərə himayədarlığı barədə fərman vermişdir. 1802-ci ildə I Aleksandr Qafqaz canişini N.D.Sisianova məktubunda yazırdı: "Hər vəclə ermənilər … Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə edilməlidir." Ermənilər Qafqazda Rusiya imperiyasının planlarının reallaşdırılması vasitəsi olaraq bu vəziyyətdən öz məqsədləri üçün faydalanmağa çalışır və XIV-XIX əsrlər boyu malik olmadıqları dövləti qurmağa səy göstərirdilər.



Kütləvi represiyaların qanlı tarixi



Rusiya və İran arasında aparılmış birinci və ikinci müharibələrin (1804-1813, 1826-1828-ci illər) sonunda bağlanmış Gülüstan və Türkmənçay müqavilələri (12 oktyabr 1813, 10 fevral 1828) Azərbaycan xalqının tarixində faciələrə və Azərbaycanın parçalanmasına səbəb oldu. Nəticədə Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı.



Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində "Erməni vilayətinin" yaradılmasını elan etdi. Vilayətin tərkibinə həmin dövrdə 7331 azərbaycanlı və 2369 erməni ailəsi yaşayan İrəvan şəhəri də daxil edildi.



Bundan sonra Türkmənçay müqaviləsinin XV bəndinə müvafiq olaraq İrandan İrəvana, Qarabağa və Naxçıvana ermənilərin köçürülməsi həyata keçirildi. Məqsəd azərbaycanlıların məskunlaşdığı ərazilərdən çıxarılması idi. Tarixi mənbələrə istinadən 1829-1830-cu illərdə Qavqaza İrandan 40000, Türkiyədən 84600 erməni köçürülmüş və onlar əsasən Naxçıvan, Qarabağ və İrəvanda yerləşdirilmişdir. Bununla yanaşı uzun sürən müharibə illərində azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsi viran qoyulmuş, minlərlə insan öldürülmüşdür, insanlar döğma yurdlarını tərk etməli olmuşlar.



XIX əsrin ikinci yarısında ermənilər Türkiyə, Gürcüstan və Azərbaycanın ərazilərinin zəbt edilməsi yolu ilə özlərinin şovinist "Böyük Ermənistan" xülyasının reallaşdırılması məqsədilə təşkilatlanmağa başladılar. Həmin dövrdə Qnçaq (1887, Cenevrə) və Daşnaksütun (1890, Tiflis) partiyaları və "Erməni vətənpərvərləri ittifaqı" təşkilatı (1895, Nyu-York) yaradıldı.



Bütün bu səylərə baxmayaraq XIX əsrin ikinci yarısında Qafqazda məskunlaşmış azərbaycanlıların sayına görə İrəvan quberniyası Bakı və Yelizavetpol (Gəncə) quberniyalarından sonra üçüncü yeri tuturdu. Rusiya imperiyasında keçirilmiş birinci siyahıyaalmanın nəticələrinə görə 1897-ci ildə İrəvan quberniyasında 313178 azərbaycanlı yaşayırdı. XX əsrin sonrakı hadisələri göstərdi ki, belə bir vəziyyət Azərbaycan xalqının gələcək faciələrinə səbəb oldu.



1905-1907-ci illər



1905-1907-ci illərdə Rusiyadakı inqilabi proseslərdən və mərkəzin əyalətlərə nəzarətinin zəifləməsindən istifadə edən ermənilər Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törətdilər, onları yurdlarından didərgin saldılar. 1905-1906-cı illərdə ermənilər Gəncə və Qazax quberniyalarında 200 kənd, Şuşa, Cəbrayıl və Zərgəzur quberniyalarında isə 75 kənd viran qoymuşlar.



Təəssüflər olsun ki, tarixi mənbələrdə həmin hadisələrə dair az sənəd qalmışdır, ancaq bu hadisələr sənədli şəkildə, həmin dövrün mətbuat materiallarına, ziyan çəkmiş şəxslərin və şahidlərin hekayətləri əsasında yazılmış M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitablarında öz əksini tapmışdır.



1918-1920-ci illər



1905-1907-ci illərin hadisələrindən sonra da azərbaycanlılara qarşı ermənilərin məkrli planları dayandırılmamış və gizli şəkildə davam etdirilmişdir. 1916-ci ilin statistik məlumatlarına əsasən İrəvan quberniyasının 5 uyezdində 1831-ci ilə müqayisədə əhalinin sayı 40 dəfə artmış, yəni 14300-dən 570000-ə çatmışdır. Ancaq həmin dövrdə azərbaycanlıların sayı cəmi 4.6 dəfə artmış və 246600 nəfər təşkil etmişdir. 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40000 nəfər olduğu halda, 1905-1916-cı illərdə 17000 nəfər olmuşdur, halbuki, 1905-ci ildə əhalinin sayı 1886-cı illə müqayisədə 61000 nəfər çox olmuşdur. Bu rəqəmlər çar Rusiyası dövründə erməni millətçiləri tərəfindən aparılan şovinizm siyasətindən, azərbaycanlıların yurdlarından qovulması planlarının icrasından və ermənilərin "türk" adlandırdıqları "azərbaycanlılarsız Ermənistan" yaradılması səylərindən xəbər verir.



Ermənilər birinci Dünya müharibəsindən, fevral və oktyabr inqilablarından sonra Rusiyadakı siyasi vəziyyətdən öz mənafeləri üçün istifadə edərək bolşevizm bayrağından bəhrələnməyə çalışdılar. Bakı Kommunası əksinqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına həkk olundu. Milli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirildi, evlər yandırıldı, insanlara diri-diri od vuruldu. Milli arxitektura abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdıldı, Bakının çox hissəsi xarabalığa çevrildi. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, tikililər və milli abidələr dağıdılmışdır. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50000 azərbaycanlını qətlə yetirmiş, evlər qarət edilmiş, on minlərlə şəxs evlərindən qovulmuşdur. Təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Şamaxıda 58 kənd dağıdılmış, 7000 nəfər öldürülmüşdür. Onlardan 1653-ü qadın, 965-i uşaq olmuşdur. Qubada 122, Qaradağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilmişdir, cinsindən və yaşından asılı olmayaraq əhaliyə divan tutulmuşdur. İrəvan quberniyasında 211, Karsda isə 92 azərbaycanlı kəndi dağıdırlmışdır. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilmişdir ki, qısa bir zamanda bu azərbaycanlı şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131970 nəfər öldürülmüşdür ("Aşxadavor" (Əməkçi) qəzeti, 2 noyabr 1919-cu il).



1918-ci ilin mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməmiş və ərazi itkisi ilə bağlı olmuşdur. Bu barədə Nazirlər Şurasının sədri F.X.Xoyskinin xarici işlər naziri M.Q.Hacınskiyə məktubunda qeyd edilir: "Ermənilərlə mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara verməli olduq".



Zaqafqaziyada 3 müstəqil dövlət yarandıqdan sonra müttəfiqlərin səyləri nəticəsində Erməistanın ərazisi 17500 ingilis kv.mili, əhalisi isə 1510000 nəfər (795000 - erməni, 575000 - azərbaycanlı, 140000 - digər millətlər) təşkil edirdi. Bununla kifayətlənməyən daşnaklar, beynəlxalq təşkilatlarda mübahisəli ərazilər barədə aparılan danışıqlara məhəl qoymadan, Azərbaycan və Gürcüstan əraziləri hesabına öz milliyətçi ideyalarını həyata keçirmək məqsədilə Gürcüstanın tərkibində olan Axalkalaki və Borçalıya, Azərbaycan ərazisində isə Qarabağ, Naxçıvan və Yelizavetpol quberniyasının cənub hissəsinə iddialarını irəli sürdülər.



Bu əraziləri silah gücünə ələ keçirmək Gürcüstanla (dekabr 1918) və Azərbaycanla müharibəyə səbəb oldu. Nəticədə mübahisəli ərazilərin əhalisi 10-30% azaldı, bəzi yaşayış məntəqələri isə tamamilə məhv edildi. İndiki Ermənistan ərazisində 1918-1920-ci illərdə yaşamış 575000 azərbaycanlının 565000 öldürülmüş və qovulmuşdur. Bu rəqəmlər erməni mənbələrində də təsdiq edilir: "Daşnaklardan sonra sovet Ermənistanı ərazisində türk (azərbaycanlı) əhalinin sayı 10000 nəfərdən bir qədər artıq idi. 1922-ci ildə 60000 azərbaycanlı geri qayıtdıqdan sonra onların sayı 72596 olmuşdur" (Z.Korkodyan. "Sovet Ermənistanının əhalisi. 1831-1931-ci illər).



1920-ci ildə Zaqafqaziya respublikaları Tiflis konfransı zamanı sovetləşmə təhlükəsinə qarşı birgə müdafiə tədbirlərini müzakirə edərkən ermənilər bəyan etmişlər ki, onlar heç vaxt İrəvan quberniyasının ərazisi ilə kifayətlənməyəcəklər və bu səbəbdən əməkdaşlıqdan imtina edirlər. Bu bəyanatdan sonra ermənilərin 1920-ci ilin yazında Qarabağda, Zəngəzurda və Qazaxda törətdikləri hərəkətləri, martın 22-də azərbaycanlıların Novruz bayramını qeyd etdikləri vaxtda Şuşaya, sonra Əsgəran və Xankəndinə hücumunu, Zəngəzurdakı fəallıqlarını Yerevan və Moskvanın Azərbaycana qarşı birgə qəsdinin - Azərbaycanda milli hakimiyyətin devrilməsi və sovet hakimiyyəti qurulması planının tərkib hissəsi saymaq olar.



Ermənilərin bolşeviklərə köməkliyi tezliklə mərkəzi hakimiyyət tərəfindən qiymətləndirildi. Moskvanın təzyiqinə tab gətirə bilməyən N.Nərimanov 1920-ci il dekabrın 1-də Deklarasiya ilə çıxış etdi. Ona əsasən ümumi sahəsi 9800 kv.km olan "Zəngəzur və Naxçıvan uyezdləri Sovet Ermənistanının hissəsi elan olunur".



Bu faktlardan aydın görünür ki, ermənilər şovinist məqsədlərinə nail olmaq üçün hər bir üsul və vasitələrdən istifadə etmiş, hətta beynəlxalq hüquq normalarının pozulmasından belə çəkinməmişlər.



1948-1953-cü illərdə deportasiya



Sovet hakimiyyəti illərində ermənilər artıq ənənə halını almış qayda və üsullarla azərbaycanlıların Ermənistan SSR-nin ərazisindən sıxışdırmağı, qonşular hesabına ərazilərini gerişlərdirməyi davam etdirmişlər. Bu fəaliyyətdə Ermənistanda və xaricdə yaşayan ermənilər həmrəylik göstərirdilər və bu da "Böyük Ermənistan" xülyasının həyata keçirilıməsi üçün ümumi strategiyanın olduğundan xəbər verirdi.



Tehran konfransı keçirilən zaman (1943) erməni diasporu SSRİ-nin xarici işlər naziri V.Molotova müraciət edərək İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişlər. Bu təklifə İosif Stalinin razılığı 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının əsasını qoymuş oldu.



1945-ci ildə Ermənistan rəhbərliyi Qarabağın birləşdirilməsi məsələsini qaldırdı və bunu Ermənistanla iqtisadi əlaqələrin mövcudluğu ilə əsaslandırmağa çalışdı. Bu təklif rədd edildi və belə olan halda digər bir taktika işə salındı.



1941-1945-ci illər müharibəsi başa çatdıqdan dərhal sonra Ermənistana xaricdən ermənilərin köçürülməsinə başlanıldı. 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 509000 nəfər, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35400 nəfər erməni Ermənistana köçürüldü.



1947-ci ildə Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinın katibi Q.Arutyunov Moskvaya müraciət edərək, köçürülən ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət etmiş və güya məhsuldarlığın artırılması məqsədilə Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıqla məşğul olan rayonlarına köçürülməsi təklifini vermişdir.



Bu fikir İ.Stalinin imzaladığı SSRİ Nazirlər Sovetinin iki qərarında öz əksini tapdı. "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə" birinci qərar 1947-ci il dekabrın 23-də imzalanmışdır. Bu sənəddə köçürülmənin səbəbi, mexanizmləri və real şəraiti göstərilmədən 1948-1950-ci illər ərzində Azərbaycanın düzənlik rayonlarına 100000 azərbaycanlının köçürülməsinə qərar verilmişdir. Qərara əsasən 1948-ci ildə Azərbaycana 10000 nəfər, 1949-cu ildə 40000 nəfər, 1950-ci ildə isə 50000 nəfər köçürülməli idi. Birinci qərara əlavə kimi meydana çıxmış "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi tədbirləri barədə" ikinci qərar 1948-ci il martın 10-da imzalanmışdır və onda texniki-təşkilati məsələlər öz əksini tapmışdır.



Məlumatlara əsasən 1948-ci ildə Azərbaycana 2357 ailə (11046 nəfər), 1949-cu ildə 2368 ailə (10595 nəfər), 1950-ci ildə 14361 nəfər Azərbaycana köçürülmüşdür. 1948-1950-ci illərdə köçürülmüş 8110 ailədən yalnız 4878-i mənzillə təmin olunmuşdur. Ümumiyyətlə, 1948-1952-ci illərdə cəmi 100000 nəfər köçürülmüşdür. Əsasən dağ rayonlarından köçürülmüş və mənzillə təmin edilməmiş əhali Aran zonasının isti hava şəraitinə dözə bilmirdi və çoxsaylı tələfatlar baş verirdi. Hətta belə bir vəziyyətdə onların dağlıq ərazilərə, o cümlədən Qarabağa köçürülməsi barədə azərbaycanlıların və Azərbaycan rəhbərliyininin müraciətləri Mərkəz tərəfindən rədd edilmişdir.



Bununla yanaşı, 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10000 erməni köçürülmüşdür. Bu fakt onu göstərir ki, azərbaycanlıların köçürülməsinə nail olmuş ermənilər heç də xaricdən ermənilərin gəlməsinə maraqlı olmamışlar. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda qeyd olunmuşdur ki, 476 kənd istifadəsiz qalmışdır ("Kommunist" qəzeti (Yerevan), 20 yanvar 1975-ci il). Erməni millətçiləri 1990-cı ildə etiraf etmişlər ki, "Azərbaycanlıların köçürülməsi nəticəsində boşaldılmış torpaqlar və mənzil fondu xaricdən gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə edilməmişdir" ("Ermənistanın səsi" qəzeti, 11 noyabr 1990-cı il).



Yuxarıda qeyd olunanlardan yalnız bir nəticəyə gəlmək olar ki, azərbaycanlıların Ermənistandan köçürülməsi nə xaricdən gələn ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda pambıqçılığın artırılması məqsədi güdürmüş, əsas məqsəd daşnakların çoxdankı arzusu olan təkmillətli dövlətin yaradılması siyasətinin reallaşdırılması olmuşdur.



Stalinin ölümü köçürülmə prosesini dayandırdı və məskunlaşmamış azərbaycanlılar ağır yaşayış şəraitinə dözməyərək, ermənilərin onlara qarşı göstərdiyi ayrıseçkilik və təzyiqlərə baxmayaraq döğma yurdlarına qayıtdılar. Bu azərbaycanlılara qarşı erməni şovinizminin yeni dalğasının - azərbaycanlılara qarşı mənəvi terrorun təzahürünə səbəb oldu. Tədris müəsisələrinin bağlanması, Azərbaycan dilində tədrisin ləğv edilməsi, azərbaycanlı rəhbər işçilərin ermənilərlə əvəz edilməsi, azərbaycanlı kəndlərin məişət və təssərüfat tələbatlarının nəzərə alınmaması, azərbaycanlılara qarşı kampaniyaların başlanması, xüsusən də 1965-ci ildə "ermənilərin genosidinin" 50-ci ildönümünün təmtəraqla keçirilməsi daşnak siyasətinin açıq-aşkar reallaşdırılması tədbirləri olmuşdur.



XX əsrin 90-cı illəri



SSRİ-dəki yenidənqurma və aşkarlıq prosesləri əks-azərbaycanlı əhval-ruhiyyə və ərazi iddialarının yeni dalğasına səbəb oldu. 1945-ci ildə istifadə edilmiş taktika yenə də işə salındı və guya Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin olması pərdəsi altında erməni millətçiləri azərbaycanlıların Ermənistandan qovulmasına və Qarabağın Azərbaycan ərazisindən ilhaqına başladılar.



1988-ci ildən kütləvi xarakter alan hədələr, fiziki və mənəvi təzyiqlər, qətllər, kəndlərin dağıdılması, 70 nəfər insanın, o cümlədən 21 qadın və 6 u&#

yarali yerim Qarabag haqqinda

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu antaqonist münaqişə hesab edir və "ya hər şey, ya heç nə" prinsipi üzrə hərəkət edir. Münaqişənin açıq, presedent fazasından əvvəl adi gözlə görünməyən, geniş ictimaiyyətə məlum olmayan hadisələr baş vermişdir. Münaqişənin bu gizli, latent fazası Sovet İttifaqında erməni ictimaiyyətinin müəyyən hissəsinin və xaricdəki erməni diasporunun çoxillik fəaliyyəti sayəsində geniş miqyas almışdır. Erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirir, öz niyyətinin etnokratik xarakter daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə tuturdu. O, ilhaqçılıq, Azərbaycan SSR-in 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-ə birləşdirmək məqsədi güdürdü. Uzun illər boyu sıravi insanların şüurunun ilhaqçılıq ("miatsum") ideyası ilə zəhərlənməsi 1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlərdə üzə çıxdı. Həmin mitinqlər zamanı DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə açıq tələblər səsləndi. Beləliklə, münaqişə insident mərhələsinə keçməyə başladı. Daxili dinamikaya malik olan bu proses məntiqi şəkildə qan tökülməsinə, ərazi ekspansiyası ideyasını dəstəkləməyən böyük insan kütlələrinin faciəsinə doğru aparan hadisələrin get-gedə daha tez-tez baş verməsi ilə səciyyələnirdi.



1987-ci ilin noyabr ayında akademik Aqanbeqyan "Humanite" qəzetinə verdiyi qalmaqallı müsahibədə erməni etnokratlarının fəaliyyətini dəstəklədi. Bu müsahibə bir növ rəmzi məna daşıyır və onu göstərirdi ki, erməni mənşəli sovet elitasının bir hissəsi Sovet İttifaqında xalqların birgəyaşayışına dair rəsmi normalara açıq-aşkar məhəl qoymur. Etnokrat Z.Balayanın 1985-ci ildə Ermənistanda erməni və rus dillərində çap edilmiş "Ocaq" kitabı yalnız ictimaiyyət tərəfindən pislənilmiş əlamətdar bir epizod idisə, Aqanbeqyanın bəyanatı bu cür hərəkətlərin və bəyanatların açıq-aşkar sistemli hal almasına keçiddən xəbər verirdi.



1987-ci ilin noyabr ayında münaqişə kütləvilik səviyyəsinə çatır: Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların qovulması kampaniyası başlanır. 1920-ci ildən sonra ilk dəfə idi ki, Cənubi Qafqazda yeganə "təqsiri" başqa etnik mənşəli olmasından ibarət olan insanlar fəlakətlər girdabına düşürdü. 1988-ci il yanvarın axırlarında Qafan rayonunda bircə nəfər də azərbaycanlı qalmamışdı. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın başqa rayonlarında yaşayan azərbaycanlıların da aqibəti belə oldu. Beləliklə, 1988-1990-cı illərdə vektoru dəqiq bəlli olan – azərbaycanlılar Azərbaycana, ermənilər Ermənistana getməlidir - tələblə çox böyük insan kütlələrinin yerdəyişməsi başlanır. O vaxta qədər həyat tərzlərinin və mədəniyyətlərin aşağı səviyyədə qarşılıqlı təsiri barədə danışmağa imkan verən etnik adda-buddalıq sürətlə aradan qalxır.



1988-ci il fevralın 13-də DQMV-nin mərkəzində Qarabağ məsələsi barədə ilk nümayiş təşkil edildi. 1988-ci il fevralın 16-dan martın 2-dək DQMV-də mitinqlər təşkil olunur. Buna cavab olaraq, fevralın 19-da Bakıda nümayiş keçirilir. Azərbaycan və erməni cəmiyyətlərində geniş yayılmaqda olan mübarizə ideyası "cəbhəçi tipli" şəxslərin fəallaşması üçün əlverişli şərait yaradır. Siyasi cəhətdən təcrübəsiz kütlələlərin və mitinq başçılarının bu birliyi XX əsrin 80-90-cı illərinin qovuşağında siyasətin peripetiyalarını müəyyənləşdirir. Məhz 1988-ci ilin əvvəllərində etiraz əhval-ruhiyyəsinin kəskin güclənməsi müşahidə olunur, çünki erməni etnokratları sosial narazılığı milli narazılıqla əvəz etməyə və kütləvi şüuru xəyalpərəstlik və dözümsüzlük istiqamətinə yönəltməyə müvəffəq olurlar.



Etnokratların və kriminalların dayağı olan DQMV Xalq Deputatları Soveti 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Martın 22-də müttəfiq respublikanın – Azərbaycanın bir dövlət kimi bütövlüyünü dağıtmağa yönəlmiş xüsusi ictimai struktur – "DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi uğrunda Komitə" yaradılır. Martın 5-də bu qurum "Krunk" adı ilə qeydiyyata alınmışdı. Münaqişənin ilhaqçı təbiəti Yerevanda "Qarabağ" Komitəsinin təsis edilməsində də öz əksini tapmışdır. 1988-ci il fevralın 21-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi "Dağlıq Qarabağ hadisələri haqqında" qərar çıxarır. Bu sənəddə Vilayət Sovetinin qərarı "millətçi elementlər tərəfindən təhrik edilmiş" aksiya adlandırılır. 1988-ci il martın 24-də Moskva "1985-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında" qərar qəbul edir. Rəmzi xarakter daşıyan bu qərarda DQMV-nin Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olması vurğulanırdı.



1988-ci il iyunun 14-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə "daxil edilməsinə razılıq" verir. 1988-ci il iyunun 17-də Azərbaycan SSR Ali Soveti buna cavab olaraq əks qərar qəbul edir: DQMV respublikanın tərkibində qalır. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti hər hansı başqa qərarın pozucu olmasını dərk etdiyindən, Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə məntiqli qərar qəbul edir. SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müddəadan çıxış edirdi. Konstitusiyaya görə, "müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz".



İstər münaqişənin bu müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycan tərəfi mənəvi baxımdan haqlı idi. O, status-kvonu - Azərbaycan və erməni millətlərinin hərtərəfli inkişafına əsla mane olmayan inzibati ərazi bölgüsünü müdafiə edirdi. Qeyd etmək yerinə düşər ki, DQMV-nin sosial inkişafının əsas göstəriciləri həm Azərbaycan SSR-in, həm də Ermənistan SSR-in orta respublika səviyyəsindən yüksək idi.



Azərbaycanın siyasi elitası dövlətçiliyin qorunması mövqelərindən çıxış edirdi, lakin onun şəxsiyyət potensialı vəziyyətin dramatikliyinə uyğun deyildi. Heydər Əliyevin - çoxmillətli cəmiyyətə rəhbərlik təcrübəsinə malik olan bu dövlət xadiminin respublikada olmaması münaqişənin inkişafına və onun aralıq yekunlarına bilavasitə təsir göstərirdi.



SSRİ-nin ümumi dövlət orqanı zəiflədikcə, DQMV-də azərbaycanlı və erməni icmalarının barışdırılmasına yönəlmiş bütün tədbirlər heçə enirdi. Bu baxımdan, Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar – 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələndi. SSRİ ilə ABŞ arasındakı "soyuq müharibə" bu vəziyyəti daha da mürəkkəbləşdirirdi. 1989-cu il iyulun 19-da ABŞ Senatı "Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq, Dağlıq Qarabağa dair mübahisənin sülh yolu ilə tənzimlənməsinə ABŞ-ın köməyi haqqında" qətnamə qəbul etdi. 1989-cu il noyabrın 19-da ABŞ Senatı "Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin xalqının baxışlarını əks etdirən tənzimlənməsinə kömək etmək" arzusunda olduğunu bəyan edir. SSRİ-də yeni yaranmaqda olan hüquq müdafiə hərəkatı, xüsusən "Memorial" təşkilatı erməni separatçılarını birmənalı şəkildə müdafiə edir və haqlı olaraq belə hesab edir ki, bu, adi himayədarlıqdan daha əhəmiyyətlidir.



1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında" görünməmiş bir qərar qəbul edir. 1990-cı il yanvarın 9-da Ermənistan Ali Sovetinin sessiyası DQMV-nin sosial-iqtisadi inkişaf planını respublikanın 1990-cı il üçün planına daxil edir. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirildi. Bütün bu hadisələr Ermənistanın ilhaqçılıq mövqeyi tutmasına artıq şübhə yeri qoymurdu. Sonralar bu mövqe yalnız ört-basdır edilmişdi. 1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli hərəkatı qalib gəldi. Separatçıların hakimiyyətə gəlməsi yalnız bir məqsəd güdə bilərdi – "yenidən birləşmə" və "millətin öz müqəddəratını təyin etmək hüququ" şüarları altında təcavüzkar müharibə. Mahiyyət etibarilə Ermənistanda problemlərin zor işlətməklə həll edilməsi üsullarını təbliğ edən militokrat etnokratiya hakimiyyətə gəlmişdi.



"Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında" 1989-cu il 1 dekabr tarixli qərar Azərbaycanla Ermənistan arasında soyuq müharibənin genişlənməsinə və buna müvafiq surətdə təcavüzkarlara kütləvi nifrətin güclənməsinə səbəb olmaqla xalqlar arasında münasibətlərdə çox ağır nəticələrə gətirib çıxardı. Əslində, bu, münaqişə zonasının keyfiyyətcə genişlənməsi, onun yayılması demək idi. 1990-cı ildə Bakıda baş vermiş məlum yanvar hadisələrindən sonra Kremlin və şəxsən prezident Qorbaçovun nüfuzu heçə enməyə başladı.



Yanvarın 21-də Heydər Əliyevin Moskvada verdiyi ifşaedici bəyanat Azərbaycan dövlətçiliyinin böhranının aradan qaldırılmasına yönəlmiş intellektual mənalar konsentratını cəmiyyətə açıb göstərdi. Bakıda baş vermiş yanvar hadisələri Azərbaycan elitasının yeni siyasi dünyagörüşü mövqeyinə keçidi ilə əlamətdar oldu – kəskinləşməkdə olan münaqişə beləcə yeni proqram məqsədlərinin formalaşmasını sürətləndirdi. 1990-cı ilin yanvarında Azərbaycan SSR-in əvvəlki rəhbərliyinin iflasa uğraması böyük bir imperiya məkanında sinfi beynəlmiləlçilik ideyaları üzərində qurulmuş siyasətin qeyri-adekvat olmasının rəmzi idi. Yeni ideoloji paradiqma Azərbaycanın millət-dövlət vəziyyətinə keçməsini təmin etməli idi. Lakin Azərbaycanın yeni rəhbərləri yeni siyasətə keçid məsələsində gecikir, hadisələrin gedişinin sürətləndirilməsində səhvlərə yol verirdilər. Lakin siyasi uzaqgörənliyi, zaman və məkan hissinin yaxşı inkişaf etməsi ilə fərqlənən, hadisələrin gedişini fəal təhlil etməyi bacaran, hər bir hadisənin arxasında dövlətin sərt subyektiv iradəsinin dayanmalı olduğunu başa düşən Heydər Əliyev bu dövrdə məcburi istefada idi.



SSRİ Ali Sovetinin qərarına əsasən yaradılmış DQMV üzrə Respublika Təşkilat Komitəsi lap əvvəldən uğursuzluğa məhkum idi – bu, indi daha aşkar görünür, - çünki həmin komitə obyektiv olaraq özünü qoruyub saxlamaqda maraqlı olan ümumittifaq sisteminin get-gedə zəifləyən imkanlarına əsaslanırdı. Buna baxmayaraq, Təşkilat Komitəsi 1990-cı il yanvarın 20-dən başlayaraq, DQMV-nin siyasi-hüquqi və psixoloji məkanını addım-addım fəth edir, əhalini etnik dözümsüzlük xülyalarından xilas edirdi. Ümumittifaq dövlətçiliyini qəti şəkildə dağıtmış 1991-ci ilin avqust hadisələrindən sonra bu komitənin fəaliyyəti sakitcə heçə endi. Qorbaçovun ikiüzlü və riyakar siyasəti yeni siyasi reallıq "quruculuğunun" elementlərinə çevrildi. 1991-ci ilin payızında bu siyasət Azərbaycan millətinə heç bir fərəhli perspektiv vəd etmirdi.



1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında "Dağlıq Qarabağ Respublikası" (DQR) elan edildi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Lakin Qorbaçovun son əməli olan "SSRİ Dövlət Şurası" 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğunu elan etdi. 1991-ci il dekabrın 10-da "DQR"-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış referendum keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik "Dağlıq Qarabağ Respublikası"nın müstəqillik bəyannaməsi elan edildi. Erməni separatçılar bu qərarı qəbul etməklə soyuq müharibəni heç bir günahı olmayan azərbaycanlıların və Yerevanın təcavüzkar xülyalarının girovlarına çevrilmiş ermənilərin kütləvi şəkildə həlak olmasına gətirib çıxaran "qaynar mərhələyə" keçirdilər.



1992-ci və 1993-cü illərin hərbi kampaniyası dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar demişdir: "Sərhədləri bütün dünya tərəfindən tanınmış, - bizim ərazi bütövlüyümüz isə BMT tərəfindən tanınır... - suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir... Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir".



1993-cü ildə Azərbaycan milləti güclü dövlət başlanğıcının, həyatın sınağından keçmiş idarəçilik kadrlarının və ilk növbədə kreativ liderin şəxsində insan kapitalının nə qədər dəyərli olmasını öz təcrübəsində yəqin etdi. Bu millətin tarixi miqyasda bəxti gətirmişdi, bütün bunlar var idi. Aristotelin entelexiya adlandırdığı potensial imkanların faktik imkanlara keçməsini reallaşdırmaq üçün xalqın iradəsi tələb olunurdu.



1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıtması Dağlıq Qarabağ münaqişəsində yeni bir səhifə açdı. 1993-cü ildə Heydər Əliyev yeni Azərbaycan dövlətçiliyinə yol açdı. Bu baxımdan Dağlıq Qarabağ problemi yalnız aşağıdakı prizmadan təhlil edilir: "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaqdır". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik xəttinin varisliyini əks etdirir.



İş-işdən keçəndən sonra, 1993-cü ildə Heydər Əliyevə obyektiv və subyektiv səbəblərdən yaranmış ağlasığmaz dərəcədə mürəkkəb şərait miras qalmışdı. O, belə bir nəticəyə gəldi ki, Dağlıq Qarabağ probleminin həllinə sintetik yanaşma, daxili və xarici siyasət amillərinin bütün kompleksinin hökmən nəzərə alınması tələb olunur. Bu, xüsusən, döyüş qabiliyyətli nizami ordu formalaşdırılması, sabit hakimiyyət qurumlarının yaradılması, iqtisadiyyatın bərpası və iqtisadi islahatların keçirilməsi, neft müqaviləsinin bağlanması və bu tədbirlərin nəticəsi kimi millətin sıx birləşdirilməsi demək idi. Heydər Əliyev deyirdi: "İşləri qaydaya salmaq üçün mənə iki il yarım vaxt lazım gəldi". Heydər Əliyev özü etiraf edirdi ki, 1993-1994-cü illərdə o, "özünün uzun iş gününün 80 faizini" bu problemin həllinə ayırırdı.



1994-cü il mayın 5-də Bişkekdə barışıq haqqında protokol imzalandı. Ermənistanın təcavüzü nəticəsində 1993-1994-cü illərdə yeddi rayon – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları tutuldu. Bir milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrildi.



1993-cü ildə silahlı münaqişənin genişlənməsi nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir: 1993-cü il 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilmiş və "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu" ifadəsi qəbul olunmuşdur. Həmin ifadə BMT Baş Assambleyası tərəfindən hər il qəbul edilən "Birləşmiş Millətlər Təşkilatı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq" adlı qətnamələrə müntəzəm olaraq daxil edilir.



ATƏT çərçivəsində qəbul olunmuş qərarlar BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar prosesinin normativ hüquqi bazası və mexanizmini təşkil edir. Hələ 1992-ci ildə Helsinkidə keçirilmiş əlavə görüşdə ATƏM-in üzvü olan ölkələrin xarici işlər nazirləri Dağlıq Qarabağda silahlı münaqişənin genişlənməsi ilə əlaqədar narahatlıqlarını bildirmiş və Minskdə xüsusi konfrans çağırılması istəklərini ifadə etmişdilər. ATƏM-in 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə toplantısında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiqlik təsdiq edilmiş və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul olundu. Eyni zamanda, dövlət və hökumət başçıları ATƏM-in fəaliyyətdə olan sədrinə danışıqların vahid və razılaşdırılmış bazasını yaratmaq, eləcə də bütün vasitəçilik və danışıq fəaliyyətinin tam əlaqələndirilməsini təmin etmək üçün Minsk konfransının həmsədrlərini təyin etmək barədə tapşırıq verdilər. Dövlət və hökumət başçıları tərəflər silahlı münaqişənin dayandırılması barədə siyasi razılığa gəldikdən sonra sülhün qorunub saxlanması üçün ATƏM-in çoxmilli qüvvələrini göndərməyə siyasi cəhətdən hazır olduqlarını da bəyan etdilər.



1995-ci ildə MDB-nin üzvü olan dövlətlərin başçıları Müstəqil Dövlətlər Birliyində sülhün və sabitliyin qorunub saxlanması barədə Memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən boyun qaçırdı. Həmin bəndlərdə deyilirdi ki, "Üzv dövlətlər... öz ərazilərində... separatizmin, millətçiliyin, şovinizmin və faşizmin hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər", onlar həmçinin "başqa üzv dövlətlərin ərazisində separatçı hərəkatları və separatçı rejimləri dəstəkləməməyi, ...onlara iqtisadi, maliyyə hərbi və başqa kömək göstərməməyi öhdəyə götürürlər".



1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən yekun bəyannamənin qəbul edilməsinə mane oldu.



1997-ci il sentyabrın 20-24-də ATƏT-in Minsk qrupundan olan vasitəçilər münaqişənin sülh yolu ilə həllinə dair yeni plan təqdim etdilər. Həmin planda göstərilirdi ki, "Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət qurumu və ərazi qurumudur". 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu tərəfindən təklif edilən "ümumi dövlət" ideyası Azərbaycan tərəfindən rədd olundu. 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul zirvə toplantısında qəbul edilmiş yekun sənədlərində Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə birbaşa istinad yoxdur.



Ermənistan-Azərbaycan münaqişəsi Avropa Şurasında da müzakirə olunmuşdur. 1997-ci ildə AŞPA "Cənubi Qafqazda münaqişələr haqqında" qətnamə qəbul etmişdir. Həmin qətnamədə bəyan edilir ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi, xüsusən, sərhədlərin toxunulmazlığı və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu verilməsi prinsipləri nəzərə alınmaqla tərəflərin danışıqlarının mövzusu olmalıdır.



1999-cu il aprelin 25-də Azərbaycan Prezidenti H.Əliyev və Ermənistan Prezidenti R.Koçaryan Vaşinqtonda ilk ikitərəfli görüş keçirdilər. 2001-ci il yanvarın 26-da və martın 4-5-də onlar Parisdə, daha sonra, 2001-ci il aprelin 3-7-də Ki-Uestdə görüşdülər.



2006-cı ildə ATƏT-in Minsk qrupu gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün referendum keçirilməsini təklif etmiş və ona razılıq verilməsini erməni qoşunlarının Azərbaycanın hazırda işğal edilmiş torpaqlarından çıxarılması ilə əlaqələndirmişdi.



Prezidentlər İlham Əliyevin və Robert Koçaryanın 2003-cü il dekabrın 11-də Cenevrədəki ilk görüşündən başlayaraq dəfələrlə keçirdikləri görüşləri də qeyd etmək lazımdır.



Hadisələrin bu konturu bir tərəfdən, Cənubi Qafqazın iki dövləti olan Azərbaycanın və Ermənistanın təbiətində, digər tərəfdən, münaqişənin həllinə onların konseptual yanaşmalarında ciddi fərq olduğunu göstərir.



Azərbaycanın dövlət quruculuğu mədəniyyəti ölkədə məskunlaşmış xalqların biliklərinin, vərdişlərinin və təcrübəsinin sintezindən ibarət olmuşdur və indi də belədir. XX əsr ərzində Azərbaycanda siyasi millət, yəni vətəndaş milləti yaranmışdı. Heydər Əliyev deyirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir". Bu sözlər müasir Azərbaycan dövlətçiliyinin taleyüklü təbiətini əks etdirir. Müasir Azərbaycan dövlətinin siyasətinin ideya-mədəni və siyasi-psixoloji mənbələri bunlardır.



Müasir Azərbaycan Respublikası Azərbaycanda yaşayan xalqların vətəndaş-siyasi müqəddəratlarını təyin etməsinin nəticəsi olan bir millətin mövcudluğunu nəzərdə tutur. Bu başlıca mənada millət çərçivəsində "ayrılmaq da daxil olmaqla etnik müqəddəratın təyin edilməsi" problemi saxta, uydurma problemdir. Milli dövlətləri parçalamaq vasitəsi kimi istifadə edilən etnokratik millətçiliyin başlıca dəlilinin əsası yoxdur. Millət-dövlət çərçivəsində etnos siyasi-hüquqi subyekt ola bilməz, o, yalnız mədəni-tarixi subyekt ola bilər. Müasir millət-dövlətlər polietnik dövlətlərdir. Etnosların ümumi milli mənafe və etnosun fövqündə duran ideologiya ilə siyasi millət şəklində birləşmədiyi dövlət, olsa-olsa, böhranlı vəziyyətdə mövcud ola bilər. Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tətbiqən siyasi fəlsəfəsi ən ümumi şəkildə belədir.



Dağlıq Qarabağ münaqişəsinin gələcəyi bu məsələnin indiki vəziyyətinin birbaşa davamı deyildir. Ən əvvəl ona görə ki, diplomatiya tarixində hadisələr barışıq əldə olunandan sonra Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin ifadə etdiyi bir mənəvi meyara görə qiymətləndirilir: "Əlbəttə, diplomatik uğurlar bizi sevindirir... lakin əgər bizim torpaqlar hələ də işğal altındadırsa, deməli, bütün bu nəticələrin prinsipial əhəmiyyəti yoxdur. Nəticələrin əhəmiyyəti o vaxt olacaqdır ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad edilsin, bizim soydaşlarımız isə doğma yurdlarına qayıtsınlar. Bizim soydaşlarımız işğal edilmiş torpaqlara – Dağlıq Qarabağa bitişik ərazilərə və Dağlıq Qarabağa qayıtmalıdırlar".



Diplomatik uğurların qiymətləndirilməsi meyarı praktikadadır – Azərbaycan dövlətinin şəksiz və qanunauyğun şəkildə ölkənin ümumi qüdrətində əks olunan uğurlarındadır. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev deyir: "Bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Bir daha demək istəyirəm ki, hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır. Eyni zamanda, mən əminəm ki, biz bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə etməklə Ermənistana güclü təzyiq göstərə bilərik. Bu, artıq hiss edilir".



Dağlıq Qarabağ problemi çoxmillətli Azərbaycanın vətəndaşlarının xeyrinə həll ediləcəkdir. Ölkəmiz burada məskunlaşan bütün xalqların ümumi evi olmuşdur və olacaqdır.

 

Bayramlar

1. Azərbaycan Respublikasının bayram günlərinə aşağıdakılar aiddir:



Yeni il bayramı (1 və 2 yanvar);



Qadınlar günü (8 mart);



Faşizm üzərində qələbə günü (9 may);



Respublika günü (28 may);



Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun);



Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (26 iyun);



Dövlət müstəqiliyi günü (18 oktyabr);



Konstitusiya günü (12 noyabr);



Milli Dirçəliş günü (17 noyabr);



Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr);



Novruz bayramı – 5 gün;



Qurban bayramı – 2 gün.



Ramazan bayramı – 2 gün.



2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı iş günü hesab edilmir.



3. İş günləri hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.



4. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.



5. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir.



6. Qurban bayramı və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.



7. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.



1 YANVAR – YENİ İL



Yanvar ayı (latınca "Yanvarus") Roma allahı Yanusun şərəfinə adlandırılmışdır. Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanına əsasən Yuli təqviminə keçilmişdir. Həmin fərmana görə yanvarın 1-i - İsa peyğəmbərin təvəllüd günü ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır.



1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir.



2006-cı ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur.



Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşürsə, növbəti gün iş günü hesab edilmir.



8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ



8 mart qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günüdür. Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Rusiyada həmin gün ilk dəfə 1913-cü ildə, Azərbaycanda 1917-ci ildə bayram edilmişdir. 1914-cü ilə qədər bu bayram müxtəlif günlərdə qeyd olunurdu. Beynəlxalq qadınlar gününün martın 8-də qeyd edilməsi ənənəsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər dövlətlərin qadınları həmin günü bayram hesab etmək barədə razılığa gəldikdən sonra yaranmışdır.



O vaxtdan bəri martın 8-ni bütün ölkələrdə həm də sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildə Azərbaycan SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlamışdır.



Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.



9 MAY – FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ



İkincü dünya müharibəsi (1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır.



Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.



İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.



Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü,



hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.



Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.



28 MAY – RESPUBLİKA GÜNÜ



XX əsr tarixə təkcə elm və texnika əsri kimi deyil, həm də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli dövlətlərin yaranması əsri kimi düşmüşdür.



1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.



1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.



Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.



15 İYUN – AZƏRBAYCAN XALQININ MİLLİ QURTULUŞ GÜNÜ



1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdəntəcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ilin yayında Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Vətənin bu ağır dövründə Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim tariximizə Milli qurtuluş günü kimi daxil oldu. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.



Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.



26 İYUN – AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ



1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti ordu yaradılması haqqında qanun qəbul etdi.



Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmişdir.



Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.



18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ



1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul edildi.



Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı yekdilliklə qəbul edildi.



1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi - referendum keçirildi. Referendum bülletenlərində yalnız bir sual vardı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktına tərəfdarsınızmı?"



Azərbaycan xalqı dövlət müstəqilliyinin lehinə səs verdi.



1992-ci ilin mayında Milli Məclis (parlament) Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadındır), bir müddət sonra isə Dövlət bayrağı və üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir edilmiş Dövlət gerbini təsdiq etdi.



12 NOYABR – KONSTİTUSİYA GÜNÜ



Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası Azərbaycan dövlətinin sayca dördüncü Konstitusiyası olub onun yeni tarixi modifikasiyasını əks etdirir. Azərbaycan Respublikasında Konstitusiya quruculuğunun tarixi, əsasən, onun SSRİ-nin tərkibində olduğu dövlət təsadüf edir.



Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni, SSRİ-nin 1924-cü il Konstitusiyasına müvafiq redaksiyası qəbul olundu. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni, ölkə tarixində yeni mərhələnin reallıqlarını əks etdirən Konstitusiyası qəbul edildi. Azərbaycan müstəqillik əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yarandı. Bu məqsədlə Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq bu yeni Konstitusiya qəbul edildi.



1995-ci il Konstitusiyası Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.



Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.



17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ



1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Ermənistanın hakimiyyət orqanları Sovet İttifaqı rəhbərliyinin səhlənkarlığından istifadə edərək, 200 min nəfərdən çox azərbaycanlının daimi yaşayış yerlərindən qovulmasına faktiki sanksiya verdi.



Ermənistan rəhbərliyinin və Kremlin əməllərinə etiraz əlaməti olaraq, 1988-ci il noyabrın 17-də Bakının baş meydanında – Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi başlandı.



1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş günü kimi qeyd edilir.



31 DEKABR – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ



Hər il dekabrın 31-i azərbaycanlıların milli həmrəyliyi günü kimi qeyd edilir. Dünyanın müxtəlif ölkələrində - İranda (Cənubi Azərbaycan), Türkiyədə, Almaniyada, Fransada, Böyük Britaniyada, ABŞ-da, Yaxın Şərq ölkələrində on milyonlarla azərbaycanlı yaşayır. Azərbaycanlıların ən böyük diasporu Rusiyadadır və 1,5-2 milyon nəfəri əhatə edir.



Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra diasporun ictimai statusu dəyişmiş, o, Azərbaycan xalqının rifahı naminə özünün geniş əhatəli fəaliyyətini gücləndirmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 dekabr Azərbaycanlıların milli həmrəyliyi günü elan edilmişdir.



Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.



NOVRUZ BAYRAMI



Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir.



Novruz bayramının tarixi kökləri çox qədim dövrlərə - Zərdüşt peyğəmbərin zəmanəsinə aiddir. Bu isə təqribən 3700-5000 il deməkdir.



Qədim Babilistanda bu bayram Nisan ayının 21-də (mart, aprel) başlanır və 12 gün davam edirdi. Bu 12 günün hərəsinin öz ritualları (mərasimləri) və öz əyləncələri vardı. Ən qədim yazılı abidələrdə göstərilir ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.



İslam dini Novruz bayramına dini çalarlar gətirmişdir. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz kimi böyük mütəfəkkirlər dəlillərlə göstərirdilər ki, Novruz bayramı İslamdan çox-çox əvvəl yaranmışdır. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq Nizaminin "Siyasətnamə", Ömər Xəyyamın "Novruznamə" əsərlərini göstərmək olar.



Odlar yurdu Azərbaycan atəşpərəstliklə bağlı zəngin ənənələrə malikdir. Bu baxımdan Novruz ruhun təmizlənməsi rəmzidir. Novruzdan əvvəlki axır çərşənbə ərəfəsində tonqallar yandırılır və yaşından, cinsindən asılı olmayaraq, hər kəs bu bərəkətli odun üstündən yeddi dəfə tullanmalıdır. Eyni bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə tullanmaq lazımdır. Bu ritualı yerinə yetirərkən "Mənim sarılığım sənə, sənin qızartın mənə keçsin" demək lazımdır. Novruz tonqalının üstünə heç vaxt su tökmürlər. Tonqal özü sönəndən sonra oğlanlar və qızlar onun külünü yığıb evdən uzağa aparırlar. Bu o deməkdir ki, bütün pisliklər həmin külə qarışaraq gedir.



Su ilə təmizlənmə suyun təmizləyici qüvvəyə malik olması barədə təsəvvürlərlə bağlıdır. Novruz günlərində arx üstündən tullanmaq ötən ildə edilmiş günahları yumaq deməkdir. Belə bir adət də var: İlin son gecəsində adamlar bir-birinin üstünə su çiləyirlər. Xalq inamına görə, axır çərşənbə gecəsi çaylar və arxlar dayanır, hamı və hər şey, hətta ağaclar da yerə əyilərək suya təzim edirlər. Yeni il axşamında kim bu sudan içərsə, o, xəstələnməz.



Novruzun zirvəsi köhnə ilin öz səlahiyyətlərini yeni ilə təhvil verməsidir. Qədimdən yaranmış ənənələrə görə, həmin vaxtda Novruzun şərəfinə toplardan və tüfənglərdən atəş açırlar. N.Dubrovin hələ XIX əsrdə bu barədə yazırdı: "Azərbaycanda baharın gəlməsini şəhərlərdə və kəndlərdə toplardan açılan yaylım atəşi ilə bildirirdilər". Azərbaycanda Novruz bayramı şərəfinə təntənələrdə iştirak etmiş Adam Oleari isə yazırdı: "Münəccim astronomik cihazdan və Günəş saatından istifadə etməklə Günəşin hündürlüyünü təyin edərək, gecə ilə gündüzün bərabərləşdiyi anda bildirdi: "Təzə il gəldi". Elə həmin anda şəhər qüllələrindəki toplardan yaylım atəşi açıldı, qala divarlarından musiqi sədaları eşidildi. Beləliklə, Bahar bayramı başlandı" (1637).



Novruzda süfrədə adları "S" hərfi ilə başlayan yeddi xörək, habelə sumax, sirkə, süd, səməni, səbzi və sair olmalıdır. Süfrəyə güzgü və şamlar, güzgünün qabağına boyanmış yumurtalar qoyulur. Bütün bunların hər birinin rəmzi mənası var: şam – insanları bədnəzərdən qoruyan od, işıq, güzgü isə aydınlıq deməkdir.



Ənənəyə görə, bayramın birinci günündə hər kəs öz evində olmalıdır. Xalq içində deyərlər: "Əgər Novruzun birinci günündə öz evində olmasan, yeddi il evinə həsrət qalacaqsan". Keçmişdə Novruz bayramı günündə evin bayır qapısı, bir qayda olaraq, bağlanmırdı. Novruzun birinci günü bütün gecə işıq yanır, çünki işığın sönməsi bədbəxtlik əlamətidir.



Kəndlilər Novruz bayramını qeyd edərkən yeni ilin quraqlıq, yoxsa yağmurlu, məhsuldar, yoxsa qıt olacağını müəyyən edirlər. Ənənəyə görə, Novruzun birinci günü bahar, ikinci günü yay, üçüncü günü payız və dördüncü günü qış hesab edilir. Əgər birinci gün hava küləksiz və aydın olsa, deməli, il məhsuldar olacaqdır.



Novruz insanların çox xoşladığı, onlara şən ovqat bəxş edən bayramdır. Novruz Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə əks etdirən bayramdır.



Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.



QURBAN BAYRAMI



Dini mərasim olan Qurban bayramı bütün müsəlman aləmində hər il qeyd edilir. Qurban kəsmək mərasimi islamdan çox-çox əvvəl mövcud olmuşdur.



Hicri tarixinin ikinci ilində, Məhəmməd Peyğəmbər Mədinədən Məkkəyə köçəndən sonra islam aləmində qurban kəsmək adəti yoxsullara və yetimlərə kömək, arzuların çin olması üçün sədəqə verilməsi kimi yeni mənalar kəsb etdi. Dini mərasim olan qurban kəsilməsi İbrahim Peyğəmbərlə bağlı bir əhvalatdan sonra yaranmışdır. O, yuxuda görür ki, Allah İbrahimin ona inamını sübut etmək üçün oğlu İsmayılı qurban kəsməsini əmr edir. Əsl dindar olan İbrahim Allahın bu əmrini yerinə yetirməyə, İsmayıl da qurban kəsilməyə hazır idi.



Qurban bayramı zamanı hər bir imkanlı müsəlman bir heyvanı qurban kəsməli, onun ətini yoxsullara və yetimlərə paylamalıdır. Qurban kəsmək insanın həqiqi etiqad ucalığına yüksəlmək məqsədi güdür. Quranda bununla əlaqədar deyilir: "Onların nə əti, nə də qanı Allaha çatacaq. Ona sizdən ancaq təqva (Allahdan qorxma) çatacaqdır". (22:37)



Qurban bayramı 2 gün qeyd edilir.



Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.



RAMAZAN BAYRAMI



Müqəddəs Ramazan ayı müsəlmanlar üçün Hicri tarixinin ikinci ilində (Miladi tarixin 622-ci ilində) müəyyən edilmişdir. Ramazan ayı insanlara Allahın göstərişlərini bütün qəlbi ilə qəbul etməyi, cismani və ruhi sınaqlardan keçməyi təlqin edir. Müsəlmanlar bu ayda oruc tuturlar.



Orucluğun tarixi Hicri təqviminin ikinci ilindən başlanır. O vaxt Məhəmməd Peyğəmbər Mədinədə müsəlmanlar üçün Ramazan ayını müəyyən etmişdir. Allah Quranı müsəlmanlara məhz Ramazan ayının son on gecəsinin birində nazil etmişdir. Deyilənə görə, bu hadisə həmin ayın 23-dən 24-nə və ya 26-dan 27-nə keçən gecə baş vermişdir. Həmin gecə "leylət əl-Qədr", yəni güclü və qüdrətli gecə adlanır. Quranda bu gecə barədə deyilir: "Biz onu (Quranı) Qədr gecəsində nazil etdik. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan da xeyirlidir. O gecə mələklər və ruh (Cəbrayıl) öz Rəbbinin izni ilə hər bir əmrə görə enirlər. O (gecə), sübh açılana qədər bir salamatlıqdır" (97:1-5).



Orucluq dövründə günün işıqlı vaxtında yeməyə, siqaret çəkməyə, ər-arvad vəzifələrini icra etməyə və başqa əməllərə icazə verilmir. Uşaqlar, hamilə qadınlar, ağır xəstəlikdən əziyyət çəkənlər, döyüşçülər və səfərdə olanlar oruc tutmaqdan azaddırlar. Orucluq təzə Ayın göründüyü andan başlanır və 29-30 gün davam edir. Quranda deyilir: "Sübh çağı ağ sap qara sapdan seçilənə qədər yeyib-için. Sonra da gecəyə qədər orucunuzu davam etdirin" (2:187).



Orucluq hələ islamdan əvvəldə mövcud olmuşdur. Bu barədə Quranda deyilir: "Sizdən əvvəlkilərə fərz qılındığı kimi sizə də oruc tutmaq fərz qılınmışdır ki, bəlkə Allahdan qorxasınız" (22:183).



Orucluq id-əl-fitr bayramı ilə başa çatır. Həmin gün bütün varlı və imkanlı müsəlmanlar kasıb müsəlmanlara kömək etməyə borcludurlar.



1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd edilir.



Ramazan bayramı 2 gün qeyd olunur.



Qeyd: 2006-cı ildən qüvvədə olan qaydaya görə, əgər bayram günü istirahət günü ilə üst-üstə düşərsə, növbəti gün iş günü hesab edilmir.

 

MIlli remzilerim

I. Azərbaycan Respu blikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.



II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.



III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

                                                                        Dövlət Bayrağı                                               
                                                                     

Erazim

Azərbaycan Respublikasının ərazisi - 86,6 min km2 (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otaqlar, 36,9% sair torpaqlar) təşkil edir.
Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir.
Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.
Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir.
Ən böyük göllər
Km2
Ən böyük adalar
Km2
Ən böyük çaylar
km
Sarısu
67.0
Pirallahı
14.4
Kür
1515
Ağgöl
56.2
Çilov
11.5
Araz
1072
Ağzıbirçala
37.0
Xərə-Zirə
3.5
Alazan (Qanıx)
413
Mehman
35.0
Böyük-Zirə
1.4
İori (Qanıx)
389
Böyükşor
9.2
Samur
216
Hacıqabul
8.4
Tərtər
200

Dünyada ən böyük göl - Xəzər dənizi, sahəsi 400000 km2, ən dərin yeri - 1025 m.
Ən yüksək dağ zirvəsi - Bazardüzü - 4466 m.

İnzibati-ərazi bölgüsü
Azərbaycan Respublikasının tərkibinə bir muxtar qurum - Naxçıvan Muxtar Respublikası, 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayış məntəqəsi daxildir.
Qeyd: Əhalinin sayı əsasən 2002-ci il yanvarın 1-nə olan göstəricilərlə verilmişdir.

Ərazisi
(min km2)
Əhalisi
(min nəfər)

Bakı
şəhəri
2,13
1817,9
Azərbaycanın paytaxtıdır.
11 inzibati rayona bölünür: Binəqədi, Əzizbəyov, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal. Azərbaycanın sənaye, elm və mədəniyyət mərkəzidir. İqtisadiyyatının əsasını neft və qaz sənayesi, maşınqayırma, yüngül, yeyinti sənayesi sahələri, tikinti, rabitə, nəqliyyat və s. təşkil edir.
Abşeron
rayonu
1,36
86,0
İqtisadiyyatının əsasını yeyinti sənayesi, şəhərətrafı, əsasən, suvarma əkinçiliyi (tərəvəzçilik, üzümçülük və s.) və südlük-ətlik heyvandarlıq təşkil edir. Respublikamızda cənub meyvələri (püstə, badam, zeytun və s.) və çox qiymətli zəfəran əsasən Abşeron rayonunda yetişdirilir. Ərazisində neft və qaz hasilatı geniş yayılmışdır.
Ağdam rayonu
1,15
158,9
İqtisadiyyatının əsasını yüngül və yeyinti sənayesi, habelə kənd təsərrüfatı - pambıqçılıq, taxılçılıq, üzümçülük, baramaçılıq, heyvandarlıq təşkil edir.
1993-cü il iyulun 23-də rayon mərkəzi və ərazisinin cox hissəsi ermənilər tərəfindən işğal olunmuşdur.
Ağdaş
rayonu
1,05
91,7
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Pambıqçılıq əsas yer tutur.
Ağcabədi
rayonu
1,76
110,4
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Respublikanın əsas pambıqçılıq rayonlarındandır.
Ağstafa
rayonu
1,50
75,3
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edir.
Ağsu
rayonu
1,02
64,5
İqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Sənaye müəssisələri əsasən kənd təsərrüfatı məhsulları emal edir. Pambıqçılıq, üzümçülük, heyvandarlıq inkişaf etmişdir.
Astara
rayonu
0,62
87,4
İqtisadiyyatının əsasını yeyinti sənayesi (əsasən quru məxməri çay istehsalı) və kənd təsərrüfatı məhsulları istehsalı (çay, taxıl, sitrus meyvələri, tərəvəz və s.) təşkil edir.
Balakən
rayonu
0,92
85,3
İqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Taxılçılıq, xüsusən dənlik qarğıdalı yetişdirilməsi, tütünçülük, meyvəçilik (əsasən qoz-ləpəli) və südlük-ətlik heyvandarlıq inkişaf etmişdir.
Beyləqan
rayonu
1,13
80,0
İqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq təşkil edir.
Bərdə
rayonu
0,96
132,9
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, əsasən pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq təşkil edir.
Biləsuvar
rayonu
1,40
78,0
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əsasən pambıqçılıq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir.
Cəbrayıl
rayonu
1,05
62,1
İqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi.
23 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Cəlilabad
rayonu
1,44
175,9
İqtisadiyyatının əsasını taxılçılıq təşkil edir. Üzümçülük, heyvandarlıq, meyvəçilik və tərəvəzçilik də mühüm təsərrüfat sahələrindəndir.
Daşkəsən
rayonu
1,05
31,2
Rayonda əsasən heyvandarlıq, taxılçılıq və kartofçuluqla məşğul olurlar. Filiz saflaşdırma kombinatı fəaliyyət göstərir.
Dəvəçi
rayonu
1,09
47,2
İqtisadiyyatını kənd təsərrüfatı sahələri: taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edir.
Əli-Bayramlı
şəhəri
0,03
70,9
Şəhərdə 17 sənaye müəssisəsi, o cümlədən Avropada ən böyük açıq tipli Əli-Bayramlı DRES, yağ zavodu, dəmir-beton məmulatları, saxsı, boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.
Füzuli
rayonu
1,39
140,9
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq təşkil edirdi. Rayonda kənd təsərrüfatı məhsullarının emalı müəssisələri var idi.
23 avqust 1993-cü ildə ərazisinin cox hissəsi ermənilər tərəfindən işğal olunmuşdur.
Gədəbəy
rayonu
1,29
88,3
Rayon kənd təsərrüfatı üzrə ixtisaslaşıb, əsasən kartofçuluq, heyvandarlıq, taxılçılıq və bağçılıq inkişaf etmişdir.
Goranboy
rayonu
1,79
88,7
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusən taxılçılıq, pambıqçılıq təşkil edir
Gəncə
şəhəri
0,11
301,4
Əhalisinin sayına görə respublikada ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhərdir. İstehsal edilən sənaye məhsullarının ümumi həcminin çox hissəsi əlvan metallurgiya, yüngül və yeyinti sənayesi, elektronika və cihazqayırma müəssisələrinin payına düşür.
Göyçay
rayonu
0,74
102,9
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq, baramaçılıq və meyvəçilik təşkil edir.
Hacıqabul
rayonu
1,64
59,5
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, bostançılıq və tərəvəzçilik təşkil edir.
Xankəndi
şəhəri
1,05
57,0
(1989)
Respublikanın inkişaf etmiş sənaye mərkəzi idi. Yüngül və yeyinti sənayesi inkişaf etmişdi. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları var idi.
Hal-hazırda ermənilər tərəfindən işğal olunmuşdur.
Xaçmaz
rayonu
1,05
148,4
Respublikanın ən iri tərəvəz, taxıl və meyvə yetişdirən, heyvandarlıq rayonlarından biridir. Quşçuluq və balıqçılıq da inkişaf etmişdir. Konserv emalı, üzüm emalı zavodları və s. fəaliyyət göstərir.
Xanlar
rayonu
1,03
54,2
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusən heyvandarlıq, üzümçülük, bitkiçilik, tərəvəzçilik təşkil edir.
Xızı
rayonu
1,9
13,5
İqtisadiyyatının əsasını heyvandarlıq və əkinçilik təşkil edir.
Xocavənd
rayonu
1,46
40,2
İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tuturdu.
2 oktyabr 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Xocalı
rayonu
0,97
24,2
Rayonun kənd təsərrüfatının əsasını taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edirdi. Rayonda tikinti materialları kombinatı, şərabçılıq zavodu, alkoqolsuz içkilər zavodu, böyük donuzçuluq və heyvandarlıq kompleksləri, toxuculuq və tikiş fabrikləri var idi.
26 fevral 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.
İmişli
rayonu
1,82
106,6
İqtisadiyyatında pambıqçılıq, heyvandarlıq, taxılçılıq mühüm yer tutur.
İsmayıllı
rayonu
2,06
74,1
Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük və s. sahələr inkişaf etmişdir. Ərazidə xalça fabriki, şərab, şirə zavodları, ət-süd emalı kombinatları və s. müəssisələr vardır.
Kəlbəcər
rayonu
3,05
69,1
İqtisadiyyatında əkinçilik və heyvandarlıq əsas yer tuturdu.
2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Kürdəmir
rayonu
1,63
95,1
İqtisadiyyatının əsasını bitkiçilik, xüsusilə pambıqçılıq, taxılçılıq təşkil edir. Üzümçülük və baramaçılıq da inkişaf etmişdir.
Qax
rayonu
1,49
52,3
İqtisadiyyatının əsasını bitkiçilik, xüsusilə tütünçülük və taxılçılıq, habelə heyvandarlıq təşkil edir.
Qazax
rayonu
0,70
82,5
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə taxılçılıq, üzümçülük, bostan tərəvəzçiliyi və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri də fəaliyyət göstərir.
Qəbələ
rayonu
1,55
86,3
İqtisadiyyatının əsasını heyvandarlıq, taxılçılıq, tütünçülük, üzümçülük və baramaçılıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri fəaliyyət göstərir.
Qobustan
rayonu
1,37
35,7
İqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq və üzümçülük təşkil edir.
Quba
rayonu
2,58
140,0
Respublika əhəmiyyətli meyvəçilik rayonudur. Digər əsas kənd təsərrüfatı sahələri taxılçılıq və maldarlıqdır. Sənaye müəssisələrində heyvandarlıq, meyvə və tərəvəz məhsulları emal olunur.
Qubadlı
rayonu
1,37
34,1
İqtisadiyyatı əsasən taxılçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və heyvandarlıq sahəsində ixtisaslaşmışdı. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri var idi.
31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Qusar
rayonu
1,54
83,0
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Qoyunçuluq, taxılçılıq, meyvəçilik və bostançılıq geniş inkişaf etmişdir. Kənd təsərrüfatı məhsulları emalı və xalçaçılıq müəssisələri fəaliyyət göstərir.
Laçın
rayonu
1,84
65,6
İqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Taxılçılıq və meyvəçilik geniş inkişaf etmişdi.
18 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Lənkəran
rayonu
1,54
193,7
Əsasən yeyinti məhsulları sənayesi fəaliyyət göstərir. Çay fabriki, tərəvəz, balıq konserv zavodları və s. mövcuddur. Aqrar bölmənin əsasını tərəvəzçilik, çayçılıq, üzümçülük, arıçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir.
Lerik
rayonu
1,08
66,2
İqtisadiyyatının əsasını çayçılıq, tərəvəzçilik, kartofçuluq, tütünçülük və taxılçılıq təşkil edir.
Masallı
rayonu
1,79
178,7
İqtisadiyyatının əsasını çayçılıq, tərəvəzçilik, balçılıq-meyvəçilik, üzümçülük və taxılçılıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri fəaliyyət göstərir.
Mingəçevir
şəhəri
0,13
94,6
Sənayesinin əsasını energetika, maşınqayırma, kimya, yüngül, yeyinti və tikinti sənaye müəssisələri təşkil edir.
Naftalan
şəhəri
0,3
7,9
Kurort şəhəridir. 6 sanatoriya fəaliyyət göstərir.
Neftçala
rayonu
1,45
73,5
Sənaye və kənd təsərrüfatı rayonudur. Neft-kimya, balıq və pambıq emalı və digər müəssisələr fəaliyyət göstərir. Kənd təsərrüfatında aparıcı sahələr pambıqçılıq, tərəvəzçilik, bostançılıq və meyvəçilikdir.
Oğuz
rayonu
1,22
37,7
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, bitkiçilik, taxılçılıq, tütünçülük və tərəvəzçilik təşkil edir.
Saatlı
rayonu
1,18
85,1
İqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, quru subtropik meyvəçilik və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri mövcuddur.
Sabirabad
rayonu
1,47
140,6
Respublikanın iri pambıqçılıq, heyvandarlıq, bostançılıq və tərəvəzçilik rayonudur. Pambıqtəmizləmə və digər emal müəssisələri mövcuddur.
Salyan
rayonu
1,79
114,9
Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri mövcuddur. Quru subtropik meyvəçilik, bostançılıq da mühüm sahələrdir. Neft-qaz hasilatı sahəsi, plastik kütlə emalı, pambıqtəmizləmə zavodları və s. mövcuddur.
Samux
rayonu
1,45
50,2
İqtisadiyyatının əsasını üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik və meyvəçilik təşkil edir.
Siyəzən
rayonu
0,70
34,5
İqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. Kənd təsərrüfatında isə üzümçülük, taxılçılıq, quşçuluq, heyvandarlıq və tərəvəzçilik mühüm yer turur.
Sumqayıt
şəhəri
0,08
288,4
İqtisadiyyatında kimya, neft-kimya, yüngül və yeyinti sənayesi, maşınqayırma, cihazqayırma müəssisələri, istilik energetikası, inşaat məmulatları istehsalı əsas yer tutur.
Şamaxı
rayonu
1,61
83,1
İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, heyvandarlıq və meyvə-tərəvəzçilik təşkil edir.
Şəmkir
rayonu
1,66
177,3
İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir.
Şəki
rayonu
2,43
161,0
Kənd təsərrüfatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, üzümçülük və baramaçılıq təşkil edir. Şəki İpək şirkəti, tütün fermentləmə zavodu, ət-süd kombinatı və digər müəssisələr də mövcuddur.
Şuşa
rayonu
0,29
25,1
İqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi.
8 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Tərtər
rayonu
0,96
93,8
Əsas təsərrüfat sahələri pambıqçılıq, heyvandarlıq, taxılçılıqdır. Subtropik meyvə olan narçılıq daha çox inkişaf edib. Emal müəssisələri də mövcuddur.
Tovuz
rayonu
1,90
146,6
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, üzümçülük, tərəvəzçilik, quru subtropik meyvəçilik, bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq təşkil edir.
Ucar
rayonu
0,85
72,8
İqtisadiyyatının əsasını kənd təsərrüfatı - pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru subtropik meyvəçilik, üzümçülük və bostançılıq təşkil edir.
Yardımlı
rayonu
0,67
51,8
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən taxılçılıq, kartofçuluq, tütünçülük, tərəvəzçilik və qoyunçuluqla məşğuldur.
Yevlax
rayonu
1,54
110,0
Aqrar-sənaye rayonudur. Kənd təsərrüfatı əsasən pambıqçılıq, taxılçılıq, heyvandarlıq üzrə ixtisaslaşıb. Quşçuluq və baramaçılıqla da məşğul olunur. Kənd təsərrüfatı emalı müəssisələri, istehsal və sənaye kombinatları vardır.
Zaqatala
rayonu
1,35
109,3
İqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Taxılçılıq, tütünçülük, meyvəçilik (qoz-ləpəli), tərəvəzçilik inkişaf etmişdir. Yeyinti məhsulları kombinatı, emal müəssisələri, tikiş və mebel fabrikləri mövcuddur.
Zəngilan
rayonu
0,71
36,1
İqtisadiyyatının əsasını taxılçılıq, tütünçülük, kartofçuluq, meyvəçilik, bostançılıq təşkil edirdi. Emal müəssisələri mövcud idi.
29 oktyabr 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Zərdab
rayonu
0,86
47,6
İqtisadiyyatında taxılçılıq, pambıqçılıq, baramaçılıq və heyvandarlıq xüsusi rol oynayır. Kənd təsərrüfatı emalı müəssisələri mövcuddur.
Naxçıvan
Muxtar
Respublikası
5,5
364,5
Muxtar Respublikada 6 rayon - Sədərək, Ordubad, Culfa, Şərur, Babək, Şahbuz və 3 muxtar respublika tabeli şəhər (Naxçıvan, Culfa, Ordubad) vardır.
Naxçıvan
şəhəri
1,1
63,2
(1999)
Naxçıvan Muxtar Respublikasının paytaxtı.
Babək
rayonu
0,13
71,4
(1999)
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə quru subtropik meyvəçilik, tərəvəzçilik, taxılçılıq təşkil edir. Daş emalı zavodu, üzüm emalı zavodu və digər istehsal müəssisələri vardır.
Culfa
rayonu
0,99
35,9
(1999)
İqtisadiyyatının əsasını əkinçilik, üzümçülük və heyvandarlıq təşkil edir. Üzüm emalı zavodları və digər müəssisələr mövcuddur.
Ordubad
rayonu
0,86
40,6
(1999)
İqtisadiyyatı çoxsahəlidir. Bir sıra emal müəssisələri, elm-istehsalat birliklərinin filialları mövcuddur. Kənd təsərrüfatında meyvəçilik, tərəvəzçilik, üzümçülük, bostançılıq, arıçılıq, baramaçılıq və heyvandarlıq əsas yer tutur.
Sədərək
rayonu
0,15
12,0
(1999)
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Yeganə sənaye müəssisəsi şərab zavodudur.
Şahbuz
rayonu
0,81
20,3
(1999)
İqtisadiyyatının əsasını heyvandarlıq və əkinçilik təşkil edir.
Şərur
rayonu
1,2
110,7
(1999)
İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, tütünçülük, şəkər çuğunduru və tərəvəz istehsalı təşkil edir.

В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу