Все игры
Обсуждения
Сортировать: по обновлениям | по дате | по рейтингу Отображать записи: Полный текст | Заголовки

Без заголовка

Bu gün Azərbaycanın milli qəhrəmanları Rasim İbrahimov və Fariz Mədətovun doğum günüdür.

Azərbaycanın Milli qəhrəmanı Rasim Səxavət oğlu İbrahimov 1962-ci ildə Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Çilov adasında anadan olub. O, zabit kimi Almaniyada, Azərbaycanın müxtəlif rayonlarında xidmət keçib. 1991-ci ildə Füzuli rayonunda özünümüdafiə taboru yaradaraq, ona komandirlik edir. O Füzuli rayonunun müdafiəsində rəşadətlə vuruşub. 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda ağır döyüşdə iştirak edib, düşmənə ağır zərbə vurub, ermənilər əlavə qüvvə gətirdikdən sonra mühasirəyə düşüblər. Həmin döyüşdə yaralansa da, döyüşə sona qədər rəhbərlik edib. Son nəfəsində düşmən əlinə düşməmək üçün özünü qumbara ilə partladıb və həlak olub. Cəsur komandirin son sözləri belə olub: “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq”.

Onun cənazəsi Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb onun adını daşıyır, Çilov adasında abidəsi ucaldılıb, adına bağ salınıb.

Azərbaycanın Milli qəhrəmanı Fariz Əlövsət oğlu Mədətov 1972-ci il aprelin 18-də Yevlax rayonunun Varvara kəndində anadan olub. O xüsusi təyinatlı hərbi hissənin tərkibində Qubadlı, Füzuli, Kəlbəcər, Tərtər istiqamətlərində döyüşlərdə rəşadətlə vuruşub. O, cəsur kəşfiyyatçı kimi ad çıxartdıb. Mühüm hərbi tapşırıqları ləyaqətlə yerinə yetirib. Dəfələrlə yaralanıb, amma Milli Ordunun sıralarını tərk etməyib. 1996-cı ildə yaraları şiddətli ağrı verdiyinə görə Ordu sıralarından tərxis olunub. Hazırda kapitan rütbəsində Yexlax polis orqanlarında çalışır.

Rasim Suleymanli, 22-04-2009 17:01 (ссылка)

AFORİZMLƏR....

Allah səndən razı olsun, SAFRUH!!!

Uçun quşlar, azad quşlar,
Cibləriniz yoxdur sizin.
İnsan kimi pul dalınca
Sürünməzsiz dizin –dizin.
# ® ## ® ## ® #

Qadın gəzdirdiyi zər-zinət, vurduğu bər- bəzək qədər öz qiymətini itirir.
# ® #

Ağac da bar gətirir, insan da. Ağacın bu barı haradan aldığı məlumdur. İnsana gəldikdə isə araşdırmaq lazımdır, çünki onun kökləri görünməz istiqamətdə səpələnir. Ən barlı görünən ağac doğrudan da ən barlı ağacdır. Ən barlı görünən insan isə əslində tamamilə barsız da ola bilər. Köklərə baxın, köklərə ki hər şey sizə aydın olsun!
# ® #

Əşya çox səbirlidir , lap yavaş – yavaş olsa da, bizi əsir alır.

# ® ## ® ## ® #

Vəzifə yuxuda tapılan qoz kimi bir şeydir. Ayılanda görəcəksən ki, əlin boşdur.

# ® #

Yaxamızdan əl çəkməyən fikir axırda öz istəyinə çatır: biz onu məntiqi düşüncənin tərkib hissəsi saymağa başlayırıq.

# ® #

Pul mənə vasitə kimi lazımdır. O isə məni vasitəyə çevirməik istəyir. Odur ki, sevdamız baş tutmur.

# ® ## ® #

Zənginlik özgələrdən mümkün qədər çox almaqla bağlıdır. Istər var-dövlətdə, istər elm və mərifətdə, istər dildə...

# ® ## ® #

Yoxsul olmağa hər adam bacarmaz, çünki bu, çox böyük səylər tələb edir.
Elmləndikcə elmin azlığından gileylənən adam kimi, pullu da pullandıqca pulunun azlığından gileylənir.

# ® #

Vaxtım yoxdur – varım çoxdur..

# ® #

Əməkçi xalqa xəyanət süfrəsi çox cəzbedicidir. O nə qədər ki, qarşında açılmayıb "xalqımız, xalqımız" deyə bilərsən. Açıldıqdan sonra isə gərək belə deyəsən: " allah caamata versin, caamat da bizə!"

# ® #

Hamı həmışə varlıdır, hamı həmişə yoxsul. Kimin nəyi varsa, onun varlısıdır, kimin nəyi yoxdursa, onun yoxsuludur.

# ® #

Əcəb işdir: insan pul oğurlamaqdan utanmır, "pulu yoxdur" deməkdən utanır.

# ® #

Hörümçək heç də gözəllik aşiqi deyildir. O öz torunu heç də yaraşıq üçün qurmur.

# ® #

Siyasət –diplomatiya meydanı elə bir səhnədir ki, orada deyilməmiş söz deyilmişdən daha aydın eşidilir.

# ® #

El içində "Azad olmaq istəyirsənmi?" referendumu keçirmək –eli başsız qoymaq cəhdidir. Dustaqdan "İşıqlığa çıxmaq istəyirsənmi?" deyə soruşmaq gülünc deyilmi?!

# ® #

İctimai quruluşları müxtəlif olan dövlətlərin "dinc yaşaması", müxtəlif dünyabaxışlı, müxtəlif temperamentli ər –arvadın həyatını xatırladır.

# ® #

Savaş qorxusu olmasa, barış bağlaşması heç kəsin ağlına gəlməz.

# ® #

Zorakı cəmiyyətin "liberal" cəmiyyətdən bir üstünlüyü var: birinci adamın nə üstə öldürdüyünü açıqca bildirir, ikincisi isə adamın üzünə qondarma ittiham oxumaqla onu ikiqat öldürür.

# ® #

Biz qoyunu qurddan nə məqsədlə qoruyuruqsa, hakim millət də bizi o məqsədlə qoruyur.

# ® #

Qanun əməl olunmayacaqsa, qanun insanın ehtiyaclarına biganə olacaqsa, rüşvətə min şükür!

# ® #

Demokratiya ideyaları hakimiyyət balığını tutmaq üçün tilova keçirilən yemdir.

# ® #

Mübahisə üçün: höküməti özündən olmayan xalqın oğrusu doğrusundan yaxşıdır.

# ® #

It var ki, adamı özgənin dişi ilə tutur.

# ® #

Aydınlıq və sadəlik qəşənglikdən daha qiymətlidir.

# ® #

BİZ TORPAĞA NAŞI ADAMIN ƏRƏB YAZISINA BAXDIĞI KİMİ BAXIRIQ, GEOLOQ İSƏ TƏHSİL GÖRMÜŞ MOLLA KİMİ BAXIR.
# ® #

NƏSLİ KƏSİLMİŞ VƏ YA KƏSİLMƏKDƏ OLAN HEYVAN VƏ QUŞLAR HAQQINDA TƏƏSSÜFLƏ DANIŞIRLAR. NƏSLİ KƏSİLMİŞ VƏ YA KƏSİLMƏK ÜZRƏ OLAN MİLLƏT VƏ XALQLAR HAQQINDA TƏƏSSÜFƏ İSƏ HEÇ YERDƏ RAST GƏLMƏDİM. # ® #

Rasim Suleymanli, 22-04-2009 16:57 (ссылка)

В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу