actions actions_notifications add_photo add_song add_song_hover all_sucsess anonymousUser app-hit app-new app-rating-star arrow-bottom arrow-forward arrow-forward_hover arrow-right-v2 arrow-up arrow-up_hover back-arrow-black back bars bell birthday cancel-white cancel Combined Shape Combined Shape Combined Shape cashchange-ava check-mark checkbox checkbox_hover checkbox_on checkmark_blue_round checkmark_gray city clockclose-cross close-cross2 close-v2 close close_hover Friends collapsed-games Music comment_arrow-bottom comment_arrow-top comments crown crown_v2 crumbs_delete-album crumbs_delete-album_hover crumbs_edit_17 crumbs_error crumbs_error_hover crumbs_gift_hover crumbs_make-photo crumbs_make-photo_hover crumbs_music crumbs_music_hover crumbs_request-sent crumbs_request-sent_hover crumbs_select-box-arrow crumbs_select-box-arrow_hover crumbs_video crumbs_video_hover delete delete_hover diamond discussions dot-active dot education error-cancel-white error-cancel-white_hover error-repeat-white error-repeat-white_hover explanation-point feed folder_album_for_friends folder_album_not_access folder_album_password folder_album_spec friends game-notifications gamepad-v2 gamepad gamesgiftgift2 gifts gifts_new_gift groups guess-star hashtag head-communication head-dialogues head-experiment head-games head-logo-game-client head-logo-mir head-music head-notifications head-video headphones hide-eye hilo_badge history-update-info-arrow holidayhq left-menu_arrow-down_hover left-menu_arrow-up_hover left-menu_selectbox-arrow like-active-white like-liked like-white like like_10 like_10_fill like_10_liked likeactive list mailik-new mailik mailik_12 mailiki mention messages Minitrash mmava_anonym_64 mmava_anonym_90 mmico_add_white_16 mmico_addphoto_32 mmico_addphoto_32_hover mmico_adduser_white_16 mmico_arrow_up_down_gray_s_16 mmico_arrowbigl_dark_48 mmico_arrowbigr_dark_48 mmico_bday_16 mmico_chart_down_s_16 mmico_chart_up_s_16 mmico_check_green_16 mmico_check_green_s_16 mmico_check_s_16 mmico_close_16 mmico_close_16_hover mmico_close_big_24 mmico_close_big_24_hover mmico_close_blue_s_16 mmico_close_gray_16 mmico_close_gray_16_hover mmico_close_gray_16s mmico_close_gray_16s_hover mmico_close_white_16 mmico_close_white_16_hover mmico_close_white_24 mmico_close_white_24_hover mmico_close_white_s_16 mmico_cmnt_gray_16 mmico_cmnt_gray_16s mmico_cmnt_gray_16s_hover mmico_cmnty_16 mmico_cmnty_16_gray mmico_cmnty_16_hover mmico_cmnty_16_static mmico_comment_16 mmico_edit_16 mmico_edit_16_hover mmico_event_16 mmico_gift_16 mmico_gift_16_hover mmico_gift_s_16 mmico_iswrtin_s_16 mmico_menu_arrow_down_gray_16 mmico_menu_arrow_down_gray_16_hover mmico_menu_arrow_up_gray_16 mmico_menu_arrow_up_gray_16_hover mmico_menu_friends_16 mmico_menu_games_16 mmico_menu_gifts_16 mmico_menu_gifts_22 mmico_menu_groups_16 mmico_menu_guests_16 mmico_menu_music_16 mmico_menu_newsfeed_16 mmico_menu_photos_16 mmico_menu_video_16 mmico_mobile_s_16 mmico_more_black_s_16 mmico_more_gray_s_16 mmico_more_up_gray_16 mmico_mouseleft_gray_16 mmico_msg_16 mmico_msg_16_hover mmico_msg_white_16 mmico_people_16 mmico_photo_16 mmico_photo_16_hover mmico_photo_dark_16 mmico_photo_hover_16 mmico_reload_16 mmico_scrolltop_white_16 mmico_spam_16 mmico_spam_16_hover mmico_spam_16_s mmico_star_16 mmico_tmbup_16s mmico_video_16 mmico_video_16_hover mmico_wrng_red_s_16 mmico_wrng_yllw_s_16 mmpopup_triangle_down_wite mmpopup_triangle_up_wite mmw_video_icon_HD mmw_video_icon_eye mmw_video_icon_folder mmw_video_icon_list mmw_video_icon_settings mmw_video_icon_tile moderation_add_dialog moderation_add_music moderation_add_photo moderation_add_video moderation_edit_note moderation_edit_users more-circle more music music_minipausemusic_play music_search music_search_hover nav_chat nav_gift newsfeed_calendar newsfeed_dotted newsfeed_error-cancel newsfeed_error-repeat newsfeed_photo-like newsfeed_photo-like_active newsfeed_reload no_comments no_comments_white notifications percent-roundpercent person photo_for_friends photo_not_access photo_password photo_spec_album photolayer_mark-people photos play-filledplayer_mute player_mute_hover player_pause player_play player_sound player_sound_hover plus premium-chest-openedpremium-chestprize-lockedprize-openedprofile_arrow-down profile_arrow-down_hover profile_edit-form profile_gorup-settings profile_gorup-statistics publisher_arrow-down publisher_time refresh rewind right-col_close-black right-col_close-white right-col_close right-col_close_hover rotate-white round-arrow-right round-arrow-white round-arrow round-arrow_hover ruble search-gray-new search-graysearch-gray_hoversearch-whitesettings settings_hover settings_v2 share_email share_event_fb share_event_fb_hover share_event_mm share_event_mm_hover share_event_ok share_event_ok_hover share_event_vk share_event_vk_hover share_fb share_link share_ok share_tw share_vk share_wa slider-nextsmile smile_hover song_added star-blue star-empty star-fill star-gray star-rating star-white-enabled-sprite star-white-sprite star-white star status_comment status_delete status_more task-done task-lock theme trashuser Users video video_like_big_x2 video_liked_big_x2 vip_profile_22 work
Все игры
Обсуждения
Сортировать: по обновлениям | по дате | по рейтингу Отображать записи: Полный текст | Заголовки

HZ ƏLİDƏN HİKMƏTLİ SÖZLER



HZ ƏLİDƏN HİKMƏTLİ SÖZLER

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu
peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak
Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və
İslama Doğru gələnlərə...

1. Tamah və hərisliyi öz şüarı etmiş
kəs özünü kiçildib. Öz çətinlik və pərişanlığını bildirən kəs zillət və
xarlığa qol qoyub. Dilini özünə hakim etmiş kəs öz yanında da xar və
zəlildir.

Əli (ə) buyurur:


İmam Əmirəl-mö’minin Əli
(ə) buyurur: “Hər kəsə dörd şey əta olunsa, dörd şeydən məhrum olumaz.
1. Hər kəsə dua etmək (qüdrəti) əta olunsa, onun qəbul olunmasından
məhrum olmaz; 2. Hər kəsə tövbə etmək əta olunsa, (tövbənin) qəbul
olunmasından məhrum etməzlər; 3. Hər kəsə istiğfar etmək əta olunsa,
məğfirətdən məhrum etməzlər; 4. Hər kəsə şükr etmək nəsib olarsa, ne’mət
boluğundan məhrum edilməz”.

Bismillahir Rəhmanir Rəhim...!!!

Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.)
Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...






İslam
dininin insanlara ne`mət olaraq bəxş etdiyi Peyğəmbər (səlləllahi və
alehi və səlləm) və Əhli-Beyt (ələyhimussalam), cəmiyyətin bəlasına
çevrilmiş şəraba qarşı çoxlu hədislər buyurmuşlar. Hər bir ağıllı insan
bu kəlamlardan sonra şərab içmək, sərxoşluğa qurşanmaq və hər hansı bir
məstedici içkilərə əl uzatmaqdan çəkinər. Aşağıda şərab haqqında nəql
olunan bə`zi rəvayətləri qeyd edirik:

1) İslam Peyğəmbəri
(səlləllahu ələyhi və alih) şərab barəsində bir neçə dəstəni:
- Üzüm
ağacını şərab əldə etmək məqsədilə əkib becərənləri;
- Üzüm sıxıb
şərab çəkəni;
- Şərab satanı;
- Şərab içəni;
- Şərab alanı;
-
Şərab və içkidən hər hansı bir yolla xeyir götürənləri;
- Şərabın
hazırlanmasında və onun istifadəsində əli olanların hamısını
lə`nətləmişdir

2) Yenə
də İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) buyurur:
“Hər kəs
şərab içsə, ar etməz, anası, xalası və ya bibisi ilə də olsa, zina edər

3) İmam Baqir (əleyhissəlam)
buyurur:
“Şərabxor şəxs, Allahın ədalət məhkəməsinə bütpərəst kimi
gələr

4) İmam Sadiq
ələyhissalamdan nəql olunur:
“Hər kəs zina etsə, imandan xaric olar;
Hər kəs şərab içsə, imandan xaric olar; Və hər kəs Ramazan ayında bir
gün qəsdən orucunu yesə, imandan xaric olar

5)
İmam Sadiq ələyhissəlamdan, başqa bir hədis nəql olunur:
”Ne`məti
azaldan günah - təcavüzkarlıq və Allahın göstərişlərindən çıxmaqdır.
İnsana həmişə peşmançılıq gətirən günah, adam öldürməkdir. Allahın
bəlasını nazil edən günah, zülmkarlıqdır. İnsanı imansız edən günah,
şərab içməkdir. Ruzini kəsən günah zinakarlıqdır

Həzrəti imam Rza (əleyhisalam)dan nəql olunur:
“Allah
şərabı haram buyurmuşdur. Çünki, onda fəsad vardır, o, şərab içənin
ağlını əlindən alaraq Allahın inkarına gətirib çıxarır; Şərabxor, Allah
və Onun rəsulunun adından yalan danışmaqla (nalayiq sözlər söyləməklə)
nəticələnir; Həmçinin, fəsad, qətl, böhtan və zinaya səbəb olur;
Şərabxor, haram olunmuşlardan çox az çəkinir. Ona görə də, Allah əmr
edir ki, bütün məstedici şeylər haramdır

6) Həzrəti imam Sadiq (ələyhissalam) buyurur:
“Allah-təala
Behişti üç dəstəyə haram edibdir. [Onlardan birincisi] şərab içənlərdir

Həzrəti Rəsuli Əkrəm (səlləllahu
əleyhi və alih) buyurur:
“Başqaları ilə şərab içilən süfrənin başında
əyləşən şəxs, məl`undur” (“Şərab və qumar amili fəsad”.)!

7)
Həzrəti imam Rza (əleyhisalam) buyurur:
“Allah şərabı fəsad əmələ
gətirdiyinə, əqli və fikri batil etdiyinə, abır-həyanı aradan apardığına
görə haram etmişdir”

Без заголовка

      DOST ISTESEN ALLAH YETER
"dostu ALLAH olan kesin beli yere deymez "
     YAR ISTESEN QUR"AN YETER
 NUMUNE ISTEYEN MUHEMMED(S) YETER
    VASITE ISTESEN EHLI-BEYT YETER
       MAL ISTESEN QENAET YETER
     TEDARUK ISTESEN TEQVA YETER
     DUSHMEN ISTESEN NEFS YETER
        SUKAN ISTESEN AQIL YETER
     TEFEKKUR ISTESEN SUKUT YETER
       NESIHET ISTESEN OLUM YETER
      DANISHMAQ ISTESEN ZIKR YETER
      RAHATLIQ ISTESEN SEBR YETER
     NICAT ISTESEN MEHDI(e.f) YETER
HEDIYYE ISTESEN SHEHADET YETER !!!!!!!!!!!!!!!!!!!

Без заголовка

11. Peyğəmbərin (s) canişinliyi, İslam ummətinin rəhbərliyi məsələsi daim on planda olmuşdur. Necə ki, Peyğəmbər (s) Mədinədə təhlukəli xəstəlik yayılmasına baxmayaraq, oz səfərini təxirə salmadı və səfər zamanı rəhbərlik məsələsini musəlmanların diqqətinə catdırdı.
12. Duzgun rəhbərlik movzusu İslamın başlıca məsələlərindəndir. Elə buna gorə də Quran bu haqda buyurur:
“Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elcilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan”.

Без заголовка

6. “Qədir” hadisəsi bizə daim haqqı, həqiqəti deməkdə israrlı olmağa səsləyir. Cunki Peyğəmbər (s), vəfatından sonra onun sozlərinə əməl olunmayacağını bilməsinə baxmayaraq, oz sozunu dedi və insanların bəhanə yolunu bağladı. O, haqqı soyləmək uğrunda hec bir fursəti qacırmadı, hətta son Həcc mərasiminidə, “Qədir-Xum”da belə haqqı deməkdən cəkinmədi.
7. “Qədir” hadisəsi Əhli-beytin (ə) dini “Mərcə” olması mesajını verir. Peyğəmbər (s) “Səqəleyn” hədisini məhz həmin ərəfələrdə buyurmuş və insanları məsum Əhli-beytə (ə) tapınmağa səsləmişdir.
8. “Qədir” olayına gorə, bir cox muhum anlarda daha əhəmiyyətli məsələlərə gorə muhum məsələlərin ustundən kecmək lazımdır. Əli (ə) Allah tərəfindən, Peyğəmbərin (s) vasitəsi ilə İslam cəmiyyətinin rəhbəri təyin olunmasına baxmayaraq, oz haqqı uğrunda savaşa girməyi, qan tokməyi umumilikdə dinin xeyrinə tamamlanmayacağını gorub susdu və yalnız cıxışlarında oz haqqının əlindən alınmasına toxunmaqla kifayətləndi. Təbii ki, Əli (ə) məsələni başqa şəkildə həll etməyə calışsaydı İslam umməti ucun umumdini bir problem yaranacaqdı. Bu, “Qədir” hadisəsinin musəlmanlara verdiyi ən boyuk dərsdir.
9. Dinin təkmilləşməsi və nemətin tamamlanması haqqın insanlara catdırılması ilə gercəkləşir. Hansı ki, “İkmal” ayəsində bu məsələyə acıqca toxunulmuşdur.
10. Haqqı uzə cıxarmaq ucun hər hansı bir məxfi addım atmaq lazım deyil. Necə ki, Peyğəmbər (s) son Həcc mərasimi zamanı ziyarətə gələnlər dağılışmadan oz sozunu acıq şəkildə elan etdi.

Без заголовка

3. “Qədir” hadisəsində nəzərə carpan məqamlardan biri də rəhbərlik, rəhbərin səciyyəvi keyfiyyətləri məsələsidir. İslam cəmiyyətində hər bir fərd Peyğəmbərin (s) canişinliyi vəzifəsini oz uzərinə goturə bilməz. Rəhbər Əli (ə) kimi Peyğəmbər (s) xəttində olan, onun gostərişlərinə əməl edən bir şəxs olmalıdır. Əks təqdirdə xalq ona beyət etməməlidir. Nəticə etibarı ilə “Qədir” məsələsi İslamın siyasi məsələləri ilə bilavasitə əlaqəlidir.
Yəməndə, artıq IV əsrin ortalarından başlayaraq hər il “Qədir-Xum” gunu munasibəti ilə şadlıq mərasimləri kecirilir. Həmin hadisəni xatırladan səhnəciklər tamaşaya qoyulur. Və insanlar məlum hadisəni xatırlayır və İslam cəmiyyətində rəhbərliyin əhəmiyyətini anlayırlar. Əlbəttə son illərdə hakim dairələr bu kimi mərasimlərin musəlmanlar ucun musbət nəticə verəcəyini sezmiş və qarşısını almağa calışmışlar. Belə ki, hər il belə mərasimlərin kecirilməsində israrlı olan bir cox insanlar canlarını əldən verirlər. Lakin buna baxmayaraq, xalq oz qərarında israrlıdır və bu, məlum “Qədir” olayının İslam cəmiyyətinə gostərdiyi musbət təsirlərdən doğur.
4. “Qədir” olayının daim bizə unvanlanan bir muraciəti də Peyğəmbərdən (s) sonra İslam cəmiyyətinə rəhbərlik edəcək şəxslərin Əli (ə) və məsum imamlar olmasıdır. Biz onların hakimiyyəti altında olmalı və onlara yaxınlaşmaqla onlardan bəhrələnməliyik.
5. “Qədir” hadisəsi və bu munasibətlə təşkil olunan mərasimlər Şiəlik simvoludur. Əslində “Qədir” hadisəsi daim haqqı – Əlinin (ə) və ovladlarının oz haqlarından məhrum olmalarını təsdiq etmək və qələbəyə nail olmaq deməkdir.

QƏDİR HADİSƏSİNİN İNSANLAR

Yaşadığımız dovrdə bir coxları “Qədir” hadisəsini dircəltməklə onun amallarını İslam cəmiyyətində həyata kecirmək istəyirlər. İndi bu movzunu – “Qədir” hadisəsinin amallarını, insanlara muraciətini dəqiq və konkret şəkildə tədqiq etməyin vaxtıdır. “Qədir” hadisəsi bizə nə demək istəyir? Onun qarşıya qoyduğu məsələlər, verdiyi mesajlar yalnız Peyğəmbər (s) dovrunəmi aiddir? Yoxsa Qiyamət gununədək icrası mumkun və zəruridir? İndi isə “Qədir” hadisəsinin və onun kecirilən mərasimlər yolu ilə anılmasının hansı məqamları ehtiva etdiyinə nəzər salaq:
1. Hər bir peyğəmbərdən sonra onun xəttində olan, onun yolunu davam etdirən, məqsəd və məramlarını acıqlayan məsum bir şəxsin movcudluğuna ehtiyac var. Həmin şəxsin hec olmazsa şəriəti bir kull şəklində qorumalı, dinin keşiyində durmalıdır. Peyğəmbər (s) də ozundən sonra canişin olaraq belə bir şəxs təyin etmişdir. Hаl-hazırda isə bu şəxs həzrət Məhdidir (əc.).
2. Peyğəmbərlərin canişinləri Allah tərəfindən təyin edilməli, Peyğəmbər tərəfindən isə ummətə tanıtdırılmalıdır. Necə ki, Peyğəmbərin (s) canişini, onun oz vasitəsilə (Allah tərəfindən) təyin edildi. Cunki “İmamət” məqamı ilahi bir məqamdır. Hər bir imam bu məqama Allah tərəfindən təyin edilməlidir.

Vacib olan oruclar

Vacib olan oruclar
Vacib oruclar aşağıdakılardan ibarətdir: 1. Ramazan ayının orucu; 2. Kəffarə orucu; 3. Qəza orucu; 4. Nəzir, əhd və and orucu; 5. Oruc tutmaq ucun muzd alan şəxsin orucu; 6. Etikafın (məsciddə yerinə yetirilən uc gunluk ibadət) ucuncu gununun orucu; 7. Təmətto həccində qurbanlıq əvəzi ucun tutulan oruc.

Orucun dərəcələri

Orucun dərəcələri
Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə movcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) umumxalq kutləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dord işdən cəkinərsə, onun gorduyu digər işlər orucuna xələl gətirməz: Yemək, icmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.» İmam Sadiq (ə) xususi mominlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gozun haram işlər qarşısında, həmcinin butun bədən uzvlərin pis işlər qarşısında oruc olmalıdır.» Həzrət Əli (ə) isə daha xususi mominlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və ozunu gunah fikirlərdən qorumaq, qarın orucu və ozunu yeməkdən saxlamaqdan ustundur.»

Orucluğun ən boyuk ictimai faydası


Qeyd edək ki, on bir ayın sultanı olan bu muqəddəs ay ozundə mənəviyyatın əvəzolunmaz dəyərlərini cəmləşdirib. Səbir, iradə mohkəmliyi, yoxsullarla həmrəylik, bir tikə corəyə mohtac olan insanlara əl tutmaq və başqa bu kimi gozəl xususiyyətlər doğrudan da Ramazanın bəşər ovladına əta etdiyi gozəlliklərdən, saleh əməllərdəndir. Orucluq insanın səbrini və iradəni sınağa cəkir. Yəni Allah bəndəsi halal olan şeylərdən muəyyən muddət ərzində imtina etməklə ozundə səbir və iradə yaradır. Hec şubhə yoxdur ki, halal olan şeylərdən konullu imtina edən insan haram əməllərdən cəkinmək ucun mohkəm iradəyə və fəaliyyətində guclu səbrə sahib olur. Həzrət Rəsulullah (s) bu barədə buyurub: "Orucluq səbrin yarısıdır". Bu bir ayda Yaradan bəndələrini ac saxlamaqla aclıq cəkənlərdən imkanlıları, toxları xəbərdar edir. Onlara ac qalmağın necə də cətin olduğunu bildirir, imkansızların vəziyyətini tanıtdırır. Baxmayaraq, insanlar elmdə boyuk nailiyyətlərə sahib olublar, olkələr inkişaf etməkdədirlər, amma bəşər ovladı yenə də bir cox problemlər borulğanındadır. Həmin problemlərdən biri də dunyanın muxtəlif yerlərində minlərlə insanın aclıqdan əziyyət cəkməsidir. Dunyada elə imkansız insanlar var ki, onların ovladları bir gecə qarnıtox, bir gecə isə qarnıac yatırlar. Bu baxımdan orucluq bəlkə də aclıq və susuzluqdan hec vaxt əziyyət cəkməyən zəngin, var-dovlət sahiblərinə yoxsulların hansı hisslər kecirdiyini yaşadır. Məhz bu səbəbdən orucluğun ən boyuk ictimai faydası onun varlılarla yoxsullar arasında həmrəylik yaratmasıdır. Sevimli Peyğəmbərimiz (s) hədislərin birində guclu mominin Allah yanında zəif momindən daha ustun və sevimili olduğunu bildirib. Cunki guclu momin həyatda daha aktiv dini və dunyəvi işləri həyata yetirməkdə daha bacarıqlıdır. Lakin zəif momin həyatda uzərinə duşən işlərin ohdəsindən layiqincə gələ bilmir. Şubhəsiz ki, quvvətli olmaq ucun ilk novbədə sağlamlığı qoruyub saxlamaq lazımdır. İslam şəriətinin təyin etdiyi şəkildə oruc tutmaq isə hər bir musəlmana sağlamlığını qorumaqda komək edir, muxtəlif xəstəliklərdən uzaqlaşdırır. Bu isə orucluğun insanlara tibbi faydasıdır. Həqiqətən də Ramazanın, daha doğrusu, bu muqəddəs ayda oruc tutmağın fəzilətləri danılmaz və əvəzsizdir. Qeyd etdiyimiz kimi, oruc tutmağın əsas qayələrindən biri onun mənəvi faydasıdır. İlk baxışdan belə gorsənir ki, insan yalnız ac, susuz qalmaq ucun oruc tutur. Amma bu hec də belə deyil. Həqiqətdə insanın nəfsi oruc tutur. Yaradan ona fursət verir ki, bu gunlərdə haramdan uzaq olmaqla oz mənəviyyatına yetişsin. Rəbbimiz bu ayı bizə vacib etməklə, elə bil ki, mənəviyyat aləminə daxil olaraq nəfsimizi paklaşdırmaq ucun imkan yaradır. Nəfsin paklığı isə mənəviyyatın yarısıdır. Bir ay ərzində insan bacardıqca oz nəfsini cilovlasa, bu novbəti aylarda da adət halına cevriləcək. İmam Cəfər Sadiq (ə) buyurub: "Ən gozəl əməlləriniz odur ki, davamiyyəti var". Şubhəsiz davamiyyətsiz əməllərin hec bir fəziləti yoxdur. Yəni o əməl gozəldir ki, nəticəsi daim goz qabağında olur. Əgər insan bu ayda oruc tutub mənəviyyatını zənginləşdirə bilibsə, novbəti aylarda da bu haləti ozundə saxlamalıdır. Bəziləri duşunur ki, namaz qılmaq, oruc tutmaq və sair bu kimi dini ibadətlər cətin əməllərdir və hesab edirlər ki, Allah-taala bu kimi cətin ibadi əməllərin hamısını yalnız musəlmanlara vacib edib. Amma belələri hələ də başa duşmurlər, yaxud başa duşmək istəmirlər ki, uca Yaradan nəyi məsləhət bilirsə, o insana xeyirdir. Digər tərəfdən, unutmaq olmaz ki, Quran da, şəriət də, umumiyyətlə, butun dinlər də bu dunyanı rahatlıq və istirahət dunyası deyil, zəhmət, əziyyət məkanı kimi tanıtdırır. Allah-taala digər səmavi kitablar kimi Qurani-kərimdə də bizə işarə edir ki, bu dunya imtahan və cətinlik dunyasıdır. Hətta rəvayətlər də var ki, bu dunya o birinin zəmisidir, tarlasıdır. İnsan burda nə becərirsə, axirətdə onu da bicir. Bundan əlavə, gundə 17 rukət namaz qılmaq, Ramazan ayında oruc tutmaq, uzaq Həcc ziyarətinə getmək və sair dini ayinləri həyata kecirməyin muəyyən qədər cətinliyi olsa da, fəziləti hesabagəlməzdir. İbadi əməllər məhz cətinliyinə gorə ibadət əhli ucun şirinləşir. Doğrudan da həqiqi ibadət əhli ətrafda baş verən haqsızlığa, ədavətə, ayrı-seckiliyə, ədalətsizliyə qarşı mubarizə əzmində olur. Butovlukdə İslam dini, onun insanlara vacib buyurduğu ən kicik əməl belə, ozundə bu gun butun bəşəriyyətin ehtiyac duyduğu haqq, ədalət, mənəviyyat, əxlaq, sevgi, xoşbəxtlik, firavanlıq və digər saysız-hesabsız xoş məramlar əxz edir. Bəlkə də bu səbəbdəndir ki, bəzi quvvələr İslamla uz-uzə gəlmək niyyətindədirlər və bunu hər fursətdə həyata kecirməyə calışırlar. Hər bir musəlman bəndə İslami dəyərləri yaşatmaqla, buyurulan insani keyfiyyətləri ozundə ehtiva etməklə həm olkəsində baş verən fəsadların qarşısını ala, həm də dininə qarşı yaranan təhlukəni asanlıqla dəf edə bilər. 

İslam dunyasının ən muqəddəs gunu

İslam dunyasının ən muqəddəs gunu
Bu muqəddəs ayda İslam olkələrində oruc tutanların sayı umumi əhalinin 90-95 faizini təşkil edir. Bu gun İslam dunyasının ən muqəddəs gunlərindən biri - Ramazan bayramıdır. 11 ayın sultanı Ramazan ayı nə vaxtsa sona catır. Bu bir 1 ay muddətində imanlılar adətən niyyət edərək səhər subh namazını qılır, oruc tutur, axşamlar isə iftar acaraq yenə namaz qalıraq Allah qarşısında mənəvi borcunu yerinə yetirirlər. Ramazan orucunu tutanlar, bu gun sevinc, konul xoşluğu, mənəvi rahatlıq icindədir. Bu muqəddəs ayda İslam olkələrində oruc tutanların sayı, umumi əhalinin 90-95 faizini təşkil edir. Bir necə saat qidadan uzaq olan imanlıları yalnız ibadət maraqlandırır. Yəni onlar pis əməllərdən cəkinir, ickidən, yeməkdən uzaq olur. İftar sufrəsi acıb, ehtiyacı olanlara komək edir. Mərhəmət, xeyir-bərəkət, səbr, yaxşılıq ayı olan Ramazanda hər kim oruc tutan birinə iftar veribsə, gunahlarının bağışlanmasına və cəhənnəmdən xilas olması istiqamətinə boyuk iş gormuş olur. "Rəcəb Allahın, Şəban mənim, Ramazan da ummətimin ayıdır" – buyurur Peyğəmbər (s).

Orucluq hər bir musəlman ucun boyuk fursətdir

Orucluq hər bir musəlman ucun boyuk fursətdir
Allah-taala  bərəkətli Ramazan ayını oz mənəvi mujdələri ilə İslam ummətinə nəsib edərək, onlar ucun dəyərli bir fursət yaratdı. Orucluq hər bir musəlman bəndəyə Allahın mərifət sufrəsindən bəhrələnməyə ən yaxşı və boyuk fursət verir. Bərəkətli Ramazan ayında insanların qəlbi İlahi nura boyanır, duaları vahid Allahın dərgahında qəbul olunur. Əgər oruc tutmağın insanlara maddi və mənəvi xeyri olmasaydı, boyuk Yaradan onu bəndələrinə vacib bilməzdi.
Yerin ən ali varlığı olan insan dunyaya qədəm basdığı ilk gundən indiyədək Allah-taala tərəfindən nazil edilmiş dinlərə etiqad bəsləyib bu dinlərdəki muqəddəs ayin və mərasimlərə əməl edib. Həmin ayinləri isə insanlara təlim edənlər bəşəriyyətin tərəqqi və kamilliyi ucun gondərilmiş peyğəmbərlər olublar. Bu ayinlərdən biri də orucluqdur. Orucluq bəşər ovladının yemək, icmək və sair bu kimi gundəlik yerinə yetirdiyi bəzi şeylərdən muəyyən olunmuş zaman cərcivəsində konullu olaraq imtina etməsidir. Orucluğun tarixi olduqca qədimdir.
İslam dinində buyurulan butun vacib ibadətlərlə birgə orucluq da umumi hədəfə - bəşəriyyətin kamilləşməsinə xidmət edir. Kamillik isə Uca Yaradan tərəfindən insana bəxş edilən mənəvi nemətdir. Bu baxımdan demək olar ki, orucluq muəyyən bir muddət ərzində ac və susuz qalmaqdan ibarət olmayıb, ozundə geniş anlamlar ehtiva edir. Məsələn, oruc tutan şəxs maddi nemətlərdən cəkinməklə yanaşı saleh əməllər yerinə yetirməli, gozəl əxlaq numayiş etdirməli, ətrafdakılarla xoş davranmalı, yalan danışmamalı, umumiyyətlə, butun musbət keyfiyyətlərlə mənəviyyatını zənginləşdirməlidir. Belə halda, yəni oruc tutan şəxsin bu kimi musbət dəyərlərə, xususilə də bu gun ehtiyac duyduğumuz gozəl əxlaqa, mənəvi saflığa malik olduğunu gorən digərlərinin qəlbində də təbii ki, iman hissi oyanar.

Fitr bayramı

Ozunu mələyə oxşadanların bayramı – Fitr bayramı!
İnsanı rahatlıq dalınca cəkən nəfsin vay gunləri oldu ramazan. Bir saat qidasız dayana bilməyənlər subh azanına qalmış nəfs kozunu şeytanın gozundə sondurdulər. Bir omur Allahdan uzaq gəzənlər bu ayda ozunə hakim oldu, səma əmrini yerinə yetirdi. Ayda  ərşin koməyinə bax!11 ay nəfsin cilovunu cəkib-buraxanlar duz bir ay onu şahə qaldırdılar. Həm şirin, həm də acı olur ramazanın sonu. Şeytan uzərində qələbəni qeyd etmək cox şirindir.
Amma nəfsin qəfəsdən buraxılması barədə duşundukdə qorxmaya bilmirsən. Bir ay dizin sinəsində qalmış biri ayağa qalxır! Qalxır, nə qalxır! Qalxır ki, bir ayda qazandığını bir anda əlindən alsın. Qalxır ki, dizini sinənə qoyub, beyət istəsin.
Ramazanı başa vurub ozunu boş buraxmayasan. Oğru cibində bir şey olanı gudur. Konlun ramazan qazancı ilə dolu. Yol verməyəsən o lənətə gəlmişə. Gəlib ki, aparsın. Gəlib ki, oz gununə salsın səni. Ramazanın səhəri ucun sənə tor qurub. Gozunə, dilinə, qulağına, əl-ayağına, konlunə naməhrəm gətirib.
Purrəngi cay, yanında da xurma! Bir ay bu ruhiyyədə qaldın. Sufrən haram gormədi. Məbada, ramazan kecdi deyib, ruhiyyəni dəyişəsən. Axı əcəl saatını nə mən bilirəm, nə də sən. Qapıda səs var... Yoxsa aparmağa gəlib? Kim bilir ki! Qoy gəlsin. Sufrədəki cayı, xurmanı gorub salam verəsidi.

Orucluq Bayramı Fitr bayramıdır, butun oructutanların bayramıdır. Şəvval ayının 1-də bayram edilir. Bayram gunu həddi-buluğa catmış hər bir imkanlı musəlman ozu ucun və himayəsində olan hər bir şəxs ucun təqribən 3 kq buğda qiyməti həcmində fitrə zəkatı verməlidir. Fitr bayramı - Ramazan ayının başa catması munasibətilə təşkil olunan əsas bayramlardan biridir. Buna "əl-Fitr" və ya "Siyam" bayramı da deyirlər. "Siyam" ərəbcə oruc tutmaq sozundəndir. Farsca "ruzə" deyilir. Fitr bayramı orucluq qurtaran gunu, təzə Ayın - hilalın ilk rubunun nazik şəkildə gorunməsi ərəfəsindən, yəni Şəvval ayının daxil olması ilə başlayır. Bu zaman oruc tutanlar və hətta oruc tutmayanlar da bir-birini təbrik edir, goruşur, "oruc namazın qəbul olunsun",- deyə dua edirlər. Həmin axşam evdə hər kəsin imkanına gorə gozəl bayram sufrəsi acılır.
Yeməkdən sonra fitrə vermək mərasimi başlayır. Bu məqsədlə ailə başcısı ailə uzvlərinin (yəni onun evində corək yeyənin, hətta orduda xidmət edənin, başqa şəhərdə oxuyan tələbənin, o gecə evində olan qonağın sayına gorə) hər nəfərə bazar qiymətilə 3 kq buğdanın pulunu ayırır. Həmin pulu orada iştirak edən ailə uzvləri bir-birinə otururlər. Yaxşı olar ki, bu fitrə həmin gecə kasıblara paylansın. Əgər o axşam mumkun deyilsə, sabahı gun və ya başqa gunlərin birində fəqir-fuqəraya catdırılsın.

Ramazan ayı insanlara Allahı sevməyi oyrədir

Ramazan ayı insanlara Allahı sevməyi oyrədir
Muqəddəs Ramazan ayı musəlmanlara hicrətin ikinci  ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini oyrədir, onlara oz iradə quvvələrini, dozumluluklərini yoxlamaq imkanı verir, onları gozuacıq, təmiz vicdanlı olmağa yonəldir. Oruc ramazan ayında tutulduğu ucun ona "Ramazan orucu" da deyirlər. Məhz ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil edilmişdir. Rəvayətlərə gorə bu, həmin ayın ya 18-dən 19-na, ya da 20-dən 21-nə, ya da 22-dən 23-nə kecən gecə baş vermişdir. Həmin gecə “leylətul-qədr” – qudrətli, əzəmətli gecə adlanır. Qurani-kərimin "Qədr" surəsində buyurulur: “Həqiqətən, biz Quranı Qədr gecəsi nazil etdik. Bilirsənmi Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər işdən otru enər. O gecə dan yeri sokulənədək əmin-amanlıqdır." İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən muqəddəs ay hesab edilir. Onu  "on bir ayin sultanı" da adlandırırlar. Bu gecələri qəflətdə qalmamaq cox muhumdur. Bu da ibadətlə olur. Bu gecə məsləhət gorulən ibadətlər dua kitablarında bəyan olunub.  Ramazan ayı ərzində muhum məqamlardan biri də Qədr gecələridir. İslam mənbələrinə gorə, Qurani-kərim muqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur ki, musəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri savab əməl sayılır. Təfsirlərdə gostərilir ki, Quran Ramazan ayının Qədr gecəsində butov halda Lovhi-Məhfuzdan - Allahın dərgahında hifz olunan Lovhədən aşağı səmaya və oradan Cənab Cəbrail əleyhissəlam vasitəsilə Peyğəmbərimizə (s) 23 il muddətində hissə-hissə catdırılmışdır. Bu səbəbdən, Qədr gecəsinin savabı min ayın savabından coxdur. Qədr gecəsi Ramazanın son on gecəsindən biridir. Hədislərə gorə, bu gecə Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 26-dan 27-nə kecən gecələrdən biridir. O gecə mələklər və Cənab Cəbrail həmin gundən gələn ilin Qədr gecəsinədək dunyada baş verəcək işlər barəsində Allah-Təbarəkə və Təaladan əmrlər alıb yerə enər, əmrləri catdırarlar. Qədr gecəsi butunluklə xeyir-bərəkət gecəsi olar, mələklər yer uzundə gəzib, Allahın muxlis bəndələrinə salam verərlər. Buna gorə də Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək mustəhəb sayılır. Əhya gecəsi və Qədr gecəsi eyni mənalı məfhumlardır.
Həmin gecə sakitsilik, əmin-amanlıq olur. Həmcinin mominin qəlbi rahat olur. Uca Allah buyurur ki,  o gecə dan yeri sokulənə kimi (busbutun) salamatlıqdır!
Həmin səhər gunəş şьasız olaraq cıxır. Peyğəmbərimizin (s) səhabəsi olan Ubey İbn Kəb  belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (s) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir... Onun əlaməti odur ki, həmin gun səhər gunəş ağapaq şьasız cıxır.”
Uzumuzə sonsuz rəhmət qapılarını acan Allaha həmd olsun. Bu gecələri əhya, qiyam etmək gərəkdir. Yəni  qəflət yuxusundan oyaq halda kecirmək gərəkdir. Ramazan ayının gecələrindən birində muqəddəs kitabımız olan Qurani-kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq hansı gun olduğu bilinmir. Bununla bağlı muxtəlif rəvayətlər var. Amma umumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək gunun gecəsidir. İslamşьnasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23-cu gecələrindən biridir.

Orucun tarixcəsi

Orucun tarixcəsi
Tarixdə bir cox dəlillər var ki, oruc yəhudilər, məsihilər və başqa millətlər və tayfalar arasında movcud olmuşdur. Onlar qəm-qussə ilə uzləşən zaman tovbə və Allahın razılığını əldə etmək ucun oruc tuturdular. Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazokarlıq gostərib,  gunahlarını etiraf edirdilər. İncildə oxuyuruq ki, Məsih qırx gecə-gunduz oruc tutmuşdur. Qurani-kərim acıq-aşkar bəyan edir ki, bu ilahi əmr əvvəlki ummətlərə də vacib olub.
İslama qədər orucluq, yemək-icməkdən imtina  və ya yeyib-icməyi məhdudlaşdırmaq bir qayda olaraq yay fəslində - isti dovrlərdə icra olunurdu. İslam dini bərqərar olduqdan sonra Qurani-kərimin hokmunə əsasən, orucluğun ancaq Ramazan ayında kecirilməsi qərarlaşdırılmışdır. Bu da hicri-qəməri təqvimlə əlaqədar olduğu ucun ilin butun fəsillərinə duşur. Ramazan bayramı hicrətin 14-cu ilində (miladi 638-ci il) rəsmi şəkil almış və o zamandan musəlmanların rəsmi bayramı elan edilmişdir.

Ramazan!

Ramazan!
Ramazan! Allah sozunun insan duşuncəsinə suzulduyu ay! Şəxsiyyətini yandırmışlara da haqqa donuş imkanı verilmiş bir vaxt. Bu imkanı əldən cıxarmayasan!
Ramazanın Qədr gecələri min aydan xeyirli sayılmış. Min ay, yəni 83 ildən uzun bir zaman! Bəli, mənasız yaşanmış omrə dəyər vermək imkanı oz ixtiyarında.
83 illik omrunu mənasız kecirdinsə də, bu sayılı gecələrə diqqətli ol! Ramazan gunləri, Qədr gecələrində dilini, gozunu, qulağını, əl-ayağını, cibini, sufrəni haramdan qoru. Kim bilir, bu fursət bir də ələ duşəcək, yoxsa yox!

Namaz

MUQӘDDİMӘ
Mə`lumdur ki, muqəddəs İslam şəriətinin ən muhum ibadətlərindən biri namazdır. Namaz – dinin sutunu, mominin meracı, İslamın mohkəm dayağıdır.
Namazın əhəmiyyətini vurğulayan Peyğəmbər (s) hədislərindən birini burada qeyd etmək yerinə duşərdi: “Әgər namaz (Allah dərgahında) qəbul olunarsa, digər ibadətlər də qəbul olunar. Namaz qəbul olunmazsa, digər ibadətlər də qəbul olunmaz.”
Hədisdən bu nəticəyə gəlirik ki, hər hansı bir ibadətin qəbul olması, namazın qəbul olmasından asılıdır. Yə`ni, butun şərtləri yerinə yetirilərək duzgun qılınan və qəbul olunan namaz, digər saleh əməllərin Allah dərgahında qəbula yetməsi ucun vasitədir. Deməli, namazı qəbula yetməyən bəndənin butun əməlləri də hecə yuvarlanaraq əhəmiyyətsiz olar. Elə bu səbəbdən də, hər bir insan qıldığı namaza, onun hissələrinə və duzgunluyunə, həmcinin, bu namazın qəbul olması ucun vacib sayılan şərtlərə daha diqqətlə yanaşmalıdır. Bəndə dərk etməlidir ki, namaz yalnız Allah və Onun rəsulunun əmr etdiyi qaydalara muvafiq olaraq yerinə yetirilməlidir. Peyğəmbər (s) buyurub: “Mənim yerinə yetirdiyim namazı nə cur gormusunuzsə, siz də, namazınızı o cur yerinə yetirin.”

Allah Onun zuhurunu tezləşdirsin!

BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ
Butun yaranmışların ağası, peyğəmbərlərin ən ustunu olan Məhəmmədə və Onun pak Әhli-beytinə Allahın salavat və salamı olsun! Bunlar o şəxslərdir ki, Allah-taala Onlardan hər bir cirkinliyi uzaqlaşdırmış və Onları tər-təmiz, pak etmişdir.
Әləlxusus, Yaradanın yer uzərindəki hoccəti, Peyğəmbərin (s) sonuncu xəlifəsi, 12-ci İmam Mehdi əl-Muntəzərə Allahın salavat və salamı olsun və Allah Onun zuhurunu tezləşdirsin!

Allahın mut’ilik zikri və onun rəhmətin&#

Allahın mut’ilik zikri və onun rəhmətinə umid
Dorduncu nəsihətdə Allah-təala həzrət Musaya tovsiyə edir ki, Onu mut’iliklə yad etsin. Şubhəsiz ki, Allah zikrinin mərtəbələri var. İnsanlar Allahı eyni dərəcədə diqqətlə zikr etmir. Bə’ziləri ucun zikr sadəcə dil hərəkətidir. Belələri zikr gedişində səmimiyyət və diqqətdən məhrumdurlar. Əgər zikr riyadan uzaq olsa oz həddində dəyərlidir. Amma belə bir zikrin də insan ruhuna bir o qədər tə’siri yoxdur. Yalnız mut’iliklə muşayiət olunan zikr həqiqi təkamulə səbəb olur, insanı rəzalətdən fəzilətə yuksəldir.
Allah-təala beşinci oyuddə buyurur: “Bəla və musibətə ducar olanda rəhmətimə gorə umidvar ol.” Yə’ni rəhmətimə umid edib bu bəlanın uzaqlaşacağını gozlə. Dunya həyatı cətinliklərsiz otuşmur. Həyatda cətinlik cəkməyən insan yoxdur. Allah-təala bu barədə buyurur: “Həqiqətən, insanı məşəqqətdə yaratdıq.”
İnsanlar qarşılaşdıqları problemlərə muxtəlif cur reaksiya verirlər. Bə’ziləri tamamilə umidini uzub Allahı yaddan cıxarır. Onlar pərişanlığa ducar olub qurtulmaq ucun hətta cəhd gostərmirlər. Allah-təala cətinliklər qarşısında umidini itirən, butun işlərin Allahın əlində olduğunu unudan insanlar haqqında buyurur: “İnsana ne’mət verdikdə uz dondərib uzaqlaşır, ona pislik uz verdikdə umidini itirir.”
İnsan hətta kicik cətinliklərlə uzləşdiyi vaxt dərhal Allahın sorağınca getməyə hazırlaşmalıdır. Adi baş ağrısına gorə də Allahdan şəfa istəmək lazımdır. Aclıq uz verdikdə insan oncə Allahdan ne’mət istəməli, sonra vasitələr ardınca getməlidir. İstənilən bir halda Allahı unutmaq olmaz. Əgər insan hec vaxt Allahı unutmasa və onun rəhmətindən umidini uzməsə, hec bir cətinlik onu narahat etməz. O istənilən bir ehtiyacının tə’mini ucun Allaha əl acar. Axı Allah ozu buyurub ki, ehtiyac duyulan vaxt Ondan yardım istənilsin: “Allahın fəzlindən diləyin, Allah hər şeyi biləndir.”
Allah-təala həzrət Musaya altıncı oyudundə buyurur: “Mut’i və qəmli səslə Tovratın şirinliyini mənə gostər.” Bu gun həqiqi Tovrat əlimizdə deyil. Amma həmin Tovratdan da ustun olan Qur’an ixtiyarımızdadır. Qur’anı mut’iliklə və həzin səslə oxuyaq. Calışaq ki, Qur’an qəlbimizə və ruhumuza hopsun. Qur’an qiraət edərkən Allahla danışdığımızı hiss edək. Əgər belə bir mə’rifət dərəcəsinə catsaq, Allah kəlamını həzin, qəmli səslə, mut’iliklə oxusaq, Allah bizim səsimizdən razı qalar və lutfunə catarıq.

Dunya malını puc sayıb ona gorə həsr

Dunya malını puc sayıb ona gorə həsrət cəkməmək
Allah-təalanın həzrət Musaya ucuncu oyudu bu idi ki, dunya və dunya ne’mətləri ona boyuk gorunməsin. Dunya malını boyuk sayan insan adətən yoxsulları saya salmır, varlılara həsəd aparır. İnsan bilməlidir ki, dunya ne’mətləri nə qədər boyuk gorunsə də, Allahın nəzərində hecdir: “De ki, dunya matahı cuz’i bir şeydir və axirət dunyası təqvalılar ucun daha da ustundur.”
Əgər mo’min qəbul etsə ki, hətta milyardlarla olculən dunya malı hecdir, var-dovlətə gorə narahat olmaz, varlılara həsəd aparmaz. Belələrini yalnız axirət ne’mətləri duşundurur. Onlar yalnız Allahın razılığını qazanan mo’minlərə qibtə edirlər. Bəli, dunya malını hec sayan insan nə varlılara qibtə edir, nə də yoxsulları əskik sayır. O başa duşur ki, hamının yoxsul saydığı bir kəs Allahın nəzərində daha əziz ola bilər.
Ayə və rəvayətlərdən belə gorunur ki, başqalarının var-dovlətinə həsəd aparmamaq ucun dunya ne’mətlərinin hikmət əsasında əta olunduğuna inanmaq lazımdır. Birinə dunya malı verib, birini dunya malından məhrum etmək Allahın təqdiri və hikmətidir. İlahi hikmət tələb edir ki, bir zumrə varlı olsun, digər bir zumrə yoxsulluq icində yaşasın. Hamı Allahın istək və iradəsinə təslim olmalıdır. Varlılar qurrələnməməli, yoxsullar pərişan olmamalıdırlar. Cunki hər iki halda insanlar sınağa cəkilir. Sadəcə bu sınaqlardan uğurla cıxmağa calışmaq lazımdır.
Bə’zilərinə elə gəlir ki, Allah sevdiyi insana bol dunya ne’məti verir. Onların nəzərincə, əgər Allah birinə qəzəblənirsə, onu yoxsulluğa ducar edir. Amma Qur’ani-kərimdə bu barədə belə buyurulur: “Rəbbi insanı sınağa cəkib onu əzizləyəndə və ne’mət verəndə deyər ki, Rəbbim məni əziz tutdu. Elə ki, Rəbbi onu sınağa cəkib ruzisini əskildər, belə deyər: “Rəbbim məni alcaltdı.”
Əslində isə həqiqi və əbədi ne’mət axirət ne’mətləridir. Yalnız axirət ne’mətləri Allahın sevgisini gostərir. Bu ne’mətlərdən məhrumluq Allahın qəzəb gostəricisidir. Dunya ne’mətləri isə sınaq vasitəsidir. Dunya ne’mətinə catanlarla dunya ne’mətindən məhrum olanlar arasında mo’minlik baxımından hec bir fərq yoxdur. Hər iki zumrə sınağa cəkilir. Var-dovlət sevgi, yoxsulluq qəzəb nişanəsi deyil.
Var-dovlətin sevgi nişanəsi olmadığına inanmaq ucun tarixə nəzər salaq. Bir cox peyğəmbərlər yoxsulluq icində yaşamışlar. Onların həyatı şəhadətlə başa catmışdır. Əksinə, bir cox kafirlər və Allah duşmənləri var-dovlət və asayiş icində yaşamış, dunya ne’mətlərindən daha cox bəhrələnmişlər. Qarunu misal gostərmək olar. Allah-təala Qarunun var-dovləti haqqında buyurur: “Qarun Musanın dovrundən idi. Onlara sitəm qıldı. Ona o qədər xəzinə verdik ki, yalnız acarları guclu bir dəstəyə ağır gəldi. Qovmu ona dedi: “Fərəhlənmə, Allah fərəhlənənləri sevməz.”
Bəni-İsrailin dunyaya aldanmış bir qrupu Qarunun var-dovlətini gorub həsrət cəkirdilər. Onlar deyirdilər: “Ey kaş Qaruna veriləndən bizim də olaydı. Həqiqətən o, boyuk bəhrəyə malikdir.”
Amma sonda hamı gordu ki, Qarunun saysız-hesabsız dovləti ona fayda vermədi. Qarun ilahi sınaqda uğursuzluğa ducar olub əzaba duşdu; ozu də, sərvəti də məhv oldu.

Mo’min və xəlvətə maraq

Mo’min və xəlvətə maraq
Allah-təala həzrət Musaya kohnə libas geyinməyi tovsiyə etdikdən sonra qəlbini təravətli saxlamağı tapşırır. Yə’ni mo’minin qəlbi fəal, diqqətli olmalıdır. Mo’min insan xalqa can yandırmalı, ətrafdakılara mehribanlıq gostərməklə Allahla rabitəsini gucləndirməlidir. Mo’minin qəlbi insanlara sevgi ocağıdır. Bu məhəbbət onu insanlara xidmətə vadar edir, birlik yaradır. İnsanlara sevgi ictimai məs’uliyyət hissinin şərtidir. Bu sevgi sayəsində fərd cəmiyyəti təkamul yoluna sovq edə bilir. Mo’min başqalarının problemlərinə biganə olmamalıdır.
İstənilən bir halda mo’minin qəlbi təravətli və fəal olmalıdır. Mo’minin qəm-qussəsindən danışan rəvayətlərdə nəzərdə tutulur ki, bu qəm-qussə onu qəflətdən oyatsın oz əməllərinə gorə pərişan olan kəs tovbə qılıb doğru yolu tutur. İnsanı bədbinləşdirən qəm-qussə bəyənilməmişdir. İnsanı təhsilə, ibadətə, ailə-ovlad qarşısında məs’uliyyətə biganələşdirən qəm-qussə İslam dinində məzəmmət olunur.
Əlbəttə ki, ictimailikdə də ifrata varmaq pisdir. Butun vaxtı ətrafdakılara sərf edib ozu barədə duşunməmək yanlış yoldur. Allah-təala həzrət Musaya tovsiyə edir ki, xəlvətə cəkilsin, evin yerinə sərilmiş doşənəcək kimi bir yerdə qalsın. Bə’ziləri tənhalıqdan qacırlar. Calışırlar ki, daim dostlar arasında olsunlar və bu məclisdə qəbul olunmaq ucun məclisin gedişinə uyğun pis işlərə qatılırlar. Təbii ki, bu qəbil xususiyyətlər bəyənilmir. İnsan tənhalığı ozu və mə’budu haqqında duşuncə ucun fursət saymalıdır. İnsan tənhalığa vərdiş verməli, cəmiyyətdən ayrılmağı bacarmalıdır. Yalnız bu halda o Allahla raz-niyaza həvəslə vaxt ayıra bilər. Tənhalıqdan sıxılan insan cox cətinliklə namaza bir necə dəqiqə vaxt ayırır. Belə biri cətin ki, Allahla raz-niyaza saatlarla vaxt ayıra. Onun Allahla minacat ucun xəlvətə cəkilməsi cətin məsələdir. Bə’ziləri hətta ozunu unutmaq ucun, vəzifə məs’uliyyəti barədə duşunməmək xatirinə mə’nasız işlərlə məşğul olub başını qatır. Onlar oturub uzun-uzadı seriyallara baxır, film başa catan kimi krossvord doldurmağa başlayır, qalan vaxtını dostlarla sohbətə sərf edir. Allahın dostları isə Allahla minacat ucun xəlvətə cəkilməkdən ləzzət alırlar. Onlar bu məqsədlə saatlarla bir yerdə əyləşir və bundan yorulmurlar. Onlar Allahın tə’yin etdiyi vəzifələri yerinə yetirmək ucun cəmiyyətə cıxır, unsiyyətə qatılırlar. Onlar cəmiyyət arasında da Allahı yaddan cıxarmamağa calışırlar. Sə’y gostərirlər ki, onların Allahla rabitəsinə hec nə mane olmasın.
Allah-təalanın həzrət Musaya tovsiyəsinə diqqətlə yanaşmalıyıq. Məbada belə bir qənaətə gələk ki, mo’min guşənişin olmalı, cəmiyyətdən uzaqlaşmalıdır. Cəmiyyətdən kənara cəkilmiş insan təhsildən və başqa ictimai faydalardan məhrum olur. Bəli, maddi meyllərin gucləndiyi dovrumuzdə bu sayağı caşqınlıqlar az olur. Amma qədim vaxtlar insanlar bu qəbil rəvayətlərə əsaslanaraq cəmiyyətdən kənarlaşmağı vacib sayırdılar. Hansı ki, “evlərinizin doşənəcəyi olun” kimi rəvayətlər başqa məqsəd daşımışdır. Bu rəvayətlər arasında dunyanın son dovrundə yaşayacaq insanlara unvanlanmış gostərişlər də var. Həmin vaxt ətrafda gunah coxaldığından insanlara tovsiyə olunur ki, cəmiyyətdən kənara cəkilsinlər. Adi vaxtlarda isə guşənişinlik pislənilir, cunki bu xususiyyət insanı əmr və qadağa vəzifəsindən, xalqa xidmətdən, ehtiyaclılara yardımdan, bir sozlə ictimai fəaliyyətdən cəkindirir.

В этой группе, возможно, есть записи, доступные только её участникам.
Чтобы их читать, Вам нужно вступить в группу