black skorpio,
23-10-2009 22:30
(ссылка)
GURCUSTAN YOXSA AZERBAYCAN?!!

S O S İ A L

Rəzillik

16:27 23-10-2009

16:27 23-10-2009

Aslan İsmayılov, vəkil

Rusların çox gözəl bir ata sözü var: “geyiminə görə qarşıla, ağlına
görə yola sal”. Hər bir insanda ilkin təəssüratı gördüyü şeyin xarici
görkəmi oyadır. Eyni misal bizim ölkəmizə də aiddir.
Təbii, Bakıya gələn hər bir xarici qonağı hava limanından şəhərədək
olan yol valeh edir. Mənim özüm də hər dəfə o yoldan keçəndə bir fəxr,
qürur hissi keçirirəm. Əlbəttə, hamı kimi mən də hesab edirəm ki, o
yolda görülən işlər və buna xərclənən pullar insan beynində böyük sual
işarəsi yaradır. Lakin bu, məsələnin başqa - məni az maraqlandıran
tərəfidir. Mənim üçün əsas odur ki, mənim şəhərim günü gündən
gözəlləşir və bu istiqamətdə də işlər görülür. Lakin bu zaman bir məqam
diqqətdən kənarda qalır: Azərbaycan yalnız Bakıdan ibarət deyil. Və
ölkəmizə giriş yalnız Heydər Əliyev hava limanından həyata keçirilmir.
Azərbaycanın Böyük Kəsik və Qırmızı Körpü kimi də sərhəd keçid
məntəqələri-giriş qapıları var. Nə qədər Heydər Əliyev hava limanından
Bakıya gələrkən qürur hissi keçirirəmsə hər dəfə Böyük Kəsik və ya
Qırmızı Körpü sərhəd keçid məntəqələrindən Azərbaycana keçəndə bir o
qədər xəcalət hissi keçirirəm. Sərhədçilərin oturduğu dəmir vaqonlar,
sərhədi keçmək istəyənlərin arxlardan, çalalardan hoppana-hoppana
keçməyi və bu zaman da təpədən dırnağadək palçığa batmağı, həmçinin,
məmurların qeyri-insani münasibətləri insanda xəcalət hissi oyadır.
Çünki ən azından bir çoxlarının bəyənmədiyi, aclıqdan ölən, heç bir
təbii resursu olmayan və bu azmış kimi Rusiya ilə müharibə şəraitində
yaşayan Gürcüstana girdiyin andan özünü Avropanın hər hansı ölkəsində
imiş kimi hiss edirsən. Həm sərhəd keçid məntəqəsindəki şərait, həm də
həmin sərhəd keçid məntəqəsindən başlayan beton örtüklü yollar insanda
həsəd hissi yaradır. Söhbət yalnız oradakı abadlıqdan da getmir. Həmin
sərhəddə xidmət edən zabitlərdən tutmuş yol polisinədək hər kəsdə bir
insani münasibət görürsən. Yəni istədiyin zaman ən azğın, kobud və
rüşvətxor məmuru da muma döndərmək olar. İnandırım sizi, çox yaxın
keçmişədək bəlkə də gürcü məmur kimi azğını yer üzündə yox idi.
Bəs niyə bu cür şərait Azərbaycanda yoxdu? Niyə Azərbaycana Böyük Kəsik
və ya Qırmızı Körpü sərhəd keçid məntəqəsindən gələn hər xarici
vətəndaş bura gəldiyi üçün lənət oxumalıdır? Niyə Gürcüstan yollarını
Azərbaycandan gələn maşınların təkərlərindəki palçıq çirkləndirməlidir?
Azərbaycanın həm pulu, həm imkanları ən gözəl şəraiti yaratmağa
qadirdir. Bəs niyə yaradılmır?!
Bu problemi mütəmadi olaraq səlahiyyətli məmurların nəzərinə
çatdırıram. Mövzuya yenidən qayıtmağa məni vadar edən səbəb başqadır.
Bir müddət əvvəl xarici ölkə vətəndaşı olan iki dostum motosikllə bir
günlük Gürcüstana gedib-qayıtmışdılar. Onları dəhşət bürümüşdü. Baş
verənlərdə heç bir məntiq tapa bilmirdilər. Mənə söylədikləri tək ifadə
də bu oldu: “Azərbaycanı rəzil etmək üçün ən pis bir şey düşünün
desələr belə, bu qədər dəhşətlisini düşünə bilməzsən. Bunu yalnız
Azərbaycana düşmən olan edə bilər!”
ismail mamedov,
27-06-2008 22:00
(ссылка)
Без заголовка
Дорогие Хачмазцы-моя мечта видеть наш родной Хачмаз(каждый его угол)
без мусора и грязи-это в наших руках.Это нам необходимо
без мусора и грязи-это в наших руках.Это нам необходимо
black skorpio,
27-07-2010 20:55
(ссылка)
Проихождение названия города Хачмас
Проихождение названия города Хачмас идет от татского народа. Поскольку в северных частях Большого Кавказха проживают в большистве татские народы. И многие топонимы и ойконимы(названия объектов и населенных пунктов) происходят от татского языка. Само слово ХАЧМАС происходит от слова на татском ХАЧЕМЕС, тоесть грецкий орех. Жители пригородных мест Кавказа (таты) ходили за грецким орехом именно в территорию Хачмасса. И от этого происходит название города. Они говорили : "ХАЧЕМЕСЕ ГЕДИРИК!" Тоесть, "ходим за грецкими орехами" Вот так и осталось название местности Хачмасса.
Вот некоторые примеры топонимов и ойконимов северной части Большого Кавказа:
-Хачмас- грецкий орех
-Сиязань- черная женщина
-Дюбрар- два брата
-Испиг- белое местность
Вот некоторые примеры топонимов и ойконимов северной части Большого Кавказа:
-Хачмас- грецкий орех
-Сиязань- черная женщина
-Дюбрар- два брата
-Испиг- белое местность
Rustam Alkhasof,
04-07-2008 13:01
(ссылка)
ВСЕ ХУДАТСКИЕ ОБЪЕДИНЯЙТЕСЬ
salam Xudatlilara!!!
настроение: Боевое
black skorpio,
16-07-2008 22:44
(ссылка)
Gozel bir hekaye, Ulviyye xanimdan
İyl4

Ülviyyə Heydərova. Hekayə.

Xəzərin dostları
Yaradan «ol» deyəndən bəri yer üzünün dəniz məxluqları bir yerə toplaşmağa heç cür macal tapmırdı. Həsrətdən cana gələn Xəzər daha dözə bilməyib özünə yaxın dənizləri başına yığıb onlarla hal-əhval tutmaq, dərdləşmək istədi. Söz yox ki, Xəzərə tökülən çaylar ona dostlarından ara-sıra xəbərlər gətirərdi. Xəzər də təbriklərini, başsağlıqlarını balıqların köməyi ilə tez bir zamanda dost ünvanına göndərib onların sevinclərinə və yaxud da kədərlərinə şərik çıxardı. Balıqların bu çevikliyi Xəzərin keyfini yaman açırdı. Hər zaman onlara baxıb gürrələnər, Allaha yalvarardı ki, insanlara insaf payı verəndə xəsislik etməsin. Çünki sevimli balıqlarının nəslinin kəsilməsindən yaman qorxurdu. Düzdür, Xəzər hərdən ləpələrini qayalara çırparaq üsyan qopardar, etiraz dalğasını göylərə qardırar, lakin ona məhəl qoyulmadığını görəndə başını yenə yetim tək aşağı salmaqdan savay əlacı olmazdı.
Xəzərin ürəyi yaman dolmuşdu. Balıqlarını səfərbər edərək, dostlarına xəbər göndərib görüşmək istədiyini bəyan etdi. Könlündən okeanlar keçsə də sözü yerə düşəcəyindən ehtiyatlanıb fikrindən vaz keçdi. Axı, əzəldən okeanlar həmişə özündən kiçiklərə yuxarıdan aşağı baxıb. Bəlkə də əllərində ixtiyarları olsaydı dənizləri çoxdan özlərinə qatardılar. Hər halda Xəzər belə düşünürdü və ona görə də okeanlarla yaxınlıq etmək fikrindən həmişə uzaq olardı.
Xəzər dostlarınının sabit iş qrafikinin olmadığını gözəl bildiyindən görüş vaxtını gecə yarısına təyin etdi. Dostlar dəvəti alan kimi onu məmnuniyyətlə qəbul edib dünyanı yuxuya verəndən sonra Xəzərin hüzuruna yığışmağa başladılar.
Bax, budur! Baltik dənizi «Baltik» pivəsi içə-içə, Aralıqsa Qara dənizlə qol-qola girib gəlir, Qırmızı dəniz ayağını çəkə-çəkə, Aral isə nəfəsi kəsilə-kəsilə Xəzərin yanına təşrif buyurur. Ağ, Şimal dənizləri uzaqdan dostlarını görcək əl edib yüyürməyə başladılar. Xəzər onlara heyrətlə baxıb sevincindən kövrəldi. Ayrılıq nə yamanmış?!
Dostlar aylı gecədə Xəzəri dövrəyə aldılar. Aralınsa yerindən qalxmağa taqəti yox idi. Bunu görən Xəzər Arala təəccüblə:
- Aral, bu sənsən? Nə yaman zəifləmisən? Ayaq üstə qurumusan ki?
Aral ləhləyə-ləhləyə:
- Ay Xəzər, sən Allah suyundan ver içim… Ürəyim yanır… Of!!! Su üzünə həsrətəm…
Aralın bu halına bütün dənizlər kövrəldi. Hərəsi öz suyunu ondan əsirgəmədi. Aral suyu acgözlüklə içir, yazıq doymaq bilmirdi.
Xəzər dostlarının arasında Sarı dənizi görməyəndə təəccüblə soruşdu:
- Bəs, Sarı hanı? Axı, ona da xəbər göndərmişdim.
Elə bu vaxt Ziyad balığı tövşüyə-tövşüyə gəldi:
- Əlahəzrət, bizə indi çatdırdılar ki, Sarı dəniz gələ bilməyəcək. Deyir, yaman azarlamışam.
- Yəqin, sarılığa tutulub?! - Şimal dənizi soyuqqanlıqla dilləndi.
- Nə olar, eybi yox. Gələn dəfə gələr…- Xəzər Şimala tərs-tərs baxıb dilləndi.
- Nə olsun ki, mən də xəstəyəm də,- deyə Qırmızı dəniz özünü ortalığa atdı- Mənim də ayaqlarımı duz bağlayıb. Amma gəldim. Çünki… Xəzər, üzünə demək olmasın, sənə çox böyük hörmətim var… Xətrini yaman istəyirəm.
- Çox sağ ol, ay Qırmızı! Sən məni lap utandırdın. Bir azdan sənin kimi qızarmağa başlayacam- deyə, Xəzər başını aşağı saldı.
Ağ dəniz:
- Xəzər, tərifləmək olmasın, ay işığında yaman gözəl görünürsən. Ağ olsam da əlinə su tökməyə dəymərəm!
- Eh, ay Ağ, qaranlıqda elə görünürəm. Bir gün gəl, gündüz mənə tamaşa elə, ürəyin ağrıyar. Elə çirkinləşmişəm ki… Eh… yaşım artdıqca, dərdim də çoxalır… Siz özünüz necəsiniz? Xəbərlərinizi mənə çatdırırlar. Ancaq dilinizdən eşitmək pis olmazdı.
Qara dəniz:
- Mənəm də… adım Qara, özüm qarabəxt. Elə bil Allah qara taleyimi qabaqcadan bilibmiş ki, adımı da Qara qoyub. Nə olsun ki, təbiət gözəlliyini məndən əsirgəməyib. Amma o dar boğazımki var ha, əsrlər boyu başıma bəla olub. Nə qədər qan tökülərmiş üstümdə. Az qalmışdım qan dənizinə çevriləm. İnan, bu qırğınlardan elə bezmişdim. Allaha gileylənirdim ki, niyə bu boğazı mənə qismət etdin? İndi şükür Allaha, ara sakitləşib. Day müharibə-zad yoxdur. O qədər gəmilər qəbul edib yola salıram ki, fit səsləri qulağımı batırıb. Başımı qaşımağa macal yoxdur…
- Sən necəsən, ay Aralıq? Gözümə yorğun görünürsən?
- Nə başını ağrıdım ay qardaş, mənim də ömrümün yarısı Qara kimi müharibələrdə keçib. Ətrafıma o qədər ölkə cəmlənib ki, qalmışam aralırında. Neçə vaxtdır ki, ürək tərəfim yaman əziyyət verir. Bilmirəm, nə edim ki, oralara əmin- amanlıq gedib çıxsın… Şimal, sən bilən, sülhün yolunu kim kəsir?
Şimal dənizi bu sualdan özünü itirən kimi oldu. Başını göyə qaldırıb diqqəti özündən yayındırmağa başladı.
Aralıq yenə də sözə başladı:
- Bircə, ürək tərəfim sağalsaydı, dərdim olmazdı. Qalan yerlərimdə isə çoxlu kurortlarım var… Bilirsən, o kurort sahiblərinə nə qədər xeyir verirəm…Bəs nə? Amma di gəl, gəmi gəzintilərindən yamanca yoruluram. Ağırlıqları üstümə düşəndə qorxuram ki, müvazinətimi itirəm.
-Sən Allah, ay Aralıq, bir az ayıq ol! Yoxsa camaat qırılar- deyə Xəzər dostunu ehtiyatlı olmağa səslədi.
- Yorğun olsam da, həyatım pis keçmir. Atlantiklə necə deyərlər, can bir qəlbdəyəm. Elə gələndə ona dedim ki, Xəzər qonaq çağırıb yanına gedirəm. Sənə salam göndərdi.
- Sağ olsun! Minnətdaram… Sən də salamımı çatdır!
Xəzər Arala baxıb onun vəziyyətini görəndə öz dərdini bir anlığa unutdu. Aralın danışmağa taqəti yox idi. Sakitcə dayanıb zəif baxışlarla dənizlərə həsrətlə baxırdı. Lakin özünü güclə toplayıb Xəzərə:
- Nə yaxşı elədin… bizi bir yerə yığdın.
- Bilirdim ki, sizlərlə görüşmək çətin məsələdir, amma bu istəyimdən vaz keçə bilmirdim. Sağ olun ki, gəldiniz.
Nərmənazik Qırmızı Baltik dənizinə baxıb heyrətlə:
- Baltik, bu qədər pivə içmək olar? Qorxmursan ki, axırın pis qurtarar?
- Sən mənim dərdimi çəkmə, öz pulumnan almıram ki… Şərəfimə pivə çıxarırlar, mənə də pay göndərirlər. Yaxşısı budur, gəlin, Ağı dinləyək.
Ağ dəniz üzünü Xəzərə tutub:
- Xəzər, sənə təşəkkür edirəm ki, məni də unutmamısan. Bilirsiz, adım Ağdır, amma elə bilməyin ki, elə ağ günə çıxmışam. İçim özümü yandırır, çölüm özgəni.
- Nə qədər olmasa da, başımıza gətirilən faciələrin yarı faizini çəkməmisən, elə deyil, Xəzər?- deyə Qara dəniz sözə qarışdı.
Xəzər dərin ah çəkdi.
- Bilirəm, amma Allah məni yerləşdirəndə gətirib dünyanın başına çıxardıb. Ona görə də ilin yarısını soyuqdan donub buz oluram. İnan ki, o zaman ömrüm, həyatım da üşüyür. Günəş işığına həsrət qalıram… Bu sualtı gəmilər də lap bezdirib məni. Ay balam, adam nə qədər suyun altında qalar? Aylarla narahatçılığıma səbəb olurlar. Balıqlarım da ki, əllərindən lap bezara gəliblər…
- Eh, sən ilin yarısını donursan, ancaq mən ilin on iki ayını istidən boğuluram. Bir tərəfim Ərəbistan, bir tərəfim də Afrika. İndi görün, mən yazıq bu istidən nələr çəkirəm. Pörtüb qızazıram. Üstəlik də andıra qalmış bu duzlar əlimi-ayağımı yığıb. Elə buraya da güclə gəlib çıxmışam.
Baltik dənizi üzünə ciddi görkəm verib sözə başladı:
- Bayaqdan sizləri dinləyirəm, heç eşitmədim deyəsiniz ki, ömrüm boyu rifah içində olmuşam. Hamımızın taleyi bir-birinə oxşayır. Hər kəs öz məqsədi üçün bizi zor gücünə əldə edir, qayğımıza qalmaqlarından da ki, söz açmağa dəyməz. Bizə rahatlıq, dinclik vermirlər. Belədən belə, elədən elə hər cür gəmilər gedir. Düzdür, sərnişin gəmilərini görəndə ürəyim açılır, özümdə bir sakitlik tapıram. Amma elə ki, qara qüvvələrin gəmiləri keçir, onda fırtına qopartmaq istəyirəm… Nə edim, vicdanım qəbul etmir… Bilmirəm, dalğalarımı necə ovsunlayırlarsa, öz işlərini elə rahatca görürlər ki… Şimal, sən yaxşı bilərsən, bu gəmilərin axırı necə olacaq? Hər halda onları sən də görürsən.
Şimal kefini pozmadan, ciddi-ciddi:
- Bunu zaman göstərər!- Ancaq üzünü Xəzərə çevirəndə süni təbəssümlə:
- Bizi yığmısan başına, amma heç özündən danışmırsan?- Şimal heç özündən bəhs etmək istəmirdi.
- Eh.. bu başım yaranan gündən bəlalar içində olub. Elə hər kəsin gözü məndədir. Deyirlər, göl olasan, amma dəniz hünərliyində. Şükür ki, gözə gəlmirəm. Ancaq halımı soruşan yoxdur ki, ay Xəzər, əhvalın necədir? Elə bil dünyayla yerim səhv düşüb: mən onun üstündə olmaqdan, o mənim üstümdədir. Elə hey qanımı çəkirlər. Ən acısı da odur ki, nə mən, nə də balıqlarım bu zənginliyimdən heç xeyir götürməmişik. Mən çirklənirəm, yazıq balıqlarımsa zəhərlənir. Hər dəqiqə mənimlə salamlaşan qağayılar, indi elə bil tanımırlar… Tanımazlar də… Zəhərli balıqlar nəylərinə lazımdır? Hər gün sahilimdə insanlar dolaşır. Onda elə utanıram ki… Heç istəmirəm bu halıma baxsınlar. Daha gözəlliyimə baxıb şənimə mahnılar, şeirlər də qoşmurlar… Qoşsalar da, o da elə-belə, xala-xətrin qalmasın… Əvvəl bir dərdim vardı, indi olub iki. Qanımı çəkməkləri az deyil, hələ üstəlik parçalamaq da istəyirlər.
Qara dənizin gözləri doldu:
- Can qardaş, səni parçalamağa necə əlləri gəlir?
Qırmızı dəniz heyrətlə:
- Yaxşı, səni parçalasalar, bəs onda, balıqlarının halı necə olacaq?
Xəzər dərdli-dərdli:
- Bilirəm, parçalansam, bu yaxşı olmayacaq. Axırda bir gün balıqlarımı da başıma yığıb üsyan qaldıracam… Fırtına qoparacam!
Xəzər elə bunu demişdi ki, gülərüzlü Günəş başını qaldırıb salamlaşdı. Günəşin xoş rəftarı Xəzəri bir anlığa hər şeyi unutdurdu. Xəzər fikrindən ayılanda bir sağına, bir soluna baxdı. Dostları yox idi. Sanki bir göz qırpımında qeyb olmuşdular. Xəzər elə zənn etdi ki, okean onları oğurlayaraq özünə qatıb. Fikirləşdi ki, bəs onu niyə oğurlamayıb? Nədənsə, bu fərziyəsinə inanmadı. Gözlərini yumub var gücüylə qışqırmağa başladı:
- Qaaaraaa, Şiiiimaaaal, Aaaaaaraaalll… haaardaaasıııız?
Xəzər yalnız öz səsinin əks-sədasını eşitdi. Yenə dostlarını haraylamaq istəyirdi ki, birdən kiçik daş parçası ona atıldı. Qəfil səs Xəzəri şirin yuxusundan elədi. O, gözlərini açıb ətrafına baxdı. Buxtanı, uzaqdan isə neft buruqlarını gördü. Xəzər bulvara nəzər yetirəndə bir ananın oğlunu əlindən tutub ona baxdığını gördü. Uşaq bir də Xəzərə daş atanda onu yuxudan kimin oyatdığını anladı.
Yenə də Xəzərin həmişəki səhəri başlandı. Buruqlarda neftçilər ora-bura qaçır, yataqlar öz işini görür, balıqçılarsa torlarını səhmanlayıb balıqların gəlişini gözləyirlər…
11.03.2005.
black skorpio,
06-11-2010 08:18
(ссылка)
Qarsidan seckiler gelir!!!
Qarsidan seckiler gelir. En layiqliya ses verin!!!!
p.s. Goresen en layiqli kimdir Sizce???? :)
p.s. Goresen en layiqli kimdir Sizce???? :)
black skorpio,
01-11-2009 18:38
(ссылка)
Kim ne qeder maas alir?
Bütün bunlar rəsmi maaşlardır. Məmurların real qazanclarının bu maaş cədvəlinə nə qədər uyğun olduğunu demək çətindir
17.10.2009
Babək Bəkir
Azərbaycanda
orta aylıq əmək haqqı 298 manatdır. Ancaq dövlət qulluqçularının
maaşları arasında böyük uçurum var. Bunu elə ölkənin birinci şəxsi ilə
ikinci şəxsinin əməkhaqları arasındakı kəskin fərqdən də görmək
mümkündür.
Prezidentin aylıq maaşı nə az, nə çox düz 15 min
manatdır. Azərbaycan Konstitusiyasına görə, dövlətin ikinci adamı Baş
nazirdir. Onun aylıq maaşı isə 1925 manatdır.
Milli Məclisin sədri öz əhəmiyyətinə görə Baş nazirdən sonra gəlsə də, ondan daha çox maaş alır - 1950 manat.
Milli
Məclis sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizi
(1755 AZN), Milli Məclis sədrinin müavini 85 faizi (1650 AZN), Milli
Məclisin komitə sədri 80 faizi (1560), millət vəkilləri isə 70 faizi
miqdarında əmək haqqı alırlar. Deputatların aylıq maaşı 1365 manatdır.
Millət vəkili İqbal Ağazadə deyir ki, vergilər və ödənişlər çıxandan sonra o, təqribən 1200 manat alır.
İCRA BAŞÇILARI NAZİR MÜAVİNLƏRİNDƏN DAHA ÇOX MAAŞ ALIRLAR…
Baş nazirin birinci müavininin əmək haqqı 1700 manatdır. Adi müavinlər isə 1625 manat maaş alırlar.
Nazirlərin, komitə sədrlərinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin maaşı isə 1500 manatdır.
Dövlət Neft Fondunun icraçı direktoru da elə rəsmən nazirlər qədər qazanır.
İcra
başçılarının aylıq maaşı nazirlərdən bir qədər az olsa da, nazir
müavinlərindən çoxdur. Onların əmək haqları 1250 manatdır.
Nazir müavinləri isə 1000 manat alır.
ALİ MƏHKƏMƏ SƏDRİNİN MAAŞI DA BİRİNCİ TƏSNİFATA AİDDİR…
Ali
Məhkəmənin sədrinin aylıq maaşı 1785 manatdır. Apelyasiya və Naxçıvan
MR Ali Məhkəmənin sədri isə onun maaşının 90 faizi miqdarında əmək
haqqı alır.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin
sədrinin məvacibi Ali Məhkəmənin sədrinin maaşının 80, rayon
məhkəmələrinin sədrləri isə 60 faizi miqdarındadır…
ƏN AZ QAZANAN QULLUQÇULAR…
Ən
az qazanan qulluqçular isə yerli icra hakimiyyəti nümayəndəliklərində
çalışan məsləhətçilərdir. Onların orta aylıq əmək haqları təqribən 180
manatdır.
Bu, Azərbaycanda dövlət qulluqçularının əmək
haqlarının siyahısı idi. Ancaq bütün bunlar onların rəsmi maaşlarıdır.
Onların real qazanclarının bu maaş cədvəlinə nə qədər uyğun olduğunu
demək çətindir.
MAAŞLARIN MƏBLƏĞİNİN PRESTİJƏ DƏXLİ YOXDUR…
1990-cı
illərin ortalarında yarı-leqal çap olunan «Çeşmə» qəzetində bir lətifə
dərc olunmuşdu. Lətifəyə görə, AXC hakimiyyətə gələndə Tofiq Qasımova
əvvəl Gömrük Komitəsinin sədrliyini təklif ediblərmiş. O da
razılaşmayıb ki, maaşı azdır. Daha yüksək maaşla Xarici İşlər
Nazirliyinə rəhbərlik etməyə razılıq verib. Lətifə dərc olunanda artıq
AXC hakimiyyətdən getmişdi. Gömrük Komitəsinə rəhbərlik edən Tahir
Əliyev isə prezident yanındakı müşavirədə deyirdi ki, gömrükçülərin
əhalidən aldığı pulun içində rüsum da var.
Lətifə bir yana,
əslində bəzi dövlət qulluqçuları var ki, onların maaşları özlərinin
ifadəsi ilə desək, qəpik-quruşdan ibarətdir. Onların sırasına ilk
növbədə vergi əməkdaşları daxildir. Kiçik vergi əməkdaşının əməkhaqqı
elə təqribən 180 manatdır. Ancaq Azərbaycanda prestijli sahələrin
başında məhz vergi orqanları gəlir. Bəzi iddialara görə, buna səbəb
Azərbaycanda ikili mühasibatın hökm sürməsi, rüşvət və korrupsiyadan
toplanan qazancdan zərflərdə paylanan əlavə maaşlardır.
Prestijli
sahələrdən söz düşmüşkən, onlardan biri də Dövlət Avtomobil
Müfəttişliyidir. Onlar da öz əmək haqları ilə öyünə bilməzlər. Ancaq
bununla belə son illər Azərbaycanda hər nazirlik özünün müfəttişliyini
yaratmaqdadır və orada çalışmaq çoxları üçün əlçatmaz sayılır.
İndi isə dövlət qulluğunda çalışmayan insanların maaş və əmək haqlarına keçək.
AZƏRBAYCANDA ƏN YÜKSƏK ƏMƏK HAQQINI NEFT SEKTORUNDA ÇALIŞANLAR ALIR…
Dövlət
Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda ən yüksək
əməkhaqqını neft və maliyyə sektorunda çalışan insanlar alır. Neft
sektorunda çalışanların orta aylıq əməkhaqqının təqribən 1000 manat
olduğu bildirilir. Bu, ölkə üzrə orta rəqəmdən təqribən 4 dəfə
yüksəkdir. Bank və sığorta şirkətlərinin işçilərinin orta aylıq
əməkhaqqı isə 720 manat götürülür.
Azərbaycanda bir sıra özəl
şirkət və müəssisələrdə də əməkhaqqının yüksək olduğu bildirilir.
Ehtimallara görə, onların başında «BP Azərbaycan» şirkəti gəlir. Ancaq
orada əmək haqları barədə məlumat konfidensial sayıldığından rəqəmlər
açıqlanmır.
Şirkətin əməkdaşları ilə qeyri rəsmi söhbətdən məlum
olur ki, burda maaşlar dərəcələr üzrədir və ştatda olan əməkdaşın ən
aşağı əmək haqqı – 1000 manat civarındadır. Bu şirkətdə Azərbaycan
vətəndaşına verilən ən yuxarı maaşın nə qədər olduğunu deməyə
həmsöhbətlərimiz çətinlik çəkdilər. Dedilər, bunu həmin şəxslər,
şirkətin rəhbərliyi və mühasibdən başqa çətin ki, kimsə bilə. Amma
bp-də ən çox yayılmış maaş 2500 manat ətrafındadır.
Ölkənin
qeyri-neft sektorunun nəhəngi «Azərsun Holdinq»də maaşlar bp ilə heç
müqayisəyə gəlmir. Burada ştatdankənar işçilərin maaşı 100-150 manat,
rəhbər vəzifə tutanların məvacibi isə 2000 manat civarındadır.
Azərbaycanda
fəaliyyət göstərən beynəlxalq QHT-lərdə çalışanlar isə əmək haqlarının
çox aşağı olduğundan gileylənirlər. Bu sektorda çalışan Azərbaycan
vətəndaşlarının aylıq əmək haqları 500-1000 dollar civarındadır və
nadir hallarda bundan yuxarı olur.
Adının çəkilməsini
istəməyən bir beynəlxalq QHT rəhbəri deyir ki, o, sahə üzrə məlumatlı
olan, təcrübəli işçiləri tez-tez itirməli olur. İngilis, rus və
Azərbaycan dillərini mükəmməl bilən mütəxəssislər ya sadəcə qat-qat
yuxarı maaşla başqa bir sahəyə dəvət alırlar, ya da özəl layihələrlə
məşğul olurlar.

08-01-2009 22:07
(ссылка)
Иранские хакеры атаковали сайт израильской разведки "Моссад"
Иранские хакеры атаковали сайт израильской разведки "Моссад"
Хакерам из Ирана удалось на несколько часов парализовать работу интернет-сайта израильской службы внешней разведки "Моссад", сообщили в четверг иранские СМИ.
Группа иранских хакеров, которая называет себя "Ашийанэ" , таким образом выразила протест против военной операции Израиля в секторе Газа и солидарность с палестинским движением сопротивления. Сообщается, что в результате кибератаки иранских компьютерщиков сайт "Моссада" не функционировал более двух часов.
Напомним, что прошлой осенью в Иране был объявлен конкурс по атакам на израильские сайты. Добившимся наибольших успехов в этом деле будет выплачено 2000 долларов. Главной целью иранских хакеров являются информационные и идеологические сайты националистов Израиля./ ANS PRESS со ссылкой на Утро.ру/

Azad Tagiyev,
09-05-2008 19:31
(ссылка)
melumat
Qelebe bayramınız mubarek, hava bayrama uyqun olmasa da shenlikler cox tenteneli kecdi. mayın 10 Yalamada Heyder parkı acılır xacmazda bir nece kende qaz verecekler, yeni resm qalereyası acılıb.
настроение: Бодрое
black skorpio,
12-02-2011 12:36
(ссылка)
Yaponiya səfirliyi Xaçmazda tibb məntəq&#
Font ölçüsü : a | A
Bu gün bu barədə Xaçmaz RİH ilə saziş imzalanıb
Xaçmaz rayonun Niyazoba kəndində yeni tibb məntəqəsi tikiləcək. Tibb məntəqəsi Yaponiya səfərliyinin ayırdığı qrant hesabına inşa olunacaq. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün Xaçmaz rayon İcra Hakimiyyəti ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında saziş imzalanıb.
Səfir Şusuke Vatanabe bildirib ki, bu layihə “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Yaponiya və Azərbaycan arasında imzalanan 139-cu sazişdir. Səfirliyin Xaçmaz həyata keçirdiyi layihələrin sayı isə 6-dır.
Qeyd edək ki, Yaponiyanın Azərbaycana iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişaf üçün ayırdığı yardımın məbləği 1 milyard ABŞ dollarını keçib.
Vəli Turan

26-05-2008 20:29
(ссылка)
üç kənd qazla təmin edilib
15 illik fasilədən sonra Xaçmazın üç kəndi qazla təmin edilib
Rayonda ümumilikdə 490 abonent qazla təmin ediləcək
15 illik fasilədən sonra Xaçmazın üç kəndinə qaz verilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bunlar rayonun Müzəffəroba, Qoçaqlı, Hacıməmmədoba kəndləridir. Kəndlərə qazın verilməsi ilə bağlı keçirilən tədbirlə rayon icra hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti və sairə şəxslər iştirak edib. Rayon qaz idarəsindən bildirilib ki, rayonda ümumilikdə 490 abonent qazla təmin ediləcək. Kəndlərdəki evlər əhalinin öz hesabına sayğaçlaşdırılıb.
Qeyd edək ki, rayonda 150 kənd var. Bununla da Xaçmazda qazlaşdırılan kəndlərin sayı 20-yə çatıb./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

18-07-2010 12:49
(ссылка)
UNIVERSITETLERE HAZIRLASAN KIMLER VAR???
HAL HAZIRDA RAYONDA UNIVERSITETLERE HAZIRLIQ NE SEVIYYEDEDIR?
ABITURIYENTLER NEDEN DANISIR????
ABITURIYENTLER NEDEN DANISIR????
black skorpio,
15-12-2011 10:03
(ссылка)
XACMAZ
Xacmaz seheri son iller gunu-gunden gozellesir. Su, isiq, qaz ve diger kommunal xidmetler bezi seherlere nisbeten xeyli yaxsidir. Hal-hazirda yasadigim seherde qaz saridan boyuk problemler oldugu halda, Xacmazda bu yoxdur. Su teminati ise burada lap muskul meseledir. Xamazin merkezi bazarini da duzeltseler, lap yaxsi olardi. Inaniram ki, yaxin illerde Xacmaz Merkezi Bazari ehalinin xidmetine verilecekdir.
black skorpio,
26-05-2008 20:44
(ссылка)
840 yerlik yeni məktəb binası
Xaçmazda 840 yerlik yeni məktəb binası istifadəyə verilib
Qarşıdakı 5 ildə rayon ərazisində 22 yeni məktəb binasının tikilib istifadəyə veriləcəyi planlaşdırılıb
Xaçmaz şəhərində dövlət vəsaiti hesabına 840 yerlik yeni məktəb binası istifadəyə verilib. Rayon təhsil şöbəsindən verilən məlumata görə, dərs ilinin yarısı olduğundan, 45 otaqdan ibarət 3 mərtəbəli yeni məktəb binasında hələlik 300 şagird təhsil alacaq.
Bununla Xaçmaz rayonunda məktəblərin ümumi sayı 122-yə çatıb. Yeni tədris ocağının açılış mərasimində qırmızı lent kəsildikdən sonra qonaqlar məktəbin şəraiti, sinif otaqları ilə tanış olublar. Xaçmaz təhsil şöbəsinin məlumatında bildirilir ki, qarşıdakı 5 il ərzində rayon ərazisində 22 yeni məktəb binasının tikilib istifadəyə veriləcəyi planlaşdırılıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Xaçmaz şəhərində dövlət vəsaiti hesabına 840 yerlik yeni məktəb binası istifadəyə verilib. Rayon təhsil şöbəsindən verilən məlumata görə, dərs ilinin yarısı olduğundan, 45 otaqdan ibarət 3 mərtəbəli yeni məktəb binasında hələlik 300 şagird təhsil alacaq.
Bununla Xaçmaz rayonunda məktəblərin ümumi sayı 122-yə çatıb. Yeni tədris ocağının açılış mərasimində qırmızı lent kəsildikdən sonra qonaqlar məktəbin şəraiti, sinif otaqları ilə tanış olublar. Xaçmaz təhsil şöbəsinin məlumatında bildirilir ki, qarşıdakı 5 il ərzində rayon ərazisində 22 yeni məktəb binasının tikilib istifadəyə veriləcəyi planlaşdırılıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Невероятно
Огромная благодарность создателям фотоальбомов за возможность побывать на родине,жила в Хачмасе с рождения до 20-ти лет.
В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу
Чтобы их читать, Вам нужно вступить в группу