Imam Mehdi-Sahib-ez-Zaman(e.)
ON DÖRDÜNCÜ MӘSUM
IMAM MӘHDI ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Məhəmməd
Ləqəbi: Hadi, Mehdi və Qaim
Künyəsi: Әbülqasim
Atası: Həzrət imam Həsən Әskəri (ə)
Anası: Nərcis Xatun
Təvəllüdü: 256-cı Hicri ili
TӘVӘLLÜDÜ
On ikinci imamın pak vücudunun mübarək günəşi 255-ci Hicri-qəməri ilinin Şəban ayının 15-də parlayaraq şiələrin ürəyini öz nuru ilə işıqlandırdı.
Abbasi xəlifələri və hökumət adamları imamların on iki olduğunu eləcə də onların sonuncusu olan imam Həsən Әskərinin oğlunun uzun qeybəti olacağını və dünya hökumətini quracağını eşitmişdilər.
Bundan qorxuya düşən zalım hökmdarlar bu işin qarşısını almaq istəyirdilər, lakin bilmirdilər ki, Firon o qədər güc və iqtidarına hətta körpə uşaqları belə vəhşicəsinə öldürməsinə baxmayaraq Allahın iradəsinin qarşısını ala bilmədi. O, Musanı tapmaq üçün bütün evləri bir-bir axtarırdı, lakin eyni zamanda axtardığı uşağı öz qucağında bəsləyirdi. Zəmanənin Fironu sayılan Abbasi xəlifəsi Mötəmid imamın evini nəzarət altında saxlayırdı və zəhərlənmiş xəstə imamı zindandan evinə göndərdikdə saray adamlarından beş nəfəri də ona qoşdu ki, imamın evində baş verən bütün hadisələri ona xəbər versinlər. Bundan əlavə bir neçə mamaçanı da imamın evinə göndərdi ki, o həzrətin həyat yoldaşının yanında dursunlar.
Imamın şəhadətindən sonra bütün Samirra matəmə qərq oldu və hamı tətil edərək imamın evinə sarı axışırdılar. Xalq dəfn mərasimini yerinə yetirmək üçün cənazəni əlləri üstündə aparırdılar. Abbasi xəlifəsi cəmiyyətin axınından dəhşətə gələrək çalışırdı ki, bu cinayəti ört-basdır edib imamın öz əcəlilə öldüyünü bildirsin. Mötəmidin özü də dəfn mərasimində iştirak etmək üçün öz qardaşını ora göndərdi. Qardaşına bunu da tapşırmışdı ki, camaatdan imamı kimsənin öldürmədiyinə dair şahidlik etmələrini istəsin. Digər tərəfdən isə, imamın ölü namazını qılacaq və onun var-dövlətinə varis olacaq bir övladı olmadığını xalqa inandırmaqdan ötrü həzrətin bütün var-dövlətini paylamağa başladı.
Lakin göstərdiyi bütün bu təşəbbüslərə baxmayaraq Allahın iradəsi artıq həyata keçmişdi. Imamın oğlu atasının şəhid olduğu zaman beş yaşında idi, məhz elə bu yaşında da imamlığa çatdı. Necə ki, Isa (ə) da hələ beşikdə ikən peyğəmbərliyə yetişmişdi.
O, hələ yaşının az olmasına baxmayaraq atasının cənazəsinə meyid namazı qılmaq istəyən və camaatın içində pis adam sayılan əmisi Cəfəri kənara itələyərək özü atasının namazını qıldı. Namazı qılandan sonra da gözlərdən qeyb oldu. Imam Həsən Әskərinin zamanından şiələr onu, atasının evində görmüş və atasının onun haqqında tapşırıqlarını eşitmişdilər. Bundan əlavə atasının şəhadətindən sonra da müddətlərlə gizli şəkildə o həzrətlə əlaqə saxlamışdılar.
IMAM ZAMAN (Ә.F.) NECӘ DÜNYAYA GӘLDI
Imam Həsən Әskəri əleyhissalamın bibisi Həkimə belə demişdir: Şəban ayının on beşi cüməaxşamı günündə qardaşım oğlu imam Həsən Әskərinin evinə getmişdim. Xudahafizləşib qayıtmaq istəyirdim ki, imam belə buyurdu: Ey əziz bibi, bu gecə bizim yanımızda qal. Çünki uşağımız dünyaya gələcək. Mən sevinib Nərcisin yanına getdim, lakin onda boyluluqdan heç bir nişanə görmədim. Heyrətlənib öz-özümə «mən ki, uşağın dünyaya gəlməsindən heç bir əsər-əlamət görmürəm» - deyirdim ki, elə bu vaxt imam bu vaxt yanıma gəlib buyurdu: «Ey bibi narahat olma. Nərcis Musanın anası kimidir. Uşaq da Musa kimidir! Gizlincə və əsər-əlamətsiz dünyaya gələcək. Uşaq sübh azanı deyiləndə dünyaya gələcəkdir. Nərcisin yanına get». Mən sevinib Nərcisin yanında qaldım və imamın dediyi kimi hələ fəcr doğmamışdan qabaq təvəllüdün nişanələri aşkar oldu və mənimlə onun arasında işıqdan bir halə meydana gəldi, belə ki, mən daha Nərcisi görə bilmirdim. Mən qorxub otaqdan eşiyə çıxdım və imamın hüzuruna gedib vəziyyəti ona izah etdim. Həzrət gülümsəyərək buyurdu: «Bir azdan otağa qayıt, onu görəcəksən». Mən otağa qayıdıb təzə doğulmuş balanı gördüm ki, səcdəyə gedib barmağını göyə qaldırmış və Allahın böyüklüyü və birliyinə şəhadət verərək ona sitayiş edir.»
ANASI NӘRCISIN ӘHVALATI
Həzrət Hadi əleyhissalamın xidmətçilərindən biri Büşr Әnsari bu haqda belə deyir:
Bir gün həzrət Hadi (ə) məni çağırıb belə buyurdu: «Yerinə yetirilməsi sənin üçün xeyirli olacaq bir iş öhdənə qoymaq istəyirəm». Daha sonra Həzrət (ə) bir məktubla içində 220 dinar olan bir kisəni mənə verib buyurdu: «Bunları alıb, Bağdadda Fürat çayının sahilində gözlə. Sübh açılanda ora bir gəmi gələcək. Gəmidə satmaq üçün gətrilmiş çoxlu kəniz vardır. Müştərilərin çoxu Bəni Abbasdan və bəzi başqa cavanlardan ibarət olacaq. Həmin gəmidə özünü müştərilərə göstərmək istəməyən bir qız vardır. Cavanlardan birisi qabağa gəlib qızın yiyəsinə «mən onu 200 dinara alıram» - deyəcək. Lakin həmin qız razı olmayacaqdır. Sonra onun yiyəsi «səni satmaqdan başqa çarəmiz yoxdur. Təslim olmalısan» - deyəcək. Lakin o «bir az döz, mənim müşdərim indi gələcək» — deyəcək. Elə bu vaxt sən qabağa gedib məktubu ona ver və de: Әgər xanım bu məktubun sahibinə meyl edirsə, onu alıram. O, məktubu oxuyandan sonra sevinəcək. Sonra sən onu yiyəsindən alıb gətirərsən.
Büşr belə davam edir: Imamın buyurduqlarını yerinə yetirdim və onu yiyəsindən aldım. Yolda gələrkən özü haqqında maraqlı bir hekayə danışıb dedi: Mən Rum padşahının qızıyam. Mənim cəddim Isa əleyhissalamın yaxınlarından olub. Atam məni öz qadaşı oğluna vermək istəyirdi. Bir gün sarayda təntənəli bir yığıncaq təşkil edib qardaşı oğlu ilə məni birlikdə taxtda oturtmuşdu. Xristanların böyükləri məni ona ərə vermək üçün yığışmışdılar. Birdən saray titrədi və hər şey bir-birinə dəydi, gözümün qabağında əmi oğlum taxtdan yıxıldı. Yenə də bir dəfə yığıncaq təşkil etdilər, lakin yenə eyni hadisə baş verdi. Xristianların böyükləri bu işin nəhs olduğunu söyləyib saraydan çıxıb getdilər. O gecə mən narahat və ruhdan düşmüş bir halda yatmışdım. Yuxuda gördüm ki, nurani kişilər saraya gəliblər. Onlardan birini həzrət Isa (ə), o birisini də islam Peyğəmbəri olduğunu söyləyirdilər. Islam Peyğəmbəri (s) həzrət Isaya belə buyurdu: «Mən öz oğlum üçün sizin övladınıza eçiliyə gəlmişəm. Isa sevinib qəbul etdi. Mən bu yuxu barədə heç kəslə danışmadım. Bir gün xəstələndim və atam bütün həkimləri çağırdı, amma heç biri məni sağalda bilmədi. Mən atamdan yaxşılaşmağım üçün zindanda olan bütün müsəlmanları azat etməsini xahiş etdikdə isətiymi qəbul edib onları azad etdi və mənim halım bir az düzəldi. Həmin gecə nurani qadınları yuxuda gördüm. Onlardan birisini Isanın anası, digərinin isə Fatimeyi Zəhra olduğunu söyləyirdilər. Peyğəmbərin qızı irəli gəlib belə dedi: Әgər sən mənim övladımın həyat yoldaşı olmaq istəyirsənsə, müsəlman olmalısan. Mən yuxuda ikən onun əlilə müsəlman oldum. Sonra o, məni özü ilə imam Həsən Әskərinin yanına gətirdi. Onun məhəbbəti ürəyimə düşdü və daha dözə bilmədim. Nəhayət bir gecə imam Həsən Әskərini yuxuda gördüb ondan necə həyat yoldaşı ola biləcəyimi soruşdum. O, belə buyurdu: «Atan yaxın gələcəkdə bir ordu ilə müsəlmanlarla döyüşməyə gələcəkdir. Siz ordunun arxa hissəsində olacaqsınız. Müsəlmanlar qələbə çalıb sizi əsi götürərək satmaq üçün Bağdada gətirəcəklər. Gəmi Fürat sahilində dayanacaq və səni satmaq üçün gəmidən çıxaracaqlar. Səni almaq üçün bir neçə müştəri gələcək, amma sən döz, atam tərəfindən bir məktubla səni alacaq bir şəxs gələcək». Mən yuxudan ayıldıqda çox sevindim. Bir müddət keçdikdən sonra imamın buyurduğu kimi oldu. Ey Büşr, indiyə kimi heç kəs bu sirri bilmir və məni tanımırdı. Sənə danışdığım bu əhvalatı heç kimə demə və bu sirri gizli saxla.
Büşr deyir: O, yolda öz hekayəsini mənim üçün danışarkən mən tir-tir titrəyirdim. Məhz həmin andan e᾽tibarən ona çox hörmət bəsləməyə başladım və bir qulluqçu kimi daima yanında oldum. Sonra onu mövlam imam Hadi əleyhissalamın hüzuruna apardım. Həzrət (ə) ondan «necə müsəlman oldun?» - deyə soruşduqda, belə cavab verdi: «Özünüzün daha yaxşı bildiyiniz bir şeyi məndən soruşursunuz». Sonra isə imam (ə) ona belə buyurdu: «Sənə muştuluq verirəm ki, dünyanı ədalətlə dolduracaq uşaq səndən dünyaya gələcək.» Sonra bacısı Həkiməyə xitabən belə buyurdu: «Bacı, gözlədiyin xanım budur. Onu apar və islam əhkamını ona öyrət». Həkimə onu mehribanlıqla qucaqlayaraq hörmətlə öz yanında apardı.
IMAMIN HӘYATININ DÖVRLӘRI
Imamın həyatın üç dövrə bölmək mümkündür:
a) Təvəllüdündən atasının şəhadətinə qədər olan beş illik dövr. Bu qısa müddət ərzində əshabından və dünyanın hər tərəfindən alimlər və fəqihlər imam Həsən Әskəri əleyhissalamın görüşünə gəldikdə bu balaca uşaqla da görüşərək ondan bəzi mövzular haqqında suallar soruşmuşdular. Imam Həsən Әskəri (ə) öz oğlunu onlara təqdim edərək onun barəsində əshabına müxtəlif tövsiyələr edirdi.
b) Imamın altı yaşından başlayaraq 74 yaşına qədər davam edən qeybəti-süğrası (yəni kiçik qeybət): Bu dövrdə hökumət adamları onu görməkdən məhrum idilər. Amma imamın əshabı və həqiqi şiələr onun yanına gedib istədikləri sualları ona verirdilər. Bu dövrdə imam (ə.f.) ilə xalq arasında vasitəçi olan, eləcə də camaatın istək və məktublarını imama gətirib cavabını onlara aparan dörd nəfər və idi:
1. Osman ibni Səid;
2. Məhəmməd ibni Osman;
3. Hüseyn ibni Ruh;
4. Әli ibni Məhəmməd Səymuri.
Bunlar həzrətin etibarlı əshablarından sayılırdılar və hər biri, o birisindən sonra, öz öhdəliyini yerinə yetirirdi.
v) Üçüncü dövr 329-cu Hicri-qəməri ilindən başlayaraq bu günə qədər davam edən qeybəti-kübra (yəni böyük qeybət) dövrüdür. Bu dövrün nə qədər davam edəcəyini Allahdan başqa heç kim bilmir. Həzrət (ə.f.) bu dövrdə xalq arasında gizli və kimsənin onu tanımayacağı bir şəkildə hərəkət və rəftar edir. Onu görən olsa da tanıya bilməz. Yalnız o, gedəndən sonra həzrətdə gördükləri əlamətlərdən onun imam (ə.f.) olduğunu başa düşərlər.
INTIZAR
Imamın özünü xalqa tanıtmadığı qeybəti-kübra dövründə islam məsələləri barədə dərin biliyə malik olan ləyaqətli fəqihlər xalqın və islam cəmiyyətinin məsələlərini həll edir, xalqın din və dünyasını nəzərə alaraq məsum imamın zühuru üçün zəmin yaradırlar. Bu dördə xalqın hamısı intizardadır, lakin bu, o demək deyildir ki, imamın zühuruna imkan yaratmaq üçün çalışmayıb hərəkətsiz qalsınlar. Gözləyən insan ümidvar, hərəkətli, bilikli, mömin, imama etiqad bəsləyən və nəhayət imamın zühuru üçün zəmin hazırlayan bir insandır. Belə bir insan eynilə dağın zirvəsinə çıxmaq üçün çalışan və bu yolda zəruri olan hər bir şeyi qabaqcadan hazırlayan bir alpinistə bənzəyir. Dağın zirvəsinə çatmaq istəyən bir insan xəyallarla və əli-qolu oturmaqla hədəfinə yetişməz. Bu intizarın nəticəsində insan hərəkət, çalışmaq, güc, düşüncə və yeniliklər əldə edir. Әgər bu əhəmiyyətli prinsip cəmiyytədə mövcud olmasa, insanlar hərəkətsiz, ümidsiz olaraq parlaq bir gələcəyi gözləməzlər.
Islamda intizar üsulu din və məzhəbin ayrılmaz bir hissəsidir. Bu üsul parlaq bir gələcəyin, ictimai ədalətin tam şəklidə həyata keçirələcəyi müjdəsini verir. Bu məqsədə çatmaq üçün öz ardıcıllarını elə yetişdirir ki, qaranlıqlarla, zülmlə, dəccallarla, süfyanlarla döyüşüb öz daimi hərəkətlərilə vahid dünya hökumətini tə᾽sis etmək üçün zəmin yaratsınlar və nəhayət Allahın vəd etdiyi bu şəxs olan imam Mehdi (ə.f.) islamın bütün hədəflərini həyata keçirəcəkdir, inşaallah.
IMAM ZAMANIN MÖCÜZӘLӘRI
Imamın möcüzələri çoxdur. Biz burada onlardan ikisini qısaca olaraq nəql edirik:
1. Şeyx Tusi, Abbasi xəlifəsi Mötəzidin məmurlarından olan Rəşiqdən bu hadisəni belə nəql etmişdir:
Rəşiq belə deyir: Bir gün Abbasi xəlifəsi Mötəzid məni çağırıb «eşitdiyimə görə imam Həsən Әskərinin evində bir uşaq vardır» - dedi və məmurlarından iki nəfəri mənə qoşub belə əmr etdi: Tezliklə Samirraya, imam Həsən Әskərinin evinə gedib həmin uşağı öldürün və başını mənə gətirin. Biz sürətlə gəlib imamın evinin qapısına çatdıq. Qapıda bir qul oturmuşdu. Ona əhəmiyyət verməyib evə girdik. Çox gözəl bir ev idi. Bir bucaqda bir pərdə asılmışdı. Pərdəni qaldırıb su ilə dolu bir böyük otaq gördük. Suyun üstündə bir xalça var idi, xalçanın üstündə də bir oğlan uşağı namaz qılırdı. Məmurlardan biri otağa girdi və dərhal suya batdı. Biz onu çətinliklə qurtardıq, amma özündən gedib bihuş oldu. O biri məmur da otağa girən kimi suya batdı. Onu da çıxartdıq və bihuş oldu. Bir müddətdən sonra ikisi də huşa gəldi. Qorxudan titrəyərək atlarımıza minib xələfinin sarayına doğru hərəkət etdik. Gecə yarısı oraya çatdıq. Xəlifə yatmayıb bizi gözləyirdi. Әhvalatı olduğu kimi onun üçün danışdıq. O da bizim kimi qorxudan titrəyib «heç kim bunda xəbərdar olmasın və bu sirri heç kimə deməyin, yoxsa sizi öldürərəm» - dedi. Abbasi xəlifəsi Mö᾽təzid nə qədər ki, sağ idi bu məcaranı bir kəsə danışmamışdım.
2. Әli ibni Sinanın qeyd etdiyinə görə, Qum əhalisindən bir dəstə imam Həsən Әskərinin xidmətinə yetişmək üçün bir miqdar pul ilə birlikdə Samirraya doğru yola düşmüşdülər. Ora yetişəndə həzrətin şəhid olduğunu eşitdilər. Nə edəcəklərini bilmirdilər. Nəhayət onları imam Həsən Әskərinin qardaşı Cəfərə tanıtdılar. Onlar Samirraya gəlməklərinin səbəbini Cəfər üçün danışdılar. Cəfər də onlara «pulu mənə verin, onun xəlifəsi mənəm» - dedi. Amma onlar «imamın yanımızdakı pulların miqdarını və hər bir kisənin kimin olduğunu bilməsi lazımdır. Әvvəllər də biz belə edərdik» - dedilər. Cəfər hirslənib belə dedi: Qardaşım da bunları bilmirdi. Siz yalan deyirsiniz. Bu qeybi bir məsələdir. Allahdan başqa heç kim qeybdən xəbər verə bilməz. Amma onlar sözlərindən dönmədilər. Nəhayət Cəfər onlardan xəlifəyə şikayət etdi. Xəlifə də onlara əmr etdi ki, pulu Cə᾽fərə versinlər. Amma onlar «bu pul bizim yanımızda əmanətdir. Imamın xəlifəsi varsa, pulu ona verməliyik, yoxsa sahiblərinə qaytarmaqdan başqa heç bir çarəmiz yoxdur» - dedilər. Xəlifə onların sözünü təstdiq edib onları sərbəst buraxdı.
Onlar Quma qayıtmaq istədikləri vaxt bir cavan oğlan onlara yaxınlaşıb «imam sizi çağırır» - dedi. Hamısı sevinib onunla birlikdə imam Həsən Әskərinin evinə getdilər. Orada üzündə imamlıq nişanəsi aşkar olan gənc imamı gördülər.
Onlar Cəfərə dedikləri sözü həzrət imam Zamana da söylədikdə, həzrət (ə.f.) gülərək onlara belə buyurdu: «Oturun, sizə bu kisələrin sahiblərinin kimlər olduğunu söyləyim». Sonra pul kisələrinin sahiblərini və içində nə qədər pul olduğunu bir-bir bəyan etdi. Onlar axtardıqları şəxsi tapdıqlarına görə sevinib kisələri həzrətə verdilər və məsələlərini soruşdular. Həzrət (ə) məsələlərinin hamısının cavabını verdi, sonra isə əmr etdi ki, bundan sonra oraya pul gətirməyib, Bağdadda təyin etdiyi vəkilinə aparsınlar. Sualları olduqda da həmin vəkilə müraciət edib onun vasitəsilə cavabları öyrənsinlər. Onlar imamla xudahafizləşib evdən çıxdılar və Allaha bu nemətinə görə şükr etdilər.
IMAMLA GÖRÜŞӘNLӘR
Qeybəti-kübra dövründə imam Zaman (ə.f.) özünü kimsəyə göstərmədiyi və xalqın o həzrətlə görüşməkdən məhrum olduğu bir halda, bir sıra aşiq və pakürəkli adamlar bəzən imamı görüb onunla danışıblar. O cümlədən:
1. Şəmsəddin ibni Ismail Herqeli atası haqqında belə demişdir:
Atamın budundan bir yara izi var idi. Bir gün atam həmin yara barədə belə dedi: Cavanlığımda budum yaralanmışdı və mənə çox əziyyət edirdi. Bir gün Hillə şəhərində dostum Seyid Rəziyəddin Tavusun yanına getdim. O, həkimləri çağırdı ki, budumun infeksiyalı yarasını müalicə etsinlər. Onlar belə nəzər verdilər ki, əgər budum üzərində cərrahiyə əməliyyatı aparılsa, damarım kəsilər və ölərəm. Gələn il də Seyid məni Bağdada apardı. Bağdadın həkimləri də Hillə həkimlərinin sözünü təkrar etdilər. Bir gün ümidsiz bir halda Samirraya imamları ziyarət etmək üçün getdim. Gecəni orada qaldım və imam Zamanı (ə.f.) köməyə çağırdım. Səhərçağı Dəcəl sahilinə gedib paltarımı yudum və qüsl etdim ki, yenidən ziyarətə qayıdım. Yolda dəvəyə minmiş iki nəfərlə qarşılaşdım. Onların çöldə yaşayan ərəblər olduğunu güman etdim. Onlar mənə salam verdilər. Onlardan biri mənə «yaxın gəl» - dedi. Mən paltarımı təmizlədiyim və çöl ərəblərini pak bilmədiyim üçün yaxın getmədim. Çünki paltarım hələ yaş idi və qorxudurm ki, onların əli paltarıma toxunduqda paltarım və bədənim yenidən murdar olsun. Elə bu fikirdə idim ki, birdən onlardan biri məni özünə tərəf çəkərək əlini budumun yarasının üstünə qoyub basdı və «ey Ismail, rahat oldun. Artıq ağrı çəkməyəcəksən» - dedi. Mən təəccüblənib onun mənim adımı haradan bildiyini düşünürdüm ki, xudahafizləşib getdi. Mən öz-özümə «bəlkə imamımdır» - deyə düşünüb dalınca getdim və yalvardım ki, dayansın. Birdən qayıdıb «ey Ismail, qayıt get» - dedi. Mən qulaq asmadım və yenə də onun dalınca getdim. Imamla birlikdə olan kişi dedi: «Ey Ismail, imamın əmrinə tabe olmadığından utanmırsan?» Bu vaxt mən yəqin etdim ki, o, bu ümmətin başçısı və imamıdır. Dayanıb ona baxdım və bir azdan sonra daha onları görmədim.
Şəmsəddin belə deyir: O gündən sonra atam ardıcıl olaraq hər il Samirraya gedirdi ki, bəlkə bir daha imamı görsün. Lakin daha imamı görmədi və onu görmək həsrətilə də dünyadan getdi.
2. Seyid Məhəmməd Cəbəlamili dostlarından biri üçün etdiyi səfəri belə nəql etmişdir: Məşhədə getmişdim. Kifayət qədər pulum olmadığımdan çox çətinliklə keçinirdim. Bir gün karvanın hərəkət etməyə hazırlaşdığını eşitdim. Mən qarnımı doyurmaq üçün bir tikə çörəyim də olmadığına görə hərəmə gedib ağladım. Sonra özümü karvana yetirmək qərarına gəldim. Çünki əgər qalsaydım, qışın soyuğunda ölərdim. Ac-acına yola düşdüm və qup-quru qızmar bir biyabana çatdım. Suszluqdan hərəkət etməyə qadir deyildim. Yemək üçün ot-ələf də tapılmırdı. Hava qaranlıqlaşandan sonra yırtıcı heyvanların nə᾽rəsi məni dəhşətə gətirmişdi. Mən ağlayıb ölümə təslim oldum. Çox keçməmişdi ki, ay çıxdı və heyvanlar susdular. Bu zaman bir yüksəklik görüb ona tərəf getdim. Orada bir bulaq gördüm. Çox sevindim, dəstəmaz alıb namaz qıldım. Aclıqdan daha hərəkət edə bilmirdim. Orada yatıb ölümə təslim oldum. Birdən mənə tərəf gələn bir atlını gördüm. Öz-özümə «oğrudur, amma heç bir şeyim olmadığına görə hirsindən məni öldürəcək» - deyə düşündüm. Lakin mənim yanıma çatanda salam verdi. Salamını aldım. Bildim ki, oğru deyildir. Sonra mənə burada nə edirsən? dedi. Çətinliklə cavabını verdim: Çox acam və yolumu azmışam. Dedi: «Yanında neçə dənə qovun vardır, niyə acsan?» Mən hər yeri axtarıb heç bir şey tapa bilmədiyim üçün zarafat etdiyini sandım. Ona dedim: Məni lağa qoyma. Burax elə burada ölüm. Dedi: «Zarafat etmirəm. Arxana bax.» Arxama baxdıqda üç dənə qovun gördüm. Dedi: «Onlardan birini ye, ikisini də saxla. Bu yoldan düz get, axşamüstü bir çadıra çatacaqsan. Onlar səni karvana yetirərlər.» Sonra gözümdən qeyb oldu. Tez özümə gəlib başa düşdüm ki, imam Zaman (ə.f.) imiş. Әmrə uyğun olaraq qovunlardan birini yedim, ikisini də götürüb yola düşdüm. Sabahsı gün nahar vaxtı qovunlardan birini də yedim və buyurduğu kimi axşamüstü bir çadıra çatdım. Onlar məni çadırın içinə aparıb doyunca yedirtdikdən sonra məni karvana yetirdilər.
INSAN BU QӘDӘR YAŞYAYA BILӘRMI?
Fiziologiya elminə görə insanın bədəni milyonlarla hüceyrədən ibarətdir. Zaman keçdikcə qocalmış hüceyrələr ölür, nəticədə isə cavan hüceyrələr onların yerini tutur. Beləliklə həyat və yaşayış davam edir.
Insanı qocaldan, hüceyrələrin fəaliyyətini dayandıran və insanı ölümə tərəf sövq etdirən şey, müxtəlif yollarla insanın bədəninə girən və hüceyrələrə hücum edərək onları məğlub edən mikroblardır.
Tibb elmi sübut etmişdir ki, öz cismi vəziyyətini, zərərli qida və maddələri öyrənən eləcə də səhiyyə üsullarına riayət edən şəxsin ömrü daha uzun olar və tez qocalmaz.
Elə buna görə də alimlər müxtəlif təcrübələrlə müvəffəq olublar ki, bəzi heyvanların ömrünü bir neçə dəfə çoxaltsınlar. Belələliklə, insanlar da geniş bilik və səhiyyə qaydalarını həyata keçirib tətbiq etməklə uzun ömrülü ola bilərlər.
Alimlər bir elmi sirri öyrənmək üçün illər boyu çalışmalıdırlar. Lakin bütün elmlər Allah tərəfindən ona əta olunmuş imam Zamanın (ə.f.) bu uzun yolu getməyə ehtiyacı yoxdur və yüz illik yolu bir anda keçib nəticəyə çata bilər.
Buna görə də onun tərəfindən bu mövzuda heç bir problem yoxdur. Onun elmi Allah tərəfindən təmin olduğundan, yüz illərlə cavalığını qoruyaraq yaşaya bilir.
Digər tərəfdən isə, imam Zamanın (ə.f.) ömrünün uzunluğu odun Ibrahimə soyumasından, Musanın keçə bilməsi üçün Nilin yarılmasından, onun əsasının ilana çevrilməsindən və yüzlərlə bu kimi örnəkdən daha heyrətləndirici deyildir. Bu Allah-taalanın qüdrətindən bariz nümunədir.
Bunlardan əlavə Quran və tarix keçmiş peyğəmbərlərin və camaatdan bəzilərinin uzun ömrünü açıq aydın bizə göstərməkdədir. Misal üçün həzrət Nuh (ə) 950 il, Loqman (ə) 400 il, Buxtun-nəsr 1507 il, Süleyman (ə) 712 il və Hindistan padşahı Firuzray isə 537 il yaşamışdır.
Bütün bunlar onu göstərir ki, insanın uzun ömürlü ola bilməsi elm və biliyə zidd deyildir, əksinə həmişə mümkündür.

Imam Hesen Eskeri (e.)
ON ÜÇÜNCÜ MӘSUM
IMAM HӘSӘN ӘSKӘRI ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Həsən
Ləqəbi: Әskəri
Künyəsi: Әbuməhəmməd
Atası: Həzrət imam Әliyyən Nəqi (ə)
Təvəllüdü: Hicri 232-ci il
Imamlıq müddəti: 7 il
Ömrü: 28 il
Şəhadəti: 260-cı Hicri-qəməri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid edildi.
Məzarı: Iraq Samirra şəhəri.
TӘVӘLLÜDÜ
Imamət səmasının on birinci parlaq ulduzu Mədinə şəhərində doğdu və Samirra şəhərində batdı. O həzrətin adı Həsən, künyəsi Әbuməhəmməd, tanınmış ləqəbləri isə Zəki və Әskəri idi. Atası həzrət Hadi (ə), anasının adı isə Susən idi 22 yaşında ikən atası şəhid oldu. Atasını şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi. O həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olundu. Onun yeganə övladı həmin vəd olunmuş həzrət imam Mehdidir ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır.
Imam Həsən Әskərinin (ə) zamanında həzrətin özü şiddətli nəzarət altında olduğuna görə islam öz nüfuzunu əldən vermişdi. Hakimiyyətdə olanlar, xüsusilə də Mütəvəkkil, hər hansı yolla olursa-olsun camaatı imamdan uzaqlaşdırmağa çalışırdı. Çünki hal-hazırda qeyb olub, gələcəkdə isə Islam ümmətinin rəhbərliyini öhdəsinə alaraq vahid dünya hökumətini quracaq on ikinci imam, imam Həsən Әskəri əleyhisslamın oğlu olacaqdı. Elə buna görə də imamı nəzarət altında saxlayırdılar. Lakin Allah-taala, Musanı Fironun sarayında saxladığı kimi, islam ümmətinin gələcək rəhbərini də gözlərdən uzaq və gizlincə dünyaya gətirdi.
IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Imam Həsən Әskəri əleyhisslam çox vüqarlı və əzəmətli bir kişi idi. O, öz zamanında Quranın misilsiz müfəssiri sayılırdı. Yüz nəfərdən çox məşhur alim o həzrətin məclisində iştirak edirdi. Iraqda qaldığı 16 il ərzində Şamdan Mədinəyə qədər olan ərazi o həzrətin nüfuz dairəsində idi. Imamın elmi və mənəvi nüfuzu o qədər böyük idi ki, Abbasi xəlifəsi Әlmötəzin sarayında yaşayıb elə orada da işləyən alimlər belə ona heyran qalıb tabe olmuşdular.
Imam (ə) Irana etdiyi səfər zamanı Qum və Rey şəhərlərindən keçərək Ləvasana gəldi. Әhli-beyt məktəbinin tərəfdarları onu seinclə qarşıladılar. Həzrət (ə) Ləvasanda camaatla görüşüb onlara bir məscid tikərək onu öz mərkəzlərinə çevirmələrini tapşırdı. Imamın bu əmri xalqın həyatında o qədər təsiredici və mühüm rol oynadı ki, deyilənə görə hətta bir gündə 70 məscid tikməyə başlamışdılar.
Peyğəmbər (s) xanədanının düşmənlərindən olan və Abbasi aparatında çalışan Әhməd ibni Xaqan adlı bir şəxs belə demişdir: Mən Samirrada Bəni Haşim xanədanından nəciblik, böyüklük və fəzilət baxımından imam Həsən Әskəri əleyhisslamdan başqasını görməmişəm. Әgər xəlifəlik Abbasilərin əlindən çıxsa, heç kim imam Həsən Әskəri əleyhisslamdan başqa xəlifə olmağa layiq deyildir. Daha sonra demişdir: Bir gün atamın yanında idim. Onun Peyğəmbər xanədanın düşmənlərindən olmasına baxmayaraq, həmişə Həsən Әskəri onun yanına gəldikdə yerindən qalxıb onun əlindən öpər öz yerini ona verər və imamı müəllimin qarşısında duran bir şagird kimi dinləyərdi.
Әbu Yusif imamın səxavət və əliaçıqlığı barədə belə deyir: Mən çətin bir vəziyyətdə idim, belə ki, uşaqlarıma çörək pulu qazana bilmirdim. Hamımız ac və narahat idik. Dəfələrlə Abbasilərin sarayına getmişdim ki, orada olan qohumlarımızdan köməklik alım. Lakin onlar o qədər məğrur idilər ki, sözümə qulaq asmırdılar. Bir gün imam Həsən Әskəri əleyhisslamın hüzuruna gedib vəziyyətimi onun üçün danışdım. Həzrət 400 dinardan ibarət pulunun hamısını mənə verib belə buyurdu: «Get, ailəni ağır vəziyyətdən qurtar.»
Bir dəfə həzrət iki yüz min dinar Әli ibni Cəfər üçün göndərdi ki, yoxsul və möhtac əshabı arasında paylasın.
Həzrət (ə) altı il davam edən imamlıq müddətində üç ilini zindanda keçirmişdi, lakin qarşılaşdığı çətinliklər və narahatçılıqlara baxmayaraq həmişə xalqla yaxşı rəftar edirdi. Әn çirkin və qəddar məmurları zindana keşikçi təyin etmişdilər ki, o həzrətə əzab-əziyyət etsinlər. Lakin onlar imamın zöhd və ibadətinə heyran qalıb onunla yaxşı rəftar edirdilər. Bir gün zindan müdiri bu işlərinə görə onlara etiraz etdikdə belə cavab verdilər: O, bir insandır; həmişə Allahına ibadət və dua ilə məşğul olan bir insan. Gündüzlər oruc tutur, gecələr də ibadət edir. Bizə nəzər saldıqda isə bədənimiz titrəyir. Bizdən belə bir şəxsiyyətə əziyyət etməyi necə tələb edirsiniz?
Mütəvəkkilin vəziri Abdullah Xaqan çox qürurlu və etinasız bir adam olmasına baxmayaraq, imamı görəndə yerindən qalxar və əgər ata minmiş olsaydı, atdan düşərdi. O, imam (ə) haqqında belə deyib: Həsən Әskəri gecələr dua və ibadətlə məşğul olan, gündüzlər isə oruc tutan bir kişi idi. Ürəyi o qədər pak idi ki, hətta düşmənlərini dua etməyi belə unutmazdı. Yoxsul bir adamla qarşılaşdıqda bütün pulunu ona verərdi.
Bir dəfə xəlifənin əmri ilə imam Həsən Әskərini yırtıcı heyvanların yanına saldılar ki, heyvanlar onu parçalasınlar. Lakin yırtıcı heyvanlar o həzrətin ətrafına yağışıb özlərini onun ayaqlarına sürtdülər. Bu səhnəni görən xəlifə onu azad buraxaraq həzrətə hörmət etmək istədi.
Samirrada bir monastır var idi ki, başçısı xristianların böyüklərindən sayılırdı. O, çox hörmətli bir adam idi. Həmin xristian bir gün imamın hüzuruna gələrək müsəlman oldu. Ondan müsəlman olmasının səbəbini soruşduqda isə belə cavab vermişdi: Mən bu kişidə yalnız həzrət Isada mövcud olan nişanələri görmüşəm.
IMAMIN ELMI
Imamın elmi dalğalı və dərin bir ümman kimi idi ki, elmə susamışları doyururdu. Xarəzminin dediyinə görə elm aşiqlərindən on səkkiz min nəfər o həzrətin elmi məclislərindən istifadə edirdilər. Abbasi xəlifəsinin sarayına mənsub olan Məhəmməd ibni Məsud Şirazi imamla beyət edən ilk saray alimi olub bu şöhrətli alim Әlmö᾽təzin sarayında çalışırdı.
Qaynaqlardan yazıldığına görə, o həzrətin elmi o qədər çox idi ki, Әbunəsr Farabinin ustadı olan Kendi onunla mübahisə edə bilməyib Islamın ziddinə yazdığı kitabını odlamışdı.
Xristian alimlər imamın elminə, eləcə də dərin biliyinə o dərəcədə heyran olmuşdular ki, onu Məsih adlandırırdılar. Imam (ə) ayrı-ayrı ölkələrdən gələn və ona sual vermək istəyən şəxslərə onların öz dili ilə danışdığı zaman hamını heyrətdə qoymuşdu.
RAHIBLӘRIN IFŞA OLUNMASI
Illərin birində Samirrada quraqlıq oldu. Bu zaman Abbasi xəlifəsi Mötəmid camaata əmr etmişdi ki, dua etmək üçün çölə getsinlər.
Camaat üç gün dalbadal çölə gedib namazı qılıb dua etdilər, lakin yağış yağmadı. Sabahısı gün xristianlar öz alimləri ilə birlikdə çölə gedib dua etdilər və yağış yağdı. Neçə gündən sonra yenə də gedib dua etdilər, yenə də yağış yağdı. Bu hadisə müsəlmanları həyacanlandırmışdı və əksəriyyətin ürəyi xristianlara tərəf yönəlmişdi. Bu vəziyyətdə narahat olan Abbasi xəlifəsi Mötəmid bir nəfəri zindana göndərdi ki, imam Həsən Әskərini bu məsələni həll etmək üçün zindandan çıxartsın. Imam (ə) məsələni öyrənən kimi, belə buyurdu: «Onlardan istə ki, sabah da yağış yağdırmaq üçün çölə getsinlər». Sabahsı gün imam (ə) da izdihamla birlikdə çölə getdi. Bu dəfə də xristianlar əllərini qaldırıb Allahdan yağış istədilər. Çox keçmədi ki, göydə bir bulud görsənərək yağmağa başladı. Imam əmr etdi ki, əllərini qaldıran bir xaristianının barmaqlarının arasındakı şeyi alıb gətirsinlər. Həmin adamın əlini tutub barmaqlarının arasına baxdıqda qara bir sümük gördülər. Sümüyü alıb imamın hüzuruna gətirdilər. Həzrət onu bir parçaya büküb xristian kişiyə «indi dua et ki, yağış yağsın» - dedi. Xristian kişi əlini göyə qaldıran kimi buludlar çəkilib getdi və günəş çıxdı. Camaatın hamısı heyrətləndi. Xəlifə bu işin sirrini imamdan soruşduqda imam belə buyurdu: «Bu sümük parçası Allahın peyğəmbərlərindən birinə aiddir ki, onun qəbrindən götürüblər. Allahı bu sümüyə and verirlər. Allah da həmin sümüyün hörmətinə onların istəyini qəbul edib yağış yağdırır. Hər kəs bu sümüyü əlində saxlasa, yenə elə olar.» Xalqın qarşısında imtahan etdikdən sonra, imamın sözü düz çıxdı və hamı o həzrətə afərin dedi.
IMAMIN TӘRBIYӘ ÜSULU
Imam Sadiq əleyhissalamın nəslindən olan Әbülhəsən Qumda yaşayır və çirkin əməllər sahibi kimi tanınırdı. Bir gün Әbülhəsən Qum şəhərində imam Həsən Әskərinin nümayəndəsi olan Әhməd ibni Ishaq Әş᾽ərinin qapısına gələrək evə girmək üçün izn istədi. Lakin imamın nümayəndəsi onu gördüyü pis işinə görə qəbul etmədi.
Әbülhəsən kor-peşman evinə qayıtdı və ona edilən bu hörmətsizliyə görə çox narahat oldu.
Həmin ildə Әhməd ibni Ishaq Әşəri Məkkəyə getdi, qayıdanbaş imam Həsən Әskəri əleyhissalamın qapısına gələn Әşərini imam da qəbul etmədi.
Çox yalvar-yaxardan sonra imamın hüzuruna gəlib bu işin səbəbini soruşdu. Həzrət (ə) belə buyurdu: «Səninlə bizim əmioğlumuzla rəftar etdiyin kimi rəftar etdim».
Әşəri dedi: Ey Peyğəmbərin övladı, mən onu tərbiyələndirmək və gördüyü pis işlərindən uzaqlaşdırmaq üçün bu işi gördüm.
Həzrət (ə) buyurdu: «Sənin gördüyün iş doğru deyildi. Islamda yolunu azmış insanlarla belə rəftar etməzlər, əksinə onları hidayət edib doğru yolu göstərərlər.»
Әşəri Quma qayıtdı və bu münasibətlə hamı onun görüşünə gəlmişdi. Onların arasında Әbülhəsən də var idi. Әşəri onu görən kimi yerindən qalxıb ona hörmət etdi və öz yerini ona verdi. Әbülhəsən onun bu işindən heyrətlənib dedi: Bu işin keçmişdəki rəftarınla çox fərqlidir. Məni əhvalatdan xəbərdar et. Әşəri əhvalatı olduğu kimi ona danışdı. Әbülhəsən o qədər utanmışdı ki, evə qayıtdıqdan sonra pis işləri buraxıb təqvalı olmaq qərarına gəldi və ondan sonra zahid və pak kişilərdən oldu.
IMAMIN QEYB ALӘMI ILӘ ӘLAQӘSI
Bir çox kitablarda imamın möcüzəli işlərindən çoxlu rəvayət nəql olunub. Biz burada həmin rəvayətlərdən bir neçəsini qeyd edirik:
1. Cəfər Cürcani deyir: Həccə getmişdim və imam Həsən Әskəri əleyhissalamın hüzuruna gəldim. Dostlarının verdiyi pullar mənim yanımda idi. Imamdan pulları kimə verəcəyimi soruşmaq istəyirdim ki, hüzurunda olmaq şərəfinə nail olandan sonra mən heç bir söz demədən həzrət (ə) özü belə buyurdu: «Yanındakı pulları xidmətçim Mübarəkə ver.» mən pulları ona təhvil verib imama «gürgandakı dostlarınız sizə salam söylədilər» - dedim. Imam (ə) belə buyurdu: «Allah onları mükafatlandırsın. Sən Gürgana qayıtdıqdan sonra Allah sənə bir oğlan uşağı əta edəcək. Adını Şərif qoy. O, bizim dostlarımızdan olacaq. Allah-taala bizim dostlarımızdan olan Ibrahimə də bir oğlan uşağı əta edəcək. Ona da de ki, oğlunun adını Әhməd qoysun. O da bizim dostlarımızdan olacaq.» Mən imamla xudahafizləşib getdim və sonralar elə imamın buyurduğu kimi oldu.
2. Sünni alimlərindən Şəblənci, Әbu Haşimdən belə nəql etmişdir: Mən imamın əshabından dörd nəfərlə birlikdə zindanda idim. Həzrət (ə) bizim yanımıza gəldi. Biz onun ətrafına yığışıb söhbət etməyə başladıq. Bizim aramızda özünü Әli övladından sanan bir kişi də var idi. Həzrət ona işarə etdi ki, bayıra çıxsın. O, gedəndən sonra imam (ə) belə buyurdu: «Bu kişi yalan deyir. O, bizdən deyildir. O, xəlifənin casusudur və sizin haqqınızda məlumat hazırlayaraq paltarında gizlətmişdir ki, xəlifəyə çatdırsın». Biz onu gətirib paltarını axtardıq və imamın buyurduğu kimi bizim haqqımızda yazılmış məlumatı ondan tapdıq ki, əgər xəlifənin əlinə yetişsəydi, bizim hamımızı öldürərdi. Biz həmin kağızı məhv etdik və o gündən e᾽tibarən həmişə ehtiyatla hərəkət etməyi qərara aldıq.»
3. Ibrahim adlı bir şəxs belə deyir: Mənimlə qardaşıma xəbər verdilər ki, atamız uzaq bir yerə səfərə gedib lakin ondan heç bir xəbər-əsər yoxdur. Qardaşımla birlikdə Mədinədnə Iraqa tərəf yola düşdük. Mən imam Həsən Әskəri əleyhissalamın yanına gedib ondan kömək almaq istəyirdim. Çünki imamlıq elmi ilə atamı tapmaq üçün mənə kömək edə bilən yeganə şəxs yalnız o həzrət idi. Uzaq yollardan gəlib o həzrətin qapısına yetişdim. Bir müddət orada oturdum. Bir nəfərin həzrətin evindən çıxmasını gözləyirdim ki, ona nə üçün oraya gəldiyimi deyim ki, o da imama xəbər versin. Düşüncəyə dalıb gələcəyimi düşünürdüm ki, elə bu zaman evin qapısı açıldı və həzrətin xidmətçisi bayıra çıxdı və «Mədinədən imamı görmək üçün gələn Ibrahim adlı müsafir sizin hansınızdır?» - deyə soruşdu.
Mən sevinə-sevinə yerimdən qalxıb «buyurun Ibrahim mənəm» - dedim. O, mənə baxıb əlindəki kisəni mənə verdi və dedi: Imam buyurdu ki, yol xərclərini ödəyəcək pul bu kisədədi. Bunu al yoluna davam et. Çox keçməz ki, atanı taparsan. Mən təəccüblənərək kisəni aldım və öz-özümə dedim ki, mən hələ imamla görüşüb əhvalatı ona danışmamış, necə ola bilər ki, o həzrət (ə) mənim məqsədimdən xəbərdar olsun. Xidmətçiyə «məni həzrətin hüzuruna apar ki, atamın harada oludğunu mənə desin» - demək istəyirdim ki, birdən yadıma düşdü ki, o, imamın «yoluna davam et» - deyə buyurduğunu mənə bildirmişdi. Başqa bir tərəfdən isə sirli bir qüvvə məni Təbəristana doğru çəkir və məhz ora səfər etməyə məcbur edirdi. Mən də Təbəristana tərəf yola düşdüm. Oraya yetişəndən sonra bir müddət o yan-bu yanı gəzdim və nəhayət atamla qarşılaşdım. Ona tərəf qaçıb onu qucaqladım. Atamı tapa bildiyim üçün çox sevinirdim. Mən bütün əhvalatı təfsilatı ilə atama danışdım və ikimiz də başa düşdük ki, imam bizim gizli sirlərimizdən xəbərdar imiş. Mənim heyrətim o vaxt artdı ki, imamın mənə verdiyi puldan təkcə bir dirhəmin qaldığını gördüm; bu da mənə istədiyim yerə çatmaq üçün kifayət idi.
4. Ismail adlı bir şəxs isə belə deyir: Imam Həsən Әskərinin keçəcəyi yolun üstündə oturmuşdum ki, həzrət oradan keçəndə ondan köməklik istəyim. Mən qabaqca 200 qızıl sikkə gizlətmişdim ki, gələcəkdə çətinliyə düşəndə xərcləyəm. Düşüncəyə dalmışdım ki, birdən imam Həsən Әskəri əleyhissalam yanımdan keçdi. Ona tərəf qaçıb qabağını kəsdim və öz yoxsulluğum barədə danışıb and içdim ki, dünya malından heç nəyim yoxdur. Mənim and içməyim həzrəti narahat etdi. Lakin xidmətçisinə «yanında nə qədər pulun varsa bu kişiyə ver» - deyə buyurdu. Xidmətçi əlini cibinə salıb bir kisə qızıl çıxardıb mənə verdi. Sonra həzrət (ə) mənə tərəf dönüb belə buyurdu: «Biz heç kimi öz köməyimizdən məhrum etmərik. Lakin sən yalandan and içdin və Allahı qəzəbləndirdin. Bundan sonra heç vaxt bu işi görmə və Allahın nemətini danma. Həmişə Allaha ümidvar olub sənə verdiyi nemətdən istifadə et. Sən 200 qızıl sikkəni bir yerdə gizlətmisən ki, dar gündə işinə yarasın. Lakin bunu bil ki, möhtac olduğun vaxt onu tapmaycaqsan.»
Ismail belə davam edir: Imam (ə) bu sözləri ilə mənə necə yanıldığımı başa saldı və imamın buyurduğu kimi də oldu. Bir gün həmin sikkələrə ehtiyacım olduqda onları basdırdığım yerə getdim. Lakin oranı qazdıqdan sonra sikkələri yerində görmədim. Sonra aşkar oldu ki, oğlum məndən xəbərsiz sikkələrin hamısını götürüb qaçıb. Demək, imamın buyurduğu kimi ehtiyacım olanda sikkələri tapa bilmədim. Ondan sonra belə qərara gəldim ki, Allah qarşısında pak və əməli-saleh olub pis işlərdən çəkinəm.
IMAMIN ÖZ SӘHABӘLӘRINDӘN BIRINӘ YAZDIĞI MӘKTUB
Həzrət (ə) öz əshabına məktublar yazıb göndərirdi. Həmin məktublardan biri Әli ibni Babviyhi Qumiyə yazılmış məktubdur. Bu məktubun bəzi hissələrinin tərcüməsi belədir: «Allaha həmd və sənadan sonra, sənə ki, bizim əshabımızdansan deyə tövsiyə edirəm: pəhrizkar olasan, camaatın səhvlərini bağışla, öz qəzəbinə hakim ol, qohumlarını-əqrabanı həmişə başa çıx, yoxsulların ehtiyaclarını təmin et, dinini düzgün şəkildə qiymətləndir, Quranı öyrən, namaz və ibadətlərinə diqqətli ol. Mənim əmirlərimi yerinə yetirmək və şiələrimi onları həyata keçirməyə vadar etmək sənin borcundur.
IMAMIN ŞӘHADӘTI
Imam (ə) dörd yaşında ikən atası ilə birlikdə Samirraya sürgün edilib xəlifənin əskərlərinin bazasında nəzarət altında saxlanıldı. Buna görə də Әskəri ləqəbi ilə məşhur idi.
Atasının şəhadətindən sonra Abbasi xəlifəsi Mötəmidin əmri ilə həbs olundu. Imamın paklığı bütün məhbusları ona tərəf yönəltmişdi və hamı o həzrətə bağlanmışdı. Xəlifənin məmurları hər gün imamın vəziyyəti barədə xəlifəyə məlumat verirdilər. Nəhayət o həzrət (ə) 260-cı hicri ilinin Rəbül-əvvəl ayının 8-də şəhid oldu və Samirrada atasınan yanında dəfn olundu.
Həzrətin şəhadətindən sonra azğın bir kişi olan və xəlifənin adamlarından sayılan qardaşı Cə᾽fər Kəzzab meyidə namaz qılmaq istəyirdi. Lakin balaca uşaq olan imamın oğlu irəli gəlib əmisini dala itələdi və özü onun yerində dayanıb atasının meyidinə namaz qıldı. Imam Həsən Әskəri əleyhissalamın oğlu olan on ikinci imamın qısa qeyblik dövrü elə bu vaxtdan başlandı və yalnız xüsusi şiələri onun hüzuruna gəlmək şərəfinə nail ola bilirdilər. Lakin Abbasi xəlifələrinin o həzrətin gizləndiyi yeri tapmaq üçün cəhd etdiklərindən sonra onun uzun qeybət dövrü başlandı və o həzrətin inqilab edəcəyi günə kimi gizli qalacaqdır.
IMAMDAN QISA GӘLAMLAR
1. Sadəliklə yaşa və israfdan çəkin.
2. Hər kəslə qarşılaşdığın zaman salam ver və məclisə daxil olduqda aşağı başda otur, çünki bu iş təvazökarlığın nişanəsidir.
3. Yalandan çəkin, çünki yalan pisliklərin açarıdır.
4. Hər kəs mənim Әhli-beytimi sevməsə, münafiqlərdəndir.
5. Hər kəs qiyamətə inansa, verdiyi vədlərə əməl edər.

Imam Eliyyen- Negi (e.)
ON IKINCI MӘSUM
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Әli
Ləqəbi: Hadi və Nəqi
Künyəsi: Әbülhəsən
Atası: Həzrət imam Məhəmməd Təqi (ə)
Təvəllüdü: Hicri 214-cü il
Imamlıq müddəti: 34 il
Ömrü: 40 il
Şəhadəti: 254-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mötəz tərəfindən şəhid oldu.
Məzarı: Iraq, Samirra şəhəri.
TӘVӘLLÜDÜ
Hadi ləqəbi ilə məşhur olan imam Әliyyən-Nəqi əleyhissalam 212-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası imam Cavad (ə), anası isə təqvalı və fəzilətli bir kəniz olan Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki, Mütəvəkkil imamı Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.
IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Həzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz idi. Misal üçün Mütəvəkkilin məmurları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Quranı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Quran oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bəzən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı. Belə ki, bir gün Mütəvəkkil tərəfindən həzrətə göndərilən 30 min dinarın hamısını yoxsul bir ərəbə bağışladı.
Mütəvəkkilin anası imam Hadinin zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibni Xaqanı o həzrətin evinə göndərdi ki, imamdan dərman alıb gətirsin. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdılar. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını həzrət yoxsullar arasında payladı.
IMAMIN YOXSULLARA ETDIYI KÖMӘKLӘR
Bir gün rəssam Yunus qorxa-qorxa imamın hüzuruna gəlib belə dedi: Ey Peyğəmbərin övladı! Mən öldürülmək ərəfəsindəyəm. Məndən sonra siz ailəmə yetişin. Həzrət (ə) əhvalatı soruşduqda o, belə izah etdi: Abbasilərin adamlarından biri mənə bir qaş-daş verib ki, üstünə rəsm çəkim. Lakin qaş-daşın üstündə işləyərkən yarı bölündü. Sabah qaş-daşı geri almaq üçün gələcəklər, əgər əhvalatı bilsələr məni öldürəcəklər. Imam (ə) başını aşağı salıb, belə buyurdu: «Sənin haqqında dua etdim. Arxayın ola bilərsən ki, onlar daha sənə heç bir ziyan yetirməyəcək. Әksinə bu iş sənin xeyrinə qurtaracaq.»
Sabahısı gün Yunus məmurlardan biri ilə ayaqları titrəyə-titrəyə həmin kişinin evinə getdi. Çox keçmədən evin yiyəsi gəlib ona dedi: Ey Yunus! Qaş-daşın üstünə bir rəsm çəkəcəkdin. Lakin qaş-daşın üstündə mənim iki qızım arasında ixtilaf vardır. Әgər mümkündürsə onu iki böl və hər birini üstündə ayrı-ayrı naxış sal. Bu iş üçün sənə ayrıca bir mükafat da verəcəyəm. Yunus: «icazə verin bu barədə bir az fikirləşim» - deyə oradan çıxdı və sevincək imamın hüzuruna gələrək ona etdiyi bu yaxşılıq üçün təşəkkür etdi.
ÇӘTIN DÖVR
Imamların öz mübarizələrinə, eləcə də zülmkar hökmdarlara qarşı müxalifətlərinə davam etmələri islam və şiəlik tarixinin ən parlaq səhifələrindən sayılır. Onların zülm ilə saziş etməmələri və yoxsullardan tərəfdarlıq etmələri zülmkarları qəzəbləndirirdi.
Həzrət Hadi (ə) həyatı boyu yeddi Abbasi xəlifəsini görmüşdü. Lakin o həzrətin yaşadığı ən ağır dövr Mütəvəkklin xəlifə olduğu dövrdür. Çünki Mütəvəkkil çirkin, imansız və şöhrətpərəst bir kişi idi. Zahirdə özünü dindar göstərsə də bu oyun, yalnız siyasi hədəflərini həyata keçirməkdən ötrü idi. Mütəvəkkil 226-cı hicri ilində əmr etdi ki, imam Hüseyn əleyhissalamın qəbrini Fərat çayının suları altında qoyaraq uçurdub yerində əkin əksinlər. Beləliklə də o, bu əməli ilə xalqı Kərbəla şəhidlərinin qəbrini ziyarət etməkdən məhrum qoymaq istəyirdi. Mütəvəkkil yaxşı bilirdi ki, bu qəbirlərdən hər biri ürəyi yanmış aşiqləri dünyanın hər tərəfindən özünə tərəf çəkən möhkəm bir səngərdir. Mütəvəkkil hətta alimlərdən biri olan Məhəmməd ibni Idrisdən tərəfdarlıq edərək xalqın məsələlərini ondan soruşmalarını təşviq edirdi ki, ta Әli (ə) xanədanından uzaqlaşsınlar. Mütəvəkkil törətdiyi ağır cinayətdən (yəni imamı qətlə yetirməkdən) sonra heç vaxt rahatlığın nə olduğunu bilmədi və nəhayət şiə türkləri tərəfindən öldürüldü.
IMAM HADI (Ә) VӘ QEYBI YARDIMLAR
Bir gün yaltaq adamlardan biri Mütəvəkkilə belə dedi: Siz nə üçün məmurlarınıza imam Hadi əleyhissalama hörmət etmələrini və o, içəri girəndə pərdələri qaldırmaları və qapıları açmalarını əmr edirsiniz? Bu işlər sizin şərəfinizi alçaldır. Qoy imam da başqa adamlar kimi gəlib getsin ki, xalqın gözündə nüfuzdan düşsün. Mütəvəkkil onun istəyini qəbul edib məmurlarına əmr etdi ki, imam gələndə pərdələri qaldırmayıb qapıları açmasınlar.
Bir gün məmurlardan birisi qaça-qaça Mütəvəkkilin yanına gəlib dedi: Imam gəlir, lakin hər qapıya çatanda qapılar öz-özünə açılır və pərdələr qalxırlar. Bu vəziyyət artıq hamının diqqətini cəlb edib, əgər belə davam etsə, imamın dəyəri və üstünlüyü hamıya bəlli olacaq, nəticədə isə sənin hökumətin təhlükəyə düşəcəkdir. Mütəvəkkil dərhal məmurlarına əmr etdi ki, imamla əvvəllər olduğu kimi davranaraq o həzrətə daha artıq hörmət etsinlər.
HAQQ YOLUNDA ŞӘHADӘT
Bir gün Mütəvəkkil uşaqlarının müəllimi olan Ibni Sekkeytdən «mənim uşaqlarımı çox sevirsən, yoxsa Peyğəmbərin iki oğlu Həsən və Hüseyni?» - deyə soruşdu.
O, dərhal və cəsarətlə belə cavab verdi: «Әli əleyhissalamın qulu olan Qənbəri səndən və sənin uşaqlarından da daha artıq sevirəm».
Bu zaman Mütəvəkkil yerində qovrularaq ilan təkin dərhal əmr etdi ki, bu böyük kişinin dilini peysərindən çıxarsınlar və beləliklə onu 58 yaşında ikən şəhid etdilər.
MÜTӘVӘKKILIN ӘLI (Ә) XANӘDANINA OLAN EHTIRAMSIZLIĞI
Mütəvəkkil israf etməkdə, eləcə də xalqın sərvətini boş yerə xərcləməkdə şöhrət qazanmışdı. Hətta günü bu gün də Samirra şəhərində mövcud olan qüllənin ucaldılmasında bir milyon yeddi yüz min qızıl dinar pul xərcləmişdi. Lakin bütün bunlara baxmayaraq Peyğəmbərin övladını elə ağır vəziyyətə salmışdı ki, Peyğəmbərin qızları Mədinədə ip əyirməklə güzəranlarını təmin edirdilər. Hətta iş o yerə çatmışdı ki, əyinlərinə geymək üçün bir dənə təzə paltarları belə yox idi. Mütəvəkkil Әli (ə) övladları ilə sərt davranır, Әli (ə) düşmənlərilə dost, eləcə də onlara Әli (ə) və xanədanını ələ salıb təhqir etmək üçün külli miqdarda pul verirdi. Həmişə yanında bir təlxək də var idi ki, iyrənc rəftarları ilə Әli əleyhissalamı lağa qoyub Mütəvəkkili güldürürdü.
Mütəvəkkilin Әli (ə) övladlarına qarşı etdiyi hörmətsizlik hətta o dərəcəyə çatmışdı ki, bir gün öz məktublarının birində Mədinə valisinə belə yazdı: Hər kim Әli (ə) xanədanına yardım etsə, yaxud onlarla oturub-dursa, onu ağır şəkildə cəzalandır.
Mütəvəkkil 243-cü Hicri-qəməri ilində imam Hadi əleyhissalamı Mədinədən Samirraya sürgün etdi və o həzrəti oğlu imam Həsən Әskəri ilə birlikdə ömürlərinin sonuna qədər hərbi bazasının yanında nəzarət altında saxladı. Elə buna görə də 11-ci imam (ə) Әskəri ləqəbi ilə məşhur oldu.
IMAMIN ELMI MӘQAMI
Həzrət Hadi əleyhisslamın elmi nübüvvət məktəbindən qaynaqlandığı üçün elm nuru mübarək ürəyinə saçılaraq onu yaradılış sirrindən xəbərdar edirdi. Onun elmi haqqında bir neçə örnəyi burada qeyd edirik:
1. Bir gün Rum padşahı Abbasi xəlifələrindən birinə belə bir məktub yazdı: Incildə oxuduğumuza görə səmavi bir surə vardır ki, hər kəs onu oxuyub əməl etsə, Allah onu cəhənnəmə atmayacaqdır. Bizə həmin surənin hansı surə olduğunu yazın. Çünki biz onu Incildə tapa bilmədik.
Abbasi xəlifəsi bütün alimləri toplayaraq bu barədə onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Xəlifə imam Hadi əleyhissalamı da dəvət edərək həmin məsələni ondanda da soruşdu. Imam (ə) belə buyurdu: «O, hər bir müsəlmanın gecə-gündüz neçə dəfə namaz oxuduğu «Həmd» surəsidir». Həzrət (ə) daha sonra bir sıra əlavə izahat da verərək bütün alimləri heyrətdə qoydu. Imamın verdiyi cavabı Rum padşahına göndərdilər. O da məktubu oxuyaraq sevindi və müsəlmanlığı qəbul etdi.
2. Məmun və ondan sonrakı xəlifələrin zamanında məşhur alimlərdən sayılan Yəhya ibni Әksəm məktub vasitəsilə həzrət imam Hadi əleyhissalamdan bir neçə məsələ soruşdu. Imam (ə) da onların hamısının cavabını verdi. Yəhyanın məsələləri və imamın cavablarını aşağıdakılardan ibarət idi:
a) Süleyman Səba məlikəsi Bilqeysin taxtını istədikdə onun vəziri olan Asif Bərxiya belə dedi: Mən onun taxtını bir göz qırpımında bura gətirərəm.
Nə üçün Süleymanın özü bu işi görmədi? Məgər onun özü bu işi bacarmırdımı?
Cavab: Asif nə edirdisə Süleyman tərəfindən görürdü. Bildiklərinin hamısını da ondan öyrənmişdi. Süleyman bu işin sirrini bilirdi, amma öz canişinini xalqa tanıtdırmaq və onun məqamını xalqa bildirmək üçün bu işi onun öhdəsinə qoymuşdu.
b) Quranın dediyinə görə Yəqub övladları ilə birlikdə oğlu Yusifi görmək üçün Kənan diyarına gəldikdə onların hamısı Yusifin qarşısında səcdə etdilər. Nə üçün Yəqub kimi bir peyğəmbər Yusifin qarşısında səcdə etmişdir?
Cavab: Bu səcdə Yusif üçün deyildi. O, oğlunun sağ olduğuna görə Allaha şükr səcdəsi etmişdi. Eynilə mələklərin həzrət Adəm (ə) qarşısında etdikləri səcdə kimi; mələklər də Adəmə deyil, yaratdığına görə Allaha səcdə etmişdilər.
v) Әgər Quranın dediyi kimi «yeyəcəklər və içəcəklər» ləzzət üçündürsə, onda nəyə görə Adəmin üzüm yeməsi qadağan olundu və cənnətdən qovuldu?
Cavab: Çünki Allah-taala Adəmi sınamaq üçün ona əmr etdi. Lakin o, əmrə tabe olmadı və cənnətdən qovuldu.
q) Nə üçün Әli (ə) Cəməl müharibəsində əmər etdi ki, yalnız döyüşçüləri təqib edin, qaçanları, silahsızları və yaralıları öldürməyin; lakin Siffeyn müharibəsində isə əmr etdi ki, onlardan hər birini, istər silahlı, istər silahsız, istər yaralı, istər sağ, gördüyünüz zaman öldürün. Bu iki əmrin fərqli olmasının səbəbi nə imiş?
Cavab: Çünki Cəməl müharibəsində Islamla islam, aldanmış müsəlmanlarla müsəlmanlar bir-birilə döyüşrüdülər. Lakin Süffeyn müharibəsi isə küfr ilə islamın, zahirdə müsəlman olan kafirlərlə həqiqi müsəlmanların müharibəsi idi.
Başqa bir gün isə Yəhya ibni Әksəm Abbasi xəlifəsinin məclisində olan alimlərin hamısına belə bir sual verdi:
«Həzrət Adəm həccə gedib Allahın evini ziyarət edəndə kim onun başını qırxdı?»
Heç kim bu sualın cavabını verə bilmədi. Imam Hadi əleyhissalamdan soruşduqda o həzrət belə buyurdu: «Allahın mələyi Cəbrail».
Yəhya imamın verdiyi cavablarından ləzzət aparıb hamının qabağında imam Hadi əleyhissalamın yüksək elmi məqam sahibi olduğunu e᾽tiraf etdi.
IMAMIN QEYBI XӘBӘRLӘRI
Imam Hadi əleyhissalam Allah-taala və qeyb aləmi ilə əlaqədar olduğuna görə o həzrətdən bəzi möcüzələr görünmüşdür ki, Allahın qüdrətindən olan örnəklərdən sayılır.
Imamın əshabından biri Iraqdan Mədinəyə gəlib o həzrətin hüzuruna yetişmək şərəfinə nail oldu. Həzrət (ə) ondan Abbasi xəlifəsi Әlvasiqin halını soruşdu. O, belə cavab verdi: Mən Iraqdan çıxdığım zaman xəlifə sağ idi, Mütəvəkkil zindanda idi və Ibni Zəyyat xalq arasında məşhur olmşudu.
Imam (ə) isə belə buyurdu: «Allahın istədiyi olacaq. Dostum, bunu bil ki, Vasiq ölüb, Mütəvəkkil onun yerinə keçib, Ibni Zəyyat isə Mütəvəkkilin əmri ilə öldürülübdür.»
Imamın səhabəsi soruşdu: Nə vaxt?
Imam (ə) buyurdu: «Sən Bağdaddan çıxdığın vaxtdan altı gün sonra.»
IMAMIN HAKIMLIYI
Mütəvəkkil zamanında bir qadın həzrət Fatimənin qızı Zeynəb olduğunu iddia edirdi. Mütəvəkkil ona «Zeynəb çoxdan ölübdür, halbuki sən isə cavan bir qızsan» - dedi.
Həmi qadın belə dedi: Doğrudur, amma Peyğəmbər əlini mənim başıma sürtdü və dua etdi ki, həmişə cavan qalım. Buna görə də mən qırx ildən bir dəfə yenidən cavanlaşıram. Mütəvəkkil bütün böyük alimləri toplayıb onlardan bu «qadının iddiası barədə nə deyirsiniz» - deyə soruşdu.
Onlar hamısı «yalan deyir» - dedilər. Mütəvəkkil «yalan dediyini bilirəm. Lakin onu məhkum etmək üçün dəliliniz nədir?» - dedi. Onlar isə belə dedilər: Biz bilmirik, bu məsələni imam Hadi əleyhissalam həll etməlidir.
Mütəvəkkil dərhal imamı çağırtdırıb əhvalatı olduğu kimi ona danışdı. Həzrət belə buyurdu: «Әgər doğru deyirsə, onu qəfəsdə saxladığınız şirlərin yanına aparın. Çünki yırtıcı heyvanlar Fatimənin övladlarına toxunmazlar və onların ətini yeməzlər.» Mütəvəkkil həmin qadına «nə deyirsən» - dedi. Qadın dedi: Bu adam məni öldürtmək istəyir. Әgər düz deyirsə, özü bu işi görsün. Mütəvəkkil dedi: Doğru deyir, özün əvvəlcə bu işi gör. Imam (ə) buyurdu: «Eybi yoxdur» və qəfəsdəki şirlərin yanına gedib onların arasında əyləşdi. Hamı heyrətlə gördü ki, şirlər imamın qarşısında ehtiramla oturublar və bə᾽zən özlərini ona sürtürlər, həzrət də mehribanlıqla şirlərin baş-qulağını oxşayır. Həzrət daha sonra şirlərə əmr etdi ki, qırağa çəkilib yol açsınlar. Şirlər də bir bucağa çəkildilər və Həzrət (ə) qəfəsdən çıxıb Mütəvəkkilin yanına gəlib belə buyurdu: «Ey qadın! Indi növbə sənindir». Həmin qadın ağlayıb yalvarmağa başladı və dedi: Mən filankəsin qızıyam, bir kələk qurmaq istədim, lakin kələyim baş tutmadı.
MÜTӘVӘKKILIN MӘCLISINDӘ
Xalqın imam Hadi əleyhissalama bəslədiyi məhəbbətdən narahat olan xudbin Abbasi xəlifəsi Mütəvəkkil həmişə imamı öldürməyi düşünürdü. Bir gün ona xəbər gətirdilər ki, imam (ə) qiyam etmək istəyir və bu məqsədlə də evində silah və pul gizlədibdir. Mütəvəkkil məmurlarına əmr etdi ki, gecəyarısı həzrətin evinə basqın edib hər yeri axtarsınlar, tapdıqları pul və silahları isə imam ilə birlikdə onun hüzuruna gətirsinlər.
Mütəvəkkil sarayında kef məclisi qurmuşdu; çalğıçılar çalır, müğənnilər isə oxuyurdular. O, səbirsizliklə imamı gətircəkləri anı gözləyirdi. Mə᾽murlar nərdivanla imamın evinin damına çıxıb oradan evə girdilər və imamı otaqların birində namaz qılan halda gördülər. Onlar otaqları nə qədər gəzsələr də bir az pul və bir qılıncdan başqa heç bir şey tapmadılar. Onları götürüb həzrətin özü ilə birlikdə Mütəvəkkilin hüzuruna apardılar.
Imam (ə) məclisə girəndə Mütəvəkkil onu öz yanında oturtdu və bir şərab badəsini o həzrətə vermək istədi. Imam (ə) belə buyurdu: «Allaha and olsun ki, əlimi ona vurmayacağam». Kefli olan Mütəvəkkilin gözü heç bir şeyi görmürdü, buna görə də imama «onda mənim üçün bir şer oxumalısan» - dedi. Həzrət (ə) buyurdu: «Mən ulu babam Әli əleyhissalamdan yadigar qalan şerdən başqa heç bir şer bilmirəm.» Mütəvəkkil «onu oxu» - dedi. Imam (ə) babası Әli əleyhissalamın hidayətedici və təsirli şerini oxuyub Mütəvəkkilin vücudunda tufan qopardı. Elə ki, Mütəvəkkil özünə gəldi, ağladı. Sonra da əmr etdi ki, imamı ehtiramla evinə qaytarsınlar. Imamın evindən gətirdikləri pulun üstünə bir miqdar da pul qoyub imam qaytardılar. Imamın oxuduğu şerin bir hissəsinin tərcüməsi belədir:
Onlar hündür zirvələri özləri üçün ev etdilər və daima silahlı kişiləri keşikçi qoydular, lakin heç biri ölümdən qaça bimədi.
Nəhayət, təmtəraqlı saraylarından qəbir çuxuruna çəkildilər və bədbəxtliklə ora girdilər.
Bu vaxt haqqın səsi ucaldı: Hara getdi o ziynətlər, taclar, təntənə və calal? Hara getdi başqalarının sərvəti ilə bəslənən və onlara iftixar edən ərköyün simalar?
Qəbir onları rüsvay etdi və onların üzü qurdların ziyafət meydanına çevrildi.
Onlar vaxtilə istədiklərini yeyib-içdilər, lakin bu gün heyvanlara yem olublar.
Imamın səmavi ahənglə oxuduğu öyüd dolu şerləri Mütəvəkkilə elə tə᾽sir etmişdi ki, badəni yerə vurub sındırdıqda sonra ağlamağa başlamışdı.
IMAMIN ŞӘHADӘTI
Abbasilərin rəhmsiz xəlifəsi Mütəvəkkildən sonra imam (ə) yenə də əzab-əziyyət içində yaşadı və nəhayət 40 yaşında ikən Mötəzin əli ilə şəhid olduqdan sonra Samirrada torpağa tapşırıldı.
IMAMIN TӘLӘBӘLӘRI
Imamın şiddətli nəzarət altında olmasına və xalqla əlaqəsinin kəsilməsinə baxmayaraq, elm çeşməsinin aşiqlərindən bir dəstə imamla gizli şəkildə əlaqə saxlayıb o çeşmədən bacardıqları qədər içirdilər. Həmin səhabələrdən bəziləri bunlardan ibarətdir:
1. Öz zəmanəsinin böyük alimlərindən sayılan və pəhrizkarlığı ilə şöhrət qazanan Әbdüləzim Həsəni. Imam Hadi (ə) dəfələrlə öz əshabına buyurmuşdu: «Bir məsələ ilə qarşılaşdığınız zaman, Әbdüləzimdən soruşun və mənim salamımı ona yetirin». Bir dəfə Әbdüləzim öz e᾽tiqadlarını imama bəyan etdikdə imam (ə) buyurdu: «Allaha and olsun ki, bu, Allah-taalanını öz bəndələri üçün bəyəndiyi həqiqi etiqaddır.»
Imamın nəslindən olan Әbdüləzim təqibə məruz qalıb Rey şəhərində gizləndi və elə orada da xəstələnib vəfat etdi. Onu ziyarət etdiyi həzrət Həmzənin qəbrinin yanında dəfn etdilər.
2. Həzrət Rza (ə), həzrət Cavad (ə) və həzrət Hadinin əshabından olan və onların hamısından rəvayət nəql edən Həsən ibni Səid Әhvazi. O, əvvəlcə Kufədə yaşayırdı, sonra qardaşı ilə Әhvaza, oradan da Quma gəldi və Qumda da vəfat etdi. O, fiqh və islam əxlaqı mövzularında otuz cildə yaxın kitab yazmışdır. Onun dedikləri və rəvayətlərini alimlər qəbul edirdilər. Rəhmətlik Məclisi və Әllamə onun məqamını yüksək qiymətləndirmişlər.
3. Bilikli fəqih və bacarıqlı bir natiq Fəzl ibni Şazan Nişaburi. Həmişə imamın dostları ilə oturub-durar və onlardan faydalanardı. Özü də imam Hadi əleyhisslamın dəyərli əshabından sayılırdı. Onun yazdığı kitabların sayı təxminən yüz səksən cild olmşudu. O, imam Hadidən sonra imam Həsən Әskərinin əshabından oldu və bir gün imamın məclisinə daxil olduqda o həzrət (ə) onu tərifləyib Xorasan əhalisinə tapşırdı ki, ondan və əsərlərindən istifadə etsinlər. Təqibə məruz qaldığına görə Beyhəqə gedib orada xəstələndi və imam Әskərinin (ə) zamanında vəfat etdi.

Imam Mehemmed Tegi (e.)
ON BIRINCI MӘSUM
IMAM MӘHӘMMӘD TӘQI ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Mühəmməd
Ləqəbi: Təqi və Cavad
Künyəsi: Әbu Cəfər
Atası: Həzrət imam Rza (ə)
Təvəllüdü: Hicri 195-ci il
Imamlıq müddəti: 17 il
Ömrü: 25 il
Şəhadəti: 220-ci Hicri-qəməri ilində Mötəsimin əmri ilə və arvadının əlilə zəhərlənib şəhid oldu.
Məzarı: Iraq şəhərlərindən biri olan Kazimeyn.
TӘVӘLLÜDÜ
Səkkizinci imamın şərəfli ömründən qırx ildən çox ötsə də hələ oğlan övladı olmamışdı. Səbri daralan şiələrin Allahdan gözlədikləri oğlanı o həzrətə əta etməsini diləyirdilər. Çünki keçmiş rəhbərlərindən doqquzuncu imamın səkkizinci imamın oğlu olacağını eşitmişdilər. Onlar bəzən imamın hüzuruna gələrək o həzrətdən canişini haqqında müxtəlif suallar soruşurdular. Həzrət (ə) isə onların cavablarında buyururdu: «Allah-taala mənə bir oğlan verəcəkdir ki, mənim varisim və məndən sonrakı imam olacaqdır.»
Nəhayət 195-ci Hicri ilin Rəcəb ayının onunda şiələrin intizarı sona çatdı və həzrət imam Məhəmməd Təqi əleyhissalam Xəyzəran adlı anasından dünyaya gəldi. Xəyzəran Peyğəmbərin həyat yoldaşı olan Mariyə Qibtiyyənin nəslindən idi ki, ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətlər ilə tanınmışdır.
Həzrətin ləqəblərinə misal olaraq Təqi və Cavad adlarını nümunə göstərmək olar.
Imam Rza əleyhissalamın bacısı Həkimə belə deyir: «Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və islam peyğəmbərinin risalətinə şəhadət verdi. Mən bu hadisədən sarsılaraq qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan.»
Bu təvəllüd çox mübarək və ümidverici idi. Çünki şiələri çaşqınlıq və şək-şübhədən qurtarmışdı.
Bu barədə Növfəli belə demişdir: Həzrət Rza əleyhissalamdan Xorasan səfəri əsnasında «mənə görə bir əmriniz yoxdurmu?» - deyə soruşdum. Həzrət (ə) buyurdu: «Sən məndən sonra övladıma tabe olmalı və məsələlərini ondan soruşmalısan.»
Imam (ə) həmişə əshabına belə buyururdı: «Mənə yazıb məndən soruşmağınız lazım deyil. Məndən sonra imam olan bu balaca uşaqdan soruşun.» Әshabından bəziləri bu uşağın ümmətə rəhbərlik vəzifəsini necə yerinə yetirəcəyini təəccüblə soruşduqda, o həzrət (ə) buyurardı: «Allah-taala həzrət Isanı Әbucəfərdən daha kiçik ikən peyğəmbərliyə seçdi. Peyğəmbərlik və imamlıqda yaşın müəyyən bir təsiri yoxdur.»
Doqquzuncu imam həzrət Cavad (ə) doqquz yaşında ikən imamlıq vəzifəsinə çatdı. Imamın səhabələrindən biri bu barədə belə deyir: «Mədinədə o həzrətin əmisi Әli ibni Cəfər xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı ətrafına yığışıb məsələlərini ondan soruşurdular.»
Bir gün imam Məhəmməd Təqi əleyhissalam məscidə gəldi və qoca kişi olan Әli ibni Cəfər ayağa qalxıb imamın əlini öpdü və elə ayaqüstə də durdu. Imam (ə) buyurdu: «Әmi, əyləş». Әli ibni Cəfər isə belə dedi: Siz ayaqüstündə olduğunuz vaxt mən necə otura bilərəm? Daha sonra Әli ibni Cəfər öz dostlarının yanına qayıtdıqda onlar onu danlayıb dedilər: Sən onun əmisi və qoca kişisən, nə üçün ona bu qədər hörmət edirsən? Әli ibni Cəfər dedi: Susun! Imamlıq ilahi bir mənsəbdir. Allah imamətə bu qoca kişini deyil, bu uşağı layiq bilmişdir. Sizin borcunuz da onun əmrinə tebe olmaqdır.
IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Atası vəfat edən zaman imam hələ uşaq idi, lakin heç vaxt uşaqlara məxsus hərəkət etməzdi. Bir gün atası sağ ikən dostlarından biri o həzrət üçün oyuncaq alıb gətirmişdi. Oyuncağı görən həzrət (ə) narahat olub buyurdu: «Mən bunları neynirəm? Biz elm və fəzilət xanədanıyıq».
Həzrət Rza əleyhissalamın şəhadətindən bir il sonra Məmun bir dəstə atlı ilə ova çıxmışdı. Küçədə uşaqlar oynayırdılar, bir uşaq da qıraqda dayanıb onların oyunlarına baxırdı. Uşaqlar Məmun ilə atlılarını görən kimi qaçıb getdilər. Lakin on bir yaşlı uşaq yerində dayanıb durdu. Məmun yaxınlaşıb «Ay oğlan! Bəs sən niyə o biriləri kimi qaçmadın?» – deyə soruşduqda həmin oğlan belə buyurdu: «Yol elə də darısqal deyildi ki, sənin yolunu tutmuş olam. Bir pis iş də görməmişəm ki, qorxam. Sizin səbəbsiz olaraq birini incidəyinizi də güman etmirəm. Demək qaçmağım mənasız idi.»
Məmun bu uşağın ədəb və cəsarətindən heyrətə gəlib soruşdu: Adın nədir?
Cavab verdi: Məhəmməd.
Soruşdu: Kimin oğlusan?
Dedi: Әlinin oğlu.
Məmun soruşdu: Sən həzrət Rzanın oğlu deyilsənmi?
Cavab verdi: Bəli.
Məmun ona afərin deyib atlıları ilə çıxıb getdi.
HӘZRӘT RZANIN OĞLUNA MӘKTUB
Bəzəndi deyir: «Bir gün həzrət Rza (ə) Mədinədə olan oğluna belə bir məzmunda məktub yazdı: Övladım, eşitdiyimə görə qulluqçular icazə vermirlər ki, xalq sizinlə asanlıqla əlaqə yaradıb məsələlərini soruşsunlar. Bunu bil ki, onlar sənin xeyir və səadətini istəmirlər. Indi isə sənə əmr edirəm ki, qapın hamının üzünə açıq olsun, qoy hamı gediş-gəlişdə sərbəst olsun ki, səndən bir şey soruşmaq istədikdə imkan tapsınlar.
Bir yerə getmək istədikdə mütləq yanında pul götür ki, ehtiyacı olan bir şəxs ilə qarşılaşdıqda ona kömək edə biləsən. Çətinlikdə olan qohumlarını unutma, onların vəziyyəti ilə yaxından və ən yaxşı şəkildə maraqlan. Heç vaxt yoxsullara kömək etmək və yardım etməyi unutma.
IMAMIN QEYB ALӘMI ILӘ OLAN ӘLAQӘSI
Imam Rza əleyhissalamın şəhadətindən sonra alimlərdən ibarət səksən nəfər zəvvar müqəddəs həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə getdilər. Onlar yolüstü Mədinəyə gəlib imamın evinə də dəydilər. Hələ uşaqlıq dövrünü yaşyan imam (ə) məclisə daxil olduqda hamı onun ehtiramına ayağa qalxdı. Daha sonra onları maraqlandıran məsələləri soruşub cavab aldılar və çox sevindilər. Onlardan Ishaq adlı birisi deyir:
Mən imamdan soruşmaq üçün bir neçə məsələ yazmışdım. Eləcə də ondan Allahın mənə bir uşaq verməsi üçün dua etməsini xahiş edəcəkdim. Məclis çox izdihamlı oluduğundan gedib sabah gəlmək istəyirdim ki, imamın gözü mənə sataşdı və belə buyurdu: «Ey Ishaq! Allah istəyini qəbul etdi və sənə bir oğlan uşağı verəcəkdir. Adını Әhməd qoy». Daha sonra məsələlərimin cavabını verdi. Soruşmadığım məsələlərin cavabını imamdan eşitmək məni olduqca heyrətləndirirdi və öz-özümə dedim ki, bizə bu neməti əta edən Allaha şükr olsun. Bu Allahın höccətidir.
Mən öz şəhərimizə qayıtdım və çox keçmədən, imamın dediyi kimi, Allah mənə bir oğlan uşağı əta etdi ki, adını Әhməd qoydum.
Әşəri Qummi isə demişdir: Imamın hüzuruna gedib dedim ki, sizin tərəfdarlarınızdan olan bir qadın məndən özünə kəfən etmək üçün sizin paltarlarınızdan birini ona aparmağımı istəyibdir. Həzrət (ə) buyurdu: «Onun artıq bu işə ehtiyacı yoxdur». Mən imamın sözünü yaxşı başa düşməsəm də bir söz demədən xudahafizləşib getdim. Sonradan xəbərdar oldum ki, həmin qadın mən imamın hüzuruna getməmişdən bir neçə gün qabaq ölübmüş və imam da onun öldüyünü bildiyindən işarə ilə onun öldüyünü mənə bildirmək istəyibmiş».
Üməyyə demişdir: Həzrət Rza (ə) Xorasanda olanda mən doqquzuncu imamın evinə get-gəl edirdim. Bir gün o həzrət öz qohumlarına buyurdu: «Sabah əzadarlıq üçün hazırlaşın». Mən «kimin əzadarlığına» - deyə soruşduqda həzrət (ə) belə buyurdu: «Yer üzündə ən yaxşı insan olan atam həzrət Rzanın əzadarlığına».
Imamın əshabından olan Әbasəlt isə bu barədə belə demişdir: Imam Rza əleyhissalamın şəhadətindən sonra Mə᾽munun əmri ilə zindana düşdüm. Bir il zindanda qaldım. Çox darıxmışdım. Bir gecə oyaq qalıb ibadət və dua etməklə məşğul idim və imamı köməyə çağırırdım. Hələ duamı bitirməmişdim ki, həzrət Rzanın oğlu imam Məhəmməd Təqi əleyhissalamı öz yanımda gördüm. O, mənə belə buyurdu: «Ey Әbasəlt, deyəsən yaman darıxmısan». Dedim: Bəli, ey imam. Imam yaxınlaşıb zəncirlərə toxundu və birdən onların hamısı yerə töküldü. Sonra «ayağa qalx» - deyə buyurub məni zindandan çıxartdı və belə buyurdu: «Get. Bundan sonra Məmunu görməyəcəksən və onun tərəfindən sənə əzab-əziyyət olunmayacaq». Sonralar elə imamın dediyi kimi də oldu.
IMAMIN EVLӘNMӘSI
Məmun imam Rza əleyhissalamı zəhərləyəndən sonra çox çalışdı ki, camaatın içində imamın öz əcəlilə öldüyünü yaysın, lakin getdikcə hiyləsi aşkara çıxdı şiələr və ələvilər Məmunun bu cinayətini başa düşdülər. Elə buna görə də hər tərəfdə Məmunun əleyhinə üsyanlar baş qaldırdı.
Məmun üsyanların qarşısını almaqdan ötrü imamın oğlunu Mədinədən Xorasana gətirdərək qızı Ümmü Fəzli o həzrətlə evləndirmək istəyirdi. Abbasilər bu işə mane olmağa cəhd etdilər. Lakin Məmun qəbul etməyib dedi: Siz onu tanımırsınız. Әgər tanısaydınız məndən Allahın ən yaxşı bəndəsi və xalqın ən biliklisini öz kürəkənim olaraq seçməyə mane olmazdınız. Siz onu imtahan edə bilərsiniz, əgər sualınızın cavabını verib sizi məhkum etsə, daha heç bir söz deməyib istəyinizdən vaz keçin, yox əgər cavabınızı verə bilməsə, mən sizin istəyinizi qəbul edib qızımı ona vermərəm.
Abbasilər Yəhya ibni Әksəmin yanına gələrək ondan bir neçə məsələ hazırlayıb Məmunun məclisində imam Cavaddan soruşmasını istədilər. Yəhya onların istəyini qəbul etdi, onlar da Məmunun yanına gəlib Әksəmin razı olduğunu ona bildirdikdə Məmun bu iş üçün xüsusi bir gün təyin etdi. Abbasilər Yəhya ibni Әksəmlə birlikdə məclisə gəldilər. Təntənəli bir məclis qurmuşdular. Böyüklərin hamısı həmin məclisdə iştirak edirdilər. Bu arada imam məclisə daxil oldu, hamı ayağa qalxdı. O həzrət, qabağa gəlib Məmunun yanında əyləşdi. Imama cavabını verə bilmədiyi suallar verilməsini tələb edən Məmun imama «Yəhya ibni Әksəm sizdən bəzi məsələləri soruşmaq istəyir» - dedi. Həzrət buyurdu: «Istədiyi məsələni soruşsun.» Yəhya dedi: Ehram paltarı geyib Allahın evinin ziyarətinə gedən və orada bir heyvan ovlayan şəxs barədə nə deyirsiniz?
Həzrət (ə) buyurdu: «Ey Yəhya, bu məsələnin müxtəlif şəkilləri var. Onlardan hansını soruşursan?
Bu şəxs hərəmin içində imiş, yoxsa bayırında?
Bu işin haram olduğunu bilirmiş ya yox?
Heyvanı qəsdən öldürüb yoxsa səhvən?
Qul imiş ya azad?
Bu işindən peşman olub, yoxsa işinə davam etmək istəyir?
Heyvanı gecə ovlayıb ya gündüz?
Birinci dəfə imiş, yoxsa ikinci yaxud üçüncü dəfə?
Heyvan quş imiş ya yox?
Böyük imiş ya kiçik?
Imamın məsələni bu cür xırdalaması Yəhyanı çaş-baş etdi və məğlubiyyət nişanələri üzündə aşkar olaraq dili tutuldu. Məclisdə olanların hamısı imama afərin dedilər. Sonra Həzrət (ə) Yəhyaya belə buyurdu: «Mən də sizdən bir məsələ soruşmaq istəyirəm». Yəhya dedi: Buyurun, əgər cavabını bilsəm deyərəm. Әgər bilməsəm sizdən eşidib istifadə edərəm.
Imam (ə) Yəhyadan bir məsələ soruşdu:
Hamı susub Yəhyanın cavab verməsini gözləyirdilər. Abbasilər və Məmunun tərəfdarları narahatlıqdan titrəyir və öz-özlərinə deyirdilər: Әgər Yəhya cavab verə bilməsə hamımız rüsvay olacağıq və imamın nüfuzu daha da artacaq.
Elə bu vaxt saray alimi utandığından başını aşağı salıb belə cavab verdi: Məsələnin cavabını bilmirəm. Özünüz buyurun biz də istifadə edək.
Imam (ə) da gözəl bir dəlillə cavabı buyurub dostları şad, düşmənləri isə qəmgin etdi.
Bu vaxt Məmun Abbasilərə xitab edib dedi: Sizin aranızda belə məsələlərə cavab verə bilən bir şəxs vardır?
Cavab verdilər: Allaha and olsun ki, yoxdur.
Sonra Məmun elə həmin məclisdə qızı Ümmü Fəzli imam (ə)-a ərə verdi.
MӘMUN BU IZDIVACDAN NӘ MӘQSӘD GÜDÜRDÜ?
1. Məmun bu evlilikdən siyasi bir hədəf güdürdü. Çünki, qızını imamın evinə göndərməklə o həzrəti nəzarət altına salmaq və gördüyü işlərdən xəbərdar olmaq istəyirdi. Tarixin yazdığına görə Məmunun qızı bu öhdəliyini layiqincə yerinə yetirirmiş.
2. Bu izdivacla əlaqədar imamı əyləncə və kef məclislərinə dəvət etmək və beləliklə də xalqın gözündə onun dəyərini aradan aparmaq istəyirdi. Hətta imamın toyunda gözəl simalı kənizləri belə məcbur etmişdi ki, imamın qabağında oxuyub oynasınlar, lakin həzrət (ə) fəryad edib özündən uzaqlaşdırmışdı.
Imamın əshabından bir nəfər belə deyir: Bağdadda imamın hüzurunda idim və öz-özümə «imam Məmunun gözəl sarayını nə təhər buraxıb Mədinəyə gedəcəkdir? – deyə düşünürdüm. Imam (ə) mənə belə buyurdu: «Ey vəfalı dostum, bunu bil ki, duz-çörək yemək, kobud paltar geymək və Mədinədə Peyğəmbərin hərəminin yanında olmaq mənim üçün bu yaşayış tərzindən daha dəyərli və üstündür.» Buna görə də Məmun nə qədər israr etsə də imam Bağdadda qalmayaraq arvadı Ümmü Fəzl ilə birlikdə Mədinəyə qayıtdı və 220-ci hicri ilinə qədər orada qaldı.
3. Məmun istəyirdi ki, qızının imamlıq məqamına çata biləcək bir oğlu olsun və beləliklə özü də bir iftixar sahibinə çevrilsin.
Axı Məmun qabaqkı rəhbərlərdən dünya hökumətini təşkil edəcək on ikinci imamın bu imamın nəslindən olacağını eşitmişdi. Lakin Məmunun qızının uşağı olmadı və imam Hadi, Musa Mübərqə və imamın başqa qızı və oğlanları o həzrətin pak və mehriban bir kəniz olan o biri arvadından oldular. Şükr olsun ki, Məmun bu arzusuna çatmadı.
IMAMIN ELMI MӘQAMI
Әvvəlki səhifələrdə imamın Məmunun məclisində məşhur saray alimini məğlub edərək bütün alimlərin diqqət mərkəzinə çevrildiyini bəyan etmişdik. Bu bölmədə isə Məmunun qardaşı, Abbasi xəlifəsi Mötəsimin məclisində baş vermiş əhvalatı qeyd edirik. Bu hadisə saray alimlərini o qədər qəzəbləndirdi ki, hətta Mö᾽təsimi imamı öldürmək üçün təhrik etdilər.
Həmin əhvalat belə baş vermişdi. Bir oğrunu cəzalandırmaqdan ötrü Mötəsimin məclisinə gətirdilər. Lakin o, əvvəlcə məclisdəki alimlərdən öz nəzərlərini bildirmələrini istədi. Bu arada onların rəisi olan məşhur bir alim elə bir rəy söylədi ki, Mötəsim onun sözünü qəbul etmədi. Məsələni həll etmək üçün imam Cavad əleyhissalamı da həmin məclisə dəvət etdilər. Həzrət məclisə gəldikdə alimlərin hamısı imamın ehtiramına ayağa qalxdılar. Həzrət (ə) onların arasında əyləşib Quran və Peyğəmbərin hədislərinə əsasən oğrunun cəzasını müəyyən etdi.
Mötəsim imamın hökmünü qəbul edib, həyata keçirilməsini əmr etdi. Məğlub olduqlarından olduqca narahat olan alimlər, imam gedəndən sonra Mötəsimin yanına gəlib dedilər: Siz bu işiniz ilə bizi məhkum edib şiələrə qiymət verdiniz. Şübhəsiz camaat başa düşəcəklər ki, siz və bizim hamımız haqsız, imam və onun ardıcılları isə haqlıdırlar.
Bu sözlər Mötəsimə bərk təsir etdiyindən imamı öldürmək qərarına gəldi.
MӘMUNUN SONU
Məmuni-əbdüs Misirdə Məmuna qarşı qiyam etdi. Məmun da bu qiyamı yatırtmaq üçün hərəkət edib onu məğlubiyyətə uğratdıqdan sonra Rumu fəth etdi və tutduğu əsirlərlə bərabər geri döndü. Qayıdarkən Rəqqə adlı bir yerə çatdı. Orada Qüşəyrə adlı bir bulaq var idi, ab-havası xoş olduğuna görə çadır qurub orada bir müddət qalmaq istədiyini bildirdi. Məmun orada xəstələndi. O, Rəqqə və Qüşəyrənin mənasını öyrənəndən sonra bunun nəsh olduğunu güman etdi. Çünki, bir gün Rəqqə adlı bir yerdə öləcəyini eşitmişdi. Buna görə daha da narahat olub bir müddət titrədi və elə orada öləcəyini anladı.
Nəhayət Məmun neçə gün xəstəlikdən sonra orada öldü. Onun ölümündən sonra napak və qəsavətli qardaşı Mötəsim onun yerində oturdu və imam Cavad (ə)-ı Mədinədən Bağdada gətirdi ki, o həzrəti yaxından nəzarət altında saxlaya bilsin.
IMAMIN SӘHABӘLӘRI
Imam Cavad əleyhissalamın zamanında şərait çox pis olduğundan daha az tələbə yetişdirildi. Imamın görkəmli tələbələrindən bəzisi bunlardır:
1. Әli ibni Məhziyar: O, imamın xüsusi dostlarından idi, pak və zahid bir kişi sayılır, Әhvazda yaşayırdı. Әhli-beyt əsərlərini ehtiva edən təqribən 30 kitab ondan yadigar qalmışdır. Məhziyar axırda elə bir yüksək məqama çatdı ki, imam onun haqqında belə yazdı: «Allahın adı ilə. Ey Әli! Allah sənə yaxşı bir mükafat verəcək, səni öz cənnətində yerləşdirəcək və iki aləmin nemətlərindən faydalandıracaqdır. Mən xeyirxahlıq və xidmətdə sənin kimi olan kimsəni görməmişəm».
2. Әbunəsr Bəzənti: O, Kufə əhalisindən və imamın xüsusi əshabından idi. Onun fiqhi və elmi məqamını bütün şiə alimləri qəbul edirdilər. Bu, imam Rzanın hüzuruna yetişən və imamın ona xüsusi hörmət bəslədiyi şəxsdir.
3. Zəkəriya ibni Adəm: Qum əhalisindən və imamın dəyərli əshablarından biri idi. Qəbri Qum şəhərindədir.
O, imamın haqqında dua etdiyi və vəfalı dostu olaraq tanıtdığı şəxsdir. Әshabından birisi «mənim yolum uzaqdır, buna görə də din əhkamını sizdən soruşa bilmirəm» - dedikdə, imam (ə) buyurmuşdu: «Din və dünya işlərində mənim əminim olan Zəkəriya ibni Adəmlə məsləhət et».
IMAMIN ŞӘHADӘTI
Imamın şəhid olması barədə müxtəlif rəvayətlər nəql olunmuşdur. Böyük tarixçi Ibni Şəhraşub bu barədə belə yazıbdır: Mötəsim imama qarşı bəslədiyi kin-küdurət üzündən imamın arvadı Ümmü Fəzli o həzrəti öldürməyə təhrik etdi. Müxtəlif vədə və həvəslər Ümmü Fəzli imamı zəhərləyib şəhid etməyə vadar etdi. O həzrət (ə) 220-ci hicri ilinin Zilhəccə ayının 6-da çərşənbə axşamı günü 25 yaşında ikən, şəhid olundu. Pak bədənini babası imam Museyi Kazim əleyhissalamın qəbrinin yanında torpağa tapşırıldı. Bu iki imamın məzarı Kazimeyn adı ilə tanınır və şiələrin ziyarətgahıdır.
IMAMDAN QISA KӘLAMLAR
1. Bir kişi o həzrətin hüzuruna gəlib «mənə nəsihət ver» - dedi. Həzrət (ə) belə buyurdu: «Ürəyinin istəkləri ilə müxalifət et. Çünki həmişə Allahın nəzarəti altındasan».
2. Günahından dönməyən və tövbə etməyən günahkar, məğrurdur. Allaha qarşı çıxan şəxs məhv olmağa məhkumdur.
3. Әn yaxşı mömin, əxlaqi cəhətdən hamıdan yaxşı olan şəxsdir.
4. Insanın kamalı ağlındadır.
5. Hər kim Allaha təvəkkül etsə, Allah onu hər cür pislikdən qurtarar.

Imam Rza (e.)
ONUNCU MӘSUM
IMAM RZA ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Әli
Ləqəbi: Rza
Künyəsi: Әbülhəsən
Atası: Həzrət imam Museyi Kazim (ə)
Imamlıq müddəti: 21 il
Ömrü: 55 il
Vəfatı: 203-cü Hicri-qəməri ilində Abbasai xəlifəsi Məmun tərəfindən zəhərlənib şəhid oldu.
Məzarı: Iran Məşhəd şəhəri.
TӘVӘLLÜDÜ
148-ci Hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində Musəbni Cəfər əleyhissalamın evində bir uşaq dünyaya gəldi ki, atasından sonra müsəlmanların imamlığını öz öhdəsinə aldı.
Bu körpənin adını Әli, ləqəbini isə Rza qoydular. Imamın əziz anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı.
Uşaqlıq çağından etibarən atası imam Kazim (ə) ilə birlikdə idi. Imam Museyi Kazim (ə) həmişə öz əshabına belə buyurardı: «Məndən sonrakı imam, budur».
Bu barədə Məxzumi belə demişdir: Günlərin bir günündə Musəbni Cəfər (ə) bizi çağırıb «sizi dəvət etdim ki, bu oğlanın məndən sonra mənim varisim və canişinim olacağına şahid durasınız» - deyə buyurdu.
Imamın zamanında boğucu şərait və şiddətli təzyiq həmin mühitə hakim olduğuna görə sözlərinin axırına belə əlavə etdi: «Sizə dediyim yanınızda qalsın və kimsəyə söyləməyin, bizim dostumuz və əshabımız olanlardan başqa.»
IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Məsum imamlar Allahın seçmiş olduğu, hamıdan üstün şəxsiyyətlər idilər. Onlar həyatda başqalarına örnək olub xalqa həyat dərsi verirdilər. Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə etinasızlıq göstərməzdilər. Bu barədə mərhum Səduq, Ibrahim ibni Abbasdan nəql edərək belə yazmışdır: Imam Rza əleyhissalamın, sözlə bir kimsəyə züml etməsini, yaxud kimsənin sözünü yarıda kəsməsini heç vaxt görmədim. Həzrət (ə) başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınanda xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə xörək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi o da gecəyarısı ərzağı çiyninə alıb yoxsul evlərə aparardı.
Məhəmməd ibni Әbi Ibad, imam (ə) haqqında belə deyibdir: «Həzrət (ə) yayda həsirdən, qışda isə yun fərşlərdən istifadə edərdi. Sadə bir evdə yaşayardı, lakin bayıra çıxanda təmiz və təzə paltar geyərdi. Qonağa hörmət edərdi.
Bir gecə evdə yanan çıraq xarab olur, qonaq qalxıb çırağı düzəltmək istədikdə, imam (ə) onu bu işdən çəkindirir və özü çırağı düzəldib buyurur: Biz qonaqlarımızı işlətmərik».
Imamın xidmətçisi Yasir deyibdir: Imam (ə) bizə belə buyurardı: Yemək yediyiniz vaxt əgər sizi çağırsam, xörəyinizi yeyib qurtarmayınca qalxmayın». Imamın əshabından olan başqa bir nəfər isə o həzrətin əxlaqı barəsində belə deyibdir: Bir gün yad bir adam imamın evinə gəlib: «Mən sizin dostlarınızdanam, yoxsul da deyiləm, lakin pulum qurtarıb və qayıtmaq üçün xərcim yoxdur, əgər bir az siz mənə pul versəniz, öz şəhərimə çatandan sonra sizin tərəfinizdən sədəqə verərəm» - dedi. Imam (ə) qalxıb o biri otaqa keçərək oradan 200 dirhəm gətirib qapının üstündən ona verdi və buyurdu: «Al bunu, mənim tərəfimdən sədəqə verməyin də lazım deyildir».
Imamdan «belə etdin ki, səni görməsin?» - deyə soruşdular. Imam (ə) onların cavabında belə buyurdu: «Belə etdim ki, gözü mənə sataşıb utanmasın».
Imamın əshabından olan Süleyman deyibdir: Bir gün həzrətlə evə getdik. Fəhlələr işləyirdilər. Orada imamın tanımadığı özgə bir kişi də var idi. Imam (ə) buyurdu: «Bu kişi kimdir?» Dedilər: Onu bizə kömək etmək üçün gətirmişik. Buyurdu: «Onunla müqavilə bağlayıb muzdunu təyin etmisinizmi?»
Dedilər: Xeyr, ancaq yaxşı kişidir və nə qədər versək, qəbul edib etiraz etməz. Imam (ə) bu sözdən çox narahat olub buyurdu: «Həmişə sizə demişəm ki, birini işlətməyə gətirəndə əvvəldən muzudun tə᾽yin edin. Çünki muzdu tə᾽yin olub muzdundan çox ona pul versəniz, sevinər. Amma əgər muzdu tə᾽yin etməsəniz, onda muzdunun üç qatını da versəniz, elə güman edər ki, muzdunu verməmisiniz.»
QÜRURLANMA
Әhməd Bəzənti öz zəmanəsinin tanınmış alimlərindən idi. O, həzrət Rza əleyhissalama məktublar göndərib və o həzrətdən cavablarını aldıqdan sonra həzrətin imamlığına etiqad bəsləmişdi. Bir gün Bəzənti Həzrətə belə dedi: Xəlvət bir saatda hüzurunuza gəlib sizinlə danışmaq istəyirəm. Həzrət (ə) da onun istəyini qəbul edib, hətta öz miniyini də Bəzənti üçün göndərdi. O gün gecəyarısına qədər bir-birləri ilə elmi mübahisə apardılar və Bəzənti öz müşgül məsələlərini imamın məclisində həll etdi.
Yatmaq vaxtı çatanda imam (ə) xidmətçisini çağırıb buyurdu: «Mənmi şəxsi yatağımı gətirib mənim yanımda böyük məqama malik olan qonaq üçün sər ki, istirahət etsin».
Imamın sözləri Bəzəntini şişirtdi, ürək quşu havalandı və öz-özünə belə dedi: Imamdan sonra dünyada mən hamıdan yaxşıyam. Bu mənəm ki, imam öz miniyini mənim üçün göndərdi, öz yatağını mənə verir və saatlarla mənimlə oturub söhbət edir.
Bəzənti öz xəyalları ilə məşğul idi ki, birdən imam (ə) otağa qayıdıb ona buyurdu: «Ey Bəzənti! Heç vaxt bunlarla başqalarının yanında qürurlanma. Çünki Әli (ə)-ın dəyərli əshabından olan Sə᾽sə᾽ə xəstələndikdə onu görmək üçün yanına gedib saatlarla ona nəvaziş göstərdikdən sonra məğrur olmaması üçün buyurdu:
«Әziz dost, bu gördüklərini əsla özünə qurur vəsiləsi edərək «mən beləyəm, mən eləyəm, imam mənə məhəbbət göstərdi» - deyə məğrurlanma. Mən bu işi dini və insanlıq borcumu yerinə yetirmək üçün edirəm».
Bəzənti belə deyibdir: Həzrət bu əhvalatı danışaraq, mənə yanıldığımı başa saldı. Ondan sonra belə qərara gəldim ki, heç vaxt batili fikr etməyim, öz niyyət və əməllərimə diqqət yetirim.
Bəlx əhalisindən olan bir kişi demişdir: Həzrət Rza (ə) ilə Xorasan səfərində idik. Süfrə salındıqda o həzrət əmr etdi ki, hamı gəlib süfrə başında otursun. Dedim: Qurbanın olum, icazə ver qulların süfrəsini ayırım. Həzrət (ə) belə buyurdu: «Sus. Bunu bil ki, heç birimiz başqasından üstün deyilik. Bizim Allahımız birdir, ata-anamız birdir. Biz yalnız təqvamıza görə bir-birimizdən fərqlənə bilərik».
Cabir Zəhhək belə deyir: Məmunun əmri ilə həzrəti Mədinədən Mərvə gətirirdim. Allaha and olsun ki, imamın xidmətində olduğum bu müddət ərzində o dərəcədə təqvalı və pak bir kişi görməmişdim.
IMAM RZA (Ә) VӘ QARDAŞ NӘSIHӘTI
Həzrət Rza əleyhissalam Xorasana dəvət olunub bir sıra şərtlərlə Məmunun vəliəhdi olmağı qəbul etmək məcburiyyətində qaldı zaman Mədinədə qiyam edən qardaşı Zeyd də Məmunun əmri ilə Xorasana gətirildi. Məmun imamın hörmətinə onu azad buraxıb cəzalandırmadı.
Bir gün izdihamlı bir məclisdə imam (ə) xalqa söhbət edərkən eşitdi ki, Zeyd məclisin bir bucağında oturub özünü tərifləyir və «mən eləyəm» - deyir. Imam fəryad etdi:
«Ey Zeyd! Kufənin baqqallarından eşidib inandığın sözləri camaata satırsan? Bu sözlər nədir ki, deyirsən? Әli ilə Zəhranın övladları ancaq Allahın əmrinə təslim olduqları və özlərini günahdan uzaq saxladıqları zaman dəyərli və üstün sayılarlar. Olmaya belə güman edirsən ki, Musa ibni Cəfər, həzrət Səccad və başqa imamlar kimisən? Halbuki onlar Allah yolunda əzab-əziyyətlər çəkərək gecə-gündüz Allaha ibadət və sitayiş edirdilər. Sən əsla zəhmət çəkmədən nailiyyət əldə edəcəyini güman edirsənmi? Bunu bil ki, əgər bizim Әhli-beytimizdən olan bir şəxs yaxşı iş görərsə, iki qat savab aparar. Çünki həm başqaları kimi yaxşı iş görüb, həm də Peyğəmbərin hörmətini saxlayıbdır. Lakin əgər pis iş görsə və bir günah etsə, iki günah qazanıbdır; biri budur ki, başqaları kimi pis iş görüb, o birisi də budur ki, Peyğəmbərin abrını aparıbdır.
Ey qardaş! Hər kim Allaha itaət etsə, biz Әhli-beytdəndir, lakin günahkar olsa, bizdən deyildir. Necə ki, Allah-taala, öz mənəvi əlaqəsini atası ilə qıran Nuhun oğlu barədə buuyrub: «O, sənin nəslindən deyildir. Әgər sənin nəslindən olsaydı, ona nicat verərdik».
Şeyx Səduq, Həsən Növfəlidən belə nəql edibdir: Məmun dünyanın müxtəlif din alimlərini yığaraq bir məclis qurmağı, imam Rza əleyhissalamı da bu yığıncağa dəvət etməyi və onu elmi baxımdan etibarsız edərək nüfuzunu aradan aparmağa planlaşdırmışdı. Məmun həmin yığıncağı təşkil etmək əmrini vəziri Fəzl ibni Səhlə verdi. Məmun adam göndərib imam Rza əleyhissalamı da həmin məclisə dəvət etdi. Imam (ə) yığıncaqda iştirak etmədən əvvəl evindən çıxanda Həsən Nöfvəliyə belə buyurdu:
«Bilirəm ki, Məmunun bu yığıncağı qurmaqda məqsədi nədir. Amma bunu da bil ki, xristianlarla öz kitablarından, yəhudilərlə Tövartdan, məcusilərlə də farsca danışdığım zaman Məmun bu işdən peşman olacaq».
Imamın dediyi kimi də oldu. Imam məclisə girəndə hamı onun ehtiramına ayağa qalxdı. Həzrət (ə) Mə᾽munun yanında əyləşdi. Məmun xristianların böyük ruhanisi Casəliqə «istədiyin sualı ver» - dedi. Casəliq belə dedi: Isa haqqında nə bilirsən? Imam (ə) buyurdu: «Bizim etiqadımıza görə Isa (ə) Allahın peyğəmbəri olub». Casəliq dedi: Öz peyğəmbərinizin nübüvvətinə dair dəliliniz nədir?
Imam (ə) buyurdu: «Məgər Incildə oxumamısan ki, Yuhənna Isanın belə buyurduğunu nəql edir: Məndən sonra keçmiş peyğəmbərlərin dinini kamilləşdirəcək bir peyğəmbər gələcəkdir».
Dedi: Oxumuşam. Amma onun kim olduğunu və harada olacağını deməyibdir.
Həzrət (ə) buyurdu: «Sənə Incil kitabından oxumağımı istəyirsənmi?»
Dedi: Oxu.
Həzrət (ə) üçüncü bölməni oxuyub Isanın belə buyurduğu yerə çatdı. «Mən sizin Pərvərdigarınıza doğru gedəcəyəm və Barqilita, (yəni Məhəmməd) sizə doğru gələcək və küfrü məğlub edəcəkdir». Casəlik susub heç bir söz demədi. Sonra həzrət (ə) yəhudilərin başçısı Rəsülcaluta tərəf dönüb belə buyurdu: «Musanın peyğəmbər olduğuna dair hansı dəliliniz vardır?»
Dedi: Musanın əsanı ilana çevirmək, Nil çayını yarmaq və ondan keçmək və əlindən saçılan işıq kimi möcüzələri vardır».
Həzrət (ə) buyurdu: «Nəyə görə Isanın peyğəmbərliyinə inanmadınız?»
Dedi: Deyilənlərə görə Isa ölünü dirildib, dəri xəstəliklərini sağaldırmış. Amma biz bunu görmədik ki, ona iman gətirək.
Həzrət (ə) buyurdu: «Onda nəyə görə Musadan qabaq olan peyğəmbərlərə, habelə Musanın özünə inanırsınız, məgər onların möcüzələrini görmüsünzmü?»
Dedi: Bizə nəql olunduğuna görə o, kimsənin söyləmədiyi sözləri söyləyib və qabaqcadan kimsənin görə bilmədiyi işləri görübdür.
Imam (ə) belə buyurdu: «Bu sözləri onun demiş olduğunu haradan bilirsiniz?»
Hürmüzan dedi: Tarixdən və bu sözləri eşidənlər vsitəsilə eşitmişik.
Imam (ə) buyurdu: «Başqa dinlər və tarixə istinad edirlər. Onda siz onları necə öz dininizə də᾽vət edəcəksiniz?»
Hürmüzan susub bir söz demədi.
Imam (ə) sonra məcusların başçısına belə buyurdu: «Sən də istədiyini soruş». Ömran, Allah və yaradılışın fəlsəfəsi haqqında bir neçə sual verib cavabını aldı və həzrətin vasitəsilə müsəlmanlığı qəbul etdi. Məclis imamın qələbə və müvəffəqiyyəti ilə sona çatdı. Belə bir şeyi gözləməyən Mə᾽mun ilan sancmış adam kimi qıvrılırdı və məclisi qurduğu üçün özünü danlayırdı.
IMAMIN QUM ŞӘHӘRINӘ GӘLMӘSI
Məmun imamı Xorasana dəvət etdiyi zaman həzrət (ə) Mədinədən Bəsrəyə, oradan da Quma gəldi. Qum əhalisi imamı qarşılamağa çıxmışdılar. Hamı da istəyirdi ki, imamı öz evinə qonaq aparsın. Həzrət (ə) belə buyurdu: «Qırağa çəkilin. Mənim dəvəm bu işin məmurudur. Hər kimin qapısında dayanıb otursa, ora mənim qalacağım yer olacaq.» Dəvə Qumun əyri-üyri küçələrindən keçib bir evin qapısına çatanda yerə oturdu. Imam (ə) isə (bu gün Qum şəhərinin elmi mədrəsələrindan biri Rəzəviyyə mədrəsəsi olan) evə qonaq oldu.
Imam (ə) Xorasan yolunda hara çatırdı camaat sevincək həzrətin ətrafına yığışıb ən dərin məhəbbətlərini büruzə verib göstərirdilər.
IMAMIN NIŞABUR ŞӘHӘRINӘ GӘLMӘSI
O dövrdə Nişabur şəhəri Iranın iri, cəmiyyətli və abad şəhərlərindən biri sayılırdı. Şəhər əhalisinin imam Rza əleyhissalama təşkil etdikləri qarşılama mərasimi tarixdə misilsiz idi. Sonralar bu şəhər monqollar tərəfindən işğal olundu. Imam gələndə isə Nişaburun alimləri, əllərində kağız-qələm, şəhərin darvazasında yığışmışdılar ki, imamın sözlərini yazsınlar. O zamanlar Nişaburda yüzlərlə alim, hədisçi və fəqih yaşayırdı. Böyük rəvayətçi və hədisçilərdən sayılan Məhəmməd ibni Әsləm Tusi qabağa gəlib imamdan camaat üçün bir hədis söyləməsini xahiş etdi. Imam (ə) kəcavənin pərdəsini qaldırıb başını kəcavədən çıxartdı. Xalqın gözü imama sataşan kimi salavat və təkbir səsləri göyə ucaldı. Imam (ə) sakit olmalarını işarə etdikdə hamı susdu. Sonra bir hədis oxudu:
«Allah-taala buyurmuşdur: «La ilahə illəllah» mənim qala və hasarımdır. Hər kəs bu kəlməni dilə gətirsə, mənim qalama daxil olub əzabımdan qurtulacaqdır».
Bu hədisin ardıcıl sənədi Peyğəmbər, Cəbrail və Allaha yetişdiyinə görə «Silsilətüz-zəhəb, hədisi adlandırılmışdır.
IMAMIN SӘNABADA GӘLMӘSI
Әbasəlt belə nəql edir: Həzrət (ə) Sənabad kəndinə çatdıqda günorta idi; həzrət namaz qılmaq istəyirdi. Su istədi, dedilər suyumuz yoxdur. Imam Rza əleyhissalam bir yeri qazdı və həmin yerdən su qaynayıb çıxdı. Imam (ə) ilə yoldaşları dəstəmaz alıb namaz qıldılar. Sonra bu gün daş qablama qayırmaq üçün xammal olan dağa dayanıb belə buyurdu: «Pərvərdigara! Bu dağa xeyir və bərəkət əta et». Sonra əmr etdi ki, evinin bütün qablamalarını bu dağın daşından düzəltsinlər. Həzrət (ə) daha sonra Həmid ibni Qəhtəbənin evində yerləşən məqbərəyə daxil olub Harunun qəbrinin yanında əli ilə bir xətt çəkərək buyurdu: «Bura mənim qəbrimdir, məni burada dəfn edəcəklər. Allaha and olsun ki, hər kəs mənim ziyarətimə gəlsə, Allahın rəhməti və bizim şəfaətimiz ona nəsib olacaq». Daha sonra qibləyə tərəf dayanıb bir neçə rəkət namaz qılıb, dua etdikdən sonra uzun səcdəyə getdi.
IMAMIN MӘRV ŞӘHӘRINӘ GӘLIŞI
Həzrət (ə) Mərv şəhərinə gələndə Məmun onu ehtiramla qarşılayıb, bütün böyükləri bir məclisdə toplayaraq həzrətə belə dedi: Xəlifəliyi buraxıb hakimiyyəti sizə tapşırmaq istəyirəm. Imam (ə) onun cavabında buyurdu: «Әgər xəlifəlik paltarını Allah sənə geydiribsə, xəlifəliyi buraxıb başqa bir nəfərə tapşırmağın yersizdir; əgər xəlifəlik sənin deyilsə, onda nə üçün onu öz öhdənə almısan?»
Məmun dedi: Artıq bu, qərara alınıbdır və xəlifəliyi qəbul etməlisən. Imam (ə) Məmunun gizli planını bildiyinə görə, onun israrına baxmayaraq qəbul etmədi. Daha sonra Məmun belə dedi: Mənim vəliəhdliyimi qəbul etməlisən. Imam (ə) isə buyurdu: «Bu qədər israr etmə. Ata-babalarımdan eşitmişəm ki, səndən qabaq dünyadan gedəcəyəm. Məni zəhərləyib atan Harunun yanında dəfn edəcəklər. Məmun «səni kim zəhərləyəcək?» - deyə soruşduqda imam buyurdu: «Sən özün onun kim olduğunu yaxşı bilirsən, məndən soruşma».
Məmun narahat olub ağladı. Sonra belə dedi: Mənim vəliəhdliyimi gərək qəbul edəsən. Bu bir əmrdir ki, əgər onu rədd etsən səni öldürtdürərəm. Həzrət (ə) çarəsiz qalıb Məmunun vəliəhdliyini qəbul etdi, lakin bu müddət əzrində hökumət işlərinə qarışmayacağını bildirdi. Məmun bu şərti də qəbul edib təntənəli bir yığıncaq quraraq həzrəti ora gətirdi və camaata dedi: Hamınız imamla beyət etməlisiniz. Məndən sonra xəlifə odur. Onun sözünü qəbul edib əmrlərinə tabe olun.
Məmun əmr etdi ki, xalq Abbasilərin qara rəngli paltarını çıxardıb Bəni Haşimin yaşıl rəngli paltarlarını geyinsinlər. Həmçinin qızı Ümmü Həbibi həzrətə verib, o biri qızı Ümmü Fəzli isə həzrətin oğlu imam Məhəmməd Təqiyə adaxladı və elə bu siyasətlə onların ikisini də nəzarət altında saxlamaq istəyirdi.
BAYRAM NAMAZI
Bayram günü Məmun bayram namazını imamın (ə) qılacağını bildirib əmr etdi ki, böyüklərin də hamısı onun dalında namaz qılsınlar. Imam bunu qəbul etmədi. Lakin Məmunun israr etməsi ilə qəbul etmək məcburiyyətində qaldı, bu şərtlə ki, namazı babası Peyğəmbərin qıldığı kimi qılsın. Məmun qəbul etdi və imam (ə) bayram günü sübh təmiz paltar geyib, özünə ətir vurub, başına ağ əmmamə qoyaraq və ayaqyalın təkbir deyərək şəhərin çölünə tərəf hərəkət etdi. Camaat da imamla birlikdə yola düşdülər. Onlar sevindiklərindən uca səslə ağlayıb Peyğəmbər və xanədanına salam göndərirdilər. Elə bir vəziyyət yaranmışdır ki, sanki göy, yer və bütün məxluqlar imamın səsinə səs verərək təkbir deyirdilər.
Məmunun vəziri Fəzl ibni Səhl vəziyyəti belə təhlükəli gördükdə Məmuna xəbər verdi ki, əgər imam bu şəkildə namaz qılsa, üsyan və hərcmərclik törənəcək. Hamımızın həyatı təhlükə altındadır. Tezliklə imamın yanına bir nəfər göndər ki, mərasimi yarımçıq qoyub qayıtsın. Imam (ə) Məmunun göndərdiyi adamın sözünü eşidən kimi ayaqqabısını geyib ata mindi və şəhərə qayıtdı. Beləliklə də o həzrət xalqa göstərdi ki, bunların hamısı Məmunun oyunlarıdır. Xalqın Məmuna qarşı olan qəzəb və nifrəti, imama qarşı isə sevgi və məhəbbəti daha da çoxaldı. Hamı Məmunun ikiüzlü və hiyləgər olduğunu və imam haqqında gördüyü işlərin siyasi bir məqsəd güddüyünü başa düşdülər.
MӘMUN NӘ ÜÇÜN IMAMI XORASANA DӘVӘT ETMIŞDI?
Bunu nəzərə almaq lazımdır ki, Məmun zirəng və ağıllı bir adam idi. Onun imamı Mərvə dəvət edərək onu vəliəhd təyin etməsi müvəffəqiyyətsiz qalan siyasi bir plan əsasında qurulmuşdu. Məmunu maraqlandıran məsələlər bunlardan ibarət idi:
1. Әləvilər məmləkətin hər tərəfindən hökumətə qarşı qiyam etmişdilər. Bundan əlavə Islam ərazisi genişlənib nəzarət altından çıxmışdı. Buna görə də zahirdə xəlifəliyi ələvilərdən birinə verib onların qiyamının qarşısına almaq qərarına gəlmişdi ki, bununla da onların hamısı geri çəkilib üsyandan vaz keçəcəkdilər. Abbasilərin siyasəti hiyləgər bir siyasət idi. Onlar Peyğəmbərin aiələsinin qanına susamışdılar, lakin ələvilərin üsyanından qurtulmaq, şiələri razı salmaq üçün xalqa Әli (ə) ailəsinin səmimi dostu olduqlarını göstərmək məcburiyyətində idilər.
2. Mə᾽mun istəyirdi ki, Bəni Haşim xanədanı da hökumətin qərarlarını həyata keçirməkdə iştirak etsinlər və həzrət Rza əleyhissalamın Məmuna dediyi kimi, xalqa belə göstərsin ki, Bəni Haşim xanədanı dünyanı sevirlər və özlərini dünyaya etinasız göstərmələri yalandır. Guya onlar da qüdrətə çatsalar başqa adamlardan heç də fərqlənməyəcəklər. Lakin, qüdrətləri olmadığı üçün kənara çəkiliblər və əgər bir gün qüdrətə çatsalar, camaatın heç ağlına gələ bilməyəcəyi işləri görəcəklər. Mə᾽mun bu fikri aşılamaqla xalqı onlardan uzaqlaşdırıb onların xalq arasında olan mənəvi dəyərlərini məhv etmək istəyirdi.
Mə᾽mun dəfələrlə üsyan edən şəhərlərə vali təyin etmək üçün imam Rza əleyhissalama öz adamlarından bə᾽zilərini namizəd göstərməsini təklif etmişdi, amma o həzrət (ə) ona belə cavab vermişdi: «Mən vəliəhdliyi qəbul edəndə hökumətin heç bir işinə qarışmayacağımı şərt etdikdə siz də onu qəbul etdiniz. Әgər müqaviləmizə bağlı qalmağımı istəyirsənsə, siz də müqaviləmizə bağlı qalın. Məmun susub heç bir söz demədi
Imam Rza əleyhissalam anlamışdı ki, Məmun gördüyü işləri ona nisbət verib xalqı ondan uzaqlaşdırmaq istəyir. Buna görə də Məmunun heç bir təklifini qəbul etmədi və elə bunun nəticəsində də Məmunun bütün planları puça çıxdı.
3. Məmunun güddüyü başqa bir hədəf isə bundan ibarət idi ki, imamı Xorasana gətirməklə ələviləri paytaxtda toplayıb nəzarət altında saxlasın və maneçilik yaradan ələviləri öldürtsün. Necə ki, imamı zəhərləyib, ələviləri öldürdü və qabaqcadan bağladığı bütün əhd-peymanları tapdaladı.
AZAD ŞAIR DӘBӘL
Dəbəl deyir: Әli (ə) xanədanı haqqında məşhur qəsidəmi həzrətə oxumaq üçün Xorasana getmək qərarına gəlmişdim. Nəhayət Xorasana gəldim və imamın hüzurunda qəsidəmi oxudum. Həzrət Rza (ə) da Tusda şəhid olması ilə əlaqədar bir neçə beyti mənim şerimə əlavə etdikdən sonra belə buyurdu: «Şerini gizlət və daha heç kəsə oxuma».
Məmun mənim oraya gəlməyimdən və imama qəsidə oxumağımdan xəbərdar olmuşdu. Məni çağırtdırıb qəsidəni ona da oxumağımı istədi. Mən belə bir qəsidəni oxuduğumu inkar etdim, amma Məmun imamı da məclisə çağırtdırıb dedi: Imamın hüzurunda Әli (ə) xanədanının dəyəri haqqında oxuduğun məşhur qəsidəni mənim hüzurumda da oxu. Mən də məcbur qalıb oxudum. Məmun zahirdə sevinərək məni mükafatlandırdı, onun vəziri Fəzl də mənə yorğa bir at hədiyyə etdi. Həzrət Rza (ə) da Mə᾽munun o həzrətin adına kəsdirdiyi sikkələrdən yüz dinar mənə verib «bunu saxla; bir gün karına gələr» - deyə buyurdu.
Mən imama belə dedim: Sizdən geymiş olduğunuz bir köynək istəyirəm ki, öləndən sonra kəfənim olsun. Həzrət (ə) qəbul edib köynəklərindən birini mənə verərək buyurdu: «Bu köynək səninlə olduğu müddətdə təhlükələrdən qorunacaqsan».
Mən həzrətlə xudahafizləşib Fəzlin verdiyi atla karvana qoşulub Tusdan çıxdım. Yolda oğrular karvanımıza həmlə edib var-yoxumuzu apardılar. Çox keməmişdi ki, mənim atıma minən oğrubaşçısını gördüm. Atın üstündə mənim şerimi oxuyurdu. Ona yaxınlaşıb «bu şeri yazan şairin kim olduğunu bilirsənmi» - deyə soruşdum. Dedi: Bəli. Dəbəl Xüzaidir. Dedim: Mənmi şair Dəbəl olduğumu bilirsənmi? O, təəccüblənib sözümə inanmadı. Dedim: Karvandakılardan soruş. Mənim Dəbəl olduğumu soruşub öyrəndikdən sonra karvandan oğurlayıb öz aralarında paylaşdırdıqları malları, mənim hörmətimə yiyələrinə qaytardı və imamın buyurduğu kimi bu köynək mənim və dostlarımın azad buraxılmasına, əldən getmiş malların qaytarılmasına səbəb oldu.
Dəbəl bu hadisədən sonra Qum şəhərinə gəldi. Camaat onu sevinclə qarşılayıb imamın hüzurunda oxuduğu şeri onlar üçün də oxumasını istədilər. Dəbəl qəbul edib Qum məscidinə getdi və şerini onlar üçün də oxudu. Camaat ona çoxlu pul və hədiyyələr verdilər və həzrətin köynəyinin əhvalatını öyrəndikdən sonra ona yalvarıb köynəyin müqabilində istədiyi pulu alıb köynəyi onlara verməsini istədilər. Dəbəl qəbul etmədi. Onlar köynəyin bir tikəsini istədilər. Dəbəl yenə qəbul etmədi.
Dəbəl Qumdan çıxdıqdan sonra cavanlardan ibarət bir dəstə yolunu kəsib köynəyi ondan aldılar və Quma qayıtdılar. Dəbəl də Quma qayıdıb köynəyinin geri verilməsini xahiş etdi. Lakin qəbul etmədilər. Dəbəl köynəyin bir tikəsinin ona qaytarılmasını xahiş etdikdə, qəbul edib köynəkdən bir hissəsini min dirhəmlə birlikdə ona verdilər. Dəbəl vətəninə qayıtdıqdan sonra öz evinə tərəf getdi, lakin gördü ki, oğrular onun evini qarət edib hər eşyini aparıblar. Dəbəl imam yüz dinarı ona verəndə «bunu saxla; bir gün karına gələr» - deyə buyurduğunu xatırladı. Pulları bazara aparıb hər bir dinarını yüz dinara satıb on min dinara sahib oldu. Bu arada çox sevdiyi arvadı da xəstələnmişdi. Həkimlər isə onu sağalda bilməmişdilər.
Dəbəl imamın köynəyindən ona yadigar qalan parçanı arvadının gözünə bağladı. Sabahısı gün parçanı açanda artıq arvadının gözləri sağalmışdı. Dəbəl cəsarətlə yazdığı məşhur qəsidə və şerlərinə görə həm var-dövlət, həm də hörmət sahibi oldu. Ondan sonra bütün şiələr ona ehtiram edərdi və özü də tarixdə cəsarətli və azad bir şair kimi tanındı.
Onun dəyərli şerlərindən olan bəzi misraların tərcüməsi belədir.
Peyğəmbər övladının yıxılmış evini görüncə ağladım;
Yiyələrinin qovulub münafiqlərin onların yerində oturduğu evlər;
Quran təfsiri söylənib vəhyin nazil olduğu evlər
Indi cinayətkarların zülmləri ucbatından,
Quran səsindən məhrum qalıb.
Evin yiyələri Peyğəmbərin mirası və ümmətin ən yaxşı adamları sayılırdılar;
Yoxsullara yardım edən kişilər.
Onların sərvətini zülmkarlar əlində olduğunu, onların bərəktli əllərinin boş qaldığını gördüm.
Kufə, Mədinə, Kərbəla və Fəxdə yatan imamlıq səmasının ulduzlarına, islam yolunda öz canından keçən ulduzlara salam göndərirəm.
Bağdadda bir qəbir vardır, orada pak və mübariz bir can yatıbdır;
O qəbir cənnətin otaqlarından biridir.
Dəbəl deyir: Bura çatanda həzrət Rza (ə) belə buyurdu: «Mən də sənin qəsidənə bir beyt əlavə edirəm ki, kamil olsun:
Tus şəhərində də bir qəbir vardır. Bu qəbir böyük bir müsibətə sahibidir və qiyamətə qədər ürəkləri yandırıb, nalələri yüksəldər.
(Imamın özünün şəhid olmacağını və Tusda dəfn olunacağını xəbər verməsi o həzrətin böyük möcüzələrindən biri sayılır).
IMAMIN ŞӘHID OLMASI
Şəhid olduğu gecə imam (ə) yuxuda babası Peyğəmbəri görmüşdü ki, ona belə buyurdu: «Sabah bizim yanımıza gəl. Bizim yanımızda olan, indi içində olduğundan daha yaxşıdır».
Hərsəmə belə deyir: Gecə yarısı imam (ə) məni hüzuruna çağırdı. Mən imamın yanına getdim. Həzrət mənə belə buyurdu: «Məmun sabah məni üzüm və narla zəhərləyəcək. Bunu bil ki, şəhid olduğumdan sonra o, məni qüsl etmək istəyəcək. Ona belə de ki, bu işi görmə, yoxsa Allah sənə möhlət verməz. Elə bu vaxt heç kimin görüb bilmədiyi bir şəkildə oğlum Mədinədən gəlib qüsl və kəfən edəcək. Sonra mənim meyidimi Harunun məqbərəsinə aparacaqlar və Məmun məni onun arxasında dəfn etmək istəyəcək. Lakin vurduğu külüng yeri qazmayacaq. Bu vaxt sən Məmuna de ki, qəbrin önündə külüngünü yerə vursun. Sonra hazır bir qəbir görünəcək və başının üstündə şəffaf su qaynayıb daşacaq və suyun içində kiçik balıqlar görünəcək. Sonra böyük bir balıq gəlib kiçik balıqları yeyəcək, ondan sonra su çəkilib gedəcək. Bu vaxt məni qəbrə qoyun, amma qəbrimə torpaq tökməyin. Çünki qəbir öz-özünə dolacaq. Ey Hərsəmə, dediyim işləri görün və qoymayın ki, ayrı iş görülsün, yoxsa Allah sizi əzablandırar». Nəhayət Məmun o həzrəti Mərvdən Bağdada gedən yolda, Tus şəhərində zəhərli üzümlə zəhərləndi. Həzrət (ə) evinə qayıdıb köhnə dostu Әbasəltə belə buyurdu: «Evin xalçalarını yığışdır və heç kimi evə gəlməyə qoyma. Mənim can verən zamanımdır. Mən də babam Hüseyn kimi torpaq üstündə can vermək istəyirəm.»
Imamın şəhid olmasından qabaq Məmun həzrətin yanına gəldi. Imam (ə) gözlərini açıb ona belə dedi: «Oğlum imam Məhəmməd Təqi ilə yaxşı rəftar et. Çünki səninlə onun vəfatı bir-birinə yaxındır».
Imamın pak bədənini qabaqca Harunun dəfn olunduğu məqbərədə, qəbrin önündə torpağa taşırdılar. Bu faciə 203-cü Hicri ilinin Səfər ayının son günündə, imam 55 yaşında ikən baş verdi.
Imamın şəhid olmasından sonra Xorasanda böyük bir üsyan baş verdi və Məmun özünü əzadar göstərmək üçün ağlaya-ağlaya başına döyürdü. Lakin əksəriyyət bilirdi ki, Məmun imamın qatilidir. Məmun üsyançıların qorxusundan və qiyamın genişlənməsinin qarşısını almaq üçün bir gecə-gündüz icazə vermədi ki, imamın meyidini evdən çıxartsınlar. O, həmçinin xalqın arasına öz adamlarını göndərdi ki, imamın öz əcəli ilə öldüyü şayiəsini yayıb Məmunun bu işdə əli olmadığını inandırsınlar. Lakin bütün bu cəhdlərə baxmayaraq o, özünü günahsız göstərməyə müvəffəq olmadı. Günü-gündən xalqın gözündə daha dəyərsiz oldu və nəhayət çox pis bir vəziyyətdə öldü.
IMAMDAN QISA KӘLAMLAR
1. Özünün və arvad-uşağının maaşını təmin etmək üçün zəhmət çəkən kişi, Allah yolunda cihad edən kimidir.
2. Birinin adını çəkəndə bu işi, həmişə hörmətlə görün.
3. Təmiz olun, çünki təmizlik peyğəmbərlərin qaydasıdır.
4. Varlığından kimsənin yararlanmadığı şəxs, ən pis adamdır.
5. Bir müsəlmana xəyanət edən şəxs bizdən deyildir.
AŞAĞIDAKI SUALLARA CAVAB VERIN
1. Imamın əxlaqi xüsusiyyətlərindən beşini sayın.
2. Məmun həzrət Rza (ə) ilə mübahisə məclisləri qurmaqla hansı məqsədi güdürdü?
3. Məmun nə üçün imamı Xorasana dəvət etdi?
4. Məmun imamı vəliəhd etməklə hansı hədəfə çatmaq istəyirdi?
5. Imamın şəhid edilməsinə səbəb olan amillər hansılardır?

Imam Museyi Kazim (e.)
DOQQUZUNCU MӘSUM
IMAM MUSEYI KAZIM ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Musa
Ləqəbi: Kazim
Künyəsi: Әbülhəsən
Atası: Həzrət imam Sadiq (ə)
Təvəllüdü: Hicri 128-ci il
Imamlıq müddəti: 35 il
Ömrü: 54 il
Şəhadəti: 182-ci Hicri-qəməri ilində Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək şəhid edildi.
Məzarı: Iraq, Kazimeyn şəhəri.
TӘVӘLLÜDÜ
Imam Museyi Kazim əleyhissalam 128-ci Hicri-qəməri ilinin Səfər ayının yeddisi, bazar günü Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə Həmidə adlı bir xanımdan dünyaya gəldi və 21 yaşında ikən imamlığa çatdı.
Bu barədə Әbubəsir belə demişdir: Imam Cəfər Sadiq (ə) ilə birlikdə həccə gedirdik ki, Әbvaya çatdıq. Səhər yeməyimizi yedikdən sonra imama xəbər verdilər ki, Allah sizə bir oğlan uşağı əta etmişdir. Həzrət sevincək qalxıb xanımı Həmidənin yanına getdi. Bir azdan sonra gülə-gülə qayıdan imam bizə belə buyurdu: «Allah mənə ən yaxşı hədiyyəsi olan bir uşağı əta edibdir. Anası deyir ki, uşaq dünyaya gələndə başını səcdəyə qoyub Allaha şükr edibdir ki, bu da onun imamlığının nişanəsidir.
Həzrət (ə) Mədinəyə qayıtdıqdan sonra üç gün ehsan verərək bütün yoxsulları ehsan məclisinə dəvət etdi. Yəqub Sərrac deyir: Mədinədə imam Sadiqin yanına getdim. Onu oğlu Imam Museyi Kazim əleyhissalamın beşiyinin yanında əyləşən gördüm. Həzrətə salam verdim. Gülərüzlə cavabımı verib buyurdu: «Məndən sonrakı imamın yanına gəl və ona da salam ver». Yaxınlaşıb salam verdim, uşaq səlis dillə cavabımı verib buyurdu: «Allah sənə bir qız verib, amma ona yaxşı ad qoymamısan, get onun adını dəyiş.»
O həzrət atası imam Sadiq əleyhissalamın sayəsində tərbiyə alaraq dini məsələləri o həzrətdən dərindən öyrənmişdi, belə ki, imam Sadiq (ə) qadınlara dini məsələləri ondan soruşmalarını əmr edərdi.
Imamın həyatını iki hissəyə ayırmaq olar:
1. Imamətdən qabaqkı, həzrətin Mədinədə atasının xidmətində olduğu dövr (20 il).
2. Mübarizə, zindan və sürgünlə zəngin imamlıq dövrü.
IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Imamın cismi cəhətdən arıq olmasına baxmayaraq, ruhi baxımdan olduqca güclü idi. Paltarının altından köhnə köynək geyər, daimə piyada gedər, həmişə xalqa salama verər, ailəcanlı və hörmətcil idi. Həzrət həmişə yoxsulların fikrini çəkər, belə ki, gecələr gizlincə ərzaqı yoxsul ailələrin evinə aparar və onlardan bə᾽zisinə aylıq maaş verərdi...
Imamın dostlarında biri o həzrətin səbr və dözümü barədə belə demişdir: Həzrət həmişə öz nümunəvi əxlaqı ilə düşməni utandırardı.
Mədinədə bir kişi var idi ki, hər vaxt imamı görəndə qabağını kəsib onu söyərdi. Bir gün imamın dostları «icazə ver onu tənbeh edək» - söylədikdə imam (ə) buyurdu: «Onunla işiniz olmasın və ona toxunmayın». Artı bu söhbətdən bir neçə gün keçmişdi, lakin həmin kişidən bir xəbər çıxmadı. Imam (ə) onun halını soruşduqda, dedilər: Mədinə çölündəki tarlasına gedib. Bunu eşitcək imam (ə) da həmin tarlaya getdi. Həmin kişi imamı görən kimi uzaqdan səslənib dedi: Mənim tarlama girmə. Mən səni və sənin ata-babanı özümə düşmən sayıram. Imam (ə) ona yaxınlaşıb salam verdi, kefini soruşduqdan sonra mehribanlıqla ona belə buyurdu: «Bu tarlaya nə qədər xərcləmisən?» Kişi dedi: Yüz dinar. Imam soruşdu: «Nə qədər gəlirin olacağına ümid edirsən?» Kişi dedi: Iki yüz dinar. Həzrət (ə) içində üç yüz dinar olan bir kisəni çıxardıb ona verdikdən sonra buyurdu: «Bu pulu al, tarlan da özünə qalsın».
Illər boyu həzrəti təhqir edən kişi belə bir şeyi gözləmirdi. Elə buna görə də utanıb imamın əlindən öpdü və ondan üzr istədi. Imam (ə) Mədinəyə qayıtdıqdan sonra «Şərri özünüzdən belə uzaqlaşdırın» - deyə buyurdu. Elə buna görə də imama Kazim - qəzəbləndiyi zaman narahatçılığını büruzə verməyən - ləqəbi verilmişdir. O həzrət (ə) bütün pislik və yamanlıqların qarşısında yaxşılıq edərək düşmənlərini utandırardı. Imam (ə) öz qohumlarına məhəbbət bəsləyər və belə buyurardı: Qohumların arasında nə qədər düşmənçilik olsa da əgər bir-birləri ilə qarşılaşdıqları zaman əl verib görüşsələr, düşmənçilikləri aradan qalxar və hamısı dinclik və şadlıq hissi keçirər.
IMAMIN SӘXAVӘTI
Imam Museyi Kazim əleyhissalam əliaçıqlıq və səxavət baxımından xalq arasında məşhur idi. Belə ki, bir dəfəyə min nəfər qulu azad etdirmiş və dar gündə onlara əl tutaraq onların borcunu ödəyirdi. Ibni Şəhraşub belə nəql edir: Bir gün Mənsur Imam Museyi Kazim əleyhissalamı saraya çağırtdırıb əmr etdi ki, Novruz günü orada oturub gətirilən hədiyyələri təhvil alsın. Imam bu işə həvəsi olmasa da çarəsiz qalıb qəbul etdi. Rəsmi salam mərasimində iştirak edən böyüklər və zadəganlar Mənsurun əmri ilə hədiyyələri o həzrətə təhvil verirdilər. Bir nəfər də Mənsurun tərəfindən orada durub gətirilən hədiyyələri siyahıya alırdı. Axırda bir qoca kişi gəlib dedi:
Ey Peyğəmbər övladı! Mənim dünya malından hədiyyə etmək üçün heç bir şeyim yoxdur. Amma baban Hüseyn əleyhissalamın müsibətinə dair bir şer yazıb sənə hədiyyə gətirmişəm. Qoca kişi yazdığı şeri oxudu, onun bu şeri imama çox təsir etdi. Həzrət (ə) Mənsurun məmuruna əmr etdi ki, get Mənsurdan soruş gör bu hədiyyələrlə nə edəcək? Məmur gedib qayıtdıqda imama dedi: Әmir deyir ki, hədiyyələrin hamısını sizə bağışladım, istədiyiniz adama verə bilərsiniz. Həzrət (ə) yoxsul qoca kişiyə tərəf dönüb buyurdu: «Babam Hüseynin müsibətlərinə dair yazdığın şerə görə bu hədiyyələrin hamısını sənə bağışlayıram ki, yoxsulluqdan qurtarasan».
IMAMIN SӘYI
O həzrət (ə) həmişə öz xüsusi tarlasında məişətini təmin etmək üçün çalışardı, bəzən də çox işləməkdən bütün bədənini tər basırdı. Bir gün əshabından olan Әli Bətaini onu görmək üçün həzrətin tarlasına gəldi və imamın çox işləməkdən tərlədiyini və yorulduğunu gördükdə «qurbanın olum, niyə bu işi başqa adamlara gördürmürsən?» - deyə soruşdu.
Imam (ə) buyurdu: «Niyə başqalarına gördürüm. Halbuki məndən daha yaxşı adamlar həmişə belə işlərlə məşğul olublar».
Bətaini soruşdu: Kimlər?
Imam (ə) buyurdu: «Allahın Peyğəmbəri, Әmirəl-möminin və bütün ata-babalarım. Işləyib çalışmaq Allahın peyğəmbərləri ilə vəsilərinin üsuludur və Onun ləyaqətli bəndələri həmişə öz güzəranlarını təmin etmək üçün işləyiblər».
IMAMIN TӘBLIĞ ÜSULU
Günlərin bir günündə imam (ə) bir küçədən keçəndə bir evdən çal-çağır səsini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub əylənməklə məşğul idi. Birdən evin qapısı açılıb zibbilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü imama sataşan kimi ona salam verdi. Imam ondan soruşdu: «Bu evin yiyəsi bəndədir ya azad» (Yəni quldur yoxsa qeyri-qul).
Kəniz dedi: Azaddır.
Imam (ə) buyurdu: «Azad olduğu bəllidir. Әgər bəndə olsaydı, Allahdan qorxub bu işləri görməzdi».
Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini ondan soruşduqda kəniz əhvalatı olduğu kimi onun üçün danışdı.
O kişi bir az duruxub imamın sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın imamın dalınca qaçdı. Özünü o həzrətə yetirib salam verdi və imamın hüzurunda öz əməlindən peşman olduğunu söyləyib tövbə etdi. O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən e᾽tibarən ayaqyalın gəzərdi. Buna görə də Büşri-hafi (ayaqyalın Büşr) ləqəbi ilə məşhur oldu.
IMAMIN IBADӘTI
Imam təqva və ibadət baxımından çox məşhur idi və hər yerdə onun haqqında danışılanda «o, ibadət və Allaha bəndəlik etməyin aşiqidir» - deyərdilər.
Şeyx Müfid onun haqqında belə yazıbdır: «O həzrət öz zəmanəsinin ən ibadətkar şəxsiyyəti idi. Gecələr Allaha ibadət edərkən Allahın qarşısında səcdəyə düşüb, səcdəsini uzadar və o qədər ağlayardı ki, hətta saqqalı islanardı.»
Sünni alimlərindən olan Şəblənci o həzrətin haqqında belə yazmışdır: «Imam Museyi Kazim əleyhissalam öz zəmanəsinin ən abid və ən arif şəxsiyyəti idi. Hamıdan daha bilikli və daha səxavətli idi. Daim yoxsulların vəziyyəti ilə maraqlanar vaxtının çoxunu ibadət və dua etməklə keçirərdi. O, belə deyərdi: «Ey Allah! Ölümü mənim üçün asanlaşdır və hesab günündə məni bağışla».
Alaha olan məhəbbəti hamını heyrətdə qoymuşdu. Zindanda Fəzl adlı keşikçini ağlatmışdı və Harunun xüsusi kənizini heyran etmişdi. Belə ki, o arvad ağlaya-ağlaya Harunun yanına qayıdaraq imamı zindana saldığına görə Haruna öz etirazını bildirmişdi.
FӘX HADISӘSI
Abbasi hökuməti tərəfindən Әli (ə) övladına olunan zülm və haqsızlıqlara görə Imam Museyi Kazim əleyhissalamın əmri ilə Mədinə şiələrindən Hüseyn ibni Әli 300 nəfərlə birlikdə Abbasi xəlifəsi Hadinin əleyhinə qiyam etmişdi. Nəhayət Hadinin əsgərləri onları Fəx adlanan bir yerdə mühasirəyə alaraq çoxunu öldürdülər. Sonra başlarını kəsib əsirlərdən bir dəstə ilə Hadinin yanına göndərdilər. Hadi isə əmr etdi ki, bütün əsirləri öldürsünlər. Bu hadisə Fəx hadisəsi, Hüseyn ibni Әli də Fəx şəhidi adı ilə məşhur oldu.
IMAMIN BAĞDADA OLAN ILK HICRӘTI
Mənsur 158-ci Hicri-qəməri ilində öldükdən sonra səltənət və xəlifəlik oğlu Mehdiyə yetişdi ki, o da öz çirkin siyasətini həyata keçirirdi. Belə ki, xalqın qarşısında özünü dindar göstərir, gizlində isə müxtəlif günahlar törədirdi.
Xilafəti ələ aldıqdan sonra imamın şiələrindən ibarət siyasi məhbusları sərbəst buraxdı və müsadirə olunmuş malları öz yiyələrinə qaytardı. Lakin bütün bunlarla yanaşı Әli (ə) xanədanına yaramaz sözlər deyən şairlərə isə çoxlu bəxşiş verirdi. Necə ki, Büşar ibni Bürdə 70 min dirhəm, Mərvana isə 100 min dirhəm vermişdi.
Müsəlmanların beytül-malını öz istədiyi kimi xərcləyirdi. Necə ki, oğlu Harunun toyuna 50 milyon dirhəm pul xərcləmişdi.
Bir gün casusları ona imamın xalq arasında sevildiyini və xalqın o həzrətə meyl etdiyini xəbər verdilər. Mehdi hirslənib əmr etdi ki, imamı Məhdidən Bağdada göndərərək zindana salsınlar.
Әbu Xalid belə demişdir: Bir gün imamla birlikdə məmurlar Zübalədə mənim evimə gəldilər.
Imam (ə) qısa bir fürsətdə, — məmurların gözündən iraq — mənə bir neçə gizli söz tapşırıb, bəzi şeyləri də onun üçün almağımı istədi. Mən çox narahat idim və ağlayırdım. Imam (ə) mənə belə buyurdu: «Mənim barəmdə heç nigaran olma. Çünki tezliklə qayıdacağam. Filan gün, filan yerdə məni gözlə.» Imam buyurduğu kimi həmin gün oraya getdim və imamı karvanın qabağında irəliləyən gördüm. Sevinib qabağa getdim və əlini öpdüm. Həzrət (ə) buyurdu: «Ey Әbu Xalid, məni təzədən Bağdada aparacaqlar və o səfərdən daha qayıtmayacağam».
Imamın azad buraxılmasının səbəbini soruşduqda mənə dedilər ki, imamı zindana saldıqları gecə Mehdi yuxusunda Әli əleyhissalamı görüb ki, qəzəblə onu qınayırmış. Sabahısı gün isə imamı azad buraxıb ehtiramla Mədinəyə göndərib.
Imam (ə) Mədinədə mövcud olan boğucu vəziyyətə baxmayaraq xalqı hidayət etməklə məşğul idi. Çox keçmədən Mehdi dünyadan getdi və oğlu Hadi onun yerinə keçdi. Hadi atasının əksinə olaraq açıq-aşkar Әli (ə) övladları və şiələrlə mübarizə aparmağa başladı. Onun ən qəddar işi isə qeyd etdiyimiz Fəx hadisəsi idi ki, Kərbəla hadisəsindən sonra tarixin ikinci faciəvi hadisəsi sayılır.
Hadi ləyaqətsiz və murdar bir kişi idi və əylənməsi üçün çoxlu pul xərcləyirdi, onun üçün şer və mahnı oxuyanlara isə böyük bəxşişlər verərdi. Hadi 170-ci Hicri-qəməri ilində öldü və Harun onun yerinə keçdi. Bu vaxt Imam Museyi Kazim əleyhissalamın 42 yaşı var idi. Harunun xəlifəlik dövrü Abbasi hökumətinin ən qüdrətli və müvəffəqiyyətli dövrü hesab olunurdu.
Harun xalqdan beyət aldıqdan sonra iranlı Yəhya Bərməkini öz vəziri təyin elədi və ona tam səlahiyyət verdi. Özü də beytül-malı korlamağa başladı. O zamanlar beytül-malın gəliri çox idi, buna baxmayaraq Harun onun hamısını öz əyləncəsi üçün xərcləyirdi. Necə ki, bir dəfə yeyəcəyi xörək üçün dörd min dirhəm xərclənirdi.
HARUNUN ӘLI (Ә) XANӘDANINA QARŞI ETDIYI ӘZIYYӘTLӘR
Harun, Әli (ə) övladlarının Abbasilərə qarşı mübarizə aparmasından çox əziyyət çəkirdi və hər nə cür olursa-olsun, xalqı Әli (ə) xanədanından ayırmağa çalışırdı. Şairlərə Әli (ə) övladı haqqında yaramaz sözlər demək və onları istehza etmək üçün çoxlu pul verirdi.
Şiə və Әli övladı olan seyidləri Bağdaddan Mədinəyə sürgün etdi və onlardan çoxunu öldürtdü. Harunun Xorasanda nümayəndəsi olan Həmid ibni Qəhtəbə, Abdullah Bəzzaz Nişaburiyə belə nəql etmişdir: Harunun Tusda bir bağı var idi ki , hər il oraya gəlirdi. Yenə bir dəfə ora gəldikdə gecə yarısı məni çağırtdırıb belə dedi: Mənə nə qədər vəfalısan? Dedim: Canımı, malımı sizə fəda edərəm. Dedi: Daha nəyi? Dedim: Namusumu, arvad-uşağımı. Dedi: Daha nəyi? Dedim: Dinimi, məzhəbimi. Harun başını qaldırıb uca səslə gülüb dedi: Istədiyimi dedin. Onda bu qılıncı al, mənim qulumun sənə əmr etdiyinə itaət et.
Harunun qulu məni Әli (ə) övladından altmış nəfərin həbs olunaraq saxlanıldığı bir evə apardı. Sonra həbsdə olanları bir-bir çıxardıb mənə çıxartdığı adamı öldürməyimi əmr edirdi. Mən də dərhal əmri yerinə yetirirdim. Onların hamısını öldürdükdən sonra meyitləri qabaqcadan həyətdə hazırlanmış quyuya atdım. Ey dost! Hər vaxt bu hadisə yadıma düşəndə bütün bədənim titrəyir.
Harun bütün bu elədikləri azmış kimi, hətta imam Hüseyn əleyhissalamın məzarı və ətrafındakı evlərin uçurdulmasını da əmr etdi. Bununla da istəyirdi ki, xalqın oraya ziyarətə getməyinin qarşısını alsın.
IMAMIN MÜXALIFӘTI
Təbiidir ki, həzrət imam Museyi Kazim əleyhissalam belə bir qəddar və cinayətkar hökumətlə saziş edə bilməzdi və elə bunun nəticəsi idi ki, o həzrət bütün çirkin əməllərin qarşısında öz etiraz səsini yüksəldirdi. O həzrət (ə) münasib bildiyi hər yerdə Harunun çirkin əməllərini sayıb onu xalq içində rüsvay edirdi. Öz dostlarına da əmr edirdi ki, Haruna heç bir kömək etməsinlər. O cümlədən dostlarından olan Səfvana belə buyurmuşdu: «Sən hər baxımdan yaxşı adamsan, təkcə dəvələrini Haruna kirayə vermək baxımından başqa.» Səfvan «mən öz dəvələrimi yalnız həcc müsafirəti üçün kirayə verirəm ki, özüm də getmirəm» - dedikdə həzrət (ə) buyurdu: «Ey Səfvan! Dəvələrin qayıdanacan Harunun diri qalıb kirayə pulunu ondan alamağını istəmirsənmi?»
Səfvan dedi: Bəli.
Həzrət (ə) buyurdu: «Hər kəs bir zülmkarın diri qalmasını arzu etsə zalımlardan sayılar».
Səfvan həccə getmək istəyən xəlifənin yükünü dəvələri ilə daşımaq üçün Harun ilə müqavilə bağlamasına baxmayaraq, imamın sözünü eşitdikdən sonra dəvələrini satdı. Harun onu çağırtdırıb qınadı və dəvələrini nəyə görə satdığının səbəbini israrla soruşdu, lakin Səfvan səbəbini demədi. Nəhayət Harun əhvalatı öyrənib ona dedi: Әgər dost olmasaydıq, dərhal əmr edərdim ki, səni öldürsünlər. Mən yaxşı bilirəm ki, kimin əmri ilə bu işi görmüsən. Musa ibni Cəfər bu əmri sənə veribdir.
Imamın (ə) Harunun qarşısında möhkəm dayandığına və heç kimə zərrə qədər Harunla əməkdaşlıq etməyə icazə verməməsinə baxmayaraq, bəzi ləyaqətli və imanlı şəxslərə əmr etmişdi ki, Harunun hökumət apratına nüfuzu edib dar gündə dostlarının köməyinə gəlsinlər və alınan qərarları öz dostlarına bildirsinlər. Necə ki, Әli ibni Yəqtəynə, Harunun vəzirliyində şiələrinə və dostlarına yardım etməsi üçün icazə vermişdi. Bir gün imam (ə) ona belə bir məktub yazdı: «Tək olanda bizim kimi dəstəmaz al, başqaları ilə olanda isə onlar kimi dəstəmaz al. Harunun sənə imtahan üçün verdiyi hədiyyələri qəbul et».
HARUNUN IMAMA VERDIYI SUALLAR VӘ ALDIĞI CAVABLAR
Harun çalışırdı ki, imama elə suallar versin ki, imam cavabını bilməyib nüfuzdan düşsün. Lakin hər dəfə imamın elm dənizinə yaxınlaşanda çarəsiz qalıb rüsvay olurdu. O cümlədən də bir dəfə Harun imamı Mədinədən Bağdada gətirib onunla mübahisə etməyə başladı:
Harun: Uzun müddətdir düşünüb cavabını tapmadığım bir şeyi sizdən soruşmaq istəyirəm. Xahiş edirəm mənim cavabımı verin.
Imam: Әgər danışmaqda sərbəst olsam, cavabını verərəm.
Harun: Sərbəstsiniz, istədiyinizi buyurun:
Harun: Nəyə görə siz belə düşünürsünüz ki, bizlərdən, yəni Abbas övladından üstünsünüz? Halbuki biz eyni ağacdanıq, yəni Haşimi övladıyıq.
Imam: Biz Peyğəmbərə sizdən daha yaxınıq.
Harun: Necə?
Imam: Belə ki, bizim atamız Әbutalib ilə Peyğəmbərin atası Abdullah eyni ata-anadandırlar, lakin sizin atanız Abbas təkcə ata tərəfindən Peyğəmbərlə qohumdur.
Harun: Peyğəmbər (s) vəfat edəndə sizin atanız Әbu Talib dünyadan getmişdi, ancaq bizim atamız Abbas hələ sağ idi və məlumdur ki, əmi yaşayınca əmioğluna, yəni sizə irs çatmaz.
Imam: Övlad olunca da əmiyə irs çatmaz. Demək Fatimeyi Zəhra ola-ola sizin atanız Abbasa irs yetişə bilməzdi.
Harun: Onda nəyə görə xalqa icazə verirsiniz ki, sizi Peyğəmbərin övladı çağırsınlar. Halbuki siz Әlinin övladısınız. Çünki hər kəsi atası ilə tanıyarlar və Peyğəmbər də ana tərəfindən sizin babanızdır.
Imam: Әgər Peyğəmbər dirilib sizin qızınızın elçiliyinə gəlsə, qızınızı ona verərsiniz?
Harun: Məmnuniyyətlə.
Imam: Amma Peyğəmbər heç vaxt mənim qızımın elçiliyinə gəlməz.
Harun: Niyə?
Imam: Çünki o, ana tərəfdən olsa belə yenə mənim atamdır. Lakin sənin isə atan deyildir. Buna görə də mən özümü Peyğəmbərin övladı adlandıra bilərəm.
Imamın dişsındırıcı cavabları Harunu susdurdu və imamın ondan bir şey istəməsini xahiş etdi. Imam (ə) isə belə buyurdu: «Mən sizdən heç bir şey istəmirəm. Yalnız icazə verin sərbəst olaq və öz işimizi görək».
IMAMIN QOHUMLARINDAN BIRININ XӘYANӘTI
Imamın qardaşı Ismailin oğlu Әli, Harunun dostları tərəfindən Bağdada dəvət olunmuşdu ki, oraya gedib Harunu imam Musa ibni Cəfərin vəziyyətindən xəbərdar etsin. Imam (ə) əhvalatı öyrənib Әlini çağırdı və ona belə buyurdu: «Hara getmək istəyirsən?» Dedi: Bağdada. Buyurdu: «Nə üçün?» Dedi: Borcluyam. Ona görə Bağdada gedirəm ki, bəlkə borclarımı ödəmək üçün pul tapım. Imam buyurdu: «Mən sənin bütün borclarını ödəyib, ailənin xərclərini öz öhdəmə götürürəm». Әli qəbul etməyib yenə də getmək istədiyini bildirdi. Nəhayət imama belə dedi: Mən getmək qərarına gəlmişəm və sizdən mənə nəsihət verməyinizi istəyirəm.
Imam (ə) belə buyurdu: «Sənə mənim qanımda şərik olmamğını vəsiyyət edirəm. Çünki sonu yaxşı deyildir». Әli ibni Ismail bir şey qanmayıb yenə nəsihət verməsini istədi. Imam yenə də o cümləni təkrar etdi. Lakin Әli bilməyirdi ki, imam (ə) nələrin baş verəcəyindən xəbərdardır?!
Әli getmək istədikdə imam ona üç yüz dinar verib «bu da balaların üçün» - dedi. Әli pulu alıb getdi.
Sonra imam (ə) orada olanlara tərəf dönüb belə buyurdu: «Allaha and olsun ki, bu qardaşoğlum mənim qanıma şərik olub mənim uşaqlarımı yetim qoyacaq». Dedilər: Ey Peyğəmbərin övladı! Sən onun xəyanət edəcəyini bilə-bilə nə üçün ona kömək etdin? Buyurdu: «Babam həzrət Peyğəmbər (s) belə buyurubdur: «Hər kim qohumlarından birinin məhəbbət və yaxşılığı qarşısında ona pislik etsə, Allah ona əzab verəcək və o, öz hədəfinə çatmayacaq». Imamın buyurduğu kimi də oldu.
Әli Bağdada gəlib Yəhya Bərməkinin evinə getdi və onunla birlikdə Harunun yanına gəlib ona dedi: Ey Harun! Musa ibni Cə᾽fər Mədinədə hökumət qurub və ətrafdan ona çoxlu pul yetişir və belə qərara gəlib ki, sizin əleyhinizə qiyam edib xilafətinizi devirsin. Bu sözləri eşidən Harun sevinib ona iki yüz dirhəm pul verdi. Әli pulları alıb sevinə-sevinə çıxdı ki, evinə qayıtsın, lakin bu zaman boğazından bir sancı tutdu ki, elə orada da həlak oldu.
Harun Mədinəyə gələrək imamı tutub zindana salmaq qərarına gəldi. Həmin ildə oyan bu yana məktub yazıb hamını bir yerə yığdı və Məkkə ilə Mədinəyə getdi. Qayıdanda isə Mədinə valisinə imamı tutub Bəsrəyə göndərmək əmrini verdi. Imam bir il Bəsrə valisi Yəhyanın zindanında qaldı. Imamın insani və ibadi əxlaqiyyatı Yəhyaya elə təsir qoymuşdu ki, o, Haruna belə yazdı: Ey Harun! Mən bu müddət ərzində həzrətdən yaxşılıq və paklıqdan başqa heç bir şey görməmişəm və bundan artıq onu zindanda saxlaya bilmərəm. Onu geri al, yoxsa azad edəcəyəm.
Harunun əmri ilə o böyük kişini Bağdada aparıb Fəzlin zindanında həbsə aldılar. O da Yəhya kimi, imamın əxlaqına heyran olub Harundan imamı ondan təhvil almağını tələb etdi. Nəhayət o həzrəti pis və napaq bir kişi olan Sindi ibni Şahkiin zindanına göndərdilər.
IAMIN ZINDANDAKI MÜQAVIMӘTI
Harun hansı yolla olursa-olsun, imamın nəzərini özünə cəlb etmək istəyirdi və bir gün Yəhya ibni Xalisi zindana Musa ibni Cə᾽fərin yanına göndərdi ki, imamı razı salıb ondan bağışlanmasını istəsin. Amma imam (ə) buna razı olmadı. Həzrət imam Museyi Kazim əleyhissalam Haruna belə yazdı: «Burada hər günüm mənə çətin keçsə də sən rifah içində olacaqsan. Cinayətkarların zərərə düşəcəyi günü gözlə ki, ikimiz də o günün şahidi olacağıq».
Imam (ə) heç bir vəchlə Haruna təslim olmadı və zindanın ən ağır şəraitində belə sarsılmadan dayanıb müqavimət göstərdi.
ZINDANLARIN ARDICIL OLARAQ DӘYIŞDIRILMӘSI
Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından imamı öldürmələrini tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Nəhayət daşürəkli cəllad Sindi imamı zəhərlədi.
Harun yalançı şahid gətirməklə çalışdı ki, imamın zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə də həm özünə bəraət qazansın, həm də imamın tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da imamın meyidinin gizlincə dəfn edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət imam (ə) xalqın matəm və əzası altında Kazimeyndə torpağa tapşırıldı. O həzrətin məzarı bu gün də şiələrin ziyarətgahıdır.
IMAMIN ӘSHABI
Həzrətin atası imam Sadiq (ə) vəfat edəndə onun tələbələri Imam Museyi Kazim əleyhissalama tərəf gəlib 33 il ərzində o həzrətin elm və bilik ümmanından yararlandılar. Həmin tələbələrdən bəzisi bunlardır:
1. Ibni Әbi Üməyr: Bu şəxs üç imamın (Imam Museyi Kazim, imam Rza və imam Cavadın) məhzərindən yararlanıb və öz zəmanəsinin tanınmış alimlərindən hesab olunurdu. Ondan çoxlu rəvayətlər yadigar qalıbdır.
O zamanın hökumətinə xəbər vermişdilər ki, Ibni Üməyr Iraq şiələrini tanıyır. Onu tutub tanıdığı adamların adlarını deməsini tələb etdikdə qəbul etmədiyindən soyundurulub xurma axacına bağlayaraq şallaqla yüz zərbə vursalar da lakin heç bir şey demdi.
Şeyx Müfidin verdiyi məlumata görə bu böyük səhabəni 17 il zindana salıb, var-dövlətini məhv etdilər, lakin bütün əzab-əziyyətlərə dözərək heç bir söz danışmadı.
2. Әli ibni Yəqtin: Imam Sadiq əleyhissalamın dostlarından və əshabından idi. Mərvan onu təqib edərək tutdurmaq istəsə də o qaçaraq arvad-uşağını Mədinəyə göndərdi. Әməvilər devrilib yerinə Abbasilər keçdikdən sonra Kufəyə qayıdıb Abbasilərlə yaxın əlaqə qurdu və dövlət məqamlarında yüksək vəzifələrə çataraq şiələrə böyük yardımlar etdi.
Harun onu öz vəziri təyin etmişdi. Amma o, əslində imamın məmuru idi və imamın əmrlərini yerinə yetirirdi.
O, dəfələrlə Abbasilərdən uzaqlaşmaq istəsə də, imam (ə) buna mane olmuşdu. O, imam (ə) zindanda ikən vəfat etdi. Ondan Әhli-beyt əsərləri olan bir çox kitablar yadigar qalmışdır.
3. Möminüt-taq: O, imam Sadiq (ə) və imam Museyi Kazimin əshabından idi. Imam Sadiq (ə) onu əshabının böyüklərindən sayaraq ona çox əhəmiyyət verirdi. Mömin mübahisədə çox bacarıqlı idi belə ki, hər kimlə mübahisə etsəydi qalib gələrdi.
Imam Sadiq (ə) onun barəsində belə buyurmuşdur: «Mömin, ovunun başına qonan qartal kimidir».
4. Hişam ibni Həkəm: O, mübahisədə ustad idi və hər yerdə elmi bir məsələ qabağa gəldikdə imam Sadiq (ə) onu göndərərdi ki, həmin məsələni həll etsin.
Imamlıqla əlaqədar mövzularda dərin biliyə malik idi, hazır-cavab idi, tövhid və əqaidlə əlaqədar məsələlərdə ustad sayılırdı. O, çoxlu kitablar yazıb ayrı-ayrı alimlərlə mübahisə edib hamısını məhkum etmişdi.
IMAMDAN QISA KӘLAMLAR
1. Öz zərərənizə olsa belə həmişə haqq danışın.
2. Pak bir rəhbər və hökmdar tapdıqda Allaha bu nemət üçün şükr edin.
3. Məzlumun haqqını almaq üçün zalıma qarşı çıx.
4. Әn yaxşı bəxşiş məzluma yardım etməkdir.
5. Dünya ilan kimidir: Zahirdə yumşaq və gözəldir, lakin içində isə öldürücü zəhəri vardır.

Imam Ceferi Sadiq (e.)
SӘKKIZINCI MӘSUM
IMAM CӘFӘR SADIQ ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Cəfər
Ləqəbi: Sadiq
Künyəsi: Әbu Abdullah
Atası: Həzrət Məhəmməd Baqir (ə)
Təvəllüd tarixi: Hicri 80-cı il
Imamlıq müddəti: 31 il
Ömrü: 68 il
Şəhadət olduğu tarix: Hicri 148-ci ildə Abbasai xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid oldu.
Məzarı: Mədinədə Bəqi qəbristanlığı.
TӘVӘLLÜDÜ
Imam Sadiq əleyhissalamın mübarək vücudunun qızıl günəş 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində parladı. O həzrətin anasının adı Ümmi Fərhə idi. Atası imam Məhəmməd Baqir (ə) oğlunun dünyaya gəlməsindən çox sevinmişdi. O həzrətin anası Әli əleyhissalamın əshabından olan Məhəmməd ibni Әbu Bəkrin nəvəsi idi. Həzrət Әli (ə) onun haqqında daim belə buyurardı: «Məhəmməd mənim mənəvi nəvəmdir». Məhəmməd ibni Әbu Bəkrin anası isə təqvalı və həmişə həzrət Fatiməyə xidmət etməkdən iftixar hissi duyan Әsma binti Üməys idi.
Imam Sadiq əleyhissalam öz anası haqqında belə buyurmuşdur: «Anam təqvalı, imanlı və xeyirxah qadınlardan idi.»
Imam Sadiq əleyhissalam babası imam Səccad (ə) dünyadan köçəndə 15, atası şəhid olduqda isə 34 yaşında idi.
Imam Hüseyn əleyhissalamın şəhadətindən sonra Әməvi hökuməti artıq sarsılmış, xalq isə onlarla düşmən olmuşdu ki, bu da hakimiyyəti Abbasilərin ələ keçirməsinə zəmin yaratmışdır. Bu iki qüdrət mərkəzi hakimiyyət uğrunda mübarizəyə qalxdığından şiə düşüncələrini təbliğ etmək və yaymaq üçün fürsət yaranmışdı. Məhz belə bir vaxtda Imam Sadiq əleyhissalam öz elmi hərəkatı ilə islam incəliklərini bütün dünyaya yaymağa müvəffəq oldu.
IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Mə᾽lum olduğu kimi insanların zahiri rəftarı onların daxili əxlaq və düşüncələrini əks etdirir. Belə ki, insanları öz rəftar və davranışları ilə tanımaq mümkündür. Az adam tapılar ki, qəlbində olanları öz rəftar və hərəkətləri ilə büruzə verməsin.
Imam Sadiq əleyhissalam da başqa imamlar kimi, bütün həyatı boyu həqiqi islamı təlim edirdi. O həzrətin özü də islam əxlaqının parlaq nümunəsi idi. Insanlar arasında hər cəhətdən, istər fikri, istər əxlaqi, istərsə də düşüncə baxımından bir-birilə eyni olan ata və oğul tapmaq olmaz. Lakin həzrət Peyğəmbərin ailəsi, eləcə də o həzrətin canişinlərinin hamısı eyni istiqamətdə, eyni nöqteyi-nəzər və eyni üslubda vahid bir hədəfə doğru irəliləyərək öz müqəddəs borclarını yerinə yetirirdilər. Onların fikirləri, sözləri və davranışları arasında heç bir fərq yoxdur.
Imam Sadiq əleyhissalamın əxlaqi üstünlük və dəyərlərini isbat etmək üçün təkcə bu kifayətdir ki, onan dörd min tələbəsi arasında bir nəfər belə tapılmadı ki, o həzrətin əxlaq və üslubunu bəyənməyib ondan narazı qalsın. O, natiqlikdə, yeriməkdə, başqaları ilə rəftarında, yeməkdə hətta istirahət etməkdə belə müsəlmanlar üçün əbədi bir örnək idi. O həzrət öz uşaqları ilə necə davranırdısa, dostları ilə də eyni şəkildə davranırdı.
IMAMIN ZÖHD VӘ TӘQVASI
Zöhd və təqva insan dəyərinin ölçüsüdür. Elə buna görə də Qurani-kərim təqva ziynətilə bəzənmiş insanları çıxmaq şərtilə, qalan insanları bərabər hesab edir. Imam Sadiq əleyhissalam da, babası Әli əleyhissalam kimi o qədər təqvalı idi ki, hamını heyrətləndirmişdi.
Malik ibni Әnəs deyir: Imam Sadiq əleyhissalam həmişə Allahı zikr etməklə məşğul idi. O, böyük zahidlərdən sayılırdı.
Әbdül-əla isə belə deyir: Yayın isti günlərinin birində Imam Sadiq əleyhissalamı Mədinə küçələrindən birində gördüm ki, harasa gedirdi. O həzrətə dedim: Qurbanın olum! Sən ki, Peyğəmbərin qohumusan, nə üçün yayın bu istisində özünü zəhmətə salırsan?
Imam (ə) buyurdu: «Ruzimi qazanmaq üçün işləməyə evdən çıxmışam, çünki başqalarına möhtac qalmaq istəmirəm.»
Başqa bir nəfər isə o həzrətin haqqında belə demişdir: Imam Sadiq əleyhissalamı qalın bir paltarla fəhlə kimi bağda işləyib tər tökən gördükdə, o həzrətə «ey Peyğəmbərin övladı, icazə verin mən sizin yerinizə işləyim» - dedim. Həzrət (ə) cavabımda belə buyurdu: «Güzəranımı təmin etmək üçün işləməyi sevirəm. Istəyirəm başqa admalar kimi mən də qızmar günəşin altında çalışmağın zəhmətini dadım.»
Imam bir yerə gedəndə yeni, təmiz və bahalı paltar geyinər, yorğa at minərdi. Bir sıra cahil adamlar belə güman edirdilər ki, o həzrətin bu əməli zöhd və təqvaya ziddir və elə buna görə də imama etiraz edərdilər. Lakin imamın cavabını eşitdikdə utanıb geri qayıdırdılar.
IMAMI YALANÇI MÜQӘDDӘSӘ DEDIYI SÖZLӘR
Bir gün Süfyan adlı bir yalançı müqəddəs, Imam Sadiq əleyhissalamın qarşısını kəsib dedi: Siz Peyğəmbərin ailəsindənsiniz. Bəs niyə belə bahalı paltarlar geyinirsiniz? Imam (ə) buyurdu: «Ey Süfyan, bax bu paltarın altında köhnə bir köynək var və mən özüm bilə-bilə onun üstündən bu paltarı geymişəm ki, ağılları gözlərində olanlar mənim yoxsul və möhtac olduğumu zənn etməsinlər. Lakin sən isə əynində olan bu kobud paltarın altından yumşaq bir paltar geyinmisən ki, camaatı aldadasan və özünü zahidlər kimi göstərəsən. Ey Süfyan, bu qədər dargözlü olma».
Başqa bir gün Süfyan imamı fəhlələrlə tarlada işləyən görüb dedi: «Sən məni təəccübləndirirsən. Nəyə görə bu qoca yaşında dünyaya tamah salıb işləyirsən? Imam (ə) buyurdu: «Mən zəhmət çəkərək güzəranımı tə᾽min edirəm və xalqa möhtac deyiləm. Әgər bu vəziyyətdə Allahın görüşünə getsəm çox sevinərəm.»
Başqalarının zəhmətinin nəticəsini yeyənlər və onların vasitəsilə qüdrətə çatanlar, eləcə də onlara xidmət və məhəbbət əvəzində özlərini onlardan üstün sayanlar çox bədbəxtdirlər. Onlar da Süfyan kimi aldadıcı zahirə malikdirlər, lakin batinləri pozğun və xarabdır.
IMAM (Ә) VӘ ӘDALӘTLI MӘNFӘT
Imam Sadiq əleyhissalam əshabından olan Müsadif adlı bir nəfərə min dinar vermişdi ki, ticarətlə məşğul olub mənfət əldə edərək güzəranını yaxşılaşdırsın.
Müsadif də imamın verdiyi pulla əmtəə alıb tacirlərlə birlikdə Misrə getdi. O, Misirin yaxınlığında şəhərdən qayıdan bir karvanla rastlaşdı. O, gətirdiyi malın ticari durumunu öyrənmək üçün onlardan müxtəlif suallar soruşdu. Karvandakılar ona dedilər ki, şəhərdə onun gətirdiyi maldan çox az tapılır, buna görə də müştərisi çoxdur və mütləq gətirdiyini baha qiymətə sata biləcək.
Müsadif bu sözləri eşitdikdə sevinib yoldaşları ilə danışdı ki, gətirdikləri əmtəəni ikiqat baha qiymətə satsınlar və bu qiymətdən aşağı enməsinlər. Şəhərə daxil olandan sonra dedikləri kimi də etdilər və bunun nəticəsində Müsadif min dinar da artıq qazandı. Mədinəyə qayıtdıqdan sonra sevincək imamın evinə gəldi, həzrətin hüzuruna getdikdə hərəsində min dinar olan iki kisəni imamın qabağına qoyub dedi: Bir kisə sizin sərmayənizdir, o birisi isə alverin qazancıdır.
Imam (ə) buyurdu: «Bu qədər mənfəti necə əldə eləmisən?» Tacir kişi əhvalatı olduğu kimi həzrət üçün danışdı. Birdən-birə imam (ə) narahat olub belə buyurdu: «Allaha pənah aparıram. Bir dəstə müsəlmanın ziyanına olaraq əlbir olubsunuz ki, əmtəənizi iki qat qiymətinə satasınız?!»
Imam (ə) verdiyi pulu götürdükdən sonra ikinci kisəni Müsadifə qaytarıb buyurdu: «Insafsızlıqla əldə olunan bu qazanca mənim ehtiyacım yoxdur. Ay kişi! Bunu bil ki, halal yoldan var-dövlət qazanmaq çox çətindir.»
IMAMIN SӘBRI VӘ DÖZÜMÜ
Insanın həyatda qarşılaşdığı müxtəlif çətinliklər və hadisələr onun bacarıq və imanının nə dərəcədə olduğunu aşkar edə bilər. Imam Sadiq əleyhissalamın həyatında meydana gələn çətinliklər və o həzrətin göstərdiyi səbr və dözümlülük onun dəyərli şəxsiyyətini sübuta yetirib aşkar etmişdir.
O həzrəti nə qədər söysələr də, əziyyət etsələr də həmişə öyüd-nəsihət verər və heç vaxt bir kimsəni söyüb qarğışlamazdı.
POZULAN DOSTLUQ
Imam Sadiq əleyhissalamı çox sevən və daima onun yanında olan bir kişi var idi. Bir gün həmin kişi imamla birlikdə pinəçilər bazarına getmişdilər. O kişinin zənci qulu da onların dalınca gəlirdi.
Qulun başı dükanlara baxmağa məşğul olduğundan sahibindən uzaq düşürdü. Imamın dostu da hərdən arxasına baxır, amma qulunu görmədiyindən çox narahat olub hirslənmişdi. O, birdən gələn qulu görüb onun anasını söydükdən sonra soruşdu: Harada idin?
Kişinin bu sözlərində təəccüblənən Imam Sadiq əleyhissalam əlini əlinə vurub buyurdu: «Sən onun anasını söyürsən?! Mən elə güman edirdim ki, sən təqvalı və pəhrizkar bir kişisən. Buna görə də uzun müddət səninlə dostluq edib dostlarım arasında səni tərifləyirdim. Yaxşı oldu ki, sənin düz-əməlli bir dost olmadığını anladım. Tez məndən uzaqlaş.»
TӘBLIĞATI IMAMDAN ÖYRӘNӘK
Şəqrani gizlində pis işlər görən cavan bir oğlan idi. Onun babasını həzrət Peyğəmbər (s) azad etmişdi, elə buna görə də camaat onu Peyğəmbərin yaxınlarında hesab edirdilər. Bir gün Şəqrani Abbasi xəlifəsi Mənsurun beytul-maldan pul payladığını eşitdikdə ondan pul almaq üçün oraya yollandı. Lakin orada heç kimi tapmadığı üçün bir şey ala bilmədi. Bu arada gözü Imam Sadiq əleyhissalama sataşdı, qaça-qaça onun yanına gəlib həzrətdən onun üçün xəlifədən bir pay almasını xahiş etdi. Imam da onun istəyini qəbul edib getdi və xəlifədən onun payını alıb gətirdi. Imam pulları ona verən zaman belə buyurdu: «Hər kəs yaxşı iş görsə, yaxşıdır lakin sən bizə bağlı olduğun üçün yaxşı iş görərsən daha yaxşıdır hər kəs pis iş görsə, pisdir lakin sən pis iş görsən daha pisdir».
Imam bunu deyib getdi. Pulları alan Şəqrani bir müddət fikrə dalıb və anladı ki, imam (ə) onun pis iş gördüyünü başa düşdüyündən bu sözlə onu bu işdən çəkindirmək istəyib.
Imamın bu davranışı səbəb oldu ki, pis iş görən kişi özündən utanıb pis işləri buraxsın.
IMAMIN YOXSULLARA OLAN YARDIMI
1. Imamın dostlarından olan Müəlla ibni Xünəys belə deyir: Qaranlıq və yağışlı bir gecədə Imam Sadiq əleyhissalamı Mədinənin küçələrində gördüm ki, həzrət ağır bir kisəni dalına çatıb aparırdı. Onun dalınca düşdüm ta həzrətin hara getdiyini öyrənim. Kisədə olan çörəklərdən bir azı yerə tökülmüşdü. Mən çörəkləri yığıb imamın yanına getdim və salam verdikdən sonra çörəkləri ona verdim. Imam (ə) onları alıb kisənin içinə qoyduqdan sonra yenidən öz yoluna davam etdi. Çox keçmədi ki, yoxsullardan bir dəstəsinin yaşadığı bir yerə çatdı ki, orada yatmışdılar. Onların hərəsinin başının altına iki dənə çörək qoyub qayıtdı. Mən imamdan «onlar sizin şiələrinizdən idilər» deyə soruşduqda buyurdu: «Xeyr, əgər şiələrimizdən olsaydılar, onlara daha yaxşı yetişərdik.»
2. Imamın başqa bir dostu Hişam ibni Salim belə deyir: «Imam Sadiq əleyhissalamın üsulu belə idi: Qaranlıq gecələrdə bir qədər ərzaq götürüb yoxsulların qapısına aparıb, onu gizlincə qapıdan içəri qoyardı».
Imam vəfat etdikdən sonra onun etdiyi yardımlar kəsildiyi üçün yoxsullar başa düşdülər ki, gecələr onların qapısına gəlib onlara yardım edən naməlum şəxs Imam Sadiq əleyhissalam imiş. Buna görə də çox narahat olub yasa batdılar.
IMAM (Ә) VӘ EHTIKARLA MÜBARIZӘ
Illərin birində Mədinədə buğda qıtlığı olduğundan camaat qorxub çox nigaran olmuşdu. Hər kəs o ilin ehtiyaclarını təmin etmək üçün çalışıb buğda yığırdı.
Bu arada yoxsul adamlar gündəlik ehtiyaclarını bazardan almaq məcburiyyətində qalmışdılar. Bir gün Imam Sadiq əleyhissalam xidmətçisi Mütəbdən «bu il evdə buğdamız varmı? – deyə soruşduqda Mütəb cavab verdi: Bəli, bir neçə aylıq buğdamız var.»
Imam buyurdu: «Apar onları bazarda sat».
Mü᾽təb dedi: Mənim mövlam, axı Mədinədə buğda tapılmır. Әgər bunları satsam, sonra özümüz üçün buğda almaq çətin olar və daha baha qiymətə almalı olarıq.
Imam (ə) buyurdu: «Dediyim işi gör. Bundan belə Mədinə yoxsulları kimi gündəlik ehtiyacımızı bazardan al. Çünki mənim evimin çörəyi ilə xalqın işlətdiyi çörək arasında heç bir fərq olmamalıdır».
TAMAHKAR DILӘNÇI VӘ ŞÜKR EDӘN YOXSUL
Imamın əshabından biri demişdir: «Həzrətlə Minada üzüm yeməyə məşğul olduğumuz vaxt bir yoxsul adam gəlib diləndi. Imam (ə) bir salxım üzüm ona verdi. Yoxsul adam üzümü almayıb pul istədi. Imam buyurdu: Allah sənə yetirsin. Dilənçi bir az uzaqlaşdıqdan sonra qayıdıb üzümü istədi. Həzrət ona belə buyurdu: Allah sənə yetirsin. O kiş getdi və başqa bir yoxsul adam gəlib imamdan köməklik istədikdə Imamə (ə) ovucunu üzümlə doldurub ona verdi. Kişi üzümü alıb Allahına şükr etdikdən sonra Imam (ə) ona iyirmi dirhəm pulla bərabər öz köynəyini də verdi. Kişi onları alıb imama dua edə-edə bizdən uzaqlaşdı. Öz-özümə düşündüm ki, əgər bu kişi belə davam etsəydi, imam var-yoxunu da ona verərdi.
ISLAM UNIVERISITETININ QURULMASI
Imam Sadiq əleyhissalam müxtəlif fənlərdə tələbə tərbiyə etmək üçün Mədinədə islami bir univerisitet qurmaq qərarına gəldi. O həzrətin elm çeşməsi o qədər qaynar idi ki, hətta dünyanın dörd tərəfindən belə alimləri Mədinəyə sarı çəkirdi. Elm öyrənmək istəyən yüzlərlə cavan dünyanın hər yerindən Mədinəyə axışırdılar ki, imamın dərslərində iştirak etsinlər.
Imam (ə) müxtəlif elmi sahələrdə görkəmli alimlər yetişdirmişdir ki, onlardan bəzilərinin adlarını sizlərə təqdim edirik:
1. Fiqh fənnində Zürarə və Məhəmməd ibni Müslim.
2. Әqaid və kəlam elmində Hişam və Möminüt-taq.
3. Irfan və islam maarifi fənni üzrə Müfəzzəl və Səfvan.
4. Riyaziyyat və təcrübə elmləri üzrə Cabir ibni Həyyan.
Bunlarla birlikdə bir çox başqa alimlər də imamın tələbəsi olub hərəsi ayrı-ayrı islami elm və fənnin təmələni qoymuşdular. Onların kitabları uzun illər avropada qərb dillərinə tərcümə olunaraq tədris olunmuşdur. Məlum olduğu kimi, Әli əleyhisslamın zamanında islam elmlərini yaymaq üçün belə bir münasib şərait yox idi. Çünki düşmən o həzrəti vətəndaş müharibəsi ilə məşğul edirdi ki, beləliklə də islami elmlərin yayılmasının qarşısı alınırdı. Bu vəziyyət imam Səccad əleyhissalamın zamanına qədər davam etmişdir. Imam Baqir əleyhissalamın zamanından isə islam elmləri mədrəsələri təşkil olundu və imam Sadiq əleyhisslam zamanında öz yüksək mərhələ və zirvəsinə yetişdi. Imam Sadiq əleyhissalamın univerisitetində dörd min tələbə müxtəlif elmi sahələrdə yetişdirildi. Onlar da dünyanın dörd tərəfinə gedib xalqa təlim-tərbiyə verməklə məşğul olurdular.
NӘ ÜÇÜN ŞIӘLIK CӘFӘRI MӘZHӘBI ADLANIR?
Şiə məzhəbinin imam Cəfər Sadiq (ə)-ın elmi və siyasi fədakarlıqları sayəsində genişlənib yayılması üçün bu məzhəbə Cəfəri məzhəbi adı verilmişdir. Bizim məzhəbimiz Cəfəri məzhəbidir və biz bu adla fəxr edirik. Çünki həzrət Peyğəmbərin (s) əsil islamının missiyasını imam Hüseynin qanında, bəyanını isə imam Sadiqin təlimlərində tapmaq mümkündür. Cəfəri islamı, Әli əleyhisslamın yolunda cihad etdiyi, Həsən (ə)-ın sülh etdiyi, Hüseyn (ə) şəhid olduğu, Səccad (ə)-ın əsir düşdüyü islamdır. Әgər islam, hökumdarlarının qəsb olunmuş taxtda oturduqları, Zəhranı qəzəbləndirən və Әlini zalıma beyət etməyə məcbur edən islam olsaydı, heç vaxt belə bir islama boyun əyməzdik. Çünki bilici, mömin və Peyğəmbərin xanədanına etiqad bəsləyən alimlərin məntiqinə görə, Peyğəmbərin ailəsinin kənarda qaldığı islam hökmdarlarını müaviyələr, yezidlər və mütəfəkkirlərin icad etdiyi islamdır. Әləvi şiəliyin tarixi sübuta yetirmişdir ki, hər kəs Әli (ə) xanədanını çıxmaqla islamı qəbul etsə, bu yolda nə qədər çalışsa belə heç bir yerə çatmayacaq və axırda da müstəmləkəçilərin əlaltısına çevriləcəkdir.
MӘNSUR IMAMA XӘYANӘT EDIR
Imam Sadiq əleyhissalamın mədəni məktəbi insanları öz talelərini təyin etməkdə təsirli hesab etdiyindən onlara deyirdi: «Cəmiyyəti təşkil edən sizsiniz, sizlər özünüzü xoşbəxt yaxud bədbəxt edə bilər. Geri yaxud irəli getməyinizi təmin edə bilərsiniz. Yəni ey camaat! Sizlər zalım hökmdarları hakimiyyətdə endirə bilər, hökuməti daha ləyaqətli və ürəyiyanan kimsələrə tapşıra bilərsiniz.
Müsəlmanların Qurani etiqadlarına əsaslanan bu düşüncə tərzinin yayılması zəmanənin hökmdarı olan Mənsura ağır gəldi. O fəsadı daha artıq yaymaqla bu düşüncənin qarşısını alıb xalqın bilik və ayıqlıq məktəbi olan Imam Sadiq əleyhissalam məktəbinə meyl etməsinə mane olmağa çalışırdı.
Mənsur bu məqsədini həyata keçirmək üçün bir sıra alimlərə pul verdi ki, «dini dedetrminizmi» (cəbri) təbliğ etsinlər; yəni xalqı inandırsınlar ki, yoxsulluq, bədbəxtlik, zülm və sair bu kimi hadisələr Allahın iradəsi ilə baş verir və heç kəs onları dəyişdirməyə qadir deyildir. Beləliklə müxalifətlər və inqilabların qarşısı alınacaq, camaat cinayətkar hökmdarların zülmünə dözəcək və etiraz etmək əvəzində şükr edəcəkdilər. Şübhəsiz Imam Sadiq əleyhissalam islamı mədəniyyət və etiqad adı altında xalqa qəbul etdirilən bu yalnış və təhlükəli etiqadın yayılmasının müqabilində sükut edə bilməzdi. Həzrət (ə) bu təhlükəli etiqadla mübarizə aparmaq məqsədi ilə bir univerisitet təşkil edib qısa bir müddət ərzində islami etiqadlar və mədəniyyət sahəsində dörd min tələbə yetişdirib camaatın arasına göndərdi ki, muzdur alimlərin təbliğatlarını puça çıxarsınlar.
MӘNSURUN IMAM SADIQӘ ETDIYI ZÜLMLӘR
Qəribədir ki, Abbasilər Kərbəla şəhidlərinin intiqamını almaq və Әməvilərin zülmünə qarşı mübarizə etmək bəhanəsi ilə xalqı öz ətraflarına yığıb Әli (ə) xanədanına məhəbbət bəsləyən iranlıların vasitəsilə və xorasanlı Әbu Müslimin köməyi ilə Әməvi hökumətini yıxdılar, lakin xəlifəliyi zəmanənin imamı həzrət Sadiq (ə)-a tapşırmaq əvəzinə özləri hakimiyyət başına keçdilər. 132-ci hicri ilində Әməvi hökuməti devrildikdən sonra Səffa və Mənsur adlı Abbasilərə mənsub iki şəxs xəlifə oldular ki, birincisi on il, ikincisi isə iyirmi iki il hökmranlıq etdi. Onlar bu müddət ərzində fasiləsiz olaraq imam və rəhbərlərə əziyyət verdilər. Imam Sadiq əleyhissalam Mənsur zamanında şiddətli təzyiq altında idi. Hətta bəzi vaxtlar xalqın o həzrətlə görüşməsinə icazə verilmirdi. Misal üçün Harun adlı bir şəxs imamdan bir məsələ soruşmaq istəyirdi, amma imamla görüşə bilmək üçün bir yol tapmırdı. Nəhayət səbət içində xiyar satan bir kişini gördükdə bir az fikirləşdikdən sonra onun yanına gəlib bütün xiyarlarını səbətlə bir yerdə ondan alıb onun köhnə paltarını da əmanət alaraq əyninə geyib xiyar satmaq bəhanəsi ilə imamın qapısına getdi və ora daxil olandan sonra məsələsini soruşub düzgün cavabını alıb geri qayıtdı.
Mənsur imamın əshabının çoxunu tutub zindana salmışdı, bir neçə dəfə imamın özünü qətlə yetirmək istəmişsə də lakin hər dəfəsində imamın möcüzəsi nəticəsində planı nəticəsiz qalmışdı.
IMAMIN MӘNSURU IFŞA ETMӘSI VӘ MÜQAVIMӘTI
Müxtəlif yolları imtahan edib ümidi kəsilən Mənsur «biz Abbas xanədanından və Peyğəmbərin ailəsindənik» deyə xalqı aldatmağa başladı. Özünün ləyaqəti olmadığını və bu vəzifəyə Peyğəmbərin həqiqi övladlarının layiq olduğunu bilə-bilə özünün Peyğəmbərin həqiqi varisi və xəlifəyə haqlı olaraq çatan bir şəxsiyyət kimi tanıtmağa çalışdı.
Imam Sadiq əleyhissalam Mənsurun bu həyasız rəftarına qarşı çıxaraq öz məktublarında bu xanədanı rüsvay etdi.
1. Bir gün Mənsur imam belə yazdı: Niyə başqa adamlar kimi bizim yanımıza gəlmirsən?
Imam (ə) Mənsurun cavabında belə yazdı: «Bizim dünyadan heç bir şeyimiz yoxdur ki, ona görə də səndən qorxaq. Sənin də axirət və mənəviyyatdan bir şeyin yoxdur ki, ona xatir sənə ümid bəsləyək. Onda nəyə görə sənin yanına gələk?»
2. Başqa bir gün Mənsur imama belə yazdı: Gəl bizə nəsihət ver!
Imam (ə) bunun cavabında belə yazdı: «Hər kəs dünya əhli olsa, sənə nəsihət verməz, hər kəs də axirət əhli olsa, sənin yanına gəlməz.»
3. Günlərin bir günündə imam (ə) Mənsurun məclisində idi. Bir milçək Mənsura çox əziyyət verirdi və nə edirdisə də milçək getmirdi və yenə gəlib onun üzünə qonurdu. Mənsur hirsli-hirsli imamdan soruşdu: Allah nə üçün milçəyi xəlq edib?
Imam (ə) dərhal bu cavabı verdi: «Güclü zalımları onun vasitəsilə incidib alçatmaq üçün.»
Mənsur narahat olmasına baxmayaraq öz yerində oturdu və imama getməsi üçün icazə verdi.
IMAMIN MӘDINӘ VALISINӘ HIRSLӘNMӘSI
Mənsur Bəni Haşim nəslindən bir neçə nəfəri şəhid etdikdən sonra Şəybə adlı bir kişini Mədinəyə vali təyin etdi ki, Imam Sadiq əleyhissalamın hərəkətlərini nəzarət altında saxlasın. Şəybə cümə günü məscidə gəlib namazdan sonra minbərə çıxıb Әli (ə) və Peyğəmbərin (s) xanədanı barədə nalayiq sözlər deməyə başladı. Peyğəmbərin xanədanını yaxından tanıyan və onlara məhəbbət bəsləyən camaat çox narahat oldular, lakin bir söz deməyə cəsarət etmədilər.
Bu arada Imam Sadiq əleyhissalamın ayağa qalxıb buyurduğunun şahidi oldular. «Ay kişi, saydığın yaxşılıqlar bizə layiqdir, saydığın yamanlıqla sənlə Mənsura.» Sonra isə camaata sarı dönüb buyurdu: «Bilirsiniz qiyamət günündə kimlər hamıdan çox ziyan görəcək? Axirətini başqalarının dünyasına satanlar. Bu vali də belə adamdır.» Camaat sevinib imama afərin dedilər. Vali də utana-utana məsciddən çıxıb getdi.
IMAMIN ŞӘHADӘTI
Mənsur imamı özünə tərəf çəkməyə, ya təhdidlə onu sakit etməyə müvəffəq olmadığı üçün o həzrəti şəhid etmək qərarına gəldi. Nəhayət imam Cəfər Sadiq (ə) 148-ci hicri ilinin Şəvval ayının 25-də zəhrələnərək şəhid olundu və o həzrətin pak vücudu Mədinədə Bəqi qəbristanlığında dəfn edildi.
IMAMDAN QISA KӘLAMLAR
1. Qardaşının istəyini yerinə yetirmək üçün çalışan hər müsəlman Allah yolunda cihad edənlər kimidir.
2. Namazlarına diqqət etməyən kimsə qiyamət günündə şəfaətimizə nail olmayacaqdır.
3. Dünyanı sevmək və ona bağlılığın nəticəsi narahatlıq və kədərdir. Dünyada təqvalı və pak olmağın nəticəsi isə ruh və bədənin rahatlığıdır.
4. Güclülərin gücsüzlərdən intiqam alması nə qədər də pisdir.
5. Uşaqlarınızın sizin yaxşılıq etməsi üçün siz də atanıza yaxşılıq edin.
6. Allahdan istəyin ki, ruziniz xalqın əlində olmasın.
7. Xalqın arasında özündən daha alim bir nəfərin olmasına baxmayaraq xalqı özünə tərəf çağıran kimsə ağzındır.
8. Doğru olmayan zarafatlardan çəkinin. Çünki düşmənçiliyə və bir-birinzə kin bəsləməyə səbəb olar.
9. Münafiqin nişanələri üç şeydir: 1. Danışanda yalan deyər; 2. Verdiyi və᾽də vəfa etməz; 3. Әmanətdə xəyanət edər.
10. Başqalarına paxıllıq etməyin, çünki sizi Allahdan uzaqlaşdırar.
AŞAĞIDAKI SUALLARA CAVAB VERIN
1. Imam Səccad (ə) şəhid olanda Imam Sadiq əleyhissalamın neçə yaşı var idi?
2. Nəyə görə Imam Sadiq əleyhissalam bahalı paltar geyinirdi?
3. Nə üçün Imam Sadiq əleyhissalam da başqa adamlar kimi işləyirdi?
4. Həzrət bu barədə ona etiraz edənlərə nə deyirdi?
5. Imam pinəçilər bazarında öz köhnə dostu ilə olan dostluğunu niyə pozdu?
6. Niyə evindəki buğdanı satmağı xidmətçisinə əmr etdi?
7. Həzrət Mədinədə islami univerisiteti qurdu?
8. Şiə məzhəbi niyə Cəfəri məzhəbi adlanır?
9. Hansı Abbasi xəlifəsi dövründə imamın əshabla olan əlaqəsi çətinləşdi?

Imam Muhemmed Bagir (e.)
YEDDINCI MӘSUM
IMAM MӘHӘMMӘD BAQIR ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Məhəmməd
Ləqəbi: Baqir
Künyəsi: Әbu Cəfər
Atası: Həzrət Səccad (ə)
Təvəllüd tarixi: Hicri 58-ci il
Imamlıq müddəti: 23 il
Ömrü: 59 il
Şəhadət olduğu tarix: Hicri 114-cü il
Məzarı: Mədinədə Bəqi qəbristanlığı.
TӘVӘLLÜDÜ
Beşinci imam həzrət Məhəmməd Baqir əleyhissalam 57-ci hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəldi. Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər.
Atası həzrət Səccad (ə), anası isə imam Həsən əleyhissalamın qızlarından sayılan Fatimə idi. O həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır. Imam həzrət Məhəmməd Baqir əleyhissalamın həyatını iki hissəyə ayırmaq olar:
1. Imamətdən qabaqkı 35 illik həyatı. (Həmin dövrdə imam Mədinədə yaşayırdı).
2. Təxminən iyirmi il davam edən imamlıq dövrü. (Bu dövr islam elm və biliklərini təbliğ etdiyi zamandır).
HӘZRӘTIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Imam həzrət Məhəmməd Baqir əleyhissalam həmişə təzə və səliqəli paltar geyər, özünə ətir vurar və yavaş-yavaş yeriyərdi.
Bir gün darfikirli insanlar o həzrəti tənqid edərək; baban Әli (ə) köhnə və ucuz paltarlar geyərdi, bəs sən niyə bahalı libaslar geyinirsən? — deyə söylədilər. O həzrət (ə) isə onların cavabında belə buyurdu: «O dövrdə camaat yoxsul və kasıb yaşadığı üçün, Әli əleyhissalam da ucuz paltarlar geyməli, sadə xörək yeməli idi. Lakin bu gün camaat rifah və rahatlıqda ömür sürdüyünə görə mən belə paltarlardan geyiməliyəm. Babamın o dövrdə gördüyü iş ədalət və rəhbərliyinə uyuğun olduğu kimi, mənim də gördüyüm iş ədalət və rəhbərliyimə uyğundur.
O həzrətin ədəb və tərbiyyəsi haqqında belə yazıblar:
«Heç vaxt ucadan gülməz, həmişə ahəstə və ədəbli danışardı». Imam Məhəmməd Baqir əleyhissalam heç vaxt əsəbləşməzdi, həmişə rastlaşdığı adama hörmət göstərib onunla mehribanlıqla görüşərdi. Özü isə bu haqda belə buyurur:
«Bu iş ürəkləri bir-birinə yaxınlaşdırıb, düşmənçilikləri aradan qaldırar».
Imam dua edərkən çox ağlar amma heç vaxt ucadan, hönkür-hönkür ağlamazdı. Danışarkən sözünü Allah adı ilə başladığı kimi Allah adı ilə də bitirərdi.
O həzrətin çoxlu bağları və tarlası vardı. Onun özü də sadə bir əkinçi kimi, tarlaya gedər, fəhlələrlə birgə işləyib xörək yeyərdi. Həzrət öz xadimləri ilə yaxından əməkdaşlıq edən bir malik idi.
Həzrət (ə) öz bağ və tarlalarından əldə etdiyi qazancı Allah yolunda sərf edib, fəhlələrin bütün ehtiyaclarını təmin edərdi. Belə ki, öz zamanında Hicazda ən səxavətli şəxsiyyət kimi tanınmışdı.
Şeyx Müfid Imam Məhəmməd Baqir əleyhissalam haqqında belə yazıb: «O həzrət bütün elm və mərifətlərə bələd idi. Bütün ömrünü öz Allahına itaət etməklə başa vurmuşdu. Təqva və pəhrizkarlığında möhkəm və sarsılmaz idi. Birilə bağladığı əhd-peymanına həmişə sadiq qalardı. Ürəyinin saflığı, ruhunun paklığı və insani rəftarları hamını heyran qoymuşdu. O, camaata islam əxlaqını təlim edərək onları məhz bu əxlaqla tərbiyələndirirdi. Təəssübkeş sünni alimlərindən olan Ibni Həcər o həzrətin əxlaqı barədə yazır: «Imam Məhəmməd Baqir əleyhissalam səfalı və pak qəlbə malik bir şəxsiyyət idi. Sözü ilə əməli bir idi. Davranışı insani və islami idi. O, böyük arif, misilsiz bir abid idi. Onun insani ziynətlərini vəsf etməkdə acizəm».
O həzrətin xidmətçilərindən biri onun haqqında belə demişdir: «Həzrətlə birlikdə Məkkəyə getmişdik. Gözü Allahın evinə sataşdıqda o qədər ağladı ki, bihuş oldu. Әrz etdim ki, niyə bu qədər ağlayırsan? Buyurdu: «Bəlkə Allah bu göz yaşlarıma görə qiyamət günündə məni bağışlasın və rəhmət etsin».
Sonra imam namaz qılmağa başladı və uzun müddət səcdə halında qaldı. Başını qaldırdıqda isə səccadəsi həzrətin göz yaşlarından islanmışdı.»
Yalançı şəxsiyyət sayılan Məhəmməd ibni Münkədir belə demişdir: Imamın çox işlədiyini görüb öz-özümə fikirləşdim ki, həzrət dünya malına aşiqdir və gərək bir gün qabağını kəsib bu barədə ona nəsihət edəm. Nəhayət bir gün onu qızmar havada çox işlədiyinə görə tərləmiş görüb qabağına gedərək salam verdim və dedim:
«Ey Peyğəmbərin oğlu, niyə bu qədər dünya malının dalıncasan? Әgər bu vəziyyətdə ölsən, nə edərsən?»
Imam (ə) buyurdu: «Bu mənim ən yaxşı zamanımdır. Çünki sizə və başqalarına möhtac olmamaq üçün işləyirəm. Әgər Allah bu vəziyyətdə mənim canımı alsa çox sevinərəm. Çünki Ona ibadət və itaət halındayam». Mən bu cavabdan başa düşdüm ki, yanılırmışam. O həzrətdən üzr istəyib dedim: Mən sizə nəsihət vermək istəyirdim. Halbuki, siz mənə nəsihət verərək məni ayıltdınız».
Kuleyni isə o həzrətin haqqında belə yazıbdır: «Imamın dostlarından bir dəstə belə deyirlər: Günlərin bir günündə imamla görüşmək üçün evinə getdik. Salam verib halını soruşduqdan sonra gördük ki, həzrət çox narahatdır. Səbəbini soruşduqda övladının ağır xəstə olduğunu öyrəndik. «Әgər bu uşaq ölsə, imamın başına nə gələr» - deyə düşündük. Xudahafizləşib getdik. Sabahısı günü halını soruşmaq üçün həzrətin mənzilinə təkrar gəldikdə imamı xoşhal gördük. «Yəqin Allah lütf edib uşağı sağaldıb. Imam da buna görə xoşhaldır» - deyə düşündük. Lakin məlum oldu ki, uşaq ölüb. Biz imamdan «nəyə görə uşağın ölümündən qabaq çox narahat idiniz, lakin ölümündən sonra xoşhalsınız» - deyə soruşduqda imam cavabımızda belə buyurdu: «Övladım xəstə idi, mən də atalıq və insanlıq borcuma görə çox narahat idim və sağalması üçün cəhd edib Allahdan şəfasını diləyirdim. Lakin Allah onun ölərək əzab-əziyyətdən qurtarmasını məsləhət gördü. Mən də Onun əmr və istəyinə təslim olub Allaha şükr etdim. Biz Onun rizayəti naminə hər bir şeyə razıyıq və Onun sevdiyini sevirik.»
IMAMIN ELMI MӘQAMI
Imam Məhəmməd Baqir əleyhisslamın elmi məqamı haqqında Şeyx Tusi belə yazmışdır: »Şam əhalisindən olan bir kişi Imam Məhəmməd Baqir əleyhisslamın hüzuruna gəlib dedi: «Sən elmli və biliklisən. Belə ki, sənin məclisin mənim üçün çox mənfətli və dəyərlidir. Lakin sənin məclisində iştirak etsəm də özünü və xanədanını özümə düşmən hesab edirəm».
Imam heç bir cavab vermədi. Neçə gündən sonra həmin kişi xəstələnib yatağa düşdü. Imam dostları ilə birlikdə onun əyadətinə gəlib yatağının yanında əyləşdi və halını soruşdu. Bu alicənablığı görən şamlı kişi dediyi sözdən peşman olub imamdan nə cür üzr istəyəcəyini bilmirdi
Həzrət (ə) xəstənin dərmanları və pəhrizi haqqında ailəsinə danışdı və sağalmasını dua etdi. Çox çəkmədi ki, o kişi yaxşılaşıb xəstəlik yatağından qalxdı. Sabahısı gün imamın dərsinə gəlib dediyi sözdən peşman olduğunu söyləyərək ondan üzr istədi. Beləliklə də həmin şamlı kişi həmişəlik olaraq imamın dostlarından birinə çevrildi.
CABIR IMAMIN HÜZURUNDA
Həzrət Peyğəmbər (s) təqvalı səhabələrindən biri sayılan Cabir ibni Abdullaha buyurmuşdu: «Ey Cabir! Sən sağ qalaraq Tövratda adı Baqir olaraq yazılmış övladım Məhəmməd ibni Әli ibni Hüseyni görəcəksən. O zaman mənim salamamı ona yetirərsən».
Peyğəmbər (s) vəfat etdikdən sonra Cabir uzun müddət yaşadı. Bir gün Cabir imam Zeynül-abidinin evinə gəldikdə orada balaca bir uşaq gördü və həzrət Səccaddan «bu uşaq kimdir?» - deyə soruşdu.
Imam (ə) cavab verdi: «Bu oğlum Məhəmməd Baqirdir ki, məndən sonra müsəlmanların imamı olacaq».
Bu zaman Cabir imamın ayağını öpüb dedi: «Sənə canım qurban olsun ey Peyğəmbərin övladı. Baban Peyğəmbərin salamını qəbul et. O mənim vasitəmlə sənə salam göndərmişdir».
Imamın gözləri yaşardı və buyurdu: «Babam Peyğəmbərə (s) göy və yerlə durduqca salamlar olsun, sənə də ey Cabir salam olsun ki, onun salamını mənə yetirdin.».
IMAMIN TӘRBIYӘ METODU
O biri imamlar kimi Imam Məhəmməd Baqir əleyhisslamın da elm və biliyi vəhydən qaynaqlandığı üçün bütün məsələlərin cavabını bilirdi. Imamın elmi şəxsiyyəti o qədər yüksək idi ki, alimlər onun məclisində uşaqlar müəllimin qarşısında əyləşdikləri kimi əyləşirdilər.
Imam öz dərs məclisində bir bulud kimi elm yağışını tələbələrin zehninə yağdırırdı və hər kəs istedadı qədər ondan istifadə edirdi.
Məşhur şair Hişam 106-cı hicri ilində şamlılardan olan bir dəstəylə Məkkəyə gəlmişdi. O, həcc mərasimindən sonra istirahət etmək üçün Məscidül-həramda əyləşmişdi ki, birdən gözü Imam Məhəmməd Baqir əleyhisslama sataşdı. Həzrət bir küncdə əyləşmişdi, camaat da onun ətrafına yağışmışdı və hər kəs də öz məsələsini ondan soruşurdu. Bunu görən Hişam hirslənib alimlərdən biri olan Nafeni o həzrətin yanına göndərdi ki, imama cavabını bilmədiyini zənn etdiyi suallara verərək həzrətin nüfuzunu xalqın gözündən əskiltsin.
Saray alimi qabağa gəlib salam verərək sual vermək üçün imamdan izn istədi. Imam (ə) onun salamını alıb buyurdu: «Istədiyin sualı ver».
Nafe᾽ soruşdu: Isa ilə Məhəmmədin arasında zaman fərqi neçədir?
Imam buyurdu: «Bizim nəzərimizə əsasən 500 il».
Nafe᾽ soruşdu: Peyğəmbərə «vəsəl» (soruş) buyuran bu ayə Onun kimdən soruşmasını nəzərdə tutur?»
Imam (ə) cavab verdi: «Içində hər şey yazılmış olan Allahın Lövhi-məhfuzundan».
Nafe᾽ soruşdu: Allah nə vaxtdan mövcuddur?
Imam buyurdu: «Vay sənin halına! Zamanı Allah yaradıbdır. O, cism deyil və doğulmayıbdır ki, zamana da ehtiyacı olsun».
Nafe᾽utanıb dedi: Allaha and olsun ki, sən zəmanənin ən bilici şəxsiyyətisən.
Bir nəfər Abdullah ibni Ömərə sual verdi. O da sualın cavabını bilməyib onu verənə dedi: Bu uşaq Imam Məhəmməd Baqir əleyhisslamdır. Onun yanına get və sualını ondan soruşduqdan sonra aldığın cavabı mənə də deyərsən. Həmin adam imamın yanına gəlib sualını həzrətdən soruşdu və doğru cavab aldı. Sonra da Abdullah ibni Ömərin yanına gəlib imamın verdiyi cavabı ona dedi.
Abdullah ibni Ömər cavabı eşitcək dedi: Bunlar Allahın elm və bilik ziynəti ilə bəzədiyi xanədandırlar.
Imamın elmi məqamı o qədər yüksək idi ki, hər yerdə Peyğəmbərin xanədanından danışıldığı zaman Imam Məhəmməd Baqir əleyhisslamı Peyğəmbərin elminin yeganə varisi sayırdılar.
IMAMIN XRISTIAN ALIMLӘ OLAN MÜBAHISӘSI
Imam Sadiq (ə) buyurmşudur: «Bir gün atamla birlikdə Hişamın məclisindən qayıdırdıq ki, yolumuz xristianların yığışıb alimlərinə sual verdikləri yerdən düşdü. Yaxınlaşdıq ki, görək nə xəbərdir.
Saçı ağarmış bir qoca kişinin onların arasında oturduğunu, Məsihi ardıcıllarının da onun qarşısında əyləşdiklərini və ona müxtəlif suallar verdiklərini gördük. Biz də onların arasında oturduq.
Qoca xristian atam Imam Məhəmməd Baqir əleyhisslamı gördükdə dedi: «Sən bizdən ya Məhəmmədin ardıcıllarındansan?»
Atam cavab verdi: «Məhəmmədin ardıcıllarındanam».
Qoca kişi dedi: «Alimlərdənsən ya cahillərdən?»
Atam buyurdu: «Cahillərdən deyiləm».
Qoca kişi dedi: «Mən səndən soruşum ya sən məndən soruşursan?»
Atam buyurdu: «Sən soruş».
Qoca kişi heyrətlə atama baxdı və dedi: «Ey Allahın bəndəsi! Gecə olmayan və gündüz də olmayan saat hansı saatdır?»
Atam buyurdu: «Danın söküldüyü ilə günəşin çıxdığı vaxtın arası».
Qoca dedi: Hansı saatlardandır?
Atam buyurdu: «Cənnətin saatlarındandır. Bu saatda xəstələr ayılar, ağrılar toxtayar və gecə yuxusuz qalan yuxulayar».
Kişi dedi: Cənnət əhli yeyib-içərlər, amma bir şey ifraz etməzlər. Bu dünyada da onlara bənzər bir şey varmı?
Atam buyurdu: «Bəli, uşaq anasının bətnində yeyər, lakin yediyi şeyi ifraz etməz.»
Qoca dedi: Iddia edirsən ki, cənnət əhli cənnətin meyvələrindən nə qədər yesələr də o meyvələrdən heç bir şey azalmaz və əvvəlki halına qayıdar. Dünyada da elə bir şey varmı?
Atam buyurdu: «Bəli, çıraqdır. Әgər yüz çırağı bir çıraqdan yandırsan yenə də ondan bir şey azalmaz».
Xristian alim yerindən qalxıb dedi: Bu kişi məndən daha alimdir və mübahisə etdiyi adamın Imam Məhəmməd Baqir əleyhisslam olduğunu öyrənən kimi ona iman gətirib müsəlman oldu.»
HIŞAMIN MӘCLISINDӘ
Imam Sadiq (ə) buyurmuşdur: «Illərin birində Hişam ibni Әbdülməlik həcc üçün Məkkəyə gəlmişdi. Həmin il mən də atamla birlikdə həccə getmişdim. Bir gün yığıncaqda mən belə dedim: Allaha həmd olsun ki, xalqa doğru yolu göstərmək üçün Məhəmmədi peyğəmbərliyə seçdi və bizə də o həzrətin varlığı sayəsində dəyər verdi. Biz Allahın bəndələrinin seçilmişləri və Onun yer üzündəki xəlifələriyik. Bizə tabe olan xoşbəxtdir, bizimlə müxalif və düşmən olanlar isə bədbəxtdirlər. Camaat arasındakı Hişamın xüsusi casusu olan qardaşı eşitdiklərini Hişama xəbər verdi. Hişam Məkkədə bizə toxunmadı, lakin Şama qayıtdıqdan sonra Mədinədəki nünayəndəsinə məni və atamı Şama göndərməsini yazdı. Mədinənin hakimi bizi Şama göndərdi. Hişamın məclisinə daxil olduğumuz zaman Şamın əyanlarının hamısının orada olduğunu gördük.
Hişamın özü səltənət taxtında oturmuş, əyanları isə onun qarşısında durmuşdular. Uzaq bir məsafədə bir nişan qoymuşdur ki, hamı ona ox atırdı.
Məclisə girdikdə Hişam atama hörmət edib, dedi: Yaxın gəl sən də ox at.
Atam buyurdu: «Mən qocalmışam, məndən ox atmağı istəmə».
Hişam and içdi ki, əl çəkməyəcək. Atam çarəsiz qalıb yayı götürüb nişan aldı. Ox hədəfin tam ortasına dəydi. Bir ayrı ox atdı, o da əvvəlki oxun ortasına dəyib onu yarı böldü, üçüncü ox da ikincinin ortasına dəyib onu yarı böldü. Bu iş doqquzuncu oxa qədər davam etdi.
Hişam dedi: Bəsdir ey Әbu Cəfər. Sən ox atmaqda hamıdan mahirsən. Qəzəb odunda yanan və işindən peşman olan Hişam elə orada atamı qətlə yetirmək qərarına gəldi və özünü vəziyyətdən qurtarmaq üçün yaltaqlanmağa başlayıb dedi: Qüreyş qəbiləsi ərəblər və əcəmlərdən üstündür, çünki sənin kimi bir şəxsə sahibdir.
Daha sonra atamdan belə soruşdu: Belə dəqiq ox atamağı hardan öyrənmisən?
Atam cavab verdi ki, Allah-taala hər bir elm və mərifəti tam şəkildə bizə əta etmişdir.
Hişam atamın sözlərində çox qəzəblənib, başını aşağı saldı, sonra qaldırdı və belə dedi:
Məgər bizlər və sizlər Әbdu Mənafın nəslindən deyilik? Məgər Peyğəmbər (s) Әbdu Mənafın nəslindən deyildi ki, Allah onu bütün xalqın rəhbəri olara təyin etdi? Siz bu biliyi haradan irs aparmısınız?
Atam onun cavabında belə buyurdu: «Biz vəhy ailəsiyik və Allah bizə, başqa adamlara bəxş etmədiyi xüsusiyyətləri bəxş etmişdir. Necə ki, Peyğəmbər (s) kürəkəni Әli əleyhissalama, başqa adamlara demədiyi sirləri deyirdi. Әli əleyhissalamın özü də belə idi. Belə ki, o həzrət bir gün Kufədə belə buyurdu: «Allahın Peyğəmbəri elmin min qapısını mənim üzümə açmışdı ki, hər bir qapıdan min təzə qapı açılır».
«Ey Hişam, təkcə biz o elmləri irs aparmışıq, başqaları yox».
Hişam heç bir söz demədi və əmr etdi ki, bizi ehtiramla Mədinəyə yola salsınlar.
ISLAMI SIKKӘLӘR IMAMIN ӘMRI ILӘ KӘSILDI
Ilk hicri əsrində hələ kağızqayırma sənayesi rumların əlində idi. Misir xristianları bu sənəti rumlulardan öyrənib özləri də kağız düzəltməyə başladılar və onlar kimi xristianların şüarı olan «ata – oğul – ruhülqüds» şüarını çap etdilər.
Zirək bir adam olan Әbdülməlik Mərvan həmin kağızları görüb üsündə yazının mənasını öyrəndikdə çox narahat oldu. Axı Misir islam ölkəsi idi və bu şüardan istifadə etmək ağlabatan deyildi. Buna görə də dərhal Misir hakiminə belə bir məktub yazdı: Bundan belə kağızların üstündə tövhid şüarını yazmalısınız.
Üstündə tövhid şüarı yazılmış yeni kağızlar Rum şəhərələrinə çatdı və Rumun padşahı olan Qeysər əhvalatı öyrənib Әbdülməlik məktub göndərərək onu belə hədələdi: Әgər bu şüarı pozdurmasan, Rumda kəsdirilən sikkələrin üstünə islam Peyğəmbərinə söyüş yazmalarını əmr edəcəyəm. Bu sikkələr kəsildikdən sonra artıq sənin abrın gedəcək.
Әbdülməlik öz-özünə düşündü ki, əgər bu iş baş tutsa, işin səbəbkarı olduğum üçün islam hökmdarlarını ən pisi hesab edilərəm. Tezliklə bir iclas çağırıb məmləkətin böyükləri ilə məsləhətləşdisə heç bir nəticə almadı. Iclasda iştirak edənlərdən biri belə dedi: Bu məsələnin həllini Imam Məhəmməd Baqir əleyhisslamdan soruşmalıyıq.
Әbdülməlik onun təklifini bəyənib dərhal Mədinə hakiminə əmr etdi ki, imamı ehtiramla Şama göndərsin. Özü də Qeysərin elçisini Şamda saxladı.
Imam (ə) Şama yetişdikdə əhvalatı həzrətə danışdılar ki, bir çıxış yolu göstərsin.
Imam (ə) buyurdu: «Qeysər səni qorxudubdur. O, bu işi görməyəcək və Allah-taala ona bu işi görməkdə mane olacaq. Lakin, bununla belə, çıxış yolu bundan ibarətdir ki, sənətkarları çağırıb onlara əmr edəsəniz ki, bir üzündə tövhid surəsi, digər üzündə isə Peyğəmbərin adı həkk olunmuş sikkə kəssinlər. Beləliklə Rum sikkələrinə ehtiyacımız olmayacaq.» Sonra isə sikkələrin ağırlığı və ölçüsü barədə izahat verib buyurdu: «Sikkələrin kəsildiyi şəhər və tarixi də üstünə yazılmalıdır.»
Әbdülməlik imamın əmrini yerinə yetirdi və bundan sonra müsəlman şəhərlərində yeni sikkələrin dövrdə olduğunu, köhnə sikkələrin isə artıq dövrədən çıxdığını və ködnə sikkəsi olanlar gətirib yeni sikkələrlə dəyişə biləcəklərini elan etdi. Daha sonra Qeysərin elçisinə gördüyü işləri izah edib onu ölkəsinə qaytardı.
Qeysər əhvalatı öyrəndikdə nə edəcəyini bilmədi. Sarayında olanlar ondan təhdidini həyata keçirməsini tələb etdikdə o, belə cavab verdi: Bu iş mənasızdır. Çünki islam şəhərlərində artıq Rum sikkələrindən istifadə olunmur.
Imam Baqir (ə) bu fövqəladə işi ilə müstəmləkəçilərin nüfuzunun qarşısını aldı.
IMAMIN ӘSHABI
Imam Məhəmməd Baqir əleyhisslam zamanında Әməvi xəlifələri öz şəxsi işləri ilə məşğul olduqlarından və həm də Abbasilərlə hakimiyyət uğrunda mübarizə apardıqlarından o həzrət üçün islam mərifətlərini yaymaq fürsəti yaranmışdı. Imam (ə) bu fürsətdən istifadə edərək dərs və tədqiqat məclisləri təşkil etməyə başladı və öz məktəbində öz səviyyələrində misilsiz olan tələbələr yetirdi. Həmin tələbələrdən bəzisi bunlardan ibarətdir:
1. Imam Səccad (ə), imam Baqir (ə) və imam Sadiq əleyhissalamın məhzərində dərs oxuyan, zəmanəsinin görkəmli elmi şəxsiyyətlərindən sayılan, təfsir, fiqh, hədis və lüğət elmlərində dərin biliyə sahib olan Әban ibni Təğlib. Imam Baqir (ə) ona belə buyurmuşdu: «Ey Әban, Mədinə məscidində otur, xalqa fətva ver.
2. Imam Məhəmməd Baqir əleyhisslam və imam Sadiq əleyhissalamın məzhərində dərs oxuyan, hədis, fiqh və şiə mə᾽rifətlərindən dərin elmə malik olan Zürarə. Imam Sadiq (ə) onun haqqında belə buyurmuşdur: «Әgər Zürarə və dostları olmasaydılar Peyğəmbərin əsərləri məhv olmuşdu.»
3. Görkəmli şair, lüğət və ədəbiyyat elmlərində ustad olan Küməyt Әsədi. Küməyt həqiqətləri bəyan etmək və zülmkar hakimləri tənqid etməkdə misilsiz idi. O, gözəl şerləri ilə Әhli-beyti müdafiə edirdi, buna görə də bəzən öldürülməklə təhdid olunurdu. Әhli-beytin əsərlərini və onların üstünlüklərini bəyan etmək Әməvilər zamanında olduqca təhlükəli bir iş idi. Lakin bu azad şair, Әhli-beyt üçün bütün təhlükələrə sinə gəlirdi.
Küməyt Imam Məhəmməd Baqir əleyhisslamı çox sevirdi. Bir gün imamın hüzurunda çox gözəl və rəvan şerlər oxuduqda həzrət (ə) Kəbəyə tərəf dönüb belə buyurdu: «Ey Allah! Küməytə rəhmət qıl.»
4. «Әhli-beytin fəqihi» ləqəbini alan Məhəmməd ibni Müslim, Imam Məhəmməd Baqir əleyhisslam ilə imam Sadiq əleyhissalamın həqiqi dostlarından sayılırdı. Imam Sadiq (ə) onun haqqında belə buyurmuşdur: «Әhli-beyt elmləri onun vasitəsilə davam etmişdir».
IMAMIN ŞӘHADӘTI
Nəhayət Imam Məhəmməd Baqir əleyhisslam illərlə zəhmət və islam maarif və mədəniyyətinə xidmət etdikdən sonra hicri 114-cü ilin Zilhəccə ayının 4-də 59 yaşında ikən, Hişamın əmri ilə zəhərlənib şəhid oldu. O həzrətin pak bədənini Bəqi qəbristanlığında, başqa imamların yanında torpağa tapşırdılar.
IMAMDAN QISA HӘDISLӘR
1. Yalan danışmaq imanın zəifliyindəndir.
2. Mö᾽min qorxaq, tamahkar və paxıl olmaz.
3. Allah həyalı və dözümlü şəsxi sevər.
4. Faydalı alimin dəyəri yetmiş min savadsız abiddən daha çoxdur.
5. Allah, ağzını təmiz saxlamayan şəxsi sevməz.
6. Tənbəllikdən çəkin. Çünki hər bir pisliyin açarı tənbəllikdir ki, insanın din ilə dünyasını korlayar.
7. Allahın bəndələrinə zülm edən bizim şiələrimizdən deyil.
8. Bir-birinizə paxıllıq etməyin, xudbin olmayın, zülm etməyin, namaz qılın və yoxsulları sevin.
9. Hər kim xalqın çətinliklərini aradan qaldırmaq üçün cəhd göstərsə, Bədr və Ühüd müharibələrində şəhid olan bir müsəlman kimidir.

Imam ZeynalAbidin(e.)
ALTINCI MӘSUM
IMAM SӘCCAD ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Әli
Ləqəbi: Səccad və Zeynül-abidin
Künyəsi: Әbu Məhəmməd
Atası: Həzrət Hüseyn (ə)
Təvəllüd tarixi: Hicri 38-ci il
Imamlıq müddəti: 35 il
Ömrü: 57 il
Şəhadəti: Hicri 95-ci ildə Hişam ibni Әbdülməlikin əmri ilə zəhərlənərək şəhid oldu.
Məzarı: Mədinədə Bəqi qəbristanlığı.
IMAM ZEYNÜL-ABIDIN ӘLEYHISSALAM
TӘVӘLLÜDÜ
Iran, ikinci xəlifə Ömərin dövründə müsəlmanlar tərəfindən fəth olunduqdan sonra Iran şahı Yəzdgirdin qızları Mədinəyə gətirildilər.
Hamı Mədinə məscidinə yığışaraq Ömərin nə əmr edəcəyini gözləyirdi. Ömər onları satmaq istədikdə Әli (ə) bu işə mane olub belə buyurdu: «Qızları sərbəst burax, qoy öz istədikləri adama ərə getsinlər.»
Bu vaxt qızlardan biri Hüseyn ibni Әlini, o birisi isə imam Həsən Müctəbanı özün ər seçdi. Әli əleyhissalam həzrət Hüseyn əleyhissalama buyurdu: «Bu qızı lazımınca qoru, çünki onun bətnində Allahın yer üzündə ən yaxşı bəndəsi və bütün imamların atası olan bir imam dünyaya gələcəkdir».
Çox keçmədi ki, Әli ibni Hüseynin vücudunun günəşi, hicri 38-c ilin Şəban ayının beşində cüməaxşamı günü, Mədinədə işıqlandı. Uşağın adını Әli qoydular, sonralar isə Zeynül-abidin və Səccad ləqəblərinin sahibinə çevrildi.
HӘZRӘT ZEYNÜL-ABIDININ ӘXLAQI XÜSUSIYYӘTLӘRI
1. Təqvası:
O həzrətin əxlaqi xüsusiyyətlərindən biri də təqva və pəhrizkarlığı idi. Bu barədə imam Sadiq (ə) belə buyurmuşdur: «Әli ibni Hüseyn, Bəni Haşim övladları arasında öz gözəl rəftarına əsasən Әli əleyhissalama çox bənzəyirdi».
O həzrətin oğlu imam Məhəmməd Baqir (ə) isə bu barədə belə buyurmuşdur: «Bir gün atamın yanına gəldikdə onun Allaha ibadətlə məşğul olduğunun şahidi oldum. Belə ki, o həzrətin gözləri ağlamaqdan qızarmış, ayaqları isə səcdəyə getməkdən şişib, topuğu qabar olmuşdu. Bu vaxt mən ona dedim: Әziz ata, niyə ibadətdə ikən özündən gedir və özünü bu qədər incidirsən?» Atam ağlayıb buyurdu: «Övladım! Allaha nə qədər ibadət etsəm belə yenə, baban Әli ibni Әbu Talibin ibadətlərinin yanında heçdir.»
Tavus Yəmani deyir: Imamın Kəbədə səcdə halında ikən belə söyləməsinin şahidi oldum: «Pərvərdigara! Sənin bəndən, Sənə möhtac olan, Sənin evində Sənin rəhmətini, əfvini və ehsanını gözləyir.»
2. Xalqın həyat və məişəti ilə maraqlanmaq:
Imam Zeynül-abidin əleyhissalam da, babası həzrət Әli (ə) kimi tarla və xurmalıqlarda çalışırdır. Hər xurma ağacınında iki rükət namaz qılıb özündən gedərdi ki, Allahdan başqa heç bir şey yadına düşməzdi.
Iyirmi dəfə Məkkəyə piyada getmiş, həmişə də xalqı Quranın cəzbedici ayələri ilə hidayət edib, onlara doğru yolu göstərərdi.
Dünyadakı bütün insani sifətlər o həzrətin vücudunda cəm olmuşdu. O, müqavimət, fədakarlıq və rəhmətin ən mükəmməl nümunəsi idi. Yüzlərlə yoxsul və ac ailəni dolandırır, gündə evində bir neçə qoyun kəsdirərək kasıblar arasında paylayır, paltarsızlara paltar verir, borcluların borclarını ödəyirdi, özü isə sadə geyinib sadə dolanırdı.
Günlərin bir günündə bir kişi Әli ibni Hüseynin hüzuruna gəlib söyməyə başladı. Imam böyük həvəslə və mehribanlıqla həmin kişiyə belə buyurdu: «Aya qardaş əgər doğru deyirsənsə və bu saydığın sifətlər məndə varsa, Allah məni bağışlayıb günahımdan keçsin. Yox əgər yalan söyləyirsənsə Allah səni bağışlayıb günahından keçsin». O kişi imamın bu ehtiramından utanıb həzrətdən üzr istədi.
Imamın dostlarından olan Әbu Həmzə Səmali həzrətin xidmətçisindən xülasə olaraq, imamın əxlaqından ona danışmasını xahiş etdikdə xidmətçi öz sözünü belə başladı: «Illərdir ki, onun qulluğundayam. Düzlük, doğruluq, təqva və paklıqdan başqa o həzrətdə heç bir şey görməmişəm. Mövlam, bütün çətinliklərə baxmayaraq, xalqın məsələləri ilə maraqlanaraq onların qarşılaşdıqları çətinlikləri yorulmadan həll edir».
Zeyd ibni Üsəma ölüm yatağında ikən, imam Səccad (ə) onun əyadətinə gəldikdə Zeydi ağlayan görüb ondan nəyə görə ağladığını soruşdu. Zeyd belə cavab verdi: «On beş min dinar borcum var ki, gərək ödəyəm, lakin mal-dövlətimə baxdıqda isə görürəm ki, heç borcum qədər deyil». Imam (ə) buyurdu: «Ağlama, mən sənin bütün borclarını ödəyərəm, buna əmin olar bilərsən.»
Axşamlar hava qaraldıqda və hamı yatandan sonra həzrət Səccad (ə) ayağa qalxıb, müxtəlif azuqələri bir kisəyə tökərək tanınmasın deyə üzünü örtüb, kisəni dalına çatıb yoxsulların evinə aparardı.
Həzrət (ə) Mədinədə yaşayan təxminən yüz başsız ailəni idarə edirdi ki, onların da çoxu yoxsul və kasıblardan ibarət idi. Qəribədir ki, həmin ailələrdən biri də bilmirdi ki, onların məişətini idarə edən imam Zeynül-abidin əleyhissalamdır.
Onlar yalnız imam şəhid olduqdan sonra, köməklərinin kəsildiyini görüb başa düşdülər ki, onlara yardım edən şəxs həzrət Səccad imiş.
ATASI ILӘ BIRLIKDӘ
Imam Zeynül-abidin əleyhissalamın atasının Kərbəlaya hicrət etdiyi gündən etibarən imam Hüseyn əleyhissalamın ardınca qədəm-qədəm irəliləyirdi. Hətta Aşura günündə atası kömək istədikdə xəstə olmasına əhəmiyyət verməyib atasının köməyinə yetmək üçün ayağa qalxdıqda həzrət Zeynəb (ə) ona mane olub buyurdu: «Sən bu ailənin yeganə yadigarı, Hüseyndən sonrakı imamımız və hamımızın qoruyucususan. Sənin borcun bizi qorumaq və şəhidlərin missiyasını xalqa yetirməkdir.»
Bir sıra cahil adamlar imamı əldən düşmüş bir xəstə kimi təsəvvür etsələr də, yanılırlar. Çünki imamın Kərbəladakı xəstəliyi ilahi bir məsləhət imiş ki, düşmən qılıncından amanda qalaraq həzrətin özü Kərbəlanın canlı tarixi olsun. Imam Hüseyn (ə) və bütün əshabı şəhid olduqdan sonra, Şümr (lə) və Bəni Üməyyə qatillərindən bir dəstə imamın çadırına girib Hüseynin varisini də öldürmək istədilər. Lakin imamı xəstə gördükdə Şümrlə (lə) gələnlər ona etiraz etdilər. Ömər Səd də Şümrü tutacağı əməlinə görə qınayaraq onu imamın çadırından çıxarıb dedi: Görmürsən bu xəstədir və heç bir iş görə bilməz?! Onunla işin olmasın!!»
HӘRӘKATIN BAŞLANMASI VӘ IMAMIN HӘRӘKATDAKI ROLU
Hicri 61-ci ilin Məhərrəm ayının 11-də səhər çağı, imam Zeynül-abidin əleyhissalam şəhidlərin ailəsi ilə birlikdə düşmən tərəfindən mühasirə olunmuş bir vəziyyətdə ikən əl-ayağını da zəncirlə bağlayaraq o həzrətin daha çox narahat olması üçün şəhidlərin başlarını gözünün qabağına qoymuşdular.
Heç şübhəsiz əgər bu imam (ə) Kərbəlada olmasaydı və Yezidin cinayətlərini yaxından görməsəydi və həmin cinayətləri Kufədə və Şamda xalqa izah etməsəydi, Bəni Üməyyə hökuməti tarixdə bu dərəcədə rüsvay olmazdı.
Hüseyn (ə) xanədanı, onları məğlub hesab edən bir dəstə cahilin güman etdiyinin əksinə olaraq getdikləri hər bir yerdə öz inqilablarının qələbəsindən, Yezidin isə məğlubiyyətindən danışırdılar. Bundan üstün qələbə nə ola bilər ki, düşmən onlardan qorxurdu və danışmağa ağızlarını açanda xalq onları alqışlayıb afərin deyərək düşmənlərinə lənət söyləyirdilər?!
IMAMIN KUFӘDӘ ÇIXIŞI
Әsirlər karvanı Kufəyə çatdıqda camaat onları görmək üçün pişvazlarına çıxmışdılar. Imam Səccad (ə) Kufəlilərin etinasızlığından başa düşdü ki, onları tanımayıblar. Buna görə əli ilə işarə edərək onlara susmaq əmrini verdi. Camaat susdu. Hüseynin yadigarı sözə başlayıb belə buyurdu: «Ey Kufə camaatı! Mən Әli və Fatimənin övladı, Peyğəmbərin övladı Әliyəm. Mən uşaqları öldürülmüş, var-dövləti talan olunmuş, xanədanı əsir alınaraq qarşınızda saxlanılan imamın övladıyam.
Siz atama məktub göndərib dəvət etdiniz. O isə sizə tərəf gəldikdə onu öldürdünüz. Sabah qiyamət günündə Allahın və Peyğəmbərin cavabını necə verəcəksiniz?
Siz peyğəmbərinizin hörmətini saxlamadınız, onun ruhunu incitdiniz. Vay sizin halınıza, siz çox pis adamsınız».
Imam (ə) bu sözləri ilə yatmış vicdanları oyadaraq qəlbləri riqqətə gətirdi. Bununla da Әməvilərin şənliyini yasa çevirdi.
IBNI ZIYADIN SARAYINDA
Məmurlar Kufə şəhərində vəziyyətin gərginləşdiyini Ibni Ziyada xəbər verdikdə əsirlərin tezliklə saraya gətirilməsini əmr etdi.
Ziyadın alçaq və satqın oğlu təntənəli bir yığıncaq təşkil edib Kufənin böyklərini də oraya dəvət etmişdi. Beləliklə də öz qüdrətini onlara göstərib, lovğalanmaq və riya etmək istəyirdi.
Elə bu vaxt Hüseynin sağ qalmış ailə üzvlərini oraya gətirdilər. Orada olanların hamısı onlara baxırdılar. Әsirlərin heç biri Kufə cəlladı Ibni Ziyada məhəl qoymadı. Ibni Ziyad qəzəblənmişdi və onlara hörmətsizlik etmək istəyirdi, lakin cəsarəti çatmadı. Həzrət Səccad ona xitab edib buyurdu: «Ey Ziyad oğlu! Bu gün qüdrət taxtında oturubsan, Peyğəmbərin uşaqları isə qarşında durublar. Belə güman etmə ki, bizim nəzərimizdə qiymətli bir dəyərin vardır».
Bu cümlələr ona elə təsir etdi ki, Kufənin zülmkar hakimi əl-ayağını itirib yaman söyləməyə və təhdid etməyə başladı. O əmr etdi ki, imam Səccadı da öldürsünlər. Әsirlərin hərəkəti və orada olanların etirazı Ibni Ziyadın verdiyi əmri geri götürmək məcburiyyətində qoydu. Amma imam Səccad (ə) yenidən ona xitab edərək belə buyurdu: «Məni öldürməklə qorxudursan? Öldürülmək bizim adətimiz, şəhid olmaq isə kəramətimizdir». Ibni Ziyad çaş-baş qalmışdı, onun əsirlərini oradan aparmaq əmrini verməkdən başqa heç bir çarəsi qalmamışdı.
YEZIDIN MӘCLISINDӘ
Peyğəmbər xanədanı artıq yorğun, ruhdan düşmüş və narahat idi. Onları iplə bir-birinə bağlayıb Yezidin sarayına apardılar. Onlar Yezidlə də Ibni Ziyadla davrandıqları kimi rəftar etdilər. Bu vaxt imam Səccad əleyhissalam buyurdu: «Ey Yezid! Sən özünü müsəlman hesab edirsən, amma əgər Peyğəmbər (s) bizi bu vəziyyətdə, belə bağlanmış halda görsə, səninlə necə rəftar edər və sənə nə deyər?»
Imamın bu qəti cümləsi orada olanların hamısını ağlatdı. Yezid isə qoxusundan tez iplərin kəsilməsini əmr etdi.
Daha sonra Yezid ağır sözlər deməyə başladı. Lakin Hüseynin övladları, o cümlədən imam Səccad əleyhissalam, qarşısında dayanıb ifşaedici sözlərilə onu rüsvay etdilər. Iş o yerə çatdı ki, Yezidin hərəmxanasının içindən belə etiraz və ağlamaq səsləri ucaldı. Bu etiraz və ağlamaqların hər biri Yezidin başına dəyən bir çəkicə bənzəyirdi ki, onu işrət yuxusundan oyadırdı. O, başa düşdü ki, əgər Peyğəmbərin varislərini bir az da öz sarayında saxlasa, qiyam başlanar və o zaman da Yezid həlak olar. O, özünü xalqın e᾽tiraz və qəzəb dənizində qərq olunmuş bir vəziyyətdə görür, o yan bu yana baxaraq özünə bəraət qazandırmaq üçün çıxış yolu axtarırdı. Birdən qışqırıb dedi: «Allah bu Ibni Ziyada lənət eləsin. Mən Hüseyni öldürmək və ailəsini əsir aparmağa razı deyildim.». Lakin artıq iş işdən keçmişdi və hamı bilirdi ki, əsl cinayətkar onun özüdür. Buna görə də rüsvayçılıq artmasın deyə dərhal əmr etdi ki, əsirləri qabaqcadan onlar üçün hazırlanmış xüsusi yerə aparsınlar. Peyğəmbərin övladlarını həmin yerə apardılar. Lakin onlar orada da sakit durmayıb xalqa Yezidin cinayətləri barədə məlumat verirdilər. Hətta imam Hüseynin üç yaşında olan qızı Rüqəyyə də bu mübarzədə iştirak edirdi.
IMAM ŞAM MӘSCIDINDӘ
Bir gün Yezid məğlubiyyətini aradan aparmaq üçün hökmdarlığı və qüdrətinin mərkəzi olan Şam məscidində təntənəli bir məclis qurub satqın natiqlərə əmər etmişdi ki, onu mədh edib Peyğəmbərin ailəsinə yaraşmayan sözlər desinlər. Bununla da xalqın qarşısında bəraət qazanıb Peyğəmbərin övladlarını təqsirkar göstərmək istəyirdi. Imam Səccad əleyhissalam məscidin bir küncündə oturub Yezidin natiqini dinləyirdi. Natiq Yezidi mədh edib, Peyğəmbərin xanədanına pis sözlər dediyi vaxt, o həzrət (ə) uca səslə fəryad etdi: «Vay olsun sənin halına ey satqın muzdur! Yezidi sevindirmək üçün Allahı qəzəbləndirdin, özün üçün isə cəhənnəm qazandın».
Sonra Yezidə tərəf dönüb buyurdu: «Qoy bu taxtaların üstünə çıxım və Allah ilə xalqı sevindirən bir söz danışım».
Yezid əvvəlcə əhəmiyyət verməyib icazə vermək istəmədi. Lakin məclisdə olanlar Yezidin imama icazə verməsini istədilər. Yezid çarəsiz qalıb icazə verdi, lakin bu işin axırından qorxurdu.
Imam (ə) minbərə çıxıb Allaha həmd və səna etdikdən sonra buyurdu: «Ay camaat! Allah-taala bizə elm, dözüm, səxavət, şücaət, iman və pəhrizkarlıq əta etmişdir. Bilin ki, islam Peyğəmbəri bizdəndir, Әli (ə) və Cə᾽fəri Təyyar bizdəndir, Həmzə Seyyidüş-şühəda və Peyğəmbərin qəlbinin meyvələri olan imam Həsən ilə imam Hüseyn (ə) bizdəndirlər».
Birdən-birə xalq özünə gəlib, qəlblər sinələrdə çırpınmağa başladı və bütün gözlər imama zilləndi.
Demək bizə yalan demişdilər ki, bunlar hökumət əleyhinə qiyam edən xaricilərdir. Bunlar Allahın yer üzündəki ən yaxşı bəndələridirlər.
Imamın sonrakı cümlələri xalqı daha da ayıltdı. Imam (ə) belə buyurdu: «Mən Məkkənin, Minanın övladıyam, mən zəmzəm və səfanın övladıyam (yəni onlar bizə aiddir). Mən meraca getmiş bir şəxsin övladıyam, mən Allah Peyğəmbərinin övladıyam, mən Әliyyi-Mürtəzanın, Fatimeyi-Zəhranın övladıyam, mən Kərbəlada günahsız öldürülən Hüseynin övladıyam».
Birdən onlar qəhərlənib, kişili-arvadlı ağlamağa başladılar. Özünü mühasirədə hiss edən Yezid «azanverənə azan vermək əmrini verin» - dedi. Azan səsi yüksəldi «Allahu Әkbər». Həzrət (ə) buyurdu: «Әn böyük Allahdır.» Azanverən dedi: «Әşhədü ənla ilahə illəllah». Həzrət (ə) belə buyurdu: «Әtim, dərim və sümüklərim də buna şahiddir». Azan verən dedi: «Әşhədü ənnə Muhəmmədən Rəsulillah». Həzrət (ə) buyurdu: «Ey azançı! Adını çəkdiyin Peyğəmbərə görə bir az döz dayan.» Sonra Yezidə xitab edərək buyurdu: «Ey Yezid! Adını çəkdikləri bu peyğəmbər mənim babamdır yoxsa sənin baban? Әgər «mənim babamdır» - desən, yalan deyibsən və əgər «sənin babandır» - desən, onda nə üçün Kərbəlada oğullarını öldürüb uşaqların əsir etdin?»
Yezid cavab verə bilməyib xalqı aldatmaq üçün tez namaza qalxdı. Imam isə Şam əhalisindən bir dəstə ilə birlikdə etiraz nişanəsi olaraq məscidi tərk etdi.
Bu sözlər, bu kəlamlar o qədər təsiredici idi ki, Yezid Peyğəmbərin Әhli-beytini ehtiramla Mədinəyə göndərmək məcburiyyətində qaldı. Bu etirazlar xalqın qəzəb və nifrətini Yezid və Әməvi dövlətinə qarşı inqilab bayrağını dalğalandırdı. Artıq Mədinə Yezid əleyhinə üsyan və qiyama başlamışdı.
Yezid qiyamı qırğınla yatırtmaq istəyirdi, amma artıq bunun heç bir faydası yox idi. Buna görə də Müslim ibni Әqəbə adlı murdar bir kişinin sərkərdəliyi altında Mədinəyə hərbi bir hissə göndərdi. O da üç gün əsgərləri ilə birlikdə xalqın evinə soxulub var-dövlətlərini talan edərək, təxminən on min nəfər öldürdü. Lakin bunların heç biri fayda vermədi və ondan sonra Yezid bir gün görmədi.
Nəhayət hicri 64-cü ildə Yezidin həyatının qara kitabı bağlanıb dünyadan getdi və oğlu ikinci Müaviyə onun yerində oturdu. Lakin qırx gündən sonra atasının cinayətləri və xanədanının abırsızlığına görə vəzifəsindən istefa verdi. Illərlə xəlifəlik məqamına göz tikən Abdullah ibni Zübeyr Məkkədə qiyam edib hakimiyyəti ələ keçirdi. Şamda isə Mərvan qüdrətə çatdı. Hakimiyyət uğrunda mübarizə başlandı. Ikisi də bir-birlərini aradan aparmaq üçün hazırlaşırdılar. Çox kemədi ki, Mərvan öldü və oğlu Әbdülməlik onun yerində oturdu.
O, hakimiyyəti ələ keçirdikdən sonra hicri 73-cü ildə Məkkəni mühasirə edib Abdullah ibni Zübeyri öldürdü.
Әbdülməlik xəsis və alçaq bir adam idi. Ondan insanlıq və mərhəmətdən bir əsər belə yox idi. Belə ki, bir gün Müsəyyibə «yaxşı işlər xoşuma gəlir» - deməsi tarixi bir həqiqətdir. Әbdülməlikin ən böyük cinayətlərindən bir də Həccacı Kufəyə və Bəsrəyə hakim təyin etməsidir. Həccac çox rəhimsiz və daşürəkli bir adam idi və qısa bir müddət ərzində həzrət Әlinin ardılıcıllarından təxminən yüz iyirmi min nəfəri öldürüb çoxlarını da zindana saldı.
Әbdülməlik həzrət Səccad əlehyissalamı nəzarət altında saxlayır və bir bəhanə axtarırdı ki, o həzrəti tutdursun. Nəhayət onu tutdurub Şama gətirtdi. Lakin xalqın etirazı nəticəsində həzrəti Mədinəyə qaytarmaq məcburiyyətində qaldı.
IMAM SӘCCADIN HIŞAMLA OLAN ӘHVALATI
Әbdülməlik illərlə davam etdiyi cinayətlərindən sonra öldü və oğlu Hişam atasının taxtında oturdu. O, həcc günlərinin birində Məkkəyə, özü demişkən, Allahın evini ziyarət etməyə gəlmişdi. Bununla da sadəlövh insanları aldatmaq istəyirdi. Bununla da sadəlövh insaların aldatmaq istəyirdi. Təvaf zamanı izdiham çox olduğuna görə təvaf edə bilmədiyindən məcbur qalıb bir küncdə oturdu. Birdən imam Səccad (ə) hərəmə girdikdə camaat o həzrəti saxlamayaraq onun rahat təvaf etməsi üçün yol açdılar.
Həzrət (ə) təvaf etdikdən sonra Həcərül-əsvədə tərəf getdi ki, ona əl sürtsün. Bu əhvalatı görən Hişam bərk narahat olub etinasızlıqla soruşdu: «Bu kişi kimdir? Onu tanımıram.» Azad bir şair olan Fərəzdəq tez Hişama tərəf dönüb dedi: «Ey Hişam, onu tanımamağın çox təəccüblüdür. Qulaq as onu sənə təqdim edib tanıtdırım.
Bu Məkkə yurdu və Allahın hərəminin tanındığı bir şəxsdir.
Bu elə bir şəxsdir ki, islam Peyğəmbəri onun babasıdır və Allah həmişə onlara salam göndərir. Bu, Allahın bəndələrinin ən xeyirlisinin oğludur. Bu həmin məşhur pəhrizkar insandır. Sənin «onu tanımıram» - deməyin, ona heç ziyan yetirməz. Әgər sən onu tanımasan da, bütün ərəb və əcəm onu tanıyır».
Hişam Fərəzdəqin sözlərindən qəzəblənib onu zindana aparmalarını əmr etdi.
Imam Səccad (ə) zindanda ona hədiyyə göndərərək çəkdiyi zəhmətlərinə görə təşəkkür edərək nəhayət, onu zindandan azad etdirdi.
IMAM SӘCCAD (Ә) VӘ SӘHIFEYI-SӘCCADIYYӘ
Imam Səccad (ə) nəzarət altında olduğu üçün təbliğat vəzifəsini dua şəklində bəyan etmək məcburiyyətində qalmışdı. O həzrətin dualaranın külliyyatı «Səhifeyi-Səccadiyyə» adlı bir kitabda toplanıbdır. Bu kitab riyaziyyat, biologiya, astrontomiya, əxlaq, siyasət və sairə bu kimi elmləri ehtiva edir.
Әslində isə bu kitab həqiqətləri, çətinlikləri və dərdləri ifadə edir. Biz burada nümunə olaraq həmin kitabdan bir neçə qısa və sadə cümlənin tərcüməsini sizlərə təqdim edirik.
1. «Ey Allah! Qəzəbin və paxıllığın həddini aşmasından, dözümlülüyün azlığından və həyatda iftar etməkdən sənə pənah gətirirəm».
«Ey Pərvərdigara! Ömrüm Sənin bəndələyində və Sənə itaət etməklə keçdiyi müddətdə məni diri saxla; Şeytanın otlağına çevrildikdə isə məni Özünə tərəf apar və canımı al».
2. «Ey övlad! Ata-anana hörmət göstər. Çünki ata olmasaydı, sən də yox idin. Səni bütün varlığın ilə qoruyan anana bax. O, səni qidalarndıraraq ac qalmasından qorxmur; səni geyindirərək özünün paltarsız qalmasından qorxmur, səni kölgədə saxlayaraq özünün gün altından qalmasından çəkinmir. Sən onun zəhmətinin əvəzini verməyə qadir deyilsən. Bu işi yalnız Allah görə bilər».
3. «Övladına yaxşı bax. Çünki yaxşı halda da, yaman halda da səndən asılıdır və sən ona təbriyə vremək və doğru yol göstərməyə məsulsan.»
4. «Bacı-qardaşlarınla mehriban ol. Çünki onlar sənin izzətin və qüdrətindirlər. Düşmən qarşısında onlara yardım et və həmişə onların xeyrini istə».
5. «Müəllimə hörmət bəslə və o olan yerdə sən də ədəbli ol və onun sözlərinə qulaq as».
6. «Qonşuna ehtiram göstər və ona yardım et. Әgər onun bir eybini görsən, aşkar etmə, səhv etdikdə isə ona nəsihət ver».
7. «Yoldaşınla insafla davran və o səni necə istəyirsə, sən də onu elə sev».
«Әgər günah etmək istəsə, ona mane ol. Onunla həmişə qəzəbli deyil, mərhəmətlə davran».
HӘZRӘTIN ŞӘHADӘTI
Nəhayət o böyük imam (ə) hicri 95-ci ilin Məhərrəm ayının 25-də, 57 yaşında ikən, bir çox narahatçılıqlar və zəhmətlər çəkdikdən sonra Hişam ibni Әbdülməlik tərəfindən zəhərləndirilərək şəhid oldu. Bəqi qəbristanlığında imam Həsən əleyhissalamın yanında dəfn olundu. Bu gün mübarək və müqəddəs məzarı yolunun aşiqləri və ardıcıllarının ziyarətgahına çevrilmişdir.

Imam Huseyn (e.)
BEŞINCI MӘSUM
IMAM HÜSEYN ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Hüseyn (ə)
Ləqəbi: Seyyidüş-şühəda
Künyəsi: Әbu Abdullah
Atası: Әli (ə)
Anası: Fatimeyi-Zəhra (s)
Babası: Peyğəmbər (s)
Doğum ili: Hicri 4-cü il
Imamlıq müddəti: 10 il
Ömrü: 57 il
Şəhidlik: Hicri 61-ci ildə Yezidin əmri ilə şəhid edildi.
Məzarı: Kərbəla (Iraqda).
TӘVӘLLÜDÜ
Həzrət Fatimənin ikinci övladı 4-cü hicri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. Həzrət Peyğəmbər (s) bu xəbəri eşidən kimi, sevinə-sevinə qızının evinə tərəf yola düşdü. Zəhranın xidmətçisi Әsma uşağı ağ bələyə büküb Həzrət Peyğəmbərin hüzuruna gətirdi.
Әziz Peyğəmbərimiz körpəni qucağına alıb sağ qulağına azan, sol qulağına isə iqamə oxuyub həzrət Hüseyni birinci dəfə olaraq Allahın adı ilə yaxından tanış etdi.
Təvəllüdün yeddinci günü Allah tərəfindən Həzrət Peyğəmbərə (s) nazil olan mələk belə dedi: «Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Әli də sənin dostun və qardaşındır. Buna görə də bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy». Beləliklə həzrət Hüseyn əleyhissalamın adı Allah tərəfindən qoyuldu.
Hüseynin təvəllüdünün yeddinci günü, Fatimə (s) oğlu üçün bir qoyun qurbanlıq edib ətini yoxsullara payladı.
Həzrət Peyğəmbər (s) dəfələrlə bu uşağı qucağına alıb onu öpər, ağlayar və belə buyurardı: «Hüseyni qarşıda böyük bir müsibət gözləyir. Bəni Üməyyədən olan bir dəstə zalım, oğlumu öldürəcəkdir. Onlar qiyamət günü həmişəlik olaraq mənim şəfaətimdən məhrum olacaqlar.»
PEYĞӘMBӘRIN HÜSEYNӘ OLAN MӘHӘBBӘTI
Həzrət Peyğəmbərin əshabından olan Salman Farsi bu barədə belə deyib: «Peyğəmbərin, oğlu Hüseyni dizi üstündə oturdub onu öpərkən nəvaziş etdiyini gördüm. Bu zaman həzrət belə buyurdu: Sən imamsan, imamın oğlu və imamların atasısan. Sənin nəslindən doqquz imam dünyaya gələcəkdir ki, onların axırıncısı vəd olunmuş Məhdidir».
Peyğəmbərin Hüseynə olan sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: «Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edibdir.»
HÜSEYN (Ә) ATA-ANASINA KÖMӘKÇI IDI
Həzrət imam Hüseyn əleyhissalam ömrünün altı ilini babası Peyğəmbər ilə keçirib. Peyğəmbərin vəfatından sonra isə otuz il atası Әli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olmuş və həmişə atasını müdafiə etmişdi. Necə ki, bir gün Peyğəmbərin məscidinə gəlib ikinci xəlifənin babasının minbəri üstündə oturub danışdığını görəndə, Hüseyn (ə) fəryad edib dedi: «Babamın və atamın minbərindən düş aşağı! Ora sənin yerin deyil.»
Atasının xəlifə olduğu bir neçə il ərzində fədakar və yorulmaz bir əsgər kimi islamı müdafiə edir, eləcə də zalımlar əleyhinə mübarizə aparırdı.
Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində o da, qardaşı imam Həsən Müctəba (ə) kimi iştirak etmiş, dəfələrlə atası ilə çiyin-çiyinə düşmənə qarşı döyüşmüşdü.
Atasının şəhadətindən sonra qardaşına rəsmən beyət edib, onu rəhbər və imam kimi qəbul etmiş və özünə verilən sualları qardaşı imam Həsən (ə)-a həvalə etmişdi.
IMAM HÜSEYN (Ә) MÜAVIYӘNIN DÖVRÜNDӘ
Imam Həsən əleyhissalam Müaviyə tərəfindən şəhid edildikdən sonra Әli əleyhissalamın 46 yaşında olan ikinci oğlu imam Hüseyn əleyhissalam xəlifəlik və imamət məqamına yetişmişdi.
Imam Hüseyn əleyhissalam çox yaxşı bilirdi ki, müsəlmanların başına gələn bütün bədbəxtliklər Müaviyə tərəfindəndir və Müaviyə müxtəlif hiylə və planlarla islamın əsaslarını məhv etmək istəyir. Amma Müaviyə özünü xalqa elə göstərirdi ki, guya islam və müsəlmanların halına yanan yeganə adamdır. Buna görə də imam Hüseyn əleyhissalam onunla aşkar şəkildə mübarizə apara bilmirdi. Çünki bilirdi ki, mübarizəyə qalxarsa, özünün də taleyi qardaşının taleyi kimi olacaq.
Buna görə də imam (ə) çalışırdı ki, xalqı cəhalət və nadanlıq yuxusundan ayıldıb, tədriclə şüurlu adamları öz tərəfinə çəkərək onlardan islamın mənafeyi naminə istifadə etsin.
Imam (ə) hələ mömin şəxslərin tərbiyəsi ilə məşğul ikən, bəzən Müaviyənin əleyhinə də danışırdı. Müaviyə oğlu Yezid üçün xalqdan beyət aldığı zaman, imam Hüseyn əleyhissalam bu işə qarşı çıxıb Müaviyəyə göndərdiyi məktublar vasitəsilə onu rüsvay etmişdi. Həmin məktublardan bəzilərini qeyd edirik:
1. «Ey Peyğəmbər xəlifəsi olduğunu iddia edən Müaviyə! Sən Әzra çölündə Hicr ibni Әdiyyi və dostlarını öldürmədinmi? Demək, sən qatil və günahkarsan, səni cəzalandırmaq lazımdır və sənin ümmətin rəhbəri olmağa haqqın yoxdur».
2. «Ey Müaviyə! Sən illər boyu xalqın arasında atası bəlli olmayan Ziyadı öz qardaşın və Әbu Süfyanın haramzadə oğlu olaraq tanıtmadınmı? Beləliklə sən öz ailənin təmiz olmadığını etiraf edibsən. Buna görə də sənin islam ümmətinə rəhbərlik etməyə haqqın yoxdur».
3. «Ey Müaviyə! Sənin çirkin əməllərindən biri də budur ki, Yezid adlı səfeh bir cavanı xalqa hakim edib onun üçün camaatdan zorla beyət alırsan. Deməli, sən Allahın dinini xarab edib müsəlmanları oyuncaq hesab edirsən».
IMAM HÜSEYN ӘLEYHISSALAM, YEZIDIN QARŞISINDA
Imam Hüseyn əleyhissalamın öz sərt çıxışları və məktubları ilə Bəni Üməyyə xanədanını rüsvay etməsinə baxmayaraq, Müaviyə ona qarşı heç bir əksül-əməl göstərmirdi. Çünki bunu öz məsləhətinə uyğun bilmirdi.
Müaviyənin ölümündən sonra Yezid özünü islam hökmdarı elan edib, hakimiyyətinin təməlini daha da möhkəmlətmək üçün böyük şəxsiyyətlərə məktub göndərərək onları beyət etməyə çağırırdı. Buna görə də Mədinədəki valisi Vəlidə də bir məktub yazıb Hüseyndən beyət almasını və beyət etmədiyi təqdirdə öldürüb başını Yezidə göndərməsini ondan tələb etmişdi. Müaviyə dəfələrlə, hətta ölüm yatağında olarkən, Yezidə Hüseyn (ə) ilə işi olmamasını tövsiyə etmişdi. Çünki bu işin axırı yaxşı qurtarmayacaqdı. Amma buna baxmayaraq, səfeh və xudbin Yezid ona edilən nəsihətlərə məhəl qoymadan Hüseynə qarşı çıxdı.
Mədinə valisi imam Hüseyn əleyhissalama məktubun məzmununu bildirdikdə həzrət buyurdu: «Mən şəhid olmağa hazıram. Bu murdar Yezidin islama rəhbər və hakim olduğu gün, islamın ruhuna fatihə oxumaq lazımdır». Imam Hüseyn əleyhissalam bilirdi ki, müxalifət etdiyi üçün daha Mədinədə qala bilməyəcəkdir. Elə buna görə də həzrət (ə) və əshabı gecə ilə Mədinədən Məkkəyə yola düşdü. Hüseynin bu hicrəti Yezidə beyət etməyə qarşı bir növ etiraz əlaməti idi. Bu iş bütün Mədinəni ayağa qaldırmışdı. Daha sonra xüsusilə imamın hacılara nitq söyləyib Yezidin hökumətini tənqid etdiyi zaman Məkkə də ayağa qalxdı.
Imam Hüseyn əleyhissalamın bu hərəkəti Kufə və ətrafdakı şəhərlərə çox böyük təsir etmişdi və xalq məsələnin nə yerdə olduğunu başa düşmüşdü. Belə ki, onlar Yezidin hakimiyyətinin haqq olmadığını və ona beyət etməyin islama, eləcə də müsəlmanlara böyük xəyanət sayıldığını çox gözəl bilirdilər.
IMAMIN KUFӘYӘ DӘVӘT OLUNMASI
Imam Hüseyn əleyhissalamın qiyamı və hicrət etməsi xəbəri Yezidin hakimiyyəti altında olan Kufə şəhərinə çatdıqda, hamı imamı Kufəyə dəvət edib onu islam və müsəlmanların xəlifəsi məqamına seçmək qərarına gəldilər. Onlar müxtəlif elçilər vasitəsilə Məkkəyə məktublar göndərərək rəsmən imam Hüseyni Kufə şəhərinə dəvət edirdilər.
Lakin imam (ə) kufəlilərin vəfasız olduğunu bildiyi və onların atası və qardaşına vəfadar qalmadığın gördüyü üçün əmioğlusu Müslimi ora göndərdi ki, əhvalatı yaxından öyrənib, məsləhət bildiyi təqdirdə imamı da Kufəyə çağırsın.
Müslim imamın əmrinə itaət edib Kufəyə yola düşdü. Kufəyə çatdığı vaxt, xalq onu sevinclə qarşılayıb məscidə apardılar və orada minlərlə adam onunla beyət edərək namaz qıldılar.
Müslim imam bir məktub göndərib o həzrətin tezliklə yola düşməsini orada xatırlatdı. Imam (ə) Zil-həccə ayının 8-ə qədər Məkkədə qalıb müxtəlif vaxt və yerlərdə camaata xitab edərək onları Yezidə qarşı çıxmağa dəvət etdi. Daha sonra Iraqa tərəf hərəkət etdi.
IMAMIN NÜMAYӘNDӘSININ AQIBӘTI
Müslimin hərəkəti və Kufə əhlinin onunla beyət etməsindən xəbərdar olan Yezid dərhal ən murdar yoldaşlarından biri olan Ibni Ziyadı tam səlahiyyətlə Kufəyə göndərdi.
Kufə xalqının əxlaqına yaxşı bələd olan Ibni Ziyad onların imanının zəifliyindən, ikiüzlü və qorxmaq olmalarından istifadə edib xalqı təhdid edərək onları Müslimdən uzaqlaşdırdı. Hətta iş o yerə çatdı ki, imam dəvət məktubu göndərənlər döyüş paltarı geyinərək imam Hüseyn əleyhissalamın nümayəndəsi ilə vuruşmağa başladılar.
Müslim çarəsiz qalıb özü tək başına Ibni Ziyadın muzdurları ilə vuruşduqdan sonra qəhrəmanlıqla şəhid oldu, daha doğrusu onun tutub şəhid etdilər. Imam (ə) Mədinədən hərəkət etdiyi gecədən başlayaraq döyüş və şəhidlikdən xəbər verib buyururdu: «Bizim yolumuzda öz canından keçməyə hazır olan və Pərvərdigarının görüşünə getmək istəyən varsa bizimlə gəlsin».
Məkkədə də öz əshabına cihad və şəhidlikdən danışdı. Hətta yarı yolda şair Fərəzdəq, Müslimin şəhid olması xəbərini ona verdikdə həzrət belə buyurdu: «Müslim, Allahın rəhmətinə qovuşdu. O, öz vəzifəsini yerinə yetirdi və bu öhdəliyin yerdə qalan yükünü bizim boynumuza qoydu. Ümid edirəm ki, tezliklə bu yükü məqsədə yetirə biləcəyik».
HÜSEYN ӘLEYHISSALAMIN HӘDӘFI
Imam Hüseyn (ə) bu qiyamdan güddüyü hədəfləri belə bəyan etmişdir: Yezidin hökumətini rüsvay etmək, «yaxşılığa əmr edib, pislikdən çəkindirmək» üsulunu bərpa etmək və zülmə qarşı durmaq. Bu öhdəlik, Allahın ona verdiyi bir vəzifə idi. Babası Peyğəmbər (s) və atası Әli (ə) da dəfələrlə övladlarının şəhid olacağını bəyan etmişdilər.
Imam Hüseyn əleyhissalamın özü də, imamlıq elminə əsasən bilirdi ki, bu hicrətin sonu şəhid olacaqdır. Lakin imam Hüseyn əleyhissalam ölüm və şəhidlikdən qorxan və Allahın əmrinə etinasız qalan bir adam deyildi. O, bəlanı kəramət, şəhadəti isə səadət sayan bir adam idi. Nəhayət Kərbəlaya tərəf hərəkət edərək öz əshabı ilə birlikdə şəhid oldu, ailə üzvləri əsir düşdülər və əsirlik paltarında Kərbəla şəhidlərinin missiyasını şəhərlərin küçə-bazarındakı xalqa çatdırıb Bəni Üməyyənin törətdiyi cinayət və əlaltılarını rüsvay etdilər.
HÜSEYN (Ә) VӘ ӘSHABI AŞURA GÜNÜNDӘ
Imam Hüseyn əleyhissalam Aşura günündə bir nur kimi parıldayaraq öz əshabına qüvvət və ümid verirdi. Həmin imam ki, babası onun haqqında belə buyurmuşdur: «Hüseyn hidayət çırağı və ümmətin qurtuluş gəmisidir».
Hüseyn (ə) fəryad edirdi: «Ey dünya əhli! Bilin ki, müharibəni mən başlamadım və qılınca birinci mən əl atmadım. Cinayətkarlar nəslindən olan Yezid adlı bir murdar məni iki şeydən birini seçməyə vadar etdi: ya qılınc çəkib dinimi və şərəfimi müdafiə etməli, ya da zillət və alçaqlığa boyun əyməliydim. Amma bilirsiniz ki, zillət və təslim olmaq bizdən çox-çox uzaqdır. Mən zalımlara qarşı döyüşmək məcburiyyətindəyəm». Daha sonra həzrət Hüseyn (ə) Yezidin əsgərlərinin qarşısına çıxıb onlara xitab edərək buyurdu: «Mənimlə döyüşüb məni öldürməyiniz din və dünyanızın xeyrinə deyildir. Әgər müharibə etmək istəyirisinizsə, yaxşı olardı ki, bir şura təşkil edib orada iştirak edənlərdən soruşasınız ki, kim «Peyğəmbərin övladı ilə döyüşün» - deyir və hansı azğın və bədbəxt məni öldürməkdə sizinlə əməkdaşlıq etməyə hazırdır. Iraqın valisi Mərcanənin oğlu (Ibni Ziyad) murdar və iqtidar dalınca olan bir kişidir. O, sizi bədbəxt etmək istəyir. Mən bilirəm ki, mənim şəhadətimdən sonra peşman olub bir-birinizi qınayacaqsınız. Elə buna görə də müharibəyə başlamazdan əvvəl görmək istədiyiniz işin haqqında düşünün. Bilin ki, mənim arxamda Allah durub və mən heç nədən qorxmuram. Mən babamdan belə buyurduğun eşitmişəm: «Dünya kafirlərə cənnət, möminlərə isə zindandır». Ölüm bizim üçün şəhadət başlanğıcı, sizin üçün isə bədbəxtliyin əvvəlidir. Bu dünya ilə o biri dünyanın arasında bir körpü vardır ki, o da ölümdür.
Әgər siz müharibə etsəniz, biz də öz əshab və övladlarımızla müdafiə etməyə başlayacağıq. Әgər qələbə çalsaq, bizim üçün təzə bir şey deyildir; əgər öldürülsək, dünya bilir ki, biz məğlub olmamışıq.
Ay yazıqlar! Bilici adamlar çalışırlar ki, yolu azmamaq üçün özlərinə bir çıraq tapsınlar. Mən bu ümmətin çırağıyam. Siz isə öz çırağınızı söndürmək istəyirsiniz. Kiminlə döyüşdüyünüzü bilirsinizmi? Siz mənimlə deyil, Allah və Peyğəmbəri (s) ilə döyüşürsünüz».
Həzrət Hüseynin sözlərindən sonra düşmən qoşununda qarmaqarışıqlıq yarandı. Müharibə istəyənlər gördülər ki, əgər müharibəyə başlamasalar, Hüseyn (ə) öz sözləri ilə onların ordusunu hərəkətə gətirib bütün planlarını puça çıxaracaqdır. Elə buna görə də müharibəni başlamaq əmrini verdilər.
Hüseyn (ə) isə belə fəryad etdi: «Ey mənim böyük və dəyərli əshabım! Qalxın döyüş vaxtıdır!» Züheyr və Həbib kimi əshabı imamın müharibə əmrini verdiyinə görə sevindilər. Onlardan hər biri birinci olaraq imamın onu müharibə meydanına getmək icazəsi verməsini istəyirdi. Qəməri Bəni Haşim, Әli Әkbər Qasim və başqaları da döyüş üçün hazırlaşdılar. Onlar şir kimi düşmənin hissələrinə yürüş edib qarşılarına çıxanları həlak edirdilər. Hüseyn əleyhissalamın özü elə şücaət və igidliklə döyüşürdü ki, Ibni Şəhraşubun yazdığına görə, təkcə o həzrətin özü təxminən iki min düşmən əsgərini öldürmüşdü.
Hüseyn (ə) əshabından və yaxınlarından birisi gözlərinin qabağında şəhid olanda, daha qüvvətli, güclü və qərarlı addımlarla irəliləyirdi. Düşmən əsgərlərindən olan bir nəfər Aşura gününün heyrətləndirici hadisələri haqqında belə deyib: Aşura günündə Hüseyn (ə) bir şəhid verəndən sonra ruhdan düşmək əvəzinə, onun sifətinin daha açıq və daha parlaq olduğunu və daha da qüvvətlə döyüşdüyünü görürdük.
Fədakar döyüşçülər, ac və susuz olmalarına baxmayaraq, elə igidlik və qəhrəmanlıq göstərirdilər ki, düşmən əsgərlərinin sərkərdəsi olan Ibni Səd belə bağırmaq məcburiyyətində qaldı: Әgər belə döyüşmək istəyirsinizsə, hamınız Hüseyn və əshabının qılıncı ilə öldürüləcəksiniz. Buna görə də təxminən dörd min nəfər ox atanlara birdən ox atmalarını, qılıncla döyüşənlərə isə birdən yürüş etmələrini əmr etdi. Müharibə qazışdı. Hüseynin əshabından hər bir atdan yerə yıxılıb şəhid olanda belə deyirdi:
«Pərvərdigara! Bu fədakarlığı bizdən qəbul elə!»
Allahın salamı pak ruhunuza olsun ey Allahın və Hüseynin yolu ilə gedənlər, ey Quran yolunun döyüşçüləri. Hüseyn əleyhisslamın özü də, bədənindən qan axmasına baxmayaraq, əllərini göyə qaldırıb buyurdu: «Ey mənim ümid arzularımın qaynağı olan Allah! Sənə arxalanıb, Sənə ümid bəsləyirəm. Pərvərdigara! Bu qurbanları bizdən qəbul elə!»
Nəhayət, Şeyx Müfidin yazdığına görə, Hüseyn (ə) ilə əshabı hicri 61-ci ilin Məhərrəm ayının onu şənbə günündə şəhadət şərbətini içib, gələcək nəsillərə şərəf və igidlik dərsi verdilər.
HÜSEYN (Ә) NIYӘ UNUDULMUR?
Şəhadəti, dərd-qəmi, uşaqlarının əsir düşməsi Allah yolunda olan kimsə, heç vaxt unudulmaz. Әksinə, zaman keçdikcə xalqın imam Hüseyn əleyhissalama olan sevgisi, məhəbbəti daha da çoxalır və ildən-ilə xalqın o «sadiq inqilabçı»ya olan eşqi daha da artır.
Hüseyn (ə) 56 il davam edən bərəkətli həyatını Allah yolunda və Allaha qovuşmaq üçün həsr etdi və dəfələrlə piyada Allahın evini ziyarət etməyə getdi.
O, namazı, Allaha yalvarmağı, duanı daha çox sevərdi. Hətta ömrünün son gecəsində belə düşmənlərindən Allaha ibadət etməsindən ötrü möhlət istədi. Dostlarından birisi Hüseynin ibadətləri və onun ərəfə duası barəsində belə deyib: «Zilhəccə ayının 10-cu günü Hüseyn (ə) Әrəfatın qızmar çölündə Kəbəyə tərəf dönüb ürəyinin dərinliklərindən bu duanı oxudu:
«Allahım! Səni deyib, Sənin varlığına şahidlik edirəm. Məni Sən yaradıbsan, həmişə qoruyubsan və mənə müxtəlif nemətlərdən ruzi veribsən. Iradəsini heç bir şey dəyişə bilməyən və bağışlayıcılığına heç kəs mane ola bilməyən Allaha həmd olsun.
Ey Allah! Ehtiyacsızlığı nəfsimdə və canımda, yəqini könlümdə, ixlası əməlimdə, işığı gözümdə və bəsirəti isə dinimdə qərar ver».
HÜSEYN ӘLEYHISSALAM DOSTLARININ XATIRӘSINDӘ
Xalqın imam Hüseyn əleyhissalama bəslədiyi hörmət o həzrətin (ə) xalqla birgə yaşayıb, özünü onlardan ayrı saymadığına görədir. Necə ki, bir gün bir yerdən keçdiyi vaxt, yoxsul adamlardan bir neçəsinin süfrələrini açıb, bir az quru çörəyi yeməklə məşğul olduqlarını gördükdə onların dəvətini qəbul edib süfrələrində əyləşərək kasıblarla birgə duz-çörək kəsməyə başladı və onların xörəyindən yeyə-yeyə belə buyururdu: «Allah xudbin adamları sevmir». Bu və bu kimi yüzlərlə əxlaqi misallar səbəb oldu ki, onun xatirəsi və şəhadəti xalqın yaddaşında əbədi qalsın. Hər il xalqın imam Hüseyn əleyhissalama olan bağlılığı daha da möhkəmlənir.
Imam Hüseyn əleyhissalamın nə sarayı, nə əsgərləri, nə də cürbəcür qulluqçuları var idi. Heç vaxt evinin qapısını, zalım və tağut adamlar kimi, xalqın üzünə bağlamazdı və heç vaxt Peyğəmbərin hərəmini onun üçün boşaltmazdılar.
Әshabından olan bir nəfər onun haqqında belə deyir: Imam Hüseynin kürəyi qabarlı idi. Bunun səbəbini oğlu imam Zeynül-abidindən soruşduqda o həzrət belə buyurdu: «Atam gecələr dul arvadların, yetim uşaqların və yoxsul ailələrin evlərinə kisə içərisində çörək aparardı. Bu qabarlar da dalına çatdığı həmin kisələrin izidir.»
Alimlərdən birisi Hüseyn (ə) haqqında belə deyir:
«Biz tarixdə yalnız bir insanlıq sifətinə görə səciyyələnən insanlarla qarşılaşırıq; bəzisi şücaət, bəzisi zöhd, bəzisi isə səxavətinə görə. Lakin imam Hüseyn əleyhissalam bir yaxud bir neçə sifətə görə səciyyəvi şəxsiyyət deyildi. O, bütün üstün sifətlərə malik idi və bütün insani dəyərləri özündə cəmləşdirmişdi». Bəli, belədir Məhəmməd nübüvvətinin varisi;
Әlinin ədalət və igidliyinin varisi;
Fatimənin nəciblik və paklığının varisi.
O, bütün fəzilətlərin, fədakarlıqların simvolu, Allaha sitayiş və ülvi bir şəkildə Onu arzulamağın örnəyidir.
AŞURA HANSI GÜNDÜR?
Aşura ərəblərin cahiliyyət dövründə rəsmi bayram günləri idi. Həmin gündə xalq oruc tutb şənlik keçirirdilər. Iranda novruz günü bayram günü hesab edildiyi kimi, ərəblər arasında da Aşura günü, tarixi bayram günü və ayrı-ayrı Әrəb qəbilələrinin bir-birinin görüşünə getdiyi gün kimi qeyd olunurdu. Həmin gündə camaat təzə paltar geyib şəhəri bəzəyirdilər. Hələ də Yezidi tayfası adlı bir ərəb tayfası hər il həmin günü qeyd etməkdədirlər.
Kərbəla hadisəsinin baş verdiyi hicri 61-ci ildə ərəblərin və müsəlmanların ənənəsi dəyişildi. Haram ayalardan sayılan, müharibə və öldürməyin qadağan olduğu Aşura günün həzrət Adəmin ən yaxşı övladlarından birisi imam Hüseyn əleyhissalamın şəhadət gününə, şiələrin qəm, matəm və şəhidlərin xatirəsinin qeyd olunduğu bir qəmli günə çevrildi.
Həzrət Hüseyn (ə) və əshabının şəhid olmasının birinci ildönümündə minlərlə nəfər qəbrin ətrafında yığışıb matəm mərasimi keçirdilər. Bəni Üməyyə və Yezid hökumətinin başlanğıcından bu günədək, Әhli-beyt dostlarından yüz minlərlə insan matəm və xatirə mərasimləri təşkil edir və qafilələr Kərbəlaya gəlir.
Kərbəladan uzaqda yaşayanlar isə öz şəhərlərini Kərbəlaya çevirib əza məclisləri qurular.
Misirdə Fatimilər Aşura gününü matəm günü elan etdilər. Camaat Ümmü Gülsümün qəbri ətrafında yığışıb əzadarlıq edib növhə oxuyurdular. Fatimilərin dövründə Misirdə Aşura günün rəsmi əza və matəm günü olaraq qalırdı.
Iranda Müizüd-dövlə Deyləmi Aşura gününü rəsmi tətil günü elan edib bütün dövlət qulluqçuları və xalqa əmr etdi ki, işlərini buraxıb yas tutsunlar.
Iran, Iraq, Misir, Hindistan və sairə ölkələrdə əzadarlıq mərasimləri keçirildiyi üçün müsəlman xalq arasında ruhi bir hərəkət və fikir dəyişikliyi əmələ gətirdi. Müsəlmanların bu günkü hərəkəti onun təsirlərinin nəticəsidir. Bu mərasimlərin ildən-ilə daha da zənginləşərək geniş şəkildə qeyd edilməsi xalqın doğru yola gəlib, səhvlərini düzəltmələrinə səbəb olacaq və onların qüdrətini çoxaldacaq inşaallah.
Alimlərdən birisi bu barədə deyir:
«Məscid Peyğəmbərin əsəridir; amma əzadarlıq təkyələri və hüseyniyyələr isə Әhli-beytin əsəridir şiələr məscidlərdə Allaha ibadət və dua edər, təkyələrdə isə Allahın aşiqlərini və Onun yolunun qurbanlarının xatirəsini əziz tutub qeyd edərlər.» Tarix boyu heç bir qüvvə Hüseyn yolu ilə gedən karvanların hərəkətinin qarşısını ala bilməmişdir, sübut etmişdir ki, üstündün 13 əsr ötməsinə baxmayaraq hələ də bu coşqun hərəkət sönməyibdir.
«Hüseyn (ə) və əshabı belə bir gündə şəhid olduğu üçün, artıq Aşura günündə şənlik keçirmək, şəhəri bəzəmək və oruc tutmaq haram oldu».
Ibni Kəsir belə yazır: Hicrətin təxminən 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olundu və xalq Hüseynin susuzluğu səbəbilə küçələrdə soyuq su və şərbət qoyub susuzlara paylayırdılar. Iraq əhalisi də Aşura günündə, Peyğəmbərin vəfat etdiyi günün ildönümündə olduğu kimi, əzadar idilər.
KӘRBӘLA QIYAMINDA KIM QӘLӘBӘ ÇALDI?
Bir sıra sadəlöv adamların Aşura günündə Yezidin qələbə çalıb, imam Hüseyn əleyhissalamın məğlub olduğunu güman etməsinə baxmayaraq, tarixi diqqətlə araşdırdıqda məlum olur ki, əhvalat bunun əksinə imiş. Çünki qələbə insanın diri qalıb düşmənin ölməsi demək deyildir. Qələbə bundan ibarətdir ki, insanın özü ölsə də hədəf, fikir və idealları əbədi olaraq yaşasın. Məğlubiyyət isə döyüş meydanında həlak olmaq deyil, fikir və ideyaların məhv olmasıdır.
Aşura qiyamında Hüseyn (ə) ilə əshabı şəhid oldular, uşaqları əsir düşdü, var-dövlətləri qarət oldu, lakin imam Hüseyn əleyhissalamın hədəfi diri qaldı. Çünki onun hədəfi islamı yaymaq və zülmün qarşısını almaq idi. Şübhəsiz Hüseyn (ə) öz hədəfinə çatdı. Tarix boyun milyonlarla insan bu etiqad və hədəfinə bayraqdarına çevriliblər. Yezidin hədəfi isə məhv oldu. Çünki onun hədəfi yalnız imam Hüseyn əleyhissalam və əshabını öldürməkdən ibarət deyildi; o islamı, islam Peyğəmbərinin təlimlərini aradan aparmaq istəyirdi və güman edirdi ki, imam Hüseyn əleyhissalamı öldürməklə, uşaqlarını əsir etməklə öz hədəfini təmin edə bilər. Lakin bilmirdi ki, Allah-taala islam, Quran və Peyğəmbərin təlimlərinin qoruyucusudur. Peyğəmbərlərə qarşı çıxan, onlarla müharibə aparan zülmkarlar tarix boyu peyğəmbərləri öldürüb, yaxud sürgün ediblər və həmişə eyni murdar hədəfi güdüblər. Lakin onların heç biri öz işində müvəffəqiyyət əldə edə bilməyib. Nə Nəmrud müvəffəq oldu, nə Firon, nə də başqaları.
Bundan daha aydın, daha yaxşı olan qələbə vardırmı ki, əsrlər keçdikdən sonra o zülmkarlardan heç bir iz qalmayıb, lakin ilahi peyğəmbərlər və dini rəhbərlər həmişə ayıq və insanpərvər adamların qəlbində yaşayırlar. Xalq onların xatirəsini həmişə əziz tutub yad edir. Bu gün görürük ki, dini rəhbərlərin və əsl qiyamçıların məzarının uzaq yollardan, çoxlu çətinliklərə dözərək gələn ziyarətçiləri vardır ki, oraya gələrək hörmətlə diz çöküb dua edirlər.
Lakin zülmkarların qəbrinin heç bir ziyarətçisi yoxdur, çünki bir şeyləri yoxdur ki, kimsəyə versinlər.
Kərbəla faciəsindən sonra Hüseynin qələbə çalması və Yezidin məğlubiyyətə uğramasının nişanələri aşkar oldu. Çünki xalq Hüseynin varislərini getdikləri hər yerdə sevgi ilə qarşılayır, onların düşmənlərinə lənət göndərirdilər.
Hətta öz ailəsi arasında kimsə Yezidə hörmət bəsləmirdi, bəzi yaxın adamları belə ona etiraz edib, gördüyü pis əməlinə görə onu qınayırdılar.
IMAM HÜSEYN ӘLEYHISSALAMIN QISA KӘLAMLARI
1. Imam Hüseyn əleyhissalam Aşura günündə buyurdu: «Xalq dünyaya bağlıdır və dinləri dillərindədir. Dinin onlara zərər yetirmədiyi vaxta qədər onun ətrafında dolanırlar. Imtahan vaxtı gəldikdə isə həqiqi dindarlar azalırlar».
2. O həzrət (ə) oğlu Zeynül-abidinə belə buyurmuşdu: «Allahdan başqa heç bir yardımçısı olmayan kimsəyə zülm etməkdən çəkin».
3. Aşura günündə vidalaşdığı zaman uşaqlarına belə buyurdu: «Ağlamayın, göz yaşı tökməyin, mənim getməyimlə sizin dörd və müsibətləriniz qurtarmayacaq. Bu, sizin narahatçılıq və qəm-kədərinizin başlanğıcıdır. Özünüzü möhkəm saxlayın və bilin ki, Allah sizi qoruyur. Məndən sonra düşmənin qarşısına çıxdığınız zaman sizin dəyərinizi azaldan sözlər danışmayın».
4. Әn pis adam axirətini dünyasına satan şəxsdir.
5. Heç bir yaxşı işi xalqın tərifləməsi üçün görmə və utandığın üçün onu buraxma.
6. Allaha qul olanlar, başqasına qul olmazlar.
7. Qardaşım imam Həsənin gördüyü işlər Allahın əmrilə olduğu kimi, mənim də gördüyüm işlər Allah əmrilədir.
8. Səni peşman edən və üzr istəməyə məcbur edən sözləri deməkdən çəkin.

Imam Hesen(e.)
DÖRDÜNCÜ MӘSUM
IMAM HӘSӘN ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Həsən
Ləqəbi: Müctəba
Künyəsi: Әbu Məhəmməd
Atası: Әli (ə)
Anası: Fatimeyi-Zəhra (s)
Babası: Peyğəmbər (s)
Doğum ili: Hicri 3-cü il
Imamlıq müddəti: 10 il
Ömrü: 48 il
Şəhadəti: Hicri 50-ci ildə, Müaviyənin təhriki ilə arvadı Cüdə tərəfindən zəhərləndi.
Məzarı: Mədinə, Bəqi qəbristanlığı.
TӘVӘLLÜDÜ VӘ UŞAQLIĞI
Üçüncü hicri ilinin mübarək Ramazan ayının 15-də həzrət Әli əleyhissalamın evində ilk uşaq dünyaya gəldi. Həzrət Peyğəmbər (s) Allah-taalanın əmri ilə nəvəsinin adını Həsən qoydu. Imam Həsən (ə) atası Әli (ə) və anası Fatimeyi-Zəhranın tərbiyəsi sayəsində böyüdü. Babasının, eləcə də atasının məktəbindən elmi dərslər aldı.
O, Peyğəmbər (s) nəzərində çox dəyərli və üstün bir uşaq idi. Günlərin bir günündə həzrət Peyğəmbər (s) minbərdə söhbət etdiyi vaxt imam Həsənin ağlamaq səsini duyduqda tez minbərdən aşağı düşüb, onun qəlbini ələ aldıqdan sonra yenidən minbərə çıxdı. Camaat bu hərəkəti barədə Peyğəmbərə sual verdikdə, o həzrət (s) belə buyurdu: «Onu ağlayan gördükdə, dözə bilmirəm».
Peyğəmbər (s) namazını camaatla birgə qılıb qurtardıqdan sonra imam Həsəni qucağına alıb belə buyurdu: «Hər kim məni sevirsə, Həsəni də sevsin».
Bir dəfə isə həzrət Peyğəmbər (s) Həsən əleyhissalamı çiyni üstə götürüb belə buyurdu: «Allahım, bu uşağın sayəsində ümid edirəm ki, ümmətimi (bütün pisliklərdən) təmizləyəcəksən».
Başqa bir hədisində isə belə buyurub: «Həsən və Hüseyni sevən məni də sevir, bu iki nəfərlə düşmənçilik edən isə mənimlə düşmənçilik edir. Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır».
Başqa bir hədisdə isə: «Həsən və Hüseyn Allah ərşinin iki qoşa nurudur ki, Allahın cənnəti onlarla fəxr edir» - deyə buyurmuşdur.
ELM VӘ ӘXLAQI
Bir gün Peyğəmbər (s) məscidində qoca bir kişi düzgün olmayan bir şəkildə dəstəmaz alırdı. Imam Həsən (ə) ona dəstəmazının səhv olduğunu başa salıb anlatmalı idi; amma necə? Әgər ona desəydi ki, dəstəmazın səhvdir, onda qəlbi sınar, yaxud narahat olub qəbul etməyə bilərdi. O, qardaşı imam Hüseyn (ə) ilə birlikdə belə qərara gəldilər ki, özləri dəstəmaz alıb həmin qoca kişini də onların bu hərəkətinə münsiflik etməyə çağırsınlar.
Imam Həsən (ə) imam Hüseynə (ə) dedi: «Mən səndən daha yaxşı dəstəmaz alıram».
Imam Hüseyn (ə) isə onun cavabında: «Yox, mən səndən daha yaxşı dəstəmaz alıram» - dedi.
Ikisi də qoca kişinin yanına gəlib dedilər: «Bizim dəstəmaz almağımıza baxıb, hansımızın daha düzgün dəstəmaz almağımızı söylə». Sonra dəstəmaz almağa başladılar. Özü də dəstəmazlarını düzgün və tam şəkildə yerinə yetirdilər.
Qoca kişi başa düşdü ki, onlar onun doğru dəstəmaz almadığını demək istəyirlər. Buna görə də onlara belə dedi: «Ikinizin də dəstəmazı düzdür. Dəstəmaz almağı düzgün bilməyən cahil isə mən idim. Siz məni başa salmaq istəyirdiniz. Mən də sizə minnətdaram».
TӘQVA VӘ IXLASI
Imam Həsən Müctəba (ə) camaatdan daha artıq abid və zahid idi. Həcc mərasimini yerinə yetirməkdən ötrü Məkkəyə gedəndə piyada gedər, namaz qılanda, ya dəstəmaz alanda isə özünü Allah qarşısında aciz görüb bədəni titrəyər və buyurardı ki, Allahın əmanətini əda etməyin vaxtıdır.
Məscidə girib mehrabda durduğu vaxt başını göylərə qaldırıb buyurardı: «Allahım, hüzurunda duran şəxs Sənin qonağındır. Sənin günahkar bəndən Sənə doğru gələrək onun pis işlərini bağışlamağını ümid edir. Çünki Sən rəhman və rəhimsən».
HӘZRӘTIN SӘBRI
Imam Həsən (ə) bir gün atla bir küçədən keçərkən, Müaviyənin dostlarından biri ilə rastlaşdı. Həmin adam onun Imam Həsən (ə) olduğunu biləndə pis sözlər söyləyərək o həzrəti təhqir etməyə başladı. Həzrət (ə) isə onun söylədiklərini dinlədikdən sonra buyurdu: «Güman edirəm ki, sən qəribsən və buralı deyilsən. Düşmənlər tərəfindən təhrik olmusan onların yalan və iftiraları sənin qəlbini bizə qarşı kinlə doldurubdur. Әgər bir ehtiyacın vardırsa həll edək, acsansa doyduraq, paltarın yoxdursa paltar verək, yox əgər qalmağa yer axtarırsansa, səni öz evimə aparıb qonaq saxlayım».
Həmin adam, imamın bu rəftarından utanıb söylədiyi pis sözlərdən peşman oldu. O, gördüyü işdən o qədər narahat olmuşdu ki, ağlaya-ağlaya imamdan üzr istəyib dedi: «Düşmənlərinizin sözləri məni aldatmışdı. Bundan qabaq ən çox kin-küdurət və ədavət bəslədiyim adamlar sən və atan idiniz. Indi isə sənin bu gözəl əxlaqını görəndən sonra ən çox sevdiyim adamlara çevrildiniz. Artıq anladım ki, sizin ailəniz Peyğəmbərin xəlifəliyinə layiq olan bir ailədir. Ömrüm boyu sizləri sevəcək və sizin haqqınızı müdafiə edəcəyəm.»
Bu kişi ölənə qədər verdiyi sözün üstündə durdu.
IMAMIN SӘXAVӘTI
1. Bir nəfər imam Həsən əleyhissalamın hüzurana gəlib dedi: Yoxsulluq və bədbəxtlik məni incidir. Ismət və təharət ailəsi olan sizlər, məni bu zalım düşmənin əlindən qurtarın.
Həzrət imam Həsən əleyhissalam xidmətçisini çağırıb ondan «yanında nə qədər pul var?» - deyə soruşdu. Xidmətçi: Әlli min dirhəm — deyə cavab verdi. Imam Həsən (ə) buyurdu: «O pulun hamısını bu kişiyə ver ki, məşiəti və işinin sərmayəsinə çevrilsin, qoy yoxsulluqdan qurtarsın».
2. Bir gün imam Həsən əleyhissalam Allah evində ibadətə məşğul ikən bir kişinin dua edib belə söylədiyini eşitdi: «Allahım! On min dirhəmə ehtiyacım var. Sən ey rəhman və rəhim, (mehriban və bağışlayan) Allah, bu neməti mənə nəsib eylə!» Bunu eşidən imam Həsən əleyhissalam evə qayıdıb istədiyi məbləği o kişi üçün göndərdi.
3. Günlərin bir günündə yoxsul və kasıb bir kişi imam Həsən əleyhissalamın hüzuruna gəlib aşağıdakı şeri oxudu:
Heç bir şeyim, hətta bir dirhəmim belə qalmadı. Satmaq üçün artıq heysiyyətimdən başqa bir şeyim yoxdur. Sənin onu alacağını bilirəm.
Həzrət Həsən (ə) dərhal xidmətçisini çağırıb belə buyurdu: «Yanında nə qədər pul varsa, ver bu adama.»
Xidmətçi o adama on min dirhəm pul verdi. Həzrət (ə) isə ona belə deyib üzr istədi: «Sənə verə biləcək yalnız bu qədər pulum var idi. Onu al və özünə maya et və elə bu pulla da öz ehtiyaclarını təmin elə. Beləliklə yoxsulluqdan qurtaracağını ümid edirəm».
Yuxarıda qeyd etdiyimiz bu bir neçə hekayə göstərir ki, imam Həsən əleyhissalam xalqın axirətini düşündüyü kimi, dünyasını də nəzərdə tuturdu. Çünki dünya ilə axirət bir-birilə əlaqədardır. Bəzən yoxsulluq və aclıq bə᾽zi adamların axirət haqqında düşüncələrinin qarşısını alır.
Onun köməklikləri nəinki xalqı dilənçilikdən azad edirdi, üstəlik onlar üçün iş və çalışmaq zəmini də yaradırdı.
IMAM HӘSӘN ӘLEYHISSALAMIN XӘLIFӘLIYI
Hicri 40-cı ilin Ramazan ayının 21-ci gecəsi atası Әli ibni Әbu Talib (ə) vəfat edərək hamını matəmə qərq etdi. O zaman 27 yaşında olan imam Həsən əleyhissalam xalqla birlikdə məscidə gələrək minbərə çıxdı və atasının şəhadəti haqqında belə buyurdu: «Dünən gecə sizin aranızdan elə bir insan getdi ki, həm keçmişdəkilər, həm də gələcəklər arasında elm, təqva və davranışında yeganə və nümunəvi bir şəxsiyyət idi. Peyğəmbər (s) ilə birgə müharibələrdə iştirak edib, islamın qorunması uğrunda əlindən gələni əsirgəməmişdi. Düşmənlərin gözündə tikan, dostların könlündə isə solmaz bir gül idi. Әlinin, ailəsinə xidmətçi tutmaq üçün yığdığı 700 dirhəmdən başqa dünya malından heç bir şeyi yox idi.»
Bu sözləri deyib qurtardıqdan sonra hönkür-hönkür ağlamağa başladı və camaat da ona qoşuldu. Daha sonra camaatın imamət və rəhbərlik məqamının özünə aid olduğunu anlamaları və beləliklə də doğru yoldan çıxıb zəlalətə, azğınlığa düşməmələri üçün özü haqqında belə buyurdu:
«Mən Peyğəmbərin, Әlinin və Fatimənin oğluyam. Mən nübüvvətin parlaq nurlarından bir nümunəyəm. Elə bir ailəyə mənsubam ki, Allah onlardan bütün pislikləri uzaqlaşdırıbdır.»
Daha sonra Abdullah ibni Abbas ayağa qalxıb dedi: «Ey camaat! Bu, Peyğəmbərimizin və imamınızın oğludur. Bilin ki, o, Әlinin haqq xəlifəsidir. Ona beyət edin.»
Camaat dəstə-dəstə imam Həsənə beyət etdilər. Bu zaman həzrət imam Həsən (ə) onlarla belə bir şərt bağladı: «Hər kimlə müharibə etsəm, müharibə edəcək, yox əgər məsələhət görüb sülh etsəm onda siz də qəbul edəcəksiniz». Hamısı bu şərti qəbul edib razılıqla öz imamlarına boyun əydilər.
MÜAVIYӘNIN HIYLӘLӘRI
Müaviyə Şamda özü üçün bir hökumət qurmuşdu və illərlə Әli əleyhissalamın əleyhinə müxtəlif plan və hiylələr quraşdırırdı. Әli əleyhissalamın əshabını öldürərək azğın bir qrup olan xariciləri meydana gətirmişdi. Indi isə xalqın həzrət Әli əleyhissalamın şəhadətindən sonra həzrət Həsənə beyət edərək onu Peyğəmbərin xəlifəsi seçdiklərini eşidib bu vəziyyəti qəbul edə bilməyən Müaviyə Kufə və Bəsrəyə çoxlu casus göndərib əhvalatı öyrənmək, daha sonra da imam Həsəni (ə) devirmək üçün müxtəlif hiylə planlarını hazırlamaq, lazım gəlsə üsyan və həcr-mərclik yaratmaq istəyirdi.
Imam Həsən (ə) casusları tutub edam etmələrini əmr etdi. Sonra da Müaviyəyə aşağıdakı məzmunda məktub yazdı. «Ey Müaviyə! Casus göndərib hərc-mərclik törətmək istəyirsənmi? Güman edirəm ki, müharibə xəyalına düşmüsən və müharibəni sevirsən. Mən hazıram. Gözlə, müharibə yaxındadır, inşaallah...
Ey Müaviyə! Təəccüblənirəm ki, layiq olmadığın bir məqamı zorla ələ keçirmək niyyətindəsən. Nə dində bir fəzilətin var, nə də xoş bir əsərin... Müsəlmanlar mənə beyət etdilər. Әgər sən də onlar kimi etsən, bu islamın məsləhətinə uyğun olacaq. Batilin dalınca düşmə. Sən də başqa adamlar kimi mənə beyət et. Müsəlmanların qanına hörmət et, ehtiram qoy. Әgər mənim nəsihətlərimi qəbul etməyib üsyana qalxsan və müsəlman qanı töksən, müsəlmanlarla əlbir olub səni məhkəməyə çəkəcəyik».
Müaviyə isə imamın məktubuna belə cavab verdi: Әbu Bəkr öz təcrübəsinin çoxluğuna görə xəlifəliyi Әlidən aldığı kimi, mənim də təcrübəm səndən çoxdur və bu məqama səndən daha layiqəm. Әslində sən mənə beyət etməlisən. Beləliklə xəlifəlik məndən sonra sənin olacaq və mən ömrüm boyu Iraqın bütün gəlirini sənə verəcəyəm.
Müaviyə nəinki beyət etmədi, üstəlik imamı öldürtmək üçün Kufəyə casuslar da göndərdi. Bu da səbəb oldu ki, həzrət Həsən (ə) namaz qılanda paltarının altından bir də zireh geymək məcburiyyətində qalsın. Bir dəfə Müaviyənin göndərdiyi satqın adamlardan birisinin atdığı ox zirehə dəydi və bununla da imam Həsən (ə) böyük təhlükədən qurtardı.
MÜHARIBӘNIN BAŞLANMASI
Çox keçmədi ki, Müaviyə müsəlmanların birliyini təmin etmək bəhanəsi ilə Islamla müharibə etmək üçün Iraqa böyük bir ordu göndərdi. Imam Həsən (ə) Müaviyə ordusunun hərəkət etməsinin xəbərini eşidən kimi, camaatı məscidə çağırıb minbərə çıxdı. Allaha həmd və Peyğəmbərə salavat və salam göndərdikdən sonra xalqa xitab edib buyurdu: «Müaviyə ordusu ilə birlikdə Iraqa tərəf gəlir. Müharibə üçün hazır olmağınız, dininizi və şərəfinizi qorumağınız zəruridir».
Amma o zamanın pis və rahatlıqsevən xalqı imam cavab vermədilər. Әdiyy ibni Hatəm xalqın arasından ayağa qalxıb orada olanlara belə dedi: Siz necə millətsiniz? Bu ölümü yada salan səssizlik nə deməkdir? Nəyə görə imama, Peyğəmbərinizin oğluna cavab vermirsiniz? Allahın əzabından qorxun və imamınızın əmrinə tabe olun. Qalxın kişi kimi silah götürüb şərəf, namus və dininizi müdafiə edin. Beləliklə Allah və imamınızı özünüzdən razı salın.
Bu sözlər bəzilərində böyük təsir qoydu. Nəhayət, xalq müharibə üçün hazır olduğunu elan etdi.
Әdiyy ibni Hatəm imama xitab edərək buyurdu: Biz hazırıq və sənin bu barədəki əmrlərini gözləyirik.
Həzrət imam Həsən (ə) buyurdu: «Mən Nüxəylə tərəfinə gedirəm. Bilərəm ki, sözünüzün üstündə durmayacaqsınız və Müaviyə sizi aldadacaq. Amma buna baxmayaraq kim istəyirsə, mənimlə gəlsin.»
IMAMIN ӘMRINDӘN ÇIXMAQ
Imam Həsən (ə) Nüxəyləyə çatdığı vaxt «müharibə, müharibə!» şüarını verənlərin əksəriyyətinin orada olmamasını və onun əmrinə itaət etməkdiklərini gördü. Çünki orada olanlar aşağıdakılardan ibarət idi:
1. Imamın əmrinə itaət etmək üçün deyil, Müaviyə ilə döyüşmək üçün gələn xaricilər.
2. Müharibədə qənimət əldə etmək üçün gələnlər.
3. Qəbilələrinin başçısının əmrini yerinə yetirmək üçün gələnlər.
Buna görə də belə buyurdu: «Məni də məndən əvvəl imam olan atam kimi aldatdınız. Imamla, yoxsa Allah və Peyğəmbərinə inanmayanlarla müharibə aparacaqsınız?»
Sonra Həkəm adlı bir kişini sərkərdə seçərək dörd min əsgəri onun sərəncamına verdi və onu Anbar şəhərinə göndərdi ki, orada Müaviyənin qoşununun qarşısını alsın və növbəti əmrlərini gözləsin. Amma Müaviyə pul və yalan vədələrlə Həkəmi aldatdı və o, 200 nəfərlə birgə Müaviyə ordusuna qoşuldu.
Imam (ə) Bəni Murad qəbiləsindən bir nəfəri onun yerinə seçib buyurdu: «Hərçənd sizə də etibar etmək olmaz. Amma bu bir imtahandır, siz də gedin». Müaviyə onun gəldiyini eşidən kimi bir neçə nəfər nümayəndə və beş min dirhəm pul göndərib ona hökumətlik vədini verdi. O da aldanıb Müaviyə ordusuna qoşuldu.
IMAMIN RUHDAN DÜŞMӘSI
Imam Həsən (ə) sərkərdərlərin Müaviyə ordusuna qoşulduğu xəbərini eşidəndə çox narahat olub buyurdu: «Mən demədimmi ki, sizdə vəfa yoxdur və hiylə ilə rəftar edirsiniz?»
Nəhayət həzrət Həsən (ə) belə qərara gəldi ki, özü əsgər yığıb müharibəyə getsin. Әshabının köməkliyi ilə qırx min nəfər toplanmışdı. Imam (ə) Mədainin Sabat şəhərinə gedib, oradan on iki min əsgəri qabaqcıl olaraq, fədakarlıq və əhval-ruhiyyələrini sınamaq üçün Übeydullah ibni Abbasın sərkərdəliyi və Qeys ibni Səd ibni Übadənin müavinliyi altında, Müaviyə ilə müharibə etməyə göndərdi.
Müaviyə bir milyon dirhəm verib bəzi məmurları imamın ordusuna göndərdi ki, Qeysi aldatsınlar. Qeys isə qəbul etməyib dedi:
Müaviyə bunu bilsin ki, dinimi məndən pulla satın ala bilməz. Mən heç bir hiyləyə aldanıb imamımdan əl çəkmərəm.
Məmurlar Qeysdən ümidlərini kəsdilər və əsl sərkərdə olan Übeydullah ibni Abbasın yanına gəlib onu aldatmağa müvəffəq oldular. Übeydullah ibni Abbas gecə ikən dostları ilə birgə Müaviyənin tərəfinə keçdi. Imamın ordusu başsız qaldığı üçün Qeys onun yerinə keçib camaat namazını qılandan sonra sərkərdə oldu.
Qeysin fədakarlıqla döyüşməsi Müaviyəni dəhşətə salmışdı. Nəhayət Müaviyə ordunun arasına casuslar göndərərək, Müaviyə ilə Imamın barışdığı və burada olanlarla yersiz döyüşdüyü şayiəsini yaydı. Bununla da Müaviyə xariciləri imamdan ayırıb aldatmağa müvəffəq oldu və onları imamla düşmən etdi.
XARICILӘRIN QIYAMI
Bu axmaq dəstə Müaviyənin casuslarının sözlərinə inanıb imamın əmrini rədd edərək, guya imamın da atası kimi kafir olduğunu və Müaviyə ilə əməkdaşlıq etdiyini elan etdilər. Onlar imamın çadırına həmlə edərək əllərinə keçəni qarət etdilər, hətta Imamın səccadəsini belə ayağının altından çəkib apardılar.
Nəticədə imam Həsən (ə) oranı tərk etmək məcburiyyətində qaldı. Səhabələrdən bir dəstə onun ətrafında ikən atını mindi. Elə bu vaxt xaricilərdən biri gizləndiyi yerdən çıxıb imamı yaraladı. Imamı dostlarından birisinin evinə aparıb müalicə etdilər. Iş o yerə çatmışdı ki, imamın sərkərdələrinin çoxu gizlincə Müaviyəyə məktub göndərib ona: Biz sənin əmrinə itaət edirik. Tezliklə Iraqa gəl. Bu imamı tutub sənə təhvil verəcəyik — deyə vədlər verirdilər. Müaviyə həmin məktubları öz məktubu ilə bir yerdə imama göndərib məktubunda belə yazdı: «Bunlar sənin atana vəfa etmədilər, səninlə də birlikdə olmayacaqlar. Indi səninlə müqavilə bağlayıb müharibədən əl çəkməyə hazıram.
IMAM HӘSӘN (Ә) SÜLHÜ NIYӘ QӘBUL ETDI?
Xaricilərin əməlləri və dostlarının xəyanəti həzrət Həsən əleyhissalamı Müaviyə ilə sülh etmək məcburiyyətində qoymuşdu. Amma imamın onunla sülh etməsi bu demək deyildi ki, Müaviyəyə tabe olub onun zülmkarlığını qəbul etmişdi. Bu yalnız Müaviyə ilə atəşi dayandırmağa dair müqavilə bağlamaq mənasında idi. Çünki əgər Müaviyə müharibədə qələbə çalsaydı, islamın bütün hədəfləri məhv olub aradan gedəcəkdi.
Bundan əlavə Rum imperatoru islam ölkəsinə həmlə etmək fikrindəydi və bu ixtilaf onun üçün böyük bir fürsət idi.
Dərd və həsrətdə qovrulan imam Həsən (ə) qəm və kədərlə ilə vəfasız əshabına qarşı belə buyurdu: «Bilirəm ki, siz mənə hiylə və kələk qurubsunuz. Həyasız və dinsiz bir dəstə məni tamamilə Müaviyəyə təslim etdi. Vay olsun sizin halınıza! Allaha and olsun ki, Müaviyə verdiyi sözlərə vəfa etməyəcəkdir. Mən sizin üçün haqq dini bərpa etmək istəyirdim, amma siz mənə yardım etmədiniz. Mənə qarşı çıxıb xəyanət etdiniz. Sizin bu əməlləriniz məni müqaviləni imzalamağa məcbur etdi. Allaha and olsun ki, əgər köməyim olsaydı, bu işi Müaviyəyə həvalə etməzdim. Çünki mən xəlifəliyi Bəni Üməyyə üçün haram bilirəm. Bu yaxınlarda Müaviyənin rəftarlarının acı nəticəsini dadacaqsınız».
Imam saziş etmək məcburiyyətində qaldığına görə Müaviyəyə belə bir məktub yazdı: «Mən haqqı yaşadıb batili məhv etmək niyyətimdə idim. Allahın kitabı və Peyğəmbərin sünnəsini xalqa hakim etmək istəyirdim. Amma xalq mənimlə eyni fikirdə olmadı və məcbur qaldığım üçün səninlə sülh edirəm. Bu sülh üçün bir sıra şərtlər qoysam da, sənin onların heç birinə əməl etməyəcəyini çox gözəl bilirəm. Amma çox keçməyəcək ki, bunun sənin üçün heç bir faydası olmayacaq və öz işindən peşman olacaqsan.»
Sonra əmioğlusu Әmr ibni Harisi müzakirə edib imamın şərtlərini bəyan etdikdən sonra sülh müqaviləsini imzalamağa göndərdi. Həmin müqavilənin bir neçə maddəsi bunlardan ibarət idi:
1. Şiələrin qanının tökülməsinin qarşısı alınacaq və hüquqları tapdalanmayacaq;
2. Həzrət Әli (ə) və şiələri söyülməyəcəklər;
3. Müaviyə Allahın kitabı və Peyğəmbərin sünnəsinə əsasən əməl edəcək;
4. Imamın əshabı və dostları, harada olurlarsa-olsunlar, Müaviyə və adamlarının şərindən amanda qalacaqlar;
5. Imam (ə) Müaviyəni «əmirəl-möminin» olaraq tanımayacaq və xütbələrdə onun adını əsla çəkməyəcək;
6. Müaviyə xəlifəliyi özündən sonra başqa bir nəfərə tapşırmayacaq.
MÜAVIYӘNIN MÜQAVILӘNI POZMASI
Müqavilənin imzalanmasından sonra Kufə Müaviyənin diqqət mərkəzinə çevrildi. O, bir cümə günü Nüxəylədə cümə namazı əsnasında belə dedi: Ey camaat! Mən sizin namaz qılmağınız, ya da oruc tutmağınız üçün müharibə etmədim. Sizlər istəməsəniz belə, sizin hökmdarınız olmaq üçün müharibə etdim. Mən, Həsən ibni Әli ilə imzaladığım müqavilənin maddələrini ayağım altına qoyub əzirəm.
Lakin Müaviyənin bir sıra rəftarları onun, imamın nüfuzundan çox qorxduğunu aydın göstərirdi. Buna görə də müqavilənin bə᾽zi maddələrini həyata keçirmək məcburiyyətində qaldı. Misal üçün Kufənin valisi Ziyad imamın əshabından birisini tutdurmaq istəyəndə, imam (ə) əhvalatı Müaviyəyə yazdı. Müaviyə də dərhal Ziyadı bu işi üçün məzəmmət edib danladı.
Nəhayət Müaviyə özündən sonra oğlu Yezidi xəlifə təyin etmək qərarına gəldi. Amma həzrət Həsən əleyhissalam ilə imzaladığı müqavilə ona mane olurdu. Buna görə də xalqdan zorla beyət almaq və oğluna bu iş üçün yol açmaq məqsədi ilə imamı zəhərlətmək istəyirdi. Bu məqsəd istiqamətində də imamın arvadı Cüdəni aldadaraq ona bir qabda zəhər göndərdi və vəd etdi ki, əgər ərini zəhərləsə, ona yüz min dirhəm verib oğlu Yezidə arvad edəcək.
XAIN ӘL IMAMIN QABINA ZӘHӘR TÖKDÜ
Şeytani vəsvəsələr, pul və şöhrət imamın arvadının gözünü tutub qəlbini kor etdi və səbəb oldu ki, tarixin heç bir zaman unutmayacağı bir xəyanəti həyata keçirib Müaviyənin bu murdar təklifini qəbul etsin. Imam Həsən (ə) dəfələrlə öz arvadının əli ilə şəhid olacağını söyləmişdi. Ona «indi ki, belədir onu boşa və evindən qov» demişdilər, amma o həzrət (ə) belə buyurmuşdu: «O, hələlik bir günah etməyib, buna görə də əgər onu qovsam, yaxşı iş görməmiş olaram. Çünki o, bu işi bəhanə edərək «məni günahsız olduğum halda evdən qovdu» - deyəcək və bununla da xəyanətini gizlədib öz gördüyü işin doğru olduğunu iddia edəcək. Bunu bilin ki, Müaviyə öz xəyanətli əməllərindən əl çəkməyəcək və mən arvadımı boşasam da, məndən əl götürməyib özünü məzlum göstərərək planını həyata keçirməyə cəhd göstərəcəkdir».
Nəhayət Cüdə hicri 50-ci ilin Səfər ayının 28-də, havanın çox isti və imamın oruc olduğu bir gündə, onun süd içdiyi qaba zəhər töküb, iftar üçün hüzuruna gətirdi.
Imam (ə) zəhərli süddən bir az içdikdən sonra arvadına tərəf dönüb buyurdu: «Ey Allahın və Peyğəmbərin düşməni, məni öldürdün, Allah səni öldürsün. Allaha and olsun ki, sən və Müaviyə zəlil olacaqsınız.» O həzrətin dediyi kimi də oldu. Çox keçmədən Cüdə Müaviyənin sarayından qovulub öldü. Müaviyə də ağır bir xəstəliyə tutulub öldü.
Həzrət imam Həsən (ə) vəfat etdikdən sonra Mədinədəki Bəqi qəbristanlığında torpağa tapşırıldı. Allahın və Peyğəmbərin salam və rəhməti onun pak və təmiz ruhuna olsun.

Imam Ali (e.)
IKINCI MӘSUM
ӘLI ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Әli
Ləqəbi: Әmirəl-möminin
Künyəsi: Әbül-Həsən
Doğulduğu tarix: Hicrətdən 23 il əvvəl
Xəlifəliyi: Hicrətdən 35 il sonra
Xəlifəlik müddəti: 5 il
Ömrü: 63
Şəhadəti: Hicri 40-cı ildə xaricilərdən olan Ibni Mülcəm (lə) adlı bir şəxs tərəfindən qətlə yetirilmişdir.
Məzarı: Iraq, Nəcəf şəhəri.
TӘVӘLLÜDÜ
Peyğəmbərin hicrətindən 23 il qabaq, cümə günü Rəcəb ayının 13-də Әbu Talibin ailəsində təkcə Məkkəyə deyil, bütün dünyaya nur saçan mübarək bir uşaq dünyaya gəldi.
Bu təvəllüd haqqında Məkkə əhalisindən Qunəb adlı birisi belə deyir: Abbas ilə oturmuşduq ki, birdən əsəd qızı Fatimənin sancı çəkərək Kəbəyə tərəf getdiyini gördük. O belə deyirdi:
«Ey Allahım! Sənə və peyğəmbərinə inanıram. Sənin əmrinlə bu evi tikən peyğəmbərin (Ibrahimin), eləcə də bətnimdəki uşağın izzəti hörmətinə bu körpənin dünyaya gəlişi əziyyətini mənim üçün asan et».
Elə həmin andaca Allah evinin yarılaraq, Fatimənin oraya girməsini daha sonra isə divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasını öz gözlərimizlə gördük. Hamımız qorxudan titrəyirdik. Daha sonra ayağa qalxdıq və sürətlə Kəbəyə sarı qaçdıq ki, qapını açıb arvadlarımızı Fatiməyə kömək etmək üçün içəri göndərək. Amma nə qədər çalışdıqsa qapını aça bilmədik. Bu qəribə xəbər çox sürətlə Məkkənin hər tərəfinə yayıldıqda hamı bundan heyrətləndi. Məkkə qadınları Fatimə ilə görüşü həyəcanla gözləyirdilər. Nəhayət dörd gündən sonra Fatimə qucağında gözəl bir uşaqla Kəbədən bayıra çıxıb dedi:
«Allah qadınlar arasında məni seçdi, Onun evində ikən mənim üçün cənnət xörəklərindən və meyvələrindən göndərdi».
Həzrət Fatimə evinə doğru gedən zaman ətrafına yığışan qadınların «uşağın adını nə qoyacaqsan?» - deyə verdikləri suala belə cavab verdi: «Allahın hərəmində əyləşdiyim vaxt nagahan səs eşitdim: uşağın adını Әli qoy».
Bəli haqqında danışdığımız həzrət Әli əleyhissalamdır. O, ülvi şəxsiyyət körpəlik və uşaqlıq dövranını təmiz, pak bir şəkildə başa vurdu. Necə ki, həzrətin özü də bu barədə «Nəhcül-bəlağə»də belə buyurur:
«Uşaqlığımda Peyğəmbər (s) məni qucağına alıb köksünə sıxar və yeməyi çeynəyib ağzıma qoyardı».
UŞAQLIQ DÖVRÜ
Həzrət Әli əleyhissalamın özü bu dövr barədə belə buyurur: «Peyğəmbər hər il Hira dağına gedər və onu məndən başqa heç kəs görməzdi. Islamın hələ evlərə yayılmadığı ilk anlarda, təkcə Peyğəmbər ilə həyat yoldaşı Xədicə müsəlman olmuşdular. Mən isə vəhy və risalət nurunu görüb nübüvvət ətrini duyan ikinci şəxs idim.»
Peyğəmbərin qohumlarını islama dəvət etmək üçün Allah əmri nazil olanda, həzrət Әli əleyhissalam Peyğəmbərin (s) yaxın adamlarından qırx nəfəri o həzrətin evinə qonaq çağırmışdı. Xörəyin azlığına baxmayaraq artıq hamı yeyib doymuşdu.
Şam yeməyindən sonra Peyğəmbər (s) məclisdəkilərə xitab edərək buyurdu:
«Ey Әbdülmüttəlib övladları! Allah mənə sizləri çağıraraq islamı sizlərə tanıtdırmağı əmr edib. Hər kəs mənə kömək edib dinimə iman gətirərsə, mənim qardaşım və xəlifəm olacaqdır.»
Peyğəmbər (s) bu mətləbi üç dəfə təkrar etsə də Әlidən başqa heç kəs ona cavab vermədi. Həzrət Peyğəmbər (s) hər dəfə öz istəyini təkrar etdikdə yerindən qalxıb həzrətin əlindən tutan və ona iman gətirdiyini elan edən yeganə şəxs hələ uşaq yaşında olan həzrət Әli əleyhissalam idi. Elə bu əsnada Peyğəmbərimiz belə buyurdu:
«Әli mənim qardaşım və xəlifəmdir. Onun sözünə qulaq asın və əmrlərinə itaət edin».
GӘNCLIK DÖVRÜ
Həzrət Әli əleyhissalam artıq uşaqlıq və yeniyetməlik dövrünü geridə qoyub qüdrət və qüvvət çağı olan gəncliyə çatmışdı. Eynilə bir kəpənəyin şamın başına fırlandığı kimi, həzrət Әli əleyhissalam da həzrət Peyğəmbərin (s) başına fırlanaraq, biləyinin gücündən islamın və Peyğəmbərimizin xeyrinə istifadə edirdi.
Misal üçün Hüneyn müharibəsində müsəlmanlar məğlub olub qaçdıqları vaxt Peyğəmbərin ətrafında gəzib onun vücudunu qoruyan və düşməni qorxudan təkcə həzrət Әli əleyhissalam idi.
Xeybər müharibəsində kafirlərin sərkərdəsi olan, eləcə də hamının gücü və cəsarətindən qorxduğu Məhrabı yerə yıxmışdı, iyirmi nəfərin güclə açıb bağlaya bildiyi qapını qaldıraraq xəndəyin üstünə atmış və onu əsgərlərin üstündən keçə biləcəyi bir körpüyə çevirmişdi.
Buna oxşar yüzlərlə misal həzrət Әli əleyhissalamın iman və fədakarlığının açıq dəlili tutarlı bir sübutudur.
ӘLI ӘLEYHISSALAMIN FӘDAKARLIĞI
Insan məhz özünü çox sevdiyi və canını başqasına fəda etmədiyi bir halda, həzrət Әli əleyhissalam islamı və Peyğəmbəri (s) özündən daha çox sevdiyinə görə canını Peyğəmbərin yolunda fəda etməyə həmişə hazır idi.
Bu hadisə Məkkə müşriklərinin özlərinin məğlubiyyət təhlükəsi ilə qarşı-qarşıya gördükdə bu barədə mühüm bir qərar çıxarmaq üçün toplandıqları zaman baş vermişdi.
Onların hamısı Darün-nədvə adlı bir yerdə yığışaraq geniş müzakirədən sonra belə qərara gəldilər. Hər qəbilədən bir nəfər seçiləcəkdir ki, onlar gecə vaxtı Peyğəmbərin evinə həmlə edərək onu öldürəcəklər. Belələliklə bütün qəbilələr onun qanını tökməkdə şərik olduqlarına görə heç kim intiqam almağa təşəbbüs göstərməyəcəkdir.
Onların bu planını Allah öz Peyğəmbərinə bildirmiş və ona hələ gecə ikən evindən çıxıb Məkkədən hicrət etməsini əmr etmişdi. Lakin Peyğəmbər (s) bu hədəf üçün canını fəda etməyə hazır olan etibarlı bir sirdaş axtarırdı. Bu fədakarlığı yalnız həzrət Әli əleyhissalam öz öhdəsinə götürə bilərdi.
Məhz elə buna görə də Peyğəmbər (s) əhvalatı həzrət Әli əleyhissalama danışdı. Bu fədakar və mömin cavan üzündə təbəssüm sevinərək bu işi bütün varlığı ilə qəbul etdi.
Gecənin qaranlığı hər yeri bürümüşdü. Әli (ə) Peyğəmbərin yatağında arxayın və ürək rahatlığı ilə yatmışdı. Həzrət Peyğəmbər (s) də artıq evindən çıxıb Məkkənin kənarında olan Sövr mağarasına getmişdi. Qüreyşli qatillər evi mühasirə edib əllərində qılınc və bıçaq həmləyə hazırlaşmışdılar.
Həmlə əmri verildikdə onların hamısı siyrilmiş qılıncla Peyğəmbərin evinə girib yatağına tərəf hücum etdilər. Lakin birdən-birə yataqdakının Әli olduğunu gördükdə sarsılmış və narahatlıqla Peyğəmbərin evini tərk edib dərhal atlıları o həzrətin dalınca göndərmişlər. Lakin çox keçmədi ki, əliboş və ümidlərini itirərək geri qayıtmışlar.
ӘLI (Ә) VӘ ALLAH YOLUNDA MÜHARIBӘ
Islam həyat və sülh dinidir. Bu müqəddəs din insanların öldürülməsi ilə müxalifdir. Bu din günahsız bir insanı öldürən kimsəyə belə ağır cəzalar tətbiq edir. Lakin daxili və xarici düşmənlər müsəlmanlara qarşı təcavüzə əl atdıqda, o zaman bu müqəddəs din ağıl və şəriətə əsasən müdafiə etməyi əmr edir. Bu isə islam cihadının bir hissəsidir.
Həzrət Peyğəmbərin (s) müdafiə xarakteri daşıyan bütün müharibələrində həzrət Әli əleyhissalam, saf ruhlu bir igid təkin, Peyğəmbərlə çiyin-çiyinə islam yolunda var qüvvəsilə döyüşürdü.
O, Allahdan başqa heç bir şeydən qorxmayan bir mömin bəndə, eləcə də yorulmaz bir mücahid sayılırdı. O, belə deyərdi: «Allaha and olsun ki, əgər haqqı bir tərəfdə və bütün xalqı da batil olaraq haqq müqabilindəki digər tərəfdə görsəm, haqq uğrunda tək-tənha qılınc oynadar, onların qabağında inamla duraraq bu yoldan bir an belə geri dönmərəm».
ӘLI ӘLEYHISSALAMIN ӘDӘBI
Islam hökumətinin mərkəzi Kufə şəhəri idi. Elm öyrənməkdən ötrü dünyanın hər tərəfindən bu böyük islam mərkəzinə axışırdılar.
Bir gün şəhər qırağında iki nəfər bir-biri ilə rastlaşmışdı. Bunlardan biri həzrət Әli əleyhissalam o birisi isə onu tanımayan bir xristian idi. Xristian Kufə şəhərinin ətrafındakı bir məntəqəyə, həzrət Әli əleyhissalam isə Kufəyə gedirdi. Onlar birlikdə olduqları müddətdə darıxmamaq üçün söhbətə başladılar. Yol ayrıcına çatdıqları vaxt xristian xudahafiz deyib yoluna davam etdi. Ancaq müsəlman yoldaşının, yolu başqa tərəfə olduğuna baxmayaraq onunla bir gəldiyini görüb heyrətlə soruşdu: Məgər siz Kufəyə getmirdiniz?
həzrət Әli əleyhissalam buyurdu: Bəli.
Xristian: Bəs onda nəyə görə bu tərəfə gəlirsiniz? – deyə soruşduqda həzrət Әli əleyhissalam cavab olaraq buyurdu:
«Bir az səninlə birgə yerimək istəyirəm. Çünki Peyğəmbərimiz belə buyurub: «Iki nəfər yol yoldaşı olduqda bir-birlərinə haqq sahibi olurlar». Indi sənin mənim boynumda haqqın var ki, mən də bu haqqı ödəmək üçün səninlə bir az gələcəyəm. Beləliklə, haqqını bu dünyada ödəyəcək və sonra arxayınlıqla öz yoluma davam edəcəyəm».
həzrət Әli əleyhissalamın bu insani rəftar və davranışı xristianın xoşuna gəlib öz-özünə dedi: «Islam əgər belə bir mədəni dindirsə, tərəfdarları bu qədər ali insanlardırsa, mən də gərək müsəlmanlığı qəbul edəm». Yoldaşının islam rəhbəri həzrət Әli əleyhissalam olduğunu bildikdə daha da heyrətlənən xristian dərhal Әli əleyhissalamın hüzurunda müsəlmanlığı qəbul edib islama iman gətirdi.
HӘZRӘT ӘLININ ÖZÜNÜ ӘLӘ ALMASI
Insan təbii şəraitdə özünü daha yaxşı ələ ala bilər. Belə ki, müxtəlif pislik və günahlardan çəkinərək iradəsinə hakim olar. Lakin qəzəb, hirs və əsəbləşdikdə insanın haqqı görməsi və Allahı xatırlaması olduqca çətin və ağırdır. Buna görə də cinayətlərin çoxu adətən insanın normal vəziyyətdən çıxdığı vaxt baş verir.
Amma kamilliyə çatıb, nəfsini tərbiyə etmiş həzrət Әli əleyhissalam kimi ülvi bir insanın rəftar və davranışı da digər insanlardan fərqlidir. Hər hansı bir vəziyyətdə olursa olsun yalnız Allahın razılığını nəzərdə tutur, Allaha görə olmayan işlərdən çəkinirdi.
Istər evdə olsun, istər müharibə meydanında, istər sevincli anlarında olsun, istərsə də əsəbləşəndə onun üçün heç bir fərqi yox idi. Məsələnin daha da aydınlaşmasından ötrü o həzrətin müharibə meydanındakı rəftarına diqqət yetirək:
Bütün Mədinə xalqının şəhər ətrafında böyük xəndəklər qazaraq, düşmənin yolunu bağlamaq üçün, su ilə doldurduğu Xəndək müharibəsində məşhur ərəb cəngavəri Әmr ibni Әbdüvəd düşmən əsgərləri arasında dolanaraq döyüşmək üçün özünə rəqib axtarırdı. Müsəlmanlar arasında onunla döyüşə girməyə heç kəs cəsarət etmirdi.
Elə bu vaxt həzrət Әli əleyhissalam mətn addımlarla irəli addımlayıb iman dolu qəlbi ilə onun qarşısına çıxaraq belə buyurdu: «Ey Әmr! Başından yekə danışma! Səninlə döyüşmək istəyən qarşındadır!»
Әmr həzrət Әli əleyhissalama baxıb lovğa-lovğa dedi: Geri qayıt! Səni öldürmək istəmirəm. Çünki atanla dost olmuşam.
Әli (ə) ona belə cavab verdi:«Allaha and olsun ki, mən isə səni öldrümək istəyirəm».
Bu sözdən hirslənib atından düşən Әmr qılıncını siyirərək həzrət Әli əleyhissalama həmlə etdi. Lakin qılınc şiddətlə Әlinin qalxanı ilə toqquşduqda həmləsi boşa çıxdı.
Daha sonra həzrət Әli əleyhissalam onu yalnız bir zərbə ilə yerə yıxıb öldürmək üçün sinəsinin üstündə oturdu. Bu zaman Әmr həzrət Әli əleyhissalamın mübarək üzünə tüpürdü. həzrət Әli əleyhissalam birdən Әmrin sinəsi üstündən qalxıb bir müddət meydanda yeridikdən sonra təzədən Әmrə tərəf getdi. Әmr soruşdu: O cür zərbədən sonra məni buraxmağının mənası nədir?»
Həzrət Әli əleyhissalam buyurdu: «Ey Әmr! Mən Allah üçün qılınc çəkirəm, öz nəfsim üçün yox. Səni yerə yıxıb sinən üstündə oturduğum vaxt üzümə tüpürdün və məni hirsləndirdin. Әgər o anda səni öldürsəydim, savab qazanmayacaqdım. Çünki artıq əsəbləşmişdim. Buna görə də sənin üstündən qalxdım və bir az yeriyib hirsimi yatırtdım».
Həzrət Әli əleyhissalamın şücaəti, səbri və nəfsinə hakim olması ərəb pəhlivanı Әmrə çox böyük təsir etmişdi. Hamı istər dost, istərsə də düşmən, həzrət Әliyə diqqət yetirirdi. Dostların dilindən təkbir səsləri ucalarkən, düşmənin canını artıq qorxu bürümüşdü ki, bu da düşmənin tam məğlubiyyətinə zəmin hazırlamışdı. Həzrət Peyğəmbər (s) Әli əleyhissalamın bu səciyyəvi qələbəsi haqqında belə buyurmuşdu:
«Әlinin Xəndək müharibəsində gördüyü iş və endirdiyi zərbənin dəyəri Allah yanında insanların və cinlərin ibadətindən daha çox və üstündür».
HӘZRӘT ӘLININ MEHRIBANLIĞI
Həzrət Әli əleyhissalamın müharibə meydanında göstərdiyi qəhrəmanlıq və igidliyini müşahidə etdik, lakin qəhrəman və qorxmaz bir insanın əgər mərhəmət və mehribanlığı olmazsa, o qəhrəmanlığın heç bir dəyəri yoxdur. O, müharibə meydanında yeridikdə yaralıların, acların və susuzların halını gözləyirdi. Quduz düşmənləri öldürər ac yaxud susuz bir düşmən əsgəri ilə qarşılaşıb üzbəüz gəldikdə isə ona rəhm edib, yarasını müalicə edərdi.
Düşmənlərlə qəhrəmanlıqla döyüşərdi. Lakin heç vaxt düşməni ac və susuz öldürməz, ev və ocaqlarını dağıtmazdı. Çünki o, belə rəftar və davranışın imana zidd olmasını bilirdi.
Məhz elə buna görə də Siffeyn müharibəsində suyu Müaviyə ordusunun əlindən almağa müvəffəq olduğu halda, əsgərlərinə əmr etdi ki, onu bağlamasınlar. Eləcə də düşmən əsgərləri sudan istifadə etmək istədikdə onlara mane olmasınlar.
Bu zaman həzrət Әli əleyhissalamın ordusunda olanlar etiraz edib dedilər: Düşmən bizi sudan uzaqlaşdıraraq bununla da bizləri təslim olmağa məcbur etmək istəyirdilər. Әgər eyni işi biz də görsək, biz də mütləq müvəffəq olar, bu müharibədə qələbə çalarıq. Gərək bu fürsətdən istifadə edək.
Әli (ə) onların cavabında belə buyurdu: «Xeyr, biz düşmələ kişi kimi döyüşəcəyik. Biz belə işləri mərhəmət və şəfqətə zidd hesab edirik. Әgər onların gördüyü işi biz də görməli olsaq o zaman onlarla aramızda olan fərq nədir? Bilin ki, bütün işlər Allah üçündür və biz də Onun əmrinə zidd rəftar etməməliyik.»
ӘLI ӘLEYHISSALAMIN RӘHBӘRLIK DÖVRÜNDӘKI DAVRANIŞLARI
1. Xalq ilə birgə
Bütün çətinliklərə baxmayaraq Әli (ə) şəxsən özü xalqın işlərinə yetişir, onların ağır problemləri ilə yaxından tanış olurdu. Heç vaxt o, düşmənlə şəxsi qərəzlik üzündən düşmənçilik etməzdi. Hətta onların maaşlarını da beytul-maldan verərdi. Dostlarına isə dostluqlarına görə, güzəştə getməzdi. Әtrafındakılara isə həmişə xalqla ədalətli və insaflı davranmalarını əmr edərdi. Qurana zidd olan işləri əsla bağışlamazdı.
Misal üçün Sudə adlı bir qadın haqqını almaq üçün onun yanına gəldikdə, həzrət namaz qılırdı. Әli (ə) namazını tez qurtarıb təbəssümlə ondan soruşdu: «Nə istəyin var?» Gözü yaşlı Sudə vergi məmurundan və onun etdiyi zülmlərdən o həzrətə şikayət etdi.
Həzrət Әli əleyhissalam elə həmin yerdə ağlayaraq buyurdu: «Allahım! Sən şahidsən ki, mən onlara Sənin bəndələrinə zülm etməmələrini əmr etmişəm». Sonra bir dəri parçası götürüb məmurunu məmurluq vəzifəsindən azad etdiyini yazıb məktubu Sudəyə verdi ki, aparıb həmin məmura çatdırsın.
Daha sonra Әli (ə) belə buyurdu: «Allaha and olsun, əgər əlimdə olan bu vəzifədən məzlum insanların qurtuluşu üçün istifadə edə bilməsəm, əgər zülmün qarşısını ala bilməyib haqqı bərpa etməyi bacarmasam, bu vəzifə mənim üçün köhnə ayaqqabıdan da dəyərsiz olacaq. Rəhbərlik və xəlifəlik mənim üçün hədəf deyildir. Bu məqam ona görədir ki, ondan məhrum və məzlum xalqların xeyrinə istifadə edəm.»
2. Ayrı-seçkiliyin aradan qaldırılması
Xalq həzrət Әli əleyhissalama beyət edikdə o həzrət minbərə çıxıb buyurmuşdu:
«Allaha and olsun, o zamana qədər ki, Mədinədə tək bir xurma ağacım var, özümə beytül-maldan bir şey götürməyəcəyəm».
Qardaşı Әqil ayağa qalxıb dedi: «Məni Mədinədə yaşayan zənci ilə bir tutursan?» Әli (ə) belə buyurdu: «Otur qardaşım, sənin o zənci ilə müqayisədə iman və təqvandan başqa heç bir üstünlüyün yoxdur». Daha sonra Әli (ə) elan etdi ki, hökumətində ayrı-seçkiliyə yol verməyəcəkdir.
Yenə bir yay axşamı qardaşı Әqil, qardaşını evinə şama qonaq çağırmışdı. O güman edirdi ki, bununla da maaşının çoxaldılmasını həzrət Әli əleyhissalama qəbul etdirə biləcəkdir. Әli əleyhissalam belə buyurdu: «Hazrıladığın bu şamın pulunu haradan qazanmısan?»
Әqil cavabında belə dedi: «Mən və arvadım öz şəxsi xərclərimizi azaldıb qalan pulu yığıb sənən yaxşı yemək hazırlamaq istədik».
Həzrət Әli əleyhissalam belə buyurdu: «Sabahdan sənin aylıq maaşını sənə kifayət edəcək qədər verəcəyəm (yəni azaldacağam). Çünki etiraf etdiyinə görə bir az qənaət edəndə daha az xərcləyirsən».
Әqil qardaşının sözlərindən hirslənib çığır-bağır salmağa başladıqda həzrət Әli əleyhissalam yanındakı dəmiri odda qızdırıb qardaşının əlinə basdı. Әqil qırşqırıb «vay yandım» - dedi. həzrət Әli əleyhissalam bu zaman belə buyurdu: «Qəribədir, sən mənim yandırdığım oddan qorxub qışqırdığın halda necə olur ki, öz rahatlığın üçün Allahın mənə hazırladığı əzab odunda yanmağıma razı olursan. Bu var-dövlət xalqındır və mən də onların etibar etdikləri adamam».
Yenə də şahid oluruq ki, onun yanında çalışan məmurlardan bəzisi həzrətin bu mövqeyinə etiraz edib belə deyirlər: Әgər üsyan edənlərə və qoşun başçılarına bir az artıq qiymət versəydin, yenicə qurulmuş bir islam sistemini daha yaxşı idarə etmək qüdrət və ədalətlə hökumətə rəhbərlik edə bilərdin.
Imam (ə) isə onların cavabında buyururdu: «Çox qəribədir, siz məndən islam naminə qurulmuş hökumətin təməlini zülm və ədalətsizlik üstündə qurmağımı tələb edirsiniz? Allaha and olsun ki, əsla bu işi görmərəm! Hətta bütün müsəlmanların dövləti mənim olsa belə yenə də belə bir işə girişmərəm. Halbu ki, bu mallar xalqındır və mən onların etibar etdiyi bir nəfərəm».
Bir gün Bəsrə valisi Hüneyfin oğlunun əşraflarından birisinin qonağı olduğunu və fürsət gözləyən qaniçənlərin isə onun siyasi mövqeyindən istifadə edəcəklərini eşitdikdə həzrət Әli əleyhissalam çox hirsləndi və onu məzəmmət edəcək bir məktub yazıb onun üçün göndərdi: «Eşitmişəm yoxsulların olmadığı dövlətlilərin süfrəsində oturubsan. Bunu bil ki, sənin rəhbərin və imamın olan mən, əgər istəsəm ən yaxşı və ləziz yeməkləri yeyə bilərəm. Amma mən heç vaxt bu işi görmədim. Çünki məmləkətdə ac qarnına yatanlar ola bilər. Mən sizin dünyanıza təkcə xurma və çörəkdən ibarət az bir xörəklə və sadə bir paltarla qənaət etdim. Siz mənim kimi ola bilməsəniz də çalışın ki, yolunuz məndən ayrılmasın». Həzrət Әli əleyhissalam bu məktubla ona xəbərdarlıq edərək öz rəhbərlik borcunu yerinə yetirdi.
Imam əleyhissalamın həyatı başdan-başa ədalətlə zəngindir. Bir gün o həzrətin düşməni olan Müaviyə onun əshabından biri olan Әdiy ibni Hatəm ilə qarşılaşıb ona belə sual verdi: Әlini imamət və xəlifəliyi zamanında necə gördün? O, isə cavabında «quldurlar onun hökumətində quldurluq edə bilməz, gücsüzlər isə onun ədalətindən həmişə faydalanıb ümidsizliyə düşməzlər» - deyə söylədi.
Həzrət Әli əleyhissalamın özü də həmişə belə buyurardı: «Xalq məni özünə rəhbər və xəlifə seçdiyi halda, camaatın müxtəlif problem və çətinliklərinə şərik olmağım zəruri deyilmi?»
Tarixdən mə᾽lum olduğu kimi, bir gün qoşun başçıları keçmiş səhabəsi olan Ibni Abbas ilə birlikdə onun hüzuruna gəldikdləri zaman rəhbərlərinin ayaqqabısını yamaqlamaqla məşğul olduğunu gördülər. Әli (ə) onlara belə buyurdu: «Bu ayaqqabının dəyəri nə qədərdir?»
Ibni Abbas dedi: Onun dəyəri bir neçə dirhəmdən artıq olmaz.
Həzrət Әli əleyhissalam buyurdu: «Allaha and olsun ki, əlimdə olan bu vəzifədən zülmün qarşısını almaq və haqqı bərpa etmək üçün istifadə edə bilməsəm, mənim üçün bu ayaqqabıdan daha dəyərsizdir.»
Yə᾽ni bu məqam və rəhbərlik mənim üçün hədəf olmayıb, yalnız məhrum xalqların xeyrinə istifadə etmək üçün yeganə vəsilədir.
3. Şikayətləri araşdırmaq
Həzrət Әli əleyhissalam öz hökuməti və rəhbərliyi dövründə şəxsən şikayətləri dinləyərək məsələləri özü həll edirdi.
Әgər bir nəfərin şikayəti olsaydı, imamın yanına rahatlıqla gəlib şikayətini ona söyləməsi üçün, yayın isti günlərində xalqın istirahət etdiyi bir divarın kölgəsində oturardı.
Isti günlərin birində həzrət yenə də bir divarın kölgəsində oturmuşdu. Bir qadın ona tərəf gəlib narahatlıqla dedi: Әrim mənə zülm edib bu istidə məni evdən çölə atıb. O, həzrət Әli əleyhissalamdan bu məsələni həll etməsini xahiş etdi.
Həzrət Әli əleyhissalam belə buyurdu: «Ay xanım, hava çox istidir. Hava sərinləyənə kimi dözə bilsən, yaxşı olar. Onda mən də səninlə birlikdə bu məsələyə sərəncam çəkərəm.» Qadın belə dedi: Qorxuram ərim yenə hirslənsin. Әgər mümkünsə tez gedək!
Әli əleyhissalam qadına belə buyurdu: Yaxşı, sən get! Mən də dalınca gəlirəm. Әli (ə) o qadınla birlikdə gedib o cavan oğlanın qapısını döydü. Qapıya gələn ev yiyəsi Әli (ə) tanımamışdı. Amma başa düşmüşdü ki, arvadı bu kişini köməyə çağırıb.
Әli əleyhissalam ev yiyəsinə belə dedi: Bu xanım deyir ki, sən onu evdən qovmusan. Mən gəlmişəm ki, sənə nəsihət verib deyəm ki, Allahdan qorxub arvadınla yaxşı rəftar edəsən. Məğrur cavan həzrət Әli əleyhissalama pis sözlər söylədikdən sonra dedi: Bunun sənə heç bir dəxli yoxdur. Mən istədiyim işi görərəm. Hələ üstəlik səni də öz yanında gətirdiyinə görə vay olsun onun halına.
Imam (ə) cavan oğlanın sözlərindən narahat olub etiraz edərək səsini ucaltdı və onu cəzalandırmaq üçün əlini qılıncına tərəf apardı. Imamın səsini eşidən camaat evlərindən bayıra çıxmağa başladılar. Camaat Әli əleyhisaalamı görüb ehtiram ilə qabağa gəlib salam verdilər. Bunu görən cavan oğlan başa düşdü ki, qarşısında duran həzrət Әli əleyhissalamdır. Bilmirdi ki, nə etsin. Әlinin ayaqlarına düşüb üzr istəməyə başladı: Nə əmr etsəniz itaət edəcəyəm və bundan belə arvadımla yaxşı rəftar edib onu narahat etməyəcəyəm.
Әli əleyhissalam isə belə buyurdu: «Inşaallah elə olarsan». Daha sonra qadına tərəf dönüb dedi: Evinə qayıt. Inşaallah sən də ərinə yaxşı arvad olarsan.
QӘDIRI-XUM HADISӘSI
Həzrət Peyğəmbər (s) hicrətin onuncu ilində həcc mərasiminin təntənəli bir şəkildə yerinə yetirilməsi üçün Allah evinə getmişdi. Çünki bu, Həzrət Peyğəmbərin (s) sonuncu həcci idi. Mərasimlər nizam-intizamla yerinə yetirildikdən sonra, Peyğəmbər (s) ilə əshabı Mədinəyə qayıdırdılar. Yol boyu Həzrət Peyğəmbər (s) ümməti üçün vəfatından sonra baş verəcək hadislərədən ötrü çox nigaranlıq keçirirdi.
Xalq arasında münafiqlər və onun ölümünü gözləyənlər xilafət və rəhbərliyi əsl yolundan azdırmaq üçün qabaqcadan planlar hazırlamışdılar.
O, dost paltarına bürünüb ona hörmət edən münafiqləri görür, amma müşriklərin «Məhəmməd öz adamlarını öldürür» demələrinin qabağını almaq üçün səsini çıxarmırdı. O, bir tərəfdən gələcəkdəki hadisələri görür, digər tərəfdən isə Allahın Әli (ə) haqqında əmr etdiyi borcunu yerinə yetirmək məcburiyyətində qaldığını hiss edirdi.
Həmin borc Әli əleyhissalamı xəlifə təyin etmək idi. Onu özünə xəlifə və canişin seçməklə «peyğəmbər bizi xəlifəliyə seçdi» - deməklə xalqın arasında şək-şübhə yaradanların planlarını puça çıxarmaq niyyətində idi.
Vəhy mələyinin Həzrət Peyğəmbərin (s) ruh və qəlbinə nazil etdiyi vəhyin səsi qulaqlarında əks-səda verir: «Böyük bir borcun var. Әgər bu borcu yerinə yetirməsən, elə bir risalətini təlbiğ etməyibsən. Bil ki, Allah səni düşmənlərin hiylə və tələlərindən qoruyacaqdır.»
Belə bir risalət günəşinin vəkaləti, vilayət günəşi olmalı idi ki, Peyğəmbərin (s) bütün kamal və dəyərlərinə sahib idi. Bu şəxsiyyət Әli ibni Әbu Talibdən başqa kim ola bilərdi? O Әli ki, Peyğəmbər dəfələrlə onu xalqın arasında tərifləyib buyurmuşdu: «Әli ümmətimin ən bilicisidir. Mən elmin şəhəriyəm, Әli də onun qapısıdır. Hər kəs mənim elmimi öyrənmək istəyirsə, Әliyə müraciət etsin».
Elə buna görə də həzrət Әli əleyhissalam minbərdə həmişə belə deyərdi: «Ey camaat! Məni əldən verməmişdən əvvəl, istədiyinizi soruşun!»
Allahın əmrinə görə həzrət Peyğəmbər (s) Allahın buyurduğu şəkildə islam dinini təkmilləşdirmək üçün Әli əleyhisslamı xəlifəliyə seçmək qərarına gəldi. Və qədir günü Allahın öz Peyğəmbərini təbrik edib müjdə verərək «Bu gün islam dinini mükəmməl edib sizlərə nemətimi tamamladım» - dediyi gün olaraq tarix səhifələrinə yazıldı.
Demək, bu müqəddəs bir qayıdış eləcə də bərəkətli bir həcc idi. Yüz iyirmi mindən çox insan Peyğəmbərlə birlikdə idilər.
Onların hamısı Zil-həccə ayının 18-də Cöhfə deyilən yerdə Qədiri-xum adlı məntəqəyə çatdıqları vaxt Həzrət Peyğəmbər (s) karvanların dayanmasını əmr etdi. Peyğəmbərin (s) əmri ilə hamı o isti havada dayanıb öz-özlərinə fikirləşirdilər ki, mütləq əhəmiyyətli bir məsələ vardır ki, Peyğəmbər bizi bu istidə saxlayıbdır. Onların düşündükləri kimi həqiqətən də bu mövzu çox əhəmiyyətli idi.
Peyğəmbər üçün dəvələrin cihazından ibarət bir minbər düzəltdilər. Bir neçə nəfəri də camaatın arasında Peyğəmbərin sözlərini təkrar etmələri üçün yerləşdirdilər.
Həzrət Peyğəmbər (s) ətrafındakı əshabı ilə gəlib minbərə çıxdı və belə buyurdu:
«Ey camaat! Mən peyğəmbərlik vəzifəmi yerinə yetirib var qüvvəmlə çalışdım. Bilin ki, özümdən sonrakılar üçün iki dəyərli şeyi (əmanəti) qoyub gedirəm. Bu ikisi bir-birindən heç vaxt ayrılmazlar:
Allahın kitabı.
Әhli-beytim.
Daha sonra hamının görə bilməsi üçün həzrət Әli əleyhissalamın əlini uca bir bayraq kimi qaldırıb buyurdu:
«Mən hər kəsin mövlasıyamsa, bilsin ki, Әli də onun mövlasıdır. Allahım! Әli ilə dost olanla dost, düşmən olanla isə düşmən ol. Ona yardım edənə yardım et. Onunla müharibə edənlə düşmən ol. Ey burada olan müsəlmanlar, burada olmayanlara sözlərimi yetirin. Inşaallah ki, eşidib qəbul edərlər».
ӘLI ӘLEYHISSALAMIN XӘLIFӘ SEÇILMӘSI
Qüdrət və vəzifəyə çatmaq üçün islamı qəbul edən və özlərini Peyğəmbərlə birlikdə göstərməyə çalışanlar, xəlifəliyi Bəni Haşim nəslindən almaq üçün gizli yığıncaqlar keçirirdilər.
Onlar planlarını həyata keçirməkdən ötrü münasib bir fürsətin sorağında idilər. Çünki bilirdilər ki, qarşılarında olan şəxsin islama xidmətlərini hamı təsdiqləyib. Peyğəmbər onun haqqında tövsiyə edib və Qədiri-xum günündə hamı ona beyət edibdir. Peyğəmbərin (s) vəfatından sonra həmin planlar ardıcıl surətdə həyata keçirilməyə başlamışdı. Belə ki, həzrət Әli əleyhissalamı, o yüksək şəxsiyyəti susmaq məcburiyyətində qoymuşdular. Çünki o, təkcə islamı düşünür, məqam və vəzifəyə meyl göstərmirdi. Әgər məsələni qılıncla həll etməyə cəhd etsəydi, düşmənlərinin arzusunu yerinə yetirmiş olacaqdı. Yəni islamdan heç bir əsər qalmayacaqdı.
Әli (ə) və Fatimənin bu hadisələr qarşısında sükut etməsi, xüsusən də Osmanın hakimiyyətinə nüfuz etmiş Әməvi dövlət adamlarının vəzifələrindən sui-istifadə etmələri və ədalətsiz rəftarları xalqı ayıltmışdı və artıq hamı başa düşmüşdü ki, islam xəlifəliyi siyasətçilərin əlində oyuncağa çevrilibdir ki, Allah ilə Peyğəmbərin istəyi isə bu deyildir.
Nəhayət xalqın narazılığı ən yüksək zirvəsinə çatdığından inqilab qığılcımı xalq kütlələrinin ürəyində alovlanmağa başlamışdı.
Vəziyyətdən bezmiş xalq coşqun bir sel kimi Osmanın evinə tərəf axıb onu qılıncdan keçirmişdilər.
Xalq o qədər coşmuşdu ki, həzrət Әli əleyhissalamın Osmanın canını qurtarmaq üçün göndərdiyi imam Həsən (ə) və imam Hüseyn əleyhissalamın sözünə də qulaq asmamışdılar. Camaat qılınclarından qan damarkən və həyəcan odunda yanarkən həzrət Әli əleyhissalamın evinə tərəf axışıb böyük bir məhəbbət və sevinclə onu özlərinə tərəf çəkib beyət etdilər və beləliklə, onu özlərinə xəlifə və rəhbər seçdilər.
ӘLI ӘLEYHISSALAMIN HÖKUMӘTI NӘ ÜÇÜN MӘĞLUBIYYӘTӘ UĞRADI?
Həzrət Әli əleyhissalam xalqla beyət etdiyi vaxt belə demişdi: «Mən haqqa əməl edəcəyəm və dinimi kimsənin dünyasına satmayacağam. Dəlilsiz heç kimi vəzifə başına qoymayacağam. Təkcə onların keçmiş xidmətlərini nəzərdə tutacağam. Әgər məmurlarım xəta etsələr, onları bağışlamayacaq dərhal vəzifələrindən azad edəcəyəm. Heç bir məzəmmətdən qorxmayıb qətiyyətlə rəftar edəcəyəm. Beytül-malı hətta öz oğluma belə dəlilsiz verməyəcəyəm.» Amma təəssüflə həzrət Әli əleyhissalamın ədalətli hökumətini dünya malına düşkün olanlar bəyənməmişdilər. Onlar ilk addımda belə həzrət Әli əleyhissalamı tək qoyub əleyhinə üsyan etməyə başladılar. Təlhə və Zübeyr Osmanın intiqamını almaq üçün Mədinəyə gedib Ayişəni bu işə qol qoyması üçün təhrik etmişdilər. Onlar vaxtilə Peyğəmbərin həyat yoldaşı olan Ayişənin mövqeyindən istifadə edərək böyük bir qrupu öz ətraflarına yığıb qoşun ilə həzrət Әli əleyhissalama həmlə etmişdilər.
Çünki onlar axmaq adamlara demişdilər ki, guya Osmanın qatili Әlidir. Həmin hadisənin nəticəsində minlərlə müsəlmanın qanı tökülmüşdü və törədilən günahlar da Әli əleyhissalamın boynuna yıxılmışdı. Bu hadisədən sonra Әli (ə) tərəfindən vəzifəsindən azad olunan hiyləgər Müaviyə bu fürsətdən səmərəli istifadə etmək üçün vəziyyəti münasib görən kimi Şamda qiyam edib həzrət Әli əleyhissalama qarşı müharibə elan etmişdi.
Həmin müharibələr Әli (ə) ordusunda xaricilər adlı bir qrupun meydana gəlməsinədək davam etmişdi. Bu qrup nə Әli (ə), nə Müaviyə, nə də Әmr ibni Ası xəlifəliyə layiq görürdü. Onlar hökm yalnız Allahındır şüarı altında qiyamt etmək istəyirdilər. Nəhayət həzrət Әli əleyhissalamı şəhid etdilər. Amma Müaviyə və Әmr ibni Ası öldürə bilmədilər. Beləliklə Әli əleyhissalamın hökuməti məğlubiyyətə uğrayaraq o həzrətin özü də ədalətinin qurbanı oldu. Yəni əgər Әli (ə), Müaviyə kimi, hiylə ilə hökumət etsəydi, heç kim onu öldürməyə cəhd edə bilməzdi.
HӘZRӘT ӘLI ӘLEYHISSALAMIN ŞӘHADӘTI
Nəhrəvan müharibəsindən sonra xaricilər adlı bir dəstə Məkkədə hər gün yığıncaqlar təşkil edib Nəhrəvanda ölənlər üçün ağlayırdılar. Bir gün onlar öz aralarında belə bir fikrə gəldilər ki, oturub ağlamağın mənası yoxdur. Islam hökumətini devirib qardaşlarımızı öldürən adamları məhv etməliyik. Әvvəlcə Әli, Müaviyə və Әmr ibni Ası öldürmək lazımdır. Bu üç nəfəri öldürmək üçün könüllülər tələb olunduqda ibni Mülcəm (lə) ayağa qalxıb «mən Әlini öldürəcəyəm» dedi. Daha sonra Әmr ibni Bəkri Təmimi «mən də Әmr ibni Ası öldürəcəyəm» söylədi. Bir başqası da Müaviyəni öldürməyi öz öhdəsinə aldı.
Onların üçü də and içib mübarək Ramazan ayının 19-u planlarını həyata keçirmək üçün münasib vaxt bildilər. Sonra isə qərarlaşdıqları günü gözləmək üçün öldürəcəkləri adamların yaşadıqları şəhərlərə yollandılar. Təəssüflər o iki nəfər işlərində müvəffəq olmadılar, amma Ibni Mülcəm (lə) müvəffəq oldu.
Ibni Mülcəm (lə) Kufəyə gəlib Әli əleyhissalamın düşmənləri ilə əlaqə yaradaraq Ramazan ayının 19-cu gününə qədər onların evində qaldı.
Bir gün Әli (ə) Kufə küçələrindən birində onunla qarşılaşdı. Ibni Mülcəm (lə) özünü gizlətmək istədisə də Әli (ə) onu görüb belə buyurdu: «Kufəyə nəyə gəldiyini bilirəm».
Bu sözləri eşidən Ibni Mülcəm (lə) qorxdu və ayaqları titrəməyə başladı. həzrət Әli əleyhissalama belə dedi: Onda ey Әli əmr et ki, məni öldürsünlər ya zindana atsınlar, ya da sürgün etsinlər».
Әli (ə) ona baxıb belə dedi: «Bu üç təklifdən hər birini sənin haqqında tətbiq edə bilmərəm. Amma islam dini öldürmə və cinayətdən qabaq qisası rəva görməz. Səni sərbəst buraxıram ki, bəlkə fikrindən dönəsən».
Nəhayət hicri 40-cı ilin Ramazan ayının 19-da Ibni Mülcəm (lə) namazda səcdə halında olan həzrət Әli əleyhissalamın başına zəhərli bir qılıncla vurdu. Bununla da təqva və iman dağını yıxıb həzrət Әli əleyhissalamı şəhid edərək islam dünyasını matəmə qərq etdi. həzrət Әli əleyhissalamın mehrabdakı «And olsun Allaha ki, artıq qurtuldum» səsinin dalınca mələk Cəbrailin səsi yüksəldi: «Vallahi, hidayət sütunları yıxıldı və Әli şəhid edildi.» Camaat Әli əleyhissalamın qatilini tutub imam Həsən-Müctəba əleyhissalama təhvil verdilər. Imamın yaralı bədənini isə öz evinə apardılar.
Imam Әli (ə) öz qatili barəsində oğlu Həsənə belə buyurdu: «Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın. Әgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın.»
Amma əfsus ki, Әli (ə) daha yaşamadı. Və Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni gizlin şəkildə Nəcəfi-əşrəf şəhərində torpağa tapşırıldı.
IMAMDAN QISA KӘLAMLAR
1. Mö᾽min sifətli cahillərdən çəkinin. Çünki onlar Allahdan qorxmurlar.
2. Allaha and olsun ki, məni mömindən başqa heç kim sevməz və münafiqdən başqa heç kim mənə düşmənçilik etməz.
3. Dünyadan istifadə edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir.
4. Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur.
5. Müsəlman müsəlmanın aynasıdır. Әgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol göstərin.

dini saytlar
Imam Mehdi haqqinda bilgi almaq, daha da etrafli melumata malik olmaq her bir intizar ceken sexsin en boyuk arzusudur. Biz de bunu nezere alaraq Imam Mehdi ile bagli olan muxtelif dillerde olan saytlari size teqdim edirik.
Koran in english ..the 1st surah...
Surah 1. The Opening
1.In the name of Allah, Most Gracious, Most Merciful.
2.Praise be to Allah, the Cherisher and Sustainer of the worlds;
3.Most Gracious, Most Merciful;
4.Master of the Day of Judgment.
5.Thee do we worship, and Thine aid we seek.
6.Show us the straight way,
7.The way of those on whom Thou hast bestowed Thy Grace, those whose (portion) is not wrath, and who go not astray.

NAMAZI BELE QILAQ
Namaz iki növ əməldən təşkil olunmuşdur.
1-Hərəkət və vəziyyətlər;
2-Tilavətlər;
Hərəkət və vəziyyətlər aşağıdakılardan ibarətdir.
1-Düz və aram dayanmaq;
2-Ruku; (əyilmək);
3-Səcdə (alını yerə və ya möhürə qoymaq);
4-Təşəhhüd və salam demək üçün əyləşmək;
Tilavətlər (oxunuşlar) isə aşağıdakılardır:
1-Allahu əkbər;
2-Fatihə və surə;
3-Rüku və səcdələrin zikri;
4-Allah və Onun Rəsuluna şəhadət vermək, sonra Allahdan həzrət Peyğəmbər (s) və onun Əhli-beyti üçün bərəkət və rəhmət diləmək və daha sonra salam demək. Bununla da namaz sona yetir.
Dini göstərişlərə əsasən, hər bir müsəlman gündə beş dəfə namaz qılıb, Allaha ibadət etməlidir.
Hər bir müsəlmana vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:
1-Sübh namazı ð İki rək`ət (Dan yeri söküləndən gün çıxana qədər);
2-Zöhr namazı ð Dörd rək`ət (Günorta çağı);
3-Əsr namazı ð Dörd rək`ət (Günortadan bir az sonra);
4-Məğrib namazı ð Üç rək`ət (Gün batandan sonra);
5-İşa namazı ð Dörd rək`ət (Məğrib namazından bir az sonra).
Namazın hər bir rək`əti qiyam (ayaq üstə durmaq), qiraət (oxunuş), ruku və səcdələrdən təşkil olunmuşdur.
Hər iki rək`ətdən sonra bir təşəhhüd oxunmalıdır.
Cümə günlərində qılınan Cümə namazı Zöhr namazını əvəz edir və iki rək`ət qılınır.
İki rək`ətdən ibarət olan Sübh namazının qılınma qaydasını öyrəndikdə, digər vacib namazların qılınma qaydasını da öyrənmək sənin üçün asanlaşacaqdır. Elə buna görə də hər şeydən öncə yalnız namazın vacib hissəsini qeyd edəcək və daha sonra namazın bir sıra müstəhəb əməllərini diqqətinizə çatdıracağıq.
SÜBH NAMAZI
Sübh namazı 2 rək`ətdir və dan yeri söküləndən sonra qılınır.
Dəstəmaz aldıqdan sonra, qibləyə tərəf durur və namaza başlayırıq.
1-İqamə:
2-Niyyət:
Ayaq üstə duran halda «Sübh namazını qılıram, qürbətən iləllah» sözünü qəlbdən keçirmək.
3-Təkbirətul-ehram:
İki əlləri qulaqlara qədər qaldırıb, «Allahu əkbər» deyərək namaza başlamaq.
3-Qiraət:
«Allahu əkbər» dedikdən sonra ayaq üstə duran halda «Həmd» və «İxlas» surələrini oxumaq.
«Həmd» surəsi belədir:
Bismillahir-Rəhmanir-Rəhim.
Əlhəmdu lillahi Rəbbil-aləmin.
Ərrəhmanir-Rəhim. Maliki yəvmid-din.
İyyakə nə`budu və iyyakə nəstəin.
İhdinəs-siratəl-mustəqim.
Siratəlləzinə ən`əmtə ələyhim, ğəyril-məğzubi ələyhim vələz-zallin.
«Həmd» surəsini oxuduqdan sonra «İxlas» surəsini oxuyuruq. «İxlas» surəsi isə belədir:
Bismillahir-Rəhmanir-Rəhim.
Qul huvəllahu əhəd. Əllahus-saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kufuvən əhəd.
4-Ruku:
«Həmd» və «İxlas» surələrini oxuduqdan sonra əyilib əllərimizi dizlərimizə qoyaraq, üç dəfə «Subhanəllah» demək və daha sonra ayağa qalxmaq.
5-Səcdə:
Qiyamdan sonra səcdəyə gedərək, alnımızı möhürə qoyub üç dəfə «Subhanəllah» demək.
Qeyd etmək lazımdır ki, səcdə halında alın, əllərin içi, ayaqların baş barmaqları və diz qapaqları yerə qoyulmalıdır.
Birinci səcdədən baş qaldıraraq bir anlıq diz üstə oturur və bir daha səcdəya gedərək üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.
İkınci səcdəni yerinə yetirdikdən sonra yenidən diz üstə oturur və bununla da namazın birinci rək`ətini qılmış oluruq.
Namazın ikinci rək`ətini qılmaq üçün ikinci səcdədən sonra bir anlıq diz üstə əyləşir, daha sonra dərhal ayağa qalxaraq «Həmd» və «İxlas» surələrini oxuyuruq.
6-Qunut:
Namazın bu hissəsi vacib olmasa da bəyənilmiş bir iş sayılır.
Qunut, 2-ci rək`ətdə «Həmd» və «İxlas» surələrindən sonra və rukuya getməzdən öncə oxunur.
Qunutda iki əllərin içini üzümüz önündə tutaraq, dua oxuyuruq. Qunutda bu duanı oxumaq daha yaxşıdır: «Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd».
Qunutdan sonra əllərimizi yanımıza salıb, rukuya gedir və üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.
Bundan sonra ayaq üstə durur və bir az dayandıqdan sonra səcdəyə gedərək, üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.
Bu zikrləri dedıkdən sonra səcdədən qalxır və azacıq dayandıqdan sonra bir daha səcdəyə gedərək üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.
7-Təşəhhüd:
İkinci səcdədən sonra diz üstə əyləşib bu sözləri deyirik:
Əlhəmdulillah, Əşhədu əlla ilahə illəllah. Vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd.
8-Salam:
Təşəhhüd sona çatdıqdan sonra belə deyirik:
Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh.
Əssəlamu ələyna və əla ibadillahis-salihin.
Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
Salamı dedikdən sonra, üç dəfə «Allahu əkbər» deyir və beləliklə də sübh namazını sona çatdırırıq.
Qeyd etmək lazımdır ki, hər namaz qurtardıqdan sonra alını möhürə qoyub, şükr səcdəsi etmək və səcdədə üç dəfə «Şukrən lillah» (yə`ni; Allaha şükr olsun) sözünü demək bəyənilmiş işlərdən sayılır.
ZÖHR NAMAZI
Zöhr namazı 4 rək`ətdir və günorta çağı qılınır. Zöhr namazının qılınma qaydası belədir:
1-Niyyət:
Zöhr namazı qılıram, vacib qürbətən iləllah sözünü qəbdən keçirmək.
2-Təkbirətul-ehram:
Allahu əkbər demək. Zöhr namazı təkbir dedikdən sonra eynilə Sübh namazı kimi qılınır. Lakin təşəhhüddən sonra salam deməmiş, ayağa qalxaraq üçüncü və dördüncü rək`ətləri aşağıda göstərilən şəkildə tamamlamaq lazımdır:
3-Təsbihatı demək:
Subhanəllahi vəl-həmdulillahi və la ilahə illəllah vallahu əkbər-(3 dəfə).
4-Ruku:
5-Rukudan qalxmaq:
6-Səcdə:
7-Səcdədən qalxmaq:
8-İkinci dəfə səcdəyə getmək:
9-İkinci səcdədən qalxmaq:
İkinci səcdədən qalxdıqdan sonra bir daha ayağa qalxır və üçüncü rək`ət kimi dördüncü rək`əti belə qılırıq:
1-Təsbihatı üç dəfə demək.
2-Ruku.
3-Rukudan qalxmaq.
4-Səcdə.
5-Səcdədən qalxmaq.
6-İkinci dəfə səcdəyə getmək.
7-İkinci səcdədən qalxmaq.
8-Təşəhhüd.
9-Salam.
10-Təkbir (3 dəfə).
ƏSR NAMAZI
Əsr namazı eynilə Zöhr namazı kimi olub, təkcə niyyətdə fərqlənir. Əsr namazı 4 rək`ətdir və Zöhr namazından sonra qılınır.
Əsr namazının niyyəti belədir:
«Əsr namazını qılıram, qürbətən iləllah».
Zöhr və Əsr namazlarını həm bir-birinin ardınca, həm də bir-birindən fasilə ilə (yə`ni öz fəziləti vaxtında) qılmaq olar. Lakin onları ayrıca (öz fəzilətli vaxtında qılmaq, daha üstün və bəyənilmiş sayılır).
MƏĞRİB NAMAZI
Məğrib namazı 3 rək`ətdir. Bu namaz günəş batdıqdan sonra və İşa namazından qabaq qılınır.
Məğrib namazının qılınma qaydası belədir:
1-Niyyət:
«Məğrib namazı qılıram qürbətən iləllah».
2-Təkbirətul-ehram.
3-Təkbir dedikdən sonra sübh namazı kimi 2 rək`ət qılınır, amma 2-ci rək`ətdə təşəhhüddən sonra salam deməmiş ayağa qalxıb 3-cü rək`ətə məşğul oluruq.
Namazının 3-cü rək`əti, Zöhr və Əsr namazlarının 3-cü rək`ətləri kimidir.
Şam namazının 3-cü rək`ətində ikinci səcdədən qalxdıqdan sonra, təşəhhüd və salam deyilir və üç dəfə Allahu əkbər deməklə namaz tamamlanır.
İŞA NAMAZI
İşa namazı dörd rək`ətdir. Bu namaz Məğrib namazından sonra qılınır və onun qılınma qaydası eynilə Zöhr və Əsr namazları kimidir.
İşa namazı yalnız niyyətdə Zöhr və Əsr namazlarından fərqlənir. İşa namazının niyyəti isə belədir:
«İşa namazı qılıram qürbətən iləllah».
Qeyd etməliyik ki, Sübh, Məğrib və İşa namazlarında kişilər «Həmd» və «İxlas» surələrini ucadan, Zönr və Əsr namazları, həmçinin təsbihatları isə astadan oxumalıdırlar.
NAMAZDA BİR NEÇƏ ŞEYƏ DİQQƏT YETİRMƏK ZƏRURİDİR:
1-Namaz halında danışmamaq;
2-Namaz halında qəh-qəhə ilə gülməmək;
3-Namaz halında yemək və içməkdən pərhiz etmək;
4-Namaz halında qiblədən üz döndərmək;
5-«Həmd» surəsindən sonra amin deməmək;
6-Namaz qılarkən əlləri bir-birinin üzərinə qoymamaq və s.
Qeyd olunanların hamısı namazı batil edən amillərdən sayılır.
7-Qızlar və qadınlar həm namaz qılarkən, həm də digər vaxtlarda dini örtüyə riayət etməlidirlər.

Allahin gozel adlari
ALLAHIN GOZEL ADLARI
Allahin adini vasite edib dua etmek ibadetdir:
"En gozel adlar ( esmai- husna ) Allahindir. Onu bu adlarla chagirib dua edin. Onun adlari baresinde kufr edenleri terk edin. Onlar etdikleri emellerin cezasini alacaqlar". (el - Eraf,180)

1. Allah ( el-Beqere,255);
2. el-Ehed (el-İxlas, 1);
3. el-E'la (el-E'la, 1);
4. el-Ekram (el-E'leq, 3);
5. el-Ileh (el-Beqere, 163);
6. el-Evvel (el-Hedid, 3);
7. el-Axir (el-Hedid, 3);
8. ez-Zahir (el-Hedid, 3);
9. el-Batin (el-Hedid, 3);
10. el-Beri' (el-Heshr, 24);
11. el-Berr (et-Tur, 28);
12. el-Besir (esh-Shura, 11);
13. et-Tevvab (el-Beqere, 163);
14. el-Cebbar (el-Heshr, 24);
15. el-Hafiz (Yusif, 64);
16. el-Hefiz (Hud, 57);
17. el-Hesib (en-Nisa, 6);
18. el-Hefi (Meryem, 47);
19. el-Heqq (en-Nur, 25);
20. el-Mubin (en-Nur, 25);
21. el-Hekim (el-Beqere, 163);
22. el-Helim (el-Maide, 101);
23. el-Hemid (el-Beqere, 267);
24. el-Heyy (el-Beqere, 255);
25. el-Qayyum (el-Beqere, 255);
26. el-Xabir (et-Tehrim, 3);
27. el-Xaliq (el-Heshr, 24);
28. el-Xalleq (el-Hicr, 86);
29. er-Rauf (et-Tovbe, 117);
30. er- Rahman (el-Beqere, 163);
31. er- Rahim (el-Beqere, 163);
32. er- Rezzaq (ez-Zariyat, 58)
33. er- Raqib (en-Nisa, 1);
34. es-Selem (el-Heshr, 23);
35. es-Semi' (esh-Shura, 23);
36. esh-Shekir (el-Beqere, 158);
37. esh-Shekur (esh-Shura, 23);
38. esh-Shehid (Ali Imran, 98);
39. es-Samed (el-Ixlas, 2);
40. el-Alim (el-Beqere, 32);
41. el-Aziz (el-Heshr, 23);
42. el-Azim (el-Beqere, 255);
43. el-Efuvv (el-Hecc, 60);
44. el-Alim (el-Beqere, 32);
45. el-Ali (el-Beqere, 255);
46. el-Gaffer (Ta ha, 82);
47. el-Gafur (el-Maide, 101);
48. el-Gani (el-Beqere, 267);
49. el-Fettah (Seba, 26);
50. el-Qadir (el-En'am, 65);
51. el-Qahir (el-En'am, 18);
52. el- Quddus (el-Heshr, 23);
53. el-Qadir (el-Beqere, 20);
54. el-Qarib (el-Beqere, 186);
55. el-Qavi (el-Enfal, 52);
56. el-Qahhar (Yusif, 39);
57. el-Kebir (el-Hecc, 60);
58. el-Kerim (el-İnfitar);
59. el- Letif (el-Enam, 103);
60. el- Mumin (el-Heshr, 23);
61. el- Muteali (R'ad, 9);
62. el- Mutekebbir (el-Heshr, 23);
63. el- Metin (ez-Zariyat, 58);
64. el- Mucib (Hud, 61);
65. el- Mecid (Hud, 73);
66. el- Muhit (Fussilet, 54);
67. el- Musavvir (el-Heshr, 24);
68. el- Muqtedir (el-Qemer, 55);
69. el- Muqit (en-Nisa, 85);
70. el- Melik (el-Fatihe, 4);
71. el- Melik (el-Qamer, 55);
72. el- Movle (el-Enfal, 40);
73. el- Muheymin (el-Heshr, 23);
74. en-Nasir (el-Enfal, 40);
75. el-Vahid (el-Beqere, 163);
76. el-Varis (el-Hicr, 23);
77. el-Vasi (el-Beqere, 115);
78. el-Vedud (el-Buruc, 14);
79. el-Vekil (Ali Imran, 173);
80. el-Veli (el-Beqere, 257);
81. el-Vehhab (Ali Imran, 8);
Allahin, Mehemmed Peygemberin (s.a.s) hedislerindeki adlari.
82. el-Cemil (Muslim, 147-ci hedis);
83. el-Cevvad (Sahihul-cami, 1796-ci hedis);
84. el-Hekem (Ebu Davud, 4955-ci hedis);
85. el-Heyiyyu(Ebu Davud, 1488-ci hedis);
86. er-Rebb (et- tirmizi, 3579-cu hedis);
87. er-Rafiq (Muslim, 2593-cu hedis);
88. es-Subbuh (Muslim, 487-ci hedis);
89. es-Seyyid (Ebu Davud, 4806-ci hedis);
90. esh-She'fi (Muslim, 2191-ci hedis);
91. et-Tayyib (Muslim, 1015-ci hedis);
92. el-Qabid (Ebu Davud, 3451-ci hedis);
93. el- Besit (Ebu Davud, 3451-ci hedis);
94. el-Muqeddim (Muslim, 771-ci hedis);
95. el-Muexxir (Muslim, 771-ci hedis);
96. el-Muhsin (sehih hedislər silsilesi, 469-cu hedis);
97. el-Mu'ti (el-Buxari, 3116-ci hedis);
98. el-Mennen (Ebu Davud, 1495-ci hedis);
99. el-Vitr (el-Buxari, 6410-cu hedis);

AXIRETINI DUSHUN
1- Həzrət Məhəmməd (s) buyurur: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur."2- Həzrət Məhəmməd (s) buyurur: "Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil."3- Həzrət Məhəmməd (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir."4- Həzrət Məhəmməd (s) buyurur: "Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram
Buyurun 140 hedisi davaminda oxuyun....
Buyurun 140 hedisi davaminda oxuyun....
1- Həzrət Məhəmməd (s) buyurur: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur."
2- Həzrət Məhəmməd (s) buyurur: "Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil."
3- Həzrət Məhəmməd (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir."
4- Həzrət Məhəmməd (s) buyurur: "Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram."
5- Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin."
6- Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin."
7- Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər."
8- Həzrət Məhəmməd (s) buyurur: "Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən."
9- Həzrət Məhəmməd (s) buyurur: "Qəzəbləndiyin zaman, sakit ol (dayan)."
10- Həzrət Məhəmməd (s) buyurur: "Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın."
11- Həzrət Əli (ə) buyurur: "Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın."
12- Həzrət Əli (ə) buyurur: "Kim özünü hesaba çəksə, səadətə yetişər."
13- Həzrət Əli (ə) buyurur: "Qeybətə qulaq asan elə qeybət edən kimidir."
14- Həzrət Əli (ə) buyurur: "Zarafatda həddi gözləməyən şəxs əbləhdir."
15- Həzrət Əli (ə) buyurur: "Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır."
16- Həzrət Əli (ə) buyurur: "Məsləhət edən şəxs xatadan amanda qalar."
17- Həzrət Əli (ə) buyurur: "Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar."
18- Həzrət Əli (ə) buyurur: "Tövbə etmək qəlbləri paklayır, günahları yuyur."
19- Həzrət Əli (ə) buyurur: "Mömin onunla insafsız rəftar edənlə insafla davranar."
20- Həzrət Əli (ə) buyurur: "Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir."
21- Həzrət Zəhra buyurb: Hər kəi ixlasla yerinə yetirdiyi ibadətlərini Allaha tərəf göndərsə, Allah da, onun xeyrinə olan şeyləri ona tərəf göndərər.
22- Həzrət Zəhra buyurb: Biz Allahın Əhli-beyti insanlarla Allah arasında vasitəyik. Biz paklıq ünvanı və Allahın seçilmişləriyik. Biz Allahın aydın dəlilləri və səmavi peyğəmbərlərin irsiyik.
23- Həzrət Zəhra buyurb: Sizin ən yaxşınız, insanlarla çox mülayim, mehriban davranan, ən dəyərliniz isə xanımına qarşı mehriban və güzəştli olandır.
24- Həzrət Zəhra buyurb: Sizin dünyanızda üç şey mənim sevimlimdir: Quran oxumaq, Allah rəsulunun (s) üzünə baxmaq, Allah yolunda infaq etmək.
25- Həzrət Zəhra buyurb: Allah-taala biz əhli-beytdən itaət etməyi İslam ümmətində ictimai nəzmin bərpasının səbəbi, bizim imamətimizi isə vəhdət amili və təfriqələrdən amanda qalmağın vasitəsi qərar vermişdir.
26- Allahın rəsulu (s) səhabələrindən soruşdu: "Qadın nədir?" Dedilər, "Qadın namusdur". Soruşdu, qadın nə vaxt Allaha daha çox yaxın olur? Səhabələr cavab verə bilmədilər. Bu sualı eşidən Fatimə buyurdu: "Qadının Allaha ən yaxın vaxtı evində olan vaxtıdır." Bu cavabı eşidən Peyğəmbər (s) buyurdu, "Həqiqətən Fatimə bədənimin bir parçasıdır".
27- Həzrət Zəhra buyurb: Mən gecə istirahət etməyə hazırlaşdığım vaxt Allahın rəsulu (s) yanıma gəlib buyurdu: "Ey Fatimə, dörd şeyi yerinə yetirməzdən qabaq yatma: "Quran xətm etmək, Peyğəmbərlərin şəfaətindən bəhrələnmək, möminləri özündən razı salmaq, həcc və ömrə yerinə yetirmək". Bunları dedikdən sonra namaz qılmağa başladı. Namazını bitirdikdən sonra dedim: "Ey Allahın rəsulu (s), mənə qüdrətimdən xaric olan dörd şeyi tövsiyə etdin. O Həzrət (s) təbəssüm edərək buyurdu: Əgər İxlas sürəsini üç dəfə oxusan, quranı xətm etmiş olarsan, əgər mənə və qabaqkı peyğəmbərlərə salavat göndərsən, qiyamət günüdə sənin şəfaətçilərin olarıq, əgər möminlər üçün istiğfar etsən, onlar səndən razı olacaqlar və əgər "subhanəllahi vəl həmdulillahi vəla ilahə illəllah" desən, həcc və ömrə yetirmiş olarsan.
28- Həzrət Zəhra buyurb: Əgər oructutan şəxs dilini, gözünü, , qulağını və digər bədən üzvlərini haramdan qorumasa, oruc deyil.
29- Həzrət Zəhra buyurb: "Allahın peyğəmbəri buyurdu, hər kəs mənim övladlarımdan biri üçün bir iş görsə və o işin müqabilində müzd almasa, onun əvəzini mən verərəm.
30- Həzrət Zəhra buyurb: Hədid, Vaqiə, Ərəhman surələrini oxuyan şəxs həm göydə və həm də yerdə Cənnət əhli kimi tanınır.
31- İmam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy."
32- İmam Həsən Əskəri (ə) buyurur: "Mömini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir."
33- İmam Həsən (ə) buyurur: "Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir ."
34- İmam Həsən (ə) buyurur: "Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər."
35- İmam Həsən (ə) buyurur: "Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar."
36- İmam Həsən (ə) buyurur: "Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir."
37- İmam Həsən (ə) buyurur: "Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə."
38- İmam Həsən (ə) buyurur: "Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən."
39- İmam Həsən (ə) buyurur: "Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir."
40- İmam Həsən (ə) buyurur: "Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur."
41- İmam Hüseyn (ə) buyurur: "Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır."
42- İmam Hüseyn (ə) buyurur: "Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur."
43- İmam Hüseyn (ə) buyurur: "Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram."
44- İmam Hüseyn (ə) buyurur: "Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər."
45- İmam Hüseyn (ə) buyurur: "Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mömin nə pis iş görər, nə də üzr istəyər."
46- İmam Hüseyn (ə) buyurur: "Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma."

В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу